Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-108/2021 09.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 17.07.2020-ci il tarixdə Mingəçevir şəhərində fəaliyyət göstərən «xxxx» MMC-yə rərəngsaz kimi işə qəbul olunmaq məqsədilə yüksəklikdə rəngsaz kimi işləməyə hüquq verən sertifikatı təlim keçərək əldə edə biləcəyini bildiyi halda, belə təlim keçmədən 23.10.2019-cu il tarixdə istintaqa məlum olmayan şəxsdən 250 manata aldığı yüksəklikdə işləməyə hüquq verən, üzərindəki möhür və imza əksləri qrafik proqram təminatından istifadə edilməklə birbaşa axınlı printer vasitəsilə çap edilərək saxtalaşdırılmış, üstündə «xxxx İNTERNATİONALLY ACCREDİTEDTRAİNİNG PROVİDER, This is to certify that HÜSEYNOV NATİQ of SFV Group hasattended and successfully completed Sənaye Alpinizmi (Dərəcə 1) Rope Access (Level 1) training based on international standards providedbyxxxxLLCommencementdate 17.10.2019 Duration of Training 5 days X7 RAhmadov X8 ÎE-xxxxl31 Test Date 21.10.2019 Certifıcate No:C19/xxxx5517 Expiry date: 20.10.2022 Authorised by: A. Malikov» sözləri yazılmış və rəsmi sənəd hesab olunan sertifikatın saxta olduğunu bilə-bilə 2020-ci ilin iyul ayında «xxxx» MMC-nin direktoru Şahid1 təqdim edib “xxxx” MMC-də işə qəbul olunmağa nail olaraq bilə-bilə saxta sənəddən istifadə etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2019-cu ilin mart ayında X6 Stansiyasında “xxxx” MMCnin qalib olduğu tenderdə işləmişdir. O, Natiq Hüseynov və Kənan Adıgözəlov ilə birlikdə işləmiş, stansiyanın ərazisində 40 metr hündürlüyündə olan elektrik dirəklərini boyamışlar. Həmin dövrdə də hündürlükdə işlədikləri üçün onlara sertifikat lazım olmuşdur. Stansiyada iş zamanı bir nəfər alpinist yıxılaraq ölmüşdür. Bundan sonra “xxxx” MMC onlara sertifikat verilməsi üçün ilkin olaraq “xxxx” MMC-yə müraciət etmiş, “xxxx” MMC-nin təlimçisi olan X9 şəhərində onlara iki günlük təlim keçmiş və təlim bitdikdən sonra 23.09.2019-cu il tarixdə onlara “xxxx” MMC tərəfindən möhürlə təsdiq edilmiş sertifikat verilmişdir. Həmin sertifikata görə “xxxx” MMC tərəfindən əmək haqqlarından 240 manat pul kəsilərək “xxxx” MMC-nin balansına köçürülmüşdür. Həmin vaxtlar X6 Stansiyasında Cəmil adlı şəxs işləmişdir. Cəmil “xxxx” MMC-də alpinist işləmişdir. Cəmil bildiyi qədər ilə Bakı şəhərində yaşayır. Lakin o, Cəmilin dəqiq soyadı və atasının adını, yaşadığı ünvanı bilmir. Cəmil ona, Kənan Adıgözəlova və Natiq Hüseynova Bakı şəhərində yeni layihələr olacağını, lakin həmin layihələri keçirən şirkətlərin “xxxx” MMC tərəfindən verilmiş sertifikatlara üstünlük verdiklərini bildirmişdir. Bundan sonra onlar işsiz qalmamaq üçün “xxxx” MMC-nin sertifikatını almaq qərarına gəlmişlər. Buna görə onlar 2019-cu ilin oktyabr ayının ortalarında Cəmilə sertifikat almaq üçün X6 Stansiyasının həyətində hər birisi üçün 250 manat olmaqla ümumilikdə 750 manat pul vermişlər. Lakin onlara sertifikatla bağlı heç bir təlim keçirilməmişdir. Pulu verdikdən təqribən 3-4 gün sonra Cəmil ona, Kənan Adıgözəlova və Natiq Hüseynova “xxxx” MMC-nin sertifikatlarını vermişdir. Bundan sonra Stansiyada işləri bitmişdir. 2020-ci ilin yay aylarında onlara “xxxx” MMC-dən yeni iş təklifi gəlmiş, o, Natiq Hüseynov və X3ra verdiyi sertifikatları “xxxx” MMC-yə təqdim edərək orada işləməyə başlamışlar. Bundan əlavə o, ifadəsində sertifikat alınması üçün təlim keçmək lazım olduğunu bilməsinə baxmayaraq, Cəmil adlı şəxsə inamının yaranması səbəbindən təlim keçmədən Cəmilin verdiyi sertifikatı aldığını, Şahid1 özündə olan “xxxx” MMC tərəfindən verilmiş sertifikatı deyil, saxta olduğunu bilmədiyi “xxxx” MMC tərəfindən verilmiş sertifikatı təqdim etmişdir. Camal adlı şəxsin onlardan “xxxx” MMC-yə məxsus sertifikatı aldığını bildirmişdir. Hazırda əməlindən peşmandır. O, “xxxx” MMC tərəfindən verilmiş sertifikatın etibarlı olduğuna inandığı üçün cinayəti bilmədən törətmişdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda “xxxx” MMC-nin direktorudur, həmin MMC-ni 2005-ci ildə özü təsis etmiş, MMCnin fəaliyyəti təmir və tikinti işlərinin görülməsindən ibarətdir. Onlar Mingəçevir şəhər İcra Hakimiyyətinin elan etdiyi tenderlər əsasında fəaliyyət göstərirlər. MMC-nin fəaliyyəti zamanı yüksəklikdə təmir və tikinti işlərini aparmaq lazım olduğu üçün o, yüksəklikdə işləmək üçün sertifikatı olan şəxsləri müvəqqəti işə cəlb etmişdir. O, Kənan Adıgözəlov, Natiq Hüseynov və Təqsirləndirilən şəxs işə qəbul etməmişdən əvvəl bir neçə dəfə onun yanına gələrək yüksəklikdə işləməklə bağlı sertifikatları olduqlarını, işçi lazım olduğu halda, onlara məlumat vermələrini demişlər. O, həmin şəxslərlə razılaşmış və onların mobil telefon nömrələrini götürmüşdür. 2020-ci ilin iyul ayında Mingəçevir şəhər İcra Hakimiyyətinin elan etdiyi tenderdə “xxxx” MMC qalib gəlmişdir. Həmin tenderin şərtlərinə görə “xxxx” MMC Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən binalarda təmir işləri aparmalı olmuşdur. Bu səbəbdən o, Kənan Adıgözəlov, Natiq Hüseynov və Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq onları müvəqqəti işə dəvət etmiş, sonuncular onun yanına gələrkən ona “xxxx” MMC tərəfindən verilmiş sertifikatları təqdim etmişlər. O həmin sertifikatlara baxmış, lakin sertifikatların saxta olduğunu anlamamış və onları 3 (üç) ay müddətinə müvəqqəti işə götürmüşdür. Onun işçilərindən birinin yüksəklikdən yıxılması nəticəsində Mingəçevir şəhər Prokurorluğunda başlanılmış araşdırma zamanı o, Kənan Adıgözəlov, Natiq Hüseynov və Təqsirləndirilən şəxs ona təqdim etdikləri sertifikatların saxta olduğunu bilmiş, bu barədə sonunculardan soruşduqda həmin şəxslər ona əlavə “xxxx” MMC tərəfindən verilmiş sertifikatlarının da olduğunu bildirmişlər. O, həmçinin ifadəsində Natiq Hüseynov, Kənan Adıgözəlov və Təqsirləndirilən şəxs işə qəbul olunmaq üçün müraciət edən zaman ona yalnız “xxxx” MMC tərəfindən verilmiş sertifikatları təqdim etdiklərini, həmin şəxslərin ona “xxxx” MMC-nin sertifikatlarını təqdim etmədiklərini, ona yalnız saxta sertifikatları təqdim etdiklərini, həmin şəxslərin “xxxx” MMC tərəfindən verilmiş sertifikatlarının olduğunu Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılan zaman bildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, 2019-cu ilin mart ayında X6 Stansiyasında “xxxx” MMC-nin qalib olduğu tenderdə işləmişdir. O, Kənan Adıgözəlov və Təqsirləndirilən şəxs ilə birlikdə X6 Stansiyasında 2019-cu ilin sentyabr ayınadək işləmiş, stansiyanın ərazisində 40 metr hündürlüyündə olan elektrik dirəklərini boyamışlar. Həmin dövrdə də hündürlükdə işlədikləri üçün onlara sertifikat lazım olmuşdur. Stansiyada iş zamanı bir nəfər alpinist yıxılaraq ölmüşdür. Bundan sonra “xxxx” MMC onlara sertifikat verilməsi üçün ilkin olaraq “xxxx” MMC-yə müraciət etmiş, sonuncunun təlimçisi olan X9 şəhərində onlara iki günlük təlim keçmiş və təlimdən sonra 23.09.2019-cu il tarixdə onlara “xxxx” MMC tərəfindən möhürlə təsdiq edilmiş sertifikat verilmişdir. Həmin sertifikata görə “xxxx” MMC tərəfindən əmək haqqlarından 240 manat pul kəsilərək “xxxx” MMC-nin balansına köçürülmüşdür. Həmin vaxtlar X6 Stansiyasında Cəmil adlı şəxs işləmişdir. Cəmil “xxxx” MMC-də alpinist işləmişdir. Cəmil bildiyi qədər Bakı şəhərində yaşayır. Lakin o, Cəmilin dəqiq soyadı və atasının adını, yaşadığı ünvanı bilmir. Cəmil ona, Kənan Adıgözəlova və Təqsirləndirilən şəxs Bakı şəhərində yeni layihələr olacağını, lakin həmin layihələri keçirən şirkətlərin “xxxx” MMC tərəfindən verilmiş sertifikatlara üstünlük verdiklərini bildirmişdir. Bundan sonra onlar işsiz qalmamaq üçün “xxxx” MMC-nin sertifikatını almaq qərarına gəlmişlər. Buna görə onlar 2019-cu ilin oktyabr ayının ortalarında Cəmilə sertifikat almaq üçün X6 Stansiyasının həyətində hər birisi üçün 250 manat olmaqla ümumilikdə 750 manat pul vermişlər. Onlara sertifikatla bağlı heç kim təlim keçməmiş, pulu verdikdən təqribən 3-4 gün sonra Cəmil ona, Kənan Adıgözəlova və Təqsirləndirilən şəxs “xxxx” MMC-nin sertifikatlarını vermişdir. Bundan sonra stansiyada işlər bitmişdir. 2020-ci ilin yay ayılarında onlara “xxxx” MMC-dən yeni iş təklifi gəlmiş, o, Təqsirləndirilən şəxs və X3ra verdiyi sertifikatları “xxxx” MMC-yə təqdim edərək orada işləməyə başlamışlar. Bundan başqa o, ifadəsində sertifikat alınması üçün təlim keçmək lazım olduğunu bilməsinə baxmayaraq Cəmil adlı şəxsə inamlarının yaranması səbəbindən təlim keçmədən Cəmilin verdiyi sertifikatı aldıqlarını, Şahid1 özündə olan “xxxx” MMC və saxta olduğunu bilmədiyi “xxxx” MMC tərəfindən verilmiş sertifikatların hər ikisini təqdim etdiyini. Camal adlı şəxsin onlardan “xxxx” MMC-yə məxsus sertifikatı aldığını bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 15.08.2020-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, X5, X11 və Təqsirləndirilən şəxs Əliyar oğlunun işlə təmin olunmaları üçün Şahid1 təqdim etdikləri, üstündə «xxxx İNTERNATİONALLY ACCREDİTEDTRAİNİNG PROVİDER, This is to certify that HÜSEYNOV NATİQ of SFV Group hasattended and successfully completed Sənaye Alpinizmi (Dərəcə 1) Rope Access (Level 1) training based on international standards providedbyxxxxLLCommencementdate 17.10.2019 Duration of Training 5 days X7 RAhmadov X8 ÎE-xxxxl31 Test Date 21.10.2019 Certifıcate No:C19/xxxx5517 Expiry date: 20.10.2022 Authorised by: A. Malikov» sözləri yazılmış sertifikatlar Şahid1 götürülmüşdür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınmaq haqqında” 11.04.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi tərəfindən verilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs adına olan üstündə «xxxx İNTERNATİONALLY ACCREDİTEDTRAİNİNG PROVİDER, This is to certify that HÜSEYNOV NATİQ of SFV Group hasattended and successfully completed Sənaye Alpinizmi (Dərəcə 1) Rope Access (Level 1) training based on international standards providedbyxxxxLLCommencementdate 17.10.2019 Duration of Training 5 days X7 RAhmadov X8 ÎE-xxxxl31 Test Date 21.10.2019 Certifıcate No:C19/xxxx5517 Expiry date: 20.10.2022 Authorised by: A. Malikov» sözləri yazılmış sertifikat iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilərək saxlanması üçün Mingəçevir ŞPŞ-nin saxlancına verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-sənədlərin texniki ekspertizasının 17.02.2021 -ci il tarixli 5/114 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Adıgözəlov Kənan, X13 və Məmmədov Tarvel adlarına verilmiş “Sənaye Alpinizmi” adlı sertifikatların üzərlərindəki möhür əksi hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Adıgözəlov Kənan, X13 və Məmmədov Tarvel adlarına verilmiş “Sənaye Alpinizmi” adlı sertifikatların üzərlərində olan “Training Consulting Service xxxx” məzmunlu möhür əksi, eksperimental nümunə qismində təqdim edilmiş “ACCREDİTED LEARNİNG SERVİCES xxxx” məzmunlu eksperimental əks nümunəsi ilə eynilik təşkil etmirlər. Tədqiqata təqdim edilmiş Adıgözəlov Kənan, X13 və Məmmədov Tarvel adlarına verilmiş “Sənaye Alpinizmi” adlı sertifikatların üzərlərindəki imza hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir. Cinayət iş materiallarında olan 17.07.2020-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən “xxxx” MMC-nin drektoruna yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs 3 ay müddətinə alpinist rəngsaz işnə qəbul edilməsi ilə bağlı xahiş etmişdir. Cinayət iş materiallarında olan xxxxxxx000600 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə xxxx MMC arasında 17.07.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Cinayət iş materiallarında olan xxxxxxx0006X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə “xxxx” MMC arasında bağlanmış müqaviləyə 01.11.2020-ci il tarixdə xitam verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən 250 manata əldə etdiyi yüksəklikdə işləməyə hüquq verən, rəsmi sənəd hesab olunan sertifikatın saxta olduğunu bilə-bilə «xxxx» MMC-nin direktoru Şahid1 təqdim edib “xxxx” MMC-də işə qəbul olunmağa nail olaraq bilə-bilə saxta sənəddən istifadə etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 17.07.2020-ci il tarixdə Mingəçevir şəhərində fəaliyyət göstərən «xxxx» MMC-yə rərəngsaz kimi işə qəbul olunmaq məqsədilə yüksəklikdə rəngsaz kimi işləməyə hüquq verən sertifikatı təlim keçərək əldə edə biləcəyini bildiyi halda, belə təlim keçmədən 23.10.2019-cu il tarixdə istintaqa məlum olmayan şəxsdən 250 manata aldığı yüksəklikdə işləməyə hüquq verən, üzərindəki möhür və imza əksləri qrafik proqram təminatından istifadə edilməklə birbaşa axınlı printer vasitəsilə çap edilərək saxtalaşdırılmış, üstündə «xxxx İNTERNATİONALLY ACCREDİTEDTRAİNİNG PROVİDER, This is to certify that HÜSEYNOV NATİQ of SFV Group hasattended and successfully completed Sənaye Alpinizmi (Dərəcə 1) Rope Access (Level 1) training based on international standards providedbyxxxxLLCommencementdate 17.10.2019 Duration of Training 5 days X7 RAhmadov X8 ÎE-xxxxl31 Test Date 21.10.2019 Certifıcate No:C19/xxxx5517 Expiry date: 20.10.2022 Authorised by: A. Malikov» sözləri yazılmış və rəsmi sənəd hesab olunan sertifikatın saxta olduğunu bilə-bilə 2020-ci ilin iyul ayında «xxxx» MMC-nin direktoru Şahid1 təqdim edib “xxxx” MMC-də işə qəbul olunmağa nail olaraq bilə-bilə saxta sənəddən istifadə etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 320.2–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2–ci maddələrinin saksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, idarəetmə qaydası əleyhinə olan, saxta sənədlərdən istifadə etməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, həminMəcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 16.01.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş 15.04.2021–cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1– ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs Əliyar oğlunun adına olan, üstündə «xxxx İNTERNATİONALLY ACCREDİTEDTRAİNİNG PROVİDER, This is to certify that HÜSEYNOV NATİQ of SFV Group hasattended and successfully completed Sənaye Alpinizmi (Dərəcə 1) Rope Access (Level 1) training based on international standards providedbyxxxxLLCommencementdate 17.10.2019 Duration of Training 5 days X7 RAhmadov X8 ÎE-xxxxl31 Test Date 21.10.2019 Certifıcate No:C19/xxxx5517 Expiry date: 20.10.2022 Authorised by: A. Malikov» sözləri yazılmış sertifikat saxta olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də,məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs adına olan, üstündə «xxxx İNTERNATİONALLY ACCREDİTEDTRAİNİNG PROVİDER, This is to certify that HÜSEYNOV NATİQ of SFV Group hasattended and successfully completed Sənaye Alpinizmi (Dərəcə 1) Rope Access (Level 1) training based on international standards providedbyxxxxLLCommencementdate 17.10.2019 Duration of Training 5 days X7 RAhmadov X8 ÎE-xxxxl31 Test Date 21.10.2019 Certifıcate No:C19/xxxx5517 Expiry date: 20.10.2022 Authorised by: A. Malikov» sözləri yazılmış 01 ədəd sertifikat saxta olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 (altımış) manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-108/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-108/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver