Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-101/2021 29.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Mingəçevir şəhəri R.Rza küçəsi 16№-li evin 25№li də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin yuxarı həddi üçün 0,15 qram müəyyən edildiyi halda 2021-ci ilin yanvar ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümündə təmiz çəkisi 0,396 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki göy rəngli cins şalvarın arxa sol cibində gizlədib saxlayaraq daşımış və 20.01.2021-ci il tarixdə Mingəçevir şəhər X3 Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Mingəçevir şəhər Məhkəməsinin qərarı əsasında X2 yaşadığı Mingəçevir şəhəri M.Maqomayev prospekti 12№-li evin 26№-li mənzilinə axtarış keçirilərkən həmin mənzildə saxlanılıb saat 19 radələrində orada üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Narkotik vasitələrdən fasilələrlə istifadə etmişdir. 2021-ci il yanvar ayının əvvəllərində günorta saatlarında Mingəçevir şəhəri R.Rza küçəsində yerləşən yaşadığı binanın arxasından keçərkən yerdə 1 ədəd siqaretin gümüşü kağız bükümünü görüb götürmüşdür. Açıb baxdıq da həmin bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu bilmişdir. Çünki, özü də narkotik vasitələrdən istifadə edir. Həmin bükümü əynindəki göy rəngli cins şalvarın arxa sol cibinə qoyaraq gizlətmişdir. 20.01.2021-ci il tarixdə saat 17 radələrində tanışı X2 yaşadığı mənzilə getmişdir. Tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bəxtiyarla Bəxtiyarın yaşadığı mənzilin yataq otağında oturub söhbət edərkən masanın üzərində şprislər və şüşə qablar da olmuşdur. Bəxtiyarın narkotik vasitələrdən istifadə etməsi barədə onun məlumatı olmuşdur. Həmçinin, masanın üzərində siqaretin gümüşü kağız bükümü də olmuşdur. Lakin, o, həmin bükümdə nə olduğunu görməmişdir. Mənzildə olarkən mənzilin qapısının döyüldüyünü eşidib Bəxtiyar qapını açdıqda gələn şəxslərin polis əməkdaşları olduğunu görmüşdür. Polis əməkdaşları özlərini təqdim edərək Bəxtiyarın eləcə də onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib mənzilə baxış keçirilməsi üçün Mingəçevir şəhər Məhkəməsinin Qərarı ilə Bəxtiyarı tanış etmişlər. O, isə mənzilin digər otağında gözləmişdir. Baxış zamanı mənzildən nə aşkar olunmasını görməmişdir. Mənzilə baxış keçirildikdən sonra polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirlmişdir. O da əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sol cibindən bir qutu siqaret və bir ədəd alışqanı, əynində olan göy rəngli cins şalvarının sol cibində özünə məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd bank kartını, şalvarının arxa sol cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümünü polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd siqaretin gümüşü bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik, kristalk kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və siqaretin gümüşü kağız bükümü ilə birlikdə çəkisi 0,5 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni 2021-ci ilin yanvar ayının əvvəllərində Mingəçevir şəhəri R.Rza küçəsində yerləşən yaşadığı binanın arxasından keçərkən yerdən siqaretin gümüşü kağız bükümündə tapmışdır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Həmçinin o, ifadəsində Bəxtiyar Əsgərovun yaşadığı mənzildə narkotik vasitələri qəbul etmədiyini, Bəxtiyar Əsgırovun ona yaşadığı mənzildə narkotik vasitələri qəbul etməsi üçün şərait yaratmadığını göstərmişdir. Əməlini etiraf etməsini və səmimi peşmanlığını və himayəsində 2 nəfər azyaşlı uşaq olmaqla ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, X4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mütəmadi olaraq məşğul olması və yaşadığı mənzildə narkotik vasitələri qəbul etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Bu səbəbdən də Bəxtiyar Əsgərovun yaşadığı mənzilə baxış keçirilməsinə icazə verilməsi üçün vəsatət və təqdimatla Mingəçevir şəhər Məhkəməsinə müraciət edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 20 yanvar 2021-ci il tarixli qərarı ilə X2 yaşadığı Mingəçevir şəhəri M.Maqomayev küçəsi 12 saylı evin 26 saylı mənzilinə baxış keçirilməsinə icazə verilmişdir. Bu səbəbdən də 20 yanvar 2021-ci il tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşları, Şahid1, Şahid4, Şahid3 və o, birlikdə Bəxtiyar Əsgərovun yaşadığı mənzilə getmişlər. Qapını döyüb Bəxtiyar qapını açdıqdan sonra Bəxtiyara narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, Mingəçevir şəhər Məhkəməsinin qərarı əsasında yaşadığı mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Həmçinin, həmin zaman mənzildə Bəxtiyardan başqa Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs da olmuşdur. İlkin olaraq Bəxtiyar Əsgərovun üzərinə şəxsi axtarış keçirilmişdir. Bəxtiyar Əsgərovun üzərinə şəxsi axtarış keçirilərkən Bəxtiyar Əsgərovun üzərindən qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Bəxtiyar Əsgərovun yaşadığı mənzilə baxış keçirilmiş və baxış zamanı mənzilin yataq otağından narkotik vasitələr heroin, tiryək və narkotik vasitələrin qəbul edilməsinə istifadə edilən şüşə ampulalar, 2 ml-lik şprislər aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, Təqsirləndirilən şəxs da əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sol cibindən bir qutu siqaret və bir ədəd alışqanı, əynində olan göy rəngli cins şalvarının sol cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd bank kartı, şalvarının arxa sol cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən çıxarıb təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağız bükümü digər iştirakçıların yanında açılarkən içərisində qəhvəyi rəngdə, kəskin iyli narkotik vasitəyə oxşar kristallik kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş bir ədəd siqaretin gümüşü kağız bükümündə olan narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilmişdi, gümüşü kağız bükümü ilə birlikdə ümumi cəmi çəkisi 0,5 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 2021-ci ilin yanvar ayının əvvəllərində Mingəçevir şəhəri R.Rza küçəsində yerləşən yaşadığı binanın arxasından keçərkən yerdən siqaretin gümüşü kağız bükümündə tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün əynində olan göy rəngli cins şalvarın arxa sol cibində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə bir ədəd poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür ki, o, öz ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan 20.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın arxa sol cibində gizlədərək saxladığı 1 (bir) ədəd siqaretin gümüşü kağız bükümünün içərisində ümumi təmiz çəkisi 0,396 qram olan olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan 21.01.2021-ci il tarixli qərarla təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 21.01.2021-ci il tarixli 17/56 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli bükümdə, təmiz çəkisi – 0,396 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işi materiallarında olan 08.02.2021-ci il tarixli qərarla təyin edilmiş məhkəmə narkoloji ekspertizasının 25.03.2021-ci il tarixli 840 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə 31.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd siqaretin gümüşü kağız bükümündə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,050 qram olan narkotik vasitə kütlələrindən sonra yerdə qalan ümumi çəkisi 0,346 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. İş materialarında olan DİN BƏSİİ-nin 28.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan 12 saylı MİS-in xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs R.Rza küçəsi ev 16, mənzil 25 ünvanında yaşadığı müddətdə barəsində heç bir ərizə və ya şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin (şəkilsiz) surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28.12.2011-ci il təvəllüdlü Səmədli Esma və 17.08.2016-cı il təvəllüdlü Səmədli Anara adlı az yaşlı uşaqları vardır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin yuxarı həddi üçün 0,15 qram müəyyən edildiyi halda 2021-ci ilin yanvar ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümündə təmiz çəkisi 0,396 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki göy rəngli cins şalvarın arxa sol cibində gizlədib saxlayaraq daşımış və 20.01.2021-ci il tarixdə Mingəçevir şəhər X3 Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Mingəçevir şəhər Məhkəməsinin qərarı əsasında X2 yaşadığı Mingəçevir şəhəri M.Maqomayev prospekti 12№-li evin 26№-li mənzilinə axtarış keçirilərkən həmin mənzildə saxlanılıb saat 19 radələrində orada üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən aşkar edilib götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 az yaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, törətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında 20 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında 22 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22.01.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci ildən 22 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini, Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 71 manat 94 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,346 qram heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ**********6146935270 saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci ildən 22 yanvar 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini, Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,346 qram heroin qalığı məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ**********6146935270 saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-101/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-101/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver