Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-104/2023 20.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-96/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 2 ay 1 gün hissəsi çəkilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, Şəfa bağ massivi 3cü küçə nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Ağdaş Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkdiyi müddətdə islah olunmamış, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 13-cü bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə metadonun şəxsi istehlak miqdarının yuxarı həddi 0,02 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq təsiredici maddəsinin çəkisi 0,12 qram olan 03 (üç) ədəd “F/M40” metadon tərkibli həbləri əldə edib üzərində saxlayaraq daşımış, 01 aprel 2023-cü il tarixdə saat 16:10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın qarşısında saxlanılaraq Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 17:00-da üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 03 (üç) ədəd ümumi təsiredici maddəsinin çəkisi 0,12 qram olan “F/M40” metadon həbləri aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, X9 adlı tanışı ilə birlikdə Yaşasının maşınının içərisində oturanda tutulub gətirilmişlər. Həbləri cibinə qoymuşlar. Evdən 1 kq miqdarında narkotik vasitəsi çıxarmaqla ona hədə-qorxu gəlmişlər. O, bağda olan evində idi, Yaşasın gəlib maşınla onu götürmüş, bir az şəhərdə gəzmişlər, sonra internetə görə H.Əliyev prospektində yerləşən 36 saylı binanın qarşısına gəlmişlər, təxminən 40 dəqiqə həmin binanın qarşısında durmuşlar, sonradan polis əməkdaşları onlara yaxınlaşıb PŞ-yə getməli olduqlarını bildirmişlər. O, narkotik vasitələrdən marixuana istifadə etmişdir, metafetamindən 1 dəfə istifadə etmişdir. Yuxarı mərtəbədə kabinetdə polis əməkdaşları ilə razılaşıb aşağı növbətçi hissəyə düşmüşlər və o, məcburi qaydada etiraf ifadəsi vermişdir. xx.xx.2023-cü il tarixdə o, X9 ilə görüşmüş, lakin Yaşasın ona üzərindən narkotik vasitə aşkar olunmadığını bildirmişdir. Ona psixoloji təsir göstərmişlər. PŞ-yə gətirildikdə yuxarı kabinetə çıxartmışlar, təxminən 40-50 dəqiqə sonra növbətçi hissəyə gətirilmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə almasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. 01 aprel 2023-cü il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs və onun tanışı X5 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu" əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat rabitə qrupunun operatoru polis baş serjantı Şahid3 və o, Təqsirləndirilən şəxs və X6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın qarşısında saxlayaraq onlara narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakları barədə barələrində polis şöbəsində məlumat olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaları izah olunaraq polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və X1 ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs və X9 raportla təqdim edildikdən sonra təhqiqatçı polis kapitanı Elgün Abbasov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün növbədə olan vəkil X10 dəvət olunub və dövlət hesabına müdafiəçisi təyin olunmuşdur. Daha sonra polis şöbəsinin inzibati binasında növbətçi hissənin qarşısında təhqiqatçı tərəfindən vəkil Mehman Rəhimlinin də iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman videoçəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunub ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman videoçəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman videoçəkilişdən istifadə edilməsinə etiraz etməmiş, polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısında şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs təklif olunduqda ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sol yan cibindən 3 ədəd ayrı-ayrı qablaşdırılmış halda olan metadon tərkibli həbləri çıxardaraq təqdim etmişdir. Həmin həblərin metadon tərkibli dərman preparatları olmasını və özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 ədəd metadon tərkibli həblər boş zərfə qoyularaq qablaşdırılmış imzalarla təsdiq edilmiş və möhürlənmişdir. Tərtib olunmuş şəxsi axtarış və götürmə protokolunu imzalamışlar. Daha sonra digər şübhəli şəxs X7 dövlət hesabına müdafiəçi təyin edilmiş X2 iştirakı ilə polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısında təhqiqatçı tərəfindən videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir, həmin vaxt onun üzərindən qanunla saxlanması daşınması qadağan olunmuş hər hansı əşya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində narkotik tərkibli həb olmasından məlumatsız olmasını bildirmişdir. Yaşasın Qulamlının üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair protokol tərtib olunmuş, o da protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis mayoru xüsusi rütbəsində xidmət edən Şahid1 da ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi və əlavə olaraq Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı üzərindən 3 ədəd metadon tərkibli həb aşkar olunmasını, X5 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı iştirak etmədiyini bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat rabitə qrupunun operatoru vəzifəsində polis baş serjantı xüsusi rütbəsində xidmət edən Şahid3 da ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi və əlavə olaraq Təqsirləndirilən şəxs əhatəsində keçirilən əməliyyat tədbirində iştirak etməsini, lakin sonuncunun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı iştirak etmədiyini, X5 üzərinə onun iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı narkotik və ya psixotrop maddə aşkar olunmadığını bildirdi. Məhkəmə, ittihamın qanuni həll edilməsi üçün Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, həmçinin məhkəmə iclası zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətin olmasını nəzərə alaraq, onun ifadələrini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan 3 ədəd “F/M40” metadon həblərinin cibinə qoyulması ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitələrdən davamlı olaraq yalnız marixuana istifadə etdiyini, metamfetamindən isə 1 dəfə istifadə etdiyini bildirmişdir. Bununla belə o, Qulamlı Yaşasınla birlikdə sonuncuya məxsus minik avtomobilinin içərisində oturanda tutulub gətirildiklərini, həblərin cibinə polis tərəfindən qoyduğunu, evindən 1 kq. miqdarında narkotik vasitə çıxarılacağı ilə ona polis tərəfindən hədə-qorxu edildiyindən, o, yuxarı mərtəbədə kabinetdə polis əməkdaşları ilə razılaşıb aşağı növbətçi hissəyə düşmüş və məcburiyyət qarşında qalaraq etiraf ifadəsi vermişdir. Təqsirləndirilən şəxs pis rəftarla və psixoloji zorakılıqla bağlı Mingəçevir şəhər Prokurorluğuna müraciət etmişdir. Bununla bağlı araşdırma aparılmış, 24 iyun 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərara əsasən 122/C-23 nömrəli material üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 416 nömrəli rəyi ilə Abbasov onun bədənində xəsarət aşkar olunmamışdır. 25 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Şahid3 barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən 3 ədəd “F/M40” metadon həblərinin aşkar edilməsi videoçəkiliş zamanı öz əksini tapmışdır. Təqsirləndirilən şəxs video çəkiliş zamanı heç bir xüsusat üzrə etiraz bildirməmiş, əksinə narkotik vasitə metadonun özünə məxsus olduğunu və tutularkən heç bir zorakılığa məruz qalmadığını sərbəst şəkildə ifadə etmişdir. Həmin vaxt ona təzyiq göstərilməsi müşahidə edilməmişdir. Bütün bu xüsusatlar isə video diskdə öz əksini tapmışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixoloji zor tətbiqinə məruz qalması, həmçinin narkotik vasitə hesab olunan metadon həblərinin onun üzərinə qoyulması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun həmin ifadəsini bütövlükdə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 03 (üç) ədəd ümumi təsiredici maddəsinin çəkisi 0,12 qram olan “F/M40” metadon həbləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 03 (üç) ədəd ümumi təsiredici maddəsinin çəkisi 0,12 qram olan “F/M40” metadon həbləri aşkar edilməsi, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin həbləri özü istifadə məqsədilə üzərində saxlayaraq daşımasını bildirməsi, aşkar olunaraq götürülmüş narkotik vasitə metadon tərkibli həblərin Təqsirləndirilən şəxs və onun müdafiəçisi Vüqar Rəhimlinin iştirakları ilə qablaşdırılaraq götürülməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1921 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №76” dairəvi möhür əksi və “...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar kütlə; Təqsirləndirilən şəxs-imza, iştirakçılar-üç imza, E.Abbasov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli, ümumilikdə 03 ədəd həblər metadon tərkibli dərman preparatıdır və 03 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı -0,12 qramdır; Metadon-adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir. Cinayət işinin materiallarında olan məhkəmə–narkoloji ekspertizasının 02 iyun 2023cü il tarixli 950 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metadondan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata təqdim olunan 3 ədəd “F/M40” metadon tərkibli həblərdən 1 ədəd “F/M40” metadon tərkibli həb tədqiqat üçün istifadə edildikdən sonra yerdə qalan 2 ədəd “F/M40” metadon tərkibli həb iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata təqdim olunan narkotik vasitə metadon tərkibli 03 ədəd həbdən tədqiqat üçün 1 ədəd həb istifadə edildikdən sonra yerdə qalan 02 ədəd həb iş üzrə maddi sübut qismində tanınaraq saxlanca verilməsi haqqında qəbul edilmiş qərar nəzərə alınması göstərilmişdir. X5 barəsində AR CM-nin 234.1 və 234.4.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 234.1- 1 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə metadon tərkibli həbləri hansı mənbədən əldə etdiyini müəyyən etmək məqsədilə cinayət işinin materiallarından yoxlama materialı ayrılmış və sübut əhəmiyyəti kəsb edən sənədlərin surətləri həmin yoxlama materialına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2022-ci il tarixli, 1(014)-96/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-96/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən 07 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş 20 sentyabr 2023-cü il tarixli 263250/3-12 №-li məktubdan görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum xx.xx.2022-ci il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə məhkum barəsində Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkuma təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının 4 ay 29 günü icra olunmuş, 2 ay 1 günü icra olunmamış qalmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq 3 ədəd “F/M40” metadon tərkibli həbləri əldə edib üzərində saxlayıb daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq təsiredici maddəsinin çəkisi 0,12 qram olan 03 (üç) ədəd “F/M40” metadon tərkibli həbləri əldə edib üzərində saxlayaraq daşımış, 01 aprel 2023-cü il tarixdə saat 16:10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın qarşısında saxlanılaraq Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 17:00-da üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 03 (üç) ədəd ümumi təsiredici maddəsinin çəkisi 0,12 qram olan “F/M40” metadon həbləri aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-96/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinə əsasən 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanı icra edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin məktubundan və cinayət işi materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(051)-34/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 aprel 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixədək 4 ay 29 günü icra olunmuş, 2 ay 1 günü icra olunmamış qalmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hökm qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza hökmlərin məcmusu qaydasında təyin edilməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işi materiallarında olan 1 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində 1 saylı MİS-ə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halın mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 1(014)-96/2022 saylı hökmü ilə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırda çəkilməmiş, 2 (iki) ay 01 (bir) gün hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 1 (bir) ay müddət hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan əlavə, Mingəçevir Şəhər Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 4(051)–34/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlama müddətinin başlanğıcı 01 aprel 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalan narkotik vasitə 2 ədəd “F/M40” metadon tərkibli həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 92 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)- 96/2022 saylı hökmü ilə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) ay 01 (bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 1 (bir) ay müddət hazırkı hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə ona qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalan narkotik vasitə 2 ədəd “F/M40” metadon tərkibli həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-104/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-104/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver