Məhkəmə qərarları › İş №1(051)-107/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-107/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-107/2021 24.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1976-cı ildə Ağdaş rayonu Şəkili Kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, Mingəçevir şəhəri Narkoloji Dispanserdə kçik tibb bacısı işləyən, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 37/13-də qeydiyyatda olan, Mingəçevir şəhəri M.Maqomayev prospekti ev 89 mənzil 5 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs dünya ölkələri arasında, o cümlədən Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Koronavirus COVİD-19» infeksiyasına yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq 13.11.2020-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasma yoluxma faktının təsdiq edilməsi barədə 16.11.2020-ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı ünvan 2 ünvanında karantinə alınmasına və Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində havadamcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nm 4.5.5 və 4-1 -ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda 20.11.2020-ci il tarixdə saat 12 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edib Xırdalan şəhərinə gedərək özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» ətrafda qarşılacağı və üz-üzə gələ biləcəyi şəxslərlər arasında yayılması üçün real təhlükə yaratmışdır Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 13.11.2020-ci il tarixdə o özünü narahat hiss etdi və yaşadığı məzildə özünün hərarətini ölçən zaman hərarəti olduğunu gördü. Bundan sonra ölkə ərzasində yayılan Covid-19 xəstəliyinə yoluxmaqdan ehtiyyat etdiyi üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gedərək Covid-19 infeksiyasına yolxumağını yoxlamaq üçün analiz verdi. 16.11.2020-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə mesaj gəldi və həmin mesajda onun Covid-19 infeksiyası ilə bağlı verdiyi analizin cavabının pozitiv olması və 14 gün müddətində ev şəraitində müalicə almağı göstərildi. O, tək yaşayırdı, bir oğlu var ki, oğlu da həmin vaxt Vətən müharibəsində oştirak edirdi. Karantin müddətində olduğu vaxtda ailə həkimi ona bir neçə dəfə zəng vurub səhhətilə bağlı maraqlanırdı. Lakin onun maddi durumu yaxşı olmadığından, gündəlik qida məhsulları və müalicə üçün dərmanları almağa pulu olmadığından Xırdalan şəhərində yaşayan X6nın yaşadığı mənzilə getmək qərarına gəldi. 20.11.2020-ci il tarixdə o, tanımadığı taksi ilə Xırdalan şəhərinə getdi. X5 şəhərində tək yaşayırdı. X3 müalicəsi üçün dərmanlarını almış və ona maddi yardım göstərmişdir. Həmin günü Mingəçevir ŞPŞ-nin əməkdaşları ona zəng vurub “Covid 19” infeksiyası ilə bağlı karantinə alınmağına baxmayaraq yaşadığı evi tərk etməyini bildirdilər. O, isə dərmanları almaq üçün və qida məhsulları olmadığından Xırdalan şəhərinə bacısı Leylanın yanına getdiyini bildirdi. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, Mingəçevir şəhər polis şöbəsində İTB-nin YYÇPİÜQ-nun baş inspektoru vəzifəsində işləyir. 24.11.2020-ci il tarixdə o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış Covid.mon.mcts.on saytında “Covid 19” infeksiyasına yoluxmuş şəxslərin yaşadığı yer üzrə karantinə alındıqları yaşayış yerini tərk etmələri barədə statistik məlumatlara baxarkən 16.11.2020-ci il il tarixdə “Covid 19” infeksiyasına yoluxmuş Təqsirləndirilən şəxs Mingəçevir şəhərini tərk edərək Mingəçevir şəhərindən 230 km kənarda olduğunu müəyyən etdi və dərhal istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng vurub hansı səbəbdən Covid 19 infeksiyasma yoluxub yaşadığı yer üzrə karantinə alınmasına baxmayaraq karantin rejimi qaydalarını pozaraq yaşayış yerini tərk etməsini soruşdu.Təqsirləndirilən şəxs isə maddi cəhətdən vəziyyəti yaxşı olmadığından və tək yaşadığı üçün qulluğa ehtiyacı olduğundan Xırdalan şəhərində yaşayan X6nın yanına getdiyini bildirdi. O, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə karantinə alındığı ünvana geri qayıtmasını tələb etdi və bundan sonra raportla Mingəçevir ŞPŞ-nə müraciət etdi. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, 2000-ci il tarixdən Mingəçevir şəhər Mərkəzi xəstəxanasında ailə sağlamlıq mərkəzində ailə həkimi işləyir.O, Mingəçevir şəhəri,M.F.Axundov, S.Vurğun və H.Əliyev küçələri üzrə bir sıra binalar üzrə ailə həkimi kimi nəzarət edir. 16.11.2020-ci il tarixdə Mingəçevir şəhəri X4 Sağlamlıq Mərkəzinə ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yeni növ “Covid-19” infeksiyasına yoluxması barədə məlumat verildi. Bundan sonra o, ailə həkimi kimi ilk olaraq Təqsirləndirilən şəxs zəng vurub “Covid 19” infeksiyasına yoluxmasını və yaşadığı mənzil üzrə karantinə alınması barədə məlumat verdi. Təqsirləndirilən şəxs də onun mobil nömrəsinə “Covid 19” infeksiyasına yoluxması ilə bağlı məlumat gəldiyini bildirdi. Bundan sonra o, dəfələrə Təqsirləndirilən şəxs zəng vurub onun sağlamlığı ilə bağlı maraqlandı və Təqsirləndirilən şəxs yaşadığı mənzil üzrə karantinə alındığından həmin ünvanı tərk edə bilməyəcəyini bildirdi. İşin 15-ci vərəqində olan Mingəçevir şəhər mərkəzi xəstəxanası publik hüquqi şəxsin 08 yanvar 2021-ci il tarixli, 09 saylı məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs 13.11.2020-ci il tarixdə “COVİD-19” virusu ilə əlaqədar olaraq labarator müayinə (yaxma) olunmuş və 16.11.2020-ci il tarixdə müayinənin nəticəsi pozitiv müəyyən edilmişdir. Xəstəyə 16.11.2020-ci il tarixindən 29.11.2020-ci il tarixə kimi xəstəlik vərəqəsi açılmışdır. İşin 44-cü vərəqində olan 10 fevral 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 15.11.2020-ci il tarixdə ailə həkimi Şahid2nm istifadəsində olan 055-608- 27-92 mobil nömrəsi ilə saat 14:36-da 243 saniyə, 16.11.2020-ci il tarixdə saat 11:43- də 45 saniyə, 29.11.2020-ci il tarixdə saat 12:08-də 97 saniyə, Mingəçevir şəhər Polis Şöbəsinin İTB-nin, YYÇPİTQ-nin əməkdaşı Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə isə 24.11.2020-ci il tarixdə saat 15:33-də 49 saniyə, 15:34-də 52 saniyə, 15:36-da 31 saniyə, 15:38-də isə 139 saniyə telefon danışığı qeyd olunmuşdur. “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.05.2020-ci il tarixli qərarının 4.1-ci bəndinə əsasən Təmasda olmuş şəxslərin dairəsi Nazirliyin gigiyena və epidemiologiya mərkəzlərinin mütəxəssisləri tərəfindən 12 (on iki) saat ərzində müəyyən edilir və onlar barədə tibbi müşahidənin aparılması üçün ərazi ambulator-poliklinika müəssisəsinə, yaxud tabeliyində sanitariya nəzarətini həyata keçirən tibb müəssisələri olan orqanlara məlumat verilir. Həmin qərarın 4.2-ci bəndinə əsasən Bu Qaydaların 4.1-ci bəndində göstərilən şəxslərin dairəsinin müəyyən edilməsinə daxili işlər orqanları da cəlb olunurlar. Həmin qərarın 4.3-ci bəndinə əsasən Yoluxucu xəstəliyə yoluxmuş şəxslə təmasda olan şəxslər son təmasdan sonra bu Qaydaların 3.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülürlər. Həmin qərarın 4.5-ci bəndinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir. Həmin qərarın 4-1.2-ci bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir. Həmin qərarın 4-1.3-ci bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs dünya ölkələri arasında, o cümlədən Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Koronavirus COVİD-19» infeksiyasına yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq 13.11.2020ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasma yoluxma faktının təsdiq edilməsi barədə 16.11.2020-ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı ünvan 2 ünvanında karantinə alınmasına və Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nm 4.5.5 və 4-1 -ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda 20.11.2020-ci il tarixdə saat 12 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edib Xırdalan şəhərinə gedərək özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» ətrafda qarşılacağı və üz-üzə gələ biləcəyi şəxslərlər arasında yayılması üçün real təhlükə yaratmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 88-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 37-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar