Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-102/2025 30.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi: Mingəçevir Şəhər vəkil Bürosunun vəkili: Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayında özünün işlədiyi Mingəçevir şəhər mərkəzi xəstəxanada təcili tibbi yardım avtomobilinə onu sürücü olaraq, arvadı Şahid1 isə həmin xəstəxanada kiçik tibb bacısı olaraq işə düzəldəcəyinə dair yalan vəd verib inandırmağa nail olub 2022-ci ilin aprel ayı ərzində istintaqa bəlli olmayan günlərdə Zərərçəkmiş şəxs Mingəçevir şəhər mərkəzi xəstəxanasının ərazisində şəxsən 3000 manat, daha sonra Mingəçevir şəhər Günəşli bağ massivində yerləşən “Oba” marketin qarşısında şəxsən 3000 manat və Mingəçevir şəhər mərkəzi xəstəxanasının həyətində şəxsən 3500 manat olmaqla ümumilikdə 9500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə münasibətləri əvvəllər yaxşı olmuşdur. 2022-ci ilin mart ayında Müşfiq ilə söhbət edərkən o, özü xəstəxanada sürücü olaraq arvadı isə xadimə olaraq işə düzəlmək istədiklərini, qarşılığında pul verə biləcəyini bildirmişdir. O, da ilk olaraq Zərərçəkmiş şəxs maraqlanacağını və mümkün olarsa işə düzəldə biləcəyini demişdir. İlk olaraq həmin vaxt düşünüb ki, Müşfiqin və arvadının işində köməklik edə biləcək və bir müddət sonra Müşfiq ilə danışarkən ona özünü sürücü olaraq təcili yardımda işə düzəlməsi üçün və arvadının süpürgəçi olaraq işə düzəlməsi üçün ümumilikdə 9500 manat pul lazım olmasını bildirmişdir. Daha sonra Müşfiqə özünün və arvadının sənədlərini də gətirməsini bildirmişdir. Həmin vaxtdan sonra Müşfiq 2022-ci ilin aprel ayında dəqiq xatırlamadığı tarixlərdə 3 dəfəyə olmaqla 9500 manat pulu və özünə həm də arvadına aid sənədləri gətirib xəstəxanada ona şəxsən təhvil vermişdir. Həmin vaxtdan etibarən özünün maddi ehtiyacları olduğu üçün həmin pulu öz məsrəflərinə xərcləmiş, düşünmüşdür ki, Müşfiqlə münasibətləri yaxşıdır, Zərərçəkmiş şəxs ondan şikayət etməz və onun pulunu hissə-hissə olaraq gələcəkdə qaytarar. Lakin daha sonralar maddi vəziyyəti yaxşı olmadığından Zərərçəkmiş şəxs almış olduğu pulu qaytara bilməmiş, ona görə də Zərərçəkmiş şəxs ondan şikayət etməli olmuşdur. Zərərçəkmiş şəxs ilə söhbət edərkən o özünün sürücü arvadı Amaliyanın da süpürgəçi olaraq işə qəbulunu maraqlandıqda hər ikisini istədiyi işə düzəldə biləcəyini bildirmiş, həmin vədə uyğun olaraq pul almış, onların işə qəbulu ilə bağlı hər hansı real hərəkətlər yəni onların qanuni əsaslarla işə qəbul olunması məqsədilə sənəd vermələri yaxud boş yer olub olmaması mümkündürsə düzəlmələrinə dair hər hansı aktiv hərəkətlər etməmişdir. Zərərçəkmiş şəxslə barışdığını, dəymiş zərəri tamamilə ödədiyini və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Özü 1-ci Qarabağ Müharibəsi iştirakçısıdır, qardaşı Füzuli Əliyev həmin müharibə zamanı şəhid olmuşdur. Atası Soltan hazırda onunla birlikdə yaşayır. 2021-ci ildə dövlət tərəfindən şəhid ailələrinə yardım məqsədilə pul verilərkən atası Soltana 11000 manat pul verilmişdir. Atası Soltan da həmin pulu evdə saxlamışdır. O, heç bir yerdə işləmir. Gülnarə Hümmət qızını uzun müddətdir ki, tanıyır. Onun atası, əmisi qardaşı və yaxın qohumları ilə tanışlıqları vardır. Gülnarə özü xəstəxanada doğum şöbəsində işləyir. 2022-ci ilin dəqiq xatırlamadığı tarixində təxminən mart ayının son günlərində Gülnarə atası Hümməti həkimə onun avtomobili ilə apararkən birlikdə yol getdikdə söhbət etmişlər, həmin vaxt Gülnarədən özü üçün xəstəxanada iş axtarmağını mümkün olarsa sürücü olaraq işə qəbul olmağı və qarşılığında pul verə biləcəyini, əgər o işə düzəlməsə həyat yoldaşı Şahid1 qızma uyğun iş olarsa onu da işə düzəltmək qarşılığında pul verə biləcəyini demişdir. Gülnarə də xəstəxanada işləyən rəhbərlik ilə münasibətləri yaxşı olmasını və rəhbərlik vasitəsilə onu təcili yardıma sürücü və həyat yoldaşını isə xəstəxanada süpürgəçi olaraq düzəldə biləcəyini demişdir. O, da razılaşmışdır. Bir neçə gün sonra Gülnarə ona zəng edərək onun təcili yardımda sürücü olaraq, həyat yoldaşı Amaliyanı da süpürgəçi olaraq xəstəxanada işə düzəlməyi ilə bağlı rəhbərliklə söhbət etdiyini və razılaşdırdığını, qarşılığında isə onun sürücü olaraq işə düzəlməyi üçün 6500 manat, Amaliyanın işə düzəlməyi üçün isə 3000 manat lazım olmasını bildirmişdir. O, da Gülnarə ilə razılaşmış və pulu hissə-hissə verə biləcəyini demişdir. Çünki özünün həmin məbləğdə pulu olmamış, atası Soltandan şəhid ailələrinə verilmiş puldan borc olaraq götürməyi nəzərdə tutub razılaşmışdır. Lakin atası Soltandan birdəfəlik 9500 manat pul istəyə bilməmiş buna görə də ilk olaraq özünün sürücü olaraq xəstəxanada işə düzəlməyi barədə danışıldığını və qarşılığında 3000 manat lazım olmasını deyib, atası Soltan da razılaşmış və işə başladıqdan sonra hissə-hissə qaytarmağını deyərək 3000 manat borc pul vermişdir. 2022-ci ilin aprel ayının ilk günlərində o, öz işinin düzəlməsi məqsədilə ilk olaraq 3000 manat pulu Mingəçevir şəhər mərkəzi xəstəxanasının acil şöbəsinin qarşısında Gülnarə ilə görüşüb ona vermiş, işə qəbulla bağlı zəruri sənədləşmə davam etdiyi müddətdə də öz işinin 3500 manat qalan hissəsini və Şahid1 işinin 3000 manat pulu verəcəyini bildirmişdir. Gülnarə də razılaşıb ona aid habelə arvadı Amaliyaya məxsus sənədlərin surətlərini ondan təhvil almışdır. Təxminən bir müddət sonra Gülnarə zəng edərək onun və Şahid1 işlərinin hazır olmasını və qalan 6500 manat pulu da verməyi bildirmişdir. O da yenidən atası Soltanın yanına gəlib və işi düzəlmək üzrə olmasını lakin əlavə 3000 manat da lazım olduğunu bildirib ondan borc istəmiş atası Soltan da etiraz etməyib əlavə 3000 manat pul vermişdir. O, da həmin ilin aprel ayının təxminən 20-dən sonra Gülnarə ilə telefonla əlaqə saxlayıb pulu vermək istədiyini deyib Gülnarənin yaşadığı Günəşli bağ massivində yerləşən “Oba” marketin yaxınlığına gedərək Gülnarə ilə marketin yaxınlığında görüşüb ona 3000 manat pulu şəxsən vermişdir. Həmin vaxtdan təxminən bir həftə sonra Gülnarə zəng edərək işlərinin düzəldiyini yəni o təcili yardıma sürücü olaraq arvadı Amaliya da xəstəxanada süpürgəçi olaraq işə düzəldiklərini lakin qalan 3500 manat pulu da verdikdən sonra bir ay ərzində işə başlayacaqlarını deyib 3500 manat qalan pulu istəmişdir. O, da yenidən atası Soltandan 3500 manat əlavə pul borc alıb aprel ayının son günlərində yenə də mərkəzi xəstəxanaya gedərək Gülnarəyə 3500 manat pulu orada şəxsən vermişdir. Bununla da Gülnarə onu xəstəxanaya təcili yardıma sürücü olaraq düzəltməsi üçün 6500 manat pulu və arvadı Şahid1 xəstəxanada sürüpügəçi olaraq işə düzəlməsi müqabilində 3000 manat pulu almış olmuşdur. Həmin vaxtdan sonra aylar keçsə də o və həyat yoldaşı işə qəbul olunmamış və hərdəfə soruşanda Gülnarə müxtəlif tarixləri vəd edərək yubatmışdır. Lakin təxminən 6-7 ay keçdikdən sonra aldadılmalarını başa düşüb pulu istəsə də lakin Gülnarə pulu geri qaytarmamış və müxtəlif vaxtlara söz verərək yubatmışdır. Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Şahid2 və Şahid1 da oxşar məzmunlu ifadələr verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin başlanmaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışır. “Şübhəli şəxsin tutulması haqqında” 16 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsi ilə nəzərdə tutulan cinayət törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi barədə 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 44b saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 44b saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, 7-ci bağ küçəsində qeydiyyatsız yaşayır. Təqsirləndirilən şəxs məhkəmə prosesində yazdığı xx.xx.2025-ci il tarixli ərizəsindən göstərmişdir ki, haqqında olan iş üzrə vurulmuş ziyanı tam ödəmiş, dövlət büdcəsinə ziyanın iyirmi beş faizini ödəmiş, zərərçəkmişlə barışmış, ona görə də cinayət məsuliyyətindən azad edilməklə cinayət işinə xitam verilməsini xahiş edir. “Kapital Bank” ödəmə terminalının xx.xx.2025-ci il tarixli, 7109 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işi ilə bağlı vurulmuş ziyanın iyirmi beş faizinin ödənilməsi ilə əlaqədar 2378 manat pul dövlət büdcəsinə köçürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayında özünün işlədiyi Mingəçevir şəhər mərkəzi xəstəxanada təcili tibbi yardım avtomobilinə onu sürücü olaraq, arvadı Şahid1 isə həmin xəstəxanada kiçik tibb bacısı olaraq işə düzəldəcəyinə dair yalan vəd verib inandırmağa nail olub 2022-ci ilin aprel ayı ərzində istintaqa bəlli olmayan günlərdə Zərərçəkmiş şəxs Mingəçevir şəhər mərkəzi xəstəxanasının ərazisində şəxsən 3000 manat, daha sonra Mingəçevir şəhər Günəşli bağ massivində yerləşən “Oba” marketin qarşısında şəxsən 3000 manat və Mingəçevir şəhər mərkəzi xəstəxanasının həyətində şəxsən 3500 manat olmaqla ümumilikdə 9500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsi ilə tövsif edilməlidir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tamamilə ödənildiyin, onunla barışdığını və ondan heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tamamilə ödədiyini, dövlət büdcəsinə dəymiş ziyanın iyirmi beş faizi ödədiyini və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Eyni zamanda dəymiş ziyanın iyirmi beş faizini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM–nin 72–ci maddəsinə yeni “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla məhkəmə icraat materialları üzrə işin icraatına xitam verilməsi mümkün sayılır. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-102/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-102/2025
30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver