Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-109/2023 29.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)- 010/2018 saylı, 18 yanvar 2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1ci, 177.2.2-ci, 177.2.3-cü, 180.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şuşa rayonu Quşçular kəndində qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi ev B 49-da yaşamış, xx.xx.2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin may-iyun ayları ərzində istintaqa məlum olmayan dəqiq tarix və vaxtda Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış binasının 34-cü mənzilinə qanunsuz daxil olmaqla mənzilin yataq otağındakı saxlanc yeri hesab edilən paltar dolabından Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 425 (dörd yüz iyirmi beş) manat dəyərində 5 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı qızıldan olan, kvadratşəkilli qaşa malik 1 cüt sırğanı, 1 ədəd 525 (beş yüz iyirmi beş) manat dəyərində 5 qram çəkidə, 750 əyarlı, İtaliya istehsalı qızıldan olan bilərziyi, həmin otaqdakı saxlanc yeri hesab edilən «trimo»nun siyirtməsindən isə 630 (altı yüz otuz) manat dəyərində 6 qram çəkidə, 750 əyarlı, İtaliya istehsalı qızıldan olan boyunbağını, yəni ümumilikdə özgənin 1580 (bir min beş yüz səksən) manat məbləğdə qızıl-zinət əşyalarını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 22 yanvar 2023-cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən, «Nur» adlanan şadlıq sarayının qarşısında Mingəçevir şəhər sakini yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 yaxınlaşaraq sonuncuya məxsus «Samsung GALAXY A 32» markalı mobil telefonu danışmaq üçün istəyib geri qaytaracağını yalandan vəd verib, Zərərçəkmiş şəxs2 aldadaraq etibarından sui-istifadə etməklə sonuncunun 800 (səkkiz yüz) manat dəyərində «Samsung GALAXY A 32» markalı mobil telefonunu alıb, aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 23 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 21 ünvanında yerləşən, «Hollivud» adlanan kafedə Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs3 yaxınlaşaraq sonuncuya məxsus «Samsung GALAXY A 52» markalı mobil telefonu danışmaq üçün istəyib geri qaytaracağını yalandan vəd verib, Zərərçəkmiş şəxs3 aldadaraq etibarından sui-istifadə etməklə sonuncunun 750 (yeddi yüz əlli) manat dəyərində «Samsung GALAXY A 52» markalı mobil telefonunu alıb, aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 mart 2023-cü il tarixdə saat 04:30-dan 06:00-dək olan müddət ərzində ünvan 6 ünvanında yerləşən 4 nömrəli tam orta məktəbin birinci mərtəbəsindəki giriş qapısının sol tərəfində yerləşən plastik pəncərənin kilidini sındırıb açmaqla pəncərədən keçmək yolu ilə məktəbin binasına qanunsuz daxil olub pilləkənlərlə ikinci mərtəbəyə qalxdıqdan sonra ikinci mərtəbənin dəhlizindən solda yerləşən kompyuter otağının qapısını çərçivədən çıxarmaqla sinif otağına daxil olaraq otaqdakı masaların üzərlərində olan, məktəbin balansındakı, 1 ədədinin dəyəri 850 manat olan 9 (doqquz) ədəd Çin istehsalı olan, «Çayney» markalı, KQ6-0011 modelli kompyuterləri (noutbukları), yəni ümumilikdə özgənin xeyli miqdar təşkil edən 7650 (yeddi min altı yüz əlli) manat məbləğdə əmlakını məktəbin inzibati binasına qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər yəni, oğurluq, soygunçuluq etdiyinə və narkotik vasitə saxladığına görə 2018-ci ildə Şəki Ağır Cinayətlər məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azadlığa buraxılmışdır. 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və onunla bir yerdə yaşamışdır. Vüsalə anasına da xəstə olan zaman qulluq etmişdir. 2022-ci ilin may-iyun aylarında xatırlamadığı vaxtda və tarixdə maddi imkanı zəif olduğundan Vüsalə evdə olmayanda onun yataq otağından 1 cüt qızıl sırğanı, 1 ədəd qızıl bilərzik və 1 ədəd qızıl boyunbağını oğurlayıb xatırlamadığı şəxsə 60 manata satıb xərclərinə sərf etmiş, həmin qızıl-zinət əşyalarını satanda isə alan şəxsə qızılların anasına aid olmasını demişdir. Bu səbəbdən satın alan şəxs qızılların oğurluq olmasından xəbər tutmamışdır. O cümlədən 2023-cü ilin 22 yanvar və 23 yanvar tarixlərində Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 modelini xatırlamadığı 2 ədəd «Samsung» markalı mobil telefonu danışmaq adı ilə aldadıb alaraq qaytarmamış, sonra mobil telefonları xatırlamadığı şəxsə sataraq pulunu xərcləmişdir. Mobil telefonları satdığı adamları tanımır. Onlara da mobil telefonları satanda telefonun özünə aid olmasını dediyindən başqasına aid olmasını bilməmişlər. Həbs olunmazdan əvvəl son vaxtlar iş tapa bilmədiyi üçün maddi vəziyyətində çətinlik yaranmışdır. Həmin çətinliyi aradan qaldırmaq üçün sahibsiz qalan obyektlərdən oğurluq etmək qərarına gəlmişdir. Maddi cəhətdən əziyyət çəkdiyinə görə əsəbi olmuş və bu səbəbdən mütəmadi olaraq spirtli içki içmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığındakı mağazadan 1 şüşə araq alıb yaşadığı evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində arağı evdə təkbaşına içib sərxoş olmuş, daha sonra isə siqaret almaq üçün saat 04 radələrində küçəyə çıxmışdır. Həmin vaxt əvvəllər oxuduğu 4 nömrəli orta məktəbin yanına gəlmiş, oradan keçib yaxınlıqda yerləşən «Ağ çiçəyim» mağazasına tərəf getmişdir. Mağaza bağlı olduğundan «Kür çayı»nın sol sahilində yerləşən köşkdən siqaret alaraq yenə həmin yerə qayıtmışdır. 4 nömrəli orta məktəbin yanından keçən zaman orada kompyuter olması ağlına gəlmişdir. Həmin kompyuterləri oğurlayıb satmaqla qazanc əldə edə biləcəyini düşündüyünə görə məktəbin hasarından aşıb oraya daxil olmuşdur. Ətrafı YOXlayanda məktəbdə gözətçi olmadığına əmin olaraq xx.xx.2023-cü il tarixdə saat 04:30 radələrində məktəbin giriş qapısının solunda olan plastik pəncərəni əli ilə itələyib açmış, pəncərədən keçməklə içəri daxil olduqdan sonra birbaşa ikinci mərtəbəyə qalxmışdır. Çünki, birinci mərtəbədə heç bir şey deyil, yalnız xadimələrin xalatları və ləvazimatları olmuşdur. İkinci mərtəbədə alışqanın işığı ilə kabinetlərin üzərindəki yazıları oxuyub kompyuter otağının qarşısına gəldikdən sonra yazını oxuyub dəqiqləşdirərək otağın bərabərliyində dayanmışdır. Qapını açmaq istəyəndə bağlı olmasını görmüş, qapını içəri itələsə də, açılmamışdır. Daha sonra isə isə qapının dəstəyindən tutub möhkəm dartdıqdan sonra qapı çərçivəsindən çıxmışdır. İçəri daxil olaraq oradakı noutbukları masaların üzərindən toplayıb üst-üstə yığmışdır. Cəmi 9 ədədinə gücü çatmasını başa düşüb onları qucağına yığaraq otağı tərk etmişdir. Məktəbin giriş qapısının kilidini açaraq oradan çıxdıqda saat 06 radələri olmuşdur. Noutbukları sonradan satıb qazanc əldə etmək məqsədi ilə artıq hava işıqlandığından kompyuterləri yaxınlıqdakı 19 saylı «Nərgiz» uşaq bağçasının solundakı kolluğa yığıb üzərini kolla basdırmış və yaşadığı evə getmişdir. Daha sonra isə yaşadığı qəsəbədə çayxanada tanışı Xəlillə birlikdə oturub çay içən zaman polis əməkdaşları gələrək oğurluqda şübhəli olduğu üçün polis şöbəsinə getməli olmağını dedikdə polis şöbəsinə gələrək etdiyi cinayəti boynuna almışdır. Daha sonra isə xx.xx.2023-cü il tarixdə ifadəsi yerində YOXlanılan zaman kompyuterləri yığdığı yeri göstərmiş, polis əməkdaşları həmin kompyuterləri götürmüşlər. Yuxarıda təsvir edilən cinayət əməlini təkbaşına törətmişdir. Cinayət törətməkdə ona kömək edən olmamışdır. Əvvəlki ifadəsində oğurlanmış noutbukların sayını nə üçün 8 ədəd göstərməyinin səbəbini bilmir. Lakin, o, 9 ədəd noutbuk oğurlamışdr. Kompyuterləri oğurlayıb sonra onları da bağçanın yanındakı kolluqda gizlətmişdir. 8 ədədi ifadəsi yerində YOXlanılanda aşkarlanmış, 1 ədədinin isə oradan hara YOXa çıxmasından məlumatı YOXdur. Ona görə həmin 1 ədəd noutbuku istintaqa təqdim edə bilmir. Vüsalənin qızılları və 2 ədəd mobil telefonu da o, ələ keçirmişdir. Aradan uzun vaxt keçdiyindən həmin hadisələrə dair bəzi məqamlar yadından çıxmışdır. Mingəçevir şəhəri və ətraf rayonların ərazisində göstərdiyi cinayətlərdən başqa cinayət hadisəsi törətməmişdir. Əməlindən peşmandır. Vurduğu maddi ziyanın bir qismini ödəmişdir. Zərərçəkmişlərin çoxu ilə barışmışdır. Buna görə də qeyd olunanları nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri 4 №-li tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə işlədiyi məktəbdən oğurluq edilməsi barədə məlumat alaraq yaşadığı evdən məktəbə gəlmişdir. Saat 07:00 radələrində məktəbə gəldikdə məktəbin giriş hissəsindəki qapının sol tərəfində olan plastik pəncərənin kilidinin sındırılmasını və pəncərədən məktəb binasının içərisinə daxil olunmasını müəyyən etmişdir. Daha sonra məktəbin inzibati binasında yerləşən avadanlıqları və sair invertarları YOXlayan zaman ikinci mərtəbədə dəhlizdən solda yerləşən kompyuter otağının giriş qapsının çərçivədən çıxarılmasının şahid olmuşdur. Otağı YOXlayan zaman kompyuter otağında səliqə-səhmanın pozulmasını görmüşdür. İlkin YOXlama nəticəsində otaqdan hər biri qara rəngdə olan QR-10075310 SN-417019J**********2 identifikasiya kodlu, QR-10075311 SN- 417019J**********4 identifikasiya kodlu, QR-10075315 SN-16129J316C0190682 identifikasiya kodlu, QR-10075317 SN-416129J316C0240107 identifikasiya kodlu, QR-10075318 SN- 416129J316C0190683 identifikasiya kodlu, QR-10075319 SN-417019J**********9 identifikasiya kodlu QR-10075320 SN-416129J316C0190602 QR-10075349 SN-416129J316C0190653 identifikasiya kodlu olmaqla 8 (səkkiz) ədəd «Çayney» markalı, KQ6-0011 modelli noutbukların oğurlanmasını müəyyən etmişlər. Kompyuter otağından oğurlanan həmin noutbuklardan başqa digər avadanlıq və invertarların isə yerində olmasını dəqiqləşdirmişlər. Həmin gün polis əməkdaşları da gəlib məktəbə baxış keçirmişlər. Baxış zaman məktəbin giriş qapısının solunda yerləşən plastik pəncərinin şüşəsindən 1 ədəd əl-barmaq izi götürmüşlər. Orada fotoşəkillər çəkilərək protokollar tərtib olunduqdan sonra isə o da, protokola imza edərək polis şöbəsinə gəlib izahat vermişdir. Sonradan məktəbə oğurluğa girmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, onun məktəbin yaxınlığındakı 19 saylı «Nərgiz» uşaq bağçasının yanına atdığı noutbukların da polis əməkdaşları tərəfindən götürülməsini öyrənmişdir. Daha sonra isə səhəri gün tam inventarlaşma aparıldıqda kompyuter otağından Təqsirləndirilən şəxs kompyuter otağından 8 (səkkiz) ədəd deyil, 9 (doqquz) ədəd «Çayney» markalı, KQ6-0011 modelli noutbukları oğurlamasını müəyyən edib polis şöğbəsinə təkrar müraciət ünvanlamışlar. Həmin noutbukun identifikasiya kodu isə QR-10075314 SN-416129J316C0160070-dir. Məktəbdən yuxarıda sadaladığı 9 (doqquz) ədəd noutbuklardan başqa nə isə oğurlanmamışdır. O cümlədən oğurlanan noutbuklara dair olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 11 may 2023-cü il tarixli 9/2775 rəyi ilə qəti razılaşmır. Oğurlanan noutbukun birinin balans dəyəri 850 manatdır. Heç bir istifadə olunmuş noutbuku 300 manata satın almaq mümkün deyildir. Dəymiş maddi ziyanın rəydə olduğu qədər təşkil etməsi qəbul etmir. Çünki, məktəbə ümumilikdə 7650 manat məbləğində ziyan dəymişdir. Tələbində qalır, onlara dəymiş ziyanın tam şəkildə ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin senytabr ayında ona məxsus kafeyə müştəri qismində gələndə tanımışdır. Bundan sonra onun anası İradəni də tanımışdır. Onunla və anası ilə aralarında münasibətlər yaxşı olduğundan anasının ayağı 2022-ci ilin may-iyun aylarında sındıqda və qotur xəstəliyindən əziyyət çəkəndə onu yaşadığı mənzilə gətirərək dərman reseptlərini alıb qulluq etmişdir. Rövşənin anası İradə yaşadığı mənzildə müalicəsini davam etdirmişdir. Həmin ərəfədə Rövşən tez-tez yaşadığı mənzilə gələrək anasına baş çəkmişdir. Rövşən mənzildə olanda mənzili tərk etmişdir ki, qonşular onunla yaxın münasibəti olması barədə şayiələr gəzdirməsinlər. Qeyd olunan aylar ərzində xatırlamadığı gündə yaşadığı mənzilə baxış keçirən zaman Rövşənin yaşadığı mənzildə qonaq olarkən yataq otağındakı paltar dolabından 5 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, kvadratşəkilli qaşa malik 1 cüt sırğanı, 5 qram çəkidə, 750 əyarlı, İlaliya istehsalı qızıldan olan bilərziyi, həmin otaqdakı «trimo»nun siyirtməsindən isə 6 qram çəkidə, 750 əyarlı, İlaliya istehsalı qızıldan olan boyunbağını oğurlamasını müəyyən etmişdirr. Bunu söhbət edərək Rövşənin boynuna qoyduqda hər şeyi etiraf edərək mənzildə olmayanda ona məxsus həmin qızıl-zinət əşyalarını oğurlamasını və qızılları sataraq borclarına verməsini danışmışdır. Rövşənə irad tutaraq qızıllarını qaytarmasını tələb etdikdə dəfələrlə qızıllarını qaytaracağını vəd etmişdir. Bu səbəbdən polisə şikayət etməyib onu gözləmişdir. Lakin, sonradan onun 4 nömrəli orta məktəbdən noutbuklar oğurladığına görə həbs olunmasını öyrənib daha qızıllarını qaytarmayacağını anladığından əməlinə görə məsuliyyətə cəlb olunması üçün polis şöbəsinə gələrək Rövşənin barəsində şikayət etmişdir. Həmin ərəfədə polis əməkdaşları da gəlib mənzilinə baxış keçirmişlər. Orada fotoşəkillər çəkilərək protokollar tərtib olunduqdan sonra isə o da protokola imza edərək polis şöbəsinə gəlib ərizə yazmışdır. Mənzilindən yuxarıda sadaladığı qızıl-zinət əşyalarından başqa nə isə oğurlanmamışdır. Əvvəlki ifadəsində ona ümumilikdə 1150 manat məbləğində ziyan dəyməsini qeyd etsə də, oğurlanan qızıl-zinət əşyalarına dair olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 16 iyun 2023-cü il tarixli 9/4514 rəyi ilə tam razıdır. İlkin ifadəsində qızılların alış deyil, satış qiymətini qeyd etmişdir. Ona dəymiş maddi ziyanın rəydə olduğu qədər yəni, 1580 manat təşkil etməsi qəbul edir. Zərərçəkmiş şəxs kimi ondan heçbir şikayət və tələbi YOXdur. Zərərçəkmiş şəxs qismində tanınıb dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Şahid3 iştirakı məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, anası Şahid3 müraciətindən 4 ay bundan əvvəl kredit yolu ilə özünə «Samsung Galaxy A32» markalı mobil telefonu 796 manata satın almış, həmin vaxtdan da mobil telefonu ***-***-**-** mobil telefon nömrəsini daxil edib istifadə etmişdir. Təqsirləndirilən şəxs qiyabi olaraq tanıyır. xx.xx.2023cü il tarixdə saat 16 radələrində «Nur» adlanan şadlıq sarayının yaxınlığındakı çayxanada olarkən Rövşən çayxanaya daxil olmuşdur. Ona salam verib yaxınlaşmış, həmin vaxt hər ikisinin ortaq tanışı Rzanı telefonda yığımağını xahiş edib onunla danışmaq istədiyini demişdir. Bu səbəbdən Rzanın nömrəsini yığıb telefonu Rövşənə vermiş, çayxanadan onu səslədikləri üçün çayxanaya daxil olmuşdur. Təxminən 2 dəqiqə sonra bayıra çıxdıqda Rövşənin orada olmadığını və mobil telefonunu aparıb getməsini müəyyən etmişdir. Onu axtarsa da, tapmamışdır. Sonra isə mobil telefonuna başqa mobil telefondan zəng etsə də, Rövşən telefon zəngini açmamışdır. Bundan bir qədər sonra ona başqa nömrədən öz istifadəsində olan nömrəyə ismarıc yazdıqda o, da yarım saata gələcəyini demişdir. Lakin, sonra nə qədər gözləsə də, ondan bir xəbər çıxmamışdır. O, da məcbur qalıb bu barədə evdə danışdıqdan sonra da anası Azərbaycan Respublikası DİN-nin «102 xidməti»nə müraciət etmişdir. Təqsirləndirilən şəxs mobil telefonunuzu danışmaq adı ilə alıb bayıra çıxdıqdan sonra onu əvvəlcədən tanıyıb inandığı üçün çayxanaya qayıtmışdır. Elə zənn etmişdir ki, danışandan sonra gətirib mobil telefonunu qaytarar. Buna görə də, mobil telefonumu qaytarmasını tələb etməyə heç macal da tapmamışdır. Təqsirləndirilən şəxs tərəfindən «Samsung Galaxy A 32» markalı mobil telefonu etibarından sui-istifadə olunaraq ələ keçirilməsi ilə oğurlanması ilə əlaqədar olaraq ona 800 manat maddi ziyan dəymişdir. Mobil telefonumun üzərində olan 2 il əvvəl pay verilmiş ***-***-**-** mobil telefon nömrəsinin heç bir dəyəri YOXdur. Oğurlanan mobil telefona dair olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 16 iyun 2023-cü il tarixli 9/4514 rəyi ilə razı deyil, ona rəydə göstərildiyi kimi 240 manat deyil, 800 manat ziyan dəymişdir. Hal hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirlən şəxs barəsində heç bir şikayət və tələbi YOXdur. Ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, polis şöbəsinə şikayət etməzdən 1 il 7 ay əvvəl özünə kreditlə 750 manata «Samsung Galaxy A 52» markalı 18C94E75466 və **********55815 imei kodlu mobil telefon almış, həmin mobil telefonu aldığı vaxtdan üzərinə ***-***-**-** mobil telefon nömrəsi daxil edərək istfiadə etmişdir. Həmişə mobil telefonunu cibində gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində dostu Şahid2 ilə birlikdə Mingəcevir şəhərində H.Əliyev parkının yaxınlığında yerləşən «Hollivud» adlanan kafedə yemək yediyi vaxt özünü Rövşən adı ilə təqdim edən şəxs yaxınlaşaraq 1 dəqiqəlik danışmaq üçün mobil telefonunu istəmiş, danışdıqdan sonra isə mobil telefonunu qaytaracağını demişdir. Ona inanaraq mobil telefonunu Rövşən adlı şəxsə könüllü olaraq vermişdir. Rövşən adlı şəxs mobil telefonunda nömrə yığaraq telefonu qulağına tutub kiminləsə danışa-danışa kafedən çıxdıqda onun arxasınca kafedən çıxdığı zaman Rövşən adlı şəxsi bayırda olmadığını görmüşdür. Bundan sonra Rövşən adlı şəxs onu aldadaraq mobil telefonunu ələ keçirməsini anlamışdır. Sonra həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Buna görə də, Mingəçevir şəhər polis şöbəsinə gələrək Rövşənin «Samsung Galaxy A 52» markalı mobil telefonunu danışmaq adı ilə alaraq aldadıb ələ keçirməsi barədə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs portal axtarış sistemindən çıxarılımış görüntüləri göstərilmişdir. Bir daha görüntüyə baxıb xx.xx.2023-cü il tarixdə «Samsung Galaxy A52» markalı mobil telefonunu danışmaq adı ilə aldadıb ələ keçirən şəxsin Təqsirləndirilən şəxs olmasına əmin olmuşdur. Təqsirləndirilən şəxs mobil telefonunu danışmaq adı ilə alıb bayıra çıxdıqdan sonra onun arxasınca bayıra çıxdıqda Rövşəni görmədiyindən ondan mobil telefonunu qaytarmasını tələb etməyə macal tapmamışdır. Təqsirləndirilən şəxs tərəfindən «Samsung Galaxy A 52» markalı mobil telefonunun etibarından sui-istifadə olunaraq ələ keçirilməsi ilə ilə əlaqədar olaraq ona 750 manat maddi ziyan dəymişdir. Mobil telefonumun üzərində olan 2 il əvvəl pay verilmiş ***-***-**-** mobil telefon nömrəsinin heç bir dəyəri YOXdur. Oğurlanan mobil telefona dair olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 16 iyun 2023-cü il tarixli 9/4514 rəyi ilə razı deyil, ona rəydə göstərildiyi kimi 350 manat deyil, 750 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi YOXdur. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonuncu həbs olunmazdan 1 ay əvvəl tanımışdır. Onunla aralarında normal münasibətlər olmuş, bəzən görüşüb çay içmişlər. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Rövşənlə danışdıqda onu çaya dəvət etmiş və Rövşənin dəvətini qəbul edib yaşadığı qəsəbəyə getmişdir. Həmin vaxt tanımadığı çayxanada Rövşənin yanında 1 nəfər şəxs də olmuşdur. O, çay içəndən sonra Rövşənə «səni 2 dəqiqəyə yığacam!»» sözlərini deyib uzaqlaşmışdır. Aradan az müddət keçmiş polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək Rövşənə 4 nömrəli məktəbdən kompyuter oğurlamaqla şübhəli olmasını demişlər. Rövşən olanları etiraf edəndə ikisini də polis şöbəsinə gətirmişlər. Yolda olanda Rövşənin kompyuter oğurlamasını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 dostudur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs3la birlikdə Mingəcevir şəhərində, H.Əliyev parkının yaxınlığında yerləşən «Hollivud» adlanan kafedə yemək yediyi vaxt özünü Rövşən adı ilə təqdim edən şəxs Zərərçəkmiş şəxs3 yaxınlaşaraq 1 dəqiqəlik danışmaq üçün mobil telefonunu istəmişdir. Dostu Zərərçəkmiş şəxs3 mobil telefonu həmin Rövşən adlı şəxsə vermişdir. Həmin Rövşən adlı şəxs mobil telefonda nömrə yığaraq telefonu qulağına tutub kiminləsə danışa-danışa kafedən çıxdıqda Zərərçəkmiş şəxs3 Rövşən adlı şəxsin arxasınca çıxdığı zaman Rövşən adlı şəxsi bayırda görməmişdir. Bundan sonra Rövşən adlı şəxs dostu Zərərçəkmiş şəxs3 aldadaraq mobil telefonunu danışmaq adı ilə alaraq ələ keçirməsi ona məlum olmuşdur. Sonra dostu Zərərçəkmiş şəxs3 Mingəçevir şəhər polis şöbəsinə gələrək Rövşən adlı şəxs tərəfindən «Samsung Galaxy A52» markalı mobil telefonunun danışmaq adı ilə alaraq aldadıb ələ keçirməsi barədə ərizə ilə müraciət etmişdir. Onlara polis şöbəsində Təqsirləndirilən şəxs portal görüntüləri göstəriləndə xx.xx.2023-cü il tarixdə dostu Zərərçəkmiş şəxs3 məxsus “Samsung Galaxy A52” markalı mobil telefonu danışmaq adı ilə alaraq ələ keçirib gedən həmin şəxsin Təqsirləndirilən şəxs olmasına əmin olmuşdur. Şahid qismində dindirilmiş Şahid3 zərərçəkmiş şəxs oğlu Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini tam olaraq təsdiq etmişdir. Cinayət işi materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, 30 mart 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilən zaman noutbukların oğurlanması ilə törədilən oğurluq hadisəsinin ünvan 6 ünvanında yerləşən 4 nömrəli tam orta məktəbdə baş verməsi müəyyən edilmiş, baxış keçirilən zaman hadisə yerindən məktəbin birinci mərtəbəsindəki giriş qapsının solunda yerləşən plastik materialdan olan pəncərinin üzərindən 1 ədəd yararlı əl-barmaq izi aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bu barədə müstəntiq tərəfindən fotoçəkiliş aparılmaqla protokol tərtib edilmişdir. Cinayət işi materiallarında olan 31 mart 2023-cü il tarixli ifadənin yerində YOXlanılması protokolundan görünür ki, 31 mart 2023-cü il tarixdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində YOXlanılmış, o, noutbukları oğurlamaqdan ibarət olan cinayət əməlini törətdiyi hadisə yerini göstərdikdə bu barədə videoçəkiliş aparılmaqla müvafiq protokol tərtib olunmuşdur. Cinayət işi materiallarında olan 31 mart 2023-cü il tarixli götürmə haqqında qərar və protokoldan görünür ki, 31 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində YOXlanılan zaman könüllü olaraq təqdim etdiyi, hər biri qara rəngdə olan, QR- 10075310 SN-417019J**********2 identifikasiya kodlu, QR-10075311 SN-417019J**********4 identifikasiya kodlu, QR-10075315 SN-16129J316C0190682 identifikasiya kodlu, QR-10075317 SN-416129J316C0240107 identifikasiya kodlu, QR-10075318 SN-416129J316C0190683 identifikasiya kodlu, QR-10075319 SN-417019J**********9 identifikasiya kodlu QR-10075320 SN- 416129J316C0190602 QR-10075349 SN-416129J316C0190653 identifikasiya kodlu olmaqla 8 (səkkiz) ədəd «Çayney» markalı KQ6-0011 modelli noutbuklar iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bu barədə müstəntiq tərəfindən video və fotoçəkiliş aparılmaqla protokol tərtib edilmişdir. Cinayət işi materiallarında olan 06 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 06 aprel 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilən zaman qızıl-zinət əşyalarının oğurlanması ilə törədilən oğurluq hadisəsinin Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 7 ünvanında yerləşən binanın 34 №-li mənzilində baş verməsi müəyyən edilmiş, bu barədə müstəntiq tərəfindən fotoçəkiliş aparılmaqla protokol tərtib edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-xx/xx-4155/2023 №-li sorğuya cavab məktubundan görünür ki, Mingəçevir şəhərində yerləşən 4 nömrəli tam orta məktəbdə baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-nin KTİnin ADİS bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 01 ədədi (d/xz Mingəçevir ŞPŞ-dən daxil olan) xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin çeçələ barmağı (pəncərinin çol tərəfindən götürülmüş) ilə eynilik təşkil etmişdir. Digər eynilik müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Məhkəmə əmtəəşünaslıq ekspertizasının 11 may 2023-cü il tarixli 9/2775 №-li rəyindən görürür ki, ekspertiza rəyini haqqında qərarın təsivri hisəsində göstərilən 1 ədəd Çin istehsalı olan, «Çayney» markalı KQ6-0011 modelli noutbukun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2023-cü ilin mart ayına olar orta bazar qiyməti təxminənən 300 (üç yüz) manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Cinayət işi materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 iyun 2023-cü il tarixli 9/4514 №-li rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də, Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta bazar qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: 1 cüt 5 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı qızıldan olan, kvadratşəkilli qaşa malik 1 cüt sırğa 2022-ci ilin may-iyun ayına ümumi qiyməti - 425 manat, 1ədəd 5 qram çəkidə, 750 əyarlı, İtaliya istehsalı qızıldan olan bilərzik 2022-ci ilin may-iyun ayına ümumi qiyməti - 525 manat, 1 ədəd 6 qram çəkidə, 750 əyarlı, İtaliya istehsalı qızıldan olan boyunbağı 2022-ci ilin may-iyun ayına ümumi qiyməti – 630 manat, 1 ədəd «Samsung GALAXY A 32» markalı mobil telefon orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına ümumi qiyməti – 240 manat, 1 ədəd «Samsung GALAXY A 52» markalı mobil telefon orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına ümumi qiyməti – 350 manat; cəmi 2170 manatdır. Ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2170,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Cinayət işi materiallarında olan 16 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə ələ keçirdiyi hər biri qara rəngdə olan, QR-10075310 SN-417019J**********2 identifikasiya kodlu, QR-10075311 SN- 417019J**********4 identifikasiya kodlu, QR-10075315 SN-16129J316C0190682 identifikasiya kodlu, QR-10075317 SN-416129J316C0240107 identifikasiya kodlu, QR-10075318 SN- 416129J316C0190683 identifikasiya kodlu, QR-10075319 SN-417019J**********9 identifikasiya kodlu QR-10075320 SN-416129J316C0190602 QR-10075349 SN-416129J316C0190653 identifikasiya kodlu olmaqla 8 (səkkiz) ədəd «Çayney» markalı KQ6-0011 modelli noutbuklar Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınaraq Mingəçevir şəhəri 4 №-li tam orta məktəbdən daxil olmuş müraciət nəzərə alınmaqla məhkəməyədək saxlanılması üçün mülkiyyətçisinə təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs 4 nömrəli tam orta məktəbdən oğurlamış olduğu və istintaqa təqdim edilməsi mümkün olmayan, QR-10075314 SN-416129J316C0160070 identifikasiya kodlu «Çayney» markalı KQ6-0011 modelli noutbukun Təqsirləndirilən şəxs tərəfindən 30 mart 2023-cü il tarixdə məktəbdən çıxarılaraq yaxınlıqdakı «Nərgiz» uşaq bağçasının yanında gizlədildikdən sonra qeyri şəxslər tərəfindən oğurlanıb oğurlanmamısını müəyyən etmək və həmin xüsusata qiymət vermək məqsədi ilə ********* №-li cinayət işindən xx.xx.2023-cü il tarixdə HK-1/ 1483 №li material ayrılmışdır. Cinayət işi materiallarında olan DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Kərimov X2 şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 178.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə CM-nin 69.4 və 66.3 maddələri tətbiq olunmaqla 02 il islah işlərinə 20% tutma ilə və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.8 bəndinə əsasən cəzadan azad olunub. Yevlax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 180-ci maddələri ilə CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 07 il azadlıdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci ildə Şəki Apellyasiya Məhkəməsinin qərarı əsasında hökm ləğv edilib və iş yeni məhkəmə baxışına qaytarılıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə CM-nin 66.3-cü maddəsi maddəsi tətbiq edilməklə 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilib. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(051)-31/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 4(051)-56/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarndan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 (on beş) gün müddətinə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək müddətə uzadılmışdır. Cinayət işi materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 1(091)-010/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü, 180.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinmişdir. CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 180.2.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmuyu üzrə Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplama yolu ilə üzərində qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhəri Bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildə erməni işğalı nəticəsində Şuşa rayonundan məcburi köçkün gəlmiş, ictimai yerlərdə özünü nümunəvi aparır. Onun haqqında qeydiyyatda olduğu Dövlət qaçqınkomun Mingəçevir şəhər nümayəndəliyinə heç bir narazılıq, şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. Hal hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi YOXdur. Xahiş edir ki, ona yüngül cəza verilsin. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi YOXdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi YOXdur. Ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işi materiallarına əlavə edilmiş Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbinin direktorun təsərrüfat işləri üzrə müavini Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, 1(051)-109/23 saylı cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi kimi iştirak edir. Tələblərində qalırlar, onlara dəymiş ziyanın tam şəkildə ödənilməsini xahiş edirlər, iş yükünün çoxluğu ilə əlaqədar növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcək. Xahiş edir ki, onların iştirakı olmadan məhkəmə iclasları keçirilsin və yekun məhkəmə aktı çıxarılsın. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət YOXdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin may-iyun ayları ərzində istintaqa məlum olmayan dəqiq tarix və vaxtda Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış binasının 34-cü mənzilinə qanunsuz daxil olmaqla mənzilin yataq otağındakı saxlanc yeri hesab edilən paltar dolabından Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 425 (dörd yüz iyirmi beş) manat dəyərində 5 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı qızıldan olan, kvadratşəkilli qaşa malik 1 cüt sırğanı, 1 ədəd 525 (beş yüz iyirmi beş) manat dəyərində 5 qram çəkidə, 750 əyarlı, İtaliya istehsalı qızıldan olan bilərziyi, həmin otaqdakı saxlanc yeri hesab edilən «trimo»nun siyirtməsindən isə 630 (altı yüz otuz) manat dəyərində 6 qram çəkidə, 750 əyarlı, İtaliya istehsalı qızıldan olan boyunbağını, yəni ümumilikdə özgənin 1580 (bir min beş yüz səksən) manat məbləğdə qızıl-zinət əşyalarını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 22 yanvar 2023-cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən, «Nur» adlanan şadlıq sarayının qarşısında Mingəçevir şəhər sakini yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 yaxınlaşaraq sonuncuya məxsus «Samsung GALAXY A 32» markalı mobil telefonu danışmaq üçün istəyib geri qaytaracağını yalandan vəd verib, Zərərçəkmiş şəxs2 aldadaraq etibarından sui-istifadə etməklə sonuncunun 800 (səkkiz yüz) manat dəyərində «Samsung GALAXY A 32» markalı mobil telefonunu alıb, aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 23 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 21 ünvanında yerləşən, «Hollivud» adlanan kafedə Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs3 yaxınlaşaraq sonuncuya məxsus «Samsung GALAXY A 52» markalı mobil telefonu danışmaq üçün istəyib geri qaytaracağını yalandan vəd verib, Zərərçəkmiş şəxs3 aldadaraq etibarından sui-istifadə etməklə sonuncunun 750 (yeddi yüz əlli) manat dəyərində «Samsung GALAXY A 52» markalı mobil telefonunu alıb, aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 mart 2023-cü il tarixdə saat 04:30-dan 06:00-dək olan müddət ərzində ünvan 6 ünvanında yerləşən 4 nömrəli tam orta məktəbin birinci mərtəbəsindəki giriş qapısının sol tərəfində yerləşən plastik pəncərənin kilidini sındırıb açmaqla pəncərədən keçmək yolu ilə məktəbin binasına qanunsuz daxil olub pilləkənlərlə ikinci mərtəbəyə qalxdıqdan sonra ikinci mərtəbənin dəhlizindən solda yerləşən kompyuter otağının qapısını çərçivədən çıxarmaqla sinif otağına daxil olaraq otaqdakı masaların üzərlərində olan, məktəbin balansındakı, 1 ədədinin dəyəri 850 manat olan 9 (doqquz) ədəd Çin istehsalı olan, «Çayney» markalı, KQ6-0011 modelli kompyuterləri (noutbukları), yəni ümumilikdə özgənin xeyli miqdar təşkil edən 7650 (yeddi min altı yüz əlli) manat məbləğdə əmlakını məktəbin inzibati binasına qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurlamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsə cəza təyin edilməsini aradan qaldıran hal müəyyən olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası ilə nəzərdə tutulmuş həddə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu üzrə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü maddəsinə əsasən və onun zərərçəkmiş şəxslərin çoxu ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, cəmiyyət arasında müsbət xarakterizə olunmasını və törətdiyi əməldən peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətlərin az ağır cinayətlər olmasını, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, belə ki, cinayətlərin residivini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 30 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə hər biri qara rəngdə olan, QR-10075310 SN-417019J**********2 identifikasiya kodlu, QR-10075311 SN-417019J**********4 identifikasiya kodlu, QR-10075315 SN- 16129J316C0190682 identifikasiya kodlu, QR-10075317 SN-416129J316C0240107 identifikasiya kodlu, QR-10075318 SN-416129J316C0190683 identifikasiya kodlu, QR-10075319 SN- 417019J**********9 identifikasiya kodlu QR-10075320 SN-416129J316C0190602 QR-10075349 SN-416129J316C0190653 identifikasiya kodlu olmaqla 8 (səkkiz) ədəd «Çayney» markalı KQ6- 0011 modelli noutbukların mülkiyyətçiyə verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia YOXdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 30 mart 2023-cü il tarixdən hesablansın. İş üzrə hər biri qara rəngdə olan, QR-10075310 SN-417019J**********2 identifikasiya kodlu, QR-10075311 SN-417019J**********4 identifikasiya kodlu, QR-10075315 SN-16129J316C0190682 identifikasiya kodlu, QR-10075317 SN-416129J316C0240107 identifikasiya kodlu, QR-10075318 SN-416129J316C0190683 identifikasiya kodlu, QR-10075319 SN-417019J**********9 identifikasiya kodlu QR-10075320 SN-416129J316C0190602 QR-10075349 SN- 416129J316C0190653 identifikasiya kodlu olmaqla 8 (səkkiz) ədəd «Çayney» markalı KQ6-0011 modelli noutbukların mülkiyyətçiyə verilməsi nəzərə alınsın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia YOXdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-109/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-109/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver