Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-108/2023 07.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs1 müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi-Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1997-ci ildə Şəki rayonu, Qaratorpaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM–in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşaraq əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli olaraq talama məqsədi ilə birlikdə Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Samux küçəsində yerləşən metal qəbulu məntəqəsinə gedib qabaqcadan aralarında olan razılıq əsasında Təqsirləndirilən şəxs2 əlvan metalların satış üçün çeşidlənərək kisələrə yığılıb saxlanıldığı saxlanc yerinin qarşısında pusquda dayandıqdan sonra saxlanc yerinin dəmir qapısının qıfılını istintaqa məlum olmayan dəmir parçası ilə sındırıb qanunsuz saxlanc yerinə daxil olmaqla oradan bir kiloqramının dəyəri 13 manat 50 qəpik, 300 kiloqramının qiyməti 4050 manat olan mis, bir kiloqramının dəyəri 3 manat, 20 kiloqramının qiyməti 60 manat olan qurğuşun, bir kiloqramının qiyməti 6 manat 50 qəpik, 30 kiloqramının qiyməti 195 manat olan latun, bir kiloqramının qiyməti 2 manat, 60 kiloqramının qiyməti 120 manat olan düralliminium, bir kiloqramının qiyməti 1 manat 50 qəpik, 30 kiloqramının qiyməti 45 manat olan sink, dəyəri 800 manat olan bir ədəd “Arqon” markalı qaynaq aparatı, bir ədədinin qiyməti 150 manat, üç ədədinin qiyməti 450 manat olan 5 kv-lık Elnfriq motoru, bir ədədinin qiyməti 2 manat, 120 ədədinin qiyməti 240 manat olan santexnik şlanklarını, ümumilikdə 5.960 (beş min doqquz yüz altmış) manat məbləğində əmlakları gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşaraq əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli olaraq talama məqsədi ilə birlikdə Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Samux küçəsində yerləşən metal qəbulu məntəqəsinə gedib qabaqcadan aralarında olan razılıq əsasında o, əlvan metalların satış üçün çeşidlənərək kisələrə yığılıb saxlanıldığı saxlanc yerinin qarşısında pusquda dayandıqdan sonra Təqsirləndirilən şəxs1 saxlanc yerinin dəmir qapısının qıfılını istintaqa məlum olmayan dəmir parçası ilə sındırıb qanunsuz saxlanc yerinə daxil olmaqla oradan bir kiloqramının dəyəri 13 manat 50 qəpik, 300 kiloqramının qiyməti 4050 manat olan mis, bir kiloqramının dəyəri 3 manat, 20 kiloqramının qiyməti 60 manat olan qurğuşun, bir kiloqramının qiyməti 6 manat 50 qəpik, 30 kiloqramının qiyməti 195 manat olan latun, bir kiloqramının qiyməti 2 manat, 60 kiloqramının qiyməti 120 manat olan düralliminium, bir kiloqramının qiyməti 1 manat 50 qəpik, 30 kiloqramının qiyməti 45 manat olan sink, dəyəri 800 manat olan bir ədəd “Arqon” markalı qaynaq aparatı, bir ədədinin qiyməti 150 manat, üç ədədinin qiyməti 450 manat olan 5 kv-lık Elnfriq motoru, bir ədədinin qiyməti 2 manat, 120 ədədinin qiyməti 240 manat olan santexnik şlanklarını, ümumilikdə 5.960 (beş min doqquz yüz altmış) manat məbləğində əmlakları gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, Mingəçevir şəhəri ərazisində metal yığıb Mingəçevir şəhəri Samux küçəsində yerləşən Füzuli adlı şəxsə satmaqla ailəsini dolandırır. Əvvəllər də dəfələrcə Füzulinin metal qəbulu məntəqəsində metal satmışdır. Sonuncu dəfə Füzuliyə satdığı metala görə 400 manat pul borcu qalmışdır. Dəfələrlə Füzulinin yanına gedib pulunu istəsə də, Füzuli 400 manat pulu geri qaytarmamış və bəhanələr gətirib borcunu verməmişdir. Ona olan borcunu geri qaytarmadığı üçün Füzulinin sexindən oğurluq etmək qərarına gəlmişdir. Sexə gələn zaman sexin gözətçisi işləyən adını bilmədiyi şəxslə söhbət edərək söz almaq üçün bu qədər mis və başqa metalı yığdığı yeri soruşduqda adının bilmədiyi şəxs qeyri-ixtiyari ona mis və digər metal məmulatları saxladığı yeri əli ilə işarə edərək göstərmişdir. Bundan sona o, bir neçə dəfə həmin yerə gəlib baxmışdır. Sonra isə həmin yerdən oğurluq etmək qərarına gəlmişdir. 12 yanvar 2023-cü il tarixdə saat 16-17 radələrində Mingəçevir şəhərində yerləşən müxtəlif kafelərdə təkcə spirtli içki olan pivə qəbul etmiş və daha sonra isə yaşadığı mənzilə gedərək orada bir qədər spirtli içki olan araq içdikdən sonra onunla eyni blokda qalan tanışı İlkin adlı şəxsə məxsus olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Füzuliyə məxsus metal qəbulu sexindən mis oğurlamaq fikrinin olduğunu söylədikdə İlkin onunla razılaşmışdır. Onlar təxminən 21 radələrində binanın qarşısında görüşmüşlər. Bir qədər piyada gəzdikdən sonra Mingəçevir şəhəri 083 adlı kafeyə pivə içmək üçün getmişlər. Təxminən saat 23 radələrinədək bir neçə bakal pivə içdikdən sonra birbaşa Füzulinin metal qəbulu sexinə getmişlər. 13 yanvar 2023-cü il tarixdə saat 01:30 radələrində Samux küçəsində yerləşən Füzuli adlı şəxsə məxsus olan metal tədarükü sexinə gəlmişlər. Metal əşyaların saxlanıldığı saxlanc yerinin qapısının qıfılını yerdən tapdığı dəmir vasitəsi ilə qırmışdır. Belə ki, qıfıl kiçik olduğu üçün qırmağa elə də vaxt sərf olunmamışdır. Ətrafı nəzərdən keçirdikdən sonra görmüşdür ki, metal qəbulu sexinin gözətçisi otağında oturmuşdur. Gözətçinin otağı metal əşyaların saxlanılan yerdən uzaq olduğundan gözətçi onları görə bilməmişdir. Sonra onlar həmin saxlanc yerinə daxil olmuşlar. Həmin yerdə içərisində mis metalı olan 4 ədəd ağ rəngli un kisələrini piyada gələrkən özləri ilə gətirərək Tekstilni deyilən ərazinin yaxınlığında işləməyən avtomobilin saxlanc yerinə yığmışlar. Həmin avtomobilin saxlanc yerinin gözətçisi olmadığı üçün onlar rahat şəklildə içərisində mis metalı olan 4 ədəd ağ rəngli un kisələrini gizlətmişlər. Daha sonra o, İlkin ilə sağollaşaraq hər ikisi yaşadığı mənzilə getmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində o, İlkinə məxsus olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək binanın qarşısında görüşmək istədiyini bildirmişdir. Daha sonra yaxınlıqda özünə məxsus olan “Vaz2106” markalı avtomobil ilə taksi kimi fəliyyət göstərən eyni binada yaşadığı qonşusu Asiman adlı şəxsə bir qədər metalı olduğunu, həmin metalı satmaq üçün taksi lazım olduğunu bildirmişdir. İlkin olaraq Asiman ondan metalın oğurluq olub-olmamasını soruşduqda, o, narahatçılığın olmadığını, həmin metalın İlkinə və özünə məxsus olduğunu bildirmişdir. Avtomobil dayanacağı binanın qarşısında olduğu üçün onlar rahat şəkildə içərisində mis metalı olan 4 ədəd un kisəsini Asimanın idarə etdiyi avtomobilin yük hissəsinə qoymuşlar. Həmin mis metaldan bir qədərini isə ayırıb həmin yerdə saxlamışlar. Daha sonra o, İlkin ilə birlikdə Asimanın idarə etdiyi “Vaz2106” markalı avtomobil ilə birlikdə Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən metal qəbulu sexinə getmişlər. Buna görə onlar yol haqqı olaraq Asimana 25 manat pul verməli idilər. 4 ədəd ağ rəngli un kisələrində olan mis metalının ümumi çəkisi 100 kiloqram olmuşdur. Buna görə də, metal qəbulunda olan şəxs ona 950 manat pul vermişdir. Belə ki, metal qəbulu sexindəki tanımadığı şəxs misi haradan əldə etmələrini soruşduqda onlar misin özünə məxsus olduğunu bildirmişlər. Eyni zamanda mis metalının oğurluq olmamasını metal qəbulunu həyata keçirən şəxsə sübut etmək üçün İlkinin şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Həmin şəxs də şəxsiyyət vəsiqəsinin şəklini telefon vasitəsi ilə çəkərək İlkinə qaytarmışdır. Daha sonra onlar Asiman adlı şəxsin idarə etdiyi göyümtül rəngli “Vaz2106” markalı dövlət qeydiyyat nişanının xatırlamadığı avtomobil ilə onları yaşadığı binanın qarşısına düşürmüşdür. Buna görə də, Asimana 25 manat pul vermişlər. Daha sonra isə o, İlkin ilə 900 manat pulu iki nəfərə bölmüşlər. Yerdə qalan 25 manat pula isə pivə alıb içmişlər. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, Faiqə məxsus mobil nömrəyə zəng edərək harada olduğunu soruşduqda Faiq ona binanın qarşısında olduğunu bildirmişdir. Onlar görüşdükdə o, Faiqə bir qədər mis metalının olduğunu bildirmişdir. Onunla birlikdə Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən metal qəbulu sexinə getməsini xahiş etmişdir. Şahid4 ona mis metalının haradan əldə etməsi barədə heç bir sual verməmişdir. O da, Şahid4 bu barədə heç bir söz deməmişdir. O, Faiq ilə birlikdə yaxınlıqda olan dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Xaldan qəsəbəsində yerləşən metal qəbulu sexinə getmişdir. Metal qəbulu sexində təqdim etdiyi mis metalının çəkisi 20 kiloqram olmuşdur. Buna görə ona 120 manat pul vermişlər. Belə ki, metal qəbulu sexindən ondan şəxsiyyət vəsiqəsi tələb edilən zaman şəxsiyyət vəsiqəsini həmin gün səhər saat 10 radələrində gələn zaman təqdim etdiyini bildirmişdir. Daha sonra əldə etdiyi 120 manat puldan 7 manatını tanımadığı taksi şoferinə vermişdir. Qalan pulu isə özü üçün xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilmişdir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə onunla eyni binada yaşayan qonşusu olan Təqsirləndirilən şəxs1 ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Bir müddət sonra isə danışdıqları kimi yaşadıqları Mingəçevir şəhəri, H.Əliyev prospekti 84 saylı binanın qarşısında görüşmüşlər. Daha sonra onlar birlikdə pivə içmək qərarına gəlmiş və piyada Mingəçevir şəhəri, 17 nömrəli məktəbin yaxınlığında yerləşən “083” adlı kafeyə getmişlər. Təxminən saat 23-ə kimi spirtli içki olan pivə qəbul etdikdən sonra qərara almışlar ki, Mingəçevir şəhəri, Samux küçəsində yerləşən əvvəlcədən tanıdığı Füzuli adlı şəxsə məxsus metal qəbulu məntəqəsindən oğurluq etsinlər. Eyni zamanda o, həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün özündə olmamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə gecə saat 01:30 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Füzuli adlı şəxsə məxsus metal qəbulu məntəqəsinə yollanmışlar. Təqsirləndirilən şəxs1 metalların saxlandığı saxlanc yerini bildiyini ona söyləmişdir. Daha sonra isə həmin saxlanc yerinin qıfılını yaxınlıqda yerdən tapdığı dəmir parçası ilə qırmışdır. Və onlar birlikdə həmin metal qəbulu məntəqəsinin saxlanc yerinə daxil olaraq oradan ağ rəngli un kisələrinin içərisində olan dörd ədəd kisəni götürərək iki dəfəyə yaşadıqları evin yaxınlığında yerləşən hazırda işləməyən avtomobilin saxlanc yerində gizlətmişlər. Sabahı gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində Təqsirləndirilən şəxs1 ona məxsus olan mobil nömrəsinə zəng edərək oğurladıqları əşyaları başqa metal qəbulu məntəqəsinə satmaq üçün görüşmək istədiyini bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadıqları binanın qarşısında görüşmüş və birlikdə yaxınlıqda taksi fəaliyyəti ilə məşğul olan Asiman adlı şəxsdən xahiş etmişlər ki, birlikdə bir qədər metalları var və həmin metalı satmaq üçün metal qəbulu məntəqəsinə taksi kimi həmin ünvana aparmaqda köməklik etsin. Daha sonra Asiman 25 manat qarşılığında onları qeyd olunan metal qəbulu məntəqəsinə, yəni Yevlax rayonu, Xaldan qəsəbəsinə aparıb-gətirəcəyini bildirmişdir. Eyni zamanda o, oğurluq etdiyi gecə sərxoş vəziyyətdə olduğu üçün hansı metalı oğurlamağından məlumatı olmamışdır. Yevlax rayonu, Xaldan qəsəbəsinə çatdıqdan sonra isə ağ rəngli un kisələrində olan metalları metal qəbulu məntəqəsinə təqdim edən zaman o, həmin metalların mis və latun metalı olduğunu bilmişdir. Eyni zamanda həmin metal qəbulu məntəqəsində onlardan metal qəbul edən şəxsə özlərinə məxsus olan şəxsiyyət vəsiqəsinin surətini də təqdim etmişdir ki, metal qəbul edən şəxsin həmin metalların oğurluq olmasından şübhələnməsin. Daha sonra təqdim etdikləri metallar tərəzidə çəkildikdən sonra onlara həmin metallar qarşılığında 960 manat pul veriləcəyi bildirilmiş, onlar da razılaşmışlar. Metalları adını sonradan bildiyi Dilavər adlı şəxsə sataraq 960 manat pulu ondan götürmüşlər. Daha sonra isə o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Asiman adlı şəxsin idarə etdiyi avtomobil ilə Mingəçevir şəhərinə yaşadıqları binanın qarşısına gəlmişlər. Həmin puldan 25 manatını Asiman adlı taksi sürücünə verdikdən sonra yerdə qalan pulu ikisinin arasında bölüşmüşlər. Əlavə olaraq gizlətdiyi metalların bir qismi yaşadıqları binanın yaxınlığında olan avtomobil saxlanc yerində qalmışdır. Sonradan ona məlum olmuşdur ki, qalan metalı da, həmin gün Təqsirləndirilən şəxs1 tanımadığı taksi ilə Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən Dilavər adlı şəxsə məxsus metal qəbulu məntəqəsində satıb. Lakin həmin metalın hansı metal olması, hansı qiymətə satması barədə heç bir məlumatı olmamışdır. Hazırda da Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilmişdir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Füzuli Nağıyev qaynatasıdır. X4 səhhətində nasazlıq yarandığı üçün Mingəçevir şəhəri, Samux küçəsində yerləşən metal qəbulu məntəqəsini o, işlədir. Metal qəbulu məntəqəsində olan metal məmulatları ona məxsusdur. Gündəlik olaraq səhər saat 08 radələrindən axşam saat 20 radələrinədək həmin sexdə olur və nəzarət edir. Mütəmadi olaraq axşam saat 20 radələrindən sonra metal qəbulu məntəqəsini gözətçiyə təhvil verərək yaşadığı evə yollanır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında sexin gözətçisi Şahid3 onun mobil telefonuna zəng edərək metal məmulatlarının saxlanc yeri olan qapının qıfılının naməlum şəxs və yaxud şəxslər tərəfindən qırıldığını bildirmişdir. Dərhal o, Mingəçevir şəhəri, Samux küçəsində yerləşən metal qəbulu məntəqəsinə getmişdir. Həqiqətən də metal məmulatlarının saxlandığı saxlanc yerinin qapısının qıfılının qırıq olduğunu aşkar etmişdir. Daha sonra isə bu barədə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra polis əməkdaşlarının iştirakı ilə saxlanc yerinə baxış keçirilmişdir. İştirakı ilə baxış keçirilən zaman ona aşkar olunmuşdur ki, bir kiloqramının dəyəri 10 manat olmaqla 300 kiloqramının dəyəri 3.000 manat olan mis metalı, bir kiloqramının dəyəri 3 manat olmaqla 20 kiloqramının dəyəri 60 manat olan qurğuşun metalı, bir kiloqramının dəyəri 6 manat 50 qəpik olmaqla 30 kiloqramının qiyməti 195 manat olan latun metalı, bir kiloqramının dəyəri 2 manat olmaqla 60 kiloqramının dəyəri 120 manat düralliminium, bir kiloqramının dəyəri 1 manat 50 qəpik olmaqla 30 kiloqramının dəyəri 45 manat olan sink metalı, dəyəri 800 manat olan “Arqon” markalı qaynaq aparatı, 1 ədədinin qiyməti 150 manat olmaqla 3 ədədinin qiyməti 450 manat olan 5 kv-lık Elnfriq motoru, bir ədədinin dəyəri 2 manat olmaqla 120 ədədinin dəyəri 240 manat olan santexnik şlankı oğurlanmışdır. Əlavə olaraq metal qəbulu məntəqəsində baş vermiş oğurluq hadisəsini törətməkdə Təqsirləndirilən şəxs1 şübhələnmişdir. Belə ki, oğurluq hadisəsi baş verməmişdən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs1 metal qəbulu məntəqəsinin ətrafında gəzib dolaşdığını, gözətçisi olan Şahid3 ona verdiyi məlumata əsasən bir neçə gün əvvəl söhbət əsnasında Təqsirləndirilən şəxs1 gözətçi Şahid3 metal məmulatlarının saxlanc yerinin harada olması barədə soruşmuşdur. Əlavə olaraq Təqsirləndirilən şəxs1 əvvəllər də metal qəbulu məntəqəsinə gələrək müxtəlif metal məmulatlar satdığını bildirmişdir. Hazırda ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təxminən 6 aydır ki, həmin Zərərçəkmiş şəxs işlətdiyi metal qəbulu məntəqəsində gözətçi kimi işləyir. Mütəmadi olaraq gündüz saat 16 radələrində metal qəbulu sexinə gəlir və səhər saat 10 radələrinədək sexdə olur. Gecəni isə həmin metal qəbulu sexində olur. Həmin sexdən oğurluq edən şəxslər Taleh və İlkini qiyabi tanıyır. Belə ki, həmin şəxslər əvvəllər bir neçə dəfə sexə gələrək metal satmışlar. Amma həmin şəxslər ilə hər hansı bir yaxınlığı olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində ayağı su olduğu üçün ona ayrılmış otaqdakı sobanı yandırıb oturmuşdur. Qəflətən metal qəbulunun anbarından səs eşitmişdir. O, səs gələn tərəfə gedəndə görmüşdür ki, metal məmulatlarının saxlanc yerinin çardağının işığı söndürülmüşdür. Bu zaman onu görən iki nəfər şəxs qaçmışlar. Həmin şəxslər yolu keçəndə o, həmin şəxslərin arxasınca getsə də, çata bilməmişdir. Geri qayıdaraq anbarı yoxlayanda oradan qaynaq aparatı və digər metal məmulatların olmadığını aşkar etmiş və bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Daha sonra isə polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Sonradan oğurluğa girən şəxslərin Taleh və İlkin olması müəyyən olunmuşdur. Taleh yalandan onun adını çəkərək metal yığılan yeri göstərdiyini bildirmişdir. Taleh yalan söyləyir, o, əvvəllər də, dəfələrlə metal gətirib satanda metal məmulatlarının saxlandığı yeri müşahidə etmişdir. Eyni zamanda baş vermiş oğurluq hadisəsində hər hansı bir əlinin olmamasını da əlavə etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində işlədiyi metal qəbulu məntəqəsinə “VAZ2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tanımadığı 4 nəfər şəxs gələrək ona mis metalını satmaq istədiyini bildirib. Həmin şəxslərdən mis metalını haradan əldə etməsini soruşduqda, həmin şəxslərdən adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 həmin mis metallarını özlərinə məxsus olduğunu bildirmişdir. Daha sonra isə o, həmin şəxslərin təqdim etmiş olduğu mis və digər metalları, yalnız həmin şəxslərin özünə məxsus anket məlumatlarını təqdim etdiyi təqdirdə götürə biləcəyini söyləmişdir. Daha sonra həmin şəxslərdən bir nəfər arıq bədən cüssəli, təxminən 1.75 sm boyunda olan şəxs özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. O, həmin şəxsə məxsus olan şəxsiyyət vəsiqəsinin surətində qeyd olunmuş ad, soyad, ata adı və şəxsiyyət vəsiqəsinin seriya kodunu, eyni zamanda gəlmiş olduqları “Vaz2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili **-BC-*** dövlət qeydiyyat nişanını özündə olan qeydiyyat kitabçasında qeydiyyata almışdır. Daha sonra isə həmin şəxslərin təqdim etdiyi mis metalı 4 ədəd yarımçıq halda olan ağ rəngli un kisəsinin içərisində bağlanmış halda olmuşdur. Həmin mis metalları tərəzidə çəkdikdən sonra 100 kiloqram mis metalı, 6 kiloqram qurğuşun metalı, 4,5 kiloqram latun metalına görə 981 manat pul vermişdir. Təxminən 2 saat sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 11-12 radələrində ona həmin gün metal satan şəxslərdən biri gələrək yenidən əlavə olaraq mis metalını satmaq istədiyini bildirmişdir. Belə ki, mis metalını satmaq istəyən şəxs birinci dəfə səhər saatlarında mis metalını satmaq istəyən Təqsirləndirilən şəxs1 olmuşdur. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etdikdə, səhər metal satmağa gələn zaman yanında olan digər şəxsin şəxsiyyət vəsiqəsini təqdim etdiyini bildirmişdir. O da güman etmişdir ki, ilkin olaraq gələn şəxslərdən biri şəxsiyyət vəsiqəsini təqdim etdiyinə görə, ikinci dəfə şəxsiyyət vəsiqəsini tələb etməyə lüzum bilməmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs1 mis metalının oğurluq olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs1 mis metalının özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 mis metalını götürməyə razılıq vermişdir. Belə ki, birinci dəfə Təqsirləndirilən şəxs1 yanında olan Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsində ad, soyad, ata adı və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini götürdüyü üçün ikinci dəfə Təqsirləndirilən şəxs1 hər hansı bir sənəd, eyni zamanda gəldikləri avtomobilin qeydiyyat nömrəsini götürməyin lüzumsuz olduğunu bilmişdir. İkinci dəfə Təqsirləndirilən şəxs1 mis metalı satmağa gələn zaman yanında qiyabi tanıdığı Faiq adlı şəxs də olmuşdur. Faiq adlı şəxslə uzaqdan-uzağa salam-sağolu olduğu üçün həmin mis metalın oğurluq olması barədə hər hansı bir şübhəsi heç olmamışdır. İkinci səfər ona təqdim olunmuş mis metalının ümumi çəkisi 20 kiloqram olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 180 manat pul vermişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə günortadan bir qədər keçmiş, tanımadığı bir nəfər şəxs dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli ford markalı avtomobil ilə işlədiyi metal qəbulu məntəqəsinə gələrək satış üçün əlvan metalın olub-olmadığını soruşduqda, həmin gün ona ümumilikdə 120 kiloqram mis metalı, 30 kiloqram qara metalı, 6 kiloqram qurğuşun metalı, 4,5 kiloqram latun metalını satmış olan şəxslərdən almış olduğu yuxarıda adları və miqdarları qeyd edilmiş metalları dövlət qeydiyyat nişanını xatırlamadığı şəxsə aldığı qiymətdən cuzi miqdarda yuxarı qiymətə ford markalı avtomobili idarə edən şəxsə satmışdır. Eyni zamanda, mis metalını satmış olduğu şəxsi tanımır. Həmin qaraçı millətinə məxsus olan şəxsdir. Çünki həmin şəxsin xarici görkəmindən, ləhçəsindən, eyni zamanda geyim tərzindən qaraçı olmasını hiss etmişdir. Əlavə olaraq metal məmulatlarının və aldığı şəxsin anket məlumatlarının qeydiyyatını qeyd etdiyi qeydiyyat kitabçasını istintaqa təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Mingəçevir şəhərində yaşıllaşdırma idarəsində bağban kimi çalışır və işdən sonra isə özünə məxsus “VAZ 2106” markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Mingəçevir şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 07:40 radələrində uşağını 1 saylı orta məktəbə dərsə aparmaq üçün evdən həyətə düşmüşdür. Həyətə düşən zaman ona uzaq qohumu və əvvəllər qonşusu olmuş Təqsirləndirilən şəxs1 yaxınlaşmışdır. Taleh işlədiyi iş yerindən maaş əvəzində metal verdiklərini, həmin metalı ona məxsus avtomobil vasitəsilə metal qəbulu məntəqəsinə aparmaq istədiyini söyləmişdir. O, əvvəlcə həmin metalların oğurluq olmasından şübhələndiyinə görə Talehlə razılaşmamış, lakin Taleh onun 3 uşağının olduğunu, ona problem yaratmayacağını bildirdikdən sonra o, Talehə razılıq vermişdir. Uşaqlarını məktəbə düşürdükdən sonra Taleh metalı yaşadıqları Mingəçevir şəhəri Köhnə Toxuculuq fabrikinin yataqxanasının həyətində avtomobil dayanacağının yaxınlığında olduğunu söyləmişdir. Həmin yerə getdikdə yataqxanada qalan qonşusu İlkin də, kabellərin yanmasından sonra əldə edilən misin yanında olduğunu görmüşdür. Orada Taleh misi Mingəçevir şəhərində ucuz qiymətə aldıqlarını, Yevlax rayonu, Xaldan qəsəbəsində nisbətən baha qiymətə aldıqlarını demiş və həmin misi satmaq üçün Yevlax rayonu, Xaldan qəsəbəsinə aparmağını xahiş etmişdir. Buna görə Taleh ona 25 manat pul verəcəklərini söyləmişdir. O da razılaşdıqdan sonra Taleh və İlkin onun avtomobilinə əyləşərək Xaldan qəsəbəsinə getmişlər. Xaldanda İlkin və Taleh düşmüşlər və baqajda olan mis metallarını baqajdan çıxarıb yerə qoymuşlar. O da Taleh və İlkinə metalları baqajdan çıxarmağa köməklik etmişdir. Həmin misi satan zaman oradakı metal qəbulunu həyata keçirən şəxs xatırladığı qədəri ilə onlardan birinin şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Lakin Taleh və İlkinə ümumilikdə nə qədər pul vermələrini xatırlamır. Mingəçevir şəhərinə çatanda Taleh ona 25 manat pul və 1 ədəd “Kent 4” markalı siqaret alıb vermişdir. Sonra isə Taleh və İlkin ona xəngəl yeməyə getməyi təklif etmişlər, o da Taleh və İlkin ilə birlikdə Mingəçevir şəhərində yerləşən “Səməni” restoranında xəngəl yeməyə getmişlər. Əldə etdiyi pulun 10 manatına avtomobilinə benzin tökmüş, qalan pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, səhhətində yaranan nasazlıqlar ilə əlaqədar Mingəçevir şəhəri, Samux küçəsində yerləşən metal qəbulu məntəqəsini kürəkəni Zərərçəkmiş şəxs təhvil vermişdir. Həmin metal qəbulu məntəqəsində olan metal məmulatları da, Zərərçəkmiş şəxs məxsusdur. Özü isə arada-bir həmin metal qəbulu məntəqəsinə gedir. Zərərçəkmiş şəxs aldığı məlumata görə xx.xx.2023-cü il tarixdə həmin metal qəbulu məntəqəsində metal məmulatlarının saxlanc yerinə naməlum şəxslər daxil olaraq oğurluq etmişdir. Daha sonra oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxs olan Təqsirləndirilən şəxs1 Mingəçevir şəhər Polis Şöbəsində dindirilən zaman oğurluq hadisəsini İlkin adlı Mingəçevir şəhər sakini ilə birlikdə törətməsi barədə məlumat verməsini qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən 3-4 ildir ki, tanıyır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində tanışı Təqsirləndirilən şəxs1 ona məxsus olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək harada olduğunu soruşduqda, evdə olduğunu bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı binanın qarşısına gəlməyini söyləmiş, lakin nə səbəbə görə gəlməyini deməmişdir. Təxminən yarım saat sonra binanın qarşısında Talehlə görüşmüşdür. Taleh ondan harada dadlı yemək olduğunu soruşmuşdur. O da əvvəllər tanışları ilə birlikdə bir neçə dəfə Yevlax rayonu, Xaldan qəsəbəsində çörək yediyi üçün Taleh onunla razılaşmışdır. O, Talehlə birlikdə tanımadığı yol taksisi ilə birlikdə Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən dairənin yaxınlığında kafedə yemək ilə birlikdə spirtli içki olan araq içmişlər. Daha sonra isə Taleh kafedə hesabı ödəmişdir. Daha sonra isə yol taksisi ilə Yevlax rayonu, Xaldan qəsəbəsindən Mingəçevir şəhərinə qayıtmışlar. Təqsirləndirilən şəxs1 özünə məxsus olan bir qədər mis metalının olduğunu və onu götürüb Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində satmaq istədiyini bildirmişdir. O isə nə üçün Mingəçevir şəhərində satmadığını soruşduqda, Taleh Xaldan qəsəbəsində yerləşən metal qəbulu sexində daha baha qiymətə metal məmulatlarını aldıqlarını söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı binanın qarşısında taksini saxladaraq yaşadığı mənzilə qalxmış və ağ rəngli un kisəsi ilə birlikdə aşağı düşmüşdür və un kisəsini avtomobilin yük yerinə qoymuşdur. Daha sonra isə taksi vasitəsi ilə yenidən Xaldan qəsəbəsinə qayıtmışlar. Həmin ağ rəngli un kisəsinin içərisindəki mis metalını Dilavərin metal məntəqəsinə aparmışdır. Mis metal qəbulundakı şəxslər mis metalını ölçmüş və çəkisi 20 kiloqram yarım olmuşdur. Həmin mis metalına görə Təqsirləndirilən şəxs1 nə qədər pul verilməsini soruşmamışdır. Daha sonra o, Təqsirləndirilən şəxs1 ilə birlikdə gəldikləri taksi ilə Mingəçevir şəhərinə qayıtmışlar. Mingəçevir şəhəri, “Talkuçka” deyilən ərazinin yaxınlığında taksidən düşmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs1 Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə satmış olduğu metal məmulatlarının oğurluq olması barədə məlumatı olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri, Samux küçəsində yerləşən metal qəbulu məntəqəsinin metal məlumatlarının saxlandığı saxlanc yerinin qapısının qıfılının qırıldığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd göy rəngli olan qeydiyyat kitabçasına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 təqdim etdiyi 01 ədəd göy rəngli qeydiyyat kitabçasının birinci vərəqində “Qeydiyyat jurnalı” sözləri, 13 yanvar tarixində olan qeydiyyat vərəqəsində “Təqsirləndirilən şəxs2”, “AA*******”, nəqliyyat vasitəsi **-BC-***” (06), “Mis 120 kq” “dəmir 30 kq”, “qurğuşun 6 kq” “latun 4,5 kq” yazıları öz əksini tapır. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3150 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 5960,00 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədiqiqi hissəsində göstərilmişdir. Belə ki, mis metalın bir kiloqramının qiyməti 13 manat 50 qəpik olmaqla 300 kiloqramının qiyməti 4050 manat, qurğuşun metalın bir kiloqramının dəyəri 3 manat olmaqla 20 kiloqramının qiyməti 60 manat, latun metalın bir kiloqramının qiyməti 6 manat 50 qəpik olmaqla 30 kiloqramının qiyməti 195 manat, düralliminiumun bir kiloqramının qiyməti 2 manat olmaqla 60 kiloqramının qiyməti 120 manat, sink metalın bir kiloqramının qiyməti 1 manat 50 qəpik olmaqla 30 kiloqramının qiyməti 45 manat, 1 ədəd “Arqon” markalı qaynaq aparatının qiyməti 800 manat, 5 kv-lık Elnfriq motorunun bir ədədinin qiyməti 150 manat olmaqla üç ədədinin qiyməti 450 manat, santexnik şlankının bir ədədinin qiyməti 2 manat olmaqla 120 ədədinin qiyməti 240 manat göstərilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şahid2 və Şahid4 barələrində Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi, həmçinin Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid2 məxsus Vaz2106 markalı avtomobilin dövlət qeydiyyat nişanının **-BD-*** olması müəyyən edildiyindən, Şahid2 məxsus “Vaz2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil”, “Vaz 2106 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil” kimi oxunması nəzərə alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aralarında əvvəlcədən aparılmış razılaşmaya əsasən, Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Samux küçəsində yerləşən metal qəbulu məntəqəsinin əlvan metalların satış üçün çeşidlənərək kisələrə yığılıb saxlanıldığı saxlanc yerinin dəmir qapısının qıfılını istintaqa məlum olmayan dəmir parçası ilə sındırıb qanunsuz saxlanc yerinə daxil olmaqla, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmələri və onların əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Samux küçəsində yerləşən metal qəbulu məntəqəsinin əlvan metalların satış üçün çeşidlənərək kisələrə yığılıb saxlanıldığı saxlanc yerinin dəmir qapısının qıfılını istintaqa məlum olmayan dəmir parçası ilə sındırıb qanunsuz saxlanc yerinə daxil olmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 5.960 (beş min doqquz yüz altmış) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Samux küçəsində yerləşən metal qəbulu məntəqəsinin əlvan metalların satış üçün çeşidlənərək kisələrə yığılıb saxlanıldığı saxlanc yerinin dəmir qapısının qıfılını istintaqa məlum olmayan dəmir parçası ilə sındırıb qanunsuz saxlanc yerinə daxil olmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 5.960 (beş min doqquz yüz altmış) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli olaraq talanması ilə əlaqədar qəsdən törədilən cinayətlərdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayəti yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2012-ci il tarixdə doğulmuş yetkinlik yaşına çatmamış Selcan və xx.xx.2022-ci il tarixdə doğulmuş Sabir adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi Yataqxana Komendantlığı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Yataqxana Komendantlığına heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, xx.xx.2023–cü il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, ilk dəfə az ağır cinayət törətməsini, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi Yataqxana Komendantlığı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Yataqxana Komendantlığına heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, xx.xx.2023–cü il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmə hazırkı cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Hazırkı cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 14 yanvar 2023-cü il tarixdən 16 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvəyyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 06 iyun 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvəyyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-108/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-108/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver