Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-108/2024 17.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi–Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1972-ci ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhəri M.V.Vidadi ev 5, mənzil 14-də qeydiyyatda olmaqla Mingəçevir şəhər İ.Qasımov küçəsi döngə 9 ev 14-də yaşamış, Mingəçevir şəhər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 dekabr 2021-ci il tarixli Salyan rayon Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli “Amnistiya” aktı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, 16 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya qanunla müəyyən edilmiş qaydada üzərindən götürülmədən islah olunmayaraq istintaqa məlum olmayan mənbədən və məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd 404508 №-li, zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı, yivli, odlu avtomatik döyüş silahı hesab edilən, texniki cəhətdən saz, atəşə yaralı olan avtomatı, 1 (bir) ədəd, 30 (otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan-sandıqçanı və 30 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı, “AK74”(“AK- 74M”, “AKS-74”, “AKS-74U”,) markalı avtomat silahlarında, “RPK-74”, (“RPKS-74”) markalı əl pulemyotlarında və s.. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı, döyüş sursatı hesab edilən patronları ilə birlikdə əlindəki çantada saxlamaqla üzərində gəzdirərək daşımış və 29 mart 2024-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Avtovağzalın” yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 15:55-dən saat 16:11-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən həmin odlu silah hesab olunan “Kalaşnikov” konstruksiyalı yivli, atəşə yararlı odlu silah, “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan-sandıqça, 30 (otuz) ədəd 5,45 mm kalibrli döyüş sursatı hesab edilən patronlar onun əlində olan çantadan aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, əvvəllər də dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmişdir. Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində sahil ərazidə sonuncu dəfə cəzaçəkməkdən azad olunduqdan sonra xatırlamadığı tarixdə balıq tutarkən çayın sahilindəki ağacın kötüyünün alt hissəsində nəsə gizlədildiyini görüb ora yaxınlaşmış, ağacın kötük hissəsində avtomat olmasını görmüşdür. Həmin avtomatı oradan çıxarıb baxdıqda avtomatın üzərindəki sandıqçada da 30 ədəd mərmi olduğunu aşkarlamışdır. Həmin avtomatı yaşadığı evə gətirib evin zirzəmisində torpağın altına basdırmışdır. Uzun müddət avtomat orada qalmışdır. Həmin avtomatdan hər hansı məqsədlə istifadə etməmişdir. 29 mart 2024-cü il tarixdə günorta saatlarında avtomatı gizlətdiyi yerdən çıxarıb Kür çayına atmaq məqsədi ilə götürüb çantaya paltarların arasına yerləşdirmişdir. Avtomatı çantaya yerləşdirdikdən sonra çantanı da götürüb Mingəçevir şəhəri avtovağzalına tərəf gedərək oradan da Kür çayının Yevlax rayonu Varvara kəndinin ərazisindən keçən hissəsinə gedərək avtomatı orada Kür çayına atmaq istəmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən avtovağzalın yaxınlığı ilə piyada hərəkət edən zaman ona 3 nəfər nəfər mülki geyimdə şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirdilər. Həmçinin həmin şəxslər ona üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün şəhər polis şöbəsinə getməli olduğunu izah etmişlər. Bundan sonra polis əməkdaşlarının qanuni tələbləri ilə razılaşaraq onlarla birgə şəhər polis şöbəsinin inzibati binasına getmişdir. Orada polis əməkdaşları videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan çantadan 1 (bir) ədəd sandıqçasında 30 (otuz) ədəd patronlar olan Kalaşnikov avtomatı aşkar edilmişdir. Daha sonra aşkar edilmiş, Kalaşnikov avtomatı, avtomatın sandıqçası və 30 ədəd patronlar onun və müdafiəçisi X1 iştirakı ilə qablaşdırılaraq götürülmüş və onlar da həmin bağlamanın üzərini və tərtib olunmuş şəxsi axtarış və götürmə protokolunu imzalamışlar. Çantasından aşkar olunmuş 1 (bir) ədəd sandıqçasında 30 (otuz) ədəd patronlar olan Kalaşnikov avtomatını Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində sahilində balıq tutarkən çayın sahilindəki ağacın kötüyünün alt hissəsindən tapmışdır. Həmin silahı götürüb yaşadığı evin zirzəmisində torpağın altında basdıraraq gizlətmiş, bu barədə ailə üzvlərindən heç kəsə məlumat verməmişdir. Aşkar olunmuş 1 (bir) ədəd sandıqçasında 30 (otuz) ədəd patronlar olan Kalaşnikov avtomatını kimsəyə satmaq niyyəti olmamış, həmçinin həmin silahla hər hansı cinayət törətməmişdir. Həmin silahı tutulduqdan bir müddət öncə, təxminən sonuncu dəfə cəzaçəkməkdən azad olunduqdan sonra tapmışdır. Əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə daxil olmuş məxfi məlumatda Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və üzərində gəzdirməsi bildirilmişdir. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Mingəçevir ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis kapitanı Şahid1 və o, Təqsirləndirilən şəxs qanunsuz odlu silah gəzdirməsi ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mingəçevir şəhər Avtovağzalının yaxınlığında saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs qanunsuz odlu silah əldə etməkdə gəzdirməkdə şübhəli olması və bununla bağlı barəsində polis şöbəsinə məxfi məlumat daxil olması izah olunaraq polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və əlində gəzdirdiyi çanta ilə birlikdə Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs raportla təqdim edildikdən sonra təhqiqatçı polis kapitanı Cavid Kərimov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi təyin olunaraq növbədə olan vəkil X4 təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçiyə və cinayət prosesinin digər iştirakçılarına etirazı olmamasını bildirdikdən sonra polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısında Təqsirləndirilən şəxs üzərinə onun müdaifəçisi və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçirilmiş və üzərində daşıdığı çantanın içərisində bir ədəd AK-74 markalı avtomat, bir ədəd sandıqca və içərisində 30 ədəd patron aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ona məxsus əlində gəzdirdiyi çantadan aşkar olunmuş avtomatı, sandıqca və patronları bir neçə il əvvə taparaq əldə etdiyini, hər hansı cinayət zamanı istifadə olunmadığını və Varvara kəndində su hövzəsinə atmaq məqsədilə aparmaq istəyərkən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd AK-74 markalı avtomat, 1 ədəd sandıqca və 30 ədəd patron təhqiqatçı tərəfindən qablaşdırılmış Təqsirləndirilən şəxs özü və müdafiəçisi habelə polis əməkdaşları tərəfindən bağlama və şəxsi axtarış və götürmə keçirilməsinə dair tərtib edilmiş protokol imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin xidməti ezamiyyətdə və məzuniyyətdə olduqlarına görə görə məhkəmə istintaqında iştirakları mümkün olmamış, şahidlər Şahid1 və Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 və Şahid2 da Şahid3 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan 29 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs daşıdığı çantanın içərisindən 1 ədəd 404508 №-li, zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı avtomat, 1 ədəd sandıqca və 30 ədəd patron aşkar edilərək götürülmüşdür. İşdə olan 30 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, müstəntiq tərəfindən Mingəçevir ŞPŞ-nin TB-nin baş təhqiqatçısı polis kapitanı Cavid Kərimov tərəfindən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair tərtib olunmuş protokola əlavə edilmiş bir ədəd DVDdiskə baxış keçirilərkən Təqsirləndirilən şəxs çantasından 1 ədəd 404508 №-li, zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı avtomat, 1 ədəd sandıqca və 30 ədəd patron aşkar olunaraq qablaşdırılıb götürülməsi, sorğu zamanı həmin silahı sandıqca və içərisindəki 30 ədəd patronla birlikdə taparaq əldə etdiyini bildirməsi müəyyən edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzi Şəki Regional bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məhkəmə-ballistik ekspertizasının 3-16-16-2- 17/322 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah “404508” №-li zavod üsulu ilə hazırlanmış 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı yivli odlu avtomatik döyüş silahıdır. MEM-in X5 müvafiq texniki şərait (tir)- olmadığından ekspert qarşısında qoyulmuş “silah təqdim olunan vəziyyətdə atəşə yararlıdırmı” və “silah texniki cəhətdən sazdırmı, əgər saz deyildirsə nasazlığın səbəbi müəyyən edilsin” suallarını cavablandırmaq mümkün olmadı. -tədqiqata təqdim edilmiş 30 (otuz) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK-74M”, “AKS-74”, “AKS-74U” ) markalı avtomat silahlarda “RPK-74” (RPKS-74) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır-döyüş sursatlarıdırlar, istifadəyə yararlıdırlar. tədqiqata təqdim edilmiş 1 (bir ) ədəd sandıqca “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır. İşdə olan Azərbaycan Respublikasının DİN-in Kriminastik Tədqiqatlar İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş əlavə məhkəmə-ballistik ekspertizasının 24/988 nömrəli rəyinə əsasən: Tədqiqata təqdim edilmiş 01 ədəd 404508 №-li silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 30 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir- darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. İşdə olan maddi sübut kimi tanınmaq haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd 404508 №-li, zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı, yivli, odlu avtomatik döyüş silahı hesab edilən, texniki cəhətdən saz, atəşə yararlı olan avtomat, 1 (bir) ədəd, 30 (otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan-sandıqça və məhkəmə-ballistik ekspertizasının keçirilməsi üçün 3 ədəd patron istifadə edildikdən sonra qalan 27 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı, “AK74” (“AK-74M”, “AKS-74”, “AKS-74U”,) markalı avtomat silahlarında, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və s.. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı, döyüş sursatı hesab edilən patronlar iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. İşdə olan 08 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 (bir) ədəd 404508 №-li, zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı, yivli, odlu avtomatik döyüş silahı hesab edilən, texniki cəhətdən saz, atəşə yararlı olan avtomat, 1 (bir) ədəd, 30 (otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan-sandıqça və məhkəmə-ballistik ekspertizasının keçirilməsi üçün 3 ədəd patron istifadə edildikdən sonra qalan 27 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı, “AK74” (“AK-74M”, “AKS-74”, “AKS-74U”,) markalı avtomat silahlarında, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və s.. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı, döyüş sursatı hesab edilən patronları əldə etdiyi mənbənin müəyyənləşdirilməsi üçün ********* nömrəli cinayət işindən material ayrılmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(091)-168/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzasının başlanğıcı 20 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 69.3-cü maddəsi tətbiq edilməklə onun üzərində qəti olaraq 1 il 2 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. İşdə olan Salyan Rayon Məhkəməsinin 7(023)-775/2021 saylı məhkum barəsində amnistiyanın tətbiq edilməsi haqqında qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 01 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 5 saylı X6 faktiki cəza çəkən Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarın 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Məmmədov X3 şəhər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 dekabr 2021-ci il tarixli Salyan rayon Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli “Amnistiya” aktı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldımış, 16 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunsa da məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd 404508 №-li, zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı, yivli, odlu avtomatik döyüş silahı hesab edilən, texniki cəhətdən saz, atəşə yaralı olan avtomatı, 1 (bir) ədəd, 30 (otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan-sandıqçanı və 30 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı, “AK74”(“AK-74M”, “AKS-74”, “AKS-74U”,) markalı avtomat silahlarında, “RPK-74”, (“RPKS-74”) markalı əl pulemyotlarında və s.. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı, döyüş sursatı hesab edilən patronları ilə birlikdə əlindəki çantada saxlayıb üzərində gəzdirməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Avtovağzalın” yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 15:55-dən saat 16:ll-dək olan müddət ərizində üzərinə şəxsi axtarış keçirilərkən istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi odlu silah hesab olunan, “Kalaşnikov” konstruksiyalı yivli, atəşə yararlı odlu silah, “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan-sandıqça, 30 (otuz) ədəd 5,45 mm kalibrli döyüş sursatı hesab edilən patronlar onun əlində olan çantadan aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək, belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsinin saksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etməsi, başqasına verməsi, satması, saxlaması, daşıması və ya gəzdirməsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin səmimi etirafını və peşmançılığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan 3 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 saylı MİS-nə heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə, həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs Məmmədov X3 Şəhər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il, 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 27 dekabr 2021-ci il tarixli Salyan rayon Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli “Amnistiya” aktı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılaraq 16 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən, 29 mart 2024-cü il tarixdə qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 4(051)-20/2024 saylı, xx.xx.2024–cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni xx.xx.2024–cü il tarixdən hesablanmışdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 mart 2024–cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırkı cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, 1 (bir) ədəd 404508 №- li, zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı, yivli, odlu avtomatik döyüş silahı hesab edilən, texniki cəhətdən saz, atəşə yaralı olan avtomat, 1 (bir) ədəd, 30 (otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan-sandıqça və məhkəmə-ballistik ekspertizasının keçirilməsi üçün 3 ədəd patron istifadə edildikdən sonra qalan 27 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı, “AK74”(“AK-74M”, “AKS-74”, “AKS-74U”,) markalı avtomat silahlarında, “RPK-74”, (“RPKS-74”) markalı əl pulemyotlarında və s.. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı, döyüş sursatı hesab edilən patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Təchizat İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən məhkəmə-ballistik ekspertiza tədqiqatının dəyəri olan 30 manat 60 qəpik məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 mart 2024–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Mingəçevir ŞPŞ-yə məsul saxlanca verilmiş, 1 (bir) ədəd 404508 №- li, zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı, yivli, odlu avtomatik döyüş silahı hesab edilən, texniki cəhətdən saz, atəşə yaralı olan avtomat, 1 (bir) ədəd, 30 (otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan-sandıqça və məhkəmə-ballistik ekspertizasının keçirilməsi üçün 3 ədəd patron istifadə edildikdən sonra qalan 27 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı, “AK74”(“AK-74M”, “AKS-74”, “AKS-74U”,) markalı avtomat silahlarında, “RPK-74”, (“RPKS-74”) markalı əl pulemyotlarında və s.. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı, döyüş sursatı hesab edilən patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 60 (altmış) qəpik məbləğində məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-108/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-108/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver