Məhkəmə qərarları › İş №1(051)-107/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-107/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-107/2025 20.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Şəfa bağ massivi, 3-cü küçədə yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 83cü bəndinə əsasən narkotik vasitə olan heroinin xeyli miqdarının təmiz halda qramlarla aşağı həddi 0,15 qram müəyyən edildiyi halda xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən tanışı Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə öncədən zəng edib bir dəfə istifadə üçün nəzərdə tutulmuş narkotik vasitə olan heroini 20 manat müqabilində almaq barədə razılaşdıqdan sonra 20 manat məbləğində pul vəsaitini Şahid1 istifadəsində olan «4169 7388 5908 6567» saylı «Kapital Bank»a məxsus kart hesabına göndərdikdən sonra həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın həyətinə gələrək Şahid1 yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanından atdığı bir ədəd ağ rəngli kağız bükümün içərisində xeyli miqdarda, yəni təmiz çəkisi 0,182 qram olan kustar üsulla hazırlanmış narkotik vasitəheroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, əynindəki qırmızı rəngli idman şalvarının sol yan cibində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 18:11 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanda saat 18:13dən 18:17-dək olan müddətdə üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə - heroin əynindəki qırımızı rəngli idman şalvarının sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Təxminən 2-3 il olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Bildirmişdir ki, o, Şahid1 5-6 ildir ki, tanıyır, aralarında yaxşı münasibət olmuşdur. Heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Şahid1 də onun kimi narkotik vasitələrdən istifadə etmişdir. Məryəmin qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Şahid2 da tanımış, lakin Əzizlə çox da münasibəti olmamışdır. Təxminən 2-3 həftə əvvəl Məryəmlə olan danışıqları zamanı Məryəm ona tanış adamının olduğunu, əgər istifadəsi üçün narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin lazım olarsa, ona deməsini, pulu göndərdikdən sonra həmin şəxsdən narkotik vasitə və ya psixotrop maddə götürüb ona verə biləcəyini demişdir. Lakin Məryəm ona həmin tanış şəxs deyə təqdim etdiyi şəxsin kim olmasını deməmişdir. Lakin o, ətrafında olan şəxslərdən həmin şəxsin Şahid2 olduğunu və onların narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmalarını eşitmişdir. Həmin vaxtdan etibarən Məryəmlə əlaqə saxlayaraq ondan şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin almışdır. Belə ki, o, istifadəsi üçün narkotik vasitə heroin lazım olan zaman Məryəmin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək və ya həmin telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” tətbiqinə mesaj yazaraq narkotik vasitə istəmişdir. Bundan sonra Məryəm ona istifadəsində olan “4169 7388 5908 6567” saylı Kapital Banka məxsus kart hesabına pul göndərməsini istəmişdir. Məryəm narkotik vasitə olan heroinin yarım qramını 50 manata, 1 dəfə istifadə üçün nəzərdə tutulmuş hissəsini isə 20 manata satırmış. Demək olar ki, hər gün istifadəsi üçün Məryəmdən narkotik vasitə heroin almışdır. O, pulu Məryəmin istifadəsində olan kart hesabına göndərdikdən sonra Məryəm ona Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın qarşısına gəlməsini demiş və binanın 4-cü mərtəbəsində yaşadığı mənzilin eyvanından verdiyi pula uyğun olaraq içərisində narkotik vasitə heroin olan bükümü ona atmışdır. O da həmin narkotik vasitəni şəxsi istifadəsi üçün sərf etmişdir. Hər dəfə olduğu kimi xx.xx.2025-ci il tarixdə saat 16 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Məryəmin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Məryəmdən 20 manat dəyərində, yəni 1 dəfə istifadəsi üçün narkotik vasitə olan heroin istəmişdir. Məryəm ona narkotik vasitə olan heroin olduğunu, pulu yenə də onun istifadəsində olan kart hesabına göndərməsini, evə çatanda xəbər etməsini və çıxıb narkotik vasitəni eyvandan atacağını demişdir. O, saat 16:30 radələrində istifadəsində olan mobil telefondan qeydiyyatdan keçdiyi istifadəsində olan ABB-yə məxsus olan 5522 0993 6430 3974 kart hesabından mobil tətbiq vasitəsilə Məryəmin istifadəsində olan “4169 7388 5908 6567” saylı Kapital Banka məxsus kart hesabına 20 manat pul göndərmişdir. Məryəmlə aralarında olan danışığa əsasən, o, Məryəmin yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın qarşısına getmişdir. Məryəm içərisində narkotik vasitə heroin olan 1 ədəd bükümü eyvandan həyətə ona atmışdır. O, narkotik vasitəni götürüb oradan uzaqlaşan zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün video çəkilişlə üzərinə yoxlama keçiriləcəyi bildirilərək üzərində narkotik vasitə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki qırmızı rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə içərisində narkotik vasitə heroin olan kütləni könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi içərisində narkotik vasitə heroin olan büküm onun və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkilmiş, heroinin ümumi çəkisi 0,31 qram olmuşdur. Həmin kütlə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bütün proseslər kameraya çəkilmişdir. Baxış barədə protokol tərtib olunmuş, o, və polis əməkdaşları protokola imza etmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində öz istifadəsində ***-***-**-** nömrəsindən tanışı Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nörməsi ilə əlaqə saxlayaraq şəxsi istifadəsi üçün narkotik vasitə heroin istəmişdir. O, əvvəl də Məryəmdən istifadəsi üçün narkotik vasitə aldığından və Məryəm istifadəsində olan “4169 7388 5908 6567” saylı Kapital Banka məxsus kart hesabına mobil telefonunda olan “ABB mobile” tətbiqi vasitəsilə qeydiyyatdan keçdiyi **********303974 kart hesabından 20 manat pul göndərmişdir. Sonra həmin narkotik vasitəni götürmək üçün Məryəmin yaşadığı binanın qarşısına gedərək onun yaşadığı mənzilin eyvanında atdığı narkotik vasitə olan heroini götürmüş, daha sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etdiyini, osatmaq məqsədinin olmadığını bildirmişdir. O, Şahid1 və Şahid2 narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmalarını bildiyini, lakin Əzizlə yaxın münasibəti olmadığından Əzizdən narkotik vasitə almadığını, narkotik vasitəni yalnız Məryəmdən kart hesabına pul köçürməsi etməklə aldığını bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində polis mayoru xüsusi rütbəsində xidmət edən Şahid5 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. Bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Mingəçevir ŞPŞnin Cinayət-Axtarış Bölməsinin əməkdaşları ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, üzərinin yoxlanılması zərurətinin yaranmasını bildirmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Həmin yerdə vidoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qırmızı rəngli idman şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin bir ədəd büküm Təqsirləndirilən şəxs yanında açılarkən bükümün içərisində olan kütlənin narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar həmin bir ədəd büküm elektron tərəzidə çəkilmişdir. Narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 0,31 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir qədər əvvəl Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binada yaşayan tanışı Şahid1 istifadəsində olan kart hesabına 20 manat göndərdiyini və Məryəm Qədirlinin də bu məbləğə uyğun qiymətdə olan narkotik vasitə heroini yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən eyvandan həyətə atdığını və narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Mingəçevir ŞPŞ-yə gətirilmişdir. Şəbinə Rzayevanın hüquqlarının müdafiəsi üçün Mingəçevir Vəkil Bürosunun növbədə olan vəkili X3 dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün üzərindən narkotik vasitə heroinə bənzər kütlənin aşkar olunaraq götürülməsinə dair tərtib olunmuş video çəkiliş maddi sübutlarla birlikdə şəhər polis şöbəsinin təhiqatçısına təhvil verilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid6, Şahid9, Şahid8 İlham oğlu və Şahid7 da Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində tanınmış Şahid4, Şahid10, Şahid2, Şahid1 və Şahid3 məhkəmə iclasında iştirak etməmiş, şahidlərin istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. Belə ki, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Mingəçevir ŞPŞnin Cinayət-Axtarış Bölməsinin əməkdaşları ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, üzərinin yoxlanılması zərurətinin yaranmasını bildirmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Həmin yerdə vidoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qırmızı rəngli idman şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin bir ədəd büküm Təqsirləndirilən şəxs yanında açılarkən bükümün içərisində olan kütlənin narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar həmin bir ədəd büküm elektron tərəzidə çəkilmişdir. Narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 0,31 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir qədər əvvəl Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binada yaşayan tanışı Şahid1 istifadəsində olan kart hesabına 20 manat göndərdiyini və Məryəm Qədirlinin də bu məbləğə uyğun qiymətdə olan narkotik vasitə heroini yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən eyvandan həyətə atdığını və narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Mingəçevir ŞPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Mingəçevir Vəkil Bürosunun növbədə olan vəkili X3 dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün üzərindən narkotik vasitə heroinə bənzər kütlənin aşkar olunaraq götürülməsinə dair tərtib olunmuş video çəkiliş maddi sübutlarla birlikdə şəhər polis şöbəsinin təhiqatçısına təhvil verilmişdir. Bundan sonra, həmin tədbirlərin davamı olaraq xx.xx.2025-ci il tarixdə saat 20:01 radələrində onlar tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə satmaqda şübhəli bilinən Şahid1 yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın 31 saylı mənzilinə baxış keçirilmişdir. Mənzilə Şahid1 və onun tanışı Şahid3 iştirakı ilə baxış zamanı Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məğul olması ilə bağlı olaraq şəhər polis şöbəsində məlumat olduğu, həmçinin şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı olaraq saxlanılması bildirilmişdir. Bundan sonra video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuşdur. Mənzilə baxış keçirilməzdən əvvəl Şahid1 mənzildə hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Şahid1 mənzilin qonaq otağında masanın üzərində olan 1 ədəd qırmızı rəngli seyfi göstərərək mənzildə olan narkotik vasitə və psixotrop maddələri həmin seyfdə saxladıqlarını bildirmişdir. Bundan sonra seyf Şahid1 tərəfindən açılmışdır. Seyfə baxış zamanı oradan 3 ədəd ayrı-ayrı bükümlərdə psixotrop maddə metamfetamin, 2 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin və 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş bükümlərdən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bükümlər elektron tərəzidə çəkilən zaman birinci bükümün çəkisi 1,96 qram, ikinci bükümün çəkisi 2,06 qram, üçüncü bükümün çəkisi 1,88 qram olmuşdur. İçərisində narkotik vasitə heroinə bənzər kütlələr olan bükümlər elektron tərəzidə çəkilən zaman birinci bükümün çəkisi 2,31 qram, ikinci bükümdə olan kütlənin çəkisi 2,08 qram oldu. Həmçinin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi isə 1,78 qram oldu. Baxış zamanı evdən başqa qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predment aşkar edilmədi. Bundan sonra həmin psixotrop maddə və narkotik vasitəyə oxşar kütlələrin hər biri qablaşdırılmış, zərflərin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Şahid1 yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin həmin evdə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Şahid2 məxsus olduğunu, həmin vasitələrdən istifadə etdiklərini, həmçinin xx.xx.2025-ci il tarixdə həmin narkotik vasitənin bir hissəsini Şahid2 məlumat verməklə tanışı Təqsirləndirilən şəxs 20 manat müqabilində satmasını bildirmişdir. Bundan sonra həmin tədbirlərin davamı olaraq onlar tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı xx.xx.2025-ci il tarixdə saat 23:10-da Mingəçevir şəhər sakini Şahid2 H.Əliyev prospekti 36 saylı binanın yaxınlığında saxlayaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gətirildikdən sonra Şahid2 üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə vəkil X6 dəvət olunmuş və vəkilin iştirak ilə Şahid2 qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs qızma narkotik vasitə satması ilə bağlı olaraq saxlanılması bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, Şahid2 qanunvericiliyə əsasən, şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuşdur. Şahid2 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Şahid2 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Şahid2 üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predment olmadığını bildirmiş və üzərində olan digər əyalarmı təqdim etmişdir. Aparılmış şəxsi axtarış zamanı Şahid2 üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra Şahid2 yaşadığı evə baxış keçirilməsi, o cümlədən onunla qeyri-rəsmi ər-arvad münasibətlərində olan Şahid1 tanışı Təqsirləndirilən şəxs 20 manat müqabilində narkotik vasitə heroin satması, o cümlədən mənzildən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmasını bildirməsi barədə məlumat verilmişdir. Şahid2 mənzildən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmasını, Şahid1 və özünün narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiklərini, Məryəmin Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə məlumatının olmasını bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 3 il bundan əvvəl tanımışdır. Təxminən 2 ildən artıq müddət olar ki, Şahid1 ilə qeyri-rəsmi ərarvad münasibətlərində olmaqla eyni ünvanda kirayədə yaşamışlar. O da, Şahid1 də həm narkotik vasitələrdən, həm də psixotrop maddələrdən istifadə etmişlər. Təqsirləndirilən şəxs da şəhər sakini kimi tanımış və Səbinənin Məryəmlə yaxın münasibəti olmuşdur. Həmçinin təxminən bir neçə ay olar ki, başqa bir tanışları Şahid3 İsfəndiyar qızı da onlarla birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı evin 4-cü mərtəbəsində yerləşən 31 saylı mənzilində yaşamışlar. O, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini sosial şəbəkədə tanış olduğu özünü, Araj kimi təqdim edən İran İslam Respublikasının vətəndaşından almışdır. Belə ki, həm narkotik vasitə olan heroinin, həm də psixotrop maddə olan metamfetaminin qramını 40 manata olmaqla həmin şəxsin verdiyi M10 hesabına pul köçürməsi etməklə almışdır. Təxminən 1 il müddətində həmin şəxslə əlaqəsi olmuşdur. Belə ki, o, “Araj” adlı şəxsin verdiyi hesaba lazım olan məbləğdə pul vəsaitini köçürdükdən sonra Arajın ona Bakı şəhəri ərazisində göndərdiyi yerdən gedib narkotik vasitəni və psixotrop maddəni əldə edib onları Mingəçevir şəhərinə gətirmişdir. Narkotik vasitəni və psixotrop maddəni gətirib Məryəmlə birlikdə yaşadığı evdə olan seyfdə saxlamışlar. Həmin narkotik vasitə və psixotrop maddədən həm Məryəmlə o, istifadə etmiş, həm də ətrafında olan tanış şəxslər istifadə üçün ondan istəyəndə həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini satmışdır. Təxminən xx.xx.2025-ci il tarixdə yenə də Araj adlı şəxslə əlaqə saxlayaraq onun verdiyi hesaba 400 manat pul köçürməsi edərək Bakı şəhərinə getmişdir. Arajın göndərdiyi ünvana gedərək narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini alıb onları Mingəçevir şəhərinə yaşadığı evə gətirmiş və onları evdə olan seyfə qoymuşdur. xx.xx.2025-ci il tarixdə təxminən saat 23 radələrində yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın yaxınlığında olan zaman polis əməkdaşları onu saxlamışlar və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və onlarla birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. Ona dövlət büdəcəsi hesabına X4 müdafiəçi təyin edilmiş və həmin vəkil ona təqdim edilmişdir. Videoçəkiliş zamanı ona hal şahidlərinin iştirakının məcburi olmamasını izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O, yenə də etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd Honor X7 markalı mobil telefonu, bir ədəd gümüş boyunbağını, sol yan cibindən bir ədəd Kapital banka məxsus 4169 7388 1382 7460 saylı plastik kartı, eyni zamanda bir ədəd psixotrop maddə istifadə etmək üçün nəzərdə tutulmuş boş trupkanı könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı mənzildən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olmasını bildirmişdir. Həmin narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşından almışdır. Şəxsi axtarış barədə polis əməkdaşları protokol tərtib etmişlər, polis əməkdaşları, o və müdafiəçisi X7 həmin protokolu imzalamışlar. Verilən suallara cavab olaraq o, yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı evin 31 saylı mənzilinə baxış keçirilən zaman oradan külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülməsi ilə bağlı olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu, onları həm istifadəsi, həm də satış məqsədi ilə İran vətəndaşından əldə edərək saxladığını bildirmişdir.Yaşadığı mənzilə baxış keçirilən zaman oradan aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi, 1,47 qram olan narkotik vasitə qurudulmuş marixuananın da ona məxsus olduğunu, onu polis əməkdaşları tərəfindən saxlanılmamışdan 2 gün əvvəl Mingəçevir şəhəri ərazisində taparaq əldə etdiyini və şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Həmçinin o, Şahid3 İsfəndiyar qızının da o və Şahid1 ilə birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı evin 31 saylı mənzilində yaşasa da Leylanın narkotik vasitələrdən istifadə etmədiyini və ya onların satışı ilə məşğul olmadığını bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Şahid2 təxminən 2 ildir ki, tanıyır və Əzizlə qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində olmuşlar. Əziz də onun kimi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Belə ki, istifadə etdikləri narkotik vasitə və psixotrop maddəni Əziz onun tanımadığı və iran vətəndaşı olduğunu dediyi şəxsdən alırmış. Lakin o, həmin şəxsi tanımamışdır. Belə ki, Əziz alacağı narkotik vasitəni danışdığı şəxsin dediyi hər dəfə fərqli-fərqli olan ərazilərdən gedib götürmüşdür. Əzizin əldə etdiyi narkotik vasitə və psixotrop maddəni yaşadıqları evdə olan seyfdə saxlamışlar. Onlardan o da, Əziz də istifadə etmişlər. Həmçinin o, Təqsirləndirilən şəxs uzun müddətdir tanımışdır. Səbinə ilə aralarında yaxşı münasibət olduğundan o, evdə saxladıqları narkotik vasitə olan heroini yalnız Səbinəyə satmışdır. Əzizin də narkotik vasitə və psixotrop maddəni satmasını bilsə də, Əzizin onları dəqiq kimə verməsini bilməmişdir. Belə ki, onun narkotik vasitə heroini yalnız Səbinəyə satmasını Əziz də bilmişdir. Səbinənin narkotik vasitə olan heroini almaq üçün onun istifadəsində olan “4169 7388 5908 6567” saylı Kapital Banka məxsus kart hesabına göndərdiyi pulları da Əzizə vermişdir. Təqsirləndirilən şəxs qızma iki həftə olar ki, narkotik vasitə heroin satırmış. Belə ki, Səbinə onun kart hesabına aldığı narkotik vasitə heroinin pulunu göndərmiş, o, yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın 4-cü mərtəbəsində yerləşən 31 saylı mənzilin eyvanından içərisində narkotik vasitə heroin olan bükümü həyətə Səbinəyə atırmış. Həmçinin Şahid3 İsfəndiyar qızı da Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın 31 saylı mənzilində onlarla birlikdə yaşamışdır. Leyla özü də narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman Leyla onun yanına gələrək Səbinənin zəng etdiyini, Səbinə ilə əlaqə saxlamasını demişdir. O, Səbinə ilə danışan zaman Səbinə narkotik vasitə istifadə etmədiyi üçün “lomkada” olduğunu, ona istifadə etmək üçün narkotik vasitə verməsini demişdir. O da Səbinəyə bir dəfəlik istifadə üçün narkotik vasitə heroini vermək üçün istifadəsində olan “4169 7388 5908 6567” saylı Kapital Banka məxsus kart hesabına 20 manat göndərməsini demişdir. Saat 16:30-da Səbinə karta 20 manat pul köçürməsi etmişdir. Danışıqlarına əsasən, Səbinə əvvəlki kimi yaşadığı binanın həyətinə gəlib onunla əlaqə saxlamış və narkotik vasitəni atmasını istəmişdir. O, bir bükümdə içərisində heroinə bənzər kütləni Şəbinə üçün həyətə atmışdır. Həmin vaxt Əziz də evdə olmuşdur. Əziz evdən çıxıb getdikdən sonra evdə o və Leyla qalmışlar. Həmin gün saat 20:01-də polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq keçirilmiş tədbirlə bağlı olaraq onların yaşadıqları mənzilə daxil olmuşlar. Belə ki, polis əməkdaşları ona Təqsirləndirilən şəxs saxlanılaraq üzəri yoxlanılan zaman üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini ondan aldığını dediyini bildirmişlər. O da qeyd olunanları olduğu kimi etiraf etmişdir. Daha sonra Leylanın və onun iştirakı ilə mənzilə baxış keçirmişlər. Mənzildə olan narkotik vasitələri video çəkilişlə könüllü təqdim etmişdir. Təqdim etdiyi ayrı-ayrılıqda bükümlərlə birlikdə metamfetaminə bənzər kütlələrdən birinci bükümü 1,96, ikinci bükümün çəkisi 2,06, üçüncü bükümün çəkisi 1,88 olmuşdur. Aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlələrdən birinci bükümün çəkisi 2,31 qram, ikinci bükümün çəkisi 2,08 olmuşdur. Həmçinin narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlənin kağızla birlikdə ümumi çəkisinin 1,78 qram olması müəyyən olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bütün proseslər kameraya çəkilmiş, baxış barədə protokol tərtib olunmuş, o və polis əməkdaşları protokola imza etmişlər. Verilən suallara cavab olaraq o, bildirmişdir ki, yaşadığı mənzildən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələr ona məxsus deyil, həmin narkotiklər Şahid2 məxsusdur. O, təxminən 2 həftə idi ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin satdığını, Səbinədən başqa heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Eyni zamanda o, onlarla birlikdə yaşayan Şahid3 narkotik vasitə və psixotrop maddələrdən istifadə etsə də, onların satışı ilə məşğul olmadığını bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, X2 ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. Ziyad Mirzəyev 2024-cü ilin dekabr ayında törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X8 və Şahid2 təxminən 4-5 ildir ki, tanımışdır. Aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Ziyad həbs olunduqdan sonra 2024-cü ilin dekabr ayından etibarən Məryəm və Əziz polis əməkdaşları tərəfindən saxlanılan vaxta kimi təxminən 1 ay ərzində o, tanışları Şahid1 və Şahid2la birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın 31 saylı mənzlində yaşamışdır. Şahid2 və Şahid1 həm narkotik vasitə, həm də psixotrop maddənin bir neçə növündən istifadə etmişlər. O, əvvəllər narkotik vasitə istifadə etsə də, müalicə almış və bir müddət narkotik vasitə qəbul etməmişdir. Lakin Əziz və Məryəmlə qalan müddətdə son 1 həftə ərzində o da psixotrop maddə metamfetamindən istifadə etmişdir. Təqsirləndirilən şəxs da təxminən 5-6 il olar ki, tanımış və normal münasibətləri olmuşdur. O, Məryəm və Əzizlə yaşayan müddətdə onların narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını bilmişdir. Belə ki, Məryəmin yalnız Səbinəyə narkotik vasitə satmasını bilsə də, Əzizin ayrı-ayrı şəxslərə narkotik vasitə satması barədə bilmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 16 radələrində Səbinə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək Məryəmi soruşmuşdur. O da Məryəmin yanına getmiş və Səbinənin zəng etdiyini telefona cavab verməsini istəmişdir. Həmin vaxt o, Səbinənin Məryəmdən istifadəsi üçün narkotik vasitə olan heroin istədiyini bilmişdir. Belə ki, Səbinə narkotik vasitənin pulunu Məryəmin istifadəsində olan kart hesabına göndərmiş və Məryəm də mənzilin eyvanından narkotik vasitəni Səbinəyə atmışdır. Məryəm və Əziz onlara məxsus olan narkotik vasitəni və psixotrop maddənin mənzildə olan seyfdə saxlamışlar. xx.xx.2025-ci il tarixdə təxminən saat 20-21 radələrində o, Məryəmlə birlikdə evdə olan zaman polis əməkdaşları mənzilə gəlmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olaraq daxil olmuş məlumat əsasında evdə axtarış aparacaqlarını bildirmişlər. Həmin vaxt Məryəm narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini saxladıqları yeri göstərərək onların Şahid2 məxsus olmasını bildirmişdir. Videoçəkiliş aparıldıqdan sonra aşkar olunmuş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq götürülmüşdür. Daha sonra tərtib olunmuş protokola o da imza etmişdir. Verilən suallara cavab olaraq o, Şahid1 və Şahid2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması haqqında məlumatı olduğunu, belə ki, Məryəmin yalnız Səbinəyə narkotik vasitə satmasını, Əzizin isə ayrı-ayrı şəxslərə narkotik vasitə və psixotrop maddə satması barədə məlumatı olduğunu bildirmişdir. Həmçinin o, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Əziz və Mərəyim həmin evdə narkotik vasitə saxlamaları və onların satışı ilə məşğul olması ilə bağlı məlumatı olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır (i.v. 01). xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilən zaman onun əynindəki qırmızı rəngli idman şalvarının sol yan cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir (i.v. 10-11). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:05-dən tutulmuş hesab edilmişdir (i.v. 25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/20 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,182 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (i.v. 62-63). xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (i.v. 83-84). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 100-101). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 69-70). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 0,082 qram olan narkotik vasitə - herion maddi sübut qismində tanınmış və saxlanılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinin saxlancına təhvil verilməsi qərara alınmışdır (i.v. 106-107). xx.xx.2025-ci il tarixli 2 saylı MİS tərəfindən verilmiş 48 №li arayışa əsasən Rzayeva X1 şəhəri, Nizami küçəsi, ev 19/3, mənzil 18 ünvanında yaşayır. (i.v. 115). xx.xx.2025-ci il tarixli 2 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 116). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Rzayeva X1 Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 69.3-cü maddələri ilə 11 ay 24 gün müddətə 15 % islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə təyin edilmiş islah işləri cəzası 05 ay 17 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti bitmişdir (i.v. 123-124). xx.xx.2025-ci il tarixli 121 nömrəli arayışa əsasən Rzayeva X1 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir (i.v. 136). xx.xx.2025-ci il tarixli, 3019 saylı Mingəçevir Şəhər rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş arayışa əsasən Rzayeva X1 Şəhər rayonlararası Narkoloji Dispanserin narkoloji qeydiyyatında yoxdur (i.v. 137). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, № 174 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v. 138). xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “REDMİ” markalı mobil telefondan iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumatların əldə olunması üçün baxış keçirildi. Qeyd olunan mobil telefonda 050- ***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani mesajlaşma sisteminə baxış zamanı mobil telefonda Meryem kimi qeydiyyata alınmış ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə olan yazışmalarda aşağıdakılar aşkar olundu: xx.xx.2025-ci il tarixdə saat 14:50-də olan yazışmalarda Təqsirləndirilən şəxs tərəfindən “Ölləm baci xeber elə” yazısı qeyd olunmuş, Şahid1 istifadəsində olan 4169- 7388- 5908-6567 saylı kart hesabını göndərmiş, sonra Şahid1 tərəfindən “askim vur çıxır balkona.” Təqsirləndirilən şəxs tərəfindən “Vurmusam omrum cek atım?”, daha sonra Şahid1 tərəfindən “Ay sebis oynamıram eyy mən, dayanda tullayıram sene dedim axi çatana yaxın at sen gələnə kimi hazır olsun. Sen pulu vuran kimi deyirsen at hele sey olur. Ayrı vaxdi pulu atdırırb 10 saat gözlədirlər səni ”, Təqsirləndirilən şəxs tərəfindən “Atırsan donub öldüm” yazısı qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixdə saat 14:32-də olan yazışmalarda Şahid1 tərəfindən “And ola allaha cet vermirdə yəni”, Təqsirləndirilən şəxs tərəfindən “kart silinibdi nağddı yoldan vuracam” cavabı verilmiş, Şahid1 “bayaqdan yalvarırram kı qızdı da lomkadadı pulu azdı dedim yari birazdan götürecek ise gedir lomkada getməsin”, Təqsirləndirilən şəxs “nolar qurban olum de hazırlasın gelende atacam bilesen özün bilirsen ki pulu yoldan vuran” Şahid1 tərəfindən yenidən “4163-7388-5908-6567” saylı kart nömrəsi göndərilmişdir. xx.xx.2025-ci il tarixdə saat 00:42-də Şahid1 tərəfindən göndərilmiş mesajda öz istifadəsində olan 4169-7388-5908-6567 saylı kart hesabı göndərilərək “Aşkim 50 vur, azdı aynoyun hele eliye bilmeyecem askim tez vurda biraz deyir atmirsa gedim men nə deyim buna” yazısı qeyd olunmuş Təqsirləndirilən şəxs cavabında “Xaldandayam, amma narmalni qoysun kartı at silinib” cavabını vermiş, Şahid1 “Aynuyunun axridi yarsini indi elə yarsini yuxudan duranda birde sabah axşam olacaq” deyərək istifadəsində olan 4169- 7388-5908-6567 saylı kart hesabını göndərmiş, Təqsirləndirilən şəxs “Az qoyacaq?” deyə soruşmuş, Şahid1 isə “Evvelden düzeldiyi aynuyundu hamiya hele verir tek sen deyilsen” deyə cavab vermiş və Təqsirləndirilən şəxs 50 manat pulu Şahid1 istifadəsində olan kart hesabına köçürməsi ilə bağlı qəbzin surətini göndərmişdir. xx.xx.2025-ci il tarixdə saat 07:06-da Şahid1 tərəfindən göndərilmiş mesajda “Sebis aynuyun isdiyirsen? Axirinci 20lik cet qalıb ha bax sabah olmuyacaq sene göre deyrem” yazısı qeyd olunmuş Təqsirləndirilən şəxs ona “He saxla prosto indi gelim” cavabını vermiş, Şahid1 “He da at gel götür and ola allaha aylanın cani birinde men gütürdüm istedim ikisini götürem dedim sende sabah lomkada qalma sabah axşama gələcək aynuyun”, Təqsirləndirilən şəxs ona “Geley yoldan atam aparat yeri harda” var deyə soruşmuş, Şahid1 ona “Hazir elimdedi senol dobru cetdi balamın cani” deyə cavab verərək istifadəsində olan 4169-7388-5908-6567 saylı kart hesabını göndərmişdir. Həmin gün saat 20:20-də Şəbinə Əliyeva “Var balam? Gelimde onda yarim saata ” yazmış, Şahid1 “Tamam askim sen deqiq gelessen? Deyim saxlasın?” yazmış, sonra Təqsirləndirilən şəxs “balam kart at pulu atim taksi caqırib gellem” yazdıqdan sonra Şahid1 istifadəsində olan 4169-7388-5908-6567 saylı kart hesabını göndərmiş və Təqsirləndirilən şəxs 50 manat pulun köçürülməsi ilə bağlı qəbzi göndərərək “catanada deyecem cixarsan” yazmışdır. Həmçinin mobil telefonun Qalareya bölməsinə baxış zamanı oradan xx.xx.2025-ci il tarixdə saat 16:30-da 20 manat pulun 5522*******3974 saylı kart hesabından 4169*******65ö7 saylı kart hesabına göndərilməsi ilə bağlı fotoşəkil aşkar olunmuşdur. Mobil telefonun kontaktlar bölməsinə baxış zamanı oradan Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə 10 yanvar 2024-cü il tarixdə saat 16:16-da, saat 16:24-də, saat 16:30-da, saat 16:35-də və saat 16:37-də “Meryem” adı ilə qeyd etdiyi 050- ***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi ilə danışıqların aparılması müəyyən edildi (i.v. 140-148). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 0,082 qram olan narkotik vasitə - heroin maddi sübut kimi tanınaraq saxlanca verilmiş, məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/20 №li və məhkəmənarkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 174 №li rəyləri sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 192-204). AZ-V 132396 №li xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası X10, anası Təqsirləndirilən şəxsdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM- 59.1.4, 59.2) Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli, 39 saylı Qərarının 3-cü bəndinə görə narkomanlıq xəstəliyinə düçar olmuş hamilə qadınlara və südəmər uşaqları olan analara məcburi müalicə tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs südəmər uşağı olduğundan ona narkomaniyadan məcburi müalicə təyin olunmamalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 0,082 qram olan narkotik vasitə - heroin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması 02 (iki) gününə bərabər tutulmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-da məsul saxlanca verilmiş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,082 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar