Məhkəmə qərarları › İş №1(051)-109/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-109/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-109/2025 03.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi- Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1969-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonu Zar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq yəni, Mingəçevir şəhərinin ətrafında yerləşən torpaq sahəsində yonca əkib becərib, biçib sataraq qazanc əldə edəcəklərini və əldə etdikləri qazancı bərabər şəkildə aralarında böləcəklərini yalan vəd edib Zərərçəkmiş şəxs aldadılmasına nail olaraq 2023-cü ilin mart ayında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxsla Mingəçevir şəhəri Naxçıvan küçəsi 40№-li yaşayış binasının yaxınlığında görüşüb sonuncudan 5000 (beş min) manat məbləğdə pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Zərərçəkmiş şəxs Kəlbəcər rayonundan məcburi köçkün kimi Mingəçevir şəhərində yaşayır. Münasibətləri normal olmuşdur. Aralarında har hansı ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 2021 -ci ilin payız aylarında Zərərçəkmiş şəxs 940 manat məbləğdə borc pul almışdır. Belə ki, həmin pulu Ehtiram özü ona borc kimi vermişdir. Pulu Ehtiramdan aldıqdan 1 il keçdikdən sonra Ehtiram ondan pulu istəmiş və ona bildirmiş ki, həmin pulu ona sələm kimi veribdir. Buna görə də o, 940 manatın əvəzinə hər ay üçün Ehtiram tərəfindən hesablanılmış qaydada Ehtirama pul verməlidir. Belə ki, Ehtiramın hesabına görə guya ki o, Ehtirama 940 manatdan əlavə həmin pulun sələm faizi olaraq əlavə olaraq 3500 manat məbləğdə pul verməli olduğunu demişdir. O isə Ehtirama ondan borc aldığını sələm pul almadığını bildirmişdir. Bundan sonra Ehtiramla aralarında narazılıqlar yaranmışdı. Ehtiramla Mingəçevir şəhəri ərazisində görüşərək Ehtirama ümumilikdə 1940 manat məbləğdə pul vermişdir. Ehtiram ondan pulu aldıqdan sonra Ehtirama verdiyi məbləğlə razı olmadığını əlavə olaraq sələm faizi olaraq Ehtirama 2500 manat məbləğdə pul verməli olduğunu demişdir. Ehtiram 1940 manat məbləğdə pulu ondan aldıqdan bir neçə gün sonra yəni 2024-cü ilin aprel ayında onu polis şöbəsinə dəvət etmişlər və ona məlum olmuş ki, Ehtiram Abbasov guya onun Ehtiramdan 3500 manat məbləğdə pul almağı barədə polis şöbəsinə ərizə ilə müraciət edibdir. Ona məlum olmuş ki, guya ki, o, təxminən 2020-ci ildə Zərərçəkmiş şəxs övladının təhsil haqqının verilməsi üçün 3500 manat məbləğdə pul almışdır. Lakin onun övladı 2020-ci il ərzində Azərbaycan Respublikasında olmuşdur. Övladı Əlif 2021-ci ilin payız aylarında Polşa Respublikasına getmiş, 2022-ci ilin aprel ayında isə geri qayıtmışdır. Yəni o, Ehtiramdan qeyd olunan səbəblə hər hansı məbləğdə pul almamışdır. Ehtiram Abbasovun onun barəsində sonuncu müraciəti, yəni, birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq qazanc əldə elmək məqsədi ilə Ehtiramdan 5000 manat məbləğdə pul alması ilə bağlı bildirmişdir ki, o, 2023-cü ilin martın axırında və ya digər vaxtda Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul almamışdır. O, Mingəçevir şəhəri ətrafında əkinçiliklə məşğul olmamış, yalnız balıqçılıq təsərrüfatı ilə məşğul olmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs 2024-cü ilin mart ayının axırında guya ki, ondan 2020-ci ildə 3500 manat pul aldığını və həmin pulu geri qaytarmamağı ilə bağlı polis şöbəsinə müraciət etmiş, hazırkı müraciətində isə guya ki, 2023-cü ilin martın axırında Ehtiramdan 5000 manat məbləğdə pul aldığını bildirir, necə ola bilər ki, o, Ehtiramın özünün dediyi kimi 2020-ci ildə Ehtiramdan aldığı pulu geri qaytarmadığı halda o, yenə də 2023-cü ilin mart ayının axırında ona guya ki, birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 5000 manat məbləğdə pul versin. Ehtiramın göstərdikləri həqiqətə uyğun deyildir. O, Zərərçəkmiş şəxs 940 manat məbləğdə pul almış, həmin pulun sələm faizi kimi hesablayır. Təqsirləndirilən şəxs əlavə ifadə verərək özünü təqsirli bildiyini göstərmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinə xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, əvvəllər Mingəçevir şəhəri ərazisində və Yevlax rayonunun Mingəçevir şəhərinə bitişik ərazisində maldarlıqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, onlar eyni rayondandırlar, dostluq münasibətləri olmuşdur. Sahibkarlıqla məşğul olduğu üçün daima ehtiyat pul vəsaiti saxlamışıdır. 2021-ci ilin sonlarında Təqsirləndirilən şəxs ona müraciət edərək ondan 3500 manat məbləğdə borc pul istədiyi üçün o da Raufa 3500 manat məbləğdə pulu borc vermiş, lakin sonradan Rauf həmin pulu ona imkanı zəif olduğuna görə pulu qaytara bilmədiyini demişdir. Ondan sonra o, təxminən 2023-cü ilin mart ayında Raufla şəhər ərazisində görüşüb söhbət edərkən, Rauf ona birlikdə yonca əkib becərib satmağı təklif etmişdir. Belə ki, Raufun həm özünün, həm də yaxın qohumlarına məxsus, lakin Raufun istifadə etdiyi böyük torpaq sahələri var. Rauf ona bildirmiş ki, o, Raufa pul verəcək Rauf da həmin pulla özünə məxsus torpaq sahəsində yonca əkəcək, yonca becərilib sonra biçərək satacaqlar. Satdıqdan sonra o, Raufa yonca əkmək üçün verdiyi pulu eləcə də, Raufun əvvəlcədən ona olan 3500 manat məbləğdə borcunu götürəcəkdir. Yerdə qalan əldə etdikləri gəliri isə yarıbayarı böləcəklər. O da Raufu eləcə də, Raufun yaxın qohumlarını uzun müddətdir ki, tanıdığından və Raufun qohumlarına məxsus Mingəçevir şəhərində, həmçinin Mingəçevir şəhər ətrafında böyük torpaq sahələri və ticarət obyektləri olduğunu bildiyi, eləcə də Raufun ona əvvəlcədən olan 3500 manat məbləğdə borcunu qaytaracağı ümidi ilə Raufun verdiyi vədə inanmışdır. Aralarında olan razılığa əsasən o, Raufa 5000 manat məbləğdə pul vermişdir. O, Raufla razılaşdıqdan sonra 2023-cü ilin mart ayında yaşadığı Mingəçevir şəhəri Naxçıvan küçəsi 40 nömrəli yaşayış binasının yaxınlığında görüşüb Raufa 5000 manat məbləğdə pul vermişdir. Həmin vaxt yanlarında heç kəs olmamışdır. Lakin o, Raufa qeyd etdiyi məqsədlə pul verməyi barədə ailə üzvlərinə bildirmişdir. Həmin vaxtdan sonra Raufla şəhər ərazisində tez-tez görüşüb söhbət edən zaman Rauf ona yoncanı əkdiyini bildirmişdir. Lakin, yoncanın biçim mövsümü bitdikdən sonra o, Raufdan maraqlandıqda Rauf hər dəfə ona yoncanı satdığını, lakin yoncanı alan adamın pulu vermədiyini, həmin şəxsdən də pul aldıqdan sonra ona verəcəyini demişdir. Bir müddət keçdikdən sonra o, Raufdan şübhələnmiş, maraqlandıqda ona məlum olmuş ki, Rauf ümumiyyətlə yonca əkməmiş ondan aldığı pulu özü xərcləmişdir. Raufun onu aldatdığı ona məlum olduqdan sonra təkidlə pulunu geri istəməyə başlamış, lakin Rauf hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Buna görə də o, hüquq mühafizə orqanlarına müraciət etmişdir. Raufa 3500 manat məbləğdə pulu borc olaraq 5000 manat məbləğdə pulu isə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vermişdir. Raufa 5000 manat məbləğdə pul verməyi barədə tanışı Sübhana, eləcə də ailə üzvlərinin məlumatı olmuşdur. Təqsirləndirilən şəxs hər hansı məbləğdə pulu sələm verməmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsidir. Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs da atasının tanışı kimi qiyabi olaraq tanımışdır.Təxminən 2023-cü ilin yaz aylarında yaşadıqları evdə olan zaman söhbət əsnasında atası bildirmiş ki, Rauf adlı tanışına birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə etmək üçün 5000 manat məbləğdə pul veribdir. Belə ki, atasının Raufa verdiyi 5000 manat pul müqabilində Rauf yonca əkib becərərək biçib satdıqdan sonra əldə olunan gəlirdən atasının Raufa verdiyi 5000 manatı geri qaytaracaq, eləcə də əldə olunan gəliri də böləcəklər. Həmin vaxtdan bir müddət keçdikdən sonra, yəni təxminən 2023-cü ilin sonlarında yenə də yaşadıqları evdə olarkən atasının Raufla telefona vasitəsi ilə əlaqə saxlayarkən aralarında mübahisə yarandığını eşitmişdir. Atasından nə baş verdiyini soruşduqda atası ona Raufun atasını aldatdığını bildirmişdir. Belə ki, atasının Raufa verdiyi 5000 manat məbləğdə pulun müqabilində Rauf nə yonca əkib becərərək satmışdır, nə də ki, atasından aldığı pulu geri qaytarmışdır. Yəni Rauf atasından aldığı pulun müqabilində hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, pulu onun atasından aldıqdan sonra həmin pulu özü xərcləmişdir. Atası Raufdan dəfələrlə pulu geri istəsə də, Rauf pulu geri qaytarmamış, ona görə də atası məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhəri ərazisində fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, onlar qonşuluqda yaşayırlar. Tez-tez görüşüb söhbət edirlər. 2023-cü ilin mart ayının sonlarında da Ehtiramla yaşadıqları evin yaxınlığında görüşüb söhbət edən zaman Ehtiram ona bildirmiş ki, tanışı Rauf adlı şəxslə birlikdə yonca əkib becərib satmaq barədə razılaşıblar. Belə ki, Ehtiram Raufa 5000 manat məbləğdə pul verib ki, Rauf da özünə məxsus torpaq sahəsində Ehtiramla birlikdə şərikli olaraq yonca əkəcək, sonra isə yoncanı satıb birlikdə gəlir əldə edəcəklər. Eləcə də qazanc əldə etdikdən sonra Rauf həmin Ehtiramdan aldığı 5000 manatı geri qaytaracaq həm də Ehtirama əldə olunmuş gəlirdən pul verəcəkdir. Həmin vaxtdan bir müddət keçdikdən sonra yəni 2024-cü ilin sentyabr ayında Ehtiramla Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən çayxanada görüşüb söhbət edən zaman Ehtiram kimləsə telefon vasitəsi ilə əlaqə saxlamış, həmin şəxslə Ehtiramın arasında telefonda mübahisə baş vermişdir. O da Ehtiramdan nə baş verdiyini soruşduqda Ehtiram ona bildirmiş ki, yonca əkib sonradan qazanc əldə etmək üçün Raufa verdiyi pulun müqabilində Rauf hər hansı iş görməmiş, onu aldadaraq pulunu ələ keçirmiş, aldığı pulu da geri qaytarmamışdır. Ehtiramın Raufa pul verməsini əyani olaraq görməsə də, bu barədə təsadüfən Ehtiramdan eşitmişdir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə istintaqında verdiyi ifadələrində özünü ona Azərbaycan Respublikası CM–in 178.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və şahid ifadələri onun həmin cinayəti törətməsini təsdiq edir. Göründüyü kimi təqsirləndirilən şəxs aradan uzun müddət keçməsindən, kənar şəxslərin görməməsindən, həmçinin digər əlavə sübutların olmamasından sui-istifadə edərək, törətdiyi cinayət əməlini etiraf etməməklə özünü müdafiə xarakterli ifadə vermişdir. Bununla belə təqsirləndirilən şəxs sonuncu məhkəmə iclası zamanı ifadəsini dəyişərək və yazılı ərizə təqdim edərək barəsində olan cinayət işinə müddətin keçməsi əsası ilə xitam verilməsini xahiş etmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əvvəlki ifadələrinə tənqidi yanaşır, həmçinin onun ifadələrinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Cinayət işi materiallarında olan "xxxx" MMC və "xxxx" MMC tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə təqdim edilmiş məlumatlardan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə (istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə) Zərərçəkmiş şəxs arasında (istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə) qarşılıqlı danışıqlar aparılması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.2024–cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, yəni Mingəçevir şəhərinin ətrafında yerləşən torpaq sahəsində yonca əkib becərib, biçib sataraq qazanc əldə edəcəklərini və əldə etdikləri qazancı bərabər şəkildə aralarında böləcəklərini yalan vəd edib Zərərçəkmiş şəxs aldadılmasına nail olaraq 2023cü ilin mart ayında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxsla Mingəçevir şəhəri Naxçıvan küçəsi 40№-li yaşayış binasının yaxınlığında görüşüb sonuncudan 5000 (beş min) manat məbləğdə pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1–ci maddəsində göstərilən ardıcıllığa uyğun olaraq hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Ona görə də 2023-cü ilin mart ayında törətdiyi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verilməlidir. Göründüyü kimi təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli 2023-cü ilin mart ayında baş vermiş, yəni xx.xx.2025–ci il tarixədək həmin cinayətin törədilməsindən 2 ildən çox müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1–ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2–ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3–cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin 2023-cü ilin mart ayında bitməsini, cinayət işinin icraatına xitam verilməsinə razılıq verilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, hazırda Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi üzrə müddətin keçdiyinə görə cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3–cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2–ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibini istisna edən hallar olduğuna, yəni cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və barəsində olan cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar