Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-102/2020 05.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 mənzil 88 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədəksadələşdirilmişicraatmateriallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20 radələrində qonşusu Zərərçəkmiş şəxs onun tanışı Şahid3 onun tərbiyəsiz olduğunu deyərək yanında dayanmamasını tövsiyyə etdiyinə görə Zərərçəkmiş şəxs ilə ünvan 1 ünvanında dəhlizdə şəxsi münasibətlər zəminində mübahisə etmiş və həmin vaxt o, əvvəlcə dəhlizdən götürdüyü süpürgənin sapı ilə Zərərçəkmiş şəxs sağ əlinə, sonra təpik zərbəsi ilə döş qəfəsinə, bir təpik zərbəsi ilə isə sağ qulaq nahiyyəsinə vuraraq ona döş vəzisində qançır, baş barmağın 1-ci falanqasının qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Aşkar cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində yaşadığı binanın arxa tərəfində olarkən Zəminə balkondan öz qohumu olan uşağa qışqıraraq “o tərbiyəsizin yanında dayanma” demişdir. O isə aşağıdan ona danışığına fikir verməyi bildirmişdir. Sonradan öz yaşadığı mənzilə çıxmaq istəyərkən Zəminə ilə qarşılaşmış və aralarında mübahisə yaranmışdır. Bir-birinin ünvanına nalayiq sözlər demişlər və mübahisə zamanı dəhlizdə olan süpürgəni götürərək sapı ilə Zəminənin sağ əlinə vurmuşdur. Zəminə isə süpürgəni onun əlindən alıb kürək nahiyyəsinə vurmuş və süpürgənin qırılmışdır. O isə bir dəfə təpik zərbəsi ilə Zəminənin döş qəfəsi nahiyyəsinə, bir dəfə isə sağ qulaq nahiyyəsinə vurmuş və sonra oradan qaçıb getmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış və ona vurulmuş ziyanı ödəmişdir. Ona görə də barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş edir. Aşkar cinayət üzrə şikayət vermiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə qohumu 2011-ci il təvəllüdlü Şahid3 onun yaşadığı mənzilə gələrək Talehin onun yanında nalayiq sözlər danışmasını bildirmişdir. Ayxana Talehin yanında dayanmamasını tapşırmışdır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində balkona çıxıb Ayxanın Talehlə birlikdə binanın arxa tərəfində dayanmasını görmüş və Ayxana Talehin yanında dayanmamasını demişdir. Taleh ona danışığına fikir verməyi bildirmiş və aralarında sözlə mübahisə yaranmışdır. Bir az sonra Talehlə dəhlizdə qarşılaşmış və aralarında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı bir-birinin ünvanına nalayiq sözlər demiş, mübahisə zamanı Talehin dəhlizdə olan süpürgəni götürmüş və onu vurmuşdur. Süpürgənin sapı onun sağ əlinə dəymiş, süpürgəni Talehin əlindən alıb onun kürək nahiyyəsinə bir dəfə vurmuş və süpürgə qırılmışdır. Bundan sonra Taleh bir təpik zərbəsi ilə onun döş qəfəsi nahiyəsinə, bir təpik zərbəsi ilə də sağ qulaq nahiyyəsinə vurmuş və qaçaraq oradan uzaqlaşmışdır. Hal hazırda barışdıqlarına və ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etdi. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində dəhlizə çıxdıqda Zəminə ilə Talehin dalaşmasını görmüşdür. Dərhal gedib Zəminənin qızı Jaləyə Talehin onun anasını döyməsi barədə məlumat vermişdir. Hadisə zamanı Taleh Zəminənin sağ əlinə süpürgənin sapı ilə vurmuş, Zəminənin isə həmin süpürgəni Talehin əlindən alaraq onun kürək nahiyyəsinə vurub qırmışdır. Bundan əlavə Taleh bir dəfə təpik zərbəsi ilə Zəminənin döş qəfəsi nahiyyəsinə, bir dəfə isə sağ qulaq nahiyyəsinə vurmuşdur. Şahid1 oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində qonşuluqda yaşayan Şahid2 onu çağırmış və Talehin onun anasını döyməsi barədə məlumat vermişdir. Dəhlizə çıxdıqda Talehin Zəminənin döş qəfəsi nahiyyəsinə bir dəfə təpik zərbəsi ilə vurmasını və qaçıb getməsini görmüşdür. Məhkəmə baxışı zamanı əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək barışdıqlarını bildirmiş, bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 424 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:- döş vəzisində qançır və baş barmağın 1-ci falanqasının qapalı sınığı, küt əşyanın (alətin-lərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, əməli törətmiş şəxslə zərər çəkmiş şəxs barışmış, zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73.2-ci, CPM-nin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin və o,cinayət məsuliyyətindən azad edilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-102/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-102/2020
05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver