Məhkəmə qərarları › İş №1(051)-11/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-11/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-11/2021 05.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçiləri–Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Mikayıl oğlunun və Hüseynova X11 zərərçəkmiş şəxslər– Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 126.2.1,126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəza müddəti 8 ilə endirilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 07 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitmiş, məhkumluğu olan, ünvan 1 mənzil 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 182.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs pul əldə etmək məqsədilə yüngül dərəcəli sərxoşluq vəziyyətində xx.xx.2020-ci il tarixdə saat 18 radələrində əvvəllər nikah münasibətində olduğu Zərərçəkmiş şəxs1 məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsi 52/3, mənzil 10da yerləşən mənzilə gedərək, əlində olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab olunmayan mətbəx bıçağını Zərərçəkmiş şəxs1 nümayiş etdirib onu öldürəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs1 onu öldürməməsini xahiş etdikdə isə əsl niyyətini həyata keçirmək üçün ondan 5000 manat məbləğində pul tələb edərək tapması üçün ona 10 dəqiqə vaxt vermiş, Zərərçəkmiş şəxs1 onun hədələrindən qorxub özündə pul olmadığını, bacısına zəng edib pul istəyəcəyini bildirərək qonşulara və hüquq mühafizə orqanlarına xəbər vermək üçün telefonunu götürüb evin eyvanına keçmiş, həmin vaxt eyvandan baxdıqda həyətədə olan qonşusu Şahid5 qısaca məlumat verərək ondan bacısı qızı Aytənə xəbər verməsini xahiş etmiş, az sonra Zərərçəkmiş şəxs1 bacısına zəng edəcəyinə inanmayan Təqsirləndirilən şəxs də onun arxasınca getmiş, orada Zərərçəkmiş şəxs1 telefonunun ekranını göstərib bacısına zəng etdiyini bildirərək ona yaxınlaşmamağını xahiş etmiş, ondan qorxaraq eyvandan qonaq otağına keçib otaq tərəfdən eyvana olan qapını kilidləyən Zərərçəkmiş şəxs1 həsdəsinin real olduğunu bir daha nümayiş etdirmək üçün eyvandan qonaq otağına açılan pəncərəni əli ilə sındırıb qonaq otağına daxil olmuş, həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 fürsət taparaq verdiyi məlumat əsasında həmin ünvana gələn və mənzilin qapısının polis əməkdaşları tərəfindən döyüldüyünü gördükdə isə Zərərçəkmiş şəxs1 pul axtarmadığını, onun məsuliyyətə cəlb edilməsi üçün polisə məlumat verdiyini başa düşmüş, Zərərçəkmiş şəxs1 onun qeyri-qanuni hərəkətlərinin qarşısının alınması üçün haqlı olaraq polisə məlumat verməsinə binada yaşayan sakinlərin narahatçılığına səbəb olan, ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə qarşı açıqca hörməsizliklə ifadə edilən hərəkətlərlə qarşılıq verərək Zərərçəkmiş şəxs1 öldürəcəyi ilə hədələyərək mənzilin daxilində qovmuş, Zərərçəkmiş şəxs1 eyvandan qonaq otağına keçərək otaq tərəfdən eyvana olan qapını kilidləməsinə baxmayaraq, eyvandan qonaq otağına açılan pəncərəni əli ilə sındırıb qonaq otağına daxil olmuş, daha sonra əlində olan bıçaqla mənzilin yataq otağına keçərək eyvan tərəfdən qapını kilidləyən Zərərçəkmiş şəxs1 yaxalamağa çalışmış, eyvanın yataq otağına açılan pəncərəsini əlində olan mətbəx bıçağı ilə sındırıb yataq otağından yenidən eyvana daxil olmağa cəhd edərkən Zərərçəkmiş şəxs1 mənzilin eyvanının pəncərəsindən çölə çıxmış, Təqsirləndirilən şəxs eyvana daxil olaraq pəncərədən baxdıqda Zərərçəkmiş şəxs1 binaya bitişik olan su borusu ilə aşağı sürüşdüyünü görüb, mətbəxdən götürdüyü çaydan və qazanı həmin vaxt hər iki daban sümüklərinin qapalı çoxqəlpəli sınıqları ilə nəticələnən az ağır dərəcəli bədən xəsarəti almış Zərərçəkmiş şəxs1 üzərinə atmış, öz qərəzli hərəkətlərinə davam edərək hamı tərəfındən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib binanın qarşısında yüksək səs küyə toplaşan xeyli sayda insanların olmasına məhəl qoymadan Zərərçəkmiş şəxs1 və onun bacısı qızı Zərərçəkmiş şəxs2 qarşı nalayiq ifadələr işlətməklə özünü bina sakinlərinin və hadisə yerinə gələn Şahid1, Şahid2 və Şahid3 adlı polis əməkdaşlarının fövqündə qoyub, onlara laqeydlik və etinasızlıq nümayiş etdirməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməllərinə görə təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 221.3-cü maddələri ilə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs X7 elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 ilə ailəli olmuş, lakin 2003-cü ildə nikahları pozulmuş, buna səbəb isə Bəsti Axunovaya sifətinin silinməz dərəcədə eybəcərləşdirilməsi ilə nəticələnən xəsarətin yetirilməsi olmuşdur. Qeyd olunan əmələ görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2010-cu ildə cəzasını çəkib qurtarmışdır. 2011-ci ildə CM-in 126.2.1,126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonradan cəza müddəti 8 ilə endirilmiş və xx.xx.2019-cu il tarixdə cəza müddətini başa çatmışdır. Cəzasını çəkib qurtardıqdan sonra Bəsti ilə barışmış, istifadəsində olan mobil telefondan Bəstinin mobil telefonuna zənglər etmiş, hadisədən bir gün əvvəl isə Bəsti ilə əlaqə saxlayaraq onun yaşadığı evə getmiş və hətta gecəni orada qalmışdır. xx.xx.2020ci il tarixdə anasına məxsus mobil telefonla Bəsti ilə əlaqə yaradaraq yenə də onun evinə getmək istədiyini bildirmiş, Bəsti razılaşaraq onu evə dəvət etmiş, lakin ora getdikdən bir müddət sonra evdə Bəsti ilə söhbət edərkən, sonuncu qəfil olaraq mənzilin dəhlizində olan şkafın siyirməsindən 2 ədəd bıçaq götürərək onun üzərinə gəlmiş və illər öncə sifətinə yetirdiyi xəsarətin əvəzini çıxacağını bildirmişdir. Bəsti üzərinə gəlib onun sifət nahiyəsinə bıçaq çəkmək istərkən o, başını arxaya çəkdiyinə görə bıça onun boyun nahiyəsini kəsmişdir. Bununla da Bəsti onun boğaz nahiyəsinə xəsarət yetirmiş, sonra isə qorxaraq mənzilin eyvanda yerləşən mətbəxinə keçmiş və eyvanın qapısını çöl tərəfdən kilidləmişdir. Həmçinin Bəsti ona xəsarət yetirdiyi bıçaqların hər ikisini özü ilə mətbəxə aparmışdır. Bəsti ona xəsarət yetirdiyi üçün ondan əvəz çıxmaq istəmiş, ona görə də eyvanın qapısını açmaq istəmiş və Bəstini qorxutmaq üçün onu öldürəcəyini bildirmişdir. Lakin eyvanın qapısını açmaq istəsə də, bunu bacarmamış, ona görə də yataq otağına keçərək orada əlinə dəsmal bağlayıb həmin dəsmal ilə yataq otağından eyvana olan pəncərəsini sındırmış, sonra isə əlini sınıq yerdən salaraq eyvanda olan bıçaqlardan birini götürmüş, lakin həmin vaxt qapı döyülmüş, qapının gözlüyündən baxdıqda, polis əməkdaşlarının olduğunu görmüşdür. Lakin qapı açarla bağlandığı üçün qapını aça bilməmiş, həmçinin Bəstidən qisas almaq üçün artıq qonaq otağına keçərək oradan eyvana olan qapının şüşəsini sındırmış və oradan eyvanda olan mətbəxə keçmişdir. Onun mətbəxə keçdiyini görən Bəsti eyvanın pəncərəsinə çıxaraq oradan aşağıya sürüşüb düşmüşdür. O, Bəstinin arxasınca hirsindən mətbəxdə olan boş çaydanı atmışdır. Ancaq çaydan ona dəyməmişdir. Eyvandan aşağıya boylandıqda aşağıda polis əməkdaşlarının olduğunu görmüş, bundan sonra dəhlizdə olan şkafın siyirməsindən qapının açarını tapıb qapını açaraq bloka çıxmışdır. Sonra isə beşinci mərtəbəyə, oradan isə binanın damına çıxmış, binanın damına çıxmaqda məqsədi isə polis əməkdaşlarından qaçmaq olmuşdur. Binanın damına çıxarkən Bəstinin evindən götürdüyü bıçağı da üzərində saxlamış, lakin həmin bıçağı nə səbəbə görə özü ilə götürdüyünü xatırlamır. Təxminən 5 dəqiqə sonra polis əməkdaşları binanın damına çıxaraq əlindəki bıçağı alıb onu polis şöbəsinə aparmışlar. Hesab edir ki, onun əməlində cinayət tərkibi yoxdur. Belə ki, o, zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin qarşısını almaq və özünü müdafiə etmək üçün onun üzərinə getmişdir. Əks halda, zərərçəkmiş ona ağır xəsarət yetirmək niyyətində olmuşdur. Odur ki, məhkəmədən onun təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, keçmiş əri Təqsirləndirilən şəxs ilə 2003-cü ildə rəsmi olaraq boşanmış, buna səbəb isə Ramilin onun sifətinə silinməz xəsarət yetirməsi olmuşdur. Təqsirləndirilən şəxs həm ona xəsarət yetirdiyinə, həm də sonradan başqa ağır cinayət törətdiyinə görə uzun illər azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, nəhayət 2018-ci ildə azad olunaraq, onunla barışmaq istəmişdir. O, Ramillə barışmaq istəmədikdə, sonuncu onu ölümlə hədələmişdir. O, da Ramilin təhlükəli olduğunu nəzərə alaraq qorxusundan onunla barışmışdır. Lakin barışdıqdan sonra Təqsirləndirilən şəxs onu bir neçə dəfə yenə hədələmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs əvvəlcə tanımadığı, sonradan isə anasına məxsus mobil telefonla ona zəng vuraraq telefonda onu hədələmiş və təhqir etmişdir. Bundan təxminən 5 dəqiqə sonra binanın eyvanından baxdıqda həyətdə bacısı qızı Aytacın olduğunu görmüş və sonuncunu evə çağırmışdır. Elə həmin vaxt Təqsirləndirilən şəxs anasına məxsus evin eyvanından ona əl sallamışdır. O, Aytacı yola salarkən, Ramilin onun mənzilinə çıxdığını görmüş, qapını Ramilin üzünə bağlamaq istədikdə, Ramil təpik vuraraq qapını açıb içəri keçmiş, sonra içəridən qapını bağlayaraq açarı cibinə qoymuş, qorxaraq Ramilə yemək bişirdiyini deyib onu yeməyə dəvət etmiş, lakin Ramil əlindəki dəstəyi qara rəngli mətbəx bıçağını göstərərək onu öldürəcəyini demişdir. Ramilin niyyətində ciddi olduğunu düşünüb onu öldürməməsini xahiş etməyə başlamış, buna cavab olaraq isə Ramil ona 5000 manat pul verməsini demiş, əks halda onu öldürəcəyini bir daha vurğulamışdır. Qeyd olunan məbləğdə pulu tapa bilməyəcəyini Ramilə dedikdə, sonuncu 600-ə qədər sayacağını, pulu vermədikdə isə onu öldürəcəyini bildirmişdir. Onu sakitləşdirmək üçün gözləməyini, iş günləri başladıqda bankdan kredit götürərək ona verəcəyini bildirmiş, lakin Ramil iş günlərini gözləməyəcəyini, təcili olaraq pul tapmasını tələb etmişdir. Ona görə də bacısı Təranəyə zəng edib, pulu ondan istəyəcəyini Ramilə bildirmişdir. Həmin vaxt Ramil eyvana çıxaraq oradan aşağıya polis əməkdaşlarından kiminsə orada olubolmamasına baxmışdır. Həmin vaxt fürsətdən istifadə edib eyvanın qonaq otağına olan qapısını açarla bağlamış və polis şöbəsinə zəng vuraraq Ramil barədə şikayət etmişdir. Sonra isə həmin telefonla bacısı Təranəyə zəng etmiş, lakin Ramil ondan şübhələnərək eyvanın qonaq otağına olan qapsının şüşələrini sındıraraq qonaq otağına keçmiş, o isə eyvana keçmiş və eyvanın pəncərəsini açaraq aşağıda olan qonşulara Ramilin onu öldürmək istədiyini və bu haqda Aytənə məlumat vermələrini xahiş etmişdir. Qısa müddət sonra həyətdə qonşularından Nuray adlı qızı görmüş, ondan Aynura məlumat verməsini xahiş etmiş, bunu eşidən Nuray qaçıb oradan uzaqlaşmışdır. Ramil ondan pulu tapıbtapmadığını soruşub, vaxtının sona çatdığını deyirmiş. Həmin vaxt eyvandan aşağıya baxdıqda polis əməkdaşlarının aşağıda olduqlarını görmüşdür. Bir neçə dəqiqə sonra qapıları döyülmüş və qapının gözlüyündən baxan Ramil Aytənin polis əməkdaşları ilə birlikdə qapıya tərəf gəldiyini görüb ondan polisə zəng edib-etməməsini soruşmuşdur. Ramil polis əməkdaşlarının qapının yanından getmədiyini, qapının qırılmaq ehtimalının olduğunu görüb onun üzərinə gələrək onu öldürməklə hədələməyə başlamış. Ona görə də eyvanın yataq otağına olan qapısını açarla eyvan tərəfdən bağlamış və açarı cibinə qoymuşdur. Lakin Ramil ondan əl çəkməyəcəyini deyib üzərinə gəlməyə başlamış, sonra isə yataq otağından eyvana olan qapının şüşələrini əlində olan bıçaqla sındırıb oradan eyvana keçmək üçün yorğanla sınıq şüşələri çıxarmağa başlamış, Ramilin onun üzərinə gəldiyini görüb eyvanın mühəccərinin qarşısına stul qoyaraq oradan aşağı düşməyə başlamışdır. Həmin vaxt binanın qarşısında xeyli sayda insanların toplaşdığını görmüşdür. O, Ramilin onun üzərinə çaydan, qazan atdığını görmüşdür. O, balkonun yan tərəfində olan su borusu ilə blokun qapısının üstündə olan beton piltənin üzərinə düşmüşdür. Ramil əlində olan bıçağı göstərərək “aşağıya düşüb səni də öldürəcəm, uşaqları da, hamınızı öldürəcəm” sözlərini demişdir. Ramil dayanmadan onu və Aytəni öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt Aytən qışqıraraq Ramilin bıçaqla aşağı düşdüyünü demiş, o, bundan sonra beton piltənin üstündən yerə düşmüş və ayağından xəsarət almışdır. O, ayağında ağrı hiss etmişdir. Həmin vaxt Aytən onun yanına gəlmişdir. Bundan sonra orada olan şəxslərdən biri təcili tibbi yardıma zəng etmiş, bir neçə dəqiqə sonra təcili tibbi yardım maşını gəlmiş və onu xəstəxanaya aparmışdır. Hadisə vaxtı və ya ondan əvvəl Ramilə bıçaqla heç bir xəsarət yetirmədiyini, bu barədə Ramilin dediklərinin yalan olduğunu bildirmişdir. Çünki o, 2003-cü ildə ağır xəsarət aldığına görə həmişə Ramildən qorxmuşdur. Hazırda da o, Ramilin onu öldürəcəyindən qorxur. Ona görə də onunla barışmaq niyyəti yoxdur. Təqsirləndirilən şəxs daima onu ölümlə hədələmiş və sonuncu dəfə isə ondan pul tələb etmişdir. Odur ki, məhkəmədən izahatında göstərdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə həbslə əlaqədar ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun xalasıdır. Təqsirləndirilən şəxs isə xalası ilə ailə qurduqdan sonra tanımışdır. Ramil və xalası 2001-ci evlənmişlər. 2003-cü ildə Ramil xalası Bəstinin sifətinə xəsarət yetirəndən sonra onların nikahı pozulmuşdur. Ramil iki dəfə cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Sonuncu dəfə Ramil cəzaçəkmə müəssisəsindən 2018-ci ildə azad olunmuşdur. Həmin vaxt xalası Bəsti Ramilin hədələmələrindən qorxaraq onunla barışmışdır. Həmin vaxtdan Ramil və xalası arasında tez-tez mübahisələr olmuşdur. Hətta bir dəfə 2019-cu ilin dekabr ayında xalası yaşadığı evdə olarkən Ramil onların evinin pəncərələrinə daş ataraq pəncərələrini sındırmışdır. Ramil bundan əvvəl dəfələrlə xalası yaşadığı evdə olmadığı vaxtlarda da onların pəncərələrini daşlamışdır. Bundan başqa Ramil dəfələrlə gecə saatlarında onların evinin pəncərələrinə işıq salaraq onun övladını və azyaşlı bacısını qorxutmuşdur. Onun qızı həmin hadisələrdən sonra çox qorxu keçirib və hələ də həmin hadisələrin təsiri altındadır. Ramil xalasını, onu, hətta digər xalalarını dəfələrlə öldürməklə hədələmişdir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən bacısı Aytac onun yanına gəlmiş və xalası Bəstinin qonşusu olan Nuray adlı qızın Aytaca Ramilin xalası Bəstiyə bıçaqla xəsarət yetirmək istədiyini gördüyünü bildirmişdir. O bundan sonra dərhal xalasına məxsus evə doğru getməyə başlamışdır. Yolda olarkən o, onların ərazisinə baxan polis sahə rəisi Şahid1 zəng edərək bu barədə məlumat vermişdir. Şahid1 ona artıq xalası Bəstinin yaşadığı evin qarşısında olduqlarını demişdir. O, xalasına məxsus evin qarşısına çatanda üç nəfər polis əməkdaşının qapının ağzında olduqlarını görmüşdür. O bundan sonra xalasına məxsus evin qapısını döyməyə başlamışdır. Təxminən 15-20 dəqiqə qapını təpiklə və əli ilə döydükdən sonra xalasının səsini eşitmişdir. O, xalasının “Aytən mənə kömək et” dediyini eşitmişdir. Bundan sonra o, xalasının balkonda olduğunu düşünüb binanın qarşısına düşmüşdür. O, aşağıya çatanda binanın qarşısında xeyli sayda insanların toplaşdığını görmüşdür. O, xalasının yaşadığı evin balkonuna baxanda xalasının binanın üçüncü mərtəbəsində yerləşən mənzilin pəncərələrindən tutduğunu, həmçinin Ramilin evin balkonunda olduğunu görmüşdür. Ramil onun balkonun altından çəkilməyi üçün evdə olan qazanı, çaydanı və bir neçə digər məişət əşyalarını onun üzərinə atmışdır. Ramil ona əlində olan bıçağı göstərərək “aşağıya düşüb səni də becərəcəm, uşaqları da becərəcəm, hamınızı becərəcəm” sözlərini deyirmiş. Ramil daha sonra balkondan düşməyə çalışmış və üçüncü mərtəbənin dəmirdən olan yağmurluğunun üzərində dayanmışdır. Ramil dayanmadan onu və xalasını öldürəcəyi ilə hədələmişdir. O bundan sonra qorxaraq qışqırmışdır. Həmin vaxt o, xalasının yerə düşdüyünü görmüşdür. Lakin xalasının necə düşdüyünü bilməmişdir. O bundan sonra ətrafda olan şəxslərdən təcili tibbi yardıma zəng vurmalarını istəmişdir. Daha sonra Şahid1 103 xidmətinə zəng vurmuşdur. Ramil Şahid1 103 xidmətinə zəng etdiyini görüb Elnuru təcili tibbi yardıma zəng vurmaması ilə bağlı hədələmişdir. Lakin Şahid1 Az qres qəsəbəsində yerləşən təcili tibbi yardıma zəng vurması deyilmişdir. Ona həmin vaxt kənardan kimsə xatırlamadığı nömrə vermişdir. O həmin nömrəyə zəng edərək təcili tibbi yardım maşını çağırmışdır. Daha sonra Ramil də balkondan içəri girmişdir. Bir qədər sonra təcili tibbi yardım maşını gəlmiş və o, xalası ilə birlikdə təcili tibbi yardım maşını ilə xəstəxanaya getmişdir. Yolda olarkən o, DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. O, xalası xəstəxanada yerləşdirdikdən sonra xalasına məxsus mənzilə baxış keçirilməsi üçün hadisə yerinə qayıtmışdır. Daha sonra onun iştirakı ilə xalasına məxsus mənzilə baxış keçirilmişdir. Baxış zamanı o, Təqsirləndirilən şəxs xalasına məxsus mənzildə zal otağından və yataq otağından balkona açılan qapıların pəncərələrini sındırdığını, həmçinin mətbəxdə olan qaz sobasının piltələrinin açıq olduğunu görmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır. Çünki təqsirləndirilən şəxs daima onu və ailəsiniu ölümlə hədələmişdir. Odur ki, məhkəmədən izahatında göstərdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə həbslə əlaqədar ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin İTB-nin sahə rəisi Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 17:50 radələrində onun istifadəsində olan mobil telefona X12 adlı şəxs zəng vuraraq Ramil adlı şəxsin Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 52/3 saylı binanın qarşısında əlində bıçaqla uşaqları qorxuduğunu, daha sonra isə həmin Ramil adlı şəxsin qeyd olunan binada yaşayan Zərərçəkmiş şəxs1 adlı qadının evinə qalxdığını bildirmişdir. Ona görə də dərhal Zərərçəkmiş şəxs1 yaşadığı evə getmiş, həmçinin post patrul xidmət bölüyünün əməkdaşlarına məlumat vermişdir. 3 nəfər polis əməkdaşı Zərərçəkmiş şəxs1 yaşadığı binanın qarşısına çatdıqda orada xeyli sayda insanın toplaşdığını görmüşlər, bundan sonra Zərərçəkmiş şəxs1 evinin qapısını döymüşlər, həmin vaxt evdən səs-küy gəldiyini eşitmişlər. Bir müddət sonra mənzilin binanın qarşısında olan pəncərəsinin açıldığının səsini eşidib, binanın blokundan həyətdə baxdıqda Bəsti Axunovanın binaya bitişik olan boru ilə sürüşərək aşağı düşdüyünü görmüşlər. Nəticədə Zərərçəkmiş şəxs1 binada olan yağmurluqdan sürüşərək beton plitənin üzərinə düşmüş və ayağından xəsarət almışdır. Bundan sonra Təqsirləndirilən şəxs mənzilin pəncərəsindən onlara baxaraq ona yaxınlaşmamağı, əks halda özünə bıçaqla xəsarət yetirəcəyini demişdir. Ona görə də dərhal şəhər polis şöbəsinin növbətçi hissəsinə zəng vuraraq əməliyyatistintaq qrupunu oraya dəvət etmişdir. Bundan sonra Ramili yaxalamaq üçün mənzilə çıxmış, lakin Ramil binanın 5-ci mərtəbəsinə, oradan isə binanın damına qalxmışdır. Həmin vaxt digər polis əməklaşları İTB-nin sahə rəisi Şahid3, X2 baş əməliyyət müvəkkili Şahid2 binanın qarşısına gəlmiş, Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışlar. Lakin Təqsirləndirilən şəxs ona yaxınlaşacaqları təqdirdə bıçaqla boynuna xəsarət yetirəcəyini deyib bıçağı boynuna dirəmişdir. Bundan sonra Ramil polis əməkdaşı Şahid3 onun yanında qalmasını, qalanlarının isə aşağı düşməsini tələb edib, anası ilə görüşüb polis şöbəsinə təslim olacağını bildirmiş, ona görə də Şahid2la birlikdə aşağıya düşmüş, Şahid3 isə Ramilin yanında qalmış, bir qədər sonra isə Şahid3lə Ramil aşağıya düşərək sonuncunun anasının yaşıdığı binanın qarşısına getmişlər. Bundan sonra o və Şahid2 Ramilin anasının yaşadığı binanın qarşısında onlara çatmışlar. Şahid2 Ramilə onlarla birlikdə polis şöbəsinə gəlməyini təklif etmişdir. Lakin Ramil sol əlində olan bıçağı boğazının sağ tərəfinə dirəyərək yaxınlaşmamalarını demiş və nalayiq söyüşlər söyməyə başlamışdır. Şahid2 yavaş-yavaş Təqsirləndirilən şəxs yaxınlaşmağa başlamış və Ramilə sakit olmağını demişdir. Həmin vaxt Ramil əlində olan bıçaqla boğazının sağ yan tərəfinə bir neçə dəfə çəkərək boğazını kəsmişdir. Bundan sonra Şahid2 üzərində olan göz yaşardıcı qazı Ramilin üzünə vurmuş və Ramil halsızlaşmışdır. Bundan sonra Şahid2 Ramilin qolundan tutmuşdur. O dərhal Təqsirləndirilən şəxs digər əlini tutmuş və bıçağı əlindən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları X17 və Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadə verdilər və onun göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəməyədək icraat zamanı qanuni nümayəndəsi X1 iştirakı ilə şahid qismində dindirilmiş xx.xx.2003-cü il tarixdə doğulmuş Şahid4 ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid4 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 ифадясиндя эюстярмишдир ki, Ramil cəzaçəkmə müəssisəsindən 2018-ci ildə azad olunmuşdur. Həmin vaxtdan xalası Bəsti ilə Ramil arasında gediş-gəliş olmuşdur. Bununla belə yenə də Ramil və xalası arasında tez-tez mübahisələr olmuşdur. Hətta bir dəfə 2019-cu ilin dekabr ayında xalası yaşadığı evdə olarkən Ramil onların evinin pəncərələrinə daş ataraq pəncərələri sındırmışdır. Ramil bundan əvvəl dəfələrlə xalası yaşadığı evdə olmadığı vaxtlarda da onların pəncərələrini daşlamışdır. Bundan başqa Ramil dəfələrlə gecə saatlarında onların evinin pəncərələrinə işıq salaraq bacısı Aytənin övladını və onu qorxutmuşdur. Ramil xalasını, bacısını, hətta digər xalalarını öldürməklə dəfələrlə hədələmişdir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində xalasına məxsus mənzilin yerləşdiyi binanın qarşısından keçərkən, xalası Bəsti mənzilin eyvanından onu çağırmışdır. O, xalasının yaşadığı mənzilə qalxmışdır. Xalası onu mənzilin qapısında qarşılamış və ona evə aparmağı üçün yemək vermişdir. O, yeməyi götürüb aralaşarkən blokun pilləkənlərində Təqsirləndirilən şəxslə qarşılaşmışdır. Ramil xalasına məxsus mənzilə girmişdir. O isə bundan sonra yaşadığı evə getmişdir. Həmin gün saat təxminən 18 radələrində yaşadığı binanın qarşısında olarkən xalasının qonşusu olan Nuray ona yaxınlaşaraq xalası Bəstinin yaşadığı mənzilin eyvanında olduğunu, X14 öldürmək istədiyini və Aytənə xəbər verməsini demişdir. O, bundan sonra bacısı Aytənin yanına getmiş və o barədə Aytənə demişdir. Bacısı Aytən dərhal xalasının yaşadığı mənzilə getmişdir. O, sonradan bilmişdir ki, Ramil xalası Bəstini öldürmək istədiyi üçün xalası yaşadığı mənzilin eyvanından atlanıb və ayağından xəsarət almışdır. Məhkəməyədək icraat zamanı qanuni nümayəndəsi X6 iştirakı ilə şahid qismində dindirilmiş xx.xx.2005-ci il tarixdə doğulmuş Şahid5 16 yaşına çatmadığına görə məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid5 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı qanuni nümayəndəsi X6 iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ифадясиндя эюстярмишдир ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində yaşadığı binanın qarşısında olan zaman qonşusu Bəstinin onu yaşadığı mənzilin balkonundan çağırdığını eşitmişdir. O, balkona baxanda Bəstinin balkonda olduğunu görmüşdür. Bəsti ona Aytənə xəbər verməyini, Ramilin Bəstini öldürmək istədiyini demişdir. O bundan sonra Bəstinin bacısı qızı Aytənin yaşadığı binanın qarşısına getmişdir. Oraya çatanda Aytənin bacısı Aytacı görmüşdür. O, Bəstinin ona dedikləri barədə Aytaca demişdir. Aytac isə ona bu barədə Aytənə deyəcəyini bildirmişdir. O bundan sonra yaşadığı mənzilə getmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxslərlə qonşuluqda yaşayır. Tərəflərin heç biri ilə ədavəti və düşmənçiliyi olmamışdır. Hadisə olan vaxt, yəni xx.xx.2020-ci il tarixdə o, binada olmamışdır. O daima sahə rəisi oturan binanın yaxılığında yerləşən çayxanada olmuşdur. Həmin gün saat təxminən 18 radələrində tanımadığı nömrədən ona bir nəfər tanımadığı qadın zəng vurmuş və yaşadıqları binada hadisə olduğunu və o barədə sahə rəisi Şahid1 məlumat verməsini xahiş etmişdir. O da öz növbəsində sahə rəisinə zəng vurub yaşadığı binada dava-dalaş olduğunu demişdir. O, həmin vaxt kimin kiminlə dava etdiyini bilməmiş, nə də Ramilin əlində bıçaq olduğunu görməmişdir. Sonra evə gələndə azyaşlı qızı Nuray ona o barədə məlumat vermişdir. Nuray özü də davanı görməmiş, yalnız Bəstinin ondan bacısı qızı Aytəni çağırmasını xahiş etdiyini demişdir. Məhkəmə şahid X12 ilə Şahid1 ifadələri ilə bağlı qeyd edir ki, Şahid1 ifadəsində, X12 adlı şəxsin ona zəng vuraraq, Ramil adlı şəxsin Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 52/3 saylı binanın qarşısında əlində bıçaqla uşaqları qorxutduğunu, daha sonra isə həmin Ramil adlı şəxsin qeyd olunan binada yaşayan Zərərçəkmiş şəxs1 adlı qadının evinə qalxdığını bildirmişdir. Məhkəmə iclası zamanı X12 isə ifadəsində xx.xx.2020-ci il tarixdə saat 18 radələrində tanımadığı nömrədən ona bir nəfər tanımadığı qadın zəng vurmuş və yaşadıqları binada hadisə olduğunu və o barədə sahə rəisi Şahid1 məlumat verməsini xahiş etmişdir. Göründüyü kimi şahid Samir Qurbanov hadisəni görmədiyini bildirsə də, lakin sahə rəisi Şahid1 zəng etdiyini təsdiq etmişdir. Bu da şahidin təqsirləndirilən şəxslə qonşuluqda yaşaması və onun iki dəfə ağır cinayətə görə məhkum olunmasından irəli gəlmişdir. Ona görə də məhkəmə qeyd olunan şahidlərin ifadələri arasında mövcud fərqi əsaslı ziddiyyət kimi qəbul etmir və həmin ifadələri ttihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halları, yəni təqsirləndirilən şəxsin hərəkətlərinin ictimai qaydanı pozması və qonşuların narahatçılığına səbəb olmasının müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyi üçün sübut növü kimi qəbul edir və nəzərə alır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs oğlunun məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 heç bir söz demədən mənzilin dəhlizində olan şkafın siyirməsindən 2 ədəd bıçaq götürərək onun üzərinə gəlməsi və illər öncə sifətinə yetirdiyi xəsarətin əvəzini çıxacağını bildirməsi, həmçinin Bəstinin onun boğaz nahiyəsinə xəsarət yetirməsinə görə qorxaraq mənzilin eyvanda yerləşən mətbəxinə keçməsi və eyvanın qapısını çöl tərəfdən kilidləməsi ilə bağlı istinad etdiyi dəlillər, habelə onun Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə pul tələb etmədiyinə dair bildirdikləri məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, hadisə yerinə gəlmiş və şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, X8 və Şahid3, həmçinin təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqında tədqiq edilmiş ifadələri ilə təsdiq edilir ki, təqsirləndirilən şəxs soyuq silah hesab edilməyən mətbəx bıçağı əlində binanın damına çıxmış, hadisə yerinə gəlmiş polis əməkdaşlarından qaçmaq və yaxud hər hansı digər hüquqa zidd niyyətini gerçəkləşdirmək üçün bıçağı boyun nahiyəsinə tutaraq, polis əməkdaşları yaxınlaşdığı təqdirdə özünə xəsarət yetirəcəyini bildirmişdir. Ona görə də polis əməkdaşları binanın həyətinə düşmüşlər. Ondan sonra təqsirləndirilən şəxs anası ilə görüşmək istədiyini bildirmiş, lakin polis əməkdaşları ona yaxınlaşan vaxt təqsirləndirilən şəxs boyun nahiyəsinə bir neçə dəfə bıçaq çəkmişdir. Ondan sonra polis əməkdaşları gözyaşrdıcı qaz balonundan istifadə etməklə onu zərərsizləşdirmişlər. Ona görə də təqsirləndirilən şəxsin boyun nahiyəsində çoxsaylı yaralar əmələ gəlmişdir. Bu hal Təqsirləndirilən şəxs tibbi müayinəsinin keçirilməsi nəticəsində verilmiş ekspert rəyində də öz əksini tapmışdır. Halbuki, təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun sifət nahiyəsinə bıçaq çəkmək istəyərkən o, başını arxaya çəkdiyinə görə bıçağın onun boyun nahiyəsini kəsmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin bildirdiyinə görə zərərçəkmiş şəxs onun boyun nahiyəsinə bir dəfə bıçaq çəkmiş, lakin ekspert rəyində təqsirləndirilən şəxsin boyun nahiyəsində çoxsaylı kəsilmiş yaraların olduğu müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 ona bıçaqla xəsarət yetirilməsi ilə bağlı bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. İşin müəyyən olunmuş həqiqi halları onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs1 evinə gəlməkdə niyyəti hədə-qorxu ilə ondan 5.000 manat pul tələb etmək olmuşdur. Məhz bu niyyətini həyata keçirmək üçün o, Zərərçəkmiş şəxs1 onu öldürəcəyini bildirmiş, Zərərçəkmiş şəxs1 öldürülməməsini xahiş etdikdə, onu öldürməməsi qarşılığında 5000 manat məbləğində pul tələb etmişdir. Onun hərəkətləri barədə polisə məlumat verən Zərərçəkmiş şəxs1 bu hal təqsirləndirilən şəxsə məlum olduqdan sonra, onun tərəfindən yenidən ağır xəsarət alacağından qorxaraq, su borusu ilə binanın dördüncü mərtəbəsindən aşağıya doğru sürüşmüş, nəticədə az ağır xəsarət almışdır. İş üçün mühüm əhəmiyyəti olan hal ondan ibarətdir ki, təqsirləndirilən şəxs məhz zərərçəkmiş şəxsin evinə o niyyətlə gəlmişdir. Bunun əsasən Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən birbaşa pul tələb etməyərək ilk öncə onu öldürəcəyini bildirməsini, onun zərərçəkmiş şəxsdən hədə qorxu ilə pul tələb etməsi üçün seçdiyi özünəməxsus üsul kimi qiymətləndirir. Bu niyyətini həyata keçirmək üçün təqsirləndirilən şəxs tərəfindən hədə-qorxu irəli sürüldüyü andan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli başa çatmışdır. Zərərçəkmiş şəxsin tələb olunan pulu vermək əvəzinə bu barədə polisə məlumat verməsi, artıq təqsirləndirilən şəxsdə kriminal vərdişlərin oyanmasına səbəb olmuş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan qərəzli xuliqanlıq əməlinin əlamətlərini özündə əks elətdirən hərəkətləri etməyə başlamışdır. Təqsirləndirilən şəxsin sonrakı hərəkətlərinin xuliqanlıq olması öz təsdiqini digər sübutlarla yanaşı, məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində daha aşkar tapmışdır. Belə ki, şahid X12 ifadəsində binada yaşayan tanımadığı qadının ona zəng vurub polisə məlumat verməsini xahiş etməsi ilə bağlı bildirdikləri o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin hərəkətləri artıq binada yaşayan sakinlərin narahatçılığına səbəb olmaqla ictimai qayda pozulmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin ifadənin həmin hissəsini baş vermiş hadisənin həm faktiki, həm də həqiqi hallarına uyğun olmadığı üçün inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan, məhkəməyədək icraat zamanı xx.xx.2020-ci tarixdə tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 52/3, mənzil 10-da yerləşən 2 otaqlı mənzildir. Mənzil 1 yataq otağı, bir qonaq otağı, mətbəx və sanitar qovşaqdan ibarətdir. Mənzilin giriş qapısı ilə üzbə-üz mənzilin zal otağı yerləşir. Zal otağının binanın yan tərəfinə açılan pəncərəsi vardır. Zal otağında döşəmədə bir ədəd qara dəstəkli bıçaq aşkar olunaraq götürülmüşdür. Zal otağının eyvana olan pəncərələrinin şüşələri sındırılmış vəziyyətdə yerə səpələnmişdir. Mənzilin mətbəxi eyvanda yerləşməklə mənzilin zal otağının mətbəxə açılan qapısının qırılmış şüşə qırıntıları mətbəxin döşəməsinə səpələnmişdir. Mətbəxin binanın qarşı tərəfinə açılan pəncərəsi açıq vəziyyətdədir və pəncərənin qarşısına stul qoyulmuşdur. Mətbəxdə olan stolun üzərindəki iki ədəd bıçaq götürülmüşdür. Mətbəxin evin yataq otağına açılan qapısının şüşələri sındırılmış və şüşə qırıntıları döşəməyə səpələnmişdir. Çarpayının üzərindəki bir ədəd mələfənin üzərində qanabənzər ləkələr aşkar olunmuş, həmin mələfə götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, X7 hadisə vaxtı yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş baxış və götürmə haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hadisə zamanı əlində olan bıçaq Mingəçevir ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, hadisə yerindən götürülmüş şüşə qırıntıları, üzərində qan ləkələri olan bir ədəd mələfə və xx.xx.2020-ci il tarixli protokolla götürülmüş bir ədəd bıçaq iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün Mingəçevir ŞPŞ-nin saxlancına verilmişdir. Cinayət işinin materiallarında olan X19 Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinib CM-in 66.3cü maddəsinə əsasən 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2020–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Vidadi oğlu X19 Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinib CM-in 66.3-cü maddəsinə əsasən 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli xx.xx.2011-ci il tarixdən hesablanmış, xx.xx.2018-ci il tarixdə Şəki rayon Məhkəməsinin qərarı ilə cəzası 8 ilə endirilmiş, xx.xx.2018-ci il tarixdə Şəki rayon Məhkəməsinin qərarı ilə 7 ay 12 gün cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuş, cəzası xx.xx.2019-cu il tarixdə bitmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 307 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hər iki daban sümüklərinin qapalı çoxqəlpəli sınıqları, yıxılma zamanı küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri xx.xx.2020-ci il tarixdə yaranmağa xarakterikdirlər, ağırlıq dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 308 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs boynunda çoxsaylı kəsilmiş yaralarar kəsici əşyanın təsirindən əmələ gəlmiş, xx.xx.2020-ci il tarixdə əmələ gəlməyə xarakterikdir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs boynunda olan xəsarətlər onun özünün əli çatan nahiyyəsindədir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsinin цнванландыьы «ЪД-Р» форматлы дискя baxış keçirilərkən müəyyən olunmuşdur ki, X9 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə xx.xx.2020ci il tarixdə saat 13:34:22-də əlaqə saxlamış və aralarında 2 dəqiqə 1 saniyə danışıq olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Mirvari Quliyevanın istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 14:40-da zəng etmiş, lakin aralarında danışıq olmamışdır. Bundan başqa Mirvari Quliyeva istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 14:41 dəqiqədə zəng etmiş və aralarında 08 saniyə danışıq olmuşdur. Həmçinin baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 15:06-da zəng etmiş, lakin aralarında danışıq olmamışdır. Bundan başqa Mirvari Quliyeva istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 15:20 dəqiqədə zəng etmiş və aralarında 50 saniyə danışıq olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 15:57-də zəng etmiş, lakin aralarında danışıq olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, daha sonra Mingəçevir ŞPŞ-yə ərizə yazaraq, keçmiş əri Təqsirləndirilən şəxs Vidadi oğlunun xx.xx.2019-cu il tarixdə onun işlədiyi yerə gələrək, onu ölümlə hədələdiyini, xx.xx.2019-cu il tarixdə isə bacısı qızı Aytənin evinin pəncərəsini şüşəsini daşla vuraraq sındırdığını göstərmişdir. Sonra isə Ramin Quliyevlə barışdığını və onun barəsində şikayət və tələbi olmadığını bildirmişdir. Ona görə də Zərərçəkmiş şəxs1 məlumatı və ərizəsi əsasında X5 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdə Mingəçevir ŞPŞ-yə ərizə yazaraq, keçmiş əri Təqsirləndirilən şəxs Vidadi oğlunun onu döydüyünü və “Samsunq” markalı telefonunu sındırdığını bildirmişdir. Zərərçəkmiş şəxs1 Cvanşir qızı xx.xx.2020-ci il taxixdə təkrar ərizə ilə müraciət edərək Ramin Quliyevlə barışdığını, ona dəymiş ziyanı tam həcmdə ödədiyini, ondan şikayət və tələbi olmadığını bildirmişdir. Ona görə də Zərərçəkmiş şəxs1 məlumatı və ərizəsi əsasında X5 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 29,120.1, 181, 182.2.3 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində əvvəllər nikah münasibətində olduğu, hazırda nikahı pozulmuş, Zərərçəkmiş şəxs1 məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsi 52/3, mənzil 10-da yerləşən mənzilə gedərək, əlində olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab olunmayan mətbəx bıçağını Zərərçəkmiş şəxs1 nümayiş etdirib, ilk öncə onun şəxsiyyəti üzərində zor tətbiq etməklə hədələyərək ondan 5000 manat məbləğdə pulu hədə-qorxu ilə tələb etməklə, ilkin olaraq şəxsi münasibətlər zəminindən başlamış, lakin sonradan ictimai qaydanın kobud surətdə pozub, hamı tərəfındən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib binanın qarşısında xeyli sayda insanların toplaşmasına məhəl qoymadan nalayiq ifadələr işlətməklə özünü onların və hadisə yerinə gələrək onu qaydalara əməl etməyə çağıran Şahid1, Şahid2 və Şahid3 adlı polis əməkdaşlarının fövqündə qoyub, onlara laqeydlik və etinasızlıq nümayiş etdirməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə müşayiət edilən qərəzli xuliqanlıq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs pul əldə etmək məqsədilə yüngül dərəcəli sərxoşluq vəziyyətində xx.xx.2020-ci il tarixdə saat 18 radələrində əvvəllər nikah münasibətində olduğu Zərərçəkmiş şəxs1 məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsi 52/3, mənzil 10-da yerləşən mənzilə gedərək, əlində olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab olunmayan mətbəx bıçağını Zərərçəkmiş şəxs1 nümayiş etdirib onu öldürəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs1 onu öldürməməsini xahiş etdikdə isə əsl niyyətini həyata keçirmək üçün ondan 5000 manat məbləğində pul tələb edərək tapması üçün ona 10 dəqiqə vaxt vermiş, Zərərçəkmiş şəxs1 onun hədələrindən qorxub özündə pul olmadığını, bacısına zəng edib pul istəyəcəyini bildirərək qonşulara və hüquq mühafizə orqanlarına xəbər vermək üçün telefonunu götürüb evin eyvanına keçmiş, həmin vaxt eyvandan baxdıqda həyətədə olan qonşusu Şahid5 qısaca məlumat verərək ondan bacısı qızı Aytənə xəbər verməsini xahiş etmiş, az sonra Zərərçəkmiş şəxs1 bacısına zəng edəcəyinə inanmayan Təqsirləndirilən şəxs də onun arxasınca getmiş, orada Zərərçəkmiş şəxs1 telefonunun ekranını göstərib bacısına zəng etdiyini bildirərək ona yaxınlaşmamağını xahiş etmiş, ondan qorxaraq eyvandan qonaq otağına keçib otaq tərəfdən eyvana olan qapını kilidləyən Zərərçəkmiş şəxs1 həsdəsinin real olduğunu bir daha nümayiş etdirmək üçün eyvandan qonaq otağına açılan pəncərəni əli ilə sındırıb qonaq otağına daxil olmuş, həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 fürsət taparaq verdiyi məlumat əsasında həmin ünvana gələn və mənzilin qapısının polis əməkdaşları tərəfindən döyüldüyünü gördükdə isə Zərərçəkmiş şəxs1 pul axtarmadığını, onun məsuliyyətə cəlb edilməsi üçün polisə məlumat verdiyini başa düşmüş, Zərərçəkmiş şəxs1 onun qeyri-qanuni hərəkətlərinin qarşısının alınması üçün haqlı olaraq polisə məlumat verməsinə binada yaşayan sakinlərin narahatçılığına səbəb olan, ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə qarşı açıqca hörməsizliklə ifadə edilən hərəkətlərlə qarşılıq verərək Zərərçəkmiş şəxs1 öldürəcəyi ilə hədələyərək mənzilin daxilində qovmuş, Zərərçəkmiş şəxs1 eyvandan qonaq otağına keçərək otaq tərəfdən eyvana olan qapını kilidləməsinə baxmayaraq eyvandan qonaq otağına açılan pəncərəni əli ilə sındırıb qonaq otağına daxil olmuş, daha sonra əlində olan bıçaqla mənzilin yataq otağına keçərək eyvan tərəfdən qapını kilidləyən Zərərçəkmiş şəxs1 yaxalamağa çalışmış, eyvanın yataq otağına açılan pəncərəsini əlində olan mətbəx bıçağı ilə sındırıb yataq otağından yenidən eyvana daxil olmağa cəhd edərkən Zərərçəkmiş şəxs1 mənzilin eyvanının pəncərəsindən çölə çıxmış, Təqsirləndirilən şəxs eyvana daxil olaraq pəncərədən baxdıqda Zərərçəkmiş şəxs1 binaya bitişik olan su borusu ilə aşağı sürüşdüyünü görüb, mətbəxdən götürdüyü çaydan və qazanı Zərərçəkmiş şəxs1 üzərinə atmış, öz qərəzli hərəkətlərinə davam edərək hamı tərəfındən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib binanın qarşısında yüksək səs küyə toplaşan xeyli sayda insanların olmasına məhəl qoymadan Zərərçəkmiş şəxs1 və onun bacısı qızı Zərərçəkmiş şəxs2 qarşı nalayiq ifadələr işlətməklə özünü bina sakinlərinin və hadisə yerinə gələn Şahid1, Şahid2 və Şahid3 adlı polis əməkdaşlarının fövqündə qoyub, onlara laqeydlik və etinasızlıq nümayiş etdirməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 221.3-cü maddələri ilə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 221.3-cü maddələri ilə tövsif olunması ilə bağlı öz möqeyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxsin əməlində hədə-qorxu ilə tələb etmə cinayətinin tərkib əlamətləri, onun xx.xx.2020-ci il tarixdə saat 18 radələrində zərərçəkmiş şəxsə məxsus mənzilə gedərək, əlində olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab olunmayan mətbəx bıçağını zərərçəkmiş şəxsə nümayiş etdirib, ilk öncə onun şəxsiyyəti üzərində zor tətbiq etməklə hədələyərək ondan 5000 manat məbləğdə pulu hədə-qorxu ilə tələb etməsi anından yaranmışdır. Təqsirləndirilən şəxsin sonrakı hərəkətlərində qərəzli xuliqanlıq cinayətinin tərkib əlamətlərinin məcmu halında mövcud olması da, onun məhz hədə-qorxu ilə tələblərini ifadə etməsindən sonra, zərərçəkmiş şəxsin pulu tapmaq əvəzinə polisə məlumat verməsi nəticəsində yaranmışdır. Təqsirləndirilən şəxsin qabaqcadan formalaşmış niyyətinin zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb etmə olduğu özünü onda göstərir ki, təqsirləndirilən şəxs hesab etmişdir ki, onun iki dəfə bədənə ağır xəsarət yetirməyə görə məhkum olunmasını və zərərçəkmiş şəxsə əvvəllər ağır xəsarət yetirməsini nəzərə alaraq, Zərərçəkmiş şəxs1 onun hədələrini real qəbul edəcək, ondan qorxub tələb olunan məbləği tapıb verəcəkdir. Lakin hadisələrin inkişafı təqsirləndirilən şəxsin istədiyi kimi getmədiyinə görə o, zərərçəkmiş şəxsə qarşı daha aqressiv davranış nümayiş etdirərək qərəzli xuliqanlıq cinayətini də törətmişdir. Belə ki, təqsirləndirilən şəxs niyyətinin reallaşmadığı və polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb edəcəyindən hiddətlənərək, əlində tutduğu məişət bıçağı ilə mənzilin şüşələrini sındırmış, səs-küyə toplaşmış qonşulara və digər şəxslərə məhəl qoymadan Zərərçəkmiş şəxs1 məxsus əmlakı məhv etməklə müşayiət edilən hərəkətlər etmiş, ona və Zərərçəkmiş şəxs2 qarşı nalayiq ifadələr işlətməklə özünü bina sakinlərinin və hadisə yerinə gələn polis əməkdaşlarının fövqündə qoyub, onlara laqeydlik və etinasızlıq nümayiş etdirməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək məişətdə istifadə olunan çaydan və qazanı Zərərçəkmiş şəxs1 üzərinə atmış, bununla da o, qəzərli xuliqanlıq hərəkətlərini etmişdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. X15 Məhkəməsi Opuz Türkiyəyə qarşı xx.xx.2009-cu il tarixli qərarının 147-ci bəndində vurğulamışdır ki, ailədaxili zorakılığa aid işlərdə hüquq pozucularının hüquqları qurbanların insan hüquqlarını-yaşamaq hüququnu və fiziki və psixi toxunulmazlıq hüququnu üstələyə bilməz. Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2011-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş hədlərdə hər bir cinayətə görə ayrı– ayrılıqda cəza təyin olunmalı, həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməsi ilə əlaqədar qəsdən törədilən cinayətdir. Həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mənzil İstismar Kontoru tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Mənzil İstismar Kontoruna heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2012-ci il tarixdə X19 Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM–in 126.2.1, 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinərək CM–in 66.3–cü maddəsinə əsasən 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzasının əvvəli xx.xx.2011-ci il tarixdən hesablanmış, xx.xx.2018-ci il tarixdə Şəki rayon Məhkəməsinin qərarı ilə cəzası 8 ilə endirilmiş, xx.xx.2018-ci il tarixdə Şəki rayon Məhkəməsinin qərarı ilə 7 ay 12 gün cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmasına və xx.xx.2019-cu il tarixdə cəza müddəti bitməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətdiyinə görə o, Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edilir, ona görə də onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61– ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və həmin Məcəllənin 221.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə hər bir cinayətə görə ayrı–ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş cəzalar qismən toplanmalı və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinin tələbinə görə şəxsin həbsdə saxlama müddətinin şəxsin tutulması zamanı faktiki həbsə alındığı andan hesablanmalı olduğunun zəruriliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə qəti cəzanın başlanğıcı xx.xx.2020–ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz xx.xx.2020–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020–ci il tarixli 4(051)–29/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlama müddətinin əvvəli xx.xx.2020–ci il tarixdən hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın başlanğıcı xx.xx.2020–ci il tarixdən hesablanmalıdır. Bununla yanaşı, məhkəmə, həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürməklə hədələməsi ilə bağlı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olması sübuta yetirilmədiyindən, ona həmin maddə ilə elan olunmuş ittiham üzrə bəraət verilməlidir. Belə ki, istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə qarşı açıqca hörməsizliklə ifadə edilən hərəkətlərlə əlində olan bıçaqla mənzilin yataq otağından eyvana keçərək eyvan tərəfdən qapını kilidləyən Zərərçəkmiş şəxs1 qovmuş, bıçağı ona nümayiş etdirməklə hədənin icra ediləcəyi üçün real əsaslar yaradaraq öldürməklə hədələmiş, həmçinin mənzilin eyvanından əlindəki bıçaqla hadisə yerinə gələn Zərərçəkmiş şəxs1 bacısı qızı Zərərçəkmiş şəxs2 da hədənin icra ediləcəyi üçün real əsaslar yaradaraq öldürməklə hədələmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsinin tələbinə görə öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda, min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayəti həyat və sağlamlıq əleyhinə olan qəsdən törədilən cinayətdir. Cinayətin obyektiv cəhətinin zəruri əlamətləri adam öldürmənin və sağlamlığa ağır zərər vurmanın törədilməsinə yönəlmiş niyyətin ifadə edilməsindən ibarətdir. Cinayət tərkibinin mövcud olması üçün hədənin icra ediləcəyinə real əsaslar olmalıdır. Hədənin real olması isə həm obyektiv, həm də subyektiv əsaslar üzrə hər bir konkret halda fərdi olaraq müəyyən edilməlidir. Belə ki, hədənin məzmunu, ifadə üsulu, forması və intensivliyi, hədələmənin şəraiti, hədəni həyata keçirməyə imkan verəcək silahın və başqa vasitələrin mövcudluğu, hədələyənin şəxsiyyətini xarakterizə edən əlamətlər, hədələyənlə zərərçəkmiş arasında əvvəllər mövcud olmuş və yaxud davam edən münasibətlər, hədənin reallığını əks etdirən əsaslardır. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 öldürməklə hədələnməsi ilə bağlı istintaq orqanının mövqeyi ilə ona görə razılaşmır ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 məxsus mənzilə əlində bıçaq gələrkən onun niyyəti Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə 5000 manat məbləğində pul tələb etməkdən ibarət olmuşdur. Ona görə də təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürməklə hədələmişdir. Bununla da təqsirləndirilən şəxs qeyri-qanuni pul tələb etmək niyyətini gerçəkləşdirmək üçün hədələmə yolu ilə Zərərçəkmiş şəxs1 həyatına hüquqa zidd müdaxilə etmişdir. Doğrudur, təqsirləndirilən şəxsin hərəkətlərində və hüquqa zidd davranışlarında, yəni onun sərxoş halda zərərçəkmişi qapalı məkanda soyuq silah hesab edilməyən mətbəx bıçağından istifadə etməklə hədələməsi, əvvəllər iki dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunması və həmin cinayətlərdən birini məhz zərərçəkmiş şəxsə qarşı törətməsi, hazırda da onun tərəfindən zərərçəkmişin təhdidlərə məruz qalması, formal cəhətdən Zərərçəkmiş şəxs1 münasibətdə öldürməklə hədələmənin icra ediləcəyi üçün real əsasların mövcudluğu ehtimalından xəbər verir. Lakin, məhkəmə istintaqı ilə sübut olunmuşdur ki, təqsirləndirilən şəxsin həmin vaxt niyyəti Zərərçəkmiş şəxs1 öldürməklə hədələmək deyil, ondan hədə-qorxu ilə pul tələb etməkdən ibarət olmuşdur. Bu halda təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 öldürməklə hədələməsi, hədə-qorxu ilə pul tələb etmə cinayətinin törədilməsi üsulu olmuşdur. Belə olan halda CM-in 182.1-ci maddəsi ilə həmin Məcəllənin 134-cü maddəsi arasında rəqabət yaranır. Bu hal isə CM-in 134-cü maddəsinə münasinbətdə xüsusi norma olan 182.1-ci maddənin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı hərəkətlərində ayrıca olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olması sübuta yetirilmədiyindən, ona həmin maddə ilə elan olunmuş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin əməlində Zərərçəkmiş şəxs2 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olmaması ilə bağlı öz mövqeyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxsin binanın dördüncü mərtəbəsində yerləşən mənzilin eyvanından əlindəki bıçaqla hadisə yerinə gələn Zərərçəkmiş şəxs1 bacısı qızı Zərərçəkmiş şəxs2 da hədənin icra ediləcəyi üçün real əsaslar yaradaraq öldürməklə hədələməsi ilə bağlı verilmiş ittiham məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, həmin vaxt təqsirləndirilən şəxs ictimai qaydanın kobud surətdə pozub, hamı tərəfındən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib binanın qarşısında xeyli sayda insanların toplaşmasına məhəl qoymadan nalayiq ifadələr işlətməklə özünü onların və hadisə yerinə gələn polis əməkdaşlarının fövqündə qoyub, onlara laqeydlik və etinasızlıq nümayiş etdirməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Həmin vaxt təqsirləndirilən şəxsin niyyəti qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ibarət olmuşdur. Onun silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağını nümayiş etdirməsi isə Zərərçəkmiş şəxs1 və oraya toplaşan şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə əhatə olunmuşdur. Belə olan halda təqsirləndirilən şəxsin əməlində CM-in 221.3-cü maddəsinin tərkib əlamətləri mövcud olduğundan və o, həmin maddə üzrə təqsirli bilindiyindən, onun qeyd olunan əmələ görə eyni zamanda CM-in 134-cü maddəsi ilə təqsirli bilinməsi istisna olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Məhkəmə işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna əsasən qeyd edir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası CM-in 134-cü maddəsinin tərkib əlamətləri konkret olaraq müəyyən edilmədiyindən, həmin faktla əlaqədar həmin maddə üzrə ittiham hökmünün çıxarılması maddi və prosessual hüquq normalarının tələbləri baxımından birmənalı olaraq istisna edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən məldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun əməlində CM-in 134-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri məcmu halında mövcud olmadığından, əməlini törətməsi ilə bağl təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamış, toplanmış sübutlar isə onun həmin maddə ilə təqsirsizliyini təsdiq edir (CPM-in 42.2.4-cü maddəsi). Bununla da, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna CM-in 134-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsə CM-in 134-cü maddəsi ilə əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət verilməli və o, ittihamın həmin hissəsi üzrə Azərbaycan Respublikası adından təqsirsiz elan edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.2.4-cü maddəsinin tələbinə görə ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həllı və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-yə məsul saxlanca verilmiş, hadisə yerindən götürülmüş şüşə qırıntıları, üzərində qan ləkələri olan bir ədəd mələfə və xx.xx.2020-ci il tarixli protokolla götürülmüş bir ədəd mətbəx bıçağı dəyəri olmadığına görə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma və məhkəmə baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatları ilə bağlı məhkəmə məsrəfləri 30,6 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30.6 manat məhkəmə məsrəfləri tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsini 182.1 və 221.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 182.1 maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından, o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilsin və ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs qanunsuz Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə qanunsuz ittiham elan edilməsi və həmin maddə məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi və həmin zərərin ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-ə məsul saxlanca verilmiş, hadisə yerindən götürülmüş şüşə qırıntıları, üzərində qan ləkələri olan bir ədəd mələfə və xx.xx.2020-ci il tarixli protokolla götürülmüş bir ədəd mətbəx bıçağı dəyəri olmadığına görə məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 60 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar