Məhkəmə qərarları › İş №1(051)-11/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-11/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-11/2020 12.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Yusifov Rafiq Adil oğlunun katibliyi, Dövlət ittihamçısı, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiçəsi X2 iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Mirbəşir rayonu Bildirçinli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəki Apelyasiya Məhkəməsinin 1(107)-84 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax rayonu Hürüuşağı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırda 2 İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədəksadələşdirilmişicraatmateriallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivi 5-ci küçədə yaşayan Şahid1 yaşadığı evin həyətinin qarşısında qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs söhbət əsnasında sonuncunun ona qarşı saymamazlıq edib onu axtarmamasını dediyi zaman, Zərərçəkmiş şəxs ona qarşı kobud və nalayiq ifadələr işlətdiyini əsas gətirərək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub, ona hər iki bazu və said nahiyələrində, sifətində qançırlar, təpə nahiyəsində hematoma və burun sümüyünün qapalı sınığı ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Aşkar cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2017-ci ilin oktyabr ayında tanış olub qeyri-rəsmi birlikdə yaşamışlar. Bu günə kimi aralarında bir neçə dəfə mübahisələri olmuş, sonuncu dələ xx.xx.2019-cu il tarixdə saat 14-radələrində Şəbnəmə zəng edib harada olduğunu soruşub nə üçün onu axtarmaması və saymamazlıq etməsi ilə bağlı irad bildirmişdir. Həmin vaxt Şəbnəmin ona kobud sözlər demiş, buna görə də aralarında mübahisə yaranmışdır. Bu səbəbdən də həmin gün saat 15-radələrində Şəbnəmin olduğu anası Sadəgülün yaşadığı evin həyətinə getmişdir. Həmin vaxt Şəbnəmi çölə çağırıb nə üçün ona qarşı belə kobud sözlər dediyini və hərəkətlər etdiyini soruşmuşdur. Şəbnəm isə təkrarən ona kobud və nalayiq sözlər demiş, buna görə də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşərək, Şəbnəmin qollarından tutub sıxmış, baş nahiyəsinə 1 dəfə yumruqla vurduqdan sonra saçından tutub başını aşağı əyib dizi ilə sifət nahiyəsinə 4 dəfə vurmuşdur. Eləcə də təpiklə ayaqlarına bir neçə dəfə vurmuşdur. Həmin vaxt Şəbnəmin anası Sadəgül və orada olan Elşad adlı şəxs onları aralaşdırmışdır. Zərərçəkmiş şəxs onu söydüyü üçün vurmuş, lakin dəfələrlə onunla barışmağa çalışmışdır. Əməlindən peşmandır. Cəza təyin olunarkən peşimançılıq hissi keçirməsini və barışmağa cəhd etməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında aşkarcinayətüzrəşikayət vermişZərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ilə tanış olub həmin vaxtdan onunla qeyri- rəsmi birlikdə yaşamışdır. Arabir aralarında mübahisələr olmuş, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə saat 10-radələrində anası Sadəgülün yaşadığı evinə ona köməklik etmək üçün getmişdir. Həmin gün saat 14-radələrində Elnur ona zəng edərək nə üçün zəng etməməsi və axtarmaması ilə bağlı ona irad bildirmişdir. Həmin vaxt Elnura ayırlmaq istədiyini deyəndə aralarında mübahisə yaranmışdır. Həmin gün saat 15 radələrində Elnur anası Sadəgülün yaşadığı evin qarşısına gəlib onu çölə çağırmışdır. Orada Elnurun nə üçün belə hərəkət etməsini ondan soruşanda onu istəmədiyini və həyatından çıxıb getməsini xahiş etmişdir. Buna görə də aralarında mübahisə yaranmış, mübahisə zamanı Elnur onun qollarından tutub sıxmış, baş nahiyəsinə 1 dəfə yumruqla vurduqdan sonra saçından tutub başını aşağı əymiş, həmin vaxt dizi ilə sifət nahiyəsinə 4 dəfə vurmuş və burnundan xəsarət almışdır. Eləcə də təpiklə ayaqlarına bir neçə dəfə vurub xəsarət yetirmiş, həmin vaxt anası Sadəgül və evdə usta işləyən Elşad adlı şəxs onları aralaşdırdırmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu, atasının xəstəliyi ilə əlaqədar onu tək qoyub məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 eyni məzmunlu izahatlar verərək zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri Mingəçevir şəhəri, Günəşli bağ massivi 5-ci küçədə yaşayan X1 yaşadığı evin qarşısıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs xx.xx.2019-ciu il tarixdə saat 15radələrində qeyd olunan evin qarşısında qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxslə aralarında mübahisə yarandığını, mübahisə zamanı Elnurun onun qollarından tutub sıxdığını, baş nahiyəsinə 1 dəfə yumruqla vurduqdan sonra saçından tutub başını aşağı əydiyini, həmin vaxt dizi ilə sifət nahiyəsinə 4 dəfə vurduğunu və təpiklə ayaqlarına bir neçə dəfə vurub xəsarətlər yetirdiyini bildirdi və həmin yeri göstərmişdir. İşdə olan və məhkəmə baxışında araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - hər iki bazu və said nahiyələrində, sifətində qançırlar, təpə nahiyəsində hematoma və burun sümüyünün qapalı sınığı küt əşyanın (alətin-lərin) təsirindən əmələ gəlmiş, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər İş materiallarına əlavə olunmuş tələbnamənin surətindən və qərardan görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 1(107)-84 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04.11.19-05.11.19 və 23.01.20-19.02.20-ci il tarixlərində həbsdə olduğu 29 gün müddət və xx.xx.2020-ci il tarixdən Mingəçevir ŞPŞ tərəfindən tutularaq bu günədək, yəni xx xxxx 2020-ci il tarixədək həbsdə olduğu 16 gün müddət olmaqla ümumilikdə 45 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasımdan çıxılaraq, üzərində 1 (bir) il, 4 (dörd) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası, eləcədə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 4 (dörd) ay 5 (beş) gün CM-in 68.1.1-1-ci madəsinə əsasən 1 günə 2 gün hesablanmaqla 2 (iki) ay 2 (iki) gün müddət hazırki cəza ilə qismən birləşdirilməsi, üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanması qərara alınmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 10.1 1.2019-cu il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivi 5-ci küçədə yaşayan Şahid1 yaşadığı evin həyətinin qarşısında qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs söhbət əsnasında sonuncunun ona qarşı saymamazlıq edib onu axtarmamasını dediyi zaman, Zərərçəkmiş şəxs ona qarşı kobud və nalayiq ifadələr işlətdiyini əsas gətirərək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub, ona hər iki bazu və said nahiyələrində, sifətində qançırlar, təpə nahiyəsində hematoma və burun sümüyünün qapalı sınığı ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli xx.xx.2019-cu il tarixdə yəni Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı çıxarılmamışdan törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CMnin 66.5 və 66.2-ci maddələrinə əsasən təyin ediməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəməyuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərəalaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 67.1, 306.1-ci maddəsi ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə CMnin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspert xərcləri yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq. hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 67.1, 306.1-ci maddəsi ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla üzərində qəti olaraq 3 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar