Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-106/2022 16.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Mingəçevir şəhəri, ünvan 1 ünvanda yaşayan,, barəsində xx.xx.2022 -ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)- 1340/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-348/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3230 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2016-cı ildə Əli adlı bir uşaqları olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar, lakin sonradan xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Belə ki, Zərərçəkmiş şəxs onu bir ər kimi sayıb hörmət etməmişdir. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2018-ci ilin aprel ayında Zərərçəkmiş şəxs ondan faktiki olaraq ayrılıb uşağı ilə birlikdə ata evinə qayıtmışdır. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Mingəçevir şəhərində çayxana işlətmiş, eyni zamanda səyyari qaydada rəssamlıq fəaliyyəti ilə məşğul olmaqla aylıq 800-900 manat qazancı olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-1340/2019 saylı qətnaməsinə əsasən ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-348/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 -ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixli təqdimatda qeyd edilən cəmi 3230 manat aliment borcunu ödəməmişdir. 2019-cu ildən 2020-ci ilin əvvəlinə kimi Mingəçevir şəhərində balıq və krivetka ovu ilə məşğul olmaqla restoranlara satmış və ayda 250-300 manat qazancı olmuşdur. Mingəçevir Məşğulluq mərkəzi tərəfindən 2020-ci ildə ona verilmiş iki ədəd iri buynuzlu heyvanlardan biri ölmüş, digərini isə 1200 manat məbləğə sataraq özü üçün xərcləmişdir. 2021-ci ildə həmin məşğulluq mərkəzi tərəfindən ona əmək haqqı 250 manat olan iş təklifindən öz qazancının daha çox olması və əmək haqqı 350 manatdan yüksək olan işlə təmin olunmaq istədiyini bildirərək təklif olunan işlərdən imtina etmişdir. Hazırda Mingəçevir şəhərində Kür çayının kənarında yerləşən “Çayxana” da ofisiant işləməklə günə 10 manat olmaqla ayda 300 manat qazanır. İşin istintaqı aparılan vaxt borcundan 1000 manat, işə məhkəmədə baxılan vaxt isə 200 manat ödəmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən qeyd etdiyi halların nəzərə alınmasını və ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2016-cı ildə Əli adlı bir uşaqları doğulmuşdur. Ailə qurduqları ilk günlərdən xasiyyətləri uyğun gəlməmişdir. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içkilər qəbul edərək onu heç bir səbəb olmadan söyüb döymüşdür. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2018-ci ilin aprel ayında Təqsirləndirilən şəxs faktiki olaraq ayrılıb uşağını da götürüb ata evinə qayıtmışdır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu Mingəçevir şəhərində çayxana işlətmiş, eyni zamanda səyyari qaydada rəssamlıq fəaliyyəti ilə məşğul olmaqla aylıq 500-600 manat qazancı olmuşdur. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşağının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmiş və o, heç bir yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda çətinlik çəkmişdir. Ona görə qardaşının maddi yardımı ilə uşağını saxlayırdı. O Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-1340/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-348/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci tarixli təqdimatda qeyd edilən cəmi 3230 manat borcu vardır. Təqsirləndirilən şəxs həmin borcdan istintaq zamanı 1000 manat, məhkəmə istintaqı zamanı isə 200 manat ödəniş etmişdir. Qalan borcundan isə heç bir ödəniş etməmişdir. Ona görə də o, uşağın saxlanması zamanı maddi cəhətdən çətinlik çəkir. Ona görə də təqsirləndirilən şəxslə razılıq əldə edilməmiş və ondan şikayətçidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində çalışır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-1340/2019 saylı qətnaməsinə əsasaən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icra olunmasına dair bildiriş göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-348/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonrada məhkəmə qərarının icrasını təmin etməmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayı daxil olmaqla 3230 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-1340/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2016-cı il tarixdə doğulmuş Əli adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(051)-1340/2019 saylı icra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası üçün bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə xx.xx.2019-cu il tarixli, 2(051)-1340/2019 saylı icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.202021ci il tarixli izahatlardan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmışdır. Həmin izahatlar Təqsirləndirilən şəxs tərəfindən şəxsən yazılaraq imzalanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 20 Saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs 20 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, iribuynuzlu heyvandarlıq sahəsi üzrə özünüməşğulluq proqramına cəlb olunmuşdur. Mərkəz tərəfindən xx.xx.2019-cu il tarixdə proqramda nəzərdə tutulan müvafiq aktivlər Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir. Habelə Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildən “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatdadır. Filialın əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs ilə söhbət aparılmış ona əmək haqqı 250 manat olmaqla "xxxx" MMC-də fəhlə və "xxxx" MMC-də gözətçi fəhlə işləri təklif olunmuşdur və bu barədə məlumatlar şəxsi kabinetinə yerləşdirilmişdir. Lakin vətəndaş əmək haqqı 350 manatdan yüksək olan işlə təmin olunmaq istədiyini bildirərək təklif olunan işlərdən imtina etmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs xx.xx.2019xx.xx.2022-ci illər ərzində ödədiyi aliment puluna dair cədvəllərdən görünür ki, borclu tərəfindən qeyd edilən illər ərzində ümumilikdə 1390 manat aliment ödənilmiş, 3230 manat məbləğində aliment isə borc olaraq qalmışdır. Cinayət işinin materiallarında olan "xxxx" ASC-nin Mingəçevir şəhər filialının xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hesabına 1000 manat məbləğində ödəniş etmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-348/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(051)–195/2020 saylı qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-1340/2019 saylı icra sənədi üzrə tələbkara olan borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində tərtib edilmiş aktdan görünür ki, icra məmuru borclunun qeydiyyatda olduğu ünvana gedərək baxış keçirmiş, baxış zamanı mənzildə borcluya məxsus qanunla tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Bərdə Regional Ədliyyə İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş və o, tutularaq, Nərimanov RPİ-nin MSY-yə yerləşdirilməklə bu barədə dərhal Ədliyyə Nazirliyi İstintaq İdarəsinə məlumat verilməsi qərara alınmış və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Bərdə Regional Ədliyyə İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs DİN-nin Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq Nərimanov Rayon Polis Şöbəsinə təhvil verildiyindən, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Həmçinin onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bərdə Regional Ədliyyə İdarəsinin sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli 25 saylı qərarından görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, protokollar və toplanmış digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(051)-1340/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-1340/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-348/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədində göstərilən tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3230 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129–cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3–cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012–ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306–cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313–1.1 (yeni redaksiyada 528.1) – ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 63 sqaylı Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan ödəniş qəbzindən görünür ki, təqsirləndirilən şəxs mövcud aliment borcunun 1000 manat məbləğini ibtidai istintaq müddətində ödəmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri ərazisində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan xx.xx.2022-ci tarixdə verilmiş “qətimkan tədbiri seçilməsi ” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçimişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 03 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 03 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5–ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırki cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri» dəyişdirilməli, onun barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-106/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-106/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver