Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-105/2023 13.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1996–cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Mahmudlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq həmin maddələrin tələblərinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol maddənin təsiri altında nəqliyyat vasitəsini idarə etməməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə əməl etməyib alkoqollu içkilərin qəbulu nəticəsində yüngül dərəcəli sərxoş halda B1, B, C1, C dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 21074” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin H.Əliyev prospekti ilə asfalt yolla şəhərin Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətində yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən artıq sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində 60 km/saat sürətdən artıq olmayan sürətlə idarə etməli olduğu halda buna əməl etməyib gəldiyi 60 km/saat sürətdən artıq sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, şəhərin H.Əliyev prospektində yerləşən 6 saylı orta məktəbin inzibati binasının bərabərliyindəki asfalt yolda bu zaman şəhərin H.Əliyev prospekti ilə Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətində hərəkətdə olan və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərini pozaraq yolun sol hissəsi ilə kənar vəziyyəti tutmadan sola dönmək istəyən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi «Vaz 2107» markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının qanad hissəsi ilə birləşən yerindən öz idarə etdiyi avtomobilin qabaq sağ qanad hissəsi ilə vuraraq toqquşmuş, nəticədə “Vaz 2107” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol körpücük sümüyünün qapalı yerdəyişən sınığının əmələ gəlməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Vaz 21074 markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Avtomobili idarə etməyə hüquq verən BC-dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində avtomobili Mingəçevir şəhərinin H.Əliyev prospekti ilə şəhərin Yevlax rayonu Xaldan qəsəbəsinə doğru şəhərin çıxacağı istiqamətində hərəkət etdirərkən, avtomobildə ondan başqa arxa oturacaqda Gülay adlı şəxs də əyləşmişdir. Avtomobili yolun mərkəzinə yaxın, yəni qoşa xəttinin yaxınlığındakı zolaqla təximinən 60- 70 km/saat sürətlə hərəkət etdirmişdir. Həmin vaxt qırmızı rəngli Vaz 2107 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil isə onun qarşısı ilə eyni istiqamətdə lakin, 2-ci zolaqla, yəni idarə etdiyi avtomobilin sağ hissəsindəki zolaqla hərəkətini davam etdirmişdir. Avtomobili idarə edib H.Əliyev prospektində yerləşən 6 nömrəli məktəbin qarşısına çatarkən arxada əyləşmiş Gülay sağ hərəkət zolağı ilə hərəkətdə olan avtomobilin qarşılarına çıxdığını demişdir. Belə ki, həmin avtomobil dönmə əməliyyatı etmək istəmiş, lakin o, həmin avtomobilin öz hərəkət zolağına çıxdığını görüb dərhal tormozdan istifadə etmişdir. Lakin idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin avtomobilin arxa sol qapısından vurmuşdur. Daha sonra idarə etdiyi avtomobil yolun sağ yan kənarında, digər avtomobil isə yolun mərkəzində dayanmışdır. O, avtomobildən bayıra çıxıb Gülayı ətrafda saxlamış avtomobillə, digər avtomobilin sürücüsünü isə təcili yardım avtomobilinə əyləşdirib Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparmışdır. Daha sonra Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gəlmişdir. Mingəçevir ŞPŞ-nin DYPB-nin əməkdaşlarına özünü təqdim etmiş və onlarla birlikdə Mingəçevir şəhər Narkoloji Dispanserə gələrək dispanserin əməkdaşları tərəfindən müayinə olunmuşdur. Xəsarət almış şəxslərə tibbi yardım göstərilməsinə köməklik etmək üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında olmuşdur. O, hadisə zamanı spirtli içkinin təsiri altında olmuş, hadisə təhlükəsi yaranan, yəni Vaz 2107 markalı avtomobil qəflətən dönmə əməliyyatı etmək istəyərkən avtomobili təxminən 60-70 km/saat surətlə hərəkət etdirmiş, həmin avtomobilin dönmə işığından istifadə etməmiş, hərəkəti üçün təhlükə sağ hərəkət zolağında hərəkətdə olan avtomobilin qəflətən sola dönmə əməliyyatı etmək istəyərkən yaranmış, həmin avtomobil çatarkən, yəni aralarındakı məsafə qısa olduğundan hadisənin qarşısını almaq üçün hər hansı hərəkət edə bilməmiş, idarə etdiyi avtomobilin sağ qabaq hissəsi həmin avtomobilin sol yan arxa qapı hissəsinə dəyərək toqquşmuşdur. Digər avtomobil təxminən 20 km/saat sürətlə hərəkət edirdi. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Vaz 2107 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Avtomobili idarə etməyə hüquq verən BC-dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Mingəçevir şəhərinin H.Əliyev prospekti ilə şəhərin Yevlax rayonu Xaldan qəsəbəsi doğru çıxacağı istiqamətdə hərəkət etdirərkən avtomobildə ondan başqa heç kəs olmamışdır. O, avtomobili yolun mərkəzinə yaxın, yəni qoşa xəttin yaxınlığındakı zolaqla hərəkətini davam etdirərək, yolun mərkəzində olan qoşa xəttdəki dönmək üçün olan kəsik xətlərin yaxınlığında avtomobili saxlayıb dayanmışdır. Bu zaman arxadan hərəkətdə olan Vaz 21074 markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən idarə etdiyi avtomobilin arxa sol qapı və qənəd hissədən vurmuşdur. Daha sonra hadisə yerinə gəlmiş Təcili Tibbi yardım avtomobili ilə onu Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparmışlar. Şəhərin H.Əliyev prospekti ilə şəhərin çıxacağı istiqamətində öz hərəkət istiqaməti ilə yolun mərkəzinə yaxın zolaqla hərəkətini davam etdirib avtomobili yolun mərkəzindəki qoşa xəttə yaxın sola dönmək üçün icazə verilən kəsik xətlərin bərabərliyində saxlayıb dayanmış, həmin zaman avtomobilin dönmə işıqlarından istifadə etmiş, hadisə təhlükəsi yarananadək avtomobili toqquşma nöqtəsinədək təxminən 6 metr məsafə qət edərək ani olaraq dayanmışdır. Digər avtomobil təxminən 90-100 km/saat sürətlə hərəkət edirdi. Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayəti yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilən halların nəzərə alınaraq, qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında qanuni nümayəndəsi X1 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Mingəçevir şəhər avtovağzalına getmək üçün Mingəçevir şəhəri ərazisində fəaliyyət göstərən taksi şirkətinə müraciət etmişdir. Bir qədər sonra ağ rəngli Vaz 2107 markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobil yaşadıqları binanın qarşısına gəlmişdir. O da həmin avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Sürücü avtomobili sürüb H.Əliyev prospektinə çıxmış, o, avtomobilin arxa oturacağında özünə məxsus telefonla məşğul olmuşdur. Lakin sürücünün avtomobili icazə verilən sürətdən artıq sürətlə hərəkət etdirdiyini hiss etmişdir. Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 6 saylı orta məktəbin qarşısına çatdıqda qəflətən sərnişini olduğu avtomobil digər avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində o, başından xəsarət alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Xəstəxanada tibbi yardım göstərildikdən sonra yaşadığı ünvana getmişdir. Avtomobilin arxa sağ oturacağında əyləşib telefona baxdığı üçün hadisənin baş verməsi anını, yəni avtomobillərin toqquşması anını görməmiş, lakin sərnişini olduğu avtomobilin sürücüsü avtomobili yüksək sürətlə hərəkət etdirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2016-cı ildən X6, 2020-ci ildən isə Mingəçevir şəhər X8 X10 Yol Patrul Xidməti inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində xidmətdə olarkən Polis Şöbəsinin növbətçi hissəsindən şəhərin H.Əliyev küçəsində avtomobillərin toqquşması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişdir. Orada məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 2107 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sərnişini Şahid1 müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına müraciət etmişlər. Daha sonra Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gedərək Təqsirləndirilən şəxs xəstəxanada olduğunu görmüş, belə ki, xəstəxanada Təqsirləndirilən şəxs özünü təqdim edərək Vaz 21074 markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olduğunu, hadisə nəticəsində xəsarət alanlara köməklik göstərmək üçün Xəstəxanaya gəldiyini bildirmişdir. Daha sonra onun tərəfindən xəstəxanaya aparılmış Mingəçevir şəhər Narkoloji Dispanserin əməkdaşları sürücüləri müayinə etmişlər, müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə, Zərərçəkmiş şəxs isə ayıq olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 2107 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi yeri Mingəçevir şəhəri, H.Əliyev prospektidir. Cinayət işinin materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 29 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yol–nəqliyyat hadisəsi törədən zaman yüngül dərəcəli, yəni 0.60 promil alkol qəbul etməklə sərxoş halda olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli, 30 nömrəli rəyindən görünür ki, Şahid1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət: -alın nahiyyəsində yara, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində yetirilməyə uyğundur, sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli, 44 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: -sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı, ənsə nahiyyəsinin yarası, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yetirilməyə uyğundurlar. - ağırlıq dərəcələrinə görə sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir. - ənsə nahiyyəsinin yarası sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 18 may 2023-cü il tarixli 8/1070 nömrəli rəyindən görünür ki, Vaz 2107 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Vaz 21074 markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 21074 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs B1, B, C1, C dərəcəli BD 204895 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Azərbaycan Respublikası DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək etibarlıdır. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə cinayət təqibi rədd edilmiş, həmçinin Şahid1 yüngül dərəcəli bədən xəsarəti alması xüsusatı üzrə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığına görə həmin xüsusat üzrə onların barələrində cinayət təqibi rədd edilmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı ** ZM *** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 2107 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılmasının nəzərə alınması göstərilmişdir. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, Əhmədzadə X5 ŞPŞ-də saxlanılan ona məxsus Vaz 21074 markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili müstəntiq Rəşad Əhmədovdan təhvil almışdır. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, Nəbiyev X2 ŞPŞ-də saxlanılan ona məxsus Vaz 2107 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili müstəntiq Rəşad Əhmədovdan təhvil almışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol–nəqliyyat hadisəsi törətməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Mingəçevir şəhərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq həmin maddələrin tələblərinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol maddənin təsiri altında nəqliyyat vasitəsini idarə etməməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə əməl etməyib alkoqollu içkilərin qəbulu nəticəsində yüngül dərəcəli sərxoş halda B1, B, C1, C dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 21074” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs idarə etdiyi «Vaz 2107» markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının qanad hissəsi ilə birləşən yerindən öz idarə etdiyi avtomobilin qabaq sağ qanad hissəsi ilə vuraraq toqquşmuş nəticədə “Vaz 2107” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol körpücük sümüyünün qapalı yerdəyişən sınığının əmələ gəlməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yol nəqliyyat hadisəsi törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263-1.1–ci maddəsi ilə tövsif edilməli və onun barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013–cü il tarixli qərarının tələblərini və izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eləcə də, Təqsirləndirilən şəxs VAZ 21074 markalı avtomobili sərxoş halda idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin pozuntu nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin Qanununun 36–cı maddəsinin 1–ci hissəsinin 3–cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq ilk dəfə hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır və ondan şikayəti yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1–ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Əlavə cəzanın müddəti isə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış Vaz 21074 markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və Vaz 2107 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə həmin əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış Vaz 21074 markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və Vaz 2107 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-105/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-105/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver