Məhkəmə qərarları › İş №1(051)-101/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-101/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-101/2022 28.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Konsensuss vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü il tarixdə Ağdam rayonunun, Novruzlu kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, otra təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdam rayonunun, Novruzlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin yuxarı həddi üçün 0,15 qram, həmin Qanunun 2-ci siyahısının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə metamfetaminin yuxarı həddi üçün 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istihlak miqdarından artıq miqdarda satış məqsədi olmadan əldə etdiyi ümumi təmiz çəkisi 0,467 qram olan narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0, 466 qram olan psixotrop maddə metamfetamini özü ilə daşıyıb yaşadığı evə aparıb həmin narkotik vasitə heroindən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,272 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,466 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki şalvarın sağ yan cibində gizlədib saxlayaraq daşımış, qalan 5 ədəd siqaretin gümüşü kağız bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,045 qram, 0,052 qram, 0,031 qram, 0,033 qram, və 0,034 qram olmaqla, ümumi təmiz çəkisi 0,195 qram olan narkotik vasitə heroini yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 10 saylı evin 5 saylı mənzilinin qonaq otağında televzoraltının üzərindəki süni dibçəkdə gizlədərək saxlamış, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 10 saylı evin yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 19 radələrində üzərinə şəxsi axtarış keçirilərkən 0,272 qram çəkidə narkotik vasitə heroin və 0, 466 qram çəkidə psixotrop maddə metamfetamin onun əynində olan şalvarın sağ yan cibindən, 5 ədəd siqaretin gümüşü kağız bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,045 qram, 0,052 qram, 0,031 qram, 0,033 qram və 0,034 qram olmaqla, ümumi təmiz çəkisi 0,195 qram olan narkotik vasitə heroin isə xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhər Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Mingəçevir şəhər Məhkəməsinin qərarı əsasında onun yaşadığı mənzilə baxış keçirilərkən mənzildən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2013-cü ildən narkotik vasitələrdən istifadə etməyə başlamış, hazırda da narkotik vasitələrdən istifadə edir. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, M.Ə.Sabir küçəsindən keçərkən yerdə 2 ədəd gümüşü rəngli kağız bükümünü görüb götürmüşdür. Açıb baxdıqda, həmin bükümün içərisindəkinin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin “şüşə” olduğunu bilmişdir. Çünki özü də narkotik vasitələrdən istifadə edir. Daha sonra yaşadığı mənzilə getmiş, orada narkotik vasitə olan heroini hissələrə ayırıb siqaretin gümüşü kağız bükümlərinə bükmüşdür. Həmin narkotik vasitədən 5 ədəd siqaretin gümüşü kağızı bükümlərini sonra istifadə etmək məqsədi ilə yaşadığı mənzildə qonaq otağında olan televizorun yanındakı süni dibçəyin içərisində gizlətmişdir. Daha sonra 1 ədəd siqaretin gümüşü bükümündə olan narkotik vasitə heroini və 1 ədəd siqaretin gümüşü kağız bükümündə olan psixotrop maddə metamfetamini əynindəki şalvarın sağ yan cibinə qoyaraq gizlətmişdir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 10 saylı yaşayış binasının yaxınlığında tapdığı narkotik vasitə və psixotrop maddə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmiş, o da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmiş, o da əynindəki şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd və içərisində psixotrop maddə metamfetamin-“şüşə” olan gümüşü rəngli kağız bükümləri təqdim etmişdir. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi iki ədəd kağız bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli və şəffaf rəngli kəskin iyə malik, kristalik kütlə yəni narkotik vasitə və psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və siqaretin gümüşü kağız bükümü ilə birlikdə narkotik vasitə heroinin çəkisi 0,5 qram, siqaretin gümüşü kağız bükümü ilə birlikdə psixotrop maddə metamfetaminin çəkisi 0,7 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitə və psixotrop maddəni xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, M.Ə.Sabir küçəsindən keçərkən yerdən gümüşü rəngli kağız bükümlərdə tapmışdır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 15 radələrində polis əməkdaşları Mingəçevir Şəhər Məhkəməsinin qərarı əsasında yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 10 saylı evin 5 saylı mənzilinə baxış keçirmişlər. Baxış keçirilərkən qonaq otağında olan televizorun yanındakı süni dibçəyin içərisindən 1 ədəd şəffaf rəngli sellafon paketin içərisində 5 ədəd siqaretin gümüşü kağız bükümləri aşkar olunmuşdur. Həmin bükümlər açılıb baxılarkən içərisindəkilərin qəhvəyi rəngli kəskin iyli kristallik maddə narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, məsuliyyətdən yayınmaq üçün həmin bükümlərin özünə məxsus olmadığını polis əməkdaşları tərəfindən yaşadığı mənzilə qoyulduğunu, həmçinin istintaq zamanı da yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitənin də özünə məxsus olmadığını bildirmişdir. Həqiqətdə isə yaşadığı mənzildən və üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə metamfetamin özünə məxsus olmuşdur. Həmin narkotik vasitələri xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, M.Ə.Sabir küçəsindən keçərkən yerdən yerdən tapmışdır. İstintaqın ilkin mərhələsində həbs olunmaqdan qorxduğu üçün narkotik vasitənin özünə məxsus olmadığını bildirmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşları Şahid1, Şahid2 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin N.Nərimanov küçəsi 10 saylı yaşayış binasının yaxınlığında görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki əynindəki şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan və içərisində psixotrop maddə metamfetamin - “şüşə” olan gümüşü rəngli kağız bükümləri çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində şalvarın sağ yan cibindən aşkar olunmuş bükümlərə açılıb baxıldıqda bükümlərdə olan kütlənin qəhvəyi və ağ rəngli kəskin iyli kristallik maddələr yəni narkotik vasitə və psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 2(iki) büküm narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilmiş, 1 (bir) ədəd gümüşü rəngli kağız bükümü ilə birlikdə narkotik vasitə heroinin ümumi cəmi çəkisi 0,5 qram, 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümü ilə birlikdə psixotrop maddə metamfetaminin ümumi çəkisi 0,7 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhərinin M.Ə.Sabir küçəsindən keçərkən yerdən 2 ədəd gümüşü ağ rəngli bükümdə tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün əynində olan şalvarın sağ yan cibində gizlədərək saxladığını, narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəyəyə oxşar kütlə bir ədəd poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Bundan sonra xx.xx.2021 -ci il tarixdə sat 15 radələrində Mingəçevir Şəhər Məhkəməsinin qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 10 saylı evin 5 saylı mənzilinə baxış keçirilmişdir. Baxış keçirilərkən qonaq otağında olan televizorun yanındakı süni dibçəyin içərisindən 1 ədəd şəffaf rəngli sellafon paketin içərisində 5 ədəd siqaretin gümüşü kağız bükümləri aşkar olunmuşdur. Həmin bükümlər açılıb baxılarkən içərisindəkilərin qəhvəyi rəngli kəskin iyli kristallik maddə narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib edilmiş protokola o da imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 da şahid X2 ilə eyniməzmunlu ifadə verərək onu göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirakı mümkün olmamış, Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 da şahidlər X2 və Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 12 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan şalvarın sağ yan cibində gizlədərək saxladığı 1 (bir) ədəd siqaretin gümüşü ağ rəngli kağız bükümünün içərisində ümumi təmiz çəkisi 0,272 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd gümüşü ağ rəngli kağız bükümün içərisində ümumi təmiz çəkisi 0,466 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 10 saylı, evin 5 saylı mənzilinə baxış keçirilərkən mənzilin qonaq otağındakı televizoraltının üzərindəki süni dibçəyin içərisindən 5 (beş) ədəd siqaretin gümüşü ağ rəngli kağız bükümlərində ayrı-ayrılıqda çəkiləri 0,045qr., 0,052 qr., 0,031 qr., 0,033qr., 0,034 qr., ümumi təmiz çəkisi-0,195 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli 17/198 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki bükümdə narkotik...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi- 0,272 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Digər 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,466 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Zərfin içərisindəki heroin və metamfetamin müxtəlif növ maddələrə aid olduğundan onların müqayisəli tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 5 ədəd gümüşü bükümdə....” sözləri yazılmış zərfin içərisindəki 05 (beş) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,045qr., 0,052 qr., 0,031 qr., 0,033qr., 0,034 qr., ümumi təmiz çəkisi-0,195 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroinlərdir. Həmin 05(beş) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüş-ağ rəngli kağız bükümdə olan heroin ilə digər 01 (bir) ədəd zərfin içərisindəki 05 (beş) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 744 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,120 qram narkotik vasitə kütləsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,347 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,050 qram psixotrop maddə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,416 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işi materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-66/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasının başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr olan “heroini” və psixotrop maddə hesab edilən “metamfetamini” əldə edib üzərində saxlayaraq daşımaqla və yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 10 saylı, evin 5 saylı mənzildə saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 0,467 qram olan narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0, 466 qram olan psixotrop maddə metamfetamini özü ilə daşıyıb yaşadığı evə aparıb həmin narkotik vasitə heroindən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,272 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,466 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki şalvarın sağ yan cibində gizlədib saxlayaraq daşımış, qalan 5 ədəd siqaretin gümüşü kağız bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,045 qram, 0,052 qram, 0,031 qram, 0,033 qram, və 0,034 qram olmaqla, ümumi təmiz çəkisi 0,195 qram olan narkotik vasitə heroini yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 10 saylı evin 5 saylı mənzilinin qonaq otağında televzoraltının üzərindəki süni dibçəkdə gizlədərək saxlamış, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 10 saylı evin yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 19 radələrində üzərinə şəxsi axtarış keçirilərkən 0,272 qram çəkidə narkotik vasitə heroin və 0, 466 qram çəkidə psixotrop maddə metamfetamin onun əynində olan şalvarın sağ yan cibindən, 5 ədəd siqaretin gümüşü kağız bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 0,045 qram, 0,052 qram, 0,031 qram, 0,033 qram və 0,034 qram olmaqla, ümumi təmiz çəkisi 0,195 qram olan narkotik vasitə heroin isə xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhər Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Mingəçevir şəhər Məhkəməsinin qərarı əsasında onun yaşadığı mənzilə baxış keçirilərkən mənzildən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tam, hərtərfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, həmin Məcəllənin 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və həmin cəzanı CM-in 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla və birinci hökmə əsasən, çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, cinayət işi materiallarında olan Mingəçevir şəhər icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 115384/3-12 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkmək üçün xx.xx.2022-ci il tarixdə şöbədə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixədək o, cəzasının 4 ay 4 gününü çəkmiş, çəkilməmiş hissəsi isə 2 il 7 ay 22 təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-66/2022 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə Mingəçevir icra və probasiya şöbəsində qeydiyyata alındığı, xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən verilmiş 115384/3-12 saylıməktubdan görünür ki, Təqsirləndirilən şəxs cəzasını çəkmək üçün xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY– dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021–ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 03 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 06 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM–in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata da alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş, ekspert tədqiqatlarına sərf edildikdən sonra təmiz çəkiləri 0,347 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,416 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 71 manat 94 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) gün müddət AR CM-nin 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmünə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı 23 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatlarına sərf edildikdən sonra təmiz çəkiləri 0,347 qram olan narkotik vasitə heroin və 0,416 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar