Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-103/2021 08.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi oğlu, Zərərçəkmiş şəxs Cəfər qızının iştirakı ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli , əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 23 yanvar 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün 28 noyabr 2017-ci il tarixdən etibarən hər ay 154 (bir yüz əlli dörd) manat məbləğində sabit aliment pulun Zərərçəkmiş şəxs qızma ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(060)-1398/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 27 avqust və 07 sentyabr 2020-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 20 oktyabr 2020-ci il tarixədək şəxsi maraqları naminə cəmi 4128 (dörd min bir yüz iyirmi səkkiz) manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(060)-1398/2018 saylı qətnaməsi ilə 23 yanvar 2012-ci il tarixdə anadan olmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan 28 noyabr 2017-ci il tarixdən etibarən hər ay 154 (bir yüz əlli dörd) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs qızma ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən qeyd edilən alimentin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin o, qətnaməni icra edə bilməmişdir. Məhkəmənin qətnaməsi tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etdi. Mingəçevir Şəhər Məhkəməsi 17 avqust 2020-ci il tarixli qərarına əsasən onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 10 (on) gün müddətinə həbs etmişdir. Lakin buna baxmayaraq o, alimentdən ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru ünvanına yeni bildirişlər göndərilərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Habelə həmin müddət keçdikdən sonra alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar edilmiş, lakin o, tələbkara yenə də, aliment pulunu tam ödəyə bilməmişdir. Onun cinayət təqibi 20 oktyabr 2020-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs 4128 (dörd min bir yüz iyirmi səkkiz) manat məbləğində aliment borcu yaranmışdır. Lakin o, indiyədək həmin məbləğdən tələbkara heç bir ödəniş edə bilməmişdir. Taksi fəaliyyəti ilə məşğuldur. Qazancı az olduğuna görə alimenti ödəyə bilməmişdir. Aliment borcunu hissə-hissə ödəyəcəkdir. Əməlində peşimandır. Zərərçəkmiş şəxs Cəfər qızı ifadəsində bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(060)-1398/2018 saylı qətnaməsi ilə 23 yanvar 2012-ci il tarixdə anadan olmuş Nurayın yetkinlik yaşma çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs 28 noyabr 2017-ci il tarixdən etibarən hər ay 154 (bir yüz əlli dörd) manat məbləğində sabit aliment pulu alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən qeyd edilən alimentin ona ödənilməsi üçün borcluya rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin borclu qətnaməni icra etməmişdir. Məhkəmənin qətnaməsi borclu tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2020-ci il tarixli qərarı ilə İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Lakin buna baxmayaraq borclu yenə də, ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru borclunun ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs indiyədək aliment pulunu ona ödəməmişdir. Təqsirləndirilən şəxs 20 oktyabr 2020-ci il tarixədək 4128 (dörd min bir yüz iyirmi səkkiz) manat məbləğində aliment borcu yaranmışdır. Lakin Təqsirləndirilən şəxsindiyədək həmin məbləğdən heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs icraatında olan icra işi ilə bağlı borclu şəxs kimi tanımışdır. Sumqayıt Şəhər Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(060)-1398/2018 saylı qətnaməsi ilə 23 yanvar 2012-ci il tarixdə anadan olmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs 28 noyabr 2017-ci il tarixdən etibarən hər ay 154 (bir yüz əlli dörd) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs qızma ödənilməsi qət edilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qərarını icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qərarı icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığından onun inzibati məsuliyyətə cəlb olunması üçün Mingəçevir Şəhər Məhkəməsinə inzibati protokol verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra borclu olduğu alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu indiyədək tələbkara aliment pulunu tam ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 20 oktyabr 2020-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs qızma 4128 (dörd min bir yüz iyirmi səkkiz) manat məbləğində aliment borcu yaranmışdır. Lakin borclu indiyədək həmin məbləğdən tələbkara heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 9-11-ci vərəqlərində olan Sumqayıt şəhər məhkəməsinin 2(060)-1398/2018 saylı, 08 yanvar 2018-ci il tarixli qətnaməsində Təqsirləndirilən şəxs həray 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment 28.11.2017-ci il tarixdən başlaraq tutulub, 23 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs Cəfər qızına verilməsi qət edilmişdir. İşin 8-ci vərəqində olan Sumqayıt şəhər məhkəməsi tərəfindən verilmiş İcra vərəqəsindən görünür ki, 2(060)-1398/2018 saylı 08 yanvar 2018-ci il tarixli qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. İşin 12-ci vərəqində olan 08.02.2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs göndərilmiş bildiriş və xəbərdarlıqlardan, Təqsirləndirilən şəxs icra məmuruna verdiyi izahatdan görünür ki, məhkəmə qərarının icra edilməməsinin hüquqi nəticələri Təqsirləndirilən şəxs izah edilmişdir. İşin 24-25-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsi hakiminin 3(051)- 348/2018 saylı 06 aprel 2018-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 23 yanvar 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün 28 noyabr 2017-ci il tarixdən etibarən hər ay 154 (bir yüz əlli dörd) manat məbləğində sabit aliment pulun Zərərçəkmiş şəxs qızma ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(060)-1398/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 27 avqust və 07 sentyabr 2020-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 20 oktyabr 2020-ci il tarixədək şəxsi maraqları naminə cəmi 4128 (dörd min bir yüz iyirmi səkkiz) manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 84-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətin görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06.05.2017-ci il təvəllüdlü Zəhra, 23.06.2018-ci il təvəllüdlü Yusif adlı 2 nəfər uşaqları var. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olması, əməlindən peşiman olması, Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci , maddi sübut yoxdur. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-103/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-103/2021
08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver