Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-109/2020 16.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər ) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 Məhiyəddin qızının iştirakları ilə xx.xx.1991-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 mənzil 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 152.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs aralarındakı yaş fərqi iki ildən çox olan, xx.xx.2003-ci il tarixdə doğulmuş, 16 (on altı) yaşına çatmayan Zərərçəkmiş şəxs ilə rəsmi nigaha daxil olmadan evlənərək, xx.xx.2019-cu il tarixdə sonuncunun razılığı ilə yaşadıqları ünvan 1 mənzil 2 ünvanında Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM–in 152.1–ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs onun arvadıdır. Belə ki, xx xxxx 2019-cu il tarixdə hər ikisinin və ailə üzvlərinin razılığı ilə el adəti ilə toyları olmuş və onlar evlənmişlər. Toyları Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən “Nur” şadlıq sarayında olmuşdur. Evlənərkən yəni, toyları olan gün Təhminənin 16 yaşı tamam olmamışdır. Belə ki, Təhminə xx xxxxxxxx 2003-cü ildə anadan olmuşdur. Təhminənin 16 yaşı tamam olmadığı üçün onlar rəsmi olaraq nigaha daxil olmamışlar. Təhminənin 16 yaşının tamam olmamasından onun və ailə üzvlərinin məlumatı olmuşdur. Toyu olan gün gecə yəni xx xxxx 2019-cu il tarixdə yaşadıqları Mingəçevir şəhəri, Z.Həsənova küçəsi, 8 saylı evin 2 saylı mənzilində ilk dəfə olaraq Təhminə ilə hər ikisinin razılığı ilə cinsi əlaqəda olmuşdur. O, Zərərçəkmiş şəxs ilə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olan zaman, ona qarşı hər hansı zor tətbiq etməmiş, həmçinin onları ailə qurmağa heç kəs məcbur etməmiş, yəni valideynlərinin və özlərinin qarşılıqlı razılıqları əsasında evlənmişlər. Sonradan, yəni xx.xx.2019-cu il tarixdə Təhminənin 16 yaşı tamam olmuşdur. Bir müddət sonra arvadı hamilə qalmışdır. Təhminə hamilə olduqdan sonra hamiləliyi ilə əlaqədar hər hansı xəstəxanaya müraciət etməmişdir. xx xxxx 2020-ci il tarixdə Təhminə valideynlərinin yaşadığı evdə qonaq olarkən sancıları başlamış və o, həmin gün saat 23 radələrində Yevlax şəhər Mərkəzi Xəstəxanasına müraciət etmişdir. xx xxx 2020-ci il tarixdə isə qız övladı doğulmuşdur. Təhminənin 17 yaşı tamam olduğuna görə hazırda rəsmi nikaha daxil olmaq üçün zərərçəkmiş şəxslə birlikdə Mingəçevir şəhər icra hakimiyyətinə müraciət etmişlər. Hazırda zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə münasibətləri lap yaxşıdır. Ailəsinin və uşağının daima qayğısına qalır. Bununla belə əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Şahid1 Məhiyyəddin qızının iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Belə ki, xx xxxx 2019-cu il tarixdə hər ikisinin və ailə üzvlərinin razılğı əsasında el adəti ilə toyları olmuş və onlar evlənmişlər. Toyları Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən “Nur” şadlıq sarayında olmuşdur. Evlənərkən yəni, toyları olan gün onun 16 yaşı tamam olmamışdır. Belə ki, o, xx xxxxxxxx 2003-cü ildə anadan olubdur. Onun 16 yaşı tamam olmadığı üçün rəsmi olaraq nigaha daxil olmamışlar. Onun 16 yaşının tamam olmamasından Sənanın və Sənanın ailə üzvlərinin də məlumatı olmuşdur. Toyları olan günü gecə, yəni xx xxxx 2019-cu il tarixdə yaşadıqları Mingəçevir şəhəri Z.Həsənova küçəsi 8 saylı evin 2 saylı mənzilində ilk dəfə olaraq Sənanla hər ikisinin razılığı ilə cinsi əlaqəda olmuşlar. Həmin vaxt ona qarşı Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir zorakılıq edilməmişdir. Bir müddət sonra o, hamilə olmuşdur. Hamiləliyin ilkin dövründə hər hansı xəstəxanaya müraciət etməmişdir. xx xxxx 2020-ci il tarixdə valideynlərinin yaşadığı evdə qonaq olarkən sancıları başlamış və həmin saat 23 radələrində Yevlax şəhər Mərkəzi Xəstəxanasına müraciət etmişdir. xx xxx 2020-ci il tarixdə isə qız övladı doğulmuşdur. Hazırda aralarında mehriban ailə münasibəti vardır. Ona görə də ailəsinin dağılmamasını istəyir. Təqsirləndirilən şəxsla daima ona və uşağına qarşı qayğı göstərir. Artıq onun 17 yaşı tamam olmuşdur. Ona görə də nikaha daxil olmaq üçün müraciət etmişlər. Hesab edir ki, onun azyaşlı vaxtı evlənməsi qanunsuzdur, lakin hazırda ailəsinin və uşağının mənafeyi baxımından, təqsirləndirilən şəxsə yüngül cəza verilməsi daha ədalətli olar. Bu səbəbdən Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 Məhiyəddin qızı Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan AZ-İİ № 151672 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs anası Şahid1 Məhiyəddin qızı, atası X3 olmaqla, xx xxxxxxxx 2003-cü il tarixdə Yevlax rayonunda doğulmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə–Tibbi Ekspertiza və X1 Mingəçevir şəhər şöbəsinin rəisi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 241 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs qarnı obyektiv olaraq 8 (səkkiz) aylıq hamilə qadınlara məxsus formadadır, o, bəkarətinin tamlığının pozulmasını, əri ilə mütəmadi olaraq cinsi əlaqədə olmasını bildirərək qızlıq bəkarətinin tamlığının müəyyən edilməsi üçün müayinədən keçməkdən qəti olaraq etiraz etmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs təqdim etdiyi DVD diskə xx.xx.2020-ci tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs toy mərasimi xx xxxx 2019-cu il tarixdə Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən “Nur” şadlıq sarayında keçirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, aralarındakı yaş fərqi iki ildən çox olan, Təqsirləndirilən şəxs xx.xx.2003-ci il tarixdə doğulmuş, 16 (on altı) yaşına çatmayan Zərərçəkmiş şəxs ilə rəsmi nigaha daxil olmadan evlənərək, xx.xx.2019-cu il tarixdə sonuncunun razılığı ilə yaşadıqları ünvan 1 mənzil 2 ünvanında Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Bununla da Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxsoğlu aralarındakı yaş fərqi iki ildən çox olan, xx.xx.2003-ci il tarixdə doğulmuş, 16 (on altı) yaşına çatmayan Zərərçəkmiş şəxs ilə rəsmi nigaha daxil olmadan evlənərək, xx.xx.2019cu il tarixdə sonuncunun razılığı ilə yaşadıqları ünvan 1 mənzil 2 ünvanında Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 152.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan, yəni on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmanı və ya seksual xarakterli hərəkətlər etməni ifadə edən qəsdən törədilən formal tərkibli cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə razılıq əldə edib barışmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, habelə zərərçəkmiş şəxslə evlənib ailə şəraitində yaşamasını, faktiki münasibətdən uşağının olmasının və həmin uşağa qayğı göstərib saxlamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2020–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırılması idarəsinin 9 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində qonşuların dərin hörmətini qazanmış və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan doğum şöbəsində doğulmuş uşaq haqqında məlumatdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə 40 həftəlik hamiləlikdən sonra qadın cinsinə məxsus 1 nəfər uşaq doğulmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1 Məhiyəddin qızı tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbləri yoxdur. Ona görə də Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah oluna bilər. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin xarakterini dərk edərək ictimai təhlükəli əmələ yol verdiyini bilmiş, zərərçəkmiş şəxsə qarşı törətdiyi əmələ görə peşman olduğunu bildirmiş, zərərçəkmiş şəxslə razılıq əldə edib barışaraq onunla evlənmiş, faktiki münasibətlərindən doğulmuş uşağın ailədə yaşamaq və tərbiyə almaq hüququnu təmin etmişdir. Bununla da Təqsirləndirilən şəxs törətdiyi cinayətin zərərli nəticələrini yüngülləşdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra islah yoluna qədəm qoymuşdur. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41–ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM–nin 70.1–ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2–ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 70– ci maddəsinin tələblərinə əsasən 6 ay sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Məhkəmənin hakimi: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-109/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-109/2020
16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver