Məhkəmə qərarları › İş №1(051)-11/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-11/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-11/2023 14.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X8, qanuni nümayəndəsi X9 və müdafiəçisi Mingəçevir şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsi X10 və müdafiəçisi Mingəçevir şəhər Vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi X11 və müdafiəçisi Mingəçevir şəhər Konsensius Vəkil bürosunun vəkili X13, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.2005-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri M.Müşfiq küçəsi 11/19 №-li evin 25№li mənzilində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Sahil küçəsində yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4cü maddələri ilə, xx.xx.2006-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri H.Əliyev küçəsi 30/1№-li evin 33№-li mənzilində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri H.Əliyev küçəsi 72№-li evin 11№-li mənzilində yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2006-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri M.Müşfiq küçəsi 11/19№-li evin 35№-li mənzilində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 30№-li evin 11№-li mənzilində yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əmisi Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə birlikdə işlədiyi Mingəçevir şəhəri A.Məmmədov küçəsindəki X5 yerləşən avtomobil təmiri sexində masanın alt hissəsində çantada pul saxlaması, sexə daxil olacağı, oğurluq edib sexdən çıxdıqdan sonra hərəkət istiqamətləri, eləcə də sexin yerləşdiyi X5 quraşdırılmış videomüşahidə kameralarının nəzarət dairəsi, həmçinin yanacaq doldurma məntəqəsinin iş fəaliyyəti barədə Təqsirləndirilən şəxs2 məlumat və məsləhətlər verərək həmin sexin yan tərəfində yerləşən pəncərəsindən içəri yəni, sexə daxil olması üçün pəncərəninin kilidini əvvəlcədən açıq saxlayaraq Təqsirləndirilən şəxs2 sexə daxil olması üçün maneəni aradan qaldırmaqla yardım edəcəyi əldə edəcəkləri əmlakı aralarında bölüşdürəcəkləri ilə bağlı Təqsirləndirilən şəxs2la razılaşdıqdan sonra sonuncu xx.xx.2022-ci il tarixdə saat 03 radələrində tanışı X19 ilə qabaqcadan əlbir olub qrup şəklində birləşək hər ikisi birlikdə qeyd olunan sexə yaxınlaşaraq əvvəlcədən aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Şamil Quluzadə sexin yan tərəfində pusquda dayanaraq gözləmiş Təqsirləndirilən şəxs2 isə sexin yan tərəfindəki kilidi açıq olan pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin yerdən saxlanc yeri hesab olunan sexə qanunsuz olaraq daxil olub sexdəki masanın alt hissəsində olan çantada saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 4700 (dörd min yeddi yüz) manat məbləğdə pul, həmin çantada saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd 350 (üç yüz əlli) manat dəyərində 2019-cu ildə alınmış 3 il istifadə edilmiş saz vəziyyətdə “Scanmatik 2 pro” markalı avtomobillərin elektrik sisteminin müayinəsində (diaqnostikasında) istifadə edilən aparat dəstinin, 1 (bir) ədədinin qiyməti 20 (iyirmi) manat olan 40 (qırx) manat dəyərində 2 (iki) ədəd 2021-ci ilin noyabr ayında alınmış, istifadə edilmiş, saz vəziyyətdə “ELM-327” markalı avtomobillərin müayinəsi (diqanostikası) üçün istifadə edilən cihazların (adaptor), 1 (bir) ədəd 80 (səksən) manat dəyərində 2014-cü ildə alınmış istifadə edilmiş, saz vəziyyətdə Samsung Galaxy S5 markalı mobil telefonun, 1 (bir) ədəd 170 (yüz yetmiş) manat dəyərində 2020-ci ildə alınmış istifadə edilmiş saz vəziyyətdə Huawei markalı mobil telefonun, 1 (bir) ədədinin qiyməti 6 (altı) manat olan 24 (iyirmi dörd) manat dəyərində 4 (dörd) ədəd müxtəlif avtomobilllər üçün nəzərdə tutulmuş şam (sveça) açarlarının, özgənin yəni, Zərərçəkmiş şəxs1 məxsus 4700 (dörd min yeddi yüz) manat məbləğdə pulun və Zərərçəkmiş şəxs2 məxsus 664 (altı yüz atmış dörd) manat dəyərində əmlakın zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5364 (beş min üç yüz atmış dörd) manat dəyərində xeyli miqdarda əmlakın Təqsirləndirilən şəxs2 və Şamil Quluzadə tərəfindən gizli olaraq talanması ilə nətəcələnmiş oğurluq cinayətində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs2 tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 sonuncunun əmisi Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə birlikdə işlədiyi Mingəçevir şəhəri A.Məmmədov küçəsindəki X5 yerləşən avtomobil təmiri sexində masanın alt hissəsində çantada pul saxlaması, sexə daxil olacağı, oğurluq edib sexdən çıxdıqdan sonra hərəkət istiqamətləri, eləcə də sexin yerləşdiyi X5 quraşdırılmış videomüşahidə kameralarının nəzarət dairəsi, həmçinin yanacaq doldurma məntəqəsinin iş fəaliyyəti barədə məlumat və məsləhətlər alaraq onun həmin sexin yan tərəfində yerləşən pəncərəsindən içəri yəni, sexə daxil olması üçün pəncərəninin kilidini əvvəlcədən açıq saxlayaraq onun sexə daxil olması üçün maneəni aradan qaldırmaqla yardım edəcəyi və əldə edəcəkləri əmlakı aralarında böləcəkləri ilə bağlı Pünhan Əhmədovla razılaşdıqdan sonra tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində tanışı X19 ilə qabaqcadan əlbir olub qrup şəklində birləşək hər ikisi birlikdə qeyd olunan sexə yaxınlaşaraq əvvəlcədən aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Şamil Quluzadə sexin yan tərəfində pusquda dayanaraq gözləmiş o, isə sexin yan tərəfində kilidi açıq olan pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin yerdən saxlanc yeri hesab olunan sexə qanunsuz olaraq daxil olub sexdəki masanın alt hissəsində olan çantada saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 4700 (dörd min yeddi yüz) manat məbləğdə pulu, həmin çantada saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd 350 (üç yüz əlli) manat dəyərində 2019-cu ildə alınmış 3 il istifadə edilmiş saz vəziyyətdə “Scanmatik 2 pro” markalı avtomobillərin elektrik sisteminin müayinəsində (diaqnostikasında) istifadə edilən aparat dəstini, 1 (bir) ədədinin qiyməti 20 (iyirmi) manat olan 40 (qırx) manat dəyərində 2 (iki) ədəd 2021-ci ilin noyabr ayında alınmış, istifadə edilmiş, saz vəziyyətdə “ELM-327” markalı avtomobillərin müayinəsi (diqanostikası) üçün istifadə edilən cihazları (adaptor), 1 (bir) ədəd 80 (səksən) manat dəyərində 2014-cü ildə alınmış istifadə edilmiş, saz vəziyyətdə Samsung Galaxy S5 markalı mobil telefonu, 1 (bir) ədəd 170 (yüz yetmiş) manat dəyərində 2020-ci ildə alınmış istifadə edilmiş saz vəziyyətdə Huawei markalı mobil telefonu, 1 (bir) ədədinin qiyməti 6 (altı) manat olan 24 (iyirmi dörd) manat dəyərində 4 (dörd) ədəd müxtəlif avtomobilllər üçün nəzərdə tutulmuş şam (sveça) açarlarını, özgənin yəni Zərərçəkmiş şəxs1 məxsus 4700 (dörd min yeddi yüz) manat məbləğdə pulu və Zərərçəkmiş şəxs2 məxsus 664 (altı yüz atmış dörd) manat dəyərində əmlakı zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5364 (beş min üç yüz atmış dörd) manat dəyərində yəni, xeyli miqdarda əmlakı gizli olaraq talayıb oğurlamışdır. Təqsirləndirilən şəxs X19 tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 sonuncunun əmisi Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə birlikdə işlədiyi Mingəçevir şəhəri A.Məmmədov küçəsindəki X5 yerləşən avtomobil təmiri sexində masanın alt hissəsində çantada pul saxlaması, sexə daxil olacağı, oğurluq edib sexdən çıxdıqdan sonra hərəkət istiqamətləri, eləcə də sexin yerləşdiyi X5 quraşdırılmış videomüşahidə kameralarının nəzarət dairəsi, həmçinin yanacaq doldurma məntəqəsinin iş fəaliyyəti barədə Təqsirləndirilən şəxs2 məlumat və məsləhətlər verməsi, Təqsirləndirilən şəxs2 həmin sexin yan tərəfində yerləşən pəncərəsindən içəri yəni, sexə daxil olması üçün pəncərəninin kilidini əvvəlcədən açıq saxlayaraq Təqsirləndirilən şəxs2 sexə daxil olması üçün maneəni aradan qaldırmaqla yardım edəcəyi və əldə etdikləri əmlakı aralarınada böləcəkləri ilə bağlı Təqsirləndirilən şəxs1 razılaşması barədə məlumat aldıqdan sonra tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində X2 ilə qabaqcadan əlbir olub qrup şəklində birləşib hər ikisi birlikdə qeyd olunan sexə yaxınlaşaraq əvvəlcədən aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən o, sexin yan tərəfində pusquda dayanaraq gözləmiş Təqsirləndirilən şəxs2 isə sexin yan tərəfində kilidi açıq olan pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin yerdən saxlanc yeri hesab olunan sexə qanunsuz olaraq daxil olub sexdəki masanın alt hissəsində olan çantada saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 4700 (dörd min yeddi yüz) manat məbləğdə pulu, həmin çantada saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd 350 (üç yüz əlli) manat dəyərində 2019-cu ildə alınmış 3 il istifadə edilmiş saz vəziyyətdə “Scanmatik 2 pro” markalı avtomobillərin elektrik sisteminin müayinəsində (diaqnostikasında) istifadə edilən aparat dəstini, 1 (bir) ədədinin qiyməti 20 (iyirmi) manat olan 40 (qırx) manat dəyərində 2 (iki) ədəd 2021-ci ilin noyabr ayında alınmış, istifadə edilmiş, saz vəziyyətdə “ELM-327” markalı avtomobillərin müayinəsi (diqanostikası) üçün istifadə edilən cihazları (adaptor), 1 (bir) ədəd 80 (səksən) manat dəyərində 2014-cü ildə alınmış istifadə edilmiş, saz vəziyyətdə Samsung Galaxy S5 markalı mobil telefonu, 1 (bir) ədəd 170 (yüz yetmiş) manat dəyərində 2020-ci ildə alınmış istifadə edilmiş saz vəziyyətdə Huawei markalı mobil telefonu, 1 (bir) ədədinin qiyməti 6 (altı) manat olan 24 (iyirmi dörd) manat dəyərində 4 (dörd) ədəd müxtəlif avtomobilllər üçün nəzərdə tutulmuş şam (sveça) açarlarını, özgənin yəni Zərərçəkmiş şəxs1 məxsus 4700 (dörd min yeddi yüz) manat məbləğdə pulu və Zərərçəkmiş şəxs2 məxsus 664 (altı yüz atmış dörd) manat dəyərində əmlakı zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5364 (beş min üç yüz atmış dörd) manat dəyərində yəni, xeyli miqdarda əmlakı gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi X10 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, əmisi Əhmədov X7 şəhəri A.Məmmədov küçəsində yerləşən yanacaq doldurma məntəqəsinin ərazisindəki sexdə elektrik işləyir. O da əmisinin yanında fəhləliklə məşğul olaraq əmisinə köməklik edir və elektrik sənətini öyrənir. İş yerinə günün müxtəlif vaxtlarında gedir. Əmisi Rəhman özünə məxsus müxtəlif əşyaları sexdə çantada saxlayır. Təxminən may ayının 6-da sexdə olarkən əmisi Rəhmanın əşyaları yığdığı çantada pul olduğunu görmüşdür. Əmisi Rəhmanın avtomobil almaq niyyətində olduğundan məlumatı olduğu üçün fikirləşmişdir ki, həmin pul da avtomobil almaq üçündür. xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayıb Nurlanla görüşmək istədiyini bildirmişdir. Nurlanla şəhər ərazisində görüşüb söhbət edən zaman ona əmisinə məxsus pulu işlədikləri sexdə saxlamasını, həmin pulu oradan oğurlamaqda ona köməklik etməsini Nurlana bildirmişdir. Nurlanla söhbət edən zaman bir nəfər tanışı ona zəng edərək avtomobili təmir etdirmək istədiyini bildirmişdir. O da Nurlanla birlikdə həmin şəxslə görüşüb və həmin şəxsin idarə etdiyi avtomobillə sexə getmişlər. Həmin gün sexə heç kəs olmamışdır. O, avtomobilə baxarkən sürücü çıxıb getmişdir. Bundan sonra Nurlana çıxıb ətrafa baxmasını yəni, oğurluq edəcəyi yerləri nəzarətdə saxlamasını bildirmişdir. Nurlan bir qədər bayırda gəzib sexə qayıtmışdır. O, əmisinin sexdə pulu saxladığı yeri Nurlana göstərmiş, daha sonra sexdən bayıra çıxıb Nurlanın sexə daxil olacağı pəncərəni, oğurluq edib bayıra çıxdıqdan sonra gedəcəyi istiqaməti Nurlana göstərmişdir. Həmçinin, Nurlana X5 quraşdırılmış video müşahidə kamerasının yerini göstərərək Nurlana yanacaq doldurma məntəqəsinin saat 02:30-da bağlanması barədə də məlumat verərək, Nurlanın sexə daxil olmasını asanlaşdırmaq məqsədi ilə sexin yan pəncərəsini də açıq saxlayacağını Nurlana demişdir. Bundan sonra, Nurlana oğurlayacağı puldan 3000 manat məbləği ona verəcəyini qalan hissəsini isə özünə götürəcəyini bildirərək bu barədə razılaşmışlar. Birlikdə Nurlanla sexdən çıxıb Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Atabank”-ın Mingəçevir filialının inzibati binasının yaxınlığına getmişlər. Orada üzərinə “satılır” sözləri yazılmış Vaz 21011 markalı avtomobil dayanmışdır. O, həmin avtomobilin sürücüsünə yaxınlaşıb avtmobillə maraqlanaraq həmin avtomobili 1600 manata almaqla bağlı sürücü ilə razılaşaraq sürücüdən mobil telefon nömrəsini almışdır. Bir qədər də Nurlanla şəhər ərazisində gəzdikdən sonra aralaşıb yaşadığı evə getmişdir. Yaşadığı evdə olarkən də istifadəsində olan mobil telefon vasitəsi ilə Nurlanla Whatsapp sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayarkən də Nurlanla sexdən oğurluq etməsi və oğurlayacağı pulun 3000 manatını mənə verməsi barədə danışmışlar. xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində yaşadığı evdə yatarkən istifadəsində olan mobil telefonun zəng səsinə oyanaraq telefona cavab verdikdə bir nəfər şəxsin özünü Rəsul adı ilə təqdim edərək Nurlan və Şamil adlı şəxslərin ona vermək üçün 3000 manat məbləğdə pul verdiklərini bildirmişdir. O da başa düşmüş ki, artıq Nurlan onun əmisinin işlədiyi sexə daxil olub oradan pul oğurlayıbdır. O, Rəsulla danışaraq bir qədər sonra Rəsulla şəhər ərazisində görüşmək barədə razılaşmışlar. Saat təxminən 08 radələrində Rəsulla Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən 1 saylı orta məktəbin yaxınlığında görüşmüşlər. Həmin zaman Rəsul ona 3000 manat məbləğdə pul vermişdir. O, Rəsuldan pulu aldıqdan sonra aralaşıb oxuduğu peşə məktəbinə getmişdir. Saat təxminən 11 radələrində kurs yoldaşım və tanışı Namizədlə birlikdə dərsdən çıxıb Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “AtaBank”-ın Mingəçevir filialının inzibati binasının qarşısına gedib əvvəlcədən avtomobil almaq barədə razılaşdığı şəxslə görüşmüşdür. Söhbət zamanı həmin şəxs ona avtomobilin sənədlərinin qaydasında olmadığını və sürətlər qutusunda da problem olduğunu bildirmişdir. Buna görə də o, həmin şəxsə 1550 manat məbləğdə pul verib avtomobili almışdır. Daha sonra avtomobili sürüb H.Əliyev prospektində şəhər avtovağzalının qarşısında yerləşən X5n təxminən 40 manat dəyərində bezin doldurmuşdur. Sonra şəhərin qum karxanaları yolu ilə avtomobili sürərək yaşadığı evə gedərkən qum karxanaları yolunda avtomobildə nasazlıq yaranmış və avtomobilin mühərrikini işə sala bilməmişdir. Buna görə də avtomobili orada saxlayıb Namizədlə birlikdə piyada yaşadıqları ev istiqamətində getmişlər. Bir qədər sonra əmisi Rəhman mobil telefon vasitəsi ilə ona zəng edərək işlədikləri sexə gəlməyi bildirmişdir. O da əmisinin işlədiyi sexə gələrkən yolda yəni, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsindən keçərkən həmin küçədəki bərbərxanada işləyən tanışı Namizədlə görüşmüş, üzərimdə olan pulu və avtomobilin açarlarını saxlaması üçün Namizədə vermişdir. Sonradan polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, o, da Polis Şöbəsində törətdiyim əməli etiraf etmişdir. Həmçinin o, ifadəsində xx.xx.2022-ci il tarixdə əmisi Zərərçəkmiş şəxs1 işlədiyi sexdən oğurluq hadisəsini tanışları Nurlan və Şamil adlı şəxslərin törətdiklərini, həmin sexdən oğurluq edilməsi barədə əvvəlcədən Nurlanla razılaşmışdıqlarını, belə ki, Nurlan sexə daxil olub oradan pul oğurladıqdan sonra həmin puldan 3000 manatını ona verəcəyini, özü sexdə əmisinə məxsus pul olması barədə sexə daxil olacağı yer, vaxt və yanacaq doldurma məntəqəsinin iş fəaliyyəti barədə Nurlana məlumat verdiyini, həmçinin Nurlanın sexə daxil olması asanlaşdırmaq üçün sexin pəncərəsini açıq saxladığını, Nurlanın pulu oğurladıqdan sonra həmin pulu ona verməsi üçün Rəsul adlı tanışlarına verdiyini, o da həmin pulu Rəsulla görüşüb Rəsuldan aldığını, əldə etdiyi 3000 manat məbləğdə puldan 1550 manatına ağ rəngli Vaz 21011 markalı avtomobil aldığını, qalan pulu isə saxlaması üçün tanışı Namizəd adlı şəxsə verdiyini, Namizəd və Rəsul adlı şəxslərin həmin pulların cinayət yolu ilə əldə edilməsindən məlumatları olmadığını, əmisi Rəhman 4700 manat məbləğdə pulu birlikdə işlədiyi usta yoldaşı Tural adlı şəxsin avtomobil təmiri zamanı istifadə etdiyi aparatı, cihazları, telefonları və digər açarları saxladığı çantada saxladığını göstərmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu bildirərək, səmimi peşmançılığını nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi X4 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və X14 uzun müddətdir ki, şəhər sakini kimi tanıyır. Belə ki, X18 şəhəri 7 saylı orta məktəbdə təhsil alır. Təqsirləndirilən şəxs1 isə Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən X5ki sexdə ustalıq edir. xx.xx.2022-ci il tarixdə Pünhan onun istifadəsində olan mobil telefon nömrəsinə Whatsapp sosial şəbəkəsi vasitəsi ilə sms göndərərək onunla görüşmək istədiyini bildirmişdir. O da Pünhandan nə baş verdiyini soruşsa da Pünhan ona təkidlə görüşməyi təklif etmişdir. O, Pünhanla şəhər ərazisində görüşən zaman Pünhan ona yanında işlədiyi əmisi Rəhmandan narazılıq edərək əmisinin pul vermədiyini, Pünhana məxsus avtomobili əmisi sataraq pulu işlədiyi sexdə saxladığını, həmin pulların oradan oğurlamağı təklif etmişdir. Həmçinin, Pünhan ona həmin pulu oğurladıqdan sonra özünə avtomobil alacağını bildirmişdir. Lakin, o, Pünhanla əvvəlcə razılaşmasa da Pünhan ona dostluq etdiklərini bu səbəbdən də köməklik etməli olduğunu ona bildirmişdir. Həmin ərəfədə Pünhanın mobil telefon nömrəsinə bir nəfər şəxs zəng etmiş, daha sonra həmin zəng edən şəxs də onların yanına gəlmişdir. Görüşdükdən sonra həmin şəxsin idarə etdiyi avtomobillə Pünhanın işlədiyi sexə getmişlər. Orada Pünhan həmin şəxsin avtomobilini təmir etmişdir. Həmçinin, Pünhan ona ətrafda gəzərək sexin ətrafına diqqət yetirməyi bildirmiş ki, oğurluqğa daxil olanda çətinlik çəkməsin. O da sexin ətrafında bir qədər gəzişmişdir. Pünhanın təmir etdiyi avtomobilin sürücüsü sexdən çıxıb getdikdən sonra Pünhan ona əmisinin pulu saxladığı masanın altında olan çantanı göstərərək həmin çantada 4700 manat məbləğdə pul olduğunu bildirmişdir. Sonra sexdən bayıra çıxaraq sexin yan tərəfində olan pəncərəni göstərərək həmin pəncərədən içəri daxil olacağını ona demişdir. Sonra sexin ətrafındakı Mingəçevir kəndi deyilən ərazidəki sexə gələcəyi yolları, sexdə video müşahidə kamerasının yerləşdiyi yerləri də ona göstərərək gecə saat 02:30-da yanacaq doldurma məntəqəsinin bağlandığını və həmin saatdan sonra sexə daxil ola biləcəyini ona bildirmişdir. Bundan sonra sexə qayıdaraq onun sexə daxil olacağı yan hissədə yerləşən pəncərəsini açaraq ona həmin pəncərəni əli ilə itələdikdə açılacağını demişdir. Birlikdə Pünhanla sexdən çıxıb Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Atabank”-ın Mingəçevir filialının inzibati binasının yaxınlığına getmişlər. Orada üzərinə “satılır” sözləri yazılmış Vaz 21011 markalı avtomobil dayanmışdır. Pünhan həmin avtomobilin sürücüsünə yaxınlaşıb avtmobillə maraqlandıqda həmin avtomobili 1600 manata almaqla bağlı sürücü ilə razılaşaraq sürücüdən mobil telefon nömrəsini almışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 23 radələrində tanışı Şamillə şəhər ərazisində görüşüb söhbət edən zaman Şamil ona yaşadığı mənzildə valideyni ilə mübahisə etdiyini və bu səbəbdən də evdən çıxıb Bakı şəhərinə getmək istədiyini bildirmişdir. O da həmin zaman Şamilə Pünhanın ona Pünhanın əmisinin işlədiyi sexdən pul oğurlamağı təklif etdiyini bildirmişdir. Həmçinin, Şamilə ona köməklik etməsini və əldə edəcəyi puldan Şamilə də verəcəyini təklif etmiş, Şamil də onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Şamillə birlikdə piyada hərəkət edərək Mingəçebir şəhəri A.Məmmədov küçəsində yerləşən Pünhanın əmisinin işlədiyi sexə tərəf getmişlər. Həmin zaman onun əynində ağ rəngli uzunqol köynək Şamilin əynində isə qara rəngli kapuşonlu gödəkcə olmuşdur. Əvvəlcədən aralarında olan razılığa əsasən Şamil kənarda yəni, sexin küçə tərəfə olan divarının yaxınlığında pusquda dayanıb gözləmiş o, isə sexin plsatik pəncərəsini əli ilə itələmişdir. Həmin zaman pəncərə açıq olmuşdur. O, həmin pəncərədən içəri daxil olaraq Pünhanın ona dediyi masanın altındakı çantanı açdıqda çantanın içərisində pullar və avtomobil təmiri üçün cihazlar, mobil telefon olduğunu görmüşdür. Çantada olan pulları sayıb baxıdqda pulun məbləğinin 4700 manat olduğunu bilmişdir. İçərisində pul, cihazlar və mobil telefon olan çantanı götürüb sexə daxil olduğu yerdən bayıra çıxmışdır. Bayıra çıxdıqdan sonra Pünhanın əvvəlcədən ona göstərdiyi yolla Şamillə birlikdə sexin yaxınlığından aralaşaraq Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən 16 saylı orta məktəbin həyətinə getmişlər. Orada pulları çantadan götürüb cibinə qoymuş, pulun saxlanıldığı içərisində cihazlar və mobil telefon olan çantanı isə 16 saylı orta məktəbin zirzəmisinə atmışdır. Sonra Pünhanla telefon vasitəsi ilə əlaqə saxlamaq istəmiş, lakin Pünhan ona danışa bilmədiyini demişdir. Bundan sonra o, Şamillə birlikdə yaşadıqları binanın qarşısına getmişlər. Orada o, Şamilə həyətdə gözləməsini bildirərək yaşadığı mənzilə qalxmışdır. Yaşadığım mənzildə oğurladığı puldan 1000 manatı sayıb özünə məxsus gödəkcənin cibinə qoymuşdur. Həmin gödəcə yaşadığı mənzildə qalmışdır. Qalan 3700 manat məbləğdə puldan 3000 manat məbləği sayıb Pünhana vermək üçün ayırmışdır. Bundan sonra həyətə çıxmış və oğurladıqları puldan 700 manat məbləği isə Şamillə aralarınzda bölüşdürmüşlər. Pünhanla görüşə bilməyəcəyini başa düşüb tanışları Rəsulun yaşadığı mənzilə getmişlər. Orada Şamillə birlikdə oğurladıqları puldan 3000 manat məbləğdə pulu Rəsula Pünhana verməsi üçün vermişlər. Daha sonra Şamillə birlikdə şəhər avtovağzalına gedib oradan Bakı Mingəçevir marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olan avtomobillə Bakı şəhərinə getmişlər. Bakı şəhərində olarkən üzərinzdə olan pulun azaldığını görüb Rəsula zəng edərək yaşadığı mənzilə gedib mənzildə olan gödəkcənin cibində saxladığı 1000 manat məbləğdə pulu da Rəsula şəklini göndərəcəyi kart hesabına göndərməsini bildirmişdir. Bir qədər sonra Rəsul onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq 1000 manat məbləğdə pulu onun yaşadığı mənzildən götürdüyünü bildirmişdir. O da Rəsula həmin pulun üzərindən 100 manatını özünə götürməsini qalan 900 manatı isə Rəsula göndərdiyi kart hesabına yükləməsini bildirmişdir. Rəsul da həmin 900 manat məbləğdə pulu onun Rəsula göndərdiyi kart hesabına yükləmişdir. Həmin 900 manat məbləğdə pulu da Bakı şəhərində xərcləmişdir. Bakı şəhərində bir qədər gəzdikdən sonra dayısı Vasif onunla əlaqə saxlayaraq oğurluq etdiyi üçün polis əməkdaşlarının onu axtardığını bildirmişdir. O da Şamillə birlikdə gecə saatlarında Mingəçevir şəhərinə geri qayıtmışlar. Mingəçevir şəhərinə qayıtdıqdan sonra oğurladıqları pulların saxlanıldığı çantanı atdıqları 16 saylı məktəbin zirzəmisinə daxil olub baxmışlar, lakin, həmin içərisində cihazlar və mobil telefon olan çanta orada olmamışdır. Bundan sonra yaşadıqları mənzilə getmişlər və ertəsi gün könüllü olaraq Polis Şöbəsinə gəlmişlər. Həmçinin o, ifadəsində xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 işlədiyi sexin yan pəncərəsini açıb içəri daxil olaraq sexdəki masanın alt hissəsində içərisində 4700 manat məbləğdə pul, cihazlar və mobil telefon olan çantanı götürdüyünü, qeyd olunan cinayət əməlinin törədilməsində əvvəlcədən Pünhanla razılaşdığını, belə ki, Pünhan ona sexdə saxlanılan pulun yeri, sexə necə daxil olub oradan necə çıxacağı, onun sexə daxil olması üçün əvvəlcədən sexin yan pəncərəsinin kilidini açıq saxlayacağını bildirdiyini, daha sonra o, Şamillə şəhər ərazisində görüşərkən Şamilə də oğurluq etməyi təklif etdiyini Şamillə aralarında olan razılığa əsasən Şamil sexin yaxınlığında pusquda dayanıb gözlədiyini, Pünhanla əvvəlcədən aralarında olan razılığa əsasən oğurladığı pulun 3000 manatını Pünhana verməsi üçün Rəsul adlı tanışlarına verdiyini, Rəsulun həmin pulun cinayət yolu ilə əldə edilməsindən məlumatı olmadığını, oğurladığı çantanın içərisində avtomobil təmiri zamanı istifadə edilən cihazın və mobil telefon olduğunu, lakin həmin çantada avtomobil təmiri zamanı istifadə edilən açarlar olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olduğunu bildirərək, səmimi peşmançılığını nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi X15 iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs X19 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, şəhər sakini kimi tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2la qonşuluqda yaşamışlar. Təqsirləndirilən şəxs1 ilə isə şəhər sakini kimi münasibəti olubdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında şəhər ərazisində Nurlan və Rəsulla görüşmüşlər. Bir qədər söhbət edib, gəzdikdən sonra Rəsul yaşadığı mənzilə getmişdir. O, Nurlanla birlikdə Rəsulgilin yaşadığı binanın qarşısında əyləşib söhbət edərkən hava soyuq olduğundan və onun əynimdə qısaqol köynək olduğu üçün Nurlan əynində olan qara rəngli kapuşonlu gödəkcəni geyinmək üçün ona vermişdir. Bir qədər söhbət edərkən o, Nurlana yaşadıqları mənzildə anası ilə mübahisə etdiyini bu səbəbdən də Bakı şəhərinə getməli olduğunu bildirmişdir. Həmçinin, həmin zaman pula da ehtiyyacı olmuşdur. Lakin, nə özündə nədəki Nurıanda hər hansı məbləğdə pul olmamışdır. Söhbət zamanı Nurlan ona Pünhanın əmisi ilə birlikdə işlədiyi sexə daxil olub oradan oğurluq edəcəyini və onun da həmin zaman kənarda pusquda dayanıb gözləməsini bildirmişdir. O da bu barədə Nurlanla razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 03 radələrində Nurlanla birlikdə Pünhanın əmisi ilə birlikdə işlədiyi Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən X5ki sexə getmişlər. Həmin zaman onun əynimdə qara rəngli kapuşonlu gödəkcə, Nurlanın əynində isə ağ rəngli uzunqol köynək olmuşdur. Aralarında olan razılığa əsasən o, sexin yan tərəfi yəni avtomobil yolu tərəfdə dayanıb gözləmiş ki, gəlib gedən olsa Nurlana məlumat versin. Nurlan isə sexin pəncərəsini əli ilə itələyib açıb həmin yerdən içəri daxil olmuşdur. Bir qədər sonra Nurlan içəridən bayıra çıxmışdır. Nurlanın əlində çanta olmuşdur. Birlikdə 16 saylı orta məktəbin həyətinə getmişlər. Orada Nurlan çanatnı açıb çantanın içərisndə olan pulları götürmüşdür. Çantanın içərisində puldan başqa adaptor və mobil telefon da olmuşdur. Onlar çantanı 16 saylı məktəbin zirzəmisinə atmışlar. Daha sonra Nurlanla birlikdə Nurlanın yaşadığı binanın qarşısına getmişlər. O, həyətdə dayanıb gözləmiş, Nurlan isə yaşadığı mənzilə qalxıb bir qədər sonra həyətə düşmüşdür. Həyətdə söhbət edərkən Nurlan ona Pünhanın əmisinin sexindən 3700 mant məbləğdə pul oğurladığını bildirmişdir. Həmin 700 manatı öz aralarında yarı bölmüşlər hər birinə 350 manat məbləğdə pul düşmüşdür. Həmin zaman Nurlan ona qalan 3000 manat məbləğin isə bir nəfər şəxsə çatacağını demişdir. Daha sonra Nurlanla birlikdə Rəsulgilin yaşadığı mənzilə getmişlər. X28 3000 manat məbləğdə pul vermişdir. Həyətə düşüb söhbət edərkən Nurlan ona Pünhanın sexdə pul olması barədə məlumat verdiyini, eləcə də sexin yan pəncərəsinin açıq qoyması, yanacaq doldurma məntəqəsinin işləmə vaxtı ilə bağlı məlumat verdiyini bildirərək bu səbəbdən də pulun 3000 manatını Pünhana vermək üçün Rəsula verdiyini ona demişdir. Bundan sonra Nurlanla birlikdə şəhər ərazisində yerləşən “Araz” marketə getmişlər. Orada Nurlan hansısa kart hesabına 200 manat məbləğdə pulu elektron ödəmə sistemi vasitəsi ilə yükləmişdir. Beləliklə böldükləri puldan Nurlanda 150 manat onda isə 350 manat məbləğdə pul qalmışdır. Daha sonra şəhər avtovağzalına gedərək oradan da Bakı Mingəçevir marşrutu ilə hərəkət edən avtomobilə əyləşib Bakı şəhərinə getmişlər. Bakı şəhərində olarkən 450 manat məbləğdə pul qurtardıqdan sonra Nurlan Bakı şəhərində dəqiq bilmədiyi ünvanda plastik kartdan 800 manatdan artıq məbləğdə pulu çıxarmışdır. Lakin, həmin pulun hardan əldə olunması barədə Nurlan ona məlumat verməmişdir. Eləcə o da Nurlandan bu barədə heç bir söz soruşmamışdır. Lakin, həmin pulun da Nurlan tərəfindən sexdən oğurlanmış pul olduğunu başa düşmüşdür. Həmin puldan da Bakı şəhərində müxtəlif tələbat mallarına sərf etmişlər. Bakı şəhərində olduqları müddət ərizində valideynləri zəng edərək polis əməkdaşlarının onları axtardıqlarını bildirmişlər. Bundan sonra Nurlanla birlikdə Mingəçevir şəhərinə geri qayıtmışlar. Mingəçevir şəhərinə çatdıqdan sonra oğurladıqları çanatı atdıları Mingəçevir şəhəri 16 saylı orta məktəbin zirzəmisinə gedib baxdıqda həmin çantanın orada olmamasını görmüşlər.Ertəsi gün polis şöbəsinə gələrək törətdikləri əməli etiraf etmişlər. Təqsirləndirilən şəxs X19 törətdiyi əməldən peşman olduğunu bildirərək, səmimi peşmançılığını nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən X5ki sexdə avtomobil elektriki işləyir. Onunla birlikdə tanışı Zərərçəkmiş şəxs2 da eyni sexdə işləyir. Həmçinin, qardaşı oğlu Təqsirləndirilən şəxs1 sexdə ona köməklik edir. Sexi hər gün səhər saat 10 radələrində açıb axşam saat 22 radələrində bağlayırlar. 2022-ci ilin aprel ayının sonlarında avtomobil almaq üçün bankdan 5000 manat məbləğdə kredit pul götürmüşdür. Həmin pulu sexdə saxlamışdır. Pulu həmin sexdə saxlamağından tanışı Turalın və qardaşıoğlu Pünhanın da məlumatı olmuşdur. Puldan 300 manatı xərcləmişdir. Qalan 4700 manat isə saxlamışıdr. xx.xx.2022-ci il tarixdə axşam saatlarında sexi bağlayarkən pulları saxladığı avtomobil təmirində istifadə olunan cihaz çantasında olduğunu yoxlamış pullar yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində sexə gəlib qapıları açmaq istəyərkən sexin yan tərəfində olan pəncərəsinin açıq olduğunu görmüşdür. Dərhal qapını açıb içəri daxil olmuş və pulları saxladığı yerə baxarkən pulları saxladığı çantanın yerində olmadığını görmüşdür. Bundan sonra dostu Tural DİN-nin 102 xidmətinə zəng edərək sexdən oğurluq edilməsi barədə məlumat vermişdir. Həmçinin o, sexdən oğurluq edən Təqsirləndirilən şəxs1 onun qardaşı oğlu olduğunu, Təqsirləndirilən şəxs2 və X14 isə tanımadığını göstərmişdir. Hazırda ona vurulmuş ziyan ödənilməmişdir, lakin təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən X5ki sexdə avtomobil elektriki işləyir. Onunla birlikdə tanışı Zərərçəkmiş şəxs1 da eyni sexdə işləyir. Həmçinin, Rəhmanın qardaşı oğlu Təqsirləndirilən şəxs1 sexdə onlara köməklik edir. Sexi hər gün səhər saat 10 radələrində açıb axşam saat 22 radələrində bağlayırlar. Rəhman 2022-ci ilin aprel ayının sonlarında avtomobil almaq üçün bankdan 5000 manat məbləğdə kredit pul götürmüşdür. Həmin pulu sexdə saxlayırdı. Rəhmanın pulu həmin sexdə saxlamağından onun və Rəhmanın qardaşıoğlu Pünhanın da məlumatı olmuşdur. Rəhman puldan 300 manatı xərcləmişdir. Qalan 4700 manat isə saxlamışıdr. xx.xx.2022-ci il tarixdə axşam saatlarında sexi bağlayarkən Rəhman pulları saxladığı ona məxsus avtomobil təmirində istifadə olunan cihaz çantasında olduğunu yoxlamış, pullar yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində sexə gəlib qapıları açmaq istəyərkən sexin yan tərəfdə olan pəncərəsinin açıq olduğunu görmüşlər. Dərhal qapını açıb içəri daxil olaraq Rəhmanın pulları saxladığı yerə baxarkən pulları saxladıqları çantanın yerində olmadığını görmüşlər. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək sexdən oğurluq edilməsi barədə məlumat vermişdir. Bildirmişdir ki, sexdə ona məxsus avtomobil təmirində istifadə edilən müxtəlif cihazlar, açarlar və 2 ədəd telefonlar da olmuşdur. Rəhman pulu ona məxsus cihazları saxladığı çantada saxlamışdır. Həmin cıhazlardan mütəmadi olaraq istifadə etmədiyi üçün oğurluq baş verən ərəfədə həmin cihaz və digər əşyaların oğurlanmasından məlumatı olmamışdır. Lakin, sonradan avtomobillərə xidmət göstərərkən baş vermiş oğurluq hadisəsi zamanı ona məxsus da Rəhmanın pulları saxladığı çantanın içərisində olan 1ədəd 2019-cu ildə alınmış 3 il istifadə edilmiş saz vəziyyətdə “Scanmatik 2 pro” markalı avtomobillərin elektrik sisteminin müayinəsində (diaqnostikasında) istifadə edilən aparat dəstinin, 2 ədəd 2021-ci ilin noyabr ayında alınmış, istifadə edilmiş, saz vəziyyətdə “ELM-327” markalı avtomobillərin müayinəsi (diqanostikası) üçün istifadə edilən cihazların (adaptor), 1 ədəd 2014-cü ildə alınmış istifadə edilmiş, saz vəziyyətdə Samsung Galaxy S5 markalı mobil telefonun, 1 ədəd 2020-ci ildə alınmış istifadə edilmiş saz vəziyyətdə Huawei markalı mobil telefonun, 4 ədəd müxtəlif avtomobilllər üçün nəzərdə tutulmuş şam (sveça) açarlarının da oğurlandığı ona məlum olmuşdur. Buna görə də o, sonradan bu barədə polis şöbəsinə ərizə ilə mürciət etmişdir. Həmçinin o, ifadəsində sexdən oğurluq edən Təqsirləndirilən şəxs1 iş yoldaşı Rəhmanın qardaşı oğlu olduğunu, Təqsirləndirilən şəxs2 və X14 isə tanımadığını, oğurlanmış Huawei markalı telefonun modelini bilməsə də həmin telefonun 170 (yüz yetmiş ) manat dəyərində olduğunu göstərmişdir. Hazırda ona vurulmuş ziyan ödənilməmişdir, lakin təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhəri 1 saylı orta məktəbin 9-cu sinif şagirdidir. Təqsirləndirilən şəxs1, Nurlan və Şamil adlı şəxsləri uzun müddətdir ki, tanıyıram. Belə ki, Şamil və Nurlan onlarla qonşuluqda yaşayırlar.xx.xx.2022-ci il tarixdə saat 07 radələrində yaşadığı mənzilin qapısı döyüldüyünü eşidib anası və o, qapını açaraq Şamil və Nurlanın qapının qarşısında dayandıqlarını görmüşlər. Anası Şamil və Nurlandan nə baş verməsini soruşduqda Nurlan və Şamilin ona sözləri olduğunu bildirmişlər. Anası içəri keçdikdəns onra Nulan mənə pul verərək həmin pulun 3000 manat məbləğdə olduğunu və həmin pulu Pünhana verəcəyini demişdir. Həmçinin, Nurlan Pünhana məxsus mobil telefon nömrəsini də Pünhanla əlaqə saxlaması üçün ona vermişdir. O da pulu Nurandan alıb yaşadığı mənzilə keçmişdir. Bir qədər sonra Pünhanla telefon vasitəsi ilə əlqə saxlayaraq Nurlan və Şamilin Pünhana verməsi üçün ona 3000 manat məbləğdə pul verdiklərini bildirdikdə Pünhan da ona bu barədə məlumatı olduğunu demişdir. Daha sonra onlar səhər saatlarında onun oxuduğu Mingəçevir şəhəri 1 saylı orta məktəbin qarşısında Pünhanla görüşmək barədə razılaşmışlar. 10 may 2022-ci il tarixdə saat 08 radələrində oxuduğu Mingəçevir şəhəri 1 saylı orta məktəbin qarşısında Pünhanla görüşmüşərək Nurlan və Şamilin ona verdikləri yüz manatlıq əskinaslardan ibarət 3000 manat məbləğdə pulu Pünhana vermişdir. Pünhan da pulu ondan alıb sayaraq həqiqətən də 3000 manat olduğunu təsdiqləmişdir. Daha sonra Pünhan ondan aralaşıb getmişdir. O da dərslərdə iştirak etmək üçün sinif otağına keçmişdir. Bir qədər sonra Nurlan ona mobil telefon nömrəsi ilə zəng edərək Nurlanın yaşadığı mənzilə gedib Nurlana məxsus gödəkcənin cibində olan min manat məbləğdə pulu götürüb Nurlanın ona şəklini göndərəcəyi kart hesabına yükləməyi demişdir. O da Nurlangilin yaşadığı mənzilə gedib Nurlanın mənə bildirdiyi gödəkcənin cibindən 1000 manat məbləğdə pulu götürüb bayıra çıxaraq Nurlanla əlaqə saxlamışdır. Nurlan da ona həmin puldan 900 manat məbləği göndərməyini bildirmişdir. O da Nurlanın ona göndərdiyi karta Mingəçevir şəhəri Nizami küçəsində yerləşən 5+ supermarketdə qurlaşdırılmış elektron ödəmə sistemi vasitəsi ilə 900 manat məbləğdə pulu göndərmişdir. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər o da hadisə barədə ona məlum olanlar haqqında məlumat vermişdir. Həmçinin o, ifadəsində Nurlan və Şamilin Pünhana verməsi üçün ona verdikləri 3000 manat məbləğdə pulun və Nurlanın yaşadığı mənzildən götürərək Nurlanın bildirdiyi kart hesabına yüklədiyi 900 manat məbləğdə pulun cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmadığını, bu barədə nə Pünhan, nə Nurlan nədəki Şamilin ona hər hansı məlumat vermədiklərini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsindəki yaşayış binalarının qeyri yaşayış sahəsində yerləşən bərbərxanada bərbərlik sənətini öyrənmək üçün bərbərin yanında şagirdlik edir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Beləki Pünhanla qonşuluqda yaşayırlar. Pünhanla münasibətləri normaldır.xx.xx.2022-ci il tarixdə səhər saatlarında Pünhanla birlikdə oxuduqları “Asan Peşə” peşə məktəbinə getmişlər. Məktəbdən çıxarkən Pünhan ona özünə maşın almaq istədiyini deyərək bu məqsədlə də ona birlikdə getməyi təklif etmişdir. Birlikdə Mingəçevir şəhəri H.Əliyev prospketində yerləşən “AtaBank”-ın Mingəçevir filialının inzibati binasının yaxınlığına getmişlər. Orada Pünhan ağ rəngli Vaz 21011 markalı avtomobilə baxıb həmin avtomobili almaq istədiyini ona demişdir. Daha sonra Pünahn avtomobilin sahibi ilə həmin avtomobili 1550 manata almaq barədə razılaşmışdır. Sonra avtomobili idarə edib Mingəçevir şəhəri avtovağzalının qarşısında yerləşən yanacaq doldurma məntəqəsinə getmişlər. Orada Pünhan avtomobilin benzin çəninə təxminən 40 manat dəyərində benzin doldurmuşdur. Daha sonra avtomobili sürüb qum karxanalarına gedən yola çatmışlar. Orada avtomobili Pünhana satan şəxs avtomobildən bayıra çıxmış, Pünhan isə avtomobilin sükanının arxasına əyləşərək avtomobili qum karxanaları istiqamətində idarə etmişdir. Pünhan avtomobili bir qədər sürdükdən sonra avtomobilin mühərrikində problem yaranmış və avtomobil dayanmıdır. Onlar bir qədər çalışsalar da avtomobilin mühərrikini işə sala bilməmişlər. Buna görə də piyada şəhər istiqamətində hərəkət etmişlər. Piyada hərəkət edərək yaşadıqları evin yaxınlığına çatdıqda o, Pünhandan aralaşıb yaşadığı evə getmişdir. Bir qədər sonra isə işlədiyi obyektə qayıtmışdır. Bir qədər sonra Pünhan onun işlədiyi obyektə gələrək cibindən yüz manatlıq əskinaslardan ibarət pulları və avtomobil açarlarını çıxarıb ona təqdim edərək əmisinin Pünhanı çağırdığını həmin pulları və açarları saxlamağını, bir qədər sonra qayıdıb ondan açarları və pulları götürəcəyini bildirmişdir. O da həmin yüz manatlıq əskinaslardan ibarət olan pulları və avtomobil açarlarını götürüb cibinə qoymuşdur. Sonradan polis əməkdaşları onun işlədiyi obyektə gələrək onu polis şöbəsinə dəvət etmişlər. O da polis Şöbəsində Pünhanın ona verdiyi 1400 manat məbləğdə pulu, avtomobil açarlarını təqdim etmişdir. Həmçinin o, ifadəsində Pünhanın ona saxlamaq üçün verdiyi pulların cinayət yolu ilə əldə edilməsindən məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Vaz 2101 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ilin yaz aylarında Bakı şəhərində tanımadığı şəxsdən 3400 manata almışdır. Belə ki, həmin şəxslə aralarında olan razılığa əsasən ilkin ödəniş kimi hər hansı məbləğdə pul ödəməmiş lakin, hər ay həmin şəxsə 200 manat məbləğdə pul göndərməsi və sonda isə avtomobil mənə qalması barədə razılaşmışlar. Həmin şəxs ona yalnız avtomobilə aid qeydiyyat şəhadətnaməsini vermişdir. O da hər ay həmin şəxsə 200 manat məbləğdə pulu Bakı Mingəçevir marşrutu üzrə hərəkət edən avtobuslarla və həmin şəxsin ona göndərdiyi plastik karta Mingəçevir şəhər ərazisində yerləşən elektron ödəmə sistemləri vasitəsi ilə yükləmişdir. Təxminən 4-5 ay olar ki, o, avtomobilin pulunu ödəyib qurtarmışdir. Həmin avtomobillə Mingəçevir şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə axşam saatların Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “AtaBank”-ın Mingəçevir filialının inzibati binasının qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olarkən 2 nəfər cavan oğlanlar ona yaxınlaşaraq avtomobili satıb satmamağı ilə maraqlanmışılar. O da həmin şəxslərə avtomobili 1800 manata satdığını bildirmışdır. Lakin, həmin şəxslər avtomobilə baxdıqdan sonra avtomobili həmin şəxslərə 1600 manata satmaqla bağlı razılaşmışdır. Həmin şəxslərdən biri ondan mobil telefon nömrəsini ertəsi gün əlaqə saxlamaq üçün almışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində bir nəfər şəxs ona zəng edərək 1 gün əvvəl avtomobilə baxan şəxs olduğunu deyərək onunla görüşmək istədiyini bildirib, Mingəçevir şəhəri H.Əliyev prospketində yerləşən “AtaBank”-ın inzibati binasının qarşısına gəlmişlər. Həmin şəxslər iki nəfər olmuşlar. Həmin şəxslər avtomobilə baxdıqdan sonra o, avtomobilin sürətlər qutusunda nasazlıq olduğunu bildirərək avtomobili 1550 manata ona sata biləcəyini demişdir. Bundan sonra onunla avtomobili almaq barədə söhbət edən şəxs sayıb ona 1550 manat məbləğdə pul vermişdir. Daha sonra həmin şəxslər avtomobilə əyləşmişlər. O da avtomobili Mingəçevir şəhər avtovağzalının qarşısında yerləşən yanacaq doldurma məntəqəsinə sürmüşdür. Orada avtomobilə təxminən 40 manat dəyərində yanacaq doldurmuşlar. Daha sonra avtomobili idarə edib şəhərin qum karxanalarına gedən yolun yaxınlığında saxlamışdır. O, avtomobildən bayıra çıxmış, avtomobili alan şəxs isə avtomobili sürüb qum karxanaları istiqamətində getmişdir. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər. O da hadisə barədə məlumat vermiş eləcə də avtomobili sataraq əldə etdiyi puldan qalan hissəsini təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 işlədiyi Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən X5ki elektrik sexindən oğurluq hadisəsi baş vermişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi pulla Şahid3 aldığı Vaz 21011 markalı avtomobil götürülmüşdür. xx.xx.2022-ci il protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 işlədiyi sexdən oğurladıqdan sonra saxlamaq üçün tanışı Şahid2 verdiyi 1400 manat məbləğdə pul Şahid2 götürülmüşdür. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Şahid3 avtomobil almaq üçün verdiyi 1550 manat məbləğdə puldan qalan 1089 manat məbləğdə pul Şahid3 götürülmüşdür. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid2 götürülmüş 1400 manat məbləğdə pul və Şahid3 götürülmüş 1089 manat məbləğdə pul maddi sübut kimi tanınaraq saxlanılması üçün zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 verilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş qəbzdən görünür ki, vurulmuş maddi ziyandan Təqsirləndirilən şəxs2 valideyni tərəfindən ona 800 manat məbləğdə pul ödənilmişdir. xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5835 saylı rəyindən görünür ki, 1 ədəd 2019-cu ildə alınmış 3 il istifadə edilmiş saz vəziyyətdə “Scanmatik 2 pro” markalı avtomobillərin elektrik sisteminin müayinəsində (diaqnostikasında) istifadə edilən aparat dəstinin 350 manat, 2 ədəd 2021-ci ilin noyabr ayında alınmış, istifadə edilmiş, saz vəziyyətdə “ELM-327” markalı avtomobillərin müayinəsi (diqanostikası) üçün istifadə edilən cihazın (adaptor) 40 manat, 1 ədəd 2014-cü ildə alınmış istifadə edilmiş, saz vəziyyətdə Samsung Galaxy S5 markalı mobil telefonun 80 manat, 1 ədəd 2020-ci ildə alınmış istifadə edilmiş saz vəziyyətdə Huawei markalı mobil telefonun, 4 ədəd müxtəlif avtomobilllər üçün nəzərdə tutulmuş şam (sveça) açarlarının 24 manat olmaqla ekspertiza təyini haqqında qərarda göstərilən 4 adda malların orta istismar müddəti və orta istismar parametrlərinə uyğun olaraq 2022-ci ilin ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 494,00 manat müəyyən olunur. Digər 1 adda mal haqqında kifayət qədər məlumat (modeli) olmadığından həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət törətmiş şəxsin könüllü olaraq gəlməsi barədə 11 may 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və X19 həmin tarixdə Mingəçevir şəhər polis şöbəsinə gələrək törətdikləri cinayət əməlini etiraf etmişlər. Şübhəli şəxsin tutulması haqqında 10 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında 11 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında 11 may 2022-ci il tarixli protokoldan görünür ki, X19 həmin tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında 12 may 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində yetkinik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında 13 may 2022-ci il tarixli qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 və X19 barəsində yetkinik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişlər. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Onlara daha yüngün cəzanın təyin olunmasını xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Onlara daha yüngün cəzanın təyin olunmasını xahiş edir. Şahid3 tərəfindən verilmiş qəbzdən görünür ki, o, Mingəçevir ŞPŞ-da saxlanılan ona məxsus Vaz 21011 markalı, 40BD494 dövlət qeydiyyat nişanlı avtomobili müstəntiq Rəşad Əhmədovdan təhvil alıb. Təqsirləndirilən şəxs1 adına tərtib edilmiş tələbnamədən görünür ki, onun məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs2 adına tərtib edilmiş tələbnamədən görünür ki, onun məhkumluğu olmamışdır. X8 adına tərtib edilmiş tələbnamədən görünür ki, onun məhkumluğu olmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X19 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və X8 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, CM-nin 59.1-ci maddəsinə əsasən, səmimi peşmançılığı CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmaması, cinayət nəticəsində dəymiş ziyanın bir qismini ödəməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və könüllü olaraq gəlib təqsirini boynuna almasıCM CM-nin 59.1-ci maddəsinə əsasən, səmimi peşmançılığı CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs X8 cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və könüllü olaraq gəlib təqsirini boynuna alması CMnin 59.1-ci maddəsinə əsasən, səmimi peşmançılığı CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məkhəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X8 yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 32,5, 177.2.1, 32.5, 177.2.3, və 32.5, 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 və X16 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, «Yetkinlik yaşına çatmayanların Ədalət Mühakiməsinin icrası üçün Birləşmiş Millətlər Təşkilatının X17»nın (Pekin Qaydalarının) İİİ hissəsinin 17-ci maddəsinin «c» bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin, digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilər. Azərbaycan Respublikası CPM-nin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusi ilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 iyun 2008-ci il tarixli Qərarının 15-ci bəndinə görə yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-in 85-ci maddəsinə uyğun olaraq CM-nin xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 10 may 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə cəza çəkdiyi bütün dövr ərzində üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 11 may 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə cəza çəkdiyi bütün dövr ərzində üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00– dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 11 may 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə cəza çəkdiyi bütün dövr ərzində üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00– dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan 2489 (iki min səksən doqquz) manat məbləğində pulun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X6 müştərək qaydada tutulub Dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 10 may 2022–ci il tarixdən 12 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1(bir) günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 11 may 2022–ci il tarixdən 13 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1(bir) günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X8 11 may 2022–ci il tarixdən 13 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1(bir) günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X8 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X8 üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X8 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan 2489 (iki min səksən doqquz) manat məbləğində pulun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X6 müştərək qaydada tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar