Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-105/2022 15.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi maddi ziyana görə 8550 manat və vurulmuş mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 9550 manat məbləğində pulun ondan alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(051)-366/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-357/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 9550 manat məbləğində borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, usta rəngsaz kimi fərdi əmək fəaliyyəti ilə məşğuldur və onun usta briqadası var. Fəaliyyəti barədə internet vasitəsi ilə elanlar vermiş və Zərərçəkmiş şəxs ilə internetdə evlərin əsaslı təmir olunub təhvil verilməsi barədə verdiyi elan vasitəsi ilə tanış olmuşdur. 2018-ci ildə Zərərçəkmiş şəxs ilə özünə məxsus evin bütöv təmiri, təmir üçün lazımı materialları və işçilik haqqı da daxil olmaqla 16500 manata razılaşaraq yazılı müqavilə bağlamışlar və 4000 manat beh alaraq təmirə başladığı gündən 2 ay müddətinə sifarişçi tərəfindən pulu tam ödənildiyi təqdirdə evi təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. Təmirə başlayıb davam etdirdikcə müxtəlif vaxtlarda Elvin təmiri və işçiliyi bəyənərək mərhələ-mərhələ olmaqla ona 9000 manat da əlavə olaraq ödəniş etmişdir. Evin təmirini bitirməyə yaxın Zərərçəkmiş şəxs qaynatası iki nəfər başqa onun tanımadığı usta ilə birlikdə həmin evə gələrək təmir üçün Elvinlə razılaşdıqları məbləğin çox baha olduğunu bildirdilər. O isə öz növbəsində Elvinlə əvvəlcədən qiyməti razılaşaraq işə başladığını demişdir. Sabahısı gün həmin təmir etdikləri evə işlərini davam etdirmək üçün gəldikdə, evin qapısının bağlı olduğunu gördükləri üçün evin sahibi Elvinə zəng vuraraq qapının niyə bağlı olduğunu soruşanda, sonuncu onlara daha sizin o evdə işlərinin olmadığını və evin təmirini başqa ustalara gördürəcəyini bildirmişdir. Bundan sonra Elvin dəfələrlə onunla görüşərək ondan görmədiyi iş üçün pul aldığını bildirib 7000 manat pulu nəğd şəkildə geri ödəməyini tələb etmişdir. O isə həmin evdə çox iş gördüyünü, materiallara çox pul xərclədiyini bildirərək cəmi ona 2000-3000 manat borcunun olduğunu qeyd etmişdir. Lakin Zərərçəkmiş şəxs evinin təmiri üçün aldığı avadanlığın və usta xərcini yazılı şəkildə heç bir qeydiyyatını aparmamış və buna dair rəsmi heç bir qaiməsi yoxdur. Zərərçəkmiş şəxs onunla razılaşmadığı üçün Mingəçevir Şəhər Məhkəməsinə pul tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə təyin edilmiş ekspertizanın rəyinə əsasən Mingəçevir Şəhər Məhkəməsi xx.xx.2019-cu il tarixli, 2(051)-366/2019 saylı qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsini qəbul etmiş və apellyasiya məhkəməsinə şikayət etməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətani törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Dəfələrlə icra orqanı tərəfindən ona pulun ödənilməsi barədə xəbərdarlıqlar olmasına baxmayaraq, həmin məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Son bir ildir ki, briqadası ilə birlikdə evlərin əsaslı təmir işləri ilə məşğuldur və aylıq qazancı ona düşən hissəsi 700-800 manat təşkil edir. Təqdimat verilən tarixə borclu olduğu 9550 manat pulu birdəfəlik ödəyə bilmədiyini qeyd etmişdir. Əlavə olaraq hazırda öz briqadası ilə birlikdə “Tap.az” internet səhifəsində öz adı və telefon nömrəsi ilə elan yerləşdirərək cəlb etdiyi insanların Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən evlərində və ofislərində təmir işləri götürərək həmin faktiki yaratdığı briqadanın usta heyyəti ilə qəbul edib danışaraq onun təyin etdiyi məbləğə razılaşdığı evlərin və ofislərin təmirini həyata keçirirlər, İçəri şəhərdə “Qala Sığorta” şirkətinə məxsus ofisi 300 manata, 28 may metrosunun yaxınlığında S.Vurğun parkının ətrafında beş otaqlı mənzilin təmirini isə 2420 manata razılaşaraq təmir işlərini görürlər. Bundan əvvəl isə Azadlıq prospektində yerləşən diş klinikasının təmirini həyata keçirməklə cəmi 400 manat alaraq təmiri başa vurmuşdur. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxsə olan borcunu tamamilə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci il sentyabr ayında başlayan 44 günlük İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Təqsirləndirilən şəxs ilə internet vasitəsi ilə “Dərələyəz” təmir tikinti şirkətinin rəhbəri kimi telefon vasitəsi ilə qiyabi tanış olmuşdur. Daha sonra onunla görüşərək ona ünvan 3 ünvanında yerləşən ona məxsus üç otaqlı mənzilin 2 ay müddətində tam təmir olunaraq təhvil verilməsi üçün 16500 manat məbləğində pula razılaşaraq 11 may 2018-ci il tarixdə bununla bağlı aralarında yazılı müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə uyğun olaraq ilkin mərhələdə 3000 manat məbləğində, sonrakı mərhələlərdə isə hissə-hissə 10500 manat məbləğində pul verməklə, Təqsirləndirilən şəxs cəmi 13500 manat pul ödəmişdir. Lakin ödənilən məbləğin müqabilində Mənsur heç bir əsaslı iş görməmişdir. Ona görə də dəfələrlə Mənsurun istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq niyə aldığı pulun əvəzi olaraq iş görmədiyini soruşanda müxtəlif bəhanələr gətirərək təmiri davam etdirərək başa çatdırmaqdan qəsdən yayınmışdır. Bundan sonra o, Mənsura qarşı məhkəmədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(051)-366/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs maddi ziyana görə 8550 manat və vurulmuş mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 9550 manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-357/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixli təqdimatda qeyd edilən cəmi 9550 manat borcunu ödəməmişdir. Bununla belə Zərərçəkmiş şəxs məhkəməyə teleqramla və elektron poçt vasitəsilə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona olan borcunu tam şəkildə ödədiyini, ona görə də Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Tanrıverdi oğlu ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(051)- 366/2019 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs maddi ziyana görə 8550 manat və vurulmuş mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 9550 manat məbləğində pulun alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün onun inzibati məsuliyyətə cəlb olunması üçün Mingəçevir Şəhər Məhkəməsinə inzibati protokol verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-357/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs həmin inzibati qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, qanunsuz hərəkətlərini davam etdirmişdir. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifad verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs usta rəngsaz kimi tanınan fəaliyyətlə məşğuldur və onun özü də daxil olmaqla Mənsurun usta biriqadası vardır. Qardaşı Mənsur ilə Zərərçəkmiş şəxs internetdə evlərin əsaslı təmir olunub təhvil verilməsi barədə verdiyi elan vasitəsi ilə tanış olmuşdur. 2018-ci ildə Zərərçəkmiş şəxs ilə sonuncuya məxsus evin bütöv təmiri, təmir üçün lazımı avadanlığı və işçilik haqqı da daxil olmaqla 16500 manata razılaşaraq yazılı müqavilə bağlamışlar və Zərərçəkmiş şəxs 4000 manat beh alaraq başladığı gündən 2 ay müddətinə pulunu tam ödədiyi təqdirdə evi təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. Zərərçəkmiş şəxs təmirə başlayıb davam etdirdikcə müxtəlik vaxtlarda təmiri və işçiliyi bəyəndiyi üçün qardaşı Mənsura əlavə olaraq mərhələ-mərhələ 9000 manat olmaqla, cəmi 13000 manat pul ödəniş etmişdir. Təmir tam başa çatmamış, Zərərçəkmiş şəxs təmirin qardaşı Mənsur tərəfindən bitirilməyini istəmədiyi üçün ondan ödədiyi pulu geri tələb etmişdir. Aralarında razılaşma olmadığı üçün Zərərçəkmiş şəxs onun qardaşı Təqsirləndirilən şəxs pulun alınması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bununla bağlı Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş və icra olunması üçün Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Son bir ildir ki, qardaşının briqadasında birlikdə evləri əsaslı təmir etməkdə davam edirlər və qardaşı Təqsirləndirilən şəxs aylıq qazancı, yəni təmirdən ona düşən məbləğ 700-800 manat olur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyə ərizə ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə məhkəmə Şahid4 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, özünə məxsus ünvan 4 ünvanında yerləşən 5 otaqdan ibarət mənzilini təmir etdirmək məqsədi ilə internet vasitəsi ilə “Tap.az” səhifəsində Təqsirləndirilən şəxs telefon nömrəsi ilə əlaqə saxlayaraq müştəri (şifarişçi) evini təmir etdirmək istədiyini, Təqsirləndirilən şəxs bildirmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə evin təmiri üçün 2500 manat məbləğində pula razılaşaraq 300 manat avans almaqla təmirə başlamışdır. Bundan sonra dəfələrlə həmin tarixdən indiyədək müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs hissə-hissə, cəmi 1900 manat pul verərək özünə məxsus evin mənzilini təmir etdirmiş və hazırda aralarında danışdıqları məbləğdən 600 manat pul qalmış, evinin təmirini hələ ki, başa çatdırmamışdır. Mənsur ilə razılaşmalarına görə bu mənzili vaxtında təmir edib təhvil verəcəyi təqdirdə başqa bir mənzilini də Təqsirləndirilən şəxs tərəfindən təmir etdirməyi nəzərdə tutmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə məhkəmə Şahid5 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs internetdə “Tap.az” səhifəsində verdiyi elan vasitəsi ilə tanımışdır. Özünə məxsus “Driam Smile” tibb klinikasında təmir işləri görülməsi üçün elanda verilən ********** nömrəli mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ona məxsus klinikanın bir stamatoliji kabinetində 400 manat məbləğində pula razılaşmaqla xx.xx.2022-ci il tarixdə təmir işinə başlamışdır. 400 manat pulu isə Mənsura nəğd şəkildə ödəmişdir. İbtidai istintaq mərhələsində dindirilmiş, lakin məhkəmə iclasında iştirakı mümkün olmamış Şahid6 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində i dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Təmir işləri çox olduğu üçün usta malyara, yəni rəngsaza ehtiyac var idi. xx.xx.2022-ci il tarixdə internetdən “Tap.az” səhifəsindən verilən elan vasitəsi ilə usta Təqsirləndirilən şəxs ilə tanış olmuş və təmir üçün ustaya ehtiyacı olduğunu bildirərək təmir olunmalı ünvana, yəni Bakı şəhəri, Yasamal rayonu Azərbaycan Prospekti 14 ünvanında yerləşən “Qala Sığorta” şirkətinə məxsus ofisə baxmışlar və bir otağın təmiri üçün 300 manat məbləğində pula razılaşaraq həmin təmir işini Təqsirləndirilən şəxs götürüb işləməyə başlamış və avans olaraq ona 120 manat pul vermişdir. Sonradan üzərinə götürdüyü işi icra etmədiyi üçün Təqsirləndirilən şəxslə uzun müddətli müqavilə bağlamamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-366/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs maddi ziyana görə 8550 manat və vurulmuş mənəvi zərərə görə 1000 manat olmaqla, 95550 manat məbləğində pulun alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(051)-366/2019 saylı icra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli tələbin dərhal icrası barədə bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə xx.xx.2019-cu il tarixli, 2(051)-366/2019 saylı icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-357/2020 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görununr ki, Təqsirləndirilən şəxs ifadəsinə əlavə etdiyi «Tap.az» və «Ustalar.az» internet səhifəsində vermiş olduğu elanın ksero surəti üzrə həmin səhifəyə baxış keçirilərək xx.xx.2022-ci il tarixdə «Ustalar.AZ» və 28 may 2022-ci il tarixdə «Tap.az» internet səhifələrində yenilənmiş elan Mansur Allahverdiyev tərəfindən onunla əlaqə saxlanılması üçün özünə məxsus olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri yazılmaqla Dərələyəz Təmir-biriqadası tərəfindən mənzil, ofis, obyekt, bağ evləri kimi yerlərdə əsaslı təmir işləri görməsi ilə və spakilovka 3-4 azn, alçıpan 3-4 azn, oboy-emulsiya 2 azn, dik-laminat 6-7 azn, kafel-metlax 9-10 azn, santexnik-elektrik razılaşma yolu ilə deyə elan yerləşdirilməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X2 Hüquqi Şəxsin 20 Saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 13 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə 20 Saylı Ərazi Məşğulluq Mərkəzinə müraciət etmişdir. Təqsirləndirilən şəxs “X4” MMC-də əmək haqqı 250 manat olan sosial işçi işi təklif olunmuş, lakin əmək haqqının onu qane etmədiyini bildirərək təklif olunan işdən imtina etmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 12 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 9550 manat məbləğində borcu tələbkar Zərərçəkmiş şəxs ödəməyərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-366/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Bununla belə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan maddi ziyana görə 8550 manat və vurulmuş mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 9550 manat məbləğində pulun alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(051)- 366/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-357/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 9550 manat məbləğində borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1–ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə istintaqında, həmçinin sübuta yetirildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 306-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11–ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əssən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1– ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə dair razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan və məhkəmənin elektron poçt ünvanına göndərilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tam şəkildə ödəmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərçəkmiş şəxsə olan borcunu tam şəkildə ödəmişdir. Ona görə də həmin əsaslar üzrə cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxsə cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəyərək məhkəmə qətnaməsini icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-105/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-105/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver