Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-103/2022 29.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Mingəçevir Şəhər vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1955-ci ildə Mingəçevir şəhərində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən pensiyaçı, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, C.Əliyev küçəsi ev 22, mənzil 37 ünvanında qeydiyyatda olan və ünvan 1ayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə saat 21 radələrində, yaşadıqları ünvan 2 ünvanında övladı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, sonuncuya «niyə nəvəmin təqaüd kartını və ya təqaüd pulunu mənə vermirsən» deyərək, münaqişə yaratmaqla qəsdən əlinin arxası ilə bir dəfə sonuncunun ağız və burun nahiyyələrinə vuraraq ona üst dodağın çapılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yungül zərərvurmaya aid xəsarət yetirmişdir. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol tərtib edilərək məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Güllünün 11 yaşlı uşağı X2 iflic xəstəsi olduğundan, aylıq 280 manat pensiya alır. Əvvələr pensiya kartı evdə olmuş və pensiyanı özü almışdır. Həmin vəsaiti nəvəsi Yusifin tələbatlarına və müalicəsinə xərcləmişdir. Son bir ayda Güllü kartı götürmüş, sonuncu 280 manat pensiyanı da may ayının sonlarında Güllü çıxarmışdır. Güllü həmin pulu hara xərclədiyini demədiyi üçün onun və həyat yoldaşı Şahid tələblərinə baxmayaraq, Güllü kartı verməkdən imtina etmişdir. Sonuncu dəfə 31 may 2022-ci il tarixdə saat 21 radələrində evə gələrkən lazımı ərzaq alınması üçün pula ehtiyac olduğundan Güllüdən kartı və ya kartdan çıxardığı pulun hesabatını verməsini tələb etmişdir. Güllü isə onları övladına baxmamaqda günahlandıraraq bu səbəbdən də kartı verməyəcəyini söyləmişdir. Güllüyə “əgər bizi bəyərmirsənsə onda uşağını da götür evdən çıx get” deyərək iradını bildirmişdir. Güllü kobud və ucadan danışmış, nəticədə aralarnda mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbi halda əlinin arxası ilə Güllünün ağız və burun nahiyyəsinə zərbələr vurmuşdur. Güllü özünü yerə yıxmış və ağzının qanadığını görmüşdür. Həmin vaxt həyat yoldaşı Şamama müdaxilə edərək onu sakitləşdirmişdir. Güllü isə yataq otağına keçib, qapını örtmüşdür. Yaşadıqları mənzilə polis əməkdaşları gələn zaman Güllünün onun barəsində Polis Şöbəsinə zəng edərək şikayət etdiyini bilmişdir. Bir müddət sonra isə Güllü tibbi yardım üçün şəhər Mərkəzi xəstəxanasına getmişdir. Hadisədən sonra Güllü ilə barışmışdır. Hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, valideynləri və iflic xəstəsi olan 11 yaşlı uşağı X2 ilə birlikdə ünvan 2 ünvanında yaşayır. İflic xəstəsi olan uşağı Yusif Yusifova aylıq 280 manat pensiya təyin edilmişdir. Həmin pensiya kartı son bir aydır ki, özündə olmuş, may ayının sonlarında da pensiya kartından 280 manat pulu özü çıxarmışdır. Pensiya kartının onda olmasından və pensiyanı onun almasına atası Təqsirləndirilən şəxs narazı olmuşdur. 31 may 2022-ci il tarixdə saat 21 radələrində övladı ilə birlikdə öz yataq otağında olan zaman atası Təqsirləndirilən şəxs otağa daxil olmuş, ondan nəvəsinin pensiya kartını və ya sonuncu dəfə aldığı pensiya pulunu tələb etmişdir. Atasına onun övladına qulluq etmədiklərini əsas gətirərək kartı verməkdən imtina etmişdir. Buna görə də atası ondan uşağını da götürüb evdən getməsini tələb etmişdir. Lakin heç yerə getməyəcəyini demiş, nəticədə atası ilə arasında mübahisə yaranmışdır. Atası əli ilə qəsdən onun ağız-burun nahiyyəsinə zərbələr vurmuşdur. Nəticədə alt dodağı zədələnmiş və qanamıdır. Həmin vaxt anası Şahid hadisəyə müdaxilə etmişdir. Bundan sonra öz otağına keçərək atasının onu döyməsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Lakin hadisədən sonra o, atasını bağışlayaraq onunla barışmışdır. Hazırda ondan heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmişdir. Bununla belə məhkəmə, Şahid məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma övladı, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə həyat yoldaşıdır. Güllünun 11 yaşlı oğlu Yusif iflic xəstəsi olduğu üçün ona əlilliklə bağlı aylıq 280 manat pensiya təyin edilmişdir. Əvvəllər həmin pensiya kartı evdə olmuş və hər ay pensiya alınıb xəstə nəvələrinin ehtiyacı üçün xərclənmişdir. Təxminən bir ay olar ki, Güllü kartdan pensiyanı özü çıxarmış və hara xərclədiyini deməmişdir. Güllüyə nəyə ehtiyacı olarsa alıb gətirdiklərini, bu səbəbdən pensiya kartını onlara verməsini tələb etsələr də, o, kartı verməkdən imtina etmişdir. 31 may 2022-ci il tarixdə saat 21 radələrində Vaqif evə gələrək, Güllünü otağından çağırmışdır. Evə ərzaq almaq üçün pula ehtiyac olduğundan pensiya kartını istəmişdir. Güllü isə onun uşağına qulluq etməməkdə onları günahlandırıb, pensiya kartını verməkdən imtina etmişdir. Bu səbəbdən onların arasında mübahisə yaranmış, Vaqif Güllüdən onları bəyənmədiyi halda uşağını da götürüb getməsini tələb etmişdir. Güllü heç yerə getməyəcəyini deyib atasının üstünə gəlmiş, Vaqif isə qızının bu hərəkətini qəbul etməyib əsəbi halda əlinin arxası ilə Güllünün ağız və burun nahiyyəsinə zərbələr vurmuşdur. Güllü özünü yerə yıxmış, ağzı qanamışdır. O, da Vaqifi sakitləşdirib otaqdan çıxarmışdır. X3 çağrılan zaman Güllünün şikayət etdiyini bilmişlər. İşdə olan 02 iyun 2022-ci il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri Mingəçevir şəhəri C.Əliyev küçəsi 22 saylı binanın 4-cü blokunun 1-ci mərtəbəsində yerləşən mənzilin dəhlizində yataq otağının qarşısıdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin tarixdə, saat 21 radələrində, qızı Zərərçəkmiş şəxs iflic xəstəsi olan oğlu X1 məxsus təqaüd kartını verməsini tələb etdikdə, Zərərçəkmiş şəxs oğlunun adına olan təqaüd kartını ona verməkdən imtina etdiyinə görə, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, qızı onunla kobud danışdığı üçün əli ilə Zərərçəkmiş şəxs ağız, burun nahiyələrinə zərbə vuraraq ona xəsarət yetirmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin 01 iyun 2022-ci il tarixli, 320 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- üst dodaqda yara, sifətində qançır, sağ said və sol mil bilək oynağında sıyrıqlar-küt əşyanın (alətin) təsirindən əmələ gələ bilər, yetirilmə müddətləri qərarda göstərilən tarixə uyğundur, ağırlıq dərəcəsinə görə üst dodaqdakı yara sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərərvurmaya aiddir, sifətində qançır, sol mil-bilək oynağında və sağ said nahiyəsində sıyrıqlar sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan 14 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Mingəçevir Şəhər 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə saat 21 radələrində yaşadıqları ünvan 3 ünvanında övladı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zmanı, sonuncuya «niyə nəvəmin təqaüd kartını və ya təqaüd pulunu mənə vermirsən» deyərək münaqişə yaratmaqla qəsdən əlinin arxası ilə bir dəfə sonuncunun ağız və burun nahiyyələrinə vuraraq ona üst dodağın çapılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif edilməlidir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirmiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM–nin 72–ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi mümkün sayılır. Odur ki, məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-103/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-103/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver