Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-108/2022 01.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi-Konsensuss vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2005-ci ildə Ağdaş şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli xx.xx.2022-ci il tarixdə dayısı Şahid4 5 ədəd gümüşü rəngli kağız bükümlərdə olan şəxsi istehlak miqdarından artıq miqdarda 5,19 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananı sonuncuya heç bir ödəniş etmədən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edərək, əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə, saat 03:50 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti 70/1 ünvanında yerləşən binanın 17 nömrəli mənzilində saxlanılmış, Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 10:00-da üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə - qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, onun üzərindən 5,19 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o heç bir yerdə işləmir. Bəzən vaxt keçirmək üçün dayısı Şahid4 kirayə yaşadığı, Şahid5 məxsus mənzildə dayısı ilə birlikdə yaşayır. Bəzən narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Sonuncu dəfə dayısı Şahid4 təmənnasız olaraq aldığı narkotik vasitə - qurudulmuş marixuanadan istifadə etmişdir. Bundan sonra dayısının əldə etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümləri mənzildə saxlamasından məlumatlı olmuşdur. xx.xx.2022-ci il tarixdə dayısı Şahid4 istifadə etmək üçün qurudulmuş marixuana istəmiş və 5 ədəd bükümdə narkotik vasitəni təmənnasız olaraq alıb üzərində saxlamış, həmin axşam da həmin mənzildə qalmışdır. xx.xx.2022-ci il tarixdə o və Şahid5 dayısı Şahid4 kirayədə yaşadığı mənzildə olarkən, həmin ünvana bir neçə nəfər mülki geyimli şəxslər gələrək özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları barələrində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onları tanış edərək, mənzildə qanunsuz olaraq narkotik vasitə və digər qanunsuz əşya saxlamaqda və satmaqda şübhəli olduqları üçün mənzilə baxış keçirilməsi zərurətinin olduğunu bildirmişlər. Həmin şəxslərə etiraz etməyib, bu barədə dayısı Şahid4 və Şahid5 ərizə ilə müraciət etmişlər. Onların razılıq ərizəsi əsasında mənzilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı dayısı Şahid4 qonaq otağında olan stolun altında saxladığı 1 ədəd torbada olan 61 ədəd kağız və 12 ədəd sellofan bükümlərdə olan qurudulmuş marixuananı, 1 ədəd sellofan bükümdə olan narkotik vasitə tiryəki, 1 ədəd elektron tərəzini, 3 ədəd avtomat patronunu, şəxsiyyət vəsiqəsini, 4 ədəd bank kartını və 1000 manat pulu təqdim etmişdir. Həmin bükümlər və 3 ədəd patronlar iştirakları ilə qablaşdırılıb götürülmüşdür. Bundan sonra dayısı Şahid4 yataq otağında 3 ədəd dibçəkdə əkib becərdiyi 6 ədəd narkotik tərkibli çətənə bitkilərini də göstərib təqdim etdikdə çətənə bitkiləri kökündən çıxarılıb 1 ədəd ağ rəngli kağız zərfə qablaşdırıldıqdan sonra baxış qurtarmışdır. Polis əməkdaşları onları Mingəçevir şəhər Polis şöbəsinə aparmışlar. Polis şöbəsində xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində vəkil X4 iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda etiraz etməmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa, çıxarıb təqdim etməyi təklif olunmuşdur. Sonra üzərində video çəkiliş aparmaqla axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 5 ədəd kağızdan ibarət bükümləri çıxarıb otaqdakı stolun üzərinə qoymuşdur. Bundan sonra həmin gödəkcənin sol döş cibindən 33 manat məbləğində pulu, şalvarın sağ yan cibindən “Samsung A3” markalı və “D-HORSE” markalı mobil telefonları çıxarıb stolun üzərinə qoyaraq üzərində başqa əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamış, üzərindən aşkar olunan pul özünə qaytarılmışdır. Üzərindən aşkar olunmuş həmin 5 ədəd bükümə baxış keçirilərkən içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 5,95 qram olduğu müəyyən edilmişdir. Bükümlər 1 ədəd kağız zərfə qoyularaq, zərf möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Üzərindən aşkar olunmuş 2 ədəd mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı 29 yanvar 2022-ci il tarixdə dayısı Şahid4 alıb üzərində saxlamaqda məqsədi özü üçün istifadə etmək olmuşdur. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilən narkotik vasitəni dayısı ona satmağa deyil, özü istifadə etməyi üçün təmənnasız olaraq vermişdir. Dayısının evdə narkotik vasitə saxlamasını bilsə də, qohumu olduğundan bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. 30 yanvar 2022-ci il tarixdə BNMİ-nin QBRŞ-nə Mingəçevir şəhər sakinləri Şahid4 və onun bacısı oğlu yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid5 məxsus mənzildə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr saxlaması və satması, eləcə də Şahid4 həmin mənzildə narkotik xassəli çətənə bitkiləri əkib becərməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında o, Şöbənin əməkdaşları Rafiq Əhmədov, Şahid3 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və dəvət olunmuş alim aqronom-mütəxəssis ilə birlikdə həmin mənzilə gedilmişdir. Saat 03:55 radələrində Şahid4, Təqsirləndirilən şəxs və Şahid5 həmin mənzildə saxlanılaraq, onlar barələrində olan əməliyyat-axtarış tədbirləri qərarı ilə tanış edilmişlər. Onlar həmin mənzilə baxış keçirilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Şahid4, Şahid5 bu barədə ərizə ilə müraciət etmişlər. Baxış keçirilən zaman aparılan video çəkilişin Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşı, polis baş serjantı Şahid2 tərəfindən aparılacağı elan edilmişdir. Azərbaycan Respublikası CPM-in 236.4 və 236.8-ci maddələrinin tələblərinə əsasən əməliyyat-axtarış tədbiri video çəkiliş aparılmaqla keçirildiyinə görə hal şahidləri dəvət olunmamışdır. Bundan sonra saat 05:50 radələrində Şahid5 məxsus həmin mənzilə baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməsinə mənzilin giriş qapısının qarşısından başlanılmışdır. Baxış keçirilməzdən öncə sorğu zamanı mənzildə yaşayanlar yaşadıqları mənzildə pul, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar saxlanmadığını bildirmişlər. Şahid4 mənzildə narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. Şahid4 kirayə yaşadığı mənzildə narkotik vasitə qurudulmuş marixuana və tiryək saxladığını, narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyini etiraf edərək həmin əşyaları təqdim etməsi üçün onları baxış keçirməyə dəvət etmişdir. Bundan sonra Şahid4 evin zal otağına daxil olub onları həmin otağa dəvət etdikdə əməliyyat qrupunun üzvləri Şahid4 arxasınca zala daxil olmuşlar. Şahid4 otaqdakı stolun altında saxladığı 1 ədəd torbada olan 61 ədəd falqa kağızından ibarət bükümlərdə və 12 iki ədəd sellofan bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, 14 ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər kütləni təqdim edərək, içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana və tiryək olduğunu bildirmişdir. Həmin kisənin içərisindəki bükümlərə baxış keçirilərkən 61 ədəd falqa kağızından və 12 ədəd sellofan bükümlərdən ibarət bükümlərdə yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd sellofan bükümdə isə narkotik vasitə tiryəkə bənzər kütlə aşkar olunmuşdur. Qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu torba elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 148,64 qram 1 ədəd içərisində narkotik vasitə tiryəkə bənzər kütlə olan bükümün isə qablaşdırma ilə birlikdə çəkisinin 13,93 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, üzərinə imzalar edilib DİN-in Zərflər üçün 7(2) möhürü ilə möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Şahid4 həmin stolun altında bir ədəd elektron tərəzini, iki ədəd 7,62 mm kalibrli və bir ədəd 5,45 mm kalibrli Kalaşnikov avtomatının patronlarına bənzər patronları, sellofan paketdə olan pulu təqdim etmişdir. Həmin pul sayılarkən 1000 manat olduğu müəyyən edilmişdir. Həmin patronlara baxış keçirilərək bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmışdır, üzərinə imzalar edilib DİN-in Zərflər üçün 7(2) möhürü ilə möhürlənib ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Şahid4 təqdim etdiyi bir ədəd elektron tərəzi, 1000 manat pul, stolun üzərində olan 4 ədəd plastik kart, özünə məxsus şəxsiyyət vəsiqəsi “Samsung” və «KGTEL» markalı mobil telefonlar da gələcəkdə iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Bundan sonra Şahid4 digər qanunsuz əşyaları təqdim etmək üçün bizi yataq otağına dəvət etmişdir. Əməliyyat qrupunun üzvləri onun arxasınca onun yataq otağına daxil olduqda Şahid4 otağın sonunda, pəncərənin qarşısında, döşəmədə olan 3 ədəd dibçəkləri göstərib həmin dibçəklərdə narkotik tərkibli çətənə bitkiləri əkib beçərdiyini bildirmişdir. Baxış zamanı həmin dibçəklərdə 6 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər bitki şitilləri aşkar olunmuşdur. Aqronom-mütəxəssis həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Bundan sonra həmin şitillər kökündən çıxarılmaqla bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq üzəri DİN-in Zərflər üçün 7(2) möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra baxış zamanı narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Şahid4 narkotik vasitə tiryəki tanımadığı şəxsdən özünün istifadəsi üçün alaraq saxladığını, narkotik vasitə qurudulmuş marixuananı isə 2021-ci ilin yay aylarında yaşadığı şəhərdə zavodun ərazisində əkib becərdiyi 5 ədəd narkotik tərkibli çətənə bitkilərindən yığıb əldə edərək həmin narkotik vasitə qurudulmuş marixuananın 1 bükümünü 10 manata satdığını bildirmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 30 yanvar 2022-ci il tarixli qərara əsasən saat 09:40 radələrində Mingəçevir ŞPŞ-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə hüquqlarının müdafiəsi üçün ona təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Edilən təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 5 ədəd falqa kağızından ibarət bükümlər çıxarıb otaqdakı stolun üzərinə qoyaraq içərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin bükümlərin dayısı Şahid4 tərəfindən ona verildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin gödəkcəsinin sol döş cibindən 33 manat pul, şalvarın sağ yan cibindən “Samsung A3” markalı və “D-HORSE” markalı mobil telefonları çıxarıb stolun üzərinə qoyaraq üzərində başqa əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan pul özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin 5 ədəd bükümə baxış keçirərkən içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu aşkar edilmişdir. Həmin 5 ədəd bükümlər gümüşü rəngli elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 5,95 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanmış, DİN-in zərflər üçün 7(2) möhürü ilə möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanaraq zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd mobil telefonlar gələcəkdə iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunan beş ədəd bükümlərdə narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin bükümləri dayısı Şahid4 ona xx.xx.2022-ci il tarixdə verməsini, dayısının yataq otağından aşkar olunmuş üç ədəd dibçəklərdəki narkotik xassəli çətənə bitkilərinə qulluq etmədiyini, dayısının saxladığı üç ədəd patrondan məlumatının olmadığını demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin polis nəfəri, Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirakı mümkün olmamış, şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin polis nəfəri Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ilə eyniməzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Hazırkı cinayət işindən ayrılmış, ********* nömrəli cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum edilmiş, Şahid4 məhkəmə istintaqında iş üçün əhəmiyyəti olduğuna görə sərbəst ifadə verərək göstərdi ki, o, həbs olunmazdan əvvəl ev sahibəsi Şahid5 məxsus evdə onunla birlikdə yaşamışdır. Belə ki, mənzil 3 otaqdan ibarətdir. Şahid5 ayrıca otağı vardır, yerdə qalan 2 otağı isə ona icarəyə vermişdir. Onunla aralarında heç bir yaxın münasibət olmamışdır. Həbs olunana qədər narkotik vasitə qurudulmuş marixuana və tiryək istifadə etmişdir. 2021-ci ilin yay aylarında yaşadığı şəhərdəki «Kür Kompyuter» zavodunun ərazisində 5 ədəd narkotik tərkibli çətənə bitkiləri əkib becərmişdir. Bitkilər yetişib boya başa çatandan sonra həmin narkotik xassəli bitkilərdən satış məqsədilə toplamışdır. Qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrı bükümlərə qablaşdırıb münasib zaman düşdükdə bir bükümünü tanıdığı şəxslərə 10 manata satmaq üçün kirayədə yaşadığı, Şahid5 məxsus mənzildə saxlamışdır. Lakin satmaq üçün şərait yaranmadığından narkotik vasitələrdən özü istifadə etmişdir. Bəzən bacısı oğlu yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs da gəlib onunla birlikdə yaşamışdır. Həbs olunmazdan əvvəl ona öz xahişi ilə az miqdarda narkotik vasitə qurudulmuş marixuananı istifadə etməsi üçün vermişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında evdə olan zaman Təqsirləndirilən şəxs yanına gəlmiş, ondan yenidən narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Onun istəyinə etiraz edərək anası ilə aralarında problem yaşanacağı səbəbindən ona narkotik vasitə verməyəcəyini demişdir. Lakin çox xahiş etdiyindən ona təmənnasız olaraq 5 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı istifadə etməsi üçün vermişdir. Həmin axşam Təqsirləndirilən şəxs onun yanında gecələmişdir. xx.xx.2022-ci il tarixdə kirayədə yaşadığı evdə ev sahibi Şahid5 və bacısı oğlu Təqsirləndirilən şəxsla birlikdə olarkən ünvana bir neçə nəfər mülki geyimli şəxslər gələrək özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları barələrində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə və digər qanunsuz əşya saxlamaqda və satmaqda şübhəli olduqlarını bildirib mənzilə baxış keçirilməsi zərurətinin olduğunu demişlər. Həmin şəxslərə etiraz etməyib bu barədə ərizə ilə müraciət etmişdir. Razılıq ərizəsi əsasında yaşadığı evə video çəklişlə baxış keçirilmişdir. Baxış zamanı qonaq otağında olan stolun altında saxladığı 1 ədəd torbada olan 61 ədəd kağız və 12 ədəd sellofan bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuananı, 1 ədəd sellofan bükümdə olan narkotik vasitə tiryəki, 1 ədəd elektron tərəzini, öz məvacibi olan 1000 manat pulu, 3 ədəd avtomat patronunu, şəxsiyyət vəsiqəsini, 4 ədəd bank kartını və 2 ədəd mobil telefonunu aşkar edib götürmüşlər. Həmin bükümlər və 3 ədəd patronlar onun iştirakı ilə qablaşdırılıb götürülmüşdür. Bundan sonra yataq otağında 3 ədəd dibçəkdə əkib becərdiyi, aqrotexniki qaydada qulluq edib dibini yumşaltdığı 6 ədəd narkotik tərkibli çətənə bitkilərini də göstərib təqdim etmiş, göstərdiyi çətənə bitkiləri kökündən çıxarılıb 1 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmışdır. Baxış başa çatandan sonra polis əməkdaşları onları Mingəçevir şəhəri Polis şöbəsinə aparmışlar. Şöbədə protokol tərtib edilib ucadan oxunduqda protokol düzgün tərtib edildiyi üçün həmin protokola imza etmişdir. Bundan sonra üzərində video çəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişlər. Buna görə də müdafiəçi siyahısı təqdim edilmiş, müdafiəçi seçdikdən sonra müdafiəçi polis şöbəsinə gəlmişdir. O, şübhəli şəxs qismində tutulduqdan sonra video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd alışqandan başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra şəxsi axtarış qurtarmış, video çəkiliş dayandırılmış, protokol tərtib edilmiş və həmin protokola imza etmişdir. Yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı 2021-ci ilin yay aylarında Mingəçevir şəhərində yerləşən «Kür kompyuter» zavodunun ərazisində 5 ədəd narkotik tərkibli çətənə bitkiləri əkib becərmək, həmin narkotik xassəli bitkilərdən satış məqsədilə yığıb kirayədə yaşadığı evdə saxlamaqla əldə etmişdir. Narkotik vasitə tiryəki isə tanımadığı şəxsdən satın almışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, gələcəkdə satmaq fikri olduğuna görə narkotik vasitə qurudulmuş marixuananı tərəzidə çəkərək hissələrə ayırıb bükümlərə yığıb saxlamışdır. Bacısı oğlu Təqsirləndirilən şəxs onun üçün narkotik vasitə satmamış, ümumiyyətlə əldə etdiyi narkotiki heç kimə satmamış, özü fərdi işlərlə məşğul olub pul qazanmış, bacısı oğlu Təqsirləndirilən şəxs də pul və siqareti təmənnasız olaraq vermiş, ona narkotik vasitə satdırmamış, Təqsirləndirilən şəxs onun üstündən aşkar edilən narkotik vasitə qurudulmuş marixuananı satması üçün deyil, təmənnasız olaraq özü istifadəsi üçün vermiş, buna görə ondan hər hansı maddi nemət və sair almamış, özü üçün hər hansı işi görməsini də xahiş etməmiş, heç bir maraq güdməmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirakı mümkün olmamış, Şahid5 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində nümayəndəsi X2 iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzil ona məxsusdur. Həmin mənzil 3 otaqdan ibarətdir. Mənzilin bir otağında özü yaşayır. Maddi durumunda yaranmış çətinliklə əlaqədar olaraq yerdə qalan iki otağını isə həmişə kirayə vermişdir. Kirayəçi Şahid4 isə tutulmazdan 5 ay öncə mənzili ayı 130 manatdan icarəyə götürmüşdür. O, mənzildə kirayə yaşadığı vaxtlar onun bacısı oğlu yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı vaxtlar olmuşdur. Şahid4 və onun bütün ailə üzvlərini təxminən bir ildir ki tanıyır. Belə ki, onlar da onunla eyni binada qonşuluqda yaşayırlar. Bəzən Şahid4 xahişi ilə evin otaqlarını təmizləyir, həmçinin ona kömək məqsədi ilə yemək də bişirir. Lakin onun nə işlə məşğul olması ilə maraqlanmamışdır. 30 yanvar 2022-ci il tarixdə təxminən saat 03:55 radələrində yaşadığı evin qapısı döyülmüş, qapını döyən şəxslər özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları yaşadığı evdə narkotik vasitələr saxlamaqda və qanunsuz dövriyyəsi ilə məşğul olduqları barədə şübhəli olduqları üçün yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Şahid4 və o polis əməkdaşlarının yaşadığı mənzilə baxış keçirməsinə etirazlarının olmamasını bildirmişlər. Daha sonra video çəkiliş altında bu barədə ərizə ilə müraciət etmişlər. Şahid4 onun məlumatı olmadan yaşadığı evdə saxladığı və qanunsuz olaraq əkib-becərdiyi narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Şahid4 təqdim etdiyi narkotik vasitələr 61 ədəd kağız bükümdə, 12 ədəd sellofan bükümdə qurudulmuş marixuana, 1 ədəd sellofan bükümdə narkotik vasitə tiryək, 3 ədəd «Kalaşnikov» avtomatına məxsus döyüş sursatı sayılan patronlar və yataq otağında becərdiyi 6 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərindən ibarət ştillər olmuşdur. Bundan başqa Şahid4 1000 manat pul, elektron tərəzi, 4 ədəd plastik kart və mobil telefonları da təqdim etmişdir. Təqdim edilmiş narkotik vasitələr və sursatlar polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənib götürülmüşdür. Daha sonra polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Polis şöbəsində müdafiəçi kimi X5 təqdim olunmuş və hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində vəkil X2 iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməyi təklif olunmuşdur. Şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində video çəkiliş aparmaqla axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edilmişdir. Daha sonra üzərində video çəkiliş aparmaqla axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan qara rəngli paltonun sağ yan cibindən bir ədəd alışqan, bir ədəd mənzilinə aid açar, 11 manat məbləğində pul, açar dəsti, paltonun sol yan cibindən 1 ədəd “RED Mİ” markalı mobil telefon, cib dəsmalına bükülmüş üç ədəd metal üzüklər və bir ədəd sırğa aşkar edilmiş, üzərindən heç bir qanunsuz əşya və narkotik vasitə aşkar edilməmişdir. Şahid4la ər-arvad münasibətlərində yaşamamışdır. İnsanlıq xatirinə bəzən Şahid4 yeməyini bişirib otağını təmizləmişdir. Onun şəxsi həyatından ümumiyyətlə məlumatsızdır. Mənzilindən aşkar edilmiş narkotik vasitələrdən, patronlardan, dibçəkdə əkilmiş narkotik tərkibli bitkilərdən məlumatı yoxdur. Bunları Şahid4 özü bilir. Onun işlərində iştirakı olmamışdır. Narkotik vasitələrdən istifadə etməmiş və alveri ilə də məşğul olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 30 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 5,95 qram çəkidə 5 ədəd falqa kağızından ibarət bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, həmin gödəkcənin sol döş cibindən 33 manat pul, şalvarın sağ yan cibindən “Samsung A3” və “D-Horse” markalı mobil telefonlar aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/108 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş beş ədəd ....” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 05 (beş) ədəd gümüşü rəngli kağız bükümlərdə, ümumi təmiz çəkiləri - 5.19 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 12 (on iki) ədəd şəffaf polietilen bükümlərdə, 61 (altmış) bir ədəd gümüşü rəngli kağız bükümlərdə, 05 (beş) ədəd gümüşü rəngli kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 335 saylı rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionoidlərdən sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınmaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı xx.xx.2022-ci il tarixli protokolla Şahid4 yaşadığı mənzildə axtarış aparılarkən aşkar olunaraq götürülmüş 12 (on iki) ədəd şəffaf polietilen, 61 (atmış bir) ədəd gümüşü rəngli kağı bükümlərə qablaşdırılmış, xx.xx.2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar olunaraq götürülmüş 05 (beş) ədəd gümüş-ağ rəngli kağız bükümlərə qablaşdırılmış ilkin xalis çəkisi təmiz çəkisi 5,19 qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardan məhkəmə-bioloji ekspertizasının tədqiqatına sərf edildikdən sonra qalıq hissəsi, iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Migəçevir Şəhər Məhkəməsinin 1(051)- 78/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinmiş CM-in 228.1-ci maddəsi ilə 1 il müddətə, CM-in 234.2-ci maddəsi ilə 3 il : ay müddətə, CMin 237.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla, ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təmiz çəkisi – 108,15 qram olan, narkotik vasitə - qurudulmuş marixuana, 13.153 qram tiryək, 6 ədəd narkotik təbiətli çətənə bitkisinin şitillər və 1 ədəd üzərinə “MADE İN CHİNA CE” yazılmış tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən “qurudulmuş marixuana” əldə edib üzərində saxlamaqla və daşımaqla, ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs dayısı Şahid4 xx.xx.2022-ci il tarixdə və dayısının kirayə yaşadığı, Şahid5 məxsus, ünvan 4 ünvanında yerləşən mənzildə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 5 ədəd gümüşü rəngli kağız bükümlərdə təmiz çəkisi 5.19 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı üzərində gəzdirərək əynindəki qara rəngli gödəkcənin sol yan cibində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 03:55 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanında yerləşən mənzildə saxlanılıb Mingəçevir şəhəri Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada xx.xx.2022-ci il tarixdə saat 09:40 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun əynindəki qara rəngli gödəkcənin sol yan cibindən aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”da narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 500 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun yetkinlik yaşına çatmayan şəxs olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış sorğusundan görünür ki, 07 iyul 2006-cı il tarixdə doğulmuş Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.2022–ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhəri 4 saylı Mənzil İstismar Sahəsi tərəfindən xx.xx.2022–ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində 4 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, «Yetkinlik yaşına çatmayanların Ədalət Mühakiməsinin icrası üçün Birləşmiş Millətlər Təşkilatının X3»nın (Pekin Qaydalarının) İİİ hissəsinin 17-ci maddəsinin «c» bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilər. Azərbaycan Respublikası CPM-nin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusi ilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 iyun 2008-ci il tarixli Qərarının 15-ci bəndinə görə yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-in 85-ci maddəsinə uyğun olaraq CM-nin xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” xx.xx.2021--ci il tarixli Qərarının 2.2-ci bəndinə görə Cinayət Məcəlləsinin 52-1-ci maddəsi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini istisna etmir, Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsi isə onlara bu cəzanın iki aydan iki ilədək müddətə təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 4(051)- 9/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsindən imtina edilmiş və məhkəmə zalından dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə məcburi müalicənin tətbiq edilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğu üçün ona məcburi müalicə təyin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 2-ci bölməsinin 3.1-ci maddəsində göstərilir ki, 18 yaşına çatmamış narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə hazırkı cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, digər cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid4 məhkəmə-bioloji ekspertiza tədqiqatının dəyəri olan 103,65 manat məbləğində məhkəmə məsrəfinin tutulması nəzərə alınmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 30 yanvar 2022-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri dəyişdirilməsin. Digər cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid4 məhkəmə-bioloji ekspertiza tədqiqatının dəyəri olan 103,65 manat məbləğində məhkəmə məsrəfinin tutulması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-108/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-108/2022
01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver