Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-101/2025 06.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza müddəti xx.xx.2025-ci il tarixdə başa çatmış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 182-ci bəndinə əsasən narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,5 qram müəyyən edildiyi halda, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib islah olunmayaraq satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda xeyli miqdarda təmiz çəkisi 1,631 qram narkotik vasitə hesab edilən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 15:48-də Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti 76/1 saylı binanın yaxınlığında saxlanılıb həmin tarixdə saat 15:48-dən 15:54-dək üzəri yoxlanılarkən, həmin çəkidə narkotik vasitə hesab edilən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəkdan istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 17 saylı binanın yaxınlığında olan ayyaqqabı sexinin yaxınlığından piyada keçən zaman yerdə bir ədəd sellafon büküm olduğunu görmüş və o, narkotik vasitə olan tiryək istifadəçisi olduğu üçün həmin sellofan bükümü yerdən götürüb açıb içərisinə baxan zaman içərisindəkinin tiryək olduğuna əmin olmuş, daha sonra ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan həmin bir ədəd sellafon bükümü əynindəki qara rəngli cins şalvarın sağ yan cibində gizlətmiş və uyğun vaxtda istifadə üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 15:48-də o, piyada Mingəçevir şəhəri, H.Əliyev prospekti 76/1 saylı binanın qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşıb polis vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərinə yoxlanış keçiriləcəyini bildirmişlər. O isə etiraz etməmişdir. Həmin vaxtı üzərinə yoxlanış videoçəkilişlə keçirilməyə başlanılmışdır. Yoxlanış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi bir ədəd sellofan bükümdə olan tiryəki könüllü olaraq təqdim etmiş və üzərinə yoxlanış keçirilmişdir. Həmin sellafon bükümə baxış keçirilən zaman o, polis əməkdaşlarının sorğusuna cavab olaraq üzərindən aşkar edilmiş sellafon bükümdəki kütlənin narkotik vasitə olan tiryək olduğunu və həmin tiryəki xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 17 saylı binanın yaxınlığında yerdən tapıdığını bildirmişdir. Bundan sonra həmin sellofan bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və sellafon bükümdə kütlənin ümumi çəkisi 1,85 qram olmuşdur. Bundan sonra o, Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir ŞPŞ-nə gətirilmiş və qanunsuz olaraq narkotik vasitə saxladığına görə Mingəçevir ŞPŞ-nin təhqiqatçısı tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə tutulmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı xüsusi rütbəsində xidmət edən Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində o, Mingəçevir ŞPŞ-nin əməkdaşı Mustafayev X3 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev küçəsi bina 76/1 nömrəli binanın yaxınlığında görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu, bu səbəbədən üzərinin yoxlamlanacağını və üzəri video çəkiliş aparılmaqla yoxlanılarkən videoçəkilişdən istifadə edildiyi üçün hal şahidlərinin iştirakının məcburi olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs isə üzərinin yoxlanılmasına etiraz etməmiş və üzəri yoxlanılarmazdan öncə Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və üzəri yoxlanılarkən qanunla saxlanması qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd sellafon bükümü açıb içərisinə baxış keçirilən zaman spesifik iyindən və görünüşündən narkotik vasitə olan tiryəkə oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra prosses iştirakçılarının yanında həmin bir ədəd sellafon bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,85 qram olmuşdur. Daha sonra həmin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Soğru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellafon bükümdə narkotik vasitə olan tiryəki xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 17 saylı binanın yaxınlığında yerləşən ayyaqqabı sexinin yaxınlığında yerdən tapdığını və şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Məmmədov X2 ŞPŞnə gətirilmiş və Mingəçevir ŞPŞ-nin təhqiqatçısı tərəfindən müdafiəçinin iştirakı ilə AR CM 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində polis leytenantı xüsusi rütbəsində xidmət edən Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilən zaman onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə olan kibrit qutusu aşkar edilərək götürülmüşdür (i.v. 08-09). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:59-dan tutulmuş hesab edilmişdir (i.v. 25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/191 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,631 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (i.v. 40-41). xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (i.v. 51-52). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 64-65). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 69-70). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 1,531 qram olan narkotik vasitə - tiryək maddi sübut qismində tanınmış və saxlanılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinin saxlancına təhvil verilmişdir (i.v. 80-81). xx.xx.2025-ci il tarixli 79 saylı arayışa əsasən Məmmədov X2 şəhəri, Ş.İ.Xətai küçəsi, ev 17, mənzil 21 ünvanında yaşayır. Ailə tərkibi – həyat yoldaşı X6, oğlu X7 və X1 ibarətdir (i.v. 94). xx.xx.2025-ci il tarixli 4 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 95). 118044 №li veteranlıq vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müddətsiz olaraq 118044 №li veteranlıq vəsiqəsi verilmişdir (i.v. 99). İ-48154 №li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir (i.v. 100). İ-11612 №li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı verilmişdir (i.v. 101). AZ-İV 158372 №li xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası - Təqsirləndirilən şəxs, anası – X4r (i.v. 103). AZ-İV 415713 №li xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası - Təqsirləndirilən şəxs, anası – X4r (i.v. 103). Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(075)-83/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 108-111). xx.xx.2025-ci il tarixli, 3351 saylı Mingəçevir Şəhər rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş arayışa əsasən Məmmədov X2 Şəhər rayonlararası Narkoloji Dispanserin narkoloji qeydiyyatında yoxdur (i.v. 114). xx.xx.2025-ci il tarixli 302 nömrəli arayışa əsasən Məmmədov X2 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir (i.v. 115). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 351.2-ci maddəsində təqsirləndirilmiş 03 il 09 ay azadlıqdan məhrumetmə və 03 il sürücülük hüququndan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuş, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 01 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 116-117). Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən verilmiş 12 mart 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş cəza müddəti xx.xx.2025-ci il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, № 377 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (i.v. 118). Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan tiryəki haradan əldə etməsi və narkotik vasitələrin alveri ilə məşğul olub olmamasının əməliyyat yolu ilə yoxlanılıb nəticəsi barədə istintaq orqanına rəsmi məlumat verilməsi üçün xx.xx.2025-ci il tarixdə əməliyyat tapşırığı verilmiş, xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,631 qram narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki haradan əldə etməsi və onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə edilməmişdir (i.v. 120). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 1,531 qram olan narkotik vasitə -tiryək maddi sübut kimi tanınaraq saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/191 №li və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 377 №li rəyləri sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 121- 126). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını (CM-59.1.4), təqsirini etiraf edərək səmimi peşmançılıq çəkməsini və müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM-59.2) Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmançılıq çəkməsini himayəsində 2 azyaşlı uşağının olmasını və müharibə veteranı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alaraq, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunu hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 1,531 qram olan narkotik vasitə - xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər tutulmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 1,531 qram olan narkotik vasitə - xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən. Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-101/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-101/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver