Məhkəmə qərarları › İş №1(051)-102/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-102/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-102/2021 04.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs- xx.xx.1995-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən,subay, əvvəllər məhkum olunmamış,Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6 №li evin 13 №li mənzilində qeydiyyatda olan, Mingəçevir şəhəri Nizami küçəsi 23 №li evin 4 №li mənzilində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 26.01.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,382 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə- heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli gödəkcənin sağ yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 8№-li evin yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17:00 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 26.01.2021 -ci il tarixdə saat 11 radələrində yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 23№-li evin yaxınlığından keçərkən yerdə 1 ədəd ağ rəngli kağız bükümünü görüb götürdü. Açıb baxdıqda həmin bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu bildi. Həmin bükümü əynindəki qara rəngli gödəkcənini sağ yan cibinə qoyaraq gizlətdi. 26.01.2021 -ci il tarixdə saat 17:00 radələrində Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 8№-li yaşayış binasının yaxınlığından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Həmin vaxt tapdığı narkotik vasitə də cibində idi. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Polis şöbəsində onun üzərinə baxış keçirilərkən tapdığı büküm əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldü. Bu barədə protokol tərtib olundu, o da protokola imza etdi. Əməlindən peşimandır. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 26.01.2021 -ci il tarixdə saat 17:00 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid1 və Şahid3 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 8№-li evin yaxınlığında ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsinə vəkil dəvət olundu. Təqsirləndirilən şəxs izah edildi ki, vəkilin də iştirakı ilə video-çəkilişdən istifadə edilməklə üzərində baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs etiraz etmədi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bir ədəd kağız büküm aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 26.01.2021 -ci il tarixdə saat 11:00 radələrində Mingəçevir şəhəri Nizami küçəsi 23№-li evin yaxınlığından keçərkən kağız bükümündə yerdən tapdığını, özü istifadə etmək məqsədilə bildirdi. Şahid3 da məhkəmə iclasında Şahid2 ifadəsinə uyğun ifadə verdi. Təqsirləndirilən şəxs əməli digər Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 26-27 vərəqlərində olan 26 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ cibindən bir ədəd ağ kağız büküm, əynindəki boz rəngli cins şalvarın sol yan cibindən içərisində siqaret dənələri olan “ Arqo” markalı siqaret, iki ədəd beş manatlıq əskinaz, bir ədəd on manatlıq əskinaz, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd əlli manatlıq əskinaz aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin bükümdə olan narkotik vasitə heroindir və özünə məxsusdur, həmin bükümü 26 yanvar 2021-ci il tarixdə saat 11:00 radələrində Mingəçevir şəhər Nizami küçəsi 23 saylı binanın yaxınlığından yerdən tapmışdır, istifadə etmək məqsədi ilə əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq saxlamışdır. Həmin büküm açıldıqda orada olan kütlənin spesifik iyindən narkotik vasitə-heroinə oxşar kütlə olması müəyən olundu. İşin 38-40 vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 27 yanvar 2021-ci il tarixli, 17/77 saylı rəyində göstərilir ki, üzərində « Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir büküm…» sözləri yazılmış zərfin içərisindəki, ağ rəngli kağıza bükülmüş digər 01(bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,382 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir.Heroinin təmiz çəkisi-0,382 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,332 qram. İşin 91-cı vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 320 saylı 31 mart 2021-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzəb çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 26.01.2021 -ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,382 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə- heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli gödəkcənin sağ yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 8№-li evin yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17:00 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 89-cu vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 78-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 19-cu vərəqində olan şübhəli şəxsi tutma haqqında 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 68-69-cu vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 28 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. Təqsirləndirilən şəxs 26 yanvar 2021-ci il tarixdən 28 yanvar 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,332 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki)il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 yanvar 2021-ci il tarixdən 28 yanvar 2021-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(bir) il 5 (beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,332 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar