Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-104/2021 03.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1981-ci ildə Ağdam rayonu, Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Qullar kəndində qeydiyyatda olmaqla ünvan 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu dünya ölkələri arasında, o cümlədən Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Koronavirus COVİD-19» infeksiyasına yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq 07.01.2021-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasına yoluxma faktının təsdiq edilməsi barədə 08.01.2021-ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evində karantinə alınmasına və Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nın 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda 13.01.2021-ci il tarixdə saat 14 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı evi tərk edib Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Oba” marketə gedərək özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» xəstəliyinin ətrafda qarşılacağı və üz-üzə gələ biləcəyi şəxslər arasında yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07.01.2021-ci il tarixdə öz təşəbbüsü ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gedərək “Covid-19” infeksiyasına yoluxub-yoluxmamağı ilə bağlı test vermişdir. Ona 08.01.2021-ci il tarixdə “TƏBİB” tərəfindən “Covid-19” infeksiyasına yoluxmağı, yaşayış yerimi tərk etməməyi, əks təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə mesaj gəlmişdir. Bir gün sonra ona İlqar adlı həkim zəng edərək yaşadığı mənzili tərk etməməyini demişdir. O bundan sonra ev şəraitində müalicə olunmağa başlamışdır. Ona nəzarət edən həkim sahə həkimi olan Elbrus adlı həkim olmuşdur. O bundan sonra yaşadığı mənzili tərk etməmişdir. 13.01.2021-ci il tarixdə saat 13 radələrində ona məxsus mobil telefon nömrəsinə Mingəçevir ŞİH-nin əməkdaşı olan Elşən adlı şəxs zəng etmiş və ondan xəstəxanada müalicə olunub-olunmadığını soruşmuşdur. O, Elşənə evdə müalicə olunduğunu demişdir. Bundan sonra Elşən adlı şəxs ona heçnə deməmişdir. Həmin gün tarixdə saat 14:11-də Mingəçevir ŞPŞ-nin əməkdaşı olan Şahid1 ona zəng edərək ondan harda olduğunu soruşmuşdur. O, Rəşada yaşadığı evdə olduğunu demişdir. Bundan sonra Rəşad adlı polis əməkdaşı zəngi sonlandırmışdır. Bir qədər sonra Rəşad adlı polis əməkdaşı ona yenidən zəng edərək Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Ağçiçəyim” gül dükanının qarşısına gəlməyini demişdir. O isə Rəşada “Ağçiçəyim” dükanının qarşısına gələ bilməyəcəyini, Naxçıvan küçəsində yerləşən “Oba” marketin qarşısına gələ biləcəyini demişdir. Bundan sonra Rəşad adlı polis əməkdaşı ona “mən şəhərdən AzİES qəsəbəsinə gəlmişəm, sən burdan bura gələ bilmirsən? Gəlməsən səni gəlib evindən çıxardacam” sözlərini demiş və ona hörmətsizlik etməməyini demişdir. Lakin o, “Oba” marketin yaxınlığında yaşadığını, bu səbəbdən oraya gələ biləcəyini demişdir. Rəşad adlı polis əməkdaşı onunla razılaşmış və “Oba” marketin qarşısına gəlməyini demişdir. O razılaşmış və yaşadığı evi tərk edib Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Oba” marketin qarşısına gəlmişdir. Oraya çatanda polis forması geyinmiş Rəşad adlı şəxsə yaxınlaşmışdır. Rəşad adlı şəxs ona bir qədər uzaqda dayanmağını, gözləməyini demişdir. O daha sonra Rəşad adlı polis əməkdaşından onu nə üçün oraya çağırdığını soruşmuş, Rəşad adlı şəxs ona Mingəçevir ŞİH-dən onun 12.01.2021-ci il tarixdə yaşadığı mənzili tərk etməyi ilə bağlı məlumat daxil olduğunu demişdir. O buna görə Elşən adlı şəxsə zəng etmiş və Rəşad adlı polis əməkdaşının ona zəng edərək onu yaşadığı mənzildən çıxartdığını, Elşənin polis şöbəsinə onun 12.01.2021-ci il tarixdə küçəyə çıxmağı barədə məlumat verdiyini demişdir. Elşən adlı şəxs ona səhv edib çölə çıxdığını, onun evdən çıxmağını Elşənin demədiyini, bu məsələdə cavabdeh olmadığını demişdir. Polis əməkdaşının deməsinə görə çölə çıxsa da, “COVİD-19” virusuna yoluxduğu təqdirdə çölə çıxıb virusun yayılmasına şərait yaratdığı üçün əməlindən peşmandır. Ailəli olub himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13.01.2021-ci il tarixdə saat 13:50 radələrində Mingəçevir şəhər İcra Hakimiyyətindən Mingəçevir şəhər polis şöbəsinə “Covid-19” virusuna yoluxmuş Təqsirləndirilən şəxs yaşadığı mənzili tərk etməsi barədə məlumat daxil olmuşdur. Bundan sonra o, Mingəçevir ŞPŞ-nin PPXB-ün polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ev istiqamətində getmişlər. Yolda o, Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə zəng vurmuş və Anardan harda olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs ona Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “klub” adlanan binanın qarşısında olduğunu demişdir. Onlar həmin əraziyə getmiş, lakin Təqsirləndirilən şəxs orada tapmamışlar. Daha sonra o, Təqsirləndirilən şəxs yenidən zəng edərək Anardan harda olduğunu soruşduqda Anar ona Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Oba” marketə çörək almağa getdiyini demişdir. Onlar bundan sonra “Oba” marketin qarşısına getmiş və Təqsirləndirilən şəxs orada tapmışlar. O, Təqsirləndirilən şəxs “Covid-19” infeksiyasına yoluxduğunu, ev şəraitində karantinə alındığını, karantin qaydalarını pozduğunu elan etmişdir. Daha sonra hadisə yerinə Mingəçevir ŞPŞ-nin əməliyyat-istintaq qrupu və təcili tibbi yardım avtomobili dəvət olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təcili tibbi yardım avtomobili ilə yaşadığı mənzilə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsi ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər mərkəzi xəstəxanasının 2 saylı ailə sağlamlıq mərkəzində ailə həkimi işləyir. O, Mingəçevir şəhəri, Naxçıvan küçəsində yaşayan şəxslərə ailə həkimi kimi nəzarət edir. 09.01.2021-ci il tarixdə Mingəçevir ŞMX-nın 2 saylı ailə-sağlamlıq mərkəzinə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yeni növ “Covid-19” infeksiyasına yoluxması barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan onun ərazisinə daxil olduğundan o, 09.01.2021ci il tarixdə Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs “Covid-19” infeksiyasına yoluxduğunu, 14 gün müddətinə yaşadığı mənzili tərk etməməsini, əks təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağını demişdir. O bundan sonra mütəmadi olaraq Anar Həsənovla əlaqə saxlamış və Təqsirləndirilən şəxs vəziyyəti barədə soruşmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının İctimai Siyasi və X3 müdir müavini vəzifəsində işləyir. Pandemiya dövründə Karona virusla bağlı xəstəliyə yoluxaraq evdə müalicə olunan şəxslərin evlərini tərk edib hərəkətdə olmalarının müəyyən edilib qarşısının alınması üçün tədbirlər görülməsi ona tapşırılmışdır. Xəstə olan şəxslərin mobil telefon nömrələrinin hərəkətdə olmaları barədə DTX-ın Mingəçevir Şəhər Şöbəsi tərəfindən ona daxil olmuş siyahılar əsasında o da öz növbəsində onlara zəng vuraraq maraqlanmış, sonra isə məlumatı polis əməkdaşlarına ötürmüşdür. Ona görə də Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinin hərəkətdə olması barədə məlumat daxil olduqdan sonra polis şöbəsinə bununla bağlı məlumat vermişdir. Cinayət işi materiallarına əlavə olunmuş 14.01.2021-ci il tarixli diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs “COVİD-19” xəstəliyinə yoluxmasına baxmayaraq karantin rejimini tələblərini pozaraq 13.01.2021-ci il tarixdə küçəyə çıxıb xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Cinayət işi materiallarına əlavə olunmuş 25.01.2021-ci il tarixli telefona baxış protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefonda “TƏBİB” publik hüquqi şəxs tərəfindən Təqsirləndirilən şəxs məxsus mobil telefona 08.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Covid-19” infeksiyasına yoluxması ilə bağlı 07.01.2021-ci il tarixdə verdiyi testin cavabının pozitiv olması barədə SMS göndərilməsi aşkar olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 30.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkum olunmamışdır. İşdə olan şəxsiyyət vəsiqələrinin (şəkilsiz) və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 13.03.2014-cü il təvəllüdlü İnci, 25.01.2017-ci il təvəllüdlü Tapdıq, 30.03.2020-ci il təvəllüdlü Emin adlı uşaqların atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs oğlu dünya ölkələri arasında, o cümlədən Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Koronavirus COVİD-19» infeksiyasına yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq 07.01.2021-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasına yoluxma faktının təsdiq edilməsi barədə 08.01.2021-ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evində karantinə alınmasına və Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nın 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda 13.01.2021-ci il tarixdə saat 14 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı evi tərk edib Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Oba” marketə gedərək özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» xəstəliyinin ətrafda qarşılacağı və üz-üzə gələ biləcəyi şəxslər arasında yayılması üçün real təhlükə yaratmışdır. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 139- 1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsini özünü müdafiə üsulu kimi qiymətləndirir. Onun gətirdiyi dəlillər məhkəmədə tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə təkzib olunur. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, səmimi peşmanlıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini belə ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində 3 azyaşlı uşağının olmasını və ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-104/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-104/2021
03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver