Məhkəmə qərarları › İş №1(051)-109/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-109/2021

25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-109/2021 25.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərəçəkmiş şəxs X1 iştirakı ilə Təqsirləndirilən şəxs qızı- xx.xx.1967-ci ildə Şuşa rayonu Zarıslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, Mingəçevir şəhər məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməyən, Şuşa rayonu Zarıslı kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri D.Əliyev küçəsi ev 16 mənzil 64 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs qızı tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə X3 və arvadı Şahid1 sosial təqaüd düzəltməkdə kömək edəcəyini yalan vəd verərək aldadıb, 20 mart 2020-ci il tarixdə Mayıs Şirinovun yaşadığı ünvan 2 ünvanında 600 manat, 2020-ci ilin mart ayının 21-də həmin ünvanda 400 manat, həmin tarixdə Mingəçevir şəhəri H.Əliyev prspektində yerləşən Mərkəzi bazarın yaxınlığında 400 manat, 25 mart 2020-ci ildə Mingəçevir şəhəri H.Əliyev prspektində yerləşən Bayraq Meydanın yaxınlığında 460 manat, 03 aprel 2020-ci il tarixdə Mayıs Şirinovun yaşadığı evdə 1000 manat, 05 aprel 2020-ci il tarixdə Mayıs Şirinovun yaşadığı evdə 600 manat, 12 aprel 2020-ci il tarixdə Mingəçevir şəhərində Bayraq Maydanmm yaxınlığında 240 manat, 16 aprel 2020-ci il tarixdə Mayıs Şirinovun yaşadığı evdə 700 manat, 22 aprel 2020-ci il tarixdə Mingəçevir şəhərində Bayraq Meydanının yaxınlığında 480 manat, 28 aprel 2020-ci il tarixdə Mayıs Şirinovun yaşadığı evdə 800 manat, 29 aprel 2020-ci il tarixdə Bayraq Meydanının yaxınlığında 300 manat, 30 aprel 2020-ci il tarixdə Mayıs Şirinovun yaşadığı evdə 130 manat, 02 may 2020-ci il tarixdə Mayıs Şirinovun yaşadığı evdə 140 manat olmaqla ümumilikdə 6250 (altı min iki yüz əlli) manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxs X3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Şirinov Mayısı keçmiş qonşusu Şahid2 vasitəsi ilə tanımışdı. Belə ki, o, Bəstinin evində olan zaman təqaüd düzəltməkdə ayrı-ayrı şəxslərə kömək edə biləcəyi haqqında məlumat verdi. 20.03.2020-ci il tarixdə Bəstinin qohumu Mayıs Şirinova təqaüd düzətməkdə kömək etmək məqsədilə Mayısın yaşadığı ünvan 4 ünvanına getdilər. Bundan sonra o, Mayısa təqaüd düzəltmək məqsədilə həmin gün 600 manat pul aldı, bundan sonra isə Mayısın yoldaşı Samirəyə də təqaüdün düzəldilməsini təklif etdi. Mayıs da razılaşdıqdan sonra o, həm Mayısa, həm də arvadı Samirəyə təqaüd düzəldilməsinə kömək etmək adı ilə Mayısdan müxtəlif vaxtlarda ümumilikdə 6250 manat pul aldı. Həmin pulu qaytaracağına söz versə, də həmin pulu qaytara bilmədi. Mayıs Şirinov polis şöbəsinə müraciət etdikdən sonra, Mayısdan borc aldığı haqqında yalan məlumat vermişdi. Əməlindən peşimandır.Mayısdan almış olduğu pulları hazırda tam qaytarmışdır. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında ifadəsində bildirdi ki, Ceyran adlı şəxsi arvadı Samrənin xalası Şahid2 görə tanımışdı. 20 mart 2020-ci il tarixdə Bəsti onun yaşadığı ünvan 2 ünvanında olarkən ona Təqsirləndirilən şəxs zəng gəldi, X4 təqaüd düzətdiyini və bunun üçün sənəd topladığını dedi. Bundan sonra Bəsti oğluna təqaüd düzəltməyə görə təxminən 1800 (bir min səkkiz yüz) manat pul lazım olacağını dedi. Bu zaman o, pulu olsa özünə də təqaüd düzəmək istədiyini dedi. Həmin gün saat təxminən 17 radələrində Bəsti, Ceyran və qızı Ləman onun yaşadığı evə gəldilər. Həmin vaxt Ceyran onun özünə təqaüd düzəltmək üçün 1800 manat pul istədi. Həmçinin 1800 manat pulun 1000 manatını təqaüd düzəlməmişdən əvvəl, 800 manatını isə təqaüd düzəlib kart alındıqdan sonra vermək barədə razılaşdılar. Ceyranın dediyinə görə o, ayda 415 manat təqaüd almalı idi. Bəstinin Ceyranı tanıması və təqaüdün düzəlməsində vasitəçilik etməsi onda inam yaratdığı üçün həmin gün o, Samirənin, Bəstinin və Ləmanın yanında Ceyrana 600 manat pul, özünün, Samirənin və uşaqlarının şəxsiyyət vəsiqələrinin surətlərini verdi. 21 mart 2020ci il tarixdə Bəsti, Ləman, Ceyran onlara gəldilər və Ceyran təqaüdün düzəlməsi üçün 800 manat pul istədi. O, yaşadığı evdə Ceyrana Samirənin, Ləmanın və Bəstinin yanında 400 manat pul verdi. Ceyran qalan 400 manatı həmin gün ona verməyini istədi. Həmin gün saat 17 radələrində o, Ceyrana zəng etdi və 400 manat pulu Mingəçevir şəhərində Mərkəzi bazarın yaxınlığında Ceyrana verdi. Həmin vaxt yanlarında başqa heç kim olmamışdı. 25 mart 2020-ci il tarixdə Ceyran ona zəng edərək, hərbiçi olub yaralanıb Hərbi Hospitalda yatdığına görə, əgər 480 manat pul versə, təqaüdünün artacağını və ayda 915 manat təqaüd alacağını dedi. Həmin gün o, Bakı şəhərində yaşayan qohumu Leyla Paşayevaya zəng edib özünə təqaüd düzəltdiyini dedi və buna görə 2000 manat borc pul istədi. Pul gəldikdən sonra həmin gün Mingəçevir şəhərində Bayraq Meydanının yaxınlığında o, Ceyrana Ləmanın yanında 480 manat pul verdi və Ceyran həmin puldan 20 manat qaytarıb ona verdi. 03 aprel 2020-ci il tarixdə Ceyran ona zəng edib təqaüdünün düzəldiyini, 1 nəfərə görə təqaüdün düzəlməsi üçün yer boşaldığını və Samirəyə də təqaüd düzəldə biləcəyini dedi. Samirəyə təqaüd düzəlməsinə görə ümumilikdə 1600 manat pul istədi və ayda 415 manat pul alacağını dedi. Həmin gün qohumu Leyladan borc alaraq yaşadığı evdə Samirənin və Ləmanın yanında Ceyrana 1000 manat pul verdi. 05 aprel 2020-ci il tarixdə Ceyran zəng edib 300 manat pul, ailə tərkibi, yaşayış yerindən arayış və şəxsiyyət vəsiqələrinin surətlərini istədi. Həmin gün o, yaşadığı evdə Samirənin və Ləmanın yanında Ceyrana 600 manat pul və arayışları verdi. 12 aprel 2020-ci il tarixdə Ceyran ona zəng edərək təqaüd kartının alınmasına görə hər biri üçün 120 manat olmaqla ümumilikdə 240 manat pul istədi. Həmin gün o, Bayraq Meydanının yaxınlığında Samirənin və Ləmanın yanında 240 manat pulu Ceyrana verdi. 16 aprel 2020-ci il tarixdə Ceyran ona zəng edib təqaüdün düzəlməsi üçün Bakı şəhərinə getdiyini, əlavə 700 manat pul lazım olduğunu və gəlib götürəcəyini dedi. O, əvvəlcə narazılıq etdi, lakin işin düzəlməsi naminə sonda 700 manatı Ceyrana verməyə razı oldu. Təxminən 20 dəqiqə sonra Ceyran və Ləman yaşadığı evə gəldi, o, evdə Samirənin və Ləmanın yanında Ceyrana 700 manat pul verdi. 22 aprel 2020-ci il tarixdə Ceyran yenidən zəng edib sənədlərin Yevlax şəhərində olduğunu və onları götürmək üçün 480 manat pul lazım olduğunu dedi, o yenə də narazılıq etdi, lakin sonda razılaşdı. Həmin gün Bayraq Meydanının yaxınlığında Ceyranla görüşdü, orada Samirənin və Ləmanın yanında Ceyrana 480 manat pul verdi. 27 aprel 2020-ci il tarixdə Ceyran zəng edərək Samirənin sənədlərində problem olduğunu, ona xəstəlik yazdırcağı həmçinin təqaüdünün 615 manata artacağını, buna görə 800 manat pul verməli olduğunu dedi, 28 aprel 2020-ci il tarixdə Ceyran, qızı Ləman ilə yaşadığı evə gəldi, Samirənin və Ləmanm yanında Ceyrana 800 manat pul verdi. Ceyran bununla da işin düzələcəyini dedi, lakin səhəri gün zəng edərək həkimə vermək üçün əlavə 300 manat verməli olduğunu dedi. Həmin gün Bayraq Meydanın yaxınlığında Samirənin və Ləmanm yanında Ceyrana 300 manat verdi. 30 aprel 2020-ci il tarixdə Ceyran zəng edərək təqaüdü düzəldiyinə görə ona bələdiyyədən torpaq veriləcəyini və əlavə 60 manat pul lazım olduğunu dedi, həmin gün yaşadığı evdə Samirənin və Ləmanın yanında Ceyrana 60 manat verdi. Axşam Ceyran zəng edib tərcümeyihalın yalnış olduğunu və 70 manat da pul verməli olduğunu dedi. Ləmanla birgə yaşadığı evə gəldi, Ləman tərcümeyi-halı yazmağına kömək etdi və orada Ceyrana 70 manat pul verdi. 02 may 2020-ci il tarixdə yaşadığı evdə Samirənin və Ləmanın yanında Ceyrana 140 manat pul və fotoşəkillərini verdi. Beləliklə də özünə və arvadı Samirəyə təqaüd düzəldilməsi məqsədilə Ceyrana ümumilikdə 6250 manat pul verdi. Bundan sonra dəfələrlə Ceyranla əlaqə saxlayıb ondan aldığı pulu qaytarmasını istəsə də Ceyran nə pulunu qaytardı, nə də təqaüdlərini düzəltdi. İş polis şöbəsində icraatda olan zaman Təqsirləndirilən şəxs ona cəmi 3850 manat ödəmişdir. İş məhkəmənin icraatında olduğu zaman isə Təqsirləndirilən şəxs onu aldadıb almış olduğu pulun hamısını, yəni 6250 manatı qaytarıb qurtardı. Lakin təqsirləndirilən şəxsə ağır cəza, yəni azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. Şahid1 ifadəsində bildirdi ki, Ceyran adlı şəxsi onun xalası Şahid2 görə tanıdılar. Belə ki, həyat yoldaşı Mayıs şəkər xəstəsi olduğuna, həm də gözü zəif gördüyünə görə özünə təqaüd düzəltdirmək istədi. 20 mart 2020-ci il tarixdə xalası Bəsti onların yaşadıqları evdə olarkən ona Təqsirləndirilən şəxs zəng gəldi, Bəsti Ceyranın onun oğlu Ruslana təqaüd düzətdiyini və bunun üçün sənəd topladığını dedi. Bundan sonra Bəsti oğluna təqaüd düzəltməyə görə təxminən 1800 (min səkkiz yüz) manat pul lazım olacağını dedi. Bu zaman əri Mayıs pulu olsa özünə təqaüd düzəltmək istədiyini dedi, həmin gün saat təxminən 17 radələrində Bəsti, Ceyran və qızı Ləman onların yaşadı ünvan 4 ünvanına gəldilər. Həmin vaxt Ceyran Mayısa təqaüd düzəltmək üçün 1800 manat pul istədi və təqaüdü Vüsal adlı şəxsin vasitəsilə düzəldəcəyini dedi. Həmçinin 1800 manat pulun 1000 manatını təqaüd düzəlməmişdən əvvəl 800 manatını isə təqaüd düzəlib kart alındıqdan sonra vermək barədə razılaşdılar. Ceyranın dediyinə görə Mayıs ayda 415 manat təqaüd almalı idi. X6 tanıması və təqaüdün düzəlməsində vasitəçilik etməsi onlarda inam yaratdığı üçün həmin gün Mayıs onun, Bəstinin, Ləmanın yanında Ceyrana 600 manat pul, özünün, onun və uşaqlarının şəxsiyyət vəsiqələrinin surətlərini verdi. 21 mart 2020-ci il tarixdə Bəsti, Ləman, Ceyran onların evinə gəldi və Ceyran təqaüdün düzəlməsi üçün 800 manat pul istədi, evdə Mayıs Ceyrana onun, Ləmanın və Bəstinin yanında 400 manat pul verdi və qalan 400 manatı həmin gün vermələrini istədi. Həmin gün saat 17 radələrində Ceyran Mayıs zəng etdi və 400 manat pulu Mingəçevir şəhərində mərkəzi bazarın yaxınlığında Ceyrana verdi. Mayısm dediyinə görə həmin vaxt yanlarında başqa heç kim olmamışdır. 25 mart 2020-ci il tarixdə Ceyran Mayısa zəng edərək, onun hərbiçi olub yaralanıb Hərbi Hospitalda yatdığını, əgər 480 manat pul versələr Mayısm təqaüdünün artacağını və ayda 915 manat təqaüd alacağını dedi. Həmin gün Mayıs Bakı şəhərində yaşayan qohumu Leyla Paşayevaya zəng edib özünə təqaüd düzəldiyini dedi və buna görə 2000 manat borc pul istədi. Pul gəldikdən sonra həmin gün Mingəçevir şəhərində Bayraq Meydanının yaxınlığında X8 yanında 480 manat pul verdi və Ceyran həmin puldan 20 manat qaytarıb Mayısa verdi. 03 aprel 2020-ci il tarixdə Ceyran Mayısa zəng edib təqaüdünün düzəldiyini, 1 nəfərə görə təqaüdün düzəlməsi üçün yer boşaldığını və ona da təqaüd düzəldə biləcəyini dedi. Ona təqaüd düzəlməsinə görə ümumilikdə 1600 manat pul istədi və ayda 415 manat pul alacağını dedi. Mayıs qohumu Leyladan borc alaraq həmin gün yaşadıqları evdə onun və Ləmanm yanında Ceyrana 1000 manat pul verdi. 05 aprel 2020- ci il tarixdə Ceyran zəng edib 300 manat pul, ailə tərkibi, yaşayış yerindən arayış və şəxsiyyət vəsiqələrinin surətlərini istədi, həmin gün Mayıs yaşadıqları evdə onun və Ləmanm yanında Ceyrana 600 manat pul və arayışları verdi. 12 aprel 2020-ci il tarixdə Ceyran Mayısa zəng edib təqaüd kartının alınmasına görə hər biri üçün 120 manat olmaqla ümumilikdə 240 manat pul istədi, həmin gün Bayraq Meydanının yanında Mayıs onun və Ləmanın yanında 240 manat pulu Ceyrana verdi. 16 aprel 2020-ci il tarixdə Ceyran Mayısa zəng edib təqaüdün düzəlməsi üçün Bakı şəhərinə getdiyini, əlavə 700 manat pul lazım olduğunu və gəlib götürəcəyini dedi, onlar əvvəlcə narazılıq etdi, lakin işin düzəlməsi naminə sonda 700 manatı Ceyrana verməyə razı oldular. Təxminən 20 dəqiqə sonra Ceyran və Ləman onların yaşadıqları evə gəldilər və evdə Mayıs onun yanında Ceyrana 700 manat pul verdi. 22 aprel 2020-ci il tarixdə Ceyran yenidən Mayısa zəng edib sənədlərin Yevlax şəhərində olduğunu və onları götürmək üçün 480 manat pul lazım olduğunu dedi. Onlar yenə də narazılıq etdi, lakin razılaşdılar. Həmin gün Bayraq Meydanının yaxınlığında Ceyranla görüşdü, orada onun və Ləmanm yanında Mayıs Ceyranan 480 manat pul verdi. 27 aprel 2020-ci il tarixdə Ceyran yenidən Mayısa zəng edərək onun sənədlərində problemin olduğunu, ona xəstəlik yazdırcağını həmçinin təqaüdünün 615 manata artacağını buna görə 800 manat pul verməli olduqlarını dedi. 28 aprel 2020-ci il tarixdə Ceyran, qızı Ləman ilə yaşadıqları evə gəldi, Mayıs onun və Ləmanın yanında Ceyrana 800 manat pul verdi. Ceyran bununla da işin düzələcəyini dedi, lakin səhəri gün zəng edərək həkimə vermək üçün əlavə 300 manat verməli olduqlarını dedi. Həmin gün Bayraq Meydanının yaxınlığında Mayıs 300 manatı onun və Ləmanın yanında Ceyrana verdi, 30 aprel 2020-ci il tarixdə Ceyran Mayısa zəng edərək təqaüdü düzəldiyinə görə bələdiyyədən torpaq veriləcəyini və əlavə 60 manat də pul lazım olduğunu dedi. Həmin gün yaşadıqları evdə Mayıs Ceyrana onun və Ləmanm yanında 60 manatı verdi. Həmin gün axşamı Ceyran zəng edib tərcümeyi-halın yalnış olduğunu və 70 manat da pul verməli olduqlarını dedi. Ləmanla birgə yaşadıqları evə gəldi, Ləman tərcümeyi-halı yazmaqlarına kömək etdi və orada Mayıs Ceyrana 70 manat pul verdi. 02 may 2020-ci il tarixdə yaşadıqları evdə Mayıs onun və Ləmanm yanında Ceyrana 140 manat pul və fotoşəkillərini verdi. Beləliklə də, onlar Mayısa və özünə təqaüd düzəldilməsi məqsədilə Ceyrana ümumilikdə 6250 manat pul verdilər. Bundan sonra dəfələrlə Ceyranla əlaqə saxlayıb onlardan aldığı pulu qaytarmasını istəsələr də Ceyran ya pulu qaytarmadı, ya da təqaüdü düzəltmədi. Şahid2 qızı ifadəsində bildirdi ki, Ceyranla qonşu olmuşlar. Ceyran onun evinə gəlib-gedirdi. Bir dəfə Ceyran söhbət əsnasında təqaüd düzəlməkdə ona kömək edə biləcək Ceyran adlı tanışı olduğunu dedi. O, oğlu Ruslan xəstə olduğuna görə ona təqaüd düzəltmək istədiyini bildirdi. Bunun üçün Ceyran ondan 1800 manat pul istədi, lakin o məbləğdə pulu olmadığı 20 mart 2020-ci il tarixdə bacısı qızı Şahid1nun yaşadığı ünvan 4 ünvanında olarkən oğlu Ruslana təqaüd düzəltmək üçün qonşusu Ceyran ilə 1800 manat müqabilində razılaşdığını, lakin o məbləğdə pulu olmadığından əlində nağd pul olan zaman oğlu Ruslana təqaüd düzəltməkdə kömək etməsi üçün razılaşdıqları pulu verəcəyini dedi. Bu zaman Mayıs pulu olsa özünə də təqaüd düzəmək istədiyini dedi. Həmin gün binanın qarşısında həyətdə olarkən Ceyran ondan şəkər xəstəsi olan qohumunun olubolmamasım, varsa təqaüd düzəltməkdə kömək edə biləcəyini dedi. Onun da ilk olaraq ağlına bacısının kürəkəni Mayıs gəldi, çünki onun şəkər xəstəsi olduğunu bilirdi. Ceyran Mayısa da təqaüd düzəltmək barədə söhbət etmək üçün Mayısın yaşadığı evə getmələrini dedi. O, Ceyran və Ceyranın qızı Ləman Mayısm yaşadığı evə getdilər. X9 Mayısa təqaüd düzəlmək üçün xatırladığı qədəri ilə 2000 manat müqabilində razılaşdılar və oradaca Mayıs Ceyrana onun, arvadı Samirənin və Ceyranın qızı Ləmanın yanında 600 manat pul verdi. Bundan sonra bildiyi qədəri ilə Mayıs Samirəyə də təqaüd düzəltmək üçün pul yenə vermişdi, lakin Mayısın özünə və arvadı Samirəyə təqaüd düzəlmək üçün ümumilikdə nə qədər pul vermələrindən dəqiq məlumatı olmamışdır. Mayısın dediyinə görə Ceyrana 6250 manat pul vermiş, həmin pulun isə 1450 manatını Ceyran qaytarmışdı. Şahid3 məhkəmə iclasındaifadəsində bildirdi ki, Mayıs Şirinov onun xalası oğludur. 2020-ci il tarixdə sentyabr ayında xalası oğlu Mayıs ona zəng edərək özünə və arvadı Samirəyə sosial təqaüd düzəltmək məqsədilə Ceyran adlı şəxsə faizlə aldığı 6250 (altı min iki yüz əlli) manat pul verdiyini, faizin artaraq borcunun çoxaldığını, ona görə də ona kömək etməsini bildirdi. O da sentyabr ayının 16-da Mayısa yaşadığı evdə 4000 manat pul verdi. Mayıs ondan yenidən borc pul istədi, sentyabr ayının 26-da Yevlax rayonunda olan zaman Mayısa gəlib 2000 manat pulu götürməsini dedi və Mayıs həmin pulu gəlib Yevlaxda ondan götürdü. Mayıs yenidən borc pul istədiyindən 11 oktyabr 2020-ci il tarixdə 1000 manat pulu gətirib Mingəçevir şəhərində Mayısın yaşadığı evdə ona verdi. O, özünün də telefon vasitəsilə Ceyrana zəng edərək Mayısdan aldığı pulu qaytarmasını bildirdi, lakin Ceyran ona qarşı nalayiq ifadələr işlətdi. Təqsirləndirilən şəxs əməli şahidlər Əhmədova Ayna Tofiq qızının və Şahid5 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qızı tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə X3 və arvadı Şahid1 sosial təqaüd düzəltməkdə köməklik edəcəyini yalan vəd verərək aldadıb, 20 mart 2020-ci il tarixdə Mayıs Şirinovun yaşadığı ünvan 2 ünvanında 600 manat, 2020-ci ilin mart ayının 21-də həmin ünvanda 400 manat, həmin tarixdə Mingəçevir şəhəri H.Əliyev prspektində yerləşən Mərkəzi bazarın yaxınlığında 400 manat, 25 mart 2020-ci ildə Mingəçevir şəhəri H.Əliyev prspektində yerləşən Bayraq Meydanın yaxınlığında 460 manat, 03 aprel 2020-ci il tarixdə Mayıs Şirinovun yaşadığı evdə 1000 manat, 05 aprel 2020-ci il tarixdə Mayıs Şirinovun yaşadığı evdə 600 manat, 12 aprel 2020-ci il tarixdə Mingəçevir şəhərində Bayraq Maydanmm yaxınlığında 240 manat, 16 aprel 2020-ci il tarixdə Mayıs Şirinovun yaşadığı evdə 700 manat, 22 aprel 2020-ci il tarixdə Mingəçevir şəhərində Bayraq Meydanının yaxınlığında 480 manat, 28 aprel 2020-ci il tarixdə Mayıs Şirinovun yaşadığı evdə 800 manat, 29 aprel 2020-ci il tarixdə Bayraq Meydanının yaxınlığında 300 manat, 30 aprel 2020-ci il tarixdə Mayıs Şirinovun yaşadığı evdə 130 manat, 02 may 2020-ci il tarixdə Mayıs Şirinovun yaşadığı evdə 140 manat olmaqla ümumilikdə 6250 (altı min iki yüz əlli) manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxs X3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 94-100-cu vərəqlərində olan 11.04.2019-cu il tarixli, 1(051)-16/2019 saylı hökmün surətindən və DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 12 sentyabr 2018-ci il tarixdən 14 sentyabr 2018-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət (cəmi 2 gün) CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin 04 may 2021-ci il tarixli, 468/3-3 №li məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti 04.05.2021-ci il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İşin 112-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş zərərçəkmiş şəxs X1 ərizələrindən görünür ki, iş məhkəmənin icraatında olduğu zaman Təqsirləndirilən şəxs ona 400 manat, 600 manat, 1370 manat və 30 manat pul ödəmişdir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəməsi, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs qızına cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, qadın olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 22:00-dən 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 198 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab№ AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3(üç)il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs qızının üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 22:00-dən 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 198 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab№ AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar