Məhkəmə qərarları › İş №1(051)-11/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-11/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-11/2022 29.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs- xx.xx.1974-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay şəhər M.Ə.Rəsulzadə küçəsi ev 129 mənzil 18-də qeydiyyatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs keçmiş qaynı X6 tərəfindən döyülərək az ağır xəsarət alması ilə bağlı Asəf Mehvalıyevin Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyə göndərilmiş cinayət işi üzrə X7 Həsənovaya qarşı törətdiyi əməlinin Gədəbəy rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin daha yüngül maddəsi hesab olunan 128-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə Asəf Mehvalıyevin barəsində çıxarılan hökmü sonradan qüvvədə saxlayan Gəncə Apellyasiya Məhkəməsinin qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə etdiyi kassasiya şikayəti ilə bağlı Ali Məhkəmədə Zərərçəkmiş şəxs xeyrinə tanışları vasitəsi ilə qərar qəbul edilməsinə nail olacağını vəd verib, Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə onu aldadıb etibarından sui-istifadə etməklə və vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən yaşadığı evdə 700 manat, xx.xx.2020-ci il tarixdə yaşadığı həmin ünvanda olan evdə 3500 manat, xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “5+” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs ona məxsus "xxxx" ASC tərəfindən verilmiş **********185442 nömrəli bankomat kartının hesabına göndərdiyi 1500 manat, xx.xx.2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda Zərərçəkmiş şəxs 300 manat olmaqla ümumilikdə 6000 (altı min) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşiman olduğunu, Zərərçəkmiş şəxs dəymiş ziyanın bir hissəsini ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilməyərək verdiyi ifadəsində bildirmişdi ki, 2020-ci ilin dekabr ayında Göyçay şəhərində yaşayan Zabitə adlı fala baxan qadının vasitəsilə Zərərçəkmiş şəxs tanıdı. Belə ki, Zabitə adlı qadın Bakı şəhərinə gəlib onun kirayəşin yaşadığı ünvan 4 ünvanda qonaq olarkən Mingəçevir şəhərində yaşayan tanışı Tamilla adlı qadının prokurorluqda araşdırılan işinə obyektiv baxılmadığı üçün ona, yəni Tamilla adlı qadına müxtəlif instansiyalara ərizə ilə müraciət etməsində kömək etməsini bildirdi. O, Zabitə adlı qadının sözünü yerə salmayaraq razılaşdı. Tamilla adlı qadına ərizələr yazmaqdə kömək edə bilməsi üçün onun Bakı şəhərinə gəlməli olmasını Zabitəyə bildirdi. Həmin söhbətdən sonra Zərərçəkmiş şəxs onun mobil nömrəsini əldə edərək zəng etdi, Bakı şəhərinə gələcəyini bildirdi. Qeyd olunan söhbətlər təxminən 2020-ci ilin dekabr ayında olmuşdu. Həmin ilin dekabr ayında Zərərçəkmiş şəxs Bakı şəhərinə gəldi, özünə aid bütün sənədləri, yəni prokurorluğun qəbul etdiyi qərarların surətlərini həmçinin, məhkəmə qərarlarını gətirdi. Zərərçəkmiş şəxs özünün döyülərək xəsarət alması ilə əlaqədar istintaqı aparılmış cinayət işi üzrə CM-nin 128-ci maddəsi ilə təqsirləndirilmiş şəxs keçmiş həyat yoldaşının qohumu Asəf adlı şəxsin həmin döyülmə faktına əsasən CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə və həmin maddə ilə ona hökm çıxarılmasına kömək etməyini ondan xahiş etmişdir. Köməklik olaraq nəzərdə tutulan əməli dövlət orqanlarına Zərərçəkmiş şəxs adından ərizə yazılmasından ibarət oldu. Qarşılığında isə ona 50 manat pul verməli oldu. Bu barədə Tamilla ilə razılaşdılar. Razılığa əsasən bir ərizə yazıb və dörd ədəd həmin ərizənin nüsxələrini müxtəlif instansiya orqanlara göndərməklə qarşılığında 50 manat, taksi xərci olaraq da 10 manat pulu Zərərçəkmiş şəxs aldı. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs ona zəng edərkən həmin ərizələrdən nəticə çıxmadığını bildirdi. Ondan Ali Məhkəmədə münasib adam tapmasını, pul müqabilində Asəfin CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilərək hökm çıxarılmasına köməklik etməsini xahiş etdi. Sonradan Asəf həbs olunmaması üçün onun valideynləri verəcəyi 30-40 min manat puldan Ali Məhkəmədə tapacağı şəxsə hörmət edəcəyini vət etdi. O da əvvəlcə Tamillaya rüşvətlə iş alınmayacağını və alınacağı təqdirdə çətinliklə başa gələcəyini bildirsə də, daha sonra Asəf adlı şəxslə mobil telefonla əlaqə saxlayaraq Tamillanın ona etdiyi sonuncu təklif barədə məlumatlandırdı. Həmçinin məsələnin həqiqətdə necə olmasını Asəfdən soruşdu. Asəf də ondan Tamillanı yubadaraq adam tapmağı bildirib və müddəti uzatmasını xahiş etdi, həmin müddətədək Ali Məhkəmənin hökmü çıxacağını bildirdi. Asəflə həmin danışıqdan sonra Tamilla barəsində maraqlanaraq həqiqətən də Tamillanın şər böhtan atmaq yolu ilə müxtəlif şəxslərdən pul almasını öyrəndi. Həmin şəxslərdən Aynur adlı qadından 30-40 min manat pul tələb etdiyini, Aysel adlı qadından pul tələbi ilə bağlı polis şöbəsinə müraciət etdiyini, həmçinin Asəfin və Tamillanın keçmiş həyat yoldaşı Vüsal adlı şəxsdən də pul tələb etdiyini bildikdə Tamillanın haqqında mənfi fikrə düşüb və ona kömək etməməyə qərar verdi. Buna görə də Asəfin xahişinə uyğun olaraq vaxt uzadaraq Tamillanı yubatmaq qərarına gəlmişdir. Bu qaydada da, yəni Tamillanı inandırıb işini həll edəcəyini göstərmək üçün onunla yəni Tamilla ilə müxtəlif razılaşmalar haqqında söhbətlər apardı. Belə ki, Tamilla ilə aralarında “Whatsapp” ani mesajlaşma şəbəkəsində baş tutan danışıqlarda əvvəlcə Zərərçəkmiş şəxs Ali Məhkəmədə işini həll etməsi üçün vəzifəli tanış adamı olmasını və təxminən 6500-7000 manat pul verilməli olmasını bildirdi. Zərərçəkmiş şəxs da həmin məbləğdən 1500 manat pulu ona məxsus kapital bank kartına köçürtdü. Qalan məbləği isə Ali Məhkəmənin hökmü çıxacağı gün, yəni Asəf həbs olunması barədə hökm çıxarıldığı gün verəcəyini bildirdi. O, da Tamillanı yubatmaq üçün razılaşdığını ona bildirdi. Onun kartına göndərilmiş 1500 manat pulu isə çıxardaraq öz tələbatlarına xərclədi. Zərərçəkmiş şəxs ilə danışarkən isə həmin 1500 manat pulun özündə olmasını və işi danışmasını, həll olunacağını, alınmayacağı təqdirdə qaytaracağını bildirdi. Daha sonralar isə Tamilla gedib məhkəmədən maraqlanıb və onların xahişini edən kimsə olmamasını öyrəndiyini zəng edərək bildirib, pulu geri qaytarmasını istədi. O, isə Zərərçəkmiş şəxs 1500 manat pulu qaytaracağını vəd etdi. Bundan başqa aralarında söhbət olmadı. Zərərçəkmiş şəxs 6000 pul istədiyi üçün onun barəsində Bakı şəhər BPİ-nə şikayət etdi. Tamilla ilə danışarkən guya tapdığı şəxsin əvvəlcədən pul istəməsini bildirib, Tamilla da beh olaraq 1500 manat pulu ona göndərdi. Həmin pulu danışdığı şəxsə verməsini Tamillaya deyərək, Tamillanın onun kartına göndərdiyi pulu inanması və arxayınlaşması üçün götürüb, daha sonra da işin Asəfin xeyrinə həll olub bitməsini gözlədi. İş üzrə hökm çıxarıldıqdan sonra 1500 manat pulu Tamillaya geri qaytarmaq istədiyini bildirdi. Lakin 1500 manat pul özündə qaldığı müddətdə hissə-hissə xərcləmişdir. Daha sonra da Tamilla onu təhqir etdiyi üçün həmin pulu geri qaytarmadı. Əslində isə “whatsapp” sosial şəbəkəsində onunla danışıqları və verdiyi vədlər həqiqət olmadı, hətta Tamilladan həmin danışıqlarda veriləcək 6000-7000 manat pulun iş həllindən sonra verilməli olmasını bildirdi. Tamilla isə onu əvvəlcədən aldadıb 6000 istəməsini zənn edib, buna görə də yazışmalara istinad edərək 1500 manat pul verdiyi halda guya 6000 manat verməsini irəli sürərək şikayət etdi. Zərərçəkmiş şəxs ona 700 manat və 3500 manat pulu ümumiyyətlə vermədi, 1500 manat pul kartına göndərildi. 300 manat pulu isə Mingəçevir şəhərində Aynur adlı qadınla arasında olan mübahisə ilə bağlı polis şöbəsində olan araşdırma üçün ona köməklik etməyi üçün Mingəçevir şəhərinə çağırarkən ona yol xərci və həmin işdə nümayəndə kimi iştirakı məqsədilə verdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Zabitə adlı qadının vasitəsilə ilə tanımışdır. Təqsirləndirilən şəxs özünü mətbuat işçisi və işgəncələrə məruz qalmış qadınlara yardım üçün dövlət tərəfindən ayrılmış nümayəndə olaraq tanıtdı. Tanışlıqları 2020-ci ilin noyabr ayında telefon vasitəsilə olmuşdu. Həmin danışıq zamanı Təqsirləndirilən şəxs onun Ali Məhkəmədə olan işinə köməklik edə biləcəyini vəd edərək onu Bakı şəhərinə çağırdı. Özünə aid sənədləri götürüb və bir gün sonra yəni xx.xx.2020-ci il tarixdə Bakı şəhərinə getdi. Bakı şəhərində Nəsimi rayon ərazisində 28 May küçəsində yerləşən parkda görüşüb onun yaşadığı evə birlikdə getdilər. Təqsirləndirilən şəxs onunla keçmiş qohumu barəsində olan Azərbaycan Respublikası CMnin 127.2-ci maddəsilə başlanılmış və həmin maddə ilə ittiham elan olunaraq məhkəməyə verilmiş cinayət işi məhkəmədə həmin əməl CM-nin 128-ci maddəsinə tövsif olunaraq verilmiş hökmü məhkəmədə dəyişdirərək yenidən 127.2-ci maddəsinə əsasən hökm verilməsinə köməklik edəcəyini ona vəd etdi. Həmin vədi isə heç vaxt onunla tanış etmədiyi Ədliyyə Nazirliyinin əməkdaşı olan Ramin İmanov vasitəsilə gerçəkləşdirəcəyini bildirdi. Ramin İmanov adlı şəxsin həqiqətən Ədliyyə Nazirliyində işləyib-işləmədiyini o, bilmədi, lakin sonradan Təqsirləndirilən şəxs özündən uydurma şəxs olaraq ona təqdim etdiyi qənaətinə gəldi. Həmin gün aralarında baş tutan sövdələşmədən sonra beş dövlət qurumuna müraciət ünvanlanmalı olduğunu və hər bir müraciətin yazılması 100 manat xərc tələb etməsini deyərək Mətanət ondan 500 manat pul istəyib və əlavə olaraq da 200 manat özü üçün yol və sair xərclərolaraq əsaslandırıb istədi. Həmin söhbətdən sonra dörd gün müddətində Təqsirləndirilən şəxs yaşadığı evdə qonaq qaldı və ona 700 manat pul verdi. Qarşılığında isə Təqsirləndirilən şəxs ona qəbzlər verərək müxtəlif dövlət orqanlarına müraciətlər göndərildiyini bildirdi. Təqsirləndirilən şəxs məktubların dövlət qurumlarına çatdıqdan sonra ona xəbər veriləcəyini bildirdi. O, Mingəşevir şəhərinə qayıtdı. Həmin gündən sonra Təqsirləndirilən şəxs telefon vasitəsilə deyil, “Whatsapp” sosial şəbəkəsi vasitəsilə danışmaqlarını təklif etdi. Mətanət sonrakı günlərdə Ramin adlı şəxslə onun işini müzakirə etdiklərini ona bildirib, guya Ramin adlı şəxs Təqsirləndirilən şəxs “Tamilla şikayət məktubları ünvanlasın ki, hakim onun işinə yenidən baxaraq Tamillanın xeyrinə qərar vermək üçün əsas olaraq şikayətlərini göstərə bilsin ”dedi. Daha sonralar danışıq zamanı Təqsirləndirilən şəxs Ramin İmanovun həmin işi həll etməyi öhdəsinə götürən hakimin iş icraatına keçməsi üçün icraat təzələnməli olmasını və üç hakimdən ibarət olan hakimlər kollegiyasına hərəsi üçün 1000 manat olmaqla cəmi 3000 manat pul və Ramin İmanovun özünə 500 manat pul əvvəlcədən verilməli olmasını ona bildirdi. Bu sözlərdən sonra Təqsirləndirilən şəxs inanaraq 2020-ci ilin dekabr ayının 1-də Bakı şəhərinə Təqsirləndirilən şəxs yaşadığı evə gedib, qeyd olunan mövzuda bir daha söhbət etdikdə Mətanət yenə də onu inandırdığı üçün qabaqcadan özü ilə apardığı 3500 (üç min beş yüz) manat pulu Mətanətə verdi. O, da Mingəçevir şəhərinə geri qayıtdıqda Mətanət “Whatsapp” sosial şəbəkəsi vasitəsilə mesaj yazaraq pul çatmalı olan şəxslərə çatmasını bildirdi. Yəni ki, 3500 manat pulu Ramin İmanova verdiyini bildirdi. Yenidən 25-26 dekabr 2020-ci il tarixlərdə Təqsirləndirilən şəxs ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə mesaj yazaraq qarşı tərəfin nümayəndələri məhkəməyə Ramin İmanovun yanına gələrək 5000 manat pul təklif etdiklərini və işi yenidən onun xeyrinə həll edəcəklərini bildirib, buna görə də əlavə olaraq 1500 manat pul lazım olmasını və əlavə olaraq da iş xeyrinə bitdikdən sonra alacağı təzminatın 15 faizini hakimə verməyə razı olduğu halda iş onun xeyrinə həll oluna biləcəyini, əks halda əvvəlcədən verilən 3500 manat pulun geri qaytarılacağını və işin yenidən qarşı tərəfin xeyrinə olacağını bildirdi. Həmçinin Mətanət ona qarşı tərəfin 500 manat yerli instansiya məhkəməyə, 6000 manat Apelyasiya instansiya məhkəməsinə, 5000 manat pul da Ali məhkməyə təklif etdiyini bildirdi. Bundan sonra o, 1500 manat pul verməyə razılaşıb və guya iş xeyrinə həll olduqdan sonra alacağı təzminatın 15 faizini hakimlərə verməyi öhdəsinə götürməsini Mətanətə bildirdi. Bu söhbətə uyğun olaraq 27 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus “Kapital Bank ” kartının şəklini ona göndərib, həmin gün Mingəçevir şəhər M.Maqomayev prospektində yerləşən “5+” super marketində quraşdırılmış terminal vasitəsilə Təqsirləndirilən şəxs adına olan karta 1520 manat pul göndərdi. Təqsirləndirilən şəxs da pulu həmin gün götürdüyünü və Xəzər rayon Şüvəlan qəsəbəsinə gedərək Ramin İmanova vermək məqsədilə getdiyini bildirdi. Bundan sonra 2021-ci ilin yanvar ayının 11-də Təqsirləndirilən şəxs Mingəçevir şəhərinə gəldi. Mətanət qeyd olunan işlərdə onun əvəzindən iştirak edə bilməsi üçün etibarnamə istədi, o, da X8 Xidmət mərkəzində ona müvafiq etibarnamə verdi. Həmçinin 300 manat əlavə pul, işlərlə maraqlanmaq məqsədilə gedib-gəlmək və yol xərcləri olaraq həmin pulu istədi. 4-5 gün yaşadığı evdə qonaq qaldı və sonra Bakı şəhərinə qayıtdı. 2021-ci ilin fevral ayının 7-də Bakı şəhərinə başqa məqsədlə gedərkən Mətanətdə olan bəzi sənədlərini ala bilmək üçün görüşmək istədiyini bildirdi, Təqsirləndirilən şəxs da öz evindən çıxdığını və rəfiqəsi evində qaldığını bildirdi. Buna görə də kafedə görüşməyi ona təklif etdi, onu “Tarqovı” adlanan yerə dəvət etdi. Onlar görüşəndə birlikdə “karaoke klub”a aparmış, klubda oturduğu masada pivə və digər spirtli içkilər həmçinin siqaret məmulatları olmasını görüb, həmçinin tanımadığı oğlanlara onu göstərərək qonaq olmasını bildirdi. Həmçinin birlikdə şəkil çəkdirdilər. Orada Mətanətin pivə içməsi, siqaret çəkməsi və mahnı oxumasını gördükdə onun həyat tərzini bəyənməyib və klubdan çıxıb getdi. Mingəçevir şəhərinə qayıtdı. Mingəçevir şəhərində olarkən ona məhkəmədən məktub gəldi və həmin məktubda qarşı tərəfin şikayəti əsasında xx.xx.2021-ci il tarixdə məhkəməyə çağrılması qeyd olundu, lakin onun şikayəti məktubda qeyd olunmadığını gördükdə Ali Məhkəmənin dəftərxanasında işləyən işçinin nömrəsini internet vasitəsilə taparaq zəng etdi, onun şikayətinin məhkəməyə daxil olub-olmamasını soruşdu, həmin vaxt dəftərxana işçisi onun şikayətinin daxil olmamasını ona bildirdi. Lakin qarşı tərəfin şikayəti daxil olmasını bildirdikdə o, da məhkəmə təxirə düşməsi üçün teleqram göndərdi və şikayətinin olmasını və məhkəmənin təxirə salınmasını xahiş etdi. Bundan sonra Təqsirləndirilən şəxs ondan pul alması qarşılığında hər hansı iş görmədiyi ona məlum oldu. Buna görə də Təqsirləndirilən şəxs zəng edərək vəziyyəti ona danışdı. Mətanət isə əlavə olaraq prokurorluq işçisinə də pul verilməli olmasını dedikdə onun yalan danışmasına əmin oldu, cinayət işini icra etmiş müstəntiqlə əlaqə saxlayıb və həmin məsələ ilə əlaqədar heç bir pul verilməli hal olmadığını ona bildirdilər. Bundan sonra o, Təqsirləndirilən şəxs yenidən zəng edib və onu aldatmasını dedikdə, Mətanət guya prokurorluq əməkdaşları tərəfindən aldadılmasını əsas gətirib və guya prokurorluq işçisi ilə məsələni aydınlaşdıracağını bildirdi. Sonradan Mətanət, Ramin İmanov danışdığını pul lazımı şəxslərə verildi, yəni iş onun xeyrinə həll olunacağına onu inandırdı. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edib məhkəmənin vaxtı çatdığını və işin nəticəsi barədə maraqlandı. Həmin danışıq zamanı ilk olaraq Ramin İmanovu tapa bilmədiyini, daha sonra nömrələr silindiyini və sair əlaqəsiz bəhanələr gətirərək Ramin İmanovdan məlumat ala bilmədiyini Mətanət ona bildirdikdə, həmçinin daha sonralar isə zənglərə cavab vermədikdə Təqsirləndirilən şəxs onu aldadıb pulunu aldığını ona məlum oldu. Sonradan Təqsirləndirilən şəxs ilə mobil telefonla danışarkan onu aldatmasını bildirərək pulunu geri istədiyi Mətanət pulun Ramin İmanova verilməsini və alıb qaytaracağını bildirdi. Lakin bu son danışıqdan sonra bir daha onunla əlaqə saxlaya bilmədi. Buna görə də Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirdiyinə əmin olub Mingəçevir ŞPŞ-nə şikayət etdi. Təqsirləndirələn şəxs Təqsirləndirilən şəxs ona vurmuş olduğu 6000 manat ziyandan 1600 manat ödəmiş, qalan pulu isə tələb edir. Təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Zərərçəkmiş şəxs ilə qohumu X2 arasında olan məhkəmə mübahisəsinə dair məsələsi Ali Məhkəmədə davam edərkən Tamilla ilə birlikdə yaşayan Şahid2 vasitəsilə Zabitə adlı fala baxan qadınla qızı Tamilla tanış oldu. Sonra isə Zabitə adlı qadının vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olublar. Təqsirləndirilən şəxs qızı Tamillanın Ali Məhkəmədə olan işindən xəbər tutduqdan sonra özünün Ali Məhkəmədə və müxtəlif dövlət orqanlarında yüksək vəzifələrdə işləyən tanışları olmasını bildirirərək qızı Tamillaya Ali Məhkəmədə olan işinə kömək etməsini təklif etmişdi. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmışdı. Bu səbəbə görə də Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi mübasibətlər yaranmağa başlamışdı. Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs Ali Məhkəmədə gedən təzminat məsələsində ona köməklik etməyinin qarşılığında Tamilladan ilk öncə 700 manat pul istədi. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs ondan istədiyi həmin 700 manat pulu 2020-ci ilin Noyabr ayının 22-23-ü tarixlərində Bakı şəhərində verdi. Daha sonra isə Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Ali Məhkəmədə gedən işləri ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Bakı şəhərində 3500 manat pul verdi. Həmçinin xx.xx.2020-ci il tarixdə qızı Zərərçəkmiş şəxs Mingəçevir şəhərindən Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs terminal vasitəsi ilə 1500 manat pul göndərdi. Bunlarla yanaşı sonuncu dəfə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayının 11-də yaşadığı ünvan 6 ünvanında 300 manat pul verdi. Lakin bunlara baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baxmayaraq heç bir köməklik etmədi. Zərərçəkmiş şəxs isə dəfələrlə Təqsirləndirilən şəxs onun Təqsirləndirilən şəxs hissə-hissə ümumilikdə vermiş olduğu 6000 manat pulunu geri istəməyinə baxmayaraq Təqsirləndirilən şəxs həmin pulları Zərərçəkmiş şəxs geri qaytarmadı. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayından tanıyır. Onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 2020-ci ilin yanvar ayından X8 xidmət mərkəzinin qeydiyyat şöbəsində mütəxəssis vəzifəsində işləyirdi. Pandemiya ilə əlaqədar və işi Mingəçevir şəhərində olduğunda görə 2020-ci ilin sentyabr ayından Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 27/16 mənzil 26-da yaşayan Zərərçəkmiş şəxs kirayədə yaşadığı evində onunla birlikdə kirayədə yaşayırdı. Zərərçəkmiş şəxs ilə tanış olanda onun Azərbaycan Respublikası Ali məhkəməsində işi olduğunu bildi, lakin həmin işin nə ilə və kiminlə bağlı olmasını bilmədi. Tamilla ona bu barədə heç nə deməmişdir. 2020-ci ilin noyabr ayında Tamilla Bakı şəhərində yaşayan adını sonradan bildiyi və özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış oldu. Tamilla məhkəmə prosesində ona köməklik etməsi üçün həmin vəkil Mətanətlə mütəmadi olaraq danışmağa başladı. xx.xx.2020-ci il tarixdə Tamilla 700 manat pul götürüb Bakı şəhərinə getdi. xx.xx.2020-ci il tarixdə qayıdıb gəldi. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edib Tamillaya Mingəçevir şəhərinə gəldiyini bildirdi və həmin gün təxminən saat 16-radələrində Təqsirləndirilən şəxs Tamilla ilə onun birlikdə kirayədə yaşadığı evə qonaq gəldi. Bundan sonra onlar da bir-birini tanıdılar. Tanışlıq zamanı və daha sonra söhbət əsnasında Mətanət ondan evli və ya subay olmasını soruşanda o, subay olduğunu, lakin sevdiyi şəxsin olmasını ona bildirdi. Bu zaman Mətanət onun sevdiyi şəxsin şəkili olub olmadığını, ailəsinin necə insanlar olmasını soruşdu. Özü asan xidmət mərkəzində işdə olan zaman öz ailəsinə göstərmək məqsədi portal sistemindən şəkillərini çəkdiyi sevdiyi insanın və onun valideynlərinin şəkillərini Təqsirləndirilən şəxs göstərdi. Sonra isə heç nə olmamış kimi söhbətə davam etdilər. Həmin gecəni Mətanət onların yaşadığı evdə qonaq qaldı. Gecə yatan zaman Təqsirləndirilən şəxs onun şifrəli olmayan telefonuna daxil olub “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə onun sevgili olduğu şəxsin və valideynlərinin portal sistemindən çəkilmiş şəkillərini öz telefonuna göndərib, bu barədə 2021-ci ilin yanvar ayında özünün məlumatı oldu. Mətanət gecəni qaldıqdan sonra səhəri gün günün 2-ci yarısı getdi. 1 gün keçdikdən sonra Mətanət ona zəng edib kimsəsiz olduğunu, anasının xəstə olduğunu öyrəndiyini, onun falına baxdırdığını onun və anasının həyatı qaranlıq görünməsini bildirib, anasının ölə biləcəyi barədə xəbərdalıq etdi. Onun adına şam yandırtdıracağını, daha sonra göndərəcəyini, onun da yandırmasını, belə olan halda həyatı təmiz olacağını bildirdi. Lakin şamın qiyməti 50 manat olmasını və belə 4 dəfə davam etməli olmasını, buna görə də cəmi 200 manat verməli olacağını bildirdi. Təqsirləndirilən şəxs bu sözlərinə inanaraq və özünün əmək haqqı kartından onun göndərdiyi kart hesabına müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə cəmi 200 manat pul göndərdi. Lakin sonradan Mətanət onun taleyinə dair fala baxdırmaq üçün pul göndərməsini və başqa təklif olduğunu bildirsə də o, Mətanətlə razılaşmadı həmçinin pulu olmamasını dedi. xx.xx.2020-ci il tarixdə Mətanət ona yenidən zəng edərək, xəstə olduğunu ona 200 manat pul göndərməsini xahiş etdi. O, isə pulu olmadığını bildirdikdə, Mətanət ona kredit götürüb verməsini dedi. O, hal-hazırda krediti olduğu üçün mümkünsüz olmasını bildirdi. Bu zaman Mətanət ona nə yolla olur olsun 200 manat pul göndərməli olduğunu deyərək, əks halda yaxşı olmayacağı barədə xəbərdarlıq etdi. Daha sonra isə onun telefonundan gizli yolla götürdüyü portal sistemdən çəkilmiş sevdiyi insanın və valideynlərinin şəkillərini yayacağını bildirdi. Həmin vaxt Mətanət "əgər sən mənə 200 manat pul göndərməsən mən bu şəkilləri yayacam, Ədliyyə Nazirliyinə və asan xidmət mərkəzinə göndərəcəm səni işdən çıxartsınlar" dedi. O, da işdən çıxarılacağına görə qorxub Mətanətə 200 manat pul göndərəcəyinə razılaşdı. xx.xx.2021-ci il tarixdə Kapital bankın Mingəçevir şəhər fillialından “1 kart” kredit kartı götürüb həmin kartdan 200 manat pul çıxartdıqdan sonra Mətanətin öz adına olan bank kartına göndərdi. Həmin vaxtdan sonra 1 ay müddət ərzində 2021-ci ilin yanvar ayına kimi Mətanət 3 dəfə Mingəçevir şəhərində onların yaşadığı evə gəlib, hər dəfə gələndə şəkilləri yaymaqla işlədiyi yerə məlumat verməklə hədələyib, ümumilikdə ondan 400 manat hədə ilə pul aldı. 2021-ci ilin yanvar ayında maddi vəziyyəti pis oldu və pula ehtiyacı olduğu üçün Mətanətə zəng edib verdiyi pulu qaytarmasını istədi, lakin, Mətanət zəngə və yazılan mesajlara cavab vermədi, ancaq Tamilla ilə mütəmadi olaraq məhkəmə məsələsi ilə bağlı danışdılar. Buna görə də o, məcbur qalıb Mətanətin hədə ilə ondan pul almasını Tamillaya bildirdi. Mətanətdən pulunu qaytarmasında kömək etməsini Tamilladan xahiş etdi. Mətanət isə Tamillaya "ona denən mənim quyruğumu basmasın başına oyun açaram" deyə ismarıc göndərdi. Həmin vaxt o, da öyrənib ki, Tamilla məhkəmədə işi həll etməsi üçün hissə-hissə olmaqla ümumilikdə Mətanətə 6000 manat pul verib. Barədə Tamilla özü ona danışaraq bildirdi. Həmin vaxtdan sonra Tamilla verdiyi 6 min manat pulun məhkəməyə çatıb-çatmadığını və məhkəmədəki işinin aqibətini maraqlanmağa başlayıb, bir müddət sonra öyrənib ki, Mətanət məhkəmədə onun işini həll etmək üçün heç kimlə danışmayıb və heç bir iş görməyib. Buna görə də Tamilla bir müddət Mətanətdən pulunu qaytarmasını tələb etdi, lakin Mətanət həmin pulu qaytarmadı. Əksinə onu və Tamillanı hədələməyə başlayıb. İşin 205-211-ci vərəqlərində olan məhkəmə-fonoskopik ekspertizasının 13 sentyabr 2021-ci il tarixli, 4/1157 saylı rəyində göstərilir ki,

1. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.

2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı CD diskdə olan mübahisələi fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs keçmiş qaynı X6 tərəfindən döyülərək az ağır xəsarət alması ilə bağlı Asəf Mehvalıyevin Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyə göndərilmiş cinayət işi üzrə X7 Həsənovaya qarşı törətdiyi əməlinin Gədəbəy rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin daha yüngül maddəsi hesab olunan 128-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə Asəf Mehvalıyevin barəsində çıxarılan hökmü sonradan qüvvədə saxlayan Gəncə Apellyasiya Məhkəməsinin qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə etdiyi kassasiya şikayəti ilə bağlı Ali Məhkəmədə Zərərçəkmiş şəxs xeyrinə tanışları vasitəsi ilə qərar qəbul edilməsinə nail olacağını vəd verib, Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə onu aldadıb etibarından sui-istifadə etməklə və vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən yaşadığı evdə 700 manat, xx.xx.2020-ci il tarixdə yaşadığı həmin ünvanda olan evdə 3500 manat, xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “5+” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs ona məxsus "xxxx" ASC tərəfindən verilmiş **********185442 nömrəli bankomat kartının hesabına göndərdiyi 1500 manat, xx.xx.2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda Zərərçəkmiş şəxs 300 manat olmaqla ümumilikdə 6000 (altı min) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün məhkəmə iclasında etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 198-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 200-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş 03 avqust 2021-ci il tarixli, 2(002)-221/2021 saylı Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş Nurlanın və xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş Daniellanın atası olması müəyyən edilmiş, cavabdeh X3 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş Nurlanın və xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş Daniellanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2002-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Təqsirləndirilən şəxs verilməsi qət edilmişdir. İşə əlavə edilmiş 26 aprel 2022-ci il tarixli, 2(103)-522/2022 saylı Bakı Apelyasiya məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh X4 apelyasiya şiakyəti təmin edilməmişdir. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona 1600(bir min altı yüz) manat ödəmişdir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində iki nəfər uşaqların olmaları, əməlini etiraf edib peşiman olması, dəymiş zərərin bir qismini ödəməsi, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşə əlavə edilmiş Mingəçevir şəhər Polis şöbəsinin 22 iyul 2021-ci il tarixli, axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri ərzisində tutularaq aidiyyəti üzrə təhvil verilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(051)-11/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər Polis şöbəsinin 16 may 2022-ci il tarixli, 158-17559- 1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulduğu 1 gün, 15 may 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək həbsdə olduğu 45 gün, cəmi 46 gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Göyçay rayonun ərazi hüdudlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz ) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Zərərçəkmiş şəxs qızına dəymiş zərərin ödənilməmiş qalan hissəsi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən mülki qaydada iddia vermək hüququ izah olunmalıdır. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulduğu 1 gün, 15 may 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək həbsdə olduğu 45 gün, cəmi 46 gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 8(səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Göyçay rayonun ərazi hüdudlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz ) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs qızına dəymiş zərərin ödənilməmiş qalan hissəsi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən mülki qaydada iddia vermək hüququ izah olunsun. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir.

Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar