Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-109/2022 05.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1984-cü ildə Füzuli rayonu, Dilağarda kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olan, Bərdə rayonu, Kələntərli qəsəbəsində məskunlaşmış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bərdə rayonunun Muğanlı qəbiristanlığında qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd texniki cəhətdən saz, istifadəyə və atəşə yararlı, 7.62 mm kalibrli olmaqla, «Kalaşnikov» konstruksiyalı, “AKM” modelli, zavod üsulu ilə 1961-ci ildə istehsal edilmiş “KA8913” nömrəli, döyüş təyinatlı, yivli-odlu silah-avtomatı və həmin odlu silahın komplekt hissəsi hesab olunan sandıqçasında texniki cəhətdən saz, istifadəyə yararlı vəziyyətdə olan 30 ədəd 7.62 mm kalibrli olmaqla, həmin kalibrlərə malik “AKM”, “AKMS” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan patronları xx.xx.2022ci il tarixdə cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Şahid1 ilə Bərdə rayonundan Mingəçevir şəhərinə istirahət məqsədi ilə gələrkən, görünməyən boz rəngli sellofan torbada Şahid1 məxsus «FordFusion» markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymaqla qanunsuz olaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində isə Şahid1 ilə birgə Şahid1 məxsus «FordFusion» markalı avtomobil ilə Mingəçevir şəhəri, Samux küçəsində hərəkətdə olarkən, Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin həyətində Şahid1 məxsus avtomobilə baxış keçirilən zaman 1 ədəd texniki cəhətdən saz, istifadəyə və atəşə yararlı, 7.62 mm kalibrli olmaqla, «Kalaşnikov» konstruksiyalı, “AKM” modelli, zavod üsulu ilə 1961-ci ildə istehsal edilmiş, “KA8913” nömrəli, döyüş təyinatlı, yivli odlu silah-avtomat və həmin odlu silahın komplekt hissəsi hesab olunan sandıqçasında texniki cəhətdən saz, istifadəyə yararlı, 30 ədəd 7.62 mm kalibrli olmaqla həmin kalibrlərə malik “AKM”, “AKMS” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronlar avtomobilin yük yerindən boz rəngli sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, qanunsuz olaraq odlu silahların satışı ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bərdə rayonunda, Muğanlı qəbiristanlığında atasının qəbrini ziyarət etdikdən sonra qəbiristanlıq ilə piyada gedən zaman yerdə qara rəngli sellofan görmüş və əyilib həmin sellofanı götürmək istəyən zaman sellofanın ağır olduğunu hiss eləmiş, sellofan torbanın içərisindəki ona maraqlı olduğundan həmin sellofan torbanı açıb baxdıqda, sellofan torbanın içərisində qara rəngli qundağı kəsilmiş halda olan “Kalaşnikov” avtomatı olduğunu, həmçinin sandıqçasına baxdıqda isə orada 30 ədəd mərmi olduğunu görmüşdür. O, ətrafa baxıb heç kəsin olmadığına əmin olduqdan sonra həmin sellofan torbanı bağlayıb özü ilə yaşadığı evə aparmışdır. O həmin sellofan torbada olan avtomatı evdə heç kəsin görməməsi üçün yaşadığı fərdi yaşayış evinin həyətində olan toyuq hinində gizlətmişdir. O, 10 aprel tarixdə tanışı Şahid1 ilə mobil telefonda danışaraq, 11 aprel 2022-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhərinə istirahət etmək üçün gedəcəkləri barədə razılaşmışlar. Şahid1 Ağdam rayonunda yaşayır və onların uzun müddətdir ki, dost münasibətləri vardır. O, 11 aprel 2022-ci il tarixdə günorta saatlarında Mənsura zəng vurub danışmış və Mənsur yarım saata gəlib onu yaşadığı evdən götürəcəyini bildirmişdir. Təxminən saat günorta saatlarında Mənsur ona zəng vurub yaşadığı evin qarşısında gözlədiyini bildirmişdir. O, evdən çıxan zaman həmin günü səhər saatlarında tapdığı qara rəngli sellofan torbada olan bir ədəd Kalaşnikov avtomatını evdə həyətdə hində saxlamaqdan qorxmuş və evdən götürdüyü bir ədəd dəsmal və boz rəngli sellofan torba ilə hinə daxil olmuş, qara rəngli sellofan torbada olan Kalaşnikov avtomatını qara rəngli torbadan çıxardıb məhrəbaya büküb boz rəngli sellofan torbaya qoymuşdur. O, evdən əlində avtomat olan boz rəngli sellofan torba ilə çıxan zaman Mənsur özünə məxsus **-LB-*** dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobildə sükan arxasında əyləşmişdir. O, Mənsura yük yerini açmağını bildirdikdə Mənsur yük yerini avtomobilin salonundan düyməni basaraq açmış, o isə əlində boz rəngli sellofan torbada olan Kalaşnikov markalı avtomatı avtomobilin yük yerinə qoymuş və avtomobilin salonuna əyləşmişdir. O, Mingəçevir şəhərində istirahət etdikdən sonra tapdığı Kalaşnikov markalı avtomatı Bərdə rayon Polis şöbəsinə təhvil verməyi düşünmüşdür. Lakin Mənsur yanında olduğu üçün Mingəçevir şəhərinə gedən zaman avtomatı təhvil verməkdən qorxmuşdur. Avtomobilə əyləşdikdən sonra Mənsur ondan yük yerinə boz rəngli sellofan torbada qoyduğu şeyin nə olduğunu soruşduqda o, sellofan torbada yük yerinə qoyduğu şeyin paltar olduğunu və Mingəçevir şəhərinə gedib qayıtdıqdan sonra qardaşı Amilin yaşadığı evə gedəcəyini bildirmişdir. O və Mənsur günorta saatlarında Mingəçevir şəhərinə çatmışlar. Mingəçevir şəhərində avtoyuma məntəqələrinə yaxın tanımadığı yerdə Mənsurla bir qədər yemək yedilər. Lakin spirtli içki içmədilər. Daha sonra Mənsurla bir qədər Kür çayı sahilində gəzdilər və tanımadıqları yerdə çay içdilər. Axşam saatlarına qədər Mingəçevir şəhərində gəzdikdən sonra axşam saat 03:00 radələrində Mingəçevir şəhəri ərazisində çörək sexinin yaxınlığında avtomobildə nasazlıq olduğundan avtomobili saxladılar. Təxminən 10 dəqiqədən sonra iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra ona qanunsuz olaraq odlu silah saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib, onları polis şöbəsinə dəvət etmişlər, bundan sonra onları polis şöbəsinə aparıldılar. Polis şöbəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçiriləcəyi izah olundu. Bundan sonra növbətçi vəkil X6 onun hüquqlarını müdafiə etmək üçün dövlət hesabına təyin edildi. Bundan sonra videokamera ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilən zaman üzərindən qanunla saxlanması qadağan olunmuş heç bir əşya aşkar olunmadı. Şəxsi axtarış keçirilən zaman o, Mingəçevir şəhərinə gəldiyi Şahid1 məxsus avtomobilin yük yerində ona məxsus avtomat olduğunu bildirdi. Bundan sonra onun, vəkilinin və Şahid1 iştirakı ilə Ford Fusion markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Avtomobilə baxış keçirilən zaman o, avtomobilin yük yerindən həmin günü səhər saatlarında Bərdə rayonu, Muğanlı qəbiristanlığından tapdığı və boz rəngli sellofan torbaya qoyduğu bir ədəd Kalaşnikov markalı avtomatı könüllü olaraq təqdim etdi. Bundan sonra avtomobilə baxış keçirilən zaman avtomobildən hər hansı qanunla saxlanması qadağan olunmuş əşya aşkar olunmamışdır. Baxış zamanı polis əməkdaşları ondan avtomobilin yük yerindən könüllü olaraq təqdim etdiyi bir ədəd odlu silahı haradan əldə etdiyini soruşduqda o, avtomatı 11 aprel 2022-ci il tarixdə səhər saatlarında Bərdə rayonu, Muğanlı qəbiristanlığından tapdığını bildirmişdir. Avtomatı Mingəçevir şəhərinə gətirməkdə məqsədi satmaq olmamışdır. Sadəcə olaraq avtomatı evdə qoymaqdan ehtiyat etdiyinə görə özü ilə Mingəçevir şəhərinə aparmışdır. Mingəçevir şəhərindən geri qayıdan zaman polis şöbəsinə təhvil verəcəkdi. O, avtomobilin yük yerinə silah qoyması barədə Mənsura heç bir məlumat verməmiş, Mənsurun bu barədə heç bir məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır. Yetkinlik yaşına çatmayan uşaqları vardır. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, qanunsuz olaraq odlu silahların saxlanması, daşınması və satışı ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixdə həm qohumu, həm də yaxın münasibəti olan Təqsirləndirilən şəxs ona zəng vurub 11 apreldə günorta saatlarında hava yaxşı olduğundan Mingəçevir şəhərində Kür çayı sahilində gəzməyi təklif etmiş, o isə razılaşmışdır. 11 aprel 2022-ci il tarixdə günorta saatlarında o, Şamil ilə telefon ilə danışdıqdan sonra o, özünə məxsus **- LB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamilin yaşadığı Bərdə rayonu, Kələntərli qəsəbəsindəki evin qarşısına getmiş və Şamilə zəng vurub qapıda gözlədiyini bildirmiş, təxminən 15 dəqiqə o, sükan arxasında gözləyən zaman Şamil darvazanın qapısını açıb əlində boz rəngli sellofan torba ilə çıxmış, Şamil ona avtomobilin yük yerini açmağı xahiş etmiş, o isə avtomobildən düşmədən avtomobilin salonundan düyməni basaraq yük yerini açmış, Şamil əlindəki sellofan torbanı avtomobilin yük yerinə qoymuşdur. Şamil avtomobilə əyləşən zaman o, Şamildən yük yerinə qoyduğunun nə olduğunu soruşan zaman Şamil Mingəçevir şəhərindən geri qayıdan zaman qardaşı Amilgilə gedəcəyini və torbada paltar olduğunu bildirmişdir. Bundan sonra onlar Mingəçevir şəhərinə getmişlər. Mingəçevir şəhərində tanımadıqları yerdə avtoyuma məntəqələri yaxınlığında adını xatırlamadığı kafelərin birində yemək yemiş, daha sonra Mingəçevir şəhərində Kür çayı sahilində gəzib çay içmiş, axşam saatlarınadək Mingəçevir şəhəri ərazisində ona məxsus Ford Fusion markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəzmişlər. Axşam saatlarında Mingəçevir şəhərində tanımadıqları küçədə avtomobildə nasazlıq yarandığından avtomobili saxlamışlar. Avtomobilə baxan zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis vəsiqələrini təqdim etmiş və qanunsuz olaraq odlu silahın satışı ilə məşğul olduqlarını onlara bildirib polis şöbəsinə dəvət etmişlər. Onlar da heç müqavimət göstərməmişlər. Bundan sonra onlar polis şöbəsinə aparılmış, bundan sonra Təqsirləndirilən şəxs və onun iştirakı ilə ona məxsus avtomobilə baxış keçirildi. Avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs ona məxsus avtomobilin yük yerinə paltar qoyduğunu bildirdiyi boz rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etdi. Həmin boz rəngli torba açılan zaman içərisindən qara rəngli qundağı kəsilmiş avtomat aşkar olundu. Baxış zamanı polis əməkdaşları Şamildən avtomobilin yük yerindən könüllü olaraq təqdim etdiyi odlu silahı haradan əldə etdiyini soruşduqda, Şamil avtomatı 11 aprel 2022-ci il tarixdə səhər saatlarında Bərdə rayonu, Muğanlı qəbiristanlığından tapdığını bildirdi. Təqsirləndirilən şəxs ona məxsus avtomobilin yük yerinə avtomat qoymasından isə onun xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 və o Bərdə rayonunda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahların dövriyyəsi, saxlaması və gəzdirməsi ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Mingəçevir şəhər, İ.Qayıbov küçəsi 1 saylı binanın yaxınlığında Ford Fusion markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman onu görüb yaxınlayaraq, barəsində qanunsuz olaraq odlu silahların dövriyyəsi, saxlaması və gəzdirməsi barədə polis şöbəsində məlumat olduğu bildirib, polis şöbəsinə dəvət etdilər. Həmin vaxt Təqsirləndirilən şəxs Ford Fusion markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobildə öndə sağ oturacaqda, avtomobildə sükan arxasında isə özünü Mənsur kimi təqdim edən şəxsin olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs və Mənsur adlı şəxsə məxsus Ford Fusion markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir ŞPŞ-yə gətirildi. X12 adlı şəxsin Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayan, xx.xx.1980-ci il təvvəllüdlü Şahid1 olması müəyyən edildi. Bundan sonra Mingəçevir şəhər Polis Şöbəsinə növbətçilik cədvəli üzrə vəkil X6 və X7 dəvət edildi. Təqsirləndirilən şəxs üzərinə vəkili X1, Şahid1 üzərinə isə vəkil X2 iştirakı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda, hal şahidlərinin iştirakının məcburi olmaması bildirildi. X3 və Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman onların üzərindən qanunla saxlanması qadağan olunan hər hansı bir əşya aşkar olunmadı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, Şahid1 məxsus Ford Fusion markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində “Kalaşnikov” markalı avtomat gizlətdiyini bildirdi. Bundan sonra onun, Şahid3, vəkil X1 və Şahid1 iştirakı ilə Şahid1 məxsus avtomobilin yük yerinə müstəntiq tərəfindən baxış keçirildi. Baxış keçirilən zaman həmin avtomobilin yük yerində boz rəngli sellofan torbanın içərisində məhrəbaya bükülmüş qundağı kəsilmiş halda, sandıqçasında isə 30 ədəd patron olan “Kalaşnikov” avtomatı aşkar olundu. Avtomobildən qanunla qadağan olunmuş hər hansı başqa bir əşya aşkar olunmadı. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilin yük yerinə gizlətdiyi bir ədəd Kalaşnikov markalı avtomatı və həmin avtomatın sandıqçasında olan 30 ədəd patronu xx.xx.2022-ci il tarixdə Bərdə rayonunda Muğanlı qəbiristanlığında yerdən tapdığını, qara rəngli sellofon torbanı açıb baxdıqda içərisində qundağı kəsilmiş halda olan avtomat olduğunu görmüş, daha sonra həmin avtomatı yaşadığı evə gətirib evin həyətində olan hində gizlətdiyini, lakin həmin günü tanışı Şahid1 ilə Mingəçevir şəhərinə gəldiyindən həmin qara sellofan torbada olan avtomatı məhrəbaya büküb boz rəngli sellofan torbaya qoyduğunu və Şahid1 xəbəri olmadan Mənsura məxsus Ford Fusion markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyduğunu, daha sonra avtomobilə əyləşən zaman Mənsurun ondan yük yerinə nə qoyduğunu soruşan zaman o, Mingəçevir şəhərindən geri qayıdan zaman qardaşı Amilin yaşadığı evə gedəcəyi üçün özü ilə paltar götürdüyünü, lakin əsl məqsədi Mingəçevir şəhərindən geri qayıdan zaman Bərdə rayonu Muğanlı qəbiristanlığından tapdığı Kalaşnikov markalı avtomatı Bərdə rayon Polis Şöbəsinə təhvil verəcəyini bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən həmin Kalaşnikov markalı qara rəngli qundağı kəsilmiş avtomata baxış keçirilmiş və həmin avtomatın sandıqçasında 30 ədəd patron olduğu müəyyən edilmiş və baxış zamanı iştirakçıların iştirakı ilə həmin bir ədəd Kalaşnikov markalı avtomat və 30 ədəd patron qablaşdırılmış və baxışda iştirak edən şəxslər hər biri qablaşdırmanın üzərini imzalamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 da şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan «Şəxsi axtarış keçirilməsi barədə» 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, üzərinə şəxsi axtarış keçirilərkən tanışı Şahid1 məxsus avtomobilin yük hissəsində ona məxsus 1 (bir) ədəd “Kalaşnikov” markalı avtomat gizlətdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan «Baxış keçirilməsi barədə» 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 iştirakı ilə Şahid1 məxsus Ford Fusion markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən 1 ədəd boz rəngli sellofan torbanın içərisində məhrəbaya bükülmüş vəziyyətdə 1 ədəd qara rəngli, qundağı kəsilmiş halda üzərində “KA8913” nömrəsi yazılmış, “Kalaşnikov” markalı avtomat və həmin avtomatın sandıqçasında 30 ədəd patron aşkar edilmişdir. İşdə olan məhkəmə-ballistik ekspertizasının 12 aprel 2022-ci il tarixli 17/335 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 7.62 mm kalibrli olmaqla, «Kalaşnikov» konstruksiyalı, “AKM” modelli, zavod üsulu ilə 1961-ci ildə istehsal edilmiş “KA8913” nömrəli, döyüş təyinatlı, yivli-odlu avtomat silahdır, sazdır, üzərindəki zavod nişanlarında sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. - Tədqiqata təqdim edilmiş 30 ədəd patron 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKMS” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır, döyüş sursatı hesab edilirlər, istifadəyə yararlıdırlar. - Təqdim edilmiş 1 ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır. İşdə olan məhkəmə əlavə ballistik ekspertizasının 23 aprel 2022-ci il tarixli 22/327R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, lülə qutusunda KA-8913 nömrəsi olan silah, 7.62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 1961-ci ildə istehsal olunmuş AKM modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, odlu-yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. - Tədqiqata təqdim edilmiş 30 ədəd patronlardan 11 ədədi, 1973-cü ildə, 19 ədədi 1974-cü ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. - Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Ekspert rəyinin qeyd hissəsində göstərilmişdir ki, təqdim edilmiş 30 ədəd 7,62x39 mm kalibrli patronlardan 3 ədədi eksperimental atəş zamanı istifadə olundu. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, təqdim edilmiş 01 ədəd 7.62 mm kalibrli KA-8913 nömrəli Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd texniki cəhətdən saz, istifadəyə yararlı, 7.62 mm kalibrli olmaqla, «Kalaşnikov» konstruksiyalı, “AKM” modelli, zavod üsulu ilə 1961-ci ildə istehsal edilmiş “KA8913” nömrəli, döyüş təyinatlı, yivli-odlu avtomat silahı və həmin odlu silahın sandıqçasında texniki cəhətdən saz, istifadəyə yararlı 27 ədəd 7.62 mm kalibrli olmaqla, həmin kalibrlərə malik “AKM”, “AKMS” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Texniki təminat Baş silah-sursat anbarına təhvil verilməsi məqsədilə saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarın 2-ci bəndindən görünür ki, xx.xx.2022-ci il tarixdə Şahid1 məxsus Ford Fusion markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd texniki cəhətdən saz, istifadəyə yararlı, 7.62 mm kalibrli olmaqla, «Kalaşnikov» konstruksiyalı, “AKM” modelli, zavod üsulu ilə 1961-ci ildə istehsal edilmiş “KA8913” nömrəli, döyüş təyinatlı, yivli-odlu avtomat silahı və həmin odlu silahın sandıqçasında texniki cəhətdən saz, istifadəyə yararlı 27 ədəd 7.62 mm kalibrli olmaqla, həmin kalibrlərə malik “AKM”, “AKMS” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş patronların maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin silah otağına verilməsi nəzərə alınmışdır. Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 34.2 və 307.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Bərdə şəhər poliklinikası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən 22 aprel 2022–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sankt Peterburq şəhəri Nevski Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının 228-ci maddəsi ilə təqsirli bilinərək, 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq, təyin olunmuş cəzadan azad olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən odlu silah hesab olunan “Kalaşnikov” konstruksiyalı avtomatı, döyüş sursatı hesab olunan patronları və odlu silahın komplekt hissəsi olan darağı əldə edərək saxlayıb üzərində gəzdirməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 ədəd texniki cəhətdən saz, istifadəyə və atəşə yararlı, üzərindəki zavod nişanlarında sonradan hər hansı əlavə və dəyişikliklər edilməmiş, 7.62 mm kalibrli olmaqla, «Kalaşnikov» konstruksiyalı, “AKM” modelli, zavod üsulu ilə 1961-ci ildə istehsal edilmiş “KA8913” nömrəli, döyüş təyinatlı, yivli-odlu avtomat silahı, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, istifadəyə yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi - darağı, həmin odlu silahın komplekt hissəsi hesab olunan sandıqçasında texniki cəhətdən saz, istifadəyə yararlı vəziyyətdə olan 30 ədəd 7.62 mm kalibrli olmaqla, həmin kalibrlərə malik “AKM”, “AKMS” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan patronları xx.xx.2022ci il tarixdə cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Şahid1 ilə Bərdə rayonundan Mingəçevir şəhərinə istirahət məqsədi ilə gələrkən, görünməyən boz rəngli sellofan torbada Şahid1 məxsus «FordFusion» markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymaqla qanunsuz olaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində isə Şahid1 ilə birgə Şahid1 məxsus avtomobil ilə Mingəçevir şəhəri, Samux küçəsində hərəkətdə olarkən, Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin həyətində Şahid1 məxsus avtomobilə baxış keçirilən zaman 1 ədəd texniki cəhətdən saz, istifadəyə və atəşə yararlı, 7.62 mm kalibrli olmaqla, «Kalaşnikov» konstruksiyalı, “AKM” modelli, zavod üsulu ilə 1961-ci ildə istehsal edilmiş “KA8913” nömrəli, döyüş təyinatlı, yivli odlu silah – avtomat, həmin odlu silahın komplekt hissəsi hesab olunan sandıqçasında texniki cəhətdən saz, istifadəyə yararlı, 30 ədəd 7.62 mm kalibrli olmaqla həmin kalibrlərə malik “AKM”, “AKMS” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronlar avtomobilin yük yerindən boz rəngli sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək, belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etməsi, başqasına verməsi, satması, saxlaması, daşıması və ya gəzdirməsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti başçısının Dilağarda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022– ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan yəni, xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 aprel 2022–ci il tarixdən hesablanmalıdır. Məhkəmə hazırkı cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd texniki cəhətdən saz, istifadəyə və atəşə yararlı, 7.62 mm kalibrli olmaqla, «Kalaşnikov» konstruksiyalı, “AKM” modelli, zavod üsulu ilə 1961-ci ildə istehsal edilmiş “KA8913” nömrəli, döyüş təyinatlı, yivli odlu avtomat silah, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, istifadəyə yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi - darağı, həmin odlu silahın komplekt hissəsi hesab olunan sandıqçasında texniki cəhətdən saz, istifadəyə yararlı vəziyyətdə olan 27 ədəd 7.62 mm kalibrli olmaqla, həmin kalibrlərə malik “AKM”, “AKMS” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən məhkəmə-ballistik ekspertiza tədqiqatının dəyəri olan 30 manat 60 qəpik məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 aprel 2022–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər Polis Şöbəsində saxlanan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd texniki cəhətdən saz, istifadəyə və atəşə yararlı, 7.62 mm kalibrli olmaqla, «Kalaşnikov» konstruksiyalı, “AKM” modelli, zavod üsulu ilə 1961-ci ildə istehsal edilmiş “KA8913” nömrəli, döyüş təyinatlı, yivli odlu avtomat silah, 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, istifadəyə yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi - darağı, həmin odlu silahın komplekt hissəsi hesab olunan sandıqçasında texniki cəhətdən saz, istifadəyə yararlı vəziyyətdə olan 27 ədəd 7.62 mm kalibrli olmaqla, həmin kalibrlərə malik “AKM”, “AKMS” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 60 (altmış) qəpik məbləğində məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-109/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-109/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver