Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-105/2020 09.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Nemət qızının iştirakı ilə, xx.xx.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, Niyazi küçəsi 19A-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Mingəçevir şəhər məhkməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 1 kiloqram 125,87 qram olan narkotik vasitə - qurudulmuş marixuananı xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Şahid3 sonuncunun yaşadığı ünvan 1 saylı ünvanda yerləşən evin yaxınlığında 1000 manata alaraq qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitənin 5,87 qram hissəsini bir ədəd kibrit qutusunun içərisinə dolduraraq əynindəki gödəkçənin sağ yan cibinə qoyaraq üzərində saxlayaraq daşımış, qalan təmiz çəkisi 1 kiloqram 120 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərindən Mingəçevir şəhərinə qədər daşımış və xx.xx.2020-ci il tarixdə saat 10:10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, AzDres qəsəbəsi ərazisində olarkən saxlanılaraq şəhər polis şöbəsinə aparılıb üzərinə şəxsi axtarış, «VAZ 21011» markalı avtomobilə isə baxış keçirilərkən, şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 5,87 qram olan narkotik vasitə qurudulmuş marixuana, avtomobilə baxış zamanı isə avtomobilin sağ ayaqaltı hissəsindən sellofanın içərisində təmiz çəkisi 1 kiloqram 120 qram olan narkotik vasitə-qurudulmuş marixuana polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 nömrəli ünvanda yerləşən Mingəçevir ŞPŞnin inzibati binasında aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdə Mingəçevir şəhərində, Etibar adlı bibisi oğlunun vasitəsi ilə Yevlax rayon sakini olan Şahid3 ilə tanış olmuşmuşdur. 2018-ci ildə Rusiya Federasiyasında olarkən orada Vaqifin evində olmuş, həmin vaxtdan etibarən münasibətləri daha da sıxlaşmışdır. 2019-cu ilin yay aylarında Vaqiflə birlikdə yenidən Mingəçevir şəhərində görüşmüş və görüş zamanı aralarında narkotik vasitə ilə bağlı söhbət yaranmışdır. Belə ki, Vaqifə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, bildirmiş, Vaqif də ona özündə qurudulmuş marixuana olduğunu, istədiyi təqdirda ona müraciət edə biləcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Şahid3 yenidən Mingəçevir şəhərinə gəlmiş, həmin vaxt Vaqiflə görüşdükdə özünə marixuana lazım olduğunu demiş, Vaqif də cavabında ona yaşadığı Yevlax şəhərindəki evində narkotik vasitə qurudulmuş marixuananın olduğunu, həmin narkotik vasitəni ona sata biləcəyini demişdir. Vaqiflə razılaşmış və Vaqiflə birlikdə özünə məxsus VAZ 21011 markalı avtomobillə Yevlax şəhərinə sonuncunun yaşadığı evə getmişlər. Təxminən saat 23 radələrində Vaqiflə birlikdə Yevlax şəhərinə sonuncunun yaşadığı evə çatmışlar. Vaqif evə keçib, bir müddət sonra əlində olan sellofan torba ilə çıxaraq, həmin torbanı ona vermiş, içində narkotik vasitə – qurudulmuş marixuananın olduğunu demişdir. Vaqifdən alacağı narkotik vasitə marixuananın çəkisini dəqiq bilməkdən ötrü evdən özü ilə elektron tərəzi də götürmüş, həmin narkotik vasitə 450 qram olmuşdur, narkotik vasitə marixuana olan sellofan torbanın içinə qoymuş və narkotik vasitəyə görə Vaqifə 1000 (min) manat pul vermiş, daha sonra isə sellofanı idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** d.n.n-lı avtomobilinin qabaq sağ tərəf ayaq altına qoymuş, həmçinin həmin qurudulmuş marixuanadan az bir hissəsini götürüb kibrit qutusuna doldurub cibinə qoymuşdur ki, gələcəkdə özü istifadə etsin. Qalanını isə gələcəkdə istifadə etmək məqsədi ilə avtomobilində saxlamışdır. Daha sonra Vaqif ondan ayrılmış, onun hara getdiyini bilməmişdir. xx.xx.2020-ci il tarixdə özünə məxsus avtomobili ilə Mingəçevir şəhərində, AzDres qəsəbəsində yerləşən avtomobil ehtiyyat hissələri mağazasına gedərkən həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu ona bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisinə qurudulmuş marixuana doldurduğu kibrit qutusu aşkar edilərək götürülmüş, daha sonra isə avtomobilinə keçirilmiş baxış zamanı Vaqifdən 1000 manata aldığı içərisində qurudulmuş marixuana olan sellofan torba aşkar edilərək götürülmüşdür. Həmin torbanın içərisində əlavə olaraq onun qoyduğu üzərinə “X3” yazısı yazılmış elektron tərəzi də aşkar edilmişdir. Həmin narkotik vasitələr çəkilmiş və cibindən aşkar edilmiş içərisində qurudulmuş marixuana olan kibrit qutusunun çəkisi 7,77 qram, sellofanın çəkisi isə 1,150 kq olması müəyyən olmuşdur. Lakin o narkotik vasitəni 450 qram adı ilə almış, narkotik vasitənin nəyə görə 1,150 kq olmasından xəbəri olmamışdır. O, ifadəsində həmçinin göstərmişdir ki, heç bir vaxt narkotik vasitənin satışı məşğul olmamışdır. Qeyd olunan məsələdən əvvəl Şahid3 narkotik vasitə almamışdır. Həmin narkotik vasitənin 450 qramı ona aiddir qalan narkotik vasitədən onun xəbəri yoxdur. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona cəza təyin edilərkən himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə gəzmək məqsədi ilə yaşadığı Yevlax şəhərindən Mingəçevir şəhərinə gəlmiş, Mingəçevir şəhərində olarkən tanışı Vüqarla görüşmüşdür. Görüş zamanı Vüqar ona narkotik vasitə qurudulmuş marixuana tapmasını xahiş edərək, pulunu verəcəyini demişdir. Buna cavab olaraq Vüqara yaşadığı Yevlax şəhərində olan evində narkotik vasitə olduğunu demişdir. Vüqar ondan marixuananın çəkisinin nə qədər olduğunu və onu neçəyə satdığımı soruşduqda, onun 450 qram olmasını və min manat satdığını bildirmişdir. Vüqar da onun razılaşmış, sonra Vüqarla birlikdə sonuncunun avtomobili ilə Yevlax şəhərinə getmişlər, orada evində saxladığı sellofan torbada olan qurudulmuş marixuananı götürüb təxminən saat 23 radələrində elə evinin yanında Vüqara vermiş, həmin vaxt Vüqar əlində olan gümüşü rəngli elektron tərəzi ilə sellofan torbanın çəkisini çəkmək miş və 450 qram olmasını görmüş, bundan sonra Vüqar ona 1000 (min) manat pul vermiş və Vüqar sellofanı orada saxladığı özünə məxsus «VAZ 21011» markalı avtomobilin qabaq sağ tərəf ayaq altında qoymuş və həmin selofanı əlində evə apara bilməyəcəyini deyib, həmin qurudulmuş marixuanadan bir qədərini götürüb kibrit qutusuna doldurmuş və həmin hissəni özünün istifadə edəcəyini bildirmişdir. Daha sonra isə o oradan çıxıb getmiş, gecəni Mingəçevir şəhərində gəzmiş və daha sonra adını bilmədiyi mehmanxanada qalmışdır. xx.xx.2020-ci il tarixdə isə Mingəçevir şəhərində, AzDres qəsəbəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, onu polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatlar əsasında tərəfindən onun barəsində əməliyyat qeydiyyat işi açılmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etmək məqsədilə “vətəndaşların sorğusu” əməliyyat-axtarış tədbiri keçirilməsi barədə tərəfindən müvafiq qərar qəbul edilmiş və həmin qərar Mingəçevir şəhər polis şöbəsinin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid1 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, AzQres qəsəbəsində yerləşən avtomobil ehtiyyat hissələri mağazasının qarşısında görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsinə vəkil Kamil Yunusov dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli, yaxasında boz rəngli naxışlar olan gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusu çıxarıb stolun üzərinə qoymuş, həmin kibrit qutusu Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmiş. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kibrit qutusunun ümumi çəkisi 7,77 qram olmuş, həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərinə AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Yevlax rayon sakini Vaqif adlı şəxsdən 1 ədəd sellofana doldurulmuş narkotik vasitə olan qurudulmuş marixuananı 1000 (min) manata aldığını, həmin qurudulmuş marixuanadan bir hissəsini özü kibrit qutusuna dolduraraq cibində istifadə etməsi üçün gəzdirdiyini, Vaqif adlı şəxsdən 1000 (min) manata aldığı həmin narkotik vasitə olan qurudulmuş marixuanının qalan hissəsini isə idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** d.n.n-lı avtomobilində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 21011» markalı avtomobilə baxış keçirilmiş, həmin vaxt avtomobilin qabaq sağ oturacağının ayaqaltı yerindən bir ədəd qırmızı rəngdə olan, üzərinə “Hello Baby” yazısı yazılmış sellofan aşkar edilmiş, həmin sellofan torbanın üzərində “X3” yazısı yazılmış elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin sellofan torba Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, həmin sellofan torbanın ümumi çəkisi 1 kiloqram 150 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərinə AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Daha sonra Şahid3 saxlanılması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və o, Şahid3 Mingəçevir şəhəri, AzQres qəsəbəsində görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra İsazadə X2 ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsinə vəkil Müsaqif Hüseynov dəvət olunmuş və vəkilin iştirakı ilə Şahid3 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şahid3 üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Şahid3 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Şahid3 üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki göy rəngli cins gödəkçəsinin sol döş cibindən dörd ədəd (C43120786, C76198288, C67155281, A68789810) yüz manatlıq, beş ədəd (A21736660, B46822016, A06988439, B52562057, B21772022) 10 manatlıq, bir ədəd isə (F60299321) bir manatlıq pul əskinazları, gödəkçəsinin iç sol cibindən bir ədəd “Nokia” markalı və bir ədəd “Samsung” markalı mobil telefonlar aşkar edilmişdir. Sorğu zamanı vət. Şahid3 xx.xx.2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs adlı şəxsə 1000 (min) manat qarşılığında sellofanda narkotik vasitə olan qurudulmuş marixuana satdığını, cibindən aşkar edilərək götürülmüş həmin puldan iki yüz manatını Təqsirləndirilən şəxs aldığı puldan olduğunu, qalan pulunu xərclədiyini, bundan əlavə yaşadığı Yevlax şəhərindəki evində özünə məxsus narkotik vasitə olduğunu və bununla əlaqədar onun yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Şahid3 yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış evinə baxış keçirilmiş, Şahid3 həyətdən sağda yerləşən sanitar qovşağının otaqlarının birində yerləşən su qızdırıcısının içində özünə məxsus narkotik vasitə olan heroin gizlətdiyini demiş və onu təqdim etmişdir. Şahid3 dediyi otaqda yerləşən su qızdırıcısının içərisinə baxdıqda orada ağ rəngli salfet kağıza bükülmüş bir ədəd üstü ağ, içi isə gümüş rəngdə olan büküm, bir ədəd əlavə gümüşü rəngli falqa kağız və bir ədəd uzununa bükülmüş şəkildə olan bir manatlıq pul əskinazı aşkar edilmişdir. Həmin üstü ağ içərisi isə gümüşü rəngli olan kağız büküm açıldıqda isə onun içərisində spesifik iyindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş və həmin kütlə iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və kağızla birlikdə çəkisi 0,34 (sıfır tam yüzdə otuz dörd) qram olması məlum oldu. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Şahid3 özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən onun əynindəki qara rəngli gödəkçənin sol iç cibindən ümumi çəkisi 7,77 qram olan, kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmçinin diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus VAZ 21011 markalı və **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağının ayaqaltı yerindən qırmızı rəngli, üzərində “Hello Baby” sözləri yazılmış sellofanın içərisində 1 kiloqram 150 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020ci il tarixli 17/172 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,87 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.-Tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 1 kiloqram 120 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.-Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kibrit qutusunda və bir ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 568 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materialarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Tunar və xx.xx.2019-cu il təvəllüdlü Ayan adlı iki nəfər azyaşlı uşaqları var. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 1 kiloqram 125,87 qram olan narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Şahid3 sonuncunun yaşadığı ünvan 1 saylı ünvanda yerləşən evin yaxınlığında 1000 manata alaraq qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitənin 5,87 qram hissəsini bir ədəd kibrit qutusunun içərisinə dolduraraq əynindəki gödəkçənin sağ yan cibinə qoyaraq üzərində saxlayaraq daşımış, qalan təmiz çəkisi 1 kiloqram 120 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərindən Mingəçevir şəhərinə qədər daşımış və xx.xx.2020-ci il tarixdə saat 10:10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, AzDres qəsəbəsi ərazisində olarkən saxlanılaraq şəhər polis şöbəsinə aparılıb üzərinə şəxsi axtarış, «VAZ 21011» markalı avtomobilə isə baxış keçirilərkən, şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 5,87 qram olan narkotik vasitə qurudulmuş marixuana, avtomobilə baxış zamanı isə avtomobilin sağ ayaqaltı hissəsindən sellofanın içərisində təmiz çəkisi 1 kiloqram 120 qram olan narkotik vasitəqurudulmuş marixuana polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 nömrəli ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasında aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsi yəni narkotik vasitə olan qurudulmuş marixuananın 1250 kq yox 450 qram olmasını bildirməsi maddənin tövsifinə heç bir təsir etmir. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı alması və saxlamasıonun barəsində CM-nin 234.1-ci maddəsinin tərkibinin yaranması üçün əsasdır. Bundan əlavə məhkəmə araşdırması zamanı sorğu ilə müddi sübut kimi tanınmış və polis şöbəsində saxlanılan narkotik vasitə qurudulmuş marixuana məhkəməyə gətirilmiş, məhkəmə baxışı iclasında narkotik vasitəyə baxış keçirilmiş, narkotik vasitə qurudulmuş marixuana çəkilmiş və bükümdə olan narkotik vasitənin hamısının tərkibinin eyni olması, çəkisinin isə ittihamda göstərilən miqdarda olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirənhallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materialında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanmışdır. AzərbaycanRespublikasıCM-nin 69.3-cümaddəsinəəsasənTəqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 ay müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclası zalında həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 34,55 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,82 qram və 1 kq 119,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 192 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 ay müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan tədqiqata sərf edildikdən sonra qalıq qalan 5,82 qram və 1 kq 119,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 34,55 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 192 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-105/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-105/2020
09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver