Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-105/2021 04.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər – X4, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 iştirakı ilə xx.xx.1987-ci ildə Rusiya Federasiyası, Astarxan vilayəti, Aktyubinsk rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 23.08.2017-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29.12.2019-cu il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 9 ay, 18 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2də həbs qətimkan tədbiri seçilmiş, 14.01.2021ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03.01.2021-ci il tarixdə saat 19 radələrində dayısı Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq hasardan həyətyanı sahəyə keçmiş sonra fərdi yaşayış evinin plastik materialdan olan pəncərəsini sıdırmaqla evə daxil olaraq oradan 1 ədəd 560 manat dəyərində Rusiya istehsalı olan 4 qramlıq klonla birlikdə ümumi çəkisi 8 qram olan 583 əyarlı qızıl boyunbağını, 1 ədəd 560 manat dəyərində Rusiya istehsalı olan 8 qram çəkisi 583 əyarlı qızıl nişan üzüyünü və 300 manat məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 1420 (min dörd yüz iyirmi) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12.01.2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq hasardan həyətyanı sahəyə keçməklə həyətdən 2 ədəd 60 manat dəyərində hindquşunu, həyətyanı sahədə yerləşən yarımtikilidən isə 1 ədəd 450 manat dəyərində olan qranit qazan dəstini və 1 ədəd 50 manat dəyəri olan elektrikli tavanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 560 (beş yüz altmış) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12.01.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus Mingəçevir şəhəri, Bozdağ küçəsində yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq hasardan həyətyanı sahəyə keçməklə fərdi yaşayış evinin qapısını evin həyətindən tapdığı dəmir parçası ilə açaraq evə daxil olmuş, oradan 1 ədəd 110 manat dəyərində olan təxminən 10 litr su tutumlu istifadə olunmuş odun samovarını, 30 manat dəyərində “Supermax” markalı anten aparatı və 1 ədəd 30 manat dəyərində “Kumtel” markalı elektrik qızdırıcısını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 170 (yüz yetmiş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın yuxarı həddi 5 qram müəyyən edildiyi halda 2020-ci ilin payız aylarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf sellofan bükümünün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 303,65 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əynindəki qara rəngli qış gödəkcəsinin sol qoltuq hissəsində və həmin siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan tiryəkin yuxarı həddi 0,5 qram müəyyən edildiyi halda 14.01.2021-ci il tarixdə saat 14 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf sellofan bükümünün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 42,778 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibində gizlədib saxlayaraq daşımış, 14.01.2021-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, AZ.Dres qəsəbəsində köhnə doğum evinin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə olan narkotik vasitə - qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkcəsinin sol qoltuq hissəsində və həmin çəkidə olan narkotik vasitə tiryəki həmin qış gödəkcəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam qismən təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmədiyi və azyaşlı uşaqları olduğu üçün pula ehtiyacı olmuşdur. Ona görə də 03.01.2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evin yaxınlıqlarında olarkən oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra həmin ərazidə olan evlərin yaxınlığından keçərkən, dayısı Zərərçəkmiş şəxs4 məxsus Bahar küçəsi 20 saylı evin işıqlarının söndürülmüş vəziyyətdə olduğunu görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. Evi əhatələyən hasardan aşaraq həyətə daxil olmuş, sonra evin plastik materialdan olan qapısını həyətdən tapdığı dəmir parçası ilə açaraq evə daxil olmuşdur, evdə isə yataq otağında olan sandıqdan 1 ədəd üzük və 1 ədəd boyunbağı götürmüşdür. Həmçinin sandığın yanında olan yüklərin arasına baxmış və oradan da 300 manat pul götürmüşdür. Daha sonra isə evi gəldiyi kimi pəncərədən tərk edib hasarı aşaraq getmiş, bu barədə də heç kimə məlumat verməmişdir. Həmin günün sabahı Gəncə şəhərinə getmiş və oğurladığı qızıl-zinət əşyalarını tanımadığı şəxsə ümumilikdə 350 manata satmışdır. Həmin şəxsə qızılları pula ehtiyacı olduğundan satdığını demiş, onların oğurluq olması haqqqında məlumat verməmişdir. Bundan başqa, 12.01.2020-ci il tarixdə saat 12 radələrində qohumu Zərərçəkmiş şəxs5 məxsus Mingəçevir şəhəri Bahar küçəsi 22 saylı evdən oğurluq etmək məqsədilə evi əhatələyən mişar daşından olan hasarı aşaraq həyətə daxil olmuşdur. Əvvəlcə həyətdə olan iki ədəd hind quşunu tutmuş, sonra evə daxil olmuş və orada qiymətli əşya və pul taqmaq məqsədilə evi axtarmış, lakin qiymətli şeylər və ya pul tapa bilməyərərk həyətə çıxmışdır. Həyətdə olan yarımtikiliyə daxil olmuş və oradan 1 ədəd qazan dəsti, 1 ədəd eletrikli tava götürmüşdür. Sonra tutduğu 2 ədəd hindquşunu da götürmüş və həyətin darvazasını bağlayan dəmir parçasını oradan çıxarmış. Evdən oğurladığı əşyaları və hindquşularını götürərək getmişdir. Onları ’’Orxan” bazarında tanımadığı şəxslərə satmışdır. Bundan başqa, 12.01.2021-ci il tarixdə saat 23 radələrində pula ehtiyacı olduğu üçün yenə də oğurluq etmək qərarına gəlmiş və Mingəçevir şəhəri, Bozdağ küçəsində yaşadığı evin yaxınlığında yerləşən həyət evində yaşayış olmadığını bildiyinə görə hasardan aşaraq hyətə daxil olmuşdur. Həyətdəki evin qapısı taxtadan imiş və qapının dəstəyindən tutaraq bir neçə dəfə özünə tərəf dartmışdır. Nəhayət, bir neçə cəhddən sonra qapı açılmış, o, içəri daxil olaraq oradan 1 ədəd samovar, 1 ədəd iştilik peçi və 1 ədəd anten aparatını götürərək evdən çıxmışdır. Həmin əşyaları yaşadığı evə apararaq həyətdə gizlətmişdir. Səhəri gün isə Şirzad adlı taksi sürücüsü ilə oğurladığı əşyalardan 1 ədəd samovarı “arxa yol” adlandırılan yerdə metal alqı-satqısı ilə məşğul olan Mahir adlı şəxsə 35 manata satmışdır. Lakin samovarın oğurluq olması haqında nə Mahirə, nə də Şirzada məlumat verməmişdir. Digər əşyaları isə “Orxan” bazarı ərazisində tanımadığı şəxslərə satmışdır. Bundan başqa 14 yanvar 2021-ci il tarixdə saat 14 radələrində Az.Dres qəsəbəsində Ağ Çiçəyim mağazasının yaxınlığında, klubun yanından tək piyada keçən zaman yerdən 1 ədəd şəffaf sellofan bükümünü görüb götürmüş, açıb baxdıqda bükümün içində narkotik vasitə olduğunu bilmişdir. Çünki, özü də narkotik vasitələrdən istifadə edir. Həmin bükümü əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibinə qoyaraq gizlətmişdir. Həmin gün o evdən çıxarkən 2020-ci ilin noyabr ayının əvvəllərində AZ.Dres qəsəbəsində kanalın kənarında topladığı və qurutduğu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni də özü ilə götürüb gödəkcəsinin sol qoltuq hissəsinə qoymuşdur. 14.01.2021-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, Az.Dres qəsəbəsində köhnə doğum evinin yaxınlığında olan zaman həmin narkotik vasitələr də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində X5 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Həmçinin ona üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildiririlmişdir. O da üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan qara rəngli qış gödəkcəsinin sol qoltuq hissəsindən 1 ədəd şəffaf sellofan bükümündə olan qurudulmuş marixuanaya bənzər kütləni və sol yan cibimdən 1 ədəd şəffaf sellofan bükümdə olan tiryəkə bənzər kütləni, 1 ədəd “Nokia” markalı telfonu, telefon adaptorunu, 1 ədəd günəş eynəyini, şəxsiyyət vəsiqəsini, cib dəsmalını, darağı, mobil teılefon nömrəsini könüllü olaraq təqdim etmişdir. Təqdim etdiklərindən başqa üzərində hər hansı əşya olmadığım bildirdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa digər əşya və ya saxlanılması qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi qış gödəkcəsinin sol qotluq hissəsində gizlətdiyi 1 ədəd şəffaf sellofan bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin kəskin iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, qış gödəkcənin sol yan cibində gizlətdiyi 1 ədəd şəffaf sellofan bükümü açılıb baxıldıqda isə bükümdə olan kütlənin kəskin iyə malik narkotik vasitə tiryəkə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında üzərindən aşkar edilmiş iki ədəd bükümdə olan kütlələr tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin şəffaf sellofan bükümü ilə birlikdə çəkisi 310, tiryəkə bənzər kütlənin ümumi çəkisi 43,2 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmiş, daha sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bununla yanaşı, o, 2020-ci ilin may ayının əvvəllərində X7 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən, 2020-ci ilin noyabr ayının 10-da saat 18 radələrində Zərərçəkmiş şəxs2 qızma məxsus Mingəçevir şəhəri, D.Əliyeva 2 saylı evin 2 saylı mənzildən, 02 dekabr 2020-ci tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Mingəçevir şəhəri, F.Əzimov küçəsi 7 saylı evin, 45 saylı mənzildən oğurluq etməmişdir. İbtidai istintaq zamanı müstəntiqin və polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qalmamaq üçün həmin oğurluq hadisələrini də öz üzərinə götürmüşdür. Onun adından yazılmış ifadələri oxumadan imza etmişdir. Orada yazılanlarla maraqlanmamışdır. Çünki o, törətdiyi cinayətlərə görə onsuzda cəza alacağını bilmişdir. Ona görə də digər oğurluq epizodlarının onun üçün elə bir əhəmiyyəti olmamış, lakin müstəntiq isə ətraflı araşdırma aparmadan onun etirafı ilə kifayətlənmişdir. Halbuki, 02 dekabr 2020-ci tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs3 mənzilindən oğurluq olan zaman o, Mingəçevir Şəhər Məhkəməsi hakiminin inzibati xəta haqqında qərarı ilə həbsdə olmuşdur. Ona görə də həmin şəxslərin evindən və mənzillərindən oğurlanan əşyalardan xəbəri olmamışdır. Kimin etdiyini də bilməmişdir. O, cinayət törətmiş, lakin ittiham aktında göstərilən bütün epizodları o, törətməmişdir. Hazırda əməlindən peşmandır. Mənzilindən oğurluq etdiyi zərəçəkmiş şəxslərin iki nəfəri də ondan şikayətçi deyildir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası ərazisində elan olunmuş karantin rejimindən öncə həyat yoldaşı Şahid1 ilə birlikdə Bakı şəhərində yaşayan övladlarının yanında qalmışdır. Karantin rejiminə görə Bakı şəhərində qalmalı olmuşlar. Ona görə də Mingəçevir şəhərində yaşayan kürəkəni Elnura və qızı Gülçinə zəng edib evə baxmağı, nəzarət etməyi tapşırmışlar. Təxminən 1 ay müddət ərzində Gülçin və Elnurla telefon əlaqəsi saxlamış, Elnur və Gülçin də karantin rejiminə görə onların evinə gedib gələ bilmədiklərini söyləmişlər. 05 may 2020-ci il tarixdə Gülçin və Elnur onların evinə gedərək evdən oğurluq edildiyini aşkar etmiş və o barədə zəng edərək ona məlumat vermişlər. O, hadisənin necə baş verdiyini Gülçindən soruşmuş, Gülçin telefonda ona kiminsə evdə yaşayış olmamasından istifadə edib qapını itələyib açdığını, digər otağın pəncərəsini mismardan itələyib qıraraq otağa keçdiyini və otaqda olan şifoneri, sandığı axtardığını, şifonerdə olan yataq dəstləri, paltarlar, sandıqda olan bəzi əşyaların yerində olmadığını bildirmişdir. Gülçin dəqiq nələrin oğurlandığını bilmədiyinə görə ona və kürəkəninə özünün 1-2 günə gəlib polisə ərizə verəcəyini demişdir. Belə ki, kürəkəni bu haqda 102 xidmətinə zəng edib məlumat verdiyini demişdir. 06 may 2020-ci il tarixdə axşam saatlarında arvadı Əfruzla Mingəçevir şəhərinə gəlmiş, evə girib evdən nələrin oğurlanmasını dəqiqləşdirməyə başlamışlar. Əşyalara baxan zaman evdən 1 ədəd 50 manat dəyərində naxışlı süfrə, 1 ədəd 50 manat dəyərində kişi üçün dəst alt paltarı, hər birinin dəyəri 50 manat olmaqla, 1 ədəd bənövşəyi rəngli, 1 ədəd ağ-boz rəngli, 2 ədəd çəhrayı rəngli olmaqla 200 manat dəyərində yataq dəsti, 1 ədəd 250 manat dəyərində boz rəngli kişi kostyumu, 1 ədəd 80 manat dəyərində boz rəngli qadın kostyumu, 1 ədəd 70 manat dəyərində tünd qəhvəyi rəngli qadın gödəkcəsi, 1 ədəd 90 manat dəyərində tünd göy rəngli don, 1 ədəd 75 manat dəyərində tünd qəhvəyi rəngli don, 1 ədəd 45 manat dəyərində boz rəngli don, hər birinin dəyəri 70 manat olmaqla 3 ədəd 210 manat dəyərində, hər birinin dəyəri 45 manat olmaqla 4 ədəd 180 manat dəyərində qadın ətəkləri, hər birinin dəyəri 50 manat olmaqla 4 ədəd 200 manat dəyərində, hər birinin dəyəri 45 manat olmaqla 3 ədəd 135 manat dəyərində, hər birinin dəyəri 50 manat olmaqla 2 ədəd 100 manat dəyərində və 1 ədəd 70 manat dəyərində olmaqla qadın köynəkləri, 1 ədəd 45 manat dəyərində tünd göy rəngli qadın şalvarı, 1 ədəd 25 manat dəyərində göy rəngli cins şalvar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilmişlər. Daha sonra evin həyətində olan yarımtikiliyə baxan zaman isə oradan hər birinin dəyəri 10 manat olmaqla 2 ədəd 20 manat dəyərində 2,5 metr uzunluğunda olan balıqtutan qarmaq, 1 ədəd 30 manat dəyərində 15 litr tutumu olan aliminium materialdan hazırlanmış qazanın oğurlanması məlum olmuşdur. Onun fikrincə həmin əşyaları oğurlayan şəxs yalnız təzə əşyaları oğurlayıb, həmçinin həmin şəxs evdə çox sərbəst gəzmiş, evdəki əşyaları dağıtmaması, hər şeyi aydın şəkildə yerindən götürməsi buna dəlalət edir ki, həmin şəxs və ya şəxslərin ev əşyalarını dəqiqliklə alması hadisənin işıqlı vaxtda törədiləməsinə ehtimal yaratmışdır. Lakin o, evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olub-olmadığından əmin deyil, çünki ifadəsinin əvvəlində də bildirdiyi kimi o, hadisə zamanı Bakı şəhərində olmuşdur. Evindən oğurluq edən şəxsi görməmişdir. Kim olduğundan xəbərdar deyil. Evindən oğurlanmış əşyalar təqsirləndirilən şəxsdən aşkar edilib göstərilsəydi, oğrunun Təqsirləndirilən şəxs olduğundan əmin ola bilərdi. Lakin hazırki vəziyyətdə onun oğurlanmış əşyalarından heç biri istintaq tərəfindən tapılmamış və ona göstərilməmişdir. Onun polisə şikayət etməkdə tək məqsədi evindən həqiqətən oğurluq edən şəxsin tapılıb cəzasının verilməsi, yəni ədalətin bərqərar olması olmuşdur. Hazırda o, təqsirləndirilən şəxsdən heç bir əşya tələb edə bilmir. Çünki təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində onun evindən oğurladığı əşyaları tanımadığı şəxsə satdığını bildirsə də, məhkəmə istintaqı zamanı əvvəlcə onun evindən oğurladığı əşyaların yadında qalmadığını, sonra isə ümumiyyətlə onun evindən oğurluq etmədiyini bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin ifadəsi ziddiyyətli olduğundan, o, onun haqqında heç bir fikir bildirə bilmir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 11.11.2020-ci il tarixdə saat 19 radələrində əri Şahid4 qızı Leylaya zəng edərək yaşadıqları ünvan 8 ünvanının qarşısında olduğunu, lakin qapını açarla açmaq istəsə də, qapının açılmadığını bildirmişdir. Həmin vaxt o və qızı Leyla digər qızı Könülün yaşadığı evə qonaq getmişlər. Qızı Leyla əri Aydının yanına getmiş, təxminən 1 saat sonra qızı Leyla geri qayıdaraq qapının açılmadığını bildirmişdir. Onlar yaşadıqları evə həmin vaxt yeni qapı qoyulduğundan qapının kilidləndiyini düşünmüşlər. Sabahı gün o və qızı Leyla yaşadıqları evə gedən yolda evin qapılarını qoyan Vasif adlı şəxsə zəng edib çağırmışlar. Evə çatan zaman həmin usta qapını açmağa çalışan zaman qapının içəridən kilidləniyini bildirmişdir. Həmin usta ona evə pəncərədən daxil olub evin qapısını açmağa icazə istəmişdir. O icazə verdikdən sonra usta pəncərədən evə daxil olmuşdur. Vasif mənzilin qapısını içəridən açmış və onlar evə daxil olmuşlar. Leyla qonaq otağına baxan zaman qonaq otağında olan televizorun yerində olmadığını görmüş və beləliklə onlar mənzilə oğurların girdiyini başa düşmüşlər. Digər otaqlara baxan zaman yataq otağında dolabdan 1 ədəd Elnura məxsus göy rəngli gödəkcənin oğurlanmasını bilmiş, bundan sonra bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişlər. O, cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olaraq ona məxsus evdən oğurlanmış əşyaların ekspert tərəfindən müəyyən edilmiş dəyərlərinə etirazının olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında yaşayır, lakin həmin binanın 44 saylı mənzili də ona məxsusdur. O, aşağı mərtəbədə olan 44 saylı mənzilə təxminən 4-5 gündən bir baş çəkir. 02.12.2020-ci il tarixdə həyat yoldaşı Şahid6 həmin evin qapısını açmaq istədyini, lakin aça bilmədiyini ona demişdir. O da Rübabəyə qapıya baxacağını demiş, bundan sonra isə 06.12.2020-ci il tarixdə qızı işə getməli olduğundan orada əşyaları olduğunu və onları götürməli olduğunu bildimişdir. Buna görə də o həmin qapını açmaq üçün kran gətirmiş və işçisi Fariz də kranla yuxarıya qalxıb, pəncərəni əli ilə vuran kimi pəncərə açılmışdır. Daha sonra isə Fazil içəri daxil olub qapını açmış və qapının cəftəsinin bağlı olduğunu görmüşdür. Həyat yoldaşı Şahid6 evə daxil olduqdan sonra yataq otağında olan paltar şkafının dağıdıldığını və oradan Türkiyə istehsalı “Vevien” markalı içərisində 80 manat dəyəri olan içərisində 3 ədəd dəsmal olan dəsmal dəstini, 1 ədədinin qiyməti 80 manat olmaqla 5 ədəd Türkiyə istehsalı olan, 2x2,5 metr ölçüdə kətan parçadan hazırlanmış 400 manat dəyərində stolüstü süfrə, 5 il əvvəl 300 manata aldıqları 1 ədəd “norka” papaq, 15 ədəd hamam, əlüz, stəkan dəsmallarını, şkafın üzəridən isə 350 manata aldığımız Türkiyə istehsalı,“Oncu” markalı içərisində 5 ədəd qazan olmaqla qranit qazan dəstinin oğurlanmasını demişdir. Bundan sonra onlar polis şöbəsinə ona məxsus evdən oğurluq edilməsi haqqında məlumat vermişlər. Bununla belə Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirakının qeyri-mümkünlüyünün üzrlü hesab edilməsini və təqsirləndirilən şəxsin mülkiyyət hüquqlarına qəsd edərək törətdiyi əmələ münasibətdə cinayət məsuliyyətinə cəlb olunması üçün ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Alimlə hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. 03.01.2021-ci il tarixdə saat 16:30 radələrində Alimin atsaı Arif gəlib onu və ailəsini götürərək öz evlərinə qonaq kimi aparmışdır. Həmin gün saat 23:30 radələrində Arif onları yaşadıqları evə qaytarıb gətirmişdir. Evdən çıxanda həyəti işiqlandırmaq üçün qoyduqları işiq lampasını yanılı vəziyyətdə qoymuş, lakin qayıdanda işıq sönülü olmuş, evin giriş darvazası isə bağladıqları vəziyyətdə olmuşdur. Aravadı Cəvahir açarı götürərək evə getmiş, o isə çöldə Arif ilə söhbət etmiş və bir neçə dəqiqədən sonra Cəvahir qayıdaraq evdən oğurluq olunduğunu və bütün əşyalarının dağıdıldığını demişdir. O da dərhal evə daxil olmuş, naməlum şəxs və ya şəxslərin evin plastik materialından olan pəncərəsinin cəftəsini qıraraq pəncərədə olan setkanı çıxardıqdan sonra evə daxil olduqlarını görmüşdür. Pəncərədə olan izlər isə vintaçan izlərinə bənzər izlər olmuşdur. Həmin şəxs və ya şəxslər evdən çarpayının üzərinə qoyduqları yükün arasında olan 300 manat pulu və həmin otaqda yükün yanında olan sandığın içərisindən isə əl çantasının içərisinə qoyduqları 1 ədəd klonlu boyunbağını və 1 ədəd qədim nişan üzüyünü oğurlamışlar. Həmin vaxt Arif həmin oğurluq əməlinin oğlu Alimdən başqa heç kimin etməyəcəyini və məsələni öz aralarında həll edilməsini istəmişdir. Ona görə də həmin vaxt o polis şöbəsinə bu haqda məlumat verməmişdir. Təxminən yanvar ayının ortalarında bacısı Rahilə onun evindən oğurluğu oğlu Alimin etdiyini demişdir. Hazırda o, təqsirləndirilən şəxi bağışlamamış, nə də onunla barışmamışdır. Bununla belə məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 12.01.2021-ci il tarixdə saat 08 radələrində yaşadığı ünvandan çıxaraq qaynaqçı vəzifəsində çalışdığı köhnə “RT” zavodunun yaxınlığında yerləşən "xxxx" MMC-yə getmiş, həyat yoldaşı Raisə saat 9 radələrində müalicə üçün xəstəxanaya getmiş və oradan da aşbaz kimi işlədiyi Gəncə şossesində yerləşən "xxxx" MMC-yə getmişdir. Qızı Sevinc də saat 10-da satıcı kimi çalışdığı mağazaya getmiş getmişdir. Saat 14 radələrində həyat yoldaşı Raisə ona zəng edərək yaşadığı ünvan 10 ünvanından naməlum şəxslər tərəfindən oğurluq edilməsi barədə məlumat vermişdir. O dərhal iş yerindən çıxaraq birbaşa Mingəçevir şəhər polis şöbəsinə gedərək bu barədə məlumat vermiş və oradan polis əməkdaşları ilə birgə yaşadığı evə getmişdir. Evə çatan zaman yoldaşı Raisə evdən təxminən 4 il əvvəl kreditlə 450 manata aldıqları içərisində 5 ədəd qazan olan 1 ədəd qranit qazan dəsti, 4 il əvvəl 50 manata aldıqları 1 ədəd elektrikli tava, təxminən 60 manat dəyərində 2 ədəd hind quşunun oğurlandığını bildirmişdir. Sonradan təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, ona məxsus Mingəçevir şəhəri Bozdağ küçəsində yerləşən fərdi yaşayış evi vardır. Sonuncu dəfə 13.01.2021-ci il tarixdə saat 09 radələrində həyətə gələn zaman evin darvazasının açıq olduğunu görmüş. Həyətə daxil olan zaman həyətdə olan 1 otaqdan ibarət evin qapısının sındırıldığını və açıq vəziyyətdə olduğunu görmüşdür. O dərhal həmin evə daxil olmuş və içəridə olan əşyalara nəzər yetirən zaman oradan 1 ədəd 10 litrlik tutumlu, “nej” materialdan olan od somvarının, 1 ədəd “SuperMax” markalı anten aparatının və sonradan xatırladığı qədəri ilə 1 ədəd “Kumtel” markalı elektrikli sobasının nəməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilmişdir. Bundan sonra baş vermiş oğurluq hadisəsi haqqında əvvəlcə atası Şahid9 məlumat vermiş və həmin gün evdən oğurlanmış əşyaları axtarmaqla məşğul olmuş, lakin onları tapa bilməmişdir. Ona görə də 14.01.2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsi haqqında Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət etmişdir. O, cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olaraq ona məxsus evdən oğurlanmış əşylarnı ekspert tərəfindən müəyyən edilmiş dəyərlərinə etirazının olmadığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs cəza təyin edərkən ifadəsində göstərdiyi halların nəzərə almasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1da zərərçəkmiş X9 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 02.12.2020-ci il tarixdə o, özlərinə məxsus Mingəçevir şəhəri, F.Əzimov küçəsi 7 saylı binanın 44 saylı mənzilinin qapusını açmaq istəyərkən qapının açılmadığını görmüşdür.Həmin vaxt qapıda nə isə problemin olduğunu düşünmüş və bu barədə əri Zərərçəkmiş şəxs3 məlumat vermiş, Mahmud da ona qapıya baxacağını bildirmişdir. Bundan sonra isə 06.12.2020-ci il tarixdə qızı işə getməli olduğundan o qızının həmin evdə olan əşyalarını götürməli olduğunu demişdir. Bundan sonra əri qapını açmaq üçün qaldırıcı kran gətirmiş və onun işçisi Fariz qaldırıcı kran vasitəsilə yuxarıya qalxmış, pəncərəni əli ilə vuran kimi pəncərə açılmışdır. Daha sonra isə mənzilə daxil olub, qapını açmış və qapının cəftəsinin arxadan bağlı olduğunu ona demişdir. Fariz ondan evdən nə isə götürülüb-götürülmədiyini soruşmuş, o əvvəlcə evdən heç nə götürülmədiyini demişdir. Fariz evdən çıxıb getmiş, daha sonra o yataq otağına baxarkən bəzi əşylaraın orada olmadığını görmüş, o cümlədən mebelin qapısının yerindən oynadığını görmüşdür. Bundan sonra o bu barədə qızına və əri Mahmuda məlumat vermişdir. Sonra isə polis onlara məxsus evdən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsi haqqında məlumat vermişlər. O, əvvəlcə ərizə verərkən evdən 70-80 manat dəyərində əşyaların oğurlanması barədə bildirmişdir. Lakin polis əməkdaşları getdikdən sonra o, yenidən evdən oğurlanmış əşyaların sayını dəqiqləşdirən zaman evdəki paltar şakafından Türkiyə istehsalı “Vevien” markalı içərisində 80 manat dəyəri olan içərisində 3 ədəd dəsmal olan dəsmal dəstini, 1 ədədinin qiyməti 80 manat olmaqla 5 ədəd Türkiyə istehsalı olan, 2x2,5 metr ölçüdə kətan parçadan hazırlanmış 400 manat dəyərində stolüstü süfrə, 5 il əvvəl 300 manata aldığımız 1 ədəd “norka” papaq, 15 ədəd hamam, əl-üz, stəkan dəsmallarını, şkafın üzəridən isə 350 manata aldığımız Türkiyə istehsalı,“Oncu” markalı içərisində 5 ədəd qazan olmaqla qranit qazan dəstinin oğurlanmasını bilmişdir. Onlar oğurluq olan zaman Bakı şəhərində olmuşlar. Evlərindən kimin oğurluq etdiyini görməmişlər. Lakin onun evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasından əmin deyil. Çünki istintaq evdən oğurlanmış əşyaları tapmamış və onlara göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 5 il olarki Mingəçevir şəhəri ərazsində müxtəlif metalların qəbulu ilə məşğul olur. Ayrı-ayrı yararlı metal materialdan hazırlanmış məhsulları alan zaman isə satıcıların şəxsiyyət vəsiqəsinin surətini tələb edir. Təxminən 2021-ci ilin yanvar ayında sonradan adının Alim olduğunu bildiyi şəxs taksi ilə gələrək onda samovarın olduğunu və həmin samovarı satmaq istədiyini bildirmişdir. O da Alimdən həmin samovarın oğurluq olub-olmamasını soruşmuş, Alim də samovarın özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün həmin samovarı satdığını demişdir. O da Alimin şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş, həmin samovarın oğurluq olmaması ilə bağlı qeyd aparmış və Alim də öz imzasını çəkmişdir. Lakin Alimə samovarın müqabilində nə qədər pul verməsini isə dəqiq xatırlamır. Sonra isə polis əməkdaşları onun işlədiyi yerə gələrək onun yaxın günlərdə somvar ahb-almamasmı soruşmuşlar və o da Alim adlı şəxsədən 1 ədəd samovar aldığını bildirmişdir. Polis əməkdaşları həmin samovarın oğurluq olmasını bildirdikdən sonra, o həmin samovarı təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Mingəçevir şəhərində usta kimi fəaliyyət göstərir. İşlədiyi mağazaya qapı sifarişi olduqda onun vəzifəsi alıcının qapısını aparıb evə qurlaşdırmaqdan ibarətdir. Təxminən 2020-ci ilin sentyabr ayında ünvan 11 ünvanına müştərinin sifarişi əsasında qapı quraşdırmışdır. 10.11.2020-ci il tarixdə işlədiyi mağazanın sahibi ona zəng edərək həmin ünvana quraşdırdığı qapıda problemin yarandığını bildirmişdir. O da həmin gün gec olduğundan sabahı gün qapıda olan problemi aradan qaldıra biləcəyini demişdir. 11.11.2020-ci il tarixdə o, D.Əliyeva küçəsi 2 saylı evin 2 saylı mənzilinin qarşısına gəlmiş, evin sahibi Amalya və qızı qapıda problemin olduğunu demişlər. O, mənzilin qapısına baxmış, qapıda problemin olmadığını, qapının arxadan cəftəsinin keçirildiyini demişdir. Bundan sonra ev sahiblərinə qapını açmaq üçün ya qapını qırmağı ya da pəncərədən evə daxil olub qapını arxadan açmağı təklif etmişdir. Onlar da pəncərəni açmaqla evə daxil olmasını demişlər. Pəncərə hündürlükdə olduğu üçün pəncərəni açmaq üçün ona stol da vermişlər. O stolun üzərinə çıxaraq vintaçan vasitəsilə pəncərəni açıb evə daxil olmuş və evin qapısının cəftəsini açmışdır. Bundan sonra evin sahibləri evə daxil olmuşlar. Onlar evə daxil olduqdan sonra evə baxıb evdən oğurluq olmasını demişlər, o da onlara heç bir yerə əl vurmamalarını və polisə bu haqda məlumat vermələrini demişdir. Beləliklə, onlar polisə bu haqda məlumat vermişlər. Polis əməkdaşları evə gəldikdən sonra oğurluq edən naməlum şəxs və ya şəxslərin evin yataq otağına açılan arxa eyvanının pənəcərəsindən evə daxil olmaları məlum olmuşdur. Lakin evdən hansı əşyaların oğurlanması haqqında dəqiq məlumatı olmamışdır. Lakin o, Zərərçəkmiş şəxs2 evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasına əmin deyildir. Çünki o evə daxil olarkən artıq oğurluq edilibmiş və onlar oğrunu görməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, 2014-cü ildən Mingəçevir şəhərində Zərərçəkmiş şəxs3 məxsus dəri zavodunda çalışır. 06.12.2020-ci il tarixdə Mahmud özünə məxsus ünvan 12 ünvanının qapısının açılmadığım və onun evə pəncərədən daxil olmaqla mənzilin qapısını açmasını bildirmişdir. Belə ki, Mahmud evin qapısını açar vasitəsilə açmaq istədiklərini və təxminən 4 gündür ki, qapısının açılmadığını demişdir. Mənzil binanın 2-ci mərtəbəsində yerləşdiyindən o, mənzilə qaldırıcı kran vasitəsilə qalxmalı olmuş və Mahmud ona özü ilə vintaçan götürməsini və həmçinin evin pəncərəsini oynadaraq cəftəsini yerindən çıxarıb evə girməsini demişdir. O da belə etmiş, kran vasitəsilə qalxmış, lakin pəncərəyə əli ilə vuran zaman pəncərə açılmışdır. O, evə daxil olmuş və evin qapısının arxadan cəftəsinin keçirili vəziyyətdə olduğunu görmüşdür. Qapını açmış və Mahmudun yoldaşı Şahid6 evə daxil olmuşdur. O, evə daxil olan zaman evdə hər hansı dağınılqlıq müşahidə etməmiş və Rübabədən evdən nələrin isə əksik olub-olmadığını soruşmuşdur. Rübabə isə hər şeyin qaydasında olduğu demiş, o da getmişdir. Təxminən 20 dəqiqə sonra onunla birgə çalışan işçilərdən biri Mahmudun evindən oğurluq edildiyini demişdir.Yalnız bundan sonra onun həmin evdən oğurluq edilməsi haqqında məlumatı olmuşdur. Lakin o Zərərçəkmiş şəxs3 evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasına əmin deyildir. Çünki o, evə daxil olarkən artıq oğurluq edilibmiş və onlar oğrunu görməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nın baş ə/m-li vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. 14.01.2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-in əməkdaşı Şahid15, Şahid16 və o Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Az.Dres qəsəbəsində köhnə doğum evinin yaxınlığında olan zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Mayılov X8 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X5 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasım bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmaması izah olundu. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol qoltuq hissəsindən 1 ədəd sellofan bükümü və əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən isə nisbətən kiçik ölçülü 1 ədəd şəffaf sellofan bükümü könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin iki ədəd şəffaf sellafona bükülmüş bükümlər Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən Alimin əynində olan qara rəngli qış gödəkcəsinin sol qoltuq hissəsində olan bükümün içərisində qurudulmuş marixuanaya bənzər kütlə, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibində olan 1 ədəd şəfaff sellofan bükümün içərisində isə tiryəkə oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar həmin iki ədəd sellafona bükülmüş bükümlərin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmiş, həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 310 qram, tiryəkə oxşar kütlənin ümumi çəkisi isə 43,2 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-in 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid15 və Şahid16 şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdiyi xüsüsatları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş, Şahid11 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 10 ildən çox müddətdir ki, Mingçevir şəhəri ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərir.Təxminən 10-15 gün əvvəl yanvar ayının əvvəllərində Mingəçevir şəhəri Orxan bazarının yaxınlığında taksi kimi müştəri gözləyən zaman sonradan adını bildiyi Alim adlı şəxs mənə yaxınlaşaraq onda somavarın olduğunu və satmaq üçün metalların al-satqı ilə məğul olan Mahirə aparıb satmaq istədiyini demişdir. O da Alimi Mahirin metal alqı-satqısı ilə məşğul olduğu yerə aparmışdır. Yolda Alimdən somavarın oğurluq olub-olmaması barədə soruşmuş, Alim isə somavarın özünün olduğunu, narahat olmamasını demişdir. Ora çatanda Alim somavarı Mahirlə 30 manat müqabilində razılaşaraq satmışdır. Somavarı Mahirə satdıqdan sonra ona xidmət haqqı kimi 5 manat pul vermişdir. Bundan sonra da bir neçə dəfə onun idarə etdiyi maşına əyləşmiş və müştəri kimi Alimi istədiyi yerə aparıb düşürmüşdür. Lakin həmin vaxtlarda Alimlə başqa heç bir əşyanı aparıb satmamışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindiilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 və Şahid3 da zərərçəkmiş şəxs Xasıyev Ramiz Niyaz oğlu ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindiilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid4 Yusif oğlu, Zeynalova Leyla Aydın qızı da Zərərçəkmiş şəxs2 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindiilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid7 Fətərək qızı da Zərərçəkmiş şəxs4 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindiilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Cəfərova Raisa Müseyib qızı da Zərərçəkmiş şəxs5 Talqat oğlu ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindiilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid9 da Zərərçəkmiş şəxs6 oğlu ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs oğlunun məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində, zərərçəkmiş şəxslər X4 evindən, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3un isə mənzillərindən oğurluq etməməsi bağlı istinad etdiyi dəlillər ittiham tərəfinindən təqdim edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilməmiş, həmçinin həmin sübutlar təqsirləndirilən şəxsin həmin epizodlar üzrə cinayəti törətməkdə təqsirli olması üçün kifayət etməmişdir. Belə ki, istintaq orqanı mötəbərliyi şübhə doğurmayan digər sübutlar əldə etmədən, yalnız təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı təqsirini etiraf edərək verdiyi ifadəsinə istinad etmişdir. Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs ifadəsinin bir hissəsindən imtina edərək, Zərərçəkmiş şəxs3 mənzilindən oğurluq olan vaxt, yəni 02.12.2020-ci il tarixdə inzibati qaydada həbsdə olduğunu bidirmişdir. Bu hal da məhkəmə istintaqında öz təsdiqini tapmışdır. Eləcə də, X4 evindən, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3un mənzillərindən oğurlanan əşyalardan heç biri maddi sübut kimi götürülməmiş, nə də təqsirləndirilən şəxs həmin əşyaların nədə ifadə olunmasının və kimə verdiyini məhkəmə istintaqı zamanı xatırlaya bilməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı X4 evindən, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3un mənzillərindən oğurluq etməsi ilə bağlı öz təqsirini etiraf etməsi, məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilməmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadəsinin həmin hissəsini ittihamın düzgün həll edilməsi zamanı sübut növü kimi qəbul etmir və nəzərə almır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Cinayət işinin materiallarında olan 11.11.2020-ci il tarixdə hadisə yerinə Baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxusus Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 2 saylı evin 2 saylı mənzilindən 1 ədəd televizor və 1 ədəd payız gödəkcəsi oğurlanmışdır. Cinayət işinin materiallarında olan 06.12.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxusu Mingəçevir şəhəri, F.Əzimov küçəsi 7 saylı evin, 44 saylı mənzilindən qazan dəsti, dəsmallar və süfrələr oğurlanmışdır. Cinayət işinin materiallarında olan 12.01.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxusus Mingəçevir şəhəri, Bahar küçəsi 22 saylı evin həyətindən 2 ədəd hinquşu və həyətə olan yarımtikilidən isə 1 ədəd elektrikli tava və 1 ədəd qranit qazan dəsti oğurlanmışdır. Cinayət işinin materiallarında olan 14.01.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 məxusus Mingəçevir şəhəri, Bozdağ küçəsində yerləşən fərdi yaşayış evindən 1 ədəd 10 lirt tutumlu od samovarı, 1 ədəd anten aparatı və 1 ədəd elektrikli qızıdırıcı oğurlanmışdır. Cinayət işinin materiallarında olan 14.02.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxusus Mingəçevir şəhəri, Bahar küçəsi 20 saylı evdən 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl üzük və 300 manat pul oğurlanmışdır. Cinayət işinin materiallarında olan 12.02.2021-ci il tarixdə ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 məxsus Mingəçevir şəhəri Bozdağ küçəsində yerləşən fərdi yaşayış evinə daxil olduğu yeri və əşyaları oğurladığı yeri, Zərərçəkmiş şəxs5 məxsus Mingəçevir şəhəri Bahar küçəsi 22 saylı evə daxil olduğu yeri, həyətdən hindquşlarını və hətədəki yarım tikilidən əşyaları oğurladığı yeri əyani şəkildə göstərməklə ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 25.02.2021-ci il tarixdə keçirilmiş ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs dayısı Zərərçəkmiş şəxs4 məxsus Mingəçevir şəhəri, Bahar küçəsi 20 saylı evi, evə qanunsuz olaraq daxil olduğu yeri, evdən qızıl-ziynət əşyalarını oğurladığı, sonra isə evi tərk etdiyi yeri əyani şəkildə göstərməklə ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 14.01.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkcəsinin sol qoltuq hissəsində gizlədərək saxladığı 01 (bir) ədəd sellofan torbanın içərisində ümumi təmiz çəkisi 303,65 qram olan narkotik vasitəqurudulmuş marixuana və sol yan cibində gizlədərək saxladığı 01 (bir) ədəd şəffaf sellofan bükümünün içərisində ümumi təmiz çəkisi 42,778 qram olan narkotik vasitə-tiryək aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 15.01.2021-ci il tarixli 17/31 №-li rəyinə əsasən, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş... kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 42,778 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs narkotik aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada , təmiz çəkisi - 303,65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin rəy iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə sübut növü kimi qiymətləndirilməli və cinayət işinə əlavə edilməlidir. İş üzrə təyin edilmiş materialların məhkəmə ekspertizası və məhkəmə-bioloji ekspertizası keçirilməsi zamanı tədqiqata sərf olunan 0,05 qram narkotik vasitə kütləsinin təhqiqata sərf edildikdən sonra yerdə qalan ümumi qalıq çəkisi 303,60 qram olan narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və tədqiqata sərf olunan 0,100 qram narkotik vasitə kütləsinin təhqiqata sərf edildikdən sonra yerdə qalan ümumi qalıq çəkisi 42,678 qram olan narkotik vasitə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmalı və saxlanılması üçün Mingəçevir ŞPŞ-in maddi sübutların saxlanc otağına verilməlidir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28.01.2021-ci il tarixli 75 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən və kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 16 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid10 satdığı Zərərçəkmiş şəxs6 məxsus 1 ədəd samovar Şahid10 götürülmüşdür. Cinayət işinin materiallarında olan 22 fevral 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 ona məxsus oğurlanmış 01 ədəd, 10 litr tutumu olan, “nej” materildan hazırlanmış samovarı ona təqdim edilmiş 3 ədəd samovarın arasından tanıyaraq göstərmişdir. Odur ki, X1 götürülmüş Zərərçəkmiş şəxs6 məxsus 1 ədəd, 10 litr tutumu olan “nej” materialdan hazırlanmış samovar maddi sübut kimi tanınaraq saxlanılması üçün mülkiyyətçi Zərərçəkmiş şəxs6 verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 aprel 2021-ci il tarixli 9/1298 nömrəli rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadə olunmuş odun samovarının 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməıti təxminən 110,00 manat, təqdim edilməyən 7 adda malların 2020-ci ilin may-2021-ci ilin yanvar aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1325,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: Təqdim edilməyən 7 adda mallar üzrə qiymətləndirmə nəzəri qaydada aparıldığından müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istina edilmir. Qərarda qeyd edilən, qiymətləndirilməyən mallar tədqiqata təqdim edilmədən həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün deyil. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş 28.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 01.04.2015-ci il tarixli hökmü ilə CM-in 178.2.4-cü maddəsinə əsasən 4500 manat cərimə cəzsına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin 23.08.2017-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 67.1 və 68.2-ci maddələrinə əsasən 04 il müddətə azadlıqdan məhrum etmə, 4500 manat cərimə cəzasına məhkum edilmiş, 06.08.2018-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə cərimə cəzasından azad edilib və əsas cəza dəyişdirilməyib, CM-in 67.1-ci maddəsi hökmdən xaric edilib. 29.12.2019-cu il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə 09 ay 18 gün vaxtından əvvəl şərti azad olunub və 17.10.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılıb. Cinayət işinin materiallarında olan 04 aprel 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə götürülmüş 1 (bir) ədəd şəffaf sellofan bükümündə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,100 qram narkotik vasitə kütlələrindən sonra yerdə qalan ümumi çəkisi sonra yerdə qalan ümumi çəkisi 42,678 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 1 (bir) ədəd sellofan torbada olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə təyin edilmiş ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,05 qram narkotik vasitə kütlələrindən sonra yerdə qalan ümumi çəkisi 303,60 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün Mingəçevir ŞPŞ-in maddi sübutların saxlanc otağına verilmiş, cinayət işi üzrə götürülmüş 01 ədəd 10 litrlik tutumu olan, “nej” materialdan hazırlanmış samovar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün mülkiyyətçi Zərərçəkmiş şəxs6 verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 17.11.2020-ci il tarixli 3(051)-742/2020 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Mayılov Alim Arif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək həbs müddətinin əvvəli 16.11.2020 –ci il tarixdən hesablanmaqla 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən 29.09.2021-ci il tarixli məktubdan görünür ki, Şəhər Məhkəməsinin 17.11.2020-ci il tarixli 3(051)-742/2020 nömrəli inzibati xəta haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilmiş Mayılov Alim Arif oğlu müvəqqəti saxlama yerinə yerləşdirilmiş və 11.12.2020-ci il tarixdə inzibati həbs müddəti başa çatdığı üçün müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs4 1420 manat, Zərərçəkmiş şəxs5 560 manat, Zərərçəkmiş şəxs6 170 manat məbləğində maddi ziyan vurmaqla gizli olaraq oğurluq etməklə, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda quru halda təmiz çəkisi 303,65 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı və təmiz çəkisi 42,778 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamaqla ictimai təhlükəli əməli törətmiş ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 353.2.4–cü maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri–əsaslandırıcı hissəsində ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları göstərilməlidir. Məhkəmə, istinad olunan prosessual normaların tələblərinə uyğun olaraq, məhkəmə istintaqında sübutların tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının əvvəllərində X7 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən, 2020-ci ilin noyabr ayının 10da saat 18 radələrində Zərərçəkmiş şəxs2 qızma məxsus Mingəçevir şəhəri, D.Əliyeva 2 saylı evin 2 saylı mənzildən, 02 dekabr 2020-ci tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Mingəçevir şəhəri, F.Əzimov küçəsi 7 saylı evin, 45 saylı mənzildən sındırmaq qanunsuz daxil olaraq gizli oğurluq etməsi zamanı təqsirləndirilən şəxsi təqsirli olması ilə bağlı aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr olduğundan, həmin epizodlar əsassız hesab edilərək, onun xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2–ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət–prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, istintaq orqanının mövqeyinə görə Mayılov Arif oğlu 2020-ci ilin may ayının əvvəllərində gündüz radələrində X7 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq hasardan həyətyanı sahəyə keçməklə həyətyanı sahədə yerləşən yarımtikilidən hər birinin dəyəri 15 manat olmaqla 2 ədəd 30 manat dəyərində 2,5 metr uzunluğunda olan balıqtutan qarmaq, 1 ədəd 20 manat dəyərində 15 litr tutumu olan aliminium materialdan hazırlanmış qazan, daha sonra isə fərdi yaşayış evinin pəncərəsini qırmaqla evə daxil olaraq oradan 1 ədəd 50 manat dəyərində naxışlı süfrə, 1 ədəd 50 manat dəyərində kişi üçün dəst alt paltarı, hər birinin dəyəri 50 manat olmaqla, 1 ədəd bənövşəyi rəngli, 1 ədəd ağ-boz rəngli, 2 ədəd çəhrayı rəngli olmaqla 200 manat dəyərində yataq dəsti, 1 ədəd 250 manat dəyərində boz rəngli kişi kostyumu, 1 ədəd 80 manat dəyərində boz rəngli qadın kostyumu, 1 ədəd 70 manat dəyərində tünd qəhvəyi rəngli qadın gödəkcəsi, 1 ədəd 90 manat dəyərində tünd göy rəngli don, 1 ədəd 75 manat dəyərində tünd qəhvəyi rəngli don, 1 ədəd 45 manat dəyərində boz rəngli don, hər birinin dəyəri 70 manat olmaqla 3 ədəd 210 manat dəyərində, hər birinin dəyəri 45 manat olmaqla 4 ədəd 180 manat dəyərində, hər birinin dəyəri 50 manat olmaqla 4 ədəd 200 manat dəyərində, hər birinin dəyəri 45 manat olmaqla 3 ədəd 135 manat dəyərində, hər birinin dəyəri 50 manat olmaqla 2 ədəd 100 manat dəyərində və 1 ədəd 70 manat dəyərində olmaqla qadın ətəkləri, 1 ədəd 45 manat dəyərində tünd göy rəngli qadın şalvarı, 1 ədəd 25 manat dəyərində göy rəngli cins şalvarı olmaqla gizli olaraq talayıb zərərçəkmiş Ramiz Xasıyevə ümumilikdə 1925 (min doqquz yüz iyirmi beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin noyabr ayının 10-da saat 18 radələrində Zərərçəkmiş şəxs2 qızma məxsus Mingəçevir şəhəri, D.Əliyeva 2 saylı evin 2 saylı mənzilə eyvanın plastik materialdan hazırlanmış pəncərəsini qırmaqla qanunsuz daxil olaraq oradan 1 ədəd 800 manat dəyərində Koreya istehsalı, 157 ekran “Samsung” markalı televizor, 1 ədəd 180 manat dəyərində payız gödəkcəsini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 980 (doqquz yüz səksən) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 dekabr 2020-ci tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Mingəçevir şəhəri, F.Əzimov küçəsi 7 saylı evin, 45 saylı mənzilinə eyvanın yanından keçən qaz borusu vasitəsilə qalxaraq qanunsuz daxil olub mənzildə olan şkafın içərisindən 80 manat dəyərində 3 ədəd dəsmal dəstini, 5 ədəd hər birinin dəyəri 80 manat olmaqla 400 manat dəyərində stolüstü süfrə, 300 manat dəyərində norka papaq, 15 ədəd hər birinin dəyəri 5 manat olmaqla 75 manat dəyərində dəsmalları, şkafın üzərindən isə 350 manat dəyərində qranit qazan dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1205 (min iki yüz beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu halları təqsirləndirilən ibtidai araşdırma zamanı ifadəsində etiraf etmişdir, lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həmin ifadəsindən qismən imtina edərək , qeyd olunan epizodlar üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə istintaqında tədqiq edilən sübutlar isə təqsirləndirilən şəxsin həmin epizodlar üzrə təqsirli hesab edilməsi üçün yetərli olmamışdır. Eləcə də, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Arif oğlu Mingəçevir Şəhər Məhkəməsinin 17.11.2021-ci il tarixli qərarı ilə İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək həbs müddətinin əvvəli 16.11.2020-ci il tarixdən hesablanmaqla 25 gün müddətə inzibati qaydada həbs edilmiş və 11.12.2020-ci il tarixdə inzibati həbs müddəti başa çatdığı üçün Mingəçevir ŞPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs 02.12.2020-ci il tarixdə inzibati həbsdə olduğu halda istintaq orqanı tərəfindən ona ittiham verilmişdir. Eləcə də, digər iki epizod üzrə cinayətin predmeti olan əşyalardan heç biri maddi sübut kimi götürülməmiş, nə də təqsirləndirilən şəxs həmin əşyaların harada olduğunu deməmişdir. Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs həmin əşyaları təsvir edə bilməmiş və onlar haqqında məlumat verməmiş, hətta sonrakı iclaslarda həmin əşyaları oğurlamadığını bildirmişdir. Təsirləndirilən şəxsin həmin epizodlar üzrə cinayət törətməsini təsdiq edən sübutlar isə iş materiallarına əlavə edilməmişdir. İstintaq orqanı yalnız təqsirləndirilən şəxsin etirafına əsalanaraq ittiham vermişdir. Bu isə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs Arif oğlunun həmin epizodlar üzrə cinayətin törədilməsinə aidiyyəti olmamışdır. Ona görə də həmin epizodlar Təqsirləndirilən şəxs Arif oğluna verilmiş ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03.01.2021-ci il tarixdə saat 19 radələrində dayısı Zərərçəkmiş şəxs4 məxsus ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq hasardan həyətyanı sahəyə keçmiş sonra fərdi yaşayış evinin plastik materialdan olan pəncərəsini qırmaqla evə daxil olaraq oradan 1 ədəd 560 manat dəyərində Rusiya istehsalı, 4 qram klonlu olmaqla ümumilikdə 8 qram çəkisi olan 583 əyar klonlu boyunbağı, 1 ədəd 560 manat dəyərində Rusiya istehsalı 8 qram çəkisi olan, 583 əyar nişan üzüyü və 300 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 1420 (min dörd yüz iyirmi) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12.01.2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq hasardan həyətyanı sahəyə keçməklə həyətdən 2 ədəd 60 manat dəyərində hindquşu, həyətyanı sahədə yerləşən yarımtikilidən isə 1 ədəd 450 manat dəyərində olan qranit qazan dəsti və 1 ədəd 50 manat dəyəri olan elektrikli tavanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 560 (beş yüz altmış) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12.01.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus Mingəçevir şəhəri, Bozdağ küçəsində yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq hasardan həyətyanı sahəyə keçməklə fərdi yaşayış evinin qapısını evin həyətindən tapdığı dəmir parçası ilə açaraq evə daxil olmuş, oradan 1 ədəd 110 manat dəyərində olan təxminən 10 litr su tutumlu istifadə olunmuş odun samovarı, 30 manat dəyərində “Supermax” markalı anten aparatı və 1 ədəd 30 manat dəyərində “Kumtel” markalı elektrik qızdırıcısım gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 170 (bir yüz yetmiş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın yuxarı həddi 5 qram müəyyən edildiyi halda 2020-ci ilin yay aylarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf sellofan bükümünün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 303,65 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əynindəki qara rəngli qış gödəkcəsinin sol qoltuq hissəsində və həmin siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan tiryəkin yuxarı həddi 0,5 qram müəyyən edildiyi halda 14.01.2021-ci il tarixdə saat 14 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf sellofan bükümünün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 42,778 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibində gizlədib saxlayaraq daşımış, 14.01.2021-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, AZ.Dres qəsəbəsində köhnə doğum evinin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə olan narkotik vasitə - qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkcəsinin sol qoltuq hissəsində və həmin çəkidə olan narkotik vasitə tiryəki həmin qış gödəkcəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını qanunsuz daxil olmaqla təkrarən gizli olaraq talamada ifadə olunan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1– ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin himayəsində iki nəfər azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlər etməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Şəxsiyyət vəsiqələtrinin (şəkilsiz) surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 19.08.2011-ci il təvəllüdlü Mailzadə Əsnad və 24.08.2013-cü il təvəllüdlü Mayılzadə Arif adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan iş üzrə Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəyib, ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materillarında olan Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəyib, ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı Kombinatı yanında 4 saylı MİS tərəfindən verilmiş 848 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində onun haqqında qonşulardan və başqa ünvanlardan MKTK-ın 4 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət və narazılıq daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlu Qaradağ rayon Məhkəməsinin 23.08.2017-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 67.1 və 68.2-ci maddələrinə əsasən 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, 29.12.2019-cu il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə 09 ay 18 gün vaxtından əvvəl şərti azad olunub və 17.10.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə o, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və həmin Məcəllənin 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə hər bir cinayətə görə ayrı-ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmin Məcəllənin 66.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş cəzaların qismən toplanmasını və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14.01.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 14.01.2021-ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 16.01.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 14.01.2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə uyğun hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM–in 93.1.2–ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə iş üzrə maddi sübut olan 01 ədəd 10 litrlik tutumu olan, “nej” materialdan hazırlanmış samovarın cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs6 geri qaytarılmasını nəzərə almalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən, Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən dəyəri olmayan digər əşyaların məhv edilməsi haqqında qaydaya riayət etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 303,60 qram olan narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və ümumi qalıq çəkisi 42,678 qram olan narkotik vasitə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək hökm qaunni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs4 1420 manat, Zərərçəkmiş şəxs5 560 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs6 170 manat maddi ziyan dəymiş, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə təqdim edərək, onlara dəymiş ziyanın əvəzinin ödənildiyini bildirmişlər. Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyan isə ödənilməmişdir. Bununla belə Zərərçəkmiş şəxs4 tərəfindən dəymiş ziyanla bağlı məhkəmə istintaqında mülki iddia verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 207 manat 91 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 360 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM–in 93.1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs4 mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 303,60 qram olan narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və ümumi qalıq çəkisi 42,678 qram olan narkotik vasitə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd 10 litrlik tutumu olan, “nej” materialdan hazırlanmış samovarın cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs6 geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 207 (iki yüz yeddi) manat 91 (doxsan bir) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-105/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-105/2021
04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver