Məhkəmə qərarları › İş №1(051)-107/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-107/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-107/2023 13.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Konsensuss vəkil bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə xx.xx.1959-cu ildə Yevlax rayonunun Gülövşə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, hazırda Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin baş mühəndisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Hüseynov X4 Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi üzrə həmin Birliyin rəisinin xx.xx.2016-cı il tarixli 13 nömrəli əmri ilə Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin baş mühəndisi vəzifəsində işləyərkən, Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin xx.xx.2022-ci il tarixli 05 nömrəli əmri ilə 2022-ci il üzrə mal-materialların, alətlərin, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, təsərrüfat mallarının və dəftərxana ləvazimatlarının satınalınması məqsədilə tender komissiyasının sədri vəzifəsinə təyin edilməklə, xx.xx.2001-ci il tarixli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun 2-ci madddəsinə əsasən Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi adından tender prosedurlarını həyata keçirmək, 6.2-ci maddəsinə əsasən satınalma prosedurlarında iştirak edən malgöndərənlərin ixtisas göstəricilərinin satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olmasına uyğunluğunu yoxlamaq, həmin qanunun 6.3-cü maddəsinə əsasən malgöndərənlərdən müvafiq meyarlara uyğun ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədli sübutlar və ya digər məlumatlar tələb etmək, qeyd edilmiş qanunun 3cü fəslinə əsasən satınalmaları təşkil etmək, eyni zamanda Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş vəzifə təlimatına əsasən işlədiyi idarənin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən etmək, istehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə (xidmətlərə) maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin etmək, texniki sənədləşmənin vaxtında hazır olmasını təmin etmək, idarənin texniki xidmətinə rəhbərlik etmək və idarənin texniki xidmət işçilərinə nəzarət etmək, onların işlərini nəzarət altında saxlamaq funksiyalarına malik vəzifəli şəxs kimi Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 2022-ci il üzrə mal-materialların, alətlərin, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, təsərrüfat mallarının və dəftərxana ləvazimatlarının satınalınması məqsədilə “etender.gov.az” saytı vasitəsilə elan edilmiş açıq tender proseduru nəticəsində həmin İdarə tərəfindən xx.xx.2022-ci il tarixdə tender zərflərinin açılması nəticəsində 149.999,99 manat tender təklifi ilə qalib olan "xxxx" MMC-nin direktoru Şahid3 ilə Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Şahid7 arasında 149.999,99 manat dəyərində malların satınalıması üzrə xx.xx.2022-ci il tarixli 01 saylı müqavilə bağlanmasından sonra dövlət satınalmalarının həyata keçirilməsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sözügedən müsabiqə üzrə "xxxx" MMC-nin ixtisas göstəriciləri qeyd olunan meyarlara uyğun gələməməsi müəyyən edilməklə müvafiq açıq tender prosedurunun nəticəsinin ləğv olunaraq Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə bu barədə xx.xx.2022-ci il tarixli AİBNDX-11/11-7/575s nömrəli məktub göndərilməsinə, bununla da "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 01 saylı müqavilə əsasında həmin cəmiyyətdən malların alınmasının dayandırılmalı olmasına və xx.xx.2001-ci il tarixli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanunun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının qeyd edilmiş maddədə göstərilmiş satınalma metodlarından birinin seçilib, həmin qanunun 4-cü fəslində göstərilmiş tender prosedurları tətbiq edilməklə həyata keçirilməli olmasına, habelə qeyd olunan Qanunun 22.1-1-ci maddəsinə əsasən satınalan təşkilat tərəfindən satınalmaların aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkilinin təmin edilməli olmasına baxmayaraq, vəzifəli şəxs kimi öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməməklə işinə laqeyd münasibəti nəticəsində müvafiq qanunun müddəalarına riayət etməyərək, "xxxx" MMC-nin direktoru Şahid3 xx.xx.2022-ci il tarixdə 6699,33 manat, xx.xx.2022-ci il tarixdə 7336,66 manat, xx.xx.2022ci il tarixdə 9581,76 manat, xx.xx.2022-ci il tarixdə 9391,28 manat, xx.xx.2022-ci il tarixdə 16.528,42 manat, xx.xx.2022-ci il tarixdə 35.088,63 manat, cəmi 84.626,08 manat dəyərində malların qəbulunu həyata keçirməsi ilə qeyd edilmiş tarixlərdə müvafiq dəyərin Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin "xxxx" ASC-nin Mingəçevir şəhər filialında olan bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına ümumilikdə 84.626,08 manat (səksən dörd min altı yüz iyirmi altı manat səkkiz qəpik) məbləğində pul vəsaitinin ödənilməsinə səbəb olaraq, bununla da dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pozaraq, Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin dövlət vəsaitlərinin qənaətlə və səmərəli xərclənməsi, satınalmaların aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkili sahəsində qanuni mənafelərinə mühüm zərər vuraraq səhlənkarlıq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində 1996-cı ildən işləmiş, 1996-cı ildən 2015-ci ilə qədər Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəis müavini vəzifəsində işləmiş, 2015-ci ildən isə göstərilən idarədə baş mühəndis vəzifəsində işləmişdir. Baş mühəndis qismində əsas işi Mngəçevir şəhərində aparılan təmir işlərinə nəzarət etməkdən ibarət olmuşdur. Göstərilən işi vəzifə təlimatına uyğun yerinə yetirmişdir. Təxminən 2017-ci ildən Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi üzrə tender komissiyasının sədri kimi də fəaliyyət göstərmişdir. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi üçün dövlət büdcəsindən 2022-ci il üzrə 180000 manat (ƏDV ilə birlikdə) pul vəsaitinin ayrılması nəzərdə tutulmuş, həmin məbləğ Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən tərtib edilmiş 2022-ci il üzrə xərc sənədində öz təsbitini tapmış, həmin sənəd Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Şahid7 tərəfindən imzalanaraq Mingəçevir şəhər İH-nə göndərilmişdir. Daha sonra da müvafiq pul vəsaitinin ayrılması planlaşdırılmışdır. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 2021-ci ilin təxminən may ayından Mingəçevir şəhəri ərazisində 16 yaşayış binasının təmiri işlərinə başlanılmış, 2022-ci ildə həmin tikintidə istifadə edilməsi üçün tikinti materiallarına, o cümlədən Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin ehtiyaclarını qarşılamaq üçün dəftərxana ləvazimatları və nəqliyyat vasitələrinin alınmasına ehtiyac yaranmışdır. Bu səbəbdən Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin baş mühasibi Şahid4 tərəfindən 2022-ci ilin mart ayında rəsmi dövlət orqanının internet saytında tender elanı yerləşdirilmişdir. Belə ki, tender elanlarını yerləşdirmək və bununla bağlı zəruri işləri görmək üzrə Şahid4 səlahiyyətlidir. Tenderdə iştirak edən təşkilatları xatırlamamış, ancaq qalib təşkilat kimi "xxxx" MMC-ni xatırlamışdır. Belə ki, həmin cəmiyyət qeyd etdiyi tikinti materialları, dəftərxana ləvazimatları və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin işlədiyi idarəyə satılmasını ən aşağı qiymətə təklif etmiş, həmin təklif olunan məbləğ 150000 manat olmuşdur. Tenderdə iştirak edən müəssisələr arasından ən aşağı qiyməti təklif edən qalib müəssisə kimi "xxxx" MMC tərtib edilmiş protokolla rəsmiləşdirilmiş və nəticələr İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinə göndərilmiş, həmin Xidmət tərəfindən də yekun protokol qeydiyyata alınmışdır. Daha sonra "xxxx" MMC-nin direktoru Şahid3 ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəhbəri Şahid7 arasında işlədiyi idarənin inzibati binasında müqavilə bağlanılmış, tərəflər müqaviləni qeyd etdiyi ünvanda imzalamışlar. Daha sonra büdcədən işlədiyi idarəyə pullar ayrıldıqca hissə-hissə "xxxx" MMC-nin bank hesabına pulların ödənilməsinə başlanılmış, buna uyğun olaraq Şahid3 tərəfindən də mallar hissə-hissə işlədiyi idarənin ünvan 2 ünvanda yerləşən anbarına təhvil verilmişdir. "xxxx" MMC-dən alınmış və həmin cəmiyyətin direktoru Şahid3 tərəfindən anbara təhvil verilmiş mallar tikinti materialları – boya, emulsiya, mismar, taxta, reyka, plastik pəncərə və dəmir qapılar, sement, şpaklyovka, bender, yapışdırıcı, iş geyimləri, dəftərxana ləvazimatları – qələm, karandaş, A4 vərəq, stepler və digər ləvazimatlar, ehtiyat hissələri – akkumulyator, təkər və digər hissələr olmuşdur. Qeyd edilmiş mallar Fərid tərəfindən təxminən 4-5 dəfəyə, 2022-ci ilin aprel ayından 2022-ci ilin təxminən oktyabr ayına qədər təhvil verilmişdir. Tikinti materialları Mingəçevir şəhərində təmir olunan 16 binanın - ünvan 3 ünvanda yerləşən 4 və 5 mərtəbəli yaşayış binalarında, ünvan 4 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binalarında, ünvan 5a yerləşən 5 mərtəbəli yaşayış binasının təmirində istifadə edilmişdir. Dəftərxana ləvazimatları və ehtiyat hissələri isə ehtiyacları üzrə sərf edilmişdir. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin balansında 1 ədəd Belarus traktoru, 1 ədəd dövlət nömrə nişanlarını xatırlamadığı QAZ 53 markalı, 1 ədəd dövlət nömrə nişanlarını xatırlamadığı QAZ 31 markalı, 1 ədəd dövlət nömrə nişanlarını xatırlamadığı VAZ 2107 markalı, 1 ədəd dövlət nömrə nişanlarını xatırlamadığı ZİL markalı nəqliyyat vasitələri vardır. Həmin nəqliyyat vasitələrindən 1 ədəd Belarus traktoru, 1 ədəd dövlət nömrə nişanlarını xatırlamadığı QAZ 53 markalı, 1 ədəd dövlət nömrə nişanlarını xatırlamadığı QAZ 31 markalı, 1 ədəd dövlət nömrə nişanlarını xatırlamadığı VAZ 2107 markalı nəqliyyat vasitələrinin hər biri üçün xatırlamadığı ehtiyat hissələri "xxxx" MMC-dən alınmış və göstərilən nəqliyyat vasitələrində istifadə edilmişdir. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 2022-ci ilin mart ayında elan edilmiş tender üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədləri görməmiş, həmin sənədləri təhlil etməmişdir. Göstərilən tender zamanı baş mühasib Şahid4 "xxxx" MMC-nin vergi borcunun olmadığını, maliyyə vəziyyətinin yaxşı olduğunu, anbarının, işçilərinin olduğunu və lazım olan materialları işlədiyi idarəyə təhvil vermək iqtidarında olduğunu bildirdiyi üçün o, həmin cəmiyyətin tenderdə qalib cəmiyyət kimi elan edilməsinə etiraz etməmiş və həmin cəmiyyətin qalib cəmiyyət olması barədə qərar qəbul etmişdir. "xxxx" MMC-nin yeni yaranmış cəmiyyət olduğunu, işçilərinin olduğunu həmin cəmiyyətin tender proseduru zamanı elektron qaydada sayta daxil etdiyi sənədlərdən bilmiş, göstərilən cəmiyyətin tenderdən kənarlaşdırılması üçün hansısa halın mövcud olduğunu müşahidə etməmiş, həmçinin tenderin nəticəsində də həmin cəmiyyətin ən aşağı qiymət təklif etdiyi müəyyən edilmiş, nəticədə də göstərilən cəmiyyət qalib olmuşdur. O cümlədən, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayında keçirdikləri tenderin nəticələri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həqiqətən də ləğv edilmiş və bu barədə işlədiyi idarənin istifadəsində olan mailto:mtai.mingecevir@mail.ruElektron ünvan 1 elektron poçt ünvanına xx.xx.2022ci il tarixdə məktub göndərilmişdir. Həmin məktubun idarənin poçt ünvanına daxil olması barədə ona Şahid4 məlumat vermiş və müvafiq məktubu da ona təqdim etmişdir. "xxxx" MMC-nin qalib olduğu müvafiq tender üzrə nəticələr ləğv edilsə də, həmin cəmiyyətlə bağladıqları müqavilə əsasında malların qəbulunu davam etdirib malların dəyərinin də həmin cəmiyyətə ödənilməsinə icazə verə biləcəyini zənn etmişdir. Tender üzrə bütün zəruri qərarların qəbul olunması ona həvalə edildiyindən o, tenderlə bağlı hər bir xüsusat barədə idarənin rəisi Şahid7 məlumat verməmişdir. "xxxx" MMC-nin qalib olduğu tenderin ləğv olunması haqqında, o cümlədən müvafiq ləğvdən sonra həmin cəmiyyətdən malların qəbulunu davam etdirib malların dəyərinin "xxxx" MMC-yə ödənilməsi haqqında Şahid7 məlumat verməmişdir. Hazırda əməlindən peşmandır. O, hazırkı cinayət əməlini təsadüfən ehtiyatsızlıqdan törətmişdir. Onun əməli nəticəsində heç bir hüquqi və fiziki şəxsə madi ziyan dəyməmişdir. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində 2021-ci ilin aprel ayından etibarən işləmiş, həmin vaxtdan göstərilən idarənin rəis müavini vəzifəsində işləyir. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi üçün dövlət büdcəsindən 2022-ci il üzrə 180000 manat (ƏDV ilə birlikdə) pul vəsaitinin ayrılması nəzərdə tutulmuş, həmin məbləğ Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən tərtib edilmiş 2022-ci il üzrə xərc sənədində öz təsbitini tapmış, həmin sənəd onun tərəfindən imzalanaraq Mingəçevir şəhər İH-nə göndərilmişdir. Daha sonra da müvafiq pul vəsaitinin ayrılması planlaşdırılmışdır. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 2021-ci ilin təxminən may ayından Mingəçevir şəhəri ərazisində 16 yaşayış binasının təmiri işlərinə başlanılmış, 2022-ci ildə həmin tikintidə istifadə edilməsi üçün tikinti materiallarına, o cümlədən Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin ehtiyaclarını qarşılamaq üçün dəftərxana ləvazimatları və nəqliyyat vasitələrinin alınmasına ehtiyac yaranmışdır. Bu səbədən 2022ci ilin fevral ayında imzaladığı əmr əsasında tender komissiyası yaradılmış, müvafiq komissiyanın sədri vəzifəsinə idarədə baş mühandis vəzifəsində işləyən Təqsirləndirilən şəxs, komissiyanın üzvləri vəzifəsinə isə həmin idarədə baş mühasib vəzifəsində işləyən X13, baş mühasibin müavini vəzifəsində işləyən Şahid5, mühasib vəzifəsində işləyən Şahid8 Səftər qızı və sahə rəisi vəzifəndə işləyən Şahid6 təyin olunmuşdur. Qeyd edilmiş tender üzrə səlahiyyətli şəxs komissiyanın sədri Təqsirləndirilən şəxs olmuşdur. Bildiyinə görə, 2022-ci ilin fevral ayında komissiya üzvləri tərəfindən tender barədə rəsmi dövlət orqanının internet saytında elan yerləşdirilmişdir. Tenderin gedişatı, tenderdə iştirak edən təşkilatları xatırlamır, ancaq qalib cəmiyyətin "xxxx" MMC olduğunu, məhz həmin cəmiyyətlə də 2022-ci ilin aprel ayında müqavilə bağladığını xatırlayır. Müvafiq tender proseduru zamanı hansısa qanunsuz halın baş verdiyini xatırlamır, tenderdə iştirak edən cəmiyyətlər arasında ən aşağı qiyməti təklif edən cəmiyyət, yəni qalib cəmiyyət kimi "xxxx" MMC tender komissiyası tərəfindən tərtib edilmiş protokolla rəsmiləşdirilmiş və nəticələr İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehllak Bazarına Nəzarət Dövət Xidmətinə göndərilmiş, həmin xidmət tərəfindən də yekun protokol qeydiyyata alınmışdır. Daha sonra "xxxx" MMC-nin direktoru Şahid3 ilə aralarında işlədiyi idarənin inzibati binasında müqavilə bağlanılmış, büdcədən işlədiyi idarəyə pullar ayrıldıqca hissə-hissə "xxxx" MMC-nin bank hesabına pulların ödənilməsinə başlanılmış, buna uyğun olaraq həmin cəmiyyət tərəfindən də mallar hissə-hissə işlədiyi idarənin ünvan 2 ünvanında yerləşən anbarına təhvil verilmişdir. Təhvil işlərini işlədiyi idarə adından tender komissiyasının sədri kimi məsul şəxs Təqsirləndirilən şəxs həyata keçirmişdir. Qeyd edilmiş mallardan tikinti materialları Mingəçevir şəhərində təmir olunan 16 binanın – Mngəçvir şəhəri, N.ünvan 6 ünvanda yerləşən 4 və 5 mərtəbəli yaşayış binalarında. ünvan 7 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binalarında, ünvan 8nda yerləşən 5 mərtəbəli yaşayış binasının təmirində istifadə edilmişdir. Dəftərxana ləvazimatları və ehtiyat hissələri isə ehtiyacları üzrə sərf edilmişdir. "xxxx" MMC-nin nə vaxt təsis edildiyini, əmlakının, anbarının, işçilərinin olmadığını bilməmiş, müvafiq tender üzrə səlahiyətli şəxs Təqsirləndirilən şəxs olmuşdur. Göstərilən tenderin ləğv edilməsindən 2022-ci ilin dekabr ayında məlumatı olmuşdur. Belə ki, həmin vaxt müvafiq tenderlə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparılmağa başlanılmış, həmin vaxt o, tender üzrə sənədlərə baxdığı zaman göstərilən tenderin ləğv edilməsi haqqında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubunun olmasını görmüşdür. Həmin məktubun 2022-ci ilin iyun ayında işlədiyi idarəyə daxil olmasından göstərilən vaxt məlumatı olmamışdır. Təqsirləndirilən şəxs, yaxud komissiyanın digər üzvləri ona bu barədə məlumat verməmişlər. Tender üzrə səlahiyyətli şəxs həmin tender komissiyasının sədri, müvafiq tender üzrə isə Təqsirləndirilən şəxs olmuşdur. Həmin tender üzrə prosedurun qanunauyğun aparılmasına sonuncu məsul olmuş, bununla bağlı da bütün zəruri qərarları Ramis qəbul etmişdir. Ramis komissiya sədri olduğu tenderlər üzrə, o cümlədən 2022-ci ilin fevral ayında elan edilmiş tenderlə bağlı hər bir halı, o cümlədən 2022-ci ilin fevral ayında elan edilmiş tenderin nəticədə ləğv edildiyini ona deməmişdir. Ramisin hansı səbəbdən tender ləğv edildiyi halda "xxxx" MMC-dən malların qəbulunun həyata keçirilməsini davam etdirdiyini bilməmişdir. Bildiyi qədərilə "xxxx" MMC ilə bağlanılmış müqavilə əsasında həmin cəmiyyətdən müqavilə ilə nəzədə tutulmuş bütün mallar alınmışdır. Tender nəticəsində qarşıya qoyulmuş məqsədə nail olunmuş, yəni planlaşdırılmış işlər keyfiyyətlə görülmüş və təhvil verilmişdir. Həmin vaxt təmsil etdiyi hüquqi şəxsə heç bir maddi ziyan dəyməmişdir. Hal-hazırda nümayəndəsi olduğu hüquqi şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, "xxxx" MMC-ni 2015-ci ildə təsis etmiş və həmin tarixdən də direktor vəzifəsində özü işləmişdir. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 2022-ci ilin mart ayında mal-materialın, alətlərin, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, təsərrüfat malları və dəftərxana ləvazimatlarının satınalınması üçün etender.gov.az saytında elan yerləşdirilmiş, həmin elan əsasında o, "xxxx" MMC adından müvafiq malların alınması üzrə 173861 manatlıq təklifini müvafiq sayt vasitəsilə bildirmişdir. Ancaq həmin tender nəticəsində əsassız olaraq "xxxx" MMC qalib elan edilmişdir. Belə ki, tenderin nəticəsi elan edildikdən sonra o, e.taxes.gov.az saytında həmin təşkilat barədə axtarış verdikdə müvafiq cəmiyyətin 2022-ci ilin yanvar ayında təsis edildiyini görmüş, belə olan halda da tenderin rüb başa çatana qədər yekunlaşmasına görə göstərilən təşkilat tərəfindən vergi öhdəliyi və maliyyə hesabatları ilə bağlı hər hansı sənədi təqdim edə bilməyəcəyini başa düşmüşdür, çünki vergi öhdəliyi və maliyyə hesabatları ilə bağlı sənədlərin təqdim edilməsi üçün mütləq şəkildə rüb başa çatmalı olmuşdur. Bununla bağlı olaraq, "xxxx" MMC 2022-ci ilin yanvar ayında təsis edildiyinə görə heç bir iş təcrübəsi olmamış, bildiyi qədər həmin təşkilatın anbarı və işçi qüvvəsi də mövcud olmamışdır. Bundan başqa, "xxxx" MMC tərəfindən tender üçün vergi öhdəliyi ilə bağlı xüsusi arayış alınmalı olduğu halda, həmin arayış alınmamış, vergi dövrü bitməmiş həmin təşkilat tərəfindən vergi borcunun olubolmaması ilə bağlı arayış alınaraq müvafiq sayta yerləşdirilmişdir. Qeyd edilmiş hallara görə tenderin qanunsuz keçirilməsi aşkar olduğu üçün o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mailto:office@competition.gov.azElektron ünvan 2 saytı vasitəsilə şikayətini bildirmiş, həmin şikayət əsasında aparılmış araşdırma nəticəsində göstərilən Xidmət tərəfindən ona xx.xx.2022-ci il tarixli məktub göndərilərək Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən keçirilmiş müvafiq tenderin ləğv edildiyi və göstərilən hal barədə xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə məktub göndərildiyi bildirilmişdir. Ancaq tenderin ləğv edilməsinə baxmayaraq, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən "xxxx" MMC-dən malların qəbulu və 150000 manat məbləğindəki dəyərin ödənilməsi qanunsuz olaraq həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində 2022-ci ilin fevral ayından etibarən işləmiş, həmin tarixdən göstərilən İdarədə baş mühasib vəzifəsində işləmişdir. 2022-ci il üzrə işlədiyi idarənin rəisi Şahid7 tərəfindən imzalanmış əmr əsasında o, tender komissiyasının üzvü təyin edilmişdir. Göstərilən vaxt işlədiyi idarə üçün tikinti materialları, dəftərxana ləvazimatları və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınmasına ehtiyac yaranmışdır. Bu səbəbdən də tenderin keçirilməsi nəzərdə tutulmuşdur. Tender komissiyasının üzvü kimi onun işi tender prosedurunun müəyyən edilmiş qaydada etender.gov.az saytında həyata keçirilməsinə nəzarət etmək, yəni iştirakçı cəmiyyətlər tərəfindən tələb olunan sənədlərin qanunla nəzərdə tutulmuş tələblərə cavab verib-vermədiyini yoxlamaq, müvafiq portalda yerləşdirilməsi nəzərdu tutulan məlumatları yerləşdirmək, gedişat barədə mütəmadi olaraq tender komissiyasının sədri Təqsirləndirilən şəxs məlumat verməkdən ibarət olmuşdur. 2022-ci il üzrə müvafiq malların alınması üçün həmin ilin fevral ayında tender elanının sayta yüklənilməsi barədə tender komissiyasının protokolu qəbul olunmuş, bunun əsasında da o, tender elanını göstərilən saytda yerləşdirmişdir. Daha sonra iştirakçı cəmiyyətlər, o cümlədən "xxxx" MMC tərəfindən tender təklifləri xx.xx.2022-ci il tarixədək müvafiq sayta yerləşdirilmişdir. Qeyd edilmiş tarixədək hansısa təşkilatın qiymət təklifini vermədiyini xatırlamış, bu səbəbdən həmin təşkilatın tenderdən kənarlaşdırılması barədə tender komissiyasının qərarı qəbul olunmuş və müvafiq təşkilat tenderdən kənarlaşdırılmışdır. xx.xx.2022-ci il tarixdə tenderin nəticələri açıqlanmış və nəticədə ən aşağı təklif vermiş "xxxx" MMC qalib elan edilmişdir. Müvafiq cəmiyyət tərəfindən də 2022-ci ilin aprel ayından xatırlamadığı vaxta qədər tikinti materialları, dəftərxana ləvazimatları və nəqliyyat vasitələri üçün ehtiyat hissələri işlədiyi idarəyə təhvil verilmiş, idarə tərəfindən də həmin materiallar ehtiyaclara sərf edilmişdir. mailto:mtai.mingecevir@mail.ruElektron ünvan 1 elektron poçt ünvanı işlədiyi Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin poçt ünvanı olmuş, həmin poçt ünvanı vasitəsilə müxtəlif təşkilatlar vasitəsilə yazışmalar həyata keçirilmiş, məktublar göndərilmiş və qəbul olunmuşdur. Qeyd etdiyi ünvanda ən çox sənəd dövriyyəsi rayon icra hakimiyyəti, DOST mərkəzi ilə baş vermişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX-11/11-7/575s nömrəli məktubun xx.xx.2022-ci il tarixdə daxil olması barədə Təqsirləndirilən şəxs məlumat verərək, məktubu sonuncuya təqdim etmişdir. Tender komissiyasının üzvü kimi işi qeyd etdiyi kimi texniki işlərin görülməsindən ibarət olmuş, tenderlə bağlı qərar vermək səlahiyyəti Təqsirləndirilən şəxs olmuşdur. O, tenderin gedişatı haqqında, o cümlədən müvafiq məktubun daxil olması barədə Təqsirləndirilən şəxs məlumatlandırıb bu barədə təsdiqedici məktubu sonuncuya vermişdir, tenderin nəticələrinin ləğv edildiyi halda "xxxx" MMC-dən malların alınmasının xx.xx.2022-ci il tarixdən davam etdirilməsinin səbəbini bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində 2007-ci ildən etibarən işləmiş, həmin tarixdən 2016-cı il tarixədək idarədə kompüter operatoru vəzifəsində işləmiş, 2016-cı il tarixdən göstərilən İdarədə baş mühasibin müavini vəzifəsində işləmişdir. 2022-ci il üzrə işlədiyi idarənin rəisi Şahid7 tərəfindən imzalanmış əmr əsasında o, tender komissiyasının üzvü təyin edilmişdir. Göstərilən vaxt işlədiyi idarə üçün tikinti materialları, dəftərxana ləvazimatları və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınmasına ehtiyac yaranmışdır. Bu səbəbdən də tenderin keçirilməsi nəzərdə tutulmuşdur. Tender komissiyasının üzvü kimi onun işi tender nəticəsində alınması nəzərdə tutulmuş malların siyahısının Excel faylda hazırlanmasından və tender komissiyasının protokollarının tərtib edilməsindən ibarət olmuşdur. Malların siyahısı Excel faylda tərəfindən hazırlandıqdan sonra həmin fayl tender ilə bağlı zəruri sənədlərin tərkibinə daxil edilmişdir. 2022-ci il üzrə müvafiq malların alınması üçün həmin ilin fevral ayında tender elanının sayta yüklənilməsi barədə tender komissiyasının protokolu qəbul olunmuş, bunun əsasında da tender elanı göstərilən sayta yerləşdirmişdir. Daha sonra iştirakçı cəmiyyətlər, o cümlədən "xxxx" MMC tərəfindən tender təklifləri xx.xx.2022-ci il tarixədək müvafiq sayta yerləşdirilmişdir. Qeyd edilmiş tarixədək hansısa təşkilatın qiymət təklifini vermədiyini xatırlamış, bu səbəbdən həmin təşkilatın tenderdən kənarlaşdırılması barədə tender komissiyasının qərarı qəbul olunmuş və müvafiq təşkilat tenderdən kənarlaşdırılmışdır. xx.xx.2022-ci il tarixdə tenderin nəticələri açıqlanmış və nəticədə ən aşağı təklif vermiş "xxxx" MMC qalib elan edilmişdir. Müvafiq cəmiyyət tərəfindən də 2022ci ilin aprel ayından xatırlamadığı vaxta qədər tikinti materialları, dəftərxana ləvazimatları və nəqliyyat vasitələri üçün ehtiyat hissələri işlədiyi idarəyə təhvil verilmiş, idarə tərəfindən də həmin materiallar ehtiyaclara sərf edilmişdir. Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin istifadəsində olan mailto:mtai.mingecevir@mail.ruElektron ünvan 1 elektron poçt ünvanına xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX-11/11-7/575s nömrəli qeyd edilmiş tarixdə müvafiq məktubun daxil olduğunu xatırlamış, belə ki, bir otaqda oturduğu baş mühasib Akifə həmin vaxt tenderin nəticələrinin ləğv olunması ilə bağlı məktubun Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olduğunu bildirmiş, daha sonra da göstərilən məktubun daxil olması barədə Təqsirləndirilən şəxs məlumat verərək, məktubu sonuncuya təqdim etmişdir. Tender komissiyasının üzvü kimi işi qeyd etdiyi kimi texniki işlərin görülməsindən ibarət olmuş, tenderlə bağlı qərar vermək səlahiyyəti Təqsirləndirilən şəxs olmuşdur. Tenderin nəticələrinin ləğv edildiyi halda "xxxx" MMC-dən malların alınmasının xx.xx.2022-ci il tarixdən davam etdirilməsinin səbəbini bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində mühasib vəzifəsində işləyən Şahid8 da Şahid5 ilə eyniməzmunlu ifadə verdi və onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində 1980-ci ilin yanvar ayından etibarən işləmiş, təxminən 10 il olar ki, həmin idarədə sahə rəisi vəzifəsində işləmişdir. Sahə rəisi kimi onun işi idarə üçün təmir işlərini aparan fəhlələrin fəaliyyətinə nəzarət olunmasından ibarət olmuşdur. Təxminən 4-5 il olar ki, idarə rəisinin imzaladığı əmrlə o, idarə üzrə tender komissiyasının üzvü vəzifəsini də icra etmişdir. Həmin vəzifədə o, müvafiq tender nəticəsində qalib müəssisə ilə bağlanılmış müqavilə əsasında alınmış və anbarda saxlanılan malların cari təmir zamanı istifadə edilməsinə nəzarət edilməsi ilə məşğul olmuşdur. Belə ki, hər bir il üzrə görülən cari təmir zamanı lazım olan materiallar onun tərəfindən rəsmiləşdirmə işləri aparılmaqla anbardan götürülərək təmir işlərinin aparıldığı yerlərə sərf edilmiş, bu zaman da müvafiq aktlar tərəfindən tərtib edilmişdir. 2022-ci il üzrə də işlədiyi idarənin rəisi Şahid7 tərəfindən imzalanmış əmr əsasında o, tender komissiyasının üzvü təyin edilmişdir. Göstərilən vaxt qeyd etdiyi qaydada nəzarəti altında Mingəçevir şəhərində təmir olunan 16 binanın - ünvan 3 ünvanda yerləşən 4 və 5 mərtəbəli yaşayış binalarında, ünvan 4 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binalarında, ünvan 5a yerləşən 5 mərtəbəli yaşayış binasının təmiri işləri görülmüş, həmin zaman da tender nəticəsində qalib müəssisə olan "xxxx" MMC-dən qeyd edilmiş təmir işlərində istifadə edilməsi üçün nəzərdə tutulmuş tikinti materialları alınmışdır. Həmin tikinti materialları mismar, taxta, şurup, bender, astar üzlük, boya, emulsiya, əlcək, reyka, plastik pəncərə və dəmir qapılar, sement, şpaklyovka, yapışdırıcı, iş geyimləri və digər materiallar olmuşdur. Qeyd edilmiş materiallar hazırki dövrə qədər müvafiq təmir işlərinə tamamilə sərf edilmişdir. Həmin mallardan hazırki dövrə hansısa qalıq qalmamışdır. "xxxx" MMCdən alınmış ancaq tikinti materiallarının anbardan götürülüb cari təmirdə istifadə edilməsinə nəzarəti həyata keçirmiş, dəftərxana və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin kimlər tərəfindən götürülüb hara sərf edildiyini bilməmişdir. "xxxx" MMC-nin qalib olduğu tender şəffaf keçirilmiş, həmin tender proseduru gedişatında hansısa qanun pozuntusu müşahidə etməmişdir. Göstərilən tenderin nəticələrinin ləğv edildiyini o, bilməmiş, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan xəbəri olmamışdır. İşlədiyi idarədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə danışıqlarda səlahiyyətli şəxs Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin baş mühəndisi və tender komissiyasının sədri Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Mingəçevir şəhərində anadan olmuş və həmin şəhərdə 2000-ci ildə orta məktəbi bitirmişdir. 2000-ci ildən 2004-cü ilə qədər Bakı Dövlət Universitetində beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsində ali təhsil almış, təxminən 2005-2006-cı ildə Bos Shelf adlı təşkilatda mühafizəçi kimi işə başlamış, həmin vəzifədə 2 ay işləmişdir. Sanqaçal neft və qaz terminalında 2006-cı ildən 2010-cu ilə qədər mühafizəçi və nəzarətçi vəzifələrində işləmiş, 2010-cu ildən 2012-ci ilə qədər Mingəçevir şəhərində fəaliyyət göstərən MRT İnşaat adlı şirkətdə mühasib vəzifəsində işləmişdir. MRT İnşaat-ın təsisçisi və direktorunu xatırlamamışdır. 2012-ci ildən 2013-cü ilə qədər Texnikabank ASC-nın Yevlax filialında xəzinədar vəzifəsində, 2013-cü ildən 2016-cı ilə qədər Texnikabank ASC-nın Mingəçevir filialında xəzinədar vəzifəsində işləmiş, 2016-cı ildən 2017-ci ilə qədər Kapitalbank ASCnin Ağdaş filialında əməliyyatçı, 2017-ci ildən 2020-ci ilə qədər Kapitalbank ASC-nin Mingəçevir filialında xəzinədar vəzifəsində işləmişdir. 2020-ci ildə həmin vəzifədən öz ərizəsi əsasında azad edilmiş və həmin il Cəlilabad Şərab ASC-də baş mühasib vəzifəsinə işə düzəlmişdir. Qeyd edilmiş vəzifədə 2021-ci ilə qədər işləmiş, həmin vaxt atası X9 vəfat etdiyindən və anası X1 şəhərində tək yaşadığından o, Mingəçevir şəhərinə qayıtmaq qərarına gəlmişdir. 2021-ci ilin sentyabr ayında Cəlilabad Şərab ASC-dəki işindən ayrılmış və Mingəçevir şəhərinə qayıtmışdır. 2014-cü ildə X14 ilə ailə həyatı qurmuş, himayəsində 2016-cı il təvəllüdlü Ömər Şöyübov və 2018-ci il təvəllüdlü Nərgiz Şöyübova adlı uşaqları vardır. 2021-ci ilin sentyabr ayından ailəsi və anası ilə birlikdə Mingəçevir şəhərində qeydiyyatda olduğu ünvanda yaşamışdır. 2021-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikasının müxtəlif rayonlarında tikinti materiallarının və ərzaq məhsullarının alqı-satqısı ilə məşğul olmuşdur. Həmin vaxt o, Kürdəmir, Beyləqan, Ucar, Balakən, Zaqatala rayonlarına dostu, Mingəçevir şəhər sakini X7 məxsus **-GL-*** dövlət nömrə nişanlı Ford Transit maşını ilə gedərək, xatırlamadığı müxtəlif mağazalardan satış üçün lazımlı olan tikinti materiallarının və ərzaq məhsullarının siyahısını götürmüş və müvafiq məhsulları həmin rayonlarda digər yerlərdən alıb üzərinə ticarət əlavəsi qoymaqla satışını həyata keçirmişdir. Həmin dövrdə olan dövriyyəsini və əldə etdiyi gəliri artıq xatırlamamışdır. Müvafiq dövrdə fiziki şəxs kimi yaxud hansısa hüquqi şəxsin rəhbəri, səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərməmiş, vergi orqanlarında qeydiyyatda olmadan fəaliyyət göstərmişdir. 2022-ci ilin yanvar və ya fevral ayında o, Alpan Group MMC-ni təsis etmiş, həmin cəmiyyətdə 100 faiz təsis payı ona məxsus olmuşdur. Həmçinin direktor vəzifəsini də özü icra etməyə başlamışdır. Cəmiyyəti təsis edib fəaliyyət göstərməkdə əsas məqsədi tender vasitəsilə müxtəlif malların satışını həyata keçirib qazanc əldə etmək olmuşdur. Cəmiyyətin hüquqi ünvanı Bakı şəhərində xatırlamadığı ünvandır. Həmin ünvan dostu X10 məxsus ev olmuşdur. Davudu təxminən 10 il olar ki, tanımış, sonuncunu Mingəçevir şəhərində 15 nömrəli məktəbdə sinif yoldaşı olduqlarına görə tanımış, ancaq hansı institutda təhsil aldığını xatırlamamışdır. Cəmiyyətin faktiki fəaliyyət göstərdiyi ünvanı kimi də qeyd etdiyi hüquqi ünvan qeydə alınmışdır. Cəmiyyətin işçiləri Abdullayev Zahir və Şabanov Nail rəsmiləşdirilmiş, həmin şəxslərlə onun tanışlığı olmamış, göstərilən şəxsləri Davud Məmmədov vasitəsilə işə qəbul etmişdir. Qeyd edilmiş şəxslərlə 2022-ci ilin mart ayında əmək müqavilələri bağladığını xatırlamışdır. Cəmiyyətin bank hesabları Bank Respublika ASC-nin Mingəçevir filialı və AFB Bank ASC-nin Nərimanov filialında açılmışdır. Əsas bank əməliyyatları AFB Bank ASC-nin Nərimanov filialı vasitəsilə aparılmışdır. 2022-ci ilin mart ayında dəqiq xatırlamadığı gündə etender.gov.az saytına daxil olaraq qüvvədə olan açıq tender elanlarına baxmış və orada Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən təsərrüfat malları, dəftərxana ləvazimatları və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması üzrə tender elanını görmüş, göstərilən elanın səhifədə siyahıda birinci olduğunu həmin zaman gördüyünü xatırlamışdır. Həmin vaxt qeyd edilmiş elanda lazım olan, tikinti materialları – emulsiya, boya, şpaker, plastik boru, qapı və digər tikinti materialları, dəftərxana ləvazimatları – A4 kağız, qələm, dəftər və digər dəftərxana ləvazimatları, ehtiyat hissələri – təkər, QAZ 53 maşını üçün ehtiyat hissələri və difər hissələrin siyahısını götürmüş və həmin siyahı əsasında təxminən 1 həftə müddətində lazım olan müvafiq malların qiymətlərini çıxartmışdır. Göstərilən malların qiymətlərini Bakı şəhərində Sədərək, Binə və Dərnəgül bazarlarında olan xatırlamadığı şəxslərdən öyrənmişdir. Həmin zaman müəyyən etdiyi müvafiq qiymətin üzərinə təxminən 2-3 faiz ticarət əlavəsi gələrək 149999 manat məbləğində müvafiq malları Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə sata biləcəyinə dair təklifi müvafiq internet saytında yerləşdirmişdir. İnternet saytında müvafiq tender təklifi üzrə, həmçinin "xxxx" MMC-nin rekvizitlərini, nizamnaməsini, maliyyə vəziyyəti barədə məktubu və digər zəruri sənədləri PDF formatında yükləmişdir. Sonra 2022-ci ildə aprel ayında xatırlamadığı gündə istifadəsində olan mailto:soyubof@gmail.comElektron ünvan 3 elektron poçt ünvanına elektron poçt gəldiyini və həmin poçtda tender üzrə qalib olduğunun qeyd edildiyini görmüş, müvafiq elektron poçt etender saytı tərəfindən ona göndərilmişdir. Sonra o, hissə-hissə təxminən 11-12 dəfəyə malları Bakı şəhərində Sədərək, Binə və Dərnəgül bazarlarında olan Fortis Group, Link Pro, Paletra və digər xatırlamadığı müəssisələrin xatırlamadığı nümayəndələrindən alaraq Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə təhvil vermişdir. O, malları alarkən müqavilələr və digər zəruri sənədlər tərtib edilmiş, ancaq o, malları aldığı şəxsləri və şirkətlərin bir hissəsini xatırlamamışdır. Qeyd edilmiş şirkətlərin bank hesablarına pullar AFB Bank ASC-nin Nərimanov filialı vasitəsilə ödənilmişdir. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə malları təhvil verdiyi şəxs baş mühəndis vəzifəsində işləyən Ramiz adlı şəxs olmuşdur, o, həmin idarədən ancaq Ramizi tanımış, müvafiq idarədə işləyən digər hər hansı şəxsi tanımamışdır. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi Mingəçevir şəhərində Maqomeyov küçəsində “8 market” adlı marketin yaxınlığında yerləşmiş, o da malları həmin ünvanda Ramizə təhvil vermişdir. Malları aldığı şəxslər müvafiq malları Mingəçevir şəhərinə özləri göndərmiş, həmin mallar yük maşınları və digər nəqliyyat vasitələri ilə ona çatdırılmış, o da həmin malları Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə təhvil vermişdir. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən müvafiq malların dəyəri işlədiyi cəmiyyətin AFB Bank ASC-nin Nərimanov filialında olan hesabına 11-12 dəfəyə ödənilmişdir. Həmin pul vəsaitini müvafiq bank hesabından malları aldığı cəmiyyətlərə ödəmişdir. Pulu ödədiyi cəmiyyətlər Fortis Group, Link Pro, Paletra və digər xatırlamadığı cəmiyyətlər olmuşdur. 2022-ci ilin sentyabr-oktyabr ayında sonuncu hissə malları Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə təhvil vermiş, bununla da həmin vaxt tender üzrə bütün malların təhvil verilməsini həyata keçirmişdir. Qeyd etdiyi tender üzrə prosedurlar şəffaf keçirilmiş, hansısa qanunsuz hallarla rastlaşmamışdır. Müvafiq əməliyyatlardan ƏDV-ni dövlət büdcəsinə ödəmişdir. 2022-ci ilin oktyabr və dekabr ayında Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin elan etdiyi tenderdə yenidən iştirak etmiş, ancaq həmin vaxtlarda müvafiq tenderlərdə qalib olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində 2021-ci ilin aprel ayından etibarən işləmiş, həmin vaxtdan göstərilən İdarənin rəisi vəzifəsində işləmişdir. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi üçün dövlət büdcəsindən 2022-ci il üzrə 180000 manat (ƏDV ilə birlikdə) pul vəsaitinin ayrılması nəzərdə tutulmuş, həmin məbləğ Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən tərtib edilmiş 2022-ci il üzrə xərc sənədində öz təsbitini tapmış, həmin sənəd onun tərəfindən imzalanaraq Mingəçevir rayon İH-nə göndərilmişdir. Daha sonra da müvafiq pul vəsaitinin ayrılması planlaşdırılmışdır. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 2021-ci ilin təxminən may ayından Mingəçevir şəhəri ərazisində 16 yaşayış binasının təmiri işlərinə başlanılmış, 2022-ci ildə həmin tikintidə istifadə edilməsi üçün tikinti materiallarına, o cümlədən Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin ehtiyaclarını qarşılamaq üçün dəftərxana ləvazimatları və nəqliyyat vasitələrinin alınmasına ehtiyac yaranmışdır. Bu səbəbdən 2022-ci ilin fevral ayında imzaladığı əmr əsasında tender komissiyası yaradılmış, müvafiq komissiyanın sədri vəzifəsinə idarədə baş mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs, komissiyanın üzvləri vəzifəsinə isə həmin idarədə baş mühasib vəzifəsində işləyən X13, baş mühasibin müavini vəzifəsində işləyən Şahid5, mühasib vəzifəsində işləyən Şahid8 Səftər qızı və sahə rəisi vəzifəsində işləyən Şahid6 təyin edilmişdir. Qeyd edilmiş tender üzrə səlahiyyətli şəxs komissiyanın sədri Təqsirləndirilən şəxs olmuşdur. Bildiyi qədər 2022-ci ilin fevral ayında komissiya üzvləri tərəfindən tender barədə rəsmi dövlət orqanının internet saytında elan yerləşdirilmişdir. Tenderin gedişatı, tenderdə iştirak edən təşkilatları xatırlamamış, ancaq qalib cəmiyyətin "xxxx" MMC olduğunu, məhz həmin cəmiyyətlə də 2022-ci ilin aprel ayında müqavilə bağladığını xatırlamışdır. Müvafiq tender proseduru zamanı hansısa qanunsuz halın baş verdiyini xatırlamamışdır. Tenderdə iştirak edən cəmiyyətlər arasında ən aşağı qiymətə təklif edən cəmiyyət, yəni qalib cəmiyyət kimi "xxxx" MMC tender komissiyası tərəfindən tərtib edilmiş protokolla rəsmiləşdirilmiş və nəticələr İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinə göndərilmiş, həmin Xidmət tərəfindən də yekun protokol qeydiyyata alınmışdır. Daha sonra "xxxx" MMC-nin direktoru Şahid3 ilə onun arasında işlədiyi idarənin inzibati binasında müqavilə bağlanılmışdır. Daha sonra büdcədən işlədiyi idarəyə pullar ayrıldıqca hissə-hissə "xxxx" MMC-nin bank hesabına pulların ödənilməsinə başlanılmış, buna uyğun olaraq həmin cəmiyyət tərəfindən də mallar hissə-hissə işlədiyi idarənin ünvan 2 ünvanda yerləşən anbarına təhvil verilmişdir. Təhvil işlərini işlədiyi idarə adından tender komissiyasının sədri kimi məsul şəxs Təqsirləndirilən şəxs həyata keçirmişdir. Qeyd edilmiş mallardan tikinti materialları Mingəçevir şəhərində təmir olunan 16 binanın - ünvan 3 ünvanda yerləşən 4 və 5 mərtəbəli yaşayış binalarında, ünvan 4 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binalarında, ünvan 5a yerləşən 5 mərtəbəli yaşayış binasının təmirində istifadə edilmişdir. Dəftərxana ləvazimatları və ehtiyat hissələri isə ehtiyacları üzrə sərf edilmişdir. "xxxx" MMC-nin nə vaxt təsis edildiyini, əmlakının, anbarının, işçilərinin olmadığını bilməmiş, müvafiq tender üzrə səlahiyyətli şəxs Ramis olmuşdur. Göstərilən tenderin ləğv edilməsindən 2022-ci ilin dekabr ayında məlumatı olmuşdur. Belə ki, həmin vaxt müvafiq tenderlə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmağa başlanılmış, həmin vaxt o, tender üzrə sənədlərə baxdığı zaman göstərilən tenderin ləğv edilməsi haqqında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubunun olduğunu görmüşdür. Həmin məktubun 2022-ci ilin iyun ayında işlədiyi idarəyə daxil olmasından göstərilən vaxt məlumatı olmamışdır, Təqsirləndirilən şəxs yaxud komissiyanın digər üzvləri ona bu barədə məlumat verməmişlər. Tender üzrə səlahiyyətli şəxs həmin tender komissiyasının sədri, müvafiq tender üzrə isə Təqsirləndirilən şəxs olmuşdur. Həmin tender üzrə prosedurun qanuna uyğun aparılmasına sonuncu məsul olmuş, bununla bağlı da bütün zəruri qərarları Təqsirləndirilən şəxs qəbul etmişdir. Təqsirləndirilən şəxs komissiya sədri olduğu tenderlər üzrə, o cümlədən 2022-ci ilin fevral ayında elan edilmiş tenderlə bağlı hər bir halı, o cümlədən 2022-ci ilin fevral ayında elan edilmiş tenderin nəticədə ləğv edildiyini diqqətsizlik edərək ona deməmişdir. Təqsirləndirilən şəxs hansı səbəbdən tender ləğv edildiyi halda "xxxx" MMC-dən malların qəbulunun həyata keçirilməsini davam etdirdiyini bilməmişdir. Bildiyi qədər "xxxx" MMC ilə bağlanılmış müqavilə əsasında həmin cəmiyyətdən müqavilə ilə nəzərdə tutulmuş bütün mallar alınmış və "xxxx" MMC müqavilə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid2 məhkəməyə xx.xx.2023–cü il tarixdə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş və səhhəti ilə əlaqədar olaraq məhkəmə istintaqında üzürlü səbəbdən iştirak edə bilməməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Şahid2 məhkəmə istintaqında iştirak etməməsinin səbəblərini üzürlü saymış və onun məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmalarına Nəzarət şöbəsinin müdiri vəzifəsində 2020-ci ilin iyun ayından işləmiş, bu vəzifədə əsas işi işlədiyi müvafiq şöbənin fəaliyyətinə nəzarət, dövlət satınalmalarının nəticələrinin təhlili, şikayətlərin və müraciətlərinin təhlili, araşdırılması, cavablandırılmasından ibarət olmuşdur. Şöbədə 4 sektor-qanunvericiliyin tətbiqinə nəzarət, şikayətlər və müraciətlərlə iş sektoru, təlim və metodiki təlimatların hazırlanması sektoru və hesabatlılıq sektoru olmuş, şöbədə cəmi 1 şöbə müdiri, 2 müavin, 4 sektor müdiri var, cəmi şöbədə 25 nəfər işləmişdir. etender.gov.az saytı vasitəsilə həyata keçirilən açıq tender satınalmaları haqqında o, bildirmişdir ki, hər hansı satınalan təşkilat açıq tender metodu ilə elektron qaydada satınalma keçirmək istədikdə bunun üçün e.tender.gov.az saytında Asan imzadan istifadə etməklə qeydiyyatdan keçərək tender elanını yerləşdirmiş, sonra etender.gov.az saytı vasitəsilə iştirakçı cəmiyyət qismində qeydiyyatdan keçmiş hər hansı cəmiyyət müvafiq tenderdə iştirak etmək istədiyi təqdirdə müvafiq tenderi həmin saytda seçərək iştirak haqqını ödəmiş, şərtlər toplusunu əldə etmiş, tender üzrə zəruri sənədləri və təklifini həmin sayta daxil etmiş, bundan sonra satınalan təşkilat tərəfindən müvafiq təkliflər açılaraq tenderin nəticələrinə dair yekun protokol məlumat üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmiş, daha sonra isə müvafiq protokol işlədiyi şöbəyə daxil olmuşdur. Tender üzrə hər hansı şikayət daxil olmadığı halda protokol, habelə tenderin iştirakçısı olan cəmiyyətlər tərəfindən sayta daxil edilmiş sənədlər qanunvericiliyin tətbiqinə nəzarət şöbəsində təhlil edilmiş, protokol və daxil edilmiş sənədlər qanunveriliciyin tələblərinə uyğun gəldiyi təqdirdə bu barədə cavab aidiyyəti satınalan təşkilata göndərilmişdir. Əgər tender üzrə hər hansı şikayət daxil olubsa o zaman protokol müvafiq araşdırmanın aparılması məqsədilə şikayətlər və müraciətlərlə iş sektoruna göndərilmiş, orada araşdırma nəticəsində hər hansı pozuntu halı aşkarlandığı təqdirdə tenderin nəticələri ləğv olunmuş və bu barədə aidiyyəti satınalan təşkilata məlumat verilmişdir. Araşdırma zamanı hər hansı pozuntu halı aşkar edilmədiyi halda müvafiq protokol qanunvericiliyin tətbiqinə nəzarət şöbəsinə göndərilmiş və həmin şöbədə qeyd etdiyi qaydada təhlil aparılmışdır. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən “etender.gov.az” saytı vasitəsilə 2022-ci ilin mart ayında “2022-ci il üzrə mal-materialın, alətlərin, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, təsərrüfat malları və dəftərxana ləvazimatlarının satınalınması” üzrə keçirilmiş açıq tender proseduru haqqında o, bildirmişdir ki, həmin tender üzrə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli yekun protokol tərtib edilərək işlədiyi Xidmətə, daha sonra isə işlədiyi şöbəyə daxil olmuş, protokol işlədiyi şöbənin qanunvericiliyin tətbiqinə nəzarət şöbəsində təhlil edilmiş, hər hansı prosedur pozuntu halı aşkar edilmədiyi üçün bu barədə məktub Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə göndərilmişdir. İşlədiyi şöbədə qeyd etdiyi qaydada çoxsaylı tender nəticələri təhlil olunduğu üçün ilkin təhlil zamanı detallı nəzarətin həyata keçirilməsi fiziki cəhətdən mümkün olmamışdır. Nəticələr təsdiq edildikdən və Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə göndərildikdən bir neçə gün sonra müvafiq tenderin iştirakçısı olan Technicaz MMC-nin direktoru tərəfindən Xidmətə şikayət daxil olmuş, tenderin qalibi olan Alpan Group MMCnin peşəkarlığının, təcrübəsinin olmaması barədə məlumat verilmişdir. Bu barədə aparılmış araşdırma zamanı həqiqətən də Alpan Group MMC-nin peşəkarlığının, təcrübəsinin satınalma müqaviləsinin icrasını təmin etməyə kifayət etmədiyi müəyyən edilmiş, bu səbəbdən həmin tenderin nəticələri ləğv edilmiş və aidiyyəti üzrə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə göndərilmişdir. Alpan Group MMC tərəfindən müvafiq tender üzrə vergi öhdəlikləri ilə bağlı vergi orqanından əldə edilmiş arayışda müvafiq arayışın tenderdə iştirak üçün əsas vermədiyinə dair müvafiq qeyd olsa da, həmin arayışda vergi öhdəliklərinin olmadığına dair qeyd olduğu, müvafiq qeyd də Dövlət satınalmaları haqqında qanunun 6-cı maddəsinə uyğun olduğu üçün həmin arayış qəbul edilmişdir. Bunula yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, mütəxəssis rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, qərarlarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 13 nömrəli xx.xx.2016-cı il tarixli əmrinin surətindən görünür ki, MT və Aİ-nin rəis müavini Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən baş mühəndis vəzifəsinə keçirilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 77 nömrəli xx.xx.2018-ci il tarixli əmrinin surətindən görünür ki, Mingəçevir şəhər MT və Aİ-si üzrə bütün maddi məsul şəxslərin hesabında olan az qiymətli tez köhnələn invertarların və əsas vəsaitlərin, əmtəə, mal-material qiymətliləri, pul vəsaitləri və haqq-hesabların inventarizasiyasının aparılması məqsədi ilə komissiya yaradılmış, komissiyanın sədri baş mühəndis Təqsirləndirilən şəxs təyin edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 33 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, açıq tender sorğusu prosedurunun təşkili və keçirilməsi məqsədi ilə tender komissiyası yaradılmış, idarənin baş mühəndisi Təqsirləndirilən şəxs komissiyanın sədri seçilmişdir. Cinayət işinin materiallarında olan tenderin nəticələri haqqında tender komissiyasının xx.xx.2022-ci il tarixli yekun protokolundan görünür ki, Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən elan edilmiş və xx.xx.2022-ci il saat 11:00-da təkliflərin açıldığı tender nəticəsində malların alınması üçün "xxxx" MMC (VÖEN **********) tərəfindən 149.999,99 manat, "xxxx" MMC (VÖEN **********) tərəfindən 169.158,56 manat, "xxxx" QSC (VÖEN **********) tərəfindən 168.023,49 manat, "xxxx" MMC (VÖEN **********) tərəfindən 173.861,00 manat məbləğində tender təklifləri verilmiş və nəticədə "xxxx" MMC qalib olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX-11/01-5/1375p nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli yekun protokol xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli 01 saylı müqavilədən görünür ki, Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 2022-ci il üzrə mal-materialların, alətlərin, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, təsərrüfat mallarının və dəftərxana ləvazimatlarının satınalınması məqsədilə etender.gov.az saytı vasitəsilə elan edilmiş açıq tender proseduru nəticəsində həmin İdarə tərəfindən xx.xx.2022-ci il tarixdə tender zərflərinin açılması nəticəsində 149.999,99 manat tender təklifi ilə qalib cəmiyyət olan "xxxx" MMC-nin direktoru Şahid3 ilə Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Şahid7 arasında 149.999,99 manat dəyərində malların satın alınması üzrə müqavilə bağlanılmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 59 nömrəli xx.xx.2022-ci i ltarixli əmrinin surətindən görünür ki, Mingəçevir şəhər MT və Aİ-si üzrə bütün maddi məsul şəxslərin hesabında olan az qiymətli tez köhnələn invertarların və əsas vəsaitlərin, əmtəə, mal-material qiymətliləri, pul vəsaitləri və haqq-hesabların inventarizasiyasının aparılması məqsədi ilə komissiya yaradılmış, komissiyanın sədri idarənin baş mühəndisi Təqsirləndirilən şəxs təyin edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Mingəçevir şəhəri, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə "xxxx" MMC arasında Mingəçevir şəhərində yerləşən yaşayış binalarında təmir işlərinin görülməsi məqsədi ilə tikinti materiallarının, dəftərxana ləvazimatları və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması məqsədi ilə bağlanmış xx.xx.2022-ci il tarixli 01 saylı satınalma müqaviləsi üzrə aparılmış araşdırılma ilə görülmüş işlərə dair tərtib edilmiş aktlar üzrə iş həcimlərinin yerində olduğu, bu məqsədlə alınmış mal-materialın, o cümlədən dəftərxana ləvazimatları və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin qiymətinin mövcud orta bazar qiymətinə uyğun olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan AR İN yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Mingəçevir ŞİH Mingəçevir Şəhər MKTİB-nin Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, “Dövlət satınalmaları haqqında” AR Qanununun 23.1-ci maddəsinə əsasən tender komissiyasının tərkibi tək sayda (ən azı 5 nəfər) olmaqla, satınalan təşkilatın mütəxəssislərindən və əlaqədar təşkilatın nümayəndələrindən ibarət formalaşdırılmalı olduğu, lakin Mənzil təsərrüfatı və Abadlaşdırılması İdarəsi tərəfindən tender komissiyasının tərkibinin 4 nəfərdən ibarət olmaqla cüt sayda formalaşdırıldığı, buna görə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu müsabiqənin nəticələrinin ləğv olunmasını və satınalmaların “Dövlət satınalmaları” haqqında AR Qanununun tələblərinə uyğun yenidən keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Cinayət işinin materiallarında olan AR İN yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Mingəçevir ŞİH Mingəçevir Şəhər MKTİB-nin Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Dövlət satınalmaları haqqında” AR Qanununa əsasən satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri 6-cı maddədə göstərilmiş meyarlara uyğun gəlməli, lakin dövlət satınalmalarının vahid internet portalından əldə olunan məlumatlara əsasən sözügedən müsabiqə üzrə "xxxx" MMC-nin ixtisas göstəricilərinin qeyd olunan meyarlara uyğun gəlməməsinə baxmayaraq, malgöndərənin qalib seçildiyi, həmçinin, həmin qanunun 22.1-1-ci maddəsinə əasən satınalan təşkilatın satınalmaların aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkilini təmin etdiyini, lakin satınalan təşkilatın “mal-materialları, alətləri, nəqliyyat vasitələri üçün ehtiyat hissələri, təsərrüfat malları və dəftərxana ləvazimatları” kimi müxtəlif təyinatlı malların satın alınması üçün bir tender prosedurunu keçirərək malgöndərənlərin müsabiqədə ştirakının məhdudlaşdırılması, göstərilənlərə əsasən, dövlət vəsaitinin qənaətlə və səmərəli xərclənməsi, bütün iddiaçılar arasında bərabər rəqabət imkanlarının yaradılması və ayrı-seçkiliyə yol verilməməsi məqsədi ilə qanunun 57.3.4-cü maddəsindən irəli gələn səlahiyyətlərinə istinad edərək keçirilmiş müsabiqənin nəticələrinin ləğv olunaraq Qanunun tələblərinə uyğun tenderin yenidən təşkil edilməsi və Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX-11/01-5/1375p nömrəli məktubunun etibarsız hesab edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-2.1-ci maddəsindən həmin məcəllənin 314.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs AR CM-nin 314.1-ci mddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmış, onun barəsində CM-in 179 və 308.2-ci maddələri ilə cinayət təqibinə CPM-in 39.12-ci maddəsinə əsasən xitam verilmişdir. Şahid7, X13, Şahid5, X3 və Şahid6 əməllərində hər hansı cinayətin əlamətləri müəyyən edilmədiyindən, həmin şəxslər barədə cinayət təqibinə CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 2021-ci il üzrə elan edilmiş tender üzrə Şahid7 və Təqsirləndirilən şəxs əməllərində hər hansı cinayətin əlamətləri müəyyən edilmədiyindən, həmin şəxslər barədə cinayət təqibinə CPM-in 39.1.2ci maddəsinə əsasən xitam verilmişdir. Tenderin nəticələri haqqında tender komissiyasının xx.xx.2022-ci il tarixli yekun protokolu, xx.xx.2022-ci il tarixli 01 saylı müqavilə, xx.xx.2022ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlar, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX-11/11-7/575s nömrəli məktubu, mailto:mtai.mingecevir@mail.ruElektron ünvan 1 elektron poçt ünvanına xx.xx.2022-ci il tarixdə saat 16:00-da elektron poçtun daxil olması haqqında sənədin surəti maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi zərərçəkimiş şəxs qismində tanınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməməklə işinə laqeyd münasibəti nəticəsində “Dövlət satınalmaları haqqında” Qanunun müddəalarına riayət etməyərək, "xxxx" MMC-nin direktoru Şahid3 xx.xx.2022-ci il tarixdə 6699,33 manat, xx.xx.2022-ci il tarixdə 7336,66 manat, xx.xx.2022-ci il tarixdə 9581,76 manat, xx.xx.2022ci il tarixdə 9391,28 manat, xx.xx.2022-ci il tarixdə 16.528,42 manat, xx.xx.2022-ci il tarixdə 35.088,63 manat, cəmi 84.626,08 manat dəyərində malların qəbulunu həyata keçirməsi ilə qeyd edilmiş tarixlərdə müvafiq dəyərin Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin "xxxx" ASCnin Mingəçevir şəhər filialında olan bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına ümumilikdə 84.626,08 manat (səksən dörd min altı yüz iyirmi altı manat səkkiz qəpik) məbləğində pul vəsaitinin ödənilməsinə səbəb olaraq, bununla da dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pozaraq, Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin dövlət vəsaitlərinin qənaətlə və səmərəli xərclənməsi, satınalmaların aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkili sahəsində qanuni mənafelərinə mühüm zərər vuraraq səhlənkarlıq edərək ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq açıq tender prosedurunun nəticəsinin ləğv olunaraq Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə bu barədə xx.xx.2022-ci il tarixli AİBNDX-11/11- 7/575s nömrəli məktub göndərilməsinə, bununla da "xxxx" MMC ilə bağlanmış xx.xx.2022ci il tarixli 01 saylı müqavilə əsasında həmin cəmiyyətdən malların alınmasının dayandırılmalı olmasına baxmayaraq, vəzifəli şəxs kimi öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməməklə işinə laqeyd münasibəti nəticəsində xx.xx.2001-ci il tarixli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə riayət etməyərək, "xxxx" MMC-nin direktoru Şahid3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək, cəmi 84.626,08 manat dəyərində malların qəbulunu həyata keçirməsi ilə qeyd edilmiş tarixlərdə müvafiq dəyərin Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin "xxxx" ASC-nin Mingəçevir şəhər filialında olan bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına ümumilikdə 84.626,08 manat (səksən dörd min altı yüz iyirmi altı manat səkkiz qəpik) məbləğində pul vəsaitinin ödənilməsinə səbəb olaraq, bununla da dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pozaraq, Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin dövlət vəsaitlərinin qənaətlə və səmərəli xərclənməsi, satınalmaların aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkili sahəsində qanuni mənafelərinə mühüm zərər vuraraq səhlənkarlıq etmişdir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs əməli məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1–ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qulluq mənafeyi əleyhinə olmaqla, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıqdan fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən “böyük ictimai təhlükə törətməyən” cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, iş yeri üzrə müsbət xarakteriza olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİnin xx.xx.2023–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış X8 tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş ərizədən görünür ki, təmsil etdiyi hüquqi şəxsin Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan aradan qaldırılmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İdarənin baş mühəndisi Təqsirləndirilən şəxs işlədiyi müddətdə özünü təcrübəli işçi kimi göstərmiş, əmək intizamına daim riayət etmiş, tapşırılan işləri məsuliyyətlə və vaxtında yerinə yetirmişdir. Ona görə də Mingəçevir şəhərinin inkişafında xidmətinə, ictimai həyatında fəal iştirak etdiyinə görə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2023-cü il tarixdə şəhərin 75 illik yubleyi münasibətilə Fəxri Fərmala təltif edilmişdir. Eləcə də, əmək funksiyalarını yerinə yetirərkən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına daima və ciddi şəkildə əməl etmiş və onun barəsində heç bir intizam tənbeh tədbiri tətbiq edilməmişdir. İşlədiyi kollektivdə dərin hörmət qazanmışdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cərimə növündə cəzanın təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə normanın sanksiyasında göstərilmiş ən yüngül cəza növü olan cəriməni təyin edərkən öz qənaətini Təqsirləndirilən şəxs uzun illər dövlət orqanında qüsursuz işləməsi, iş yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər və ümumiyyətlə CM-in xüsusi hissəsində nəzərdə tutulmuş digər kateqoriyaya aid hər hansı cinayət əməlini törətməməsini, əvvəllər məhkum olunmaması, yaşının çox olmasını və təqaüdə çıxmasına bir ildən bir qədər artıq müddətin qalmasını, həmçinin Mingəçevir ŞİH MKTİB MT və Aİ-nin təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmaması ilə əsaslandırır. Bununla yanaşı, məhkəmə, həmçinin hesab ki, Təqsirləndirilən şəxs barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsinin zəruri olub–olmaması məsələsi də həll edilməlidir. Baxmayaraq ki, əlavə cəza növünün təyin edilməməsinin motivlərinin ittiham hökmündə göstərilməsi cinayət–prosessual qanunvericiliyində nəzərdə tutulmamış, lakin araşdırılan cinayət əməli təqsirləndirilən şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək səhlənkarlıq etməklə törədildiyindən, cəzanın məqsədlərinə nail olunması baxımından, həmin cinayətə görə əlavə cəza növünün təyin edilməməsinin motivləri də ittiham hökmündə göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 346.1.14–cü maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzaların təyin edilməsinin zəruri olub–olmaması məsələsi məhkəmə tərəfindən müzakirə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2–ci, 46.3–cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14–cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011–ci il tarixli qərarında göstərmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46–cı maddəsinə istinad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2–ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri–mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsasən, həmçinin işin müəyyən edilmiş həqiqi hallarına uyğun olaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, belə qənaətə qəlir ki, Təqsirləndirilən şəxs barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin etmədən də cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti işə laqeyd münasibəti nəticəsində öz vəzifəsini yerinə yetirməyərək səhlənkarlıq etməklə, yəni vəzifəli şəxs kimi dövlət satınalmalarının həyata keçirilməsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən açıq tender prosedurunun nəticəsinin ləğv olunaraq Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə bu barədə xx.xx.2022-ci il tarixli AİBNDX-11/11-7/575s nömrəli məktub göndərilməsinə, bununla da "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 01 saylı müqavilə əsasında həmin cəmiyyətdən malların alınmasının dayandırılmalı olmasına baxmayaraq, bunu etməmiş, nəticədə xx.xx.2001-ci il tarixli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin, həmin qanunun 4-cü fəslinin, habelə qeyd olunan Qanunun 22.1-1-ci maddəsinin tələblərini pozmuşdur. Təqsirləndirilən şəxs həmin cinayəti əmək müqaviləsi əsasında təyin edildiyi, Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin baş mühəndisi vəzifəsi üzrə əmək funksiyalarını yerinə yetirərkən törətməmişdir. O, həmin cinayəti 2022-ci il üzrə mal-materialların, alətlərin, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, təsərrüfat mallarının və dəftərxana ləvazimatlarının satınalınması məqsədilə təşkil edilmiş və həmin idarənin rəisinin əmri ilə təyin edildiyi tender komissiyasının sədri vəzifəsini icra edərkən törətmişdir. Bununla belə təqsirləndirilən şəxs cinayəti öz vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən sui– istifadə etməklə, həmçinin qərəzli və sair niyyətini həyata keçirmək məqsədilə deyil, lazımi diqqətlilik və ehtiyatlılıq göstərmədən ehtiyatsızlıqdan törətmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, hazırkı cinayətin törədilməsində təqsirli hesab edilmiş Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin baş mühəndisi vəzifəsini tutma hüququnun saxlanılmasını qeyri–mümkün edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2–ci, 46.3–cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14–cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011–ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifədə saxlanılması və onun yenidən həmin vəzifəni tutması hüququndan məhrum edilməməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırki cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən edilmədi. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, cinayət işinin materiallarına əlavə edilmiş, tenderin nəticələri haqqında tender komissiyasının xx.xx.2022-ci il tarixli yekun protokolu, xx.xx.2022-ci il tarixli 01 saylı müqavilə, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlar, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX-11/11-7/575s nömrəli məktubu və mailto:mtai.mingecevir@mail.ruElektron ünvan 1 elektron poçt ünvanına xx.xx.2022-ci il tarixdə saat 16:00-da elektron poçtun daxil olması haqqında sənədin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırki cinayət işi üzrə məhkəmə məsrəfləri müəyyən edilməmişdir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1800 (bir min səkkiz yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, cinayət işinin materiallarına əlavə edilmiş, tenderin nəticələri haqqında tender komissiyasının xx.xx.2022-ci il tarixli yekun protokolu, xx.xx.2022-ci il tarixli 01 saylı müqavilə, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlar, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX-11/11-7/575s nömrəli məktubu və mailto:mtai.mingecevir@mail.ruElektron ünvan 1 elektron poçt ünvanına xx.xx.2022-ci il tarixdə saat 16:00-da elektron poçtun daxil olması haqqında sənədin surəti cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar