Məhkəmə qərarları › İş №1(051)-106/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-106/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-106/2025 10.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə xx.xx.2000-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xocalı rayonu, Quşçular kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 152.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İsgəndərov X3 şəhər sakini, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 2024-cü ilin may ayında tanış olub, ünsiyyət, sonradan isə sevgi münasibətləri yaratdıqdan sonra, onunla telefonla danışaraq xx.xx.2024-cü il tarixdə səhər saatlarında Mingəçevir şəhəri, Naxçıvan küçəsində görüşərək, onun (Təqsirləndirilən şəxs) idarə etdiyi avtomobillə birlikdə yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yerləşən tikiliyə gedib, orada 14 (on) dörd yaşına çatmış, lakin 16 (on altı) yaşına çatmayan, lakin öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək, eləcə də ona qarşı törədilmiş hüquqazidd əməl zamanı həmin əməlin mahiyyətini qavramaq, onları anlamaq iqtidarında olan Zərərçəkmiş şəxs soyunduraraq, habelə özü də soyunaraq Zərərçəkmiş şəxs könüllü razılığı əsasında gərginləşmiş cinsi orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına yeritməklə, sonuncunun qızlıq pərdəsinin tamlığını pozmaqla, onunla cinsi əlaqədə olmuş, daha sonra 2024-cü ilin noyabr ayında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan vaxtda hələ də 16 (on altı) yaşına çatmayan Zərərçəkmiş şəxs növbəti dəfə idarə etdiyi avtomobillə yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi, C123 ünvanında yerləşən fərdi yaşayış evinə aparıb, həmin evin yataq otağında, öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək, eləcə də ona qarşı törədilmiş hüquqazidd əməl zamanı həmin əməlin mahiyyətini qavramaq, onları anlamaq iqtidarında olan Zərərçəkmiş şəxs könüllü razılığı əsasında gərginləşmiş cinsi orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil edərək, sonuncu ilə növbəti dəfə cinsi əlaqədə olmuş, hərəkətlərini davam etdirərək, həmin yerdə gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs anus dəliyinə yeridib, bu dəfə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, 14 yaşı tamam olmuş, lakin 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olub, həmçinin ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 152.1–ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdən tanıyır. Belə ki, o, Nurayla “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Bir müddət Nurayla “İnstagram” sosial şəbəkəsində sms vasitəsi ilə əlaqə saxladıqdan sonra Nuray ona öz anasının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini vermiş ki, həmin nömrə vasitəsi ilə əlaqə saxlasınlar. Həmin vaxtdan sonra o, Nurayla Whatsapp sosial şəbəsi vasitəsi ilə əlaqə saxlamışlar. Onun Nurayla əlaqəsi olmağı barədə Nurayın anasının da məlumatı olmuşdur. Belə ki, Nurayın anası da onun Nurayla əlaqəsi olmasından məlumatı olmuşdur. Nurayın ad günündən təxminən 5-6 gün sonra ailə üzvləri Nuraygilə elçi getmişlər. Lakin Nurayın atası qızının nigah yaşına çatmadığını bildirərək Nurayla onun ailə qurmağına etiraz etmişdir. Həmin ərəfələrdə, yəni 2024-cü ilin yay aylarında Nurayın anası Səidə ona zəng edərək Nurayın ağladığını bildirərək Nurayı şəhər ərazisində gəzdirməsini demişdir. O da icarə əsasında istifadə etdiyi "Opel Astra" markalı avtomobillə Nuraygilin yaşadığı evin yaxınlığına gedərək Nurayı avtomobilə əyləşdirib bir qədər şəhər ərazisində gəzdirdikdən sonra geri qaytarmışdır. O, Nurayla müxtəlif vaxtlarda təxminən 3 dəfə avtomobildə gəzmişdir. Nurayla telefon vasitəsi ilə əlaqə saxlayan zaman Nuray ona cinsi əlaqədə olmağı təklif etmişdir. Lakin o, hər dəfə imtina etmişdir. Həmin ərəfələrdə Nurayın anası Səidə onun anası ilə də telefonla əlaqə saxlamışdır. Əlaqə saxlayan zaman Nurayın anası da onun anasına elçi getməklərini bildirmişdir. O, Nurayın anası ilə mütəmadi olaraq öz istifadəsində olan ***-***-**-** mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. 2024-cü ilin dekabr ayının sonlarında Nurayın anası Səidə ona zəng edərək Nuraya telelon almağını demiş, o isə Səidəyə Nuraya telefon almaq üçün pulunun olmadığını dedikdən sonra Nurayın anası xx.xx.2024-cü il tarixdə onun istifadəsində olan kart hesabına 50 manat pul göndərmiş ki, Nuraya telefon alsın. O da həmin pulun müqabilində Nuraya mobil telefon və mobil telefon nömrəsi almışdır. 13 yanvar 2025-ci il tarixdən 14 yanvar 2025-ci il tarixə keçən gecə o, Nurayla telefon vasitəsi ilə əlaqə saxlayan zaman Nurayın atası onların danışmağını bilmişdir. Ertəsi gün o, Bakı şəhərində yaşayan xalasıgilə getmişdir. O, Bakı şəhərinə çatan zaman ailə üzvləri onunla əlaqə saxlayaraq polis əməkdaşlarının onu axtardıqlarını bildirmişlər. O da Bakı şəhərindən geri qayıdaraq polis şöbəsinə gəlmişdir. Bildirmişdir ki, onunla Nurayın arasında hər hansı cinsi əlaqə olmayıbdır. Nurayla telefon vasitəsi ilə əlaqə saxladıqları zaman, yəni təxminən 2024-cü ilin payız aylarında Nuray ona bəkarətinin pozduğunu bildirmişdir. Buna görə də o, bu barədə zəng edərək tanışı Afiqə məlumat vermişdir. Həmçinin Afiqə tanış tibb işçisi varsa, Nurayı aparıb yoxlatmağı təklif etmişdir. Sonradan o, Nuray, Afiq və Afiqin yanında olan Leyla adlı qızla birlikdə Mingəçevir şəhərinin ala qapı deyilən ərazini keçdikdən sonra Yevlax rayonu Havarlı kəndinin yaxınlığında, Leylanın dediyi evin qarşısında avtomobili saxlamışlar. Leyla və Nuray avtomobildən düşüb evə daxil olub bir qədər sonra geri qayıtmışlar. Leyla ona Nuraya baxan qadının Nurayın bəkarətinin uzun müddət əvvəl pozulduğunu bildirdiyini ona demişdir. Həmin vaxtdan sonra Nuray özünü öldürməklə onu hədələmişdir. O, Nurayla birlikdə yaşadığı Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsində yerləşən göyərçinlərin saxlanıldığı yarımçıq tikiliyə getmiş, həmin zaman orada olan quşları Nuraya göstərmiş və Nurayın təkidi ilə onunla cinsi əlaqədə olmuşdur. Bununla belə o, hazırda əməlindən peşmandır və zərərçəkmiş tərəflə barışmışdır. Hesab edir ki, o, zərərçəkmiş şəxsə səmimi münasibət bəslədiyinə görə bu əməlləri törətmişdir. Onun başqa niyyəti olmamışdır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qanuni nümayəndə, anası Şahid2, qardaşı X4 ilə birlikdə yaşayır. Mingəçevir şəhəri 19 saylı orta məktəbin 9-cu sinif şagirdidir. Atası Kamil "Azərşəkər" şirkətində mexanik vəzifəsində işləyir. Anası isə heç bir yerdə işləmir. Ailə üzvləri ilə münasibətləri normaldır. Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayından tanışır. Belə ki, ilkin olaraq Orucla "İnstagram" sosial şəbəkəsində tanış olmuşlar. Telefon vasitəsi ilə əlaqə saxlayıb söhbət edən zaman Oruc onu sevdiyini bildirmişdir. O, Orucla anasının istifadəsində olan mobil telefona yüklənmiş "İnstagram” sosial şəbəkəsində əlaqə saxlamışdır. Həmin ərəfələrdə o, Orucla görüşməmişdir. İlk dəfə Orucla Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən parkda görüşüb bir qədər söhbət edib aralaşmışlar. Sonralar telefonla danışan zaman Oruc ona evlənmək üçün anasının elçi gəlmək istədiyini bildirmişdir. O isə bu barədə ailə üzvlərinə məlumat verməmişdir. Buna baxmayaraq, Orucun anası xx.xx.2024-cü il tarixdə onlara elçi gəlmişdir. Lakin atası Orucun anasına onun azyaşlı olduğunu bildirərək Orucun valideynini yaşadığı mənzilə qoymamışdır. Həmin hadisədən təxminən 7 gün sonra Oruc onunla telefonla danışaraq atasının onunla ailə qurmağına razı olmamalarına baxmayaraq, onu sevdiyi üçün gec-tez onunla ailə quracağını bildirmişdir. Həmin vaxtdan sonra o, yenə də Orucla Orucun istifadəsində olan ***-***-**-**, ***-***-**-** mobil telefon nömrəsi ilə öz anasının istifadəsində olan mobil telefon nömrəsi vasitəsi ilə əlaqə saxlamışdır. Lakin Orucla əyani görüşməmişlər. Həmişə telefon vasitəsi ilə bir birinə sms yazarkən Oruc ona cinsi əlaqədə olmağı təklif etmiş, lakin o, hər dəfə etiraz etsə də, Oruc ona ailə qurmaq üçün başqa çarələri olmadığını bildirmişdir. Belə ki, Oruc ona əgər cinsi əlaqədə olmasalar evlənə bilməyəcəklərini, atasının da onu başqa şəxsə ərə verəcəyini bildirmişdir. Hər dəfə də ona onu sevdiyini bildirmişdir. O da Orucun ona dediklərindən sonra Oruca inanmışdır. xx.xx.2024-cü il tarixdə Orucla telefon vasitəsi ilə əlaqə saxladıqları zaman Oruc ona görüşmək təklif etmişdir. Həmçinin Oruc ona görüşüb cinsi əlaqədə olacaqlarını da demişdir. O da Orucla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə o, məktəbə getmək bəhanəsi ilə evdən çıxmış, lakin məktəbə getməmiş, razılaşdıqları kimi Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən parka getmişdir. Bir qədər sonra Oruc da "Toyota Prius” markalı avtomobillə həmin yerə gəlmiş, o avtomobilin arxa oturacağına əyləşmişdir. Avtomobildə olarkən Oruc öz telefonu vasitəsi ilə ikisinin birlikdə şəklini çəkmişdir. Oruc avtomobili sürüb Mingəçevir şəhəri “Yeni Həyat” qəsəbəsində yerləşən yarımtikiliyə getmişlər. Orda olan zaman Oruc ona cinsi əlaqədə olmağı təklif etmiş, o da Oruca inanıb cinsi əlqədə olmağa razılaşmışdır. Bundan sonra Oruc onun əynində olan şalvarı yarımçıq aşağı çəkib öz şalvarını da yarımçıq aşağı çəkdikdən sonra onu arxadan qucaqlayıb cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etmişdir. Oruc onunla təxminən 10 dəqiqə müddətində cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olduqdan sonra cinsiyyət orqanında qan ləkələri olduğunu görüb ağlamışdır. Oruc isə ona ağlamamağı bəlkə də heç bir şey olmadığını demişdir. Həmin gün Orucla bir dəfə cinsi əlaqədə olmuşdur. Sonra da Orucun idarə etdiyi avtomobilə əyləşib oradan aralaşıb yaşadıqları evə getmişdir. O, yaşadığı evdə olan zaman Oruca zəng edib ağlamış, Oruc isə ona qorxmamağı, özünün hər bir şeyi həll edəcəyini, onunla evlənəcəyini demişdir. Razılaşmışlar ki, ertəsi gün həkimə getsinlər. xx.xx.2024-cü il tarixdə Orucla Mingəçevir şəhəri, Naxçıvan küçəsində görüşmüşlər. Avtomobilə əyləşdikdə görmüş ki, avtomobilin salonunda Orucun dostu Afiq adlı şəxs və Afiqin tanışı Leyla adlı şəxs də əyləşiblər. O həmin şəxslərin avtomobildə olduqlarını görüb avtomobildən bayıra düşərək, getmək istəmədiyini bildirsə də, Oruc onu həkimə aparacağını, həkimin də Afiqin yanında olan qızın tanışı olduğunu bildirmişdir. Bundan sonra o, razılaşaraq avtomobilin salonuna əyləşmişdir. Avtomobili sürüb Mingəçevir şəhəri Bayraq meydanının yaxınlığında "ala qapı” deyilən yerə getmişlər. Həmin yerdə sonra avtomobili həyət evinin yaxınlığında saxlamışlar. Avtomobildən Leyla ilə birlikdə düşüb evə keçmişlər. Həmin zaman evdə bir nəfər təxminən 40-45 yaşlı qadın olmuşdur. Evdə başqa heç kəs olmamışdır. Evdə olan zaman Leyla özünü həkim kimi təqdim edən şəxsə onun bakirəliyinin pozulduğunu bildirmişdir. Bundan sonra həmin qadın ona paltarını soyunmağı bildirmiş, o, paltarını soyunub masanın üzərinə çıxmışdır. Daha sonra həmin qadın onun cinsi orqanına baxaraq bəkarətinin pozulduğunu demişdir. Evdən çıxdıqdan sonra o, yenə də ağlamış, lakin Oruc yenə da ona təsəlli verərək onunla evlənəcəyini bildirmişdir. Daha sonra Orucun idarə etdiyi avtomobillə yaşadıqları ev tərəfə getmişlər. Bu hadisədən sonra Oruc ona mobil telefon vermişdir. O, Orucla həmin telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmin gündən sonra o, yenə də Orucla telefonla əlaqə saxlamışlar, telefonla əlaqə saxladıqları vaxt o hər dəfə ağlamış, lakin Oruc ondan ayrılmayacağını bildirmişdir. Sonuncu dəfə 2024-cü ilin noyabr ayında telefonla danışarkən Oruc ona xalasının vəfat etdiyini ailə üzvlərinin də Bakı şəhərində olduğunu evdə heç kəs olmadığını ona birlikdə, ona öz yaşadığı evə getməyi, yaşadığı evdə cinsi əlaqədə olmağı təklif etmişdir. O da Orucla razılaşmışdır. 2024-cü ilin noyabr ayında tarixi dəqiq xatırlamadığı vaxt səhər saatlarında təhsil aldığı məktəbə getmək bəhanəsi ilə yaşadığı evdən çıxmış, razılaşdıqları kimi yenə də Orucla Mingəçevir şəhəri Naxçıvan küçəsinə görüşərək Orucun idarə etdiyi avtomobilə əyləşmişdir. Həmin avtomobil də qara rəngli Toyota Prius markalı olmuşdur. Avtomobilə əyləşdikdən sonra Orucun yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yerləşən evə getmişlər. Oruc avtomobili qapının qarşısında saxlamış, özü bayıra çıxıb evə getmiş, o da Orucun ardı ilə evə daxil olmuşdur. Ev 1 mərtəbəli olmuş, evə daxil olduqda düz istiqamətdə hamam otağı, hamam otağının yanında, yəni girişdən sağ tərəfdə mətbəx, mətbəxin yanında yataq otağı, yataq otağı ilə üzbəüz, yəni girişdən sol tərəfdə qonaq otağı yerləşmişdir. O, Orucla birlikdə yataq otağına keçmişlər. Otağa daxil olduqda, sağ tərəfdə iki nəfərlik çarpayı olmuşdur. Qapının yanında üzərinə paltarlar yığılmış masaya bənzər əşya olmuşdur. Qonaq otağına daxil olduqda düz istiqamətdə masa, masanın yanında qablar yığılan dolab, girişdən sağ tərəfdə çarpayı, çarpayının üzərində yataq dəstləri olmuşdur. Evdə olarkən onlar yataq otağına keçmişlər. Yataq otağında olan zaman Oruc onun paltarlarını soyundurmuş, daha sonra isə özü də paltarlarını çıxarmışdır. Sonra Oruc öz cinsiyyət orqanına rezin qoruyucudan istifadə edərək, ona rezin qoruyucunun hamilə qalmamağı üçün olduğunu demişdir. Orucun yaşadığı evdə olduğu bir saat ərzində Orucla 3 dəfə cinsi əlaqədə olmuş, belə ki, Oruc iki dəfə cinsiyyət orqanını onun cinsiyyət orqanına, 1 dəfə isə onun arxa nahiyyəsinə daxil etmişdir. Həmin zaman ona hər hansı zor tətbiq etməmişdir. Lakin onunla ailə quracağını inandırdığı üçün o da Orucla cinsi əlaqədə olmuşdur. Daha sonra onlar yaşadıqları evə getmişlər. Həmin vaxtdan sonra Orucla görüşməmiş, Orucla cinsi əlaqədə olmamışdır. Oruc ona dəfələrlə görüşməyi təklif etsə də, o, Orucla görüşməyə getməmişdir. 2024-cü ilin dekabr ayının sonlarında Orucla telefon vasitəsi ilə əlaqə saxlayarkən aralarında mübahisə yaranmış, o da Orucun ona verdiyi telefonu sındırmışdır. Lakin Oruc sonradan yenə də ona "Samsung” markalı mobil telefon alıb vermişdir. Orucla telefon vasitəsi ilə əlaqə saxlayarkən hər dəfə Oruca ailə üzvlərinin onlara elçi gəlməyini desə də, Oruc hər dəfə onu aldadaraq müxtəlif bəhanələr gətirmişdir. Orucla aralarında olanlar barədə ailə üzvlərinə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Orucla telefon vasitəsi ilə əlaqə saxlayan zaman Oruc ona sənədlərini götürüb onunla birlikdə getməyi təklif etmiş, o da razılaşmışdır. Orucla telefon vasitəsi ilə əlaqə saxlayan zaman atası otağa daxil olub onun telefonla danışdığını görüb, ona Orucla əlaqə saxlamağı bildirdiyi üçün o da Oruca zəng etmiş, lakin Oruc onun atasının səsini eşidib telefonu söndürmüşdür. xx.xx.2025-ci il tarixdə səhər saatlarında anası ilə aralarında söhbət olan zaman o, anasının təkidlərindən sonra anasına Orucun onunla cinsi əlaqədə olduğunu demiş, anası da zəng edərək bu barədə atasına məlumat vermişdir. Orucla danışdığı son zamanlar Orucun onu aldatdığını hiss etdiyi üçün Orucdan aralanmaq istəmiş, Oruc ona ayrılacağı təqdirdə cinsi əlaqədə olmağı barədə anası və atasına məlumat verəcəyini demişdir. Oruc təkidlə ona ayrılmamağı bildirmişdir. O da Orucdan ayrılmaq üçün Oruca bəhanələr gətirərək ilk dəfə Orucla cinsi əlaqədə olmadığını, ilk dəfə başqa adamla cinsi əlaqədə olduğunu desə də, Oruc ona ilk dəfə özünün onla cinsi əlaqədə olduğunu, belə ki, ilk dəfə onunla yarımçıq tikilidə cinsi əlaqədə olan zaman onun cinsiyyət orqanından qan axdığını öz gözü ilə gördüyünü ona demişdir. Oruc onunla öz xoşu ilə cinsi əlaqədə olmuş, Oruc onun 14 yaşı olduğunu bilmişdir. Belə ki, onun özünün Oruca bu barədə məlumat vermiş, həmçinin Oruca şəxsiyyət vəsiqəsini göstərmişdir. Orucun ailə üzvləri onlara elçi gələndə də atası onun azyaşlı olduğunu Orucun ailə üzvlərinə bildirmişdir. Ona görə də Orucun anasını qapıdan geri qaytarmışdır. O, Təqsirləndirilən şəxs ilə təbii və ya qeyri təbii yolla cinsi əlaqədə olarkən Orucun ona qarşı etdiklərini başa düşmüşdür, Oruc onu hədələməmiş, nə də ona qarşı hər hansı zor tətbiq etməmişdir. Hazırda barışmışlar. Orucdan da heç bir şikayət və tələb yoxdur. Odur ki, məhkəmədən göstərdiyi halları və şikayətçi olmadığını nəzərə alaraq, təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Mais oğlu ifadəsində göstərdi ki, Mingəçevir şəhəri ərazisində icarəyə götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Belə ki, Oruc da onun kimi taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onlar ikisi eyni avtomobili növbəli şəkildə idarə etmişlər. Həmin avtomobil qara rəngli Toyota Prius markalı dövlət qeydiyyat nişanı isə 77 - - 651 olmuşdur. Həmin avtomobilin seriyasındakı orta hərflər yadında qalmamışdır. Orucla münasibətləri normal olubdur. Aralarında hər hansı ədavət və ya düşmənçilik olmayıbdır. Aralarında olan söhbət zamanı Oruc ona bir nəfər qızla bir-birini sevdiklərini bildirmişdir. Belə ki, dəfələrlə Oruc onun yanında qızla telefonla danışıbdır. Təxminən 2024-cü ilin oktyabrında Oruc mobil telefon vasitəsi ilə ona zəng edərək sevdiyi qızın səhhətində problemlər olduğunu həmin qızı həkimə aparmalı olduğunu bildirərək ona birlikdə həkimə getməyi təklif etmişdir. Bir qədər sonra Oruc idarə etdiyi Toyota Prius markalı avtomobillə onun yanına gəlmişdir. O, avtomobilin salonuna əyləşdikdən sonra söhbət zamanı Oruc ona Nurayın ola bilsin ki, qadın xəstəliyi ilə bağlı problemləri olduğunu və özünün bu barədə tanıdığı həkimə müraciət edə bilməyəcəyini bildirdi. Buna görə də əvvəldən tanıdıqları, yəni onun və Orucun avtomobilində taksi kimi istifadə edən Leyla adlı qadına zəng etmiş, görüşmək barədə razılaşdıqdan sonra Oruc avtomobili idarə edib Mingəçevir şəhəri, H.Əliyev prospektindəki, köhnə "Mərkəzi Poçt'-un yaxınlığında saxlamış, orada Leyla da avtomobilə əyləşmişdir. Oruc avtomobili Mingəçevir şəhəri, Günəşli bağ massivi istiqamətində sürmüşdür. Şəhərin ala qapısını çıxdıqdan sonra avtomobili sağ tərəfə, yəni Yevlax rayonu Havarlı kəndi istiqamətində döndərmiş, təxminən 200 metr getdikdən sonra avtomobili qapılardan birinin qarşısında saxlamışdır. Oruc, Nuray və Leyla avtomobildən bayıra çıxıb Oruc və Nuray evin həyətinə daxil olub bir qədər sonra bayıra çıxmışlar. Bayıra çıxdıqdan sonra Nuray və Oruc qucaqlaşmışlar, daha sonra avtomobilə əyləşib geri qayıtmışlar. Həmçinin o, ifadəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinsi əlaqədə olmalarından məlumatı olmadığını, Orucla Nuray onunla birlikdə gedib evin həyətinə daxil olub çıxdıqdan sonra Nurayla Orucun arasında hər hansı mübahisə olmadığını, əksinə Nurayla Oruc həmin yerdə qucaqlaşdıqlarını, Oruc ona Nurayın ağrıdığını bildirib, daha sonra zəng edərək bu barədə Leylaya da məlumat verdikdən sonra Leyla da ona bir nəfər tanışı olduğunu bildirmiş, bundan sonra birlikdə Yevlax rayonu Havarlı kəndinə getmişlər, yəni Orucun Nurayla cinsi əlaqədə olması və Nurayın bəkarətinin yoxlanılması üçün həkim və ya bu sahədə təcrübəsi olan şəxs axtarmasından məlumatı olmadığını, Leyla adlı şəxsi müştəri kimi tanıdığını, Leylanın əvvəllər Mingəçevir şəhəri Şəhidlər Xiyabanının yaxınlığında yaşadığını, daima həmin yerdən də avtomobilə əyləşdiyini, Leylanın şəxsiyyəti barədə başqa məlumat verə bilməyəcəyini, həmin şəxsin həftə ərzində bir və ya iki dəfə idarə etdikləri avtomobildən taksi kimi istifadə etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, o, 2009-cu ildə Şahid2 ilə rəsmi nigaha daxil olub ailə qurmuşdur. Birgə nigahdan 2 övladları var. Nuray onun böyük övladıdır. Nuray Mingəçevir şəhər 19 saylı orta məktəbin 9-cu sinif şagirdidir. Nurayın Oruc adlı şəxslə münasibətləri olmasından məlumatı var idi. Belə ki, 2024-cü ilin may ayında Orucun valideynləri Nuraya Orucun evləndirilməsi üçün onlara elçi gəlmişlər. Lakin o, Nurayın evlənmə yaşına çatmadığını bildirdiyi üçün Orucun da valideynləri çıxıb getmişdilər. Bundan sonra Nurayın Orucla əlaqəsi olmasından məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə o, Nurayın yatdığı otağa daxil olarkən Nurayın telefon işlətdiyini görüb bu barədə arvadı Səidəyə irad tutaraq Nurayla söhbət etməyini Səidəyə demişdir. Buna görə də Səidə Nurayla söhbət etmiş və söhbət zamanı Nuray anası Səidəyə Orucun onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Belə ki, Nuray anası Səidəyə Oruc onunla ilk dəfə yaşadığı qəsəbədə yerləşən tikilidə, sonra isə öz yaşadıqları evdə cinsi əlaqədə olduğunu demişdir. Səidə də bu barədə ona məlumat vermişdir. Bundan sonra o da Orucun yaşadığı evə getmiş, orada Orucun ailə üzvləri ilə aralarında mübahisə yarandığından, o da DİN-nin 102-xidmətinə Orucun Nurayla cinsi əlaqədə olması barədə məlumat vermişdir. Daha sonra polis şöbəsinə getmişlər, polis şöbəsində izahat yazdıqdan sonra Nurayın barəsində məhkəmə tibbi ekspertizası təyin edilməsi barədə qərar qəbul edilmiş və onlar birlikdə ekspertizanın yerləşdiyi ünvanlara getmişlər. Orada məlum olmuşdur ki, Nurayın qızlıq bəkarəti pozulmuşdur. Nuray onunla və anası Səidə ilə söhbət edən zaman yalnız Orucla cinsi əlaqədə olduğunu, Orucdan başqa hər hansı şəxslə cinsi əlaqədə olmadığını demişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, Orucla onun və ya ailə üzvlərinin arasında hər hansı ədavət və ya düşmənçilik olmadığını, lakin Orucun valideynləri Nuraya elçi gəldikləri zaman o, Orucun valideynlərini tanıdığını, həmin zaman Nurayın yaşının az olduğu üçün o, Orucla Nurayın ailə qurmasına razı olmadığını, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinsi əlaqədə olmalarından əvvəllər məlumatı olmadığını, lakin sonradan Nuray özü ona bu barədə məlumat verərək Orucun onunla cinsi əlaqədə olduğunu bildirdiyini göstərmişdir.Hazırda o, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da ifadəsində şahid Qanuni nümayəndə ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə, həmçinin ittihamın qanuni həll edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə istintaqında verdiyi ifadələrində özünü ona Azərbaycan Respublikası CM–in 152.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və şahid ifadələri onun həmin cinayəti törətməsini təsdiq edir. Belə ki, məhkəmə-tibbi ekspertizasının 15 yanvar 2025-ci il tarixli 18 saylı rəyində Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmadığı, həmçinin Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulduğu, pozulma müddətinin 2(iki) həftədən çox olduğu Zərərçəkmiş şəxs anus dəliyində köhnə çapıq toxuma vardır, gərginləşmiş kisi cinsiyyət orqanının anus dəliyinə yeridilməsi zamanı əmələ gələ bilərdi, yetirilmə müddətinin müayinədən 3-4 ay əvvələ uyğun olduğu öz əksini tapmışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadələrinə tənqidi yanaşır, həmçinin onun ifadələrinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi C 123 ünvanda yerləşən fərdi yaşayış evidir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Zərərçəkmiş şəxs atası Qanuni nümayəndə, anası Şahid2 olmaqla, xx.xx.2010-cu il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş "Samsung" markalı mobil telefona baxış keçirilmişdir. Həmin mobil telefona baxış keçirilərkən ekranda bir nəfər üzü tüklü vəziyyətdə olan oğlan və bir nəfər qızın baş-başa dayandıqları şəkilin olduğu müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin şəkildə olan oğlan Təqsirləndirilən şəxs, qız isə onun özüdür. Telefonun Whatsapp tətbiqində +99***-***-**-** mobil telefon nömrəsindən “Boo. yğ, Meni. yğ. Men yığım" məzmunlu sms-lərin daxil olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15 yanvar 2025-ci il tarixli 18 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmamışdır. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 2(iki) həftədən çoxdur. Zərərçəkmiş şəxs anus dəliyində köhnə çapıq toxuma vardır, gərginləşmiş kisi cinsiyyət orqanının anus dəliyinə yeridilməsi zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti müayinədən 3-4 ay əvvələ uyğundur. Cinayət işinin materiallarında olan kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 14 fevral 2025-ci il tarixli 121 nömrəli rəyindən görünür ki, məhkəmə psixiatrik ekspertizası üzrə- Zərərçəkmiş şəxs baş verən cinayət hadisəsi zamanı öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hər hansı cinayət əməli şamil edilmədiyindən, qoyulmuş sualın ilk hissəsinə (anlaqlılıq) cavab vermək mümkün deyil. Zərərçəkmiş şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və ona rəhbərlik etmək iqtidarındadır. Zərərçəkmiş şəxs hər hansı cinayət əməli şamil edilmədiyindən, qoyulmuş sualın ilk hissəsinə (anlaqlılıq) cavab vermək mümkün deyil. Zərərçəkmiş şəxs hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik əlamətləri aşkar edilmir. Məhkəmə-psixoloji ekspertizası üzrə-Zərərçəkmiş şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. O, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. O, başqalarının təsiri altında yalan danışa bilər. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli inkişaf və fərdi psixi xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 149.2-1.1, 150.2-1.1-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, Şahid3 və Leyla adlı şəxsin barələrində cinayət təqibi rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə doğulmuş, 16 (on altı) yaşına çatmayan Zərərçəkmiş şəxs ilə xx.xx.2024-cü il tarixdə səhər saatlarında Mingəçevir şəhəri, Naxçıvan küçəsində görüşərək, onun (Təqsirləndirilən şəxs) idarə etdiyi avtomobillə birlikdə yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yerləşən tikiliyə gedib, orada Zərərçəkmiş şəxs razılığı ilə təbii yolla cinsi əlaqədə olmuş, daha sonra 2024-cü ilin noyabr ayında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs növbəti dəfə idarə etdiyi avtomobillə yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi, C123 ünvanda yerləşən fərdi yaşayış evinə aparıb, həmin evin yataq otağında Zərərçəkmiş şəxs razılığı əsasında təbii və qeyri- təbii yolla cinsi əlaqədə olmuş, həmçinin ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, İsgəndərov X3 şəhər sakini, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 2024-cü ilin may ayında tanış olub, ünsiyyət, sonradan isə sevgi münasibətləri yaratdıqdan sonra, onunla telefonla danışaraq xx.xx.2024-cü il tarixdə səhər saatlarında Mingəçevir şəhəri, Naxçıvan küçəsində görüşərək, onun (Təqsirləndirilən şəxs) idarə etdiyi avtomobillə birlikdə yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yerləşən tikiliyə gedib, orada 14 (on) dörd yaşına çatmış, lakin 16 (on altı) yaşına çatmayan, lakin öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək, eləcə də ona qarşı törədilmiş hüquqazidd əməl zamanı həmin əməlin mahiyyətini qavramaq, onları anlamaq iqtidarında olan Zərərçəkmiş şəxs soyunduraraq, habelə özü də soyunaraq Zərərçəkmiş şəxs könüllü razılığı əsasında gərginləşmiş cinsi orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına yeritməklə, sonuncunun qızlıq pərdəsinin tamlığını pozmaqla, onunla cinsi əlaqədə olmuş, daha sonra 2024-cü ilin noyabr ayında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan vaxtda hələ də 16 (on altı) yaşına çatmayan Zərərçəkmiş şəxs növbəti dəfə idarə etdiyi avtomobillə yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi, C123 ünvanda yerləşən fərdi yaşayış evinə aparıb, həmin evin yataq otağında, öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək, eləcə də ona qarşı törədilmiş hüquqazidd əməl zamanı həmin əməlin mahiyyətini qavramaq, onları anlamaq iqtidarında olan Zərərçəkmiş şəxs könüllü razılığı əsasında gərginləşmiş cinsi orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil edərək, sonuncu ilə növbəti dəfə cinsi əlaqədə olmuş, hərəkətlərini davam etdirərək, həmin yerdə gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs anus dəliyinə yeridib, bu dəfə də onunla qeyri- təbii yolla cinsi əlaqədə olub, 14 yaşı tamam olmuş, lakin 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olub, həmçinin ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 152.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan, yəni on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmanı və ya seksual xarakterli hərəkətlər etməni ifadə edən qəsdən törədilən formal tərkibli cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə razılıq əldə edib barışmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2025–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, onun barəsində MKİS-yə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, həmçinin cəzanı ağırlaşdıran halların dairəsinin müəyyən olunması baxımından hesab edir ki, ittihamın qanuni, əsaslı və ədalətli həll edilməsi üçün təqsirləndirilən şəxsin əməlində cinayətin təkrar törədilməsi halının olub-olmaması müəyyən edilməlidir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə doğulmuş, 16 (on altı) yaşına çatmayan Zərərçəkmiş şəxs ilə xx.xx.2024-cü il tarixdə səhər saatlarında Mingəçevir şəhəri, Naxçıvan küçəsində görüşərək, onun (Təqsirləndirilən şəxs) idarə etdiyi avtomobillə birlikdə yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yerləşən tikiliyə gedib, orada Zərərçəkmiş şəxs razılığı ilə cinsi əlaqədə olmuş, daha sonra 2024-cü ilin noyabr ayında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs növbəti dəfə idarə etdiyi avtomobillə yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi, C123 ünvanda yerləşən fərdi yaşayış evinə aparıb, həmin evin yataq otağında Zərərçəkmiş şəxs razılığı əsasında cinsi əlaqədə olmuş, həmçinin ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin razılığı ilə qarşılıqlı sevgi münasibətinin təsiri altında öz cinsi ehtirasını təmin etmək və ailə qurmaq məqsədilə müxtəlif vaxtlarda 16 yaşına çatmamış şəxslə bir neçə dəfə cinsi əlaqədə olsa da, bu hal vahid niyyətlə əhatə olunmuş, yəni zərərçəkmiş şəxs də eyni hissləri yaşamış və eyni məqsədə nail olmaq üçün təqsirləndirilən şəxsə razılıq vermişdir. Belə olan halda təqsirləndirilən şəxsin əməlində cinayətin təkrar törədilməsi halı müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 4(051)-4/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 4(051)-21/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(051)-4/2025 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin son müddəti xx.xx.2025–ci il tarixədək müəyyən edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(051)-28/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 15 (on beş) gün müddətinə, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(051)-106/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Hazırkı cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar