Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-11/2025 18.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2001-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, İmişli şəhəri, Ə.Məmmədov küçəsi, ev 28 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan təbdiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin payız aylarında sosial şəbəkədə Zərərçəkmiş şəxs ilə tanış olub, ona çaynik, süfrə, qadın paltarları və sair bu kimi məişət mallarının «onlayn» alqı- satqısı ilə məşğul olmağı təklif edib, ilk vaxtlarda Zərərçəkmiş şəxs satmaq üçün göndərdiyi malların pulunu qabaqcadan deyil, həmin mallar ona təhvil verildikdən sonra göndərməli olduğunu bildirərək, adı çəkilən müxtəlif növ məişət əşyalarını satmaq üçün Zərərçəkmiş şəxs göndərtməklə və sonuncunun qazanc əldə etməsinə şərait yaratmaqla etibarını qazanmış, bundan sonra 2023-cü ilin yanvar ayından başlayaraq Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, onu aldadaraq, ona internet üzərindən «onlayn» qaydada aparacaqları ticarətin üsulunun dəyişdiyini, yəni satış üçün sifariş edəcəyi malların dəyərinin qabaqcadan ödənilməli olduğunu bildirib, bununla bağlı Zərərçəkmiş şəxs razılığını aldıqdan sonra, sonuncunun alqı-satqısını həyata keçirmək üçün sifariş verdiyi müxtəlif növ məişət mallarının ilkin ödənişini qabaqcadan etmək adı ilə 2023-cü ilin yanvar ayından həmin ilin aprel ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs onun istifadəsində olan, istintaqa bəlli olmayan müxtəlif plastik kart hesablarına Mingəçevir şəhərində yerləşən istintaqa məlum olmayan “ödəmə terminallarından” hissəhissə göndərdiyi ümumilikdə 14.400 (on dörd min dörd yüz) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, internet vasitəsi ilə «onlayn» qaydada məişət əşyaları və mallarının alqısatqısını həyata keçirməyi və qazanc əldə etməyi vəd verdiyi və satış üçün sifariş verdiyi malların pulunu qabaqcadan ödəmək adı ilə 2023-cü ilin yanvar ayından həmin ilin aprel ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs dələduzluq yolu ilə alıb, ələ keçirdiyi 14.400 manat məbləğdə pul vəsaitini həmin tarixə banka olan kredit borcunu ödəyib, əlavə kredit götürməklə ona qaytaracağını vəd verib, buna görə həmin tarixə banka olan kredit borcunu ödəmək adı ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, onu aldadaraq, xx.xx.2023-cü il tarixdən həmin ilin avqust ayının 30-dək olan müddət ərzində Zərərçəkmiş şəxs ona (Təqsirləndirilən şəxs) məxsus Azərbaycan "xxxx" ASC tərəfindən verilmiş 5522 0993 5582 7478 seriya nömrəli plastik kart hesabına Mingəçevir şəhərində istintaqa bəlli olmayan ödəmə terminalından 2023-cü ilin aprel ayının ilk günlərində 71 manat, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 200, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 100, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər A.Şaiq küçəsində “Qədiroğlu” marketdə quraşdırılmış “Milliön ” ödəmə terminalından 200, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 400, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 200, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər A.Şaiq küçəsində “Qədiroğlu” marketdə quraşdırılmış “Milliön ” ödəmə terminalından 100, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər A.Şaiq küçəsində “Qədiroğlu” marketdə quraşdırılmış “Milliön ” ödəmə terminalından 100, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda quraşdırılmış “Milliön” ödəmə terminalından 80, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda quraşdırılmış “Milliön” ödəmə terminalından 99, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 200, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 150, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 200, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 200, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 200, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 100, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 100, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300 və xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış "Milliön” ödəmə terminalından 200 manat olmaqla hissə-hissə göndərdiyi ümumilikdə 5600 (beş min altı yüz) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirmiş və bununla da, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi, həmçinin ona qarşı irəli sürülmüş mülki iddianı qismən qəbul etdi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilkin ödəniş adı ilə və krediti bağlamaq adı ilə aldadaraq ümumilikdə 14-15 min manat pul ələ keçirsə də, ondan ümumilikdə 20000 manat pul almağı ilə bağlı ittihamla qismən razıdır. İmişli şəhər mərkəzi bazarında xırdavat məhsulların alqı-satqısı ilə məşğul olmuş, 2018-ci ildən 2020-ci ilədək İmişli mərkəzi bazarında işləmişdir. Lakin sonralar bazar yandığı üçün bazarda işləməmiş və müxtəlif məhsulların noxud kartof və sair saışı ilə məşğul olmuşdur. Daha sonralar isə səyyar satışla məşğul olmağa başlamışdır. Belə ki, masa süfrələri, qab-qacaq, ədyal, yuyucu vasitələr, təmizlik vasitələri, televizor pultları və sair xırdavatların səyyar satışı ilə məşğul olmuşdur. 2022-ci ilin yay aylarında o, "Facebook" sosial şəbəkəsində "Mayak Trendyol" səhifəsinə qoşulmuş və bununla da ticarəti genişləndirmək istəmişdir. Həmin sosial şəbəkə səhifəsində "Vhatsap" qrupuna qoşulmuş və orada müxtəlif şəxslər də qoşularaq müxtəlif alqı- satqılarda bir-birilərinə vasitəçilik etmişlər. Həmin qrup vasitəsilə o, Samirə adlı Mingəçevir şəhər sakini ilə tanış olmuşdur. Samirə ilə danışarkən o, özü də Mingəçevir şəhərində ticarətlə məşğul olmasını bildirmişdir. Onunla aralarında başqa hər hansı mövzuda söhbəti olmamışdır. Samirə Mingəçevir şəhərində alver etmək, yəni satacağı əşyaları almaq məqsədilə sifarişləri onun vasitəçiliyi ilə etmişdir. Belə ki, müxtəlif məişət təyinatlı əşyaları almaq məqsədilə sifarişə uyğun pulu ona göndərmiş və o, Samirəyə lazım olan satılacaq əşyaları Bakı şəhərində yerləşən topdansatış məntəqələrindən sifariş etmişdir. Topdan satış məntəqələrinə ödənişi də özü həyata keçirmiş və pulu da özü ödəmişdir. Sifariş olunan mallar isə topdan satış məntəqəsi tərəfindən Mingəçevir şəhərində Zərərçəkmiş şəxs təhvil verilmişdir. Qeyd etdiyi üsulla baş tutan alqı-satqı nəticəsində ona da vasitəçilik edərkən qismən ucuz sifariş olunan yer tapdığı üçün əlavə pul gəlir qalmışdır. Zərərçəkmiş şəxs öz adına olan Beynəlxalq Bank kartını vermiş və bütün aralarında baş tutmuş ödənişlər həmin kart vasitəsilə baş tutmuşdur. Ticarət etdikləri müddətdə də Zərərçəkmiş şəxs yalnız ona məxsus həmin karta pul göndərməklə ödəniş etmişdir. Əlbəəl yaxud başqa kart vasitəsilə ödəniş baş tutmamışdır. Təxminən 1 ildən artıq müddətdə Zərərçəkmiş şəxs ilə qeyd etdiyi formada aralarında alqı-satqı baş tutmuşdur. Daha sonralar onun işlərində uğursuzluq baş vermiş belə ki, ticarətdə ziyanları çoxalmışdır. Buna görə də borcları artmışdır. Zərərçəkmiş şəxs da onunla ticarətə davam etmək niyyətini görüb onu aldadaraq pulunu ələ keçirmək qərarına gəlmişdir. Buna müvafiq olaraq 2023-cü ilin yanvar ayından etibarən Samirə ilə danışanda bildirib ki, ticarətin üsulunu dəyişmiş və sifariş olunan malların ödənişlərini qabaqcadan ödəmək lazım olmasını bildirmişdir. Bu qaydada da Samirədən ilkin ödəniş adı ilə dəqiq yadında qalmayan məbləğdə pulu hissə-hissə olmaqla kart hesabına göndərtdirməklə almışdır. Daha sonra isə Samirə pulunu geri istədikdə isə Samirəyə adında bağlanmamış kredit olmasını həmin krediti bağlayarsa yeni kredit götürməklə onun pulunu geri qaytara biləcəyini bildirmişdir. Bundan sonra Samirə ona dəqiq məbləği yadında qalmadığı miqdarda pul göndərib ki, krediti bağlasın, yeni kredit götürüb pulu qaytara bilsin. Lakin kreditini bağlaya bilmədiyi üçün yeni kredit götürə bilməmiş və Samirənin pulunu geri qaytara bilməmişdir. Nəticədə ondan şikayət edilmişdir. Zərərçəkmiş şəxs ilkin sifariş ödənişləri adı ilə və daha sonra kreditini bağlamaq adı ilə ümumilikdə təxminən 14-15 min manat pul almışdır. Zərərçəkmiş şəxs ona ancaq öz adına olan və 5522 0993 5582 7478 seriya nömrəli Beynəlxalq Banka məxsus kart hesabına pul göndərmişdir. Zərərçəkmiş şəxs ifadəsində 2023-cü ilin aprel ayınadək olan müddət ərzində müxtəlif kart hesabları təqdim edərək topdan satış yerlərinə məxsus olmasını bildirib həmin hesablara pul göndərməsini daha sonra 2023-cü ilin aprel ayından etibarən ona məxsus 5522 0993 5582 7478 kart hesabına pul göndərməsini bildirsə də, o, Zərərçəkmiş şəxs ancaq həmin kart hesabını təqdim etmiş, ondan başqa kart hesabı göndərməmiş və başqa hesaba pul vurmamışdır. İş materiallarına əlavə edilmiş baxış və götürmə protokolundan 5522 0993 5582 7478 seriya nömrəli kart hesabını Zərərçəkmiş şəxs “Vhatsapp” tətbiqi vasitəsilə 2023-cü ilin aprel ayında göndərərək öz ad soyadını “X4” oğlu kimi təqdim etməsi görünsə də, o, ancaq 5522 0993 5582 7478 seriya nömrəli kartını Samirəyə göndərmişdir. 2023-cü ilin yanvar ayından etibarən Samirə həmin kart hesabına pul göndərmişdir. Şahid2 əlavə ifadəsində onunla aralarında hər hansı alqı-satqı və alqı-satqıya dair sövdələşmə olmamasını, bu məqsədlə pul göndərməsini bildirməsi ilə razılaşdığını və Fəridə ilə aralarında alqı-satqıya dair hər hansı sövdələşmə olmamış və bu məqsədlə pul almamışdır. Zərərçəkmiş şəxs məxsus mobil telefonun vhatsap yazışmalarına baxış protokolundan Samirə ilə danışıqlar zamanı 17-18 min manata dair söhbətlər aparılması görünsə də, o, Samirədən alqı-satqı üçün ilkin ödəniş pulları və kredit bağlamaq adı ilə olmaqla ümumilikdə 14-15 min manat pul alıb qaytarmamış, lakin vhatsap yazışmalarında ola bilsin 17-18 min manata dair yazışmalar olmasının səbəbi, Samirə pulunu geri tələb etdikdə üzərinə faiz də hesablayacağını bildirmiş, çünki həmin məsələ ilə bağlı ailəsində narazılıq yaranması ona görə də 17-18 min olmasına dair yazışmalarda Samirəyə etiraz etməməsi olmuşdur. Cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyandan 7850 manatını ödəmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini və mülki iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs, həm də mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Alqısatqı ilə məşğul olarkən, Vəfa adlı qadınla vhatsapp qrupunda tanış olmuşdur. Həmin Vəfa adlı qadınla danışan şəxslə nə səsli nə də görüntülü zənglə danışmadığı üçün həmin adla danışan şəxsin qadın yaxud kişi yaxud hansı yaşda olmasından məlumatı olmamışdır. Belə ki, həmin qrup vasitəsilə alverlə məşğul olan şəxslər almaq istədikləri məhsulların növünü qiymətini yazmaqla, həmin qrupun üzvü olanlardan kimin ucuz qiymətə münasib bildiyi məhsul olanda digəri məlumatlanır və bu qaydada alqı-satqı baş tutmuşdur. Bir neçə ay həmin qayda ilə lazım olan məhsulları həmin qrupun üzvləri vasitəsilə ucuz qiymətə tapmış və mal gələndə satan şəxsin hesabına pulu ödəmişlər. Daha sonra həmin Vəfa adlı qadının işlətdiyi profil ilə Bəhruz adlı şəxs danışmağa başlamışdır. Onunla da eyni qaydada alver baş tutmaqda davam etmişdir. 2023-cü ilin yanvar ayından etibarən isə Bəhruz ilə danışanda o, sosial şəbəkədə onlayn yolla alverin üsullarının dəyişdiyini bildirmişdir. Lakin Bəhruz onu da bildirib ki, yeni əlaqə qurduğu topdan satış yerləri daha ucuzdur və alman mallardan daha çox gəlir qalır. Lakin əvvəlki üsuldan fərqli olaraq həmin yerlərdən mal sifariş edərkən sifariş olunan malın dəyəri qabaqcadan ödənməlidir. Bəhruz onun satışı ilə məşğul olduğu malların baza dəyərini ona dedikdə həqiqətən də daha əvvəl almış olduğu qiymətlərdən ucuz olmasını müəyyən etmiş və sifarişin ödənişini qabaqcadan ödəməyə razı olmuşdur. Buna uyğun olaraq o, alver müddətində yəni 2023-cü ilin yanvar ayından etibarən alver etmək məqsədilə müxtəlif mallar barədə maraqlananda Bəhruz bildiririb ki, onun tanıdığı bazada həmin mallar var və çox alana daha ucuz qiymətə təklif olunur. Həmçinin sifariş olunan mallar təxminən 1 ay müddətinədək sifarişçiyə çatdırılır. O, da daha ucuz qiymətə olsun deyə normal vaxtlarda satdığı miqdardan artıq miqdarda mallar sifariş etməyə başlamış ki, ucuz qiymətə almaq üçün şans düşüb və gələcəkdə həmin malları satar. Buna görə də sifariş miqdarlarını artırmışdır. Bu şəkildə başlayıb pərdə, qab-qacaq, məişət-mətbəx əşyaları, qadın paltarları və sair bu cür mallardan çox sayda sifariş vermişdir. Razılaşmaya əsasən də sifarişin dəyərini qabaqcadan ödəməli olmuşdur. Bu zaman Bəhruz ilə danışanda onun təqdim etdiyi lakin onun dəqiq yadında qalmadığı müxtəlif hesab nömrələrinə sifariş ödənişi məqsədilə pul göndərtdirmişdir. Belə ki, Bəhruz ona pərdə üçün ayrı hesaba, qabqacaq üçün ayrı hesaba, digər sifarişlər üçün ayrı hesablara pul göndərtdirmişdir. Razılaşmaya əsasən sifarişdən sonra ən geci 1 ay müddətinə sifariş təhvil verilməli olmasını qabaqcadan ona demiş və o, da razılaşmışdır. Buna görə də Bəhruza sifariş adı ilə təxminən 14500 manat pulu Bəhruzun ona təqdim etdiyi kart hesablarına göndərmişdir. Sifarişləri təxminən yanvar ayından mart ayının əvvəlinədək artıq etmiş və ödənişlərini də göndərmişdir. Bundan sonra artıq ilk sifariş vaxtdından bir aydan çox vaxt keçməsini görüb və malların təhvil verilmədiyini görüb Bəhruzdan səbəbi soruşmuş, o isə müxtəlif bəhanələr gətirərək malların təhvil veriləcəyini bildirib onu yubatmışdır. O isə artıq Bəhruzun onu aldatmasından şübhələnib ondan göndərdiyi pulları geri istəməyə başlamışdır. Bəhruz isə sonradan malların təhvil veriləcəyini bildirsə də, onun sözlərində uyğunsuzluqları aşkarlamış və yalan danışmasına inanmışdır. O, pulunu geri istədikdə Bəhruz ilk vaxtlar bildirib ki, adında kredit var, həmin krediti bağlayıb yeni kredit götürüb onun sifariş pullarını geri qaytaracaq, mallar gəldikdə isə özü təhvil alacaq. O, da razılaşıb ki, əsas onun pulu geri qaytarsın. Lakin Bəhruz krediti bağlaya bilmədiyini bildirib ondan əlavə 3000 manat kredit bağlamaq adı ilə pul istəyib ki, krediti bağlayıb yeni kredit götürüb həm 3000 manat aldığı həm sifariş ödənişi 14500 manat pulu ona geri qaytaracaq. Lakin həmin vaxtlarda onun 3000 manat pulu olmadığına görə ona pulu cəm halında göndərə bilməmişdir. 2023-cü ilin aprel ayında Bəhruz ona özünə aid Beynəlxalq Banka məxsus **********827478 seriya nömrəli kart hesabının şəklini atmış, o, da hissə-hissə olmaqla 300, 200, 100 və sair məbləğlərdə əlinə pul düşdükdə müxtəlif vaxtlarda Bəhruzun təqdim etdiyi həmin kart hesabına göndərib ki, Bəhruz krediti bağlasın və onun pulunu geri qaytarsın. Əri Ehtiram onun Bəhruz adlı kişiylə alver etməyini ona pul göndərməyini öyrənərsə, aralarında ciddi problem yaranacağından və ondan qorxduğundan, Bəhruzun onu sifariş adı ilə aldadaraq pulunu almış olsa da, yenidən onun kredit bağlaması üçün və yeni kredit götürməsi üçün lazım olan 3000 manat pulu verməyə razılaşmışdır. Beləliklə, o, hissə-hissə olmaqla bir neçə aya Bəhruza 3000 manat pul göndərmişdir. Bundan sonra Bəhruz ona həmin ödənişlərin kredit faizlərinə və bir neçə ay keçdiyi üçün əlavə faiz gəldiyini əsas gətirib kreditin tam bağlanmasını əlavə yenidən pul lazım olmasını bildirmiş, o, da təxminən 17500 manat pulunu artıq Bəhruz ələ keçirdiyinə görə məcbur qalaraq 2500 manat pulu da hissə-hissə olmaqla Bəhruza kreditini tam bağlaya bilməsi üçün göndərmişdir. Lakin bundan sonra, yəni 2023-cü ilin avqust ayının son günlərinədək gözləsə də, Bəhruz daha sonra kredit bəhanəsindən qurtarıb maşın satacağını pulu ödəcəyini bildirmiş, lakin sentyabr ayının əvvələrində artıq Bəhruzun tam yalan danışmasına və kredit adı ilə almış olduğu pulları da onu aldadaraq almasına əmin olmuş və bu barədə baldızı Fəridəyə danışmış və ondan köməklik etməsini xahiş etmişdir. Fəridə də Bəhruzun nömrəsini aldı dəfələrlə onunla danışmış və pulu geri qaytarmasını tələb etsə də, Bəhruz pulu ödəməmişdir. Bundan sonra Ehtiram evdən pul əskik olmasını biləndə Fəridə pul onda olmasını bildirmişdir. Lakin Ehtiram inanmamış və buna görə də o və Fəridə əsl həqiqəti Ehtirama danışmış, lakin həmin vaxt bəzi məlumatları Ehtirama təhrif edərək vermişlər. Belə ki, onunla yanaşı Fəridənin də Təqsirləndirilən şəxs tərəfindən aldadılmasını, Fəridənin 10 min manat pulunun onun 20 min manat pulunun ələ keçirilməsini bildirmişdir. Bəhruzu isə bacısı Vəfanın vasitəsilə tanımalarını ilk vaxtlar onunla alver etməklərini bildirmişdir. Əslində isə Fəridə Bəhruz yaxud Vəfa adlı şəxsləri tanımayıb, onlarla alver etməyib və pul göndərməmişdir. Onu qorumaq məqsədilə Ehtiramı inandırmaq üçün həmin yalanı danışmışlar. O, ilkin ifadəsində Təqsirləndirilən şəxs ilə onlayn qaydada alqı-satqı etmək məqsədilə sonuncuya alınmalı mallar üçün sifariş məqsədilə verdiyi pulları, habelə daha sonradan onun kreditini bağlayaraq yenidən kredit götürməsi və pulu qaytarması məqsədilə ona 5600 manat pul göndərdiyi bank kartı Azərbaycan Beynəlxalq Bankına məxsus olmuş və eyni kart hesabına göndərməsini bildirmiş, lakin Təqsirləndirilən şəxs məxsus Beynəlxalq Banka aid **********827478 seriya nömrəli kart hesabına daxil olmuş pul məbləğlərinin siyahısı məhkəmə qərarı ilə alınmış həmin sənədlərdən 2023-cü ilin yanvar ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət ərzində Beynəlxalq Banka məxsus **********827478 seriya nömrəli kart hesabına daxil olmuş məbləğ ilə onun göndərdiyi məbləğ arasında kifayət qədər ziddiyyətlərlə bağlı göstərmişdir ki, Təqsirləndirilən şəxs məxsus ABB bank kartından çıxarışda onun göstərdiyi qədər məbləğ aşkar olunmaya bilər. Çünki Təqsirləndirilən şəxs ona Beynəlxalq Banka məxsus **********827478 seriya nömrəli kart hesabını 2023-cü ilin aprel ayının 4-də ona vatsap vasitəsilə göndərmişdir. 2023-cü ilin aprel ayından etibarən onun göndərdiyi pullar həmin ABB kartına göndərilmişdir. Lakin 2023-cü ilin aprel ayından əvvəlki ödənişləri o, Bəhruzun ona göndərdiyi müxtəlif bank kart hesablarına göndərmişdir. Belə ki, o, sifariş verdiyi mallar üzrə ödənişləri müxtəlif şəxslərin adlarına olan kartlara göndərtdirmişdir. Belə ki, o, pərdə qab-qacaq və sair sifariş etmək məqsədilə pul ödənişi etdikdə ona kart hesabı göndərərək həmin malların topdan satış yeri olmasını və pul həmin həmin hesaba ödənməli olmasını bildirmişdir. O da müxtəlif kart hesablarına pul göndərmiş, Bəhruz da pul göndərildikdən sonra ona pul çatdığını bildirmişdir. Təqsirləndirilən şəxs onlayn alqı-satqı etmək məqsədilə, yəni o, sifariş vermək məqsədilə ödənişləri və kreditini bağlayaraq yeni kredit götürüb onun pulunu qaytarması üçün Təqsirləndirilən şəxs göndərdiyi kartlara ümumilikdə 20000 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli olaraq almış olduğu pulun məbləğini az göstərmişdir. Bəhruz öz adına olan “Azərbaycan Sənayə Bankı”na məxsus plastik kartı onun tanımadığı yol maşını vasitəsilə Mingəçevir şəhərinə göndərmiş və ona təhvil verilmişdir. Təqsirləndirilən şəxs ilə aralarında sələm faizi olaraq hər hansı razılaşma olmamış və ondan aldadılaraq alınıb qaytarılmayan pulun üzərinə hər hansı faiz hesablamamışdır. Səbuhi adlı şəxs ilə aralarında hər hansı alqı-satqıya dair sövdələşmə yaxud pul ələ keçirməsi olmamışdır. Sadəcə Bəhruzun pulu qaytaracağına dair sonrakı söhbətlərdə Səbuhi kimi özünü təqdim edən şəxs ona bildirmişdir ki, o da Bəhruzdan şikayət etməməyi xahiş edərək pulu qaytarmasında Bəhruza təkid edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs adında olan kreditini bağlaması üçün onun adına olan bank kartına ümumilikdə 2023-cü ilin aprel ayının ilk günlərindən avqust ayınadək 5600 manat pul göndərmişdir. Lakin 2023-cü ilin aprel ayının ilk günlərində Mingəçevir şəhəri Qres qəsəbəsində yerləşən terminaldan göndərdiyi 71 manata dair qəbzi itirdiyi üçün təqdim edə bilməmiş ona görə də təqdim ediyi çeklərin ümumi məbləği 5529 manat təşkil etmişdir. Sifariş mallarının ilkin ödənişləri məqsədilə etdiyi həmin ödənişlər müxtəlif şəxslərin adlarına olan kartlarına ödəmiş, həmin şəxslərlə hər hansı danışığı olmamışdır. Həmin kart hesablarına pul yüklədikdən sonra Bəhruza ödəniş etdiyini demiş və bir qədər sonra Bəhruz da ödəniş edilməsini təsdiqləmişdir. Ona görə də çeklər evdə həyat yoldaşının əlinə keçməməsi üçün qəbzləri saxlamamışdır. Çünki o, Bəhruza inandığı üçün həmin vaxtlar aldadılacağı ağlına gəlməmişdir. Ona görə də 14500 manat pulun çeklərini saxlamamışdır. Ondan sonra o, Bəhruzdan şübhələndiyinə görə çekləri saxlamışdır. İşə məhkəmədə baxılan vaxt təqsirləndirilən şəxs dəymiş ziyanı tam şəkildə ödəyəcəyinə dair söz versə də, yenə də onu aldatmış, yalnız uzun danışıqlardan sonra ona hissə-hissə olmaqla 5500 manat pul ödəmişdir. Hesab edir ki, ona dəymiş ziyan tam şəkildə ödənilməlidir. Hazırda bununla bağlı onun ailəsində də problemlər yaşanır. Ona görə də 14500 manat məbləğində ziyan Təqsirləndirilən şəxs alınıb ona verilməlidir. Odur ki, məhkəmədən qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və mülki iddianın təmin edilməsini, mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona vurduğu ziyan kimi 14500 manat pulun alınıb ona verilməsini və ona ağır cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə təmsil etdiyi şəxsin ifadəsinə uyğun ifadə verərək mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Mingəçevir şəhəri Yaşar Muradov küçəsində yerləşən özünə məxsus mağazada o, məişət əşyaları və qadın geyim paltarları alqı-satqısı ilə məşğul olur. Zərərçəkmiş şəxs qardaşı arvadıdır. O, da məişət əşyalarının alqı-satqısı ilə məşğul olur. 2023-cü ilin avqust ayında o Samirə ilə söhbət edərkən Samirə ona danışdı ki, Bəhruz adında bir nəfər İmişli rayon sakini ilə alver məqsədilə ona pul göndərmiş və Bəhruz da onu aldadaraq nə sifariş üzrə ödədiyi ödənişləri nə də sifariş olunan malları göndərməmiş, onun göndərdiyi pulları qarşılıqsız olaraq ələ keçirməklə onu aldatmışdır. Bu barədə qardaşı Ehtirama danışmağa və aldadılmasını izah etməyə qorxur. Belə ki, qardaşı Ehtiram ailədə hökmlü insandır və Samirənin yad kişi ilə danışması, alver etməsi və ona pul göndərməsini öyrənəcəyi halda ailədə ciddi problemlər yaranacaqdır. Ona görə də Samirə qardaşı Ehtiramdan qorxduğu üçün Bəhruz tərəfindən aldadılmasını pulu ələ keçirməsini danışa bilməyib ondan köməklik istəmişdir. O da pulun məbləğini soruşanda 30 min manat olmasını bildirmişdir. Bu zaman o, bilib ki, həqiqətən də Ehtiram bu məsələni öyrənsə, ailədə ciddi problemlər yaranacaq, hətta Samirəyə qarşı Ehtiram sağlamlıq əleyhinə cinayət törədəcəyindən qorxmuş, Ehtiramın tutulmasından Samirəyə ziyanlıq yetirilməsindən və övladlarının ailə qayğısından məhrum qalmalarını ehtimal edərək, həmin məsələni həll etməyi üzərinə götürəcəyini və Samirənin həmin məsələsini həll edəcəyinə Samirəyə söz vermişdir. Bundan sonra o, Bəhruzun mobil nömrəsini Samirədən almış və onunla mobil telefonla dəfələrlə danışaraq ondan xahiş etmişdir ki, aldığı pulları geri qaytarsın, qardaşı bilsə, ailəsində problem yaranacağını izah etmişdir. Bundan sonra Bəhruz dəfələrə danışsa da, müxtəlif vaxtlara vədlər verərək gah avtomobilini satacağını, gah kredit götürəcəyini bildirsə də, almış olduğu pulu geri qaytarmamışdır. Hətta Bəhruz almış olduğu pulun 20000 manatdan artıq olmasını onunla danışanda etiraf etmiş, lakin həmin vaxtdan bir xeyli keçsə də, Bəhruz pulu qaytarmamışdır. Daha sonralar Ehtiram evdə pul olmamasını öyrənəndə o, pulun özündə olmasını bildirmişdir. Lakin qardaşı Ehtiram ona “Quran” kitabı gətirib and içdirəcəyini bildirəndə, yalanı davam etdirə bilməyəcəyini anlayıb və Samirə ilə söhbət edərək razılaşıblar ki, Bəhruz ilə alver etməkdə o da iştirak etmiş və onun da pulu Bəhruz tərəfindən aldadılaraq ələ keçirilmişdir. Buna görə də onlar razılaşıb və Ehtirama söhbəti danışanda bildiriblər ki, onlar onlayn alqı-satqı etmək adı ilə əvvəllər Vəfa adlı qadınla daha sonralar onun vasiəsilə tanıdıqları qardaşı Bəhruz vasitəsilə onlayn alqısatqı etmişlər, daha sonralar aldadılaraq pulu Bəhruz tərəfindən ələ keçirilmişdir. Vəfa adlı qadın isə Samirə ilə hər hansı alver etməmişdir. Lakin Bəhruzun həqiqətən də Vəfa adlı bacısı olmasından o və Samirə xəbərdar olmuşdur. Buna görə də Ehtiram ona və Samirəyə kişi ilə alver etdiyinə görə əsəbləşməsin deyə, ilk olaraq Vəfa ilə daha sonra qardaşı Bəhruz ilə alver etmələrini bildirmişlər. Bundan sonra 2023-cü ilin sentyabr ayında Ehtiram DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, sonra polis şöbəsində araşdırma aparılanda o, Samirənin Bəhruza pul verməsinin alver etməsinin üstü açılmasın deyə, polis şöbəsində məcburiyyət qarşısında qalaraq Təqsirləndirilən şəxs alver məqsədilə 10000 manat Samirənin vasitəsilə pul göndərməsini bildirmişdir. Lakin daha sonra o, Samirə ilə təklikdə söhbət etmiş və qərara alıblar ki, əsl həqiqəti açıb etiraf etsinlər. Belə ki, o, Bəhruz ilə alver məqsədilə hər hansı vədləşmə etməmiş, razılaşma olmamış və bu məqsədlə Samirənin vasitəsilə pul göndərməmişdir. İlk vaxtlar Samirənin Bəhruz ilə alver etməsini ona pul göndərməsini və aldadılaraq pulunun ələ keçirilməsini Samirə ona danışanda qardaşı Ehtiramın ona qarşı cinayət edəcəyini ailəsi dağılacağını ehtimal edib buna görə də ilk vaxtlar pulu özü Samirədən almağını demiş, lakin Ehtiram ona and içdirəcəyini dedikdə həqiqəti açaraq etiraf etməyi Samirə ilə razılaşıblar. Həmin vaxt yenə də Samirəni vəziyyətdən çıxartmaq məqsədilə o özü də alver məqsədilə pul verdiyini və 10000 manat pulu verməyini həmçinin alveri ilk vaxtlar Vəfa ilə etməyini daha sonralar onun qardaşı Bəhruza pul göndərməyini bildirmişdir. Məqsədi yalan ifadə vermək olmamışdır. Belə ki, polis şöbəsində araşdırma zamanı düzdür Bəhruzdan şikayət etmiş, lakin məqsədi o olmuşdur ki, Bəhruz məsuliyyətdən qorxaraq pulu ödəsə, şikayəti geri götürüb məsələnin bağlanmasına, nəticədə Samirənin ailəsində narazılığın qarşısını almaq olmuşdur. Lakin Bəhruz istintaq müddətinin sonlarınadək pulu geri ödəmədiyi üçün o artıq əsl həqiqəti yəni Bəhruzla alver etmədiyini, Vəfa ilə alver etmədiyini və bu məqsədlə 10000 manat pulu Samirənin vasitəsilə göndərmədiyini bildirmək qərarına gəlib əlavə ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, aldadılaraq pulunun ələ keçirilməsinə dair DİN-nin 102 xidmətinə müraciət etmişdir. Zərərçəkmiş şəxs arvadıdır. Şahid2 isə bacısıdır. Onların aldadılaraq pulunun ələ keçirilməsi barədə məlumat aldıqda DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Arvadı Zərərçəkmiş şəxs hər hansı dövlət işində işləmir, 3 övladları var, Samirə yaşadıqları evdə müxtəlif əşyaların satışı ilə məşğul olaraq ailənin maddi tələbatını ödəməkdə köməklik edir. Bacısı Fəridə isə özünə məxsus mağazada müxtəlif məişət əşyaları qadın paltarları və sair satışı ilə məşğul olur. 2023-cü ilin sentyabr ayında o, evdə olarkən pul lazım olmuş və evdə pulu saxladıqları yerə baxanda pulun az olmasını aşkarlamışdır. Bu zaman o, Samirədən pulun niyə az olmasını soruşanda, əvvəlcə Samirə pulu Fəridəyə borc verdiyini bildirmiş, lakin o, Fəridənin ondan xəbərsiz borc alacağına inanmamış və buna görə də Fəridə ilə görüşüb söhbət etmək qərarına gəlmişdir. İlk vaxtlar Fəridə həqiqətən də borc almasını bildirmiş, lakin ona “Quran” kitabına and içdirəcəyini demişdir. Bundan sonra Fəridə və Samirə birlikdə ona danışıblar ki, onlar alver etdikləri şəxs onları aldadıb və ümumilikdə 30000 manat pulunu aldadaraq ələ keçiriblər. Bu zaman həmin adamın kim olmasını soruşanda, ona ilk olaraq alqı-satqı etdikləri adamın qadın olmasını daha sonralar həmin qadının qardaşı da alverə qoşulub o da pullarını aldadaraq ələ keçirdiklərini bildirmişlər. O da həmin şəxslə adını sonradan bildiyi Bəhruz adlı şəxslə mobil telefonda danışmış və danışıq zamanı Bəhruz adlı şəxs ona etiraf edib ki, o, alver etmək məqsədilə aldadaraq pul ələ keçirmişdir, o, da pulu qaytarmasını bildirsə də, Bəhruz vəd etdiyi tarixlərdə pulu qaytarmadığı üçün o da polis şöbəsinə şikayət etmişdir. Sonradan bilib ki, əslində bacısı Fəridə alverdə iştirak etməmişdir, Təqsirləndirilən şəxs pul göndərməmiş və sonuncu onunla alverlə bağlı hər hansı sövdələşmə etməmişdir. Lakin arvadı Samirə Bəhruz adlı şəxslə 2022-ci ilin yay aylarından onlayn alqı-satqı etmiş, sifariş etdiyi malların pullarını malları təhvil alanda verməklə alver etmiş, daha sonralar Təqsirləndirilən şəxs özünə inandırmış və daha ucuz qiymətə alver etmək üçün müxtəlif yerlər tapmasını bildirib, həmin adamların vasitəsilə daha çox sifariş verəndə pulu əvvəlcədən ödənildikdə daha ucuz qiymətə əşyalar almaq mümkündür. Ona görə də Samirə mallar təhvil verilmədən ucuz qiymətə olsun deyə, daha çox sifariş vermiş və ödənişlər etmişdir. Təqsirləndirilən şəxs da həmin ödəniş adı ilə almış olduğu pulları ələ keçirmiş, daha sonralar pulu qaytarmaq üçün adına olan kreditinin bağlanması və yenidən kredit götürməsi üçün də əlavə pul alaraq Samirənin ümumilikdə 20000 manat pulunu aldadaraq ələ keçirmişdir. Lakin həmin məsələni ilk vaxtlar ona fərqli danışmışlar. Belə ki, Samirənin Bəhruz adlı yad kişi ilə alver etməsini o, ailədə dava salacağından qorxaraq deməyərək ilk vaxtlar Vəfa adlı Bəhruzun bacısı olan qadınla alver etmələrini və aldadılmalarını bildirmişlər. Ona görə də o, ilkin müraciətində və izahatında Samirə və Fəridənin pullarının Vəfa tərəfindən ələ keçirilməsini bildirmişdir. Əslində isə Bəhruz təkcə Samirəni aldatmış, pərdə, süfrə, qab-qacaq, məişət əşyaları, qadın paltarları alveri üçün ilkin ödəniş adı ilə təxminən 14400 manat ilkin ödəniş adı ilə pul ələ keçirmiş daha sonra kredit bağlamaq adı ilə aldadaraq ümumilikdə 5600 manat pulu ələ keçirmişdir. Zərərçəkmiş şəxs 20000 manat pulu Təqsirləndirilən şəxs onun təqdim etdiyi kart hesablara göndərmişdir. Belə ki, 2023-cü ilin aprel ayınadək ödəniş pullarını müxtəlif şəxslərin adına olan bank kartlarına göndərtməklə, qalan hissəsini isə 2023-cü ilin aprel ayından isə Bəhruzun öz adına olan bank kartına göndərməklə ələ keçirmişdir. Məhkəmə, ittihamın qanuni həll edilməsi üçün Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində, cəmi 14-15 min manat pul alıb qaytarmaması ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, götürmə və baxış keçirilməsi barədə 22 sentyabr 2023-cü il tarixli protokoldan göründüyü kimi ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs adına olan ABB-yə məxsus bank kartına müxtəlif tarixlərdə ümumilikdə 5529 manat ödəniş edilmişdir. Həmçinin 25 sentyabr 2023-cü il tarixli götürmə və baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş və Təqsirləndirilən şəxs ilə aralarında “Vhatsap” yazışmalarının qaldığı mobil telefonun tətbiqinə baxış zamanı ***-***- **-** saylı mobil nömrə ilə “Vhatsapp” tətbiqi vasitəsilə baş tutmuş yazışmalarda, Təqsirləndirilən şəxs öz adına kredit götürəcəyinə və pulu geri ödəyəcəyinə dair söhbətlər aparılması, habelə 17770 manat pul qaytarılacağı barədə danışıqların aparılması müəyyən olunmuşdur. Ondan sonra da zərərçəkmiş şəxs onun kart hesabına müxtəlif vaxtlarda pul göndərmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin ümumilikdə 14-15 min manat pul alıb qaytarmaması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan götürmə və baxış keçirilməsi barədə 22 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, götürülmüş ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs adına olan ABB-yə məxsus bank kartına müxtəlif tarixlərdə ümumilikdə 5529 manat ödəniş edilmişdir. Cinayət işinin materiallarında olan götürmə və baxış keçirilməsi barədə 25 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş və Təqsirləndirilən şəxs ilə aralarında “Vhatsap” yazışmalarının qaldığı mobil telefonun tətbiqinə baxış zamanı müəyyən olunmuşdur ki, mobil telefonun screenshot-ekran rəsminin qeydə alınmış fotoşəklindən görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs mobil telefonuna göndərilmiş sms-də **********827478 nömrələr qeyd edilmiş və “bəhrul Əliyarov Bəhrəm ” oğlunun adına olması barədə sms göndərilmişdir. Zərərçəkmiş şəxs həmin sms Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə göndərilməsini və öz ad soyad ata adını təhrif etmiş vəziyyətdə ona təqdim etmişdir. Belə ki, kart hesabına ödəmə terminalı vasitəsilə ödəniş həyata keçirdikdə ad soyad və ata adına aid məlumatların ilk hərfləri göstərildiyi üçün təhrif olunmuş ad soyad və ata adı Təqsirləndirilən şəxs ad soyad ata adının ilk həfləri ilə uzlaşma təşkil edir. Bundan başqa ***-***-**-** saylı mobil nömrə ilə “Vhatsapp” tətbiqi vasitəsilə baş tutmuş yazışmalarda, Təqsirləndirilən şəxs öz adına kredit götürəcəyinə və pulu geri ödəyəcəyinə dair söhbətlər aparılması, habelə 17770 manat pul qaytarılacağı barədə danışıqların aparılması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və X1 barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2 və Zərərçəkmiş şəxs barələrində Azərbaycan Respublikası CM-nin 296 və 297-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə təkrarən dələduzluq etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin payız aylarında sosial şəbəkədə Zərərçəkmiş şəxs ilə tanış olub, ona çaynik, süfrə, qadın paltarları və sair bu kimi məişət mallarının «onlayn» alqı- satqısı ilə məşğul olmağı təklif edib, ilk vaxtlarda Zərərçəkmiş şəxs satmaq üçün göndərdiyi malların pulunu qabaqcadan deyil, həmin mallar ona təhvil verildikdən sonra göndərməli olduğunu bildirərək, adı çəkilən növ məişət əşyalarını satmaq üçün Zərərçəkmiş şəxs göndərtməklə və sonuncunun qazanc əldə etməsinə şərait yaratmaqla etibarını qazanmış, bundan sonra 2023-cü ilin yanvar ayından başlayaraq Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, onu aldadaraq, ona internet üzərindən «onlayn» qaydada aparacaqları ticarətin üsulunun dəyişdiyini, yəni satış üçün sifariş edəcəyi malların dəyərinin qabaqcadan ödənilməli olduğunu bildirib, bununla bağlı Zərərçəkmiş şəxs razılığını aldıqdan sonra, sonuncunun alqı-satqısını həyata keçirmək üçün sifariş verdiyi müxtəlif növ məişət mallarının ilkin ödənişini qabaqcadan etmək adı ilə 2023-cü ilin yanvar ayından həmin ilin aprel ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs onun istifadəsində olan, istintaqa bəlli olmayan müxtəlif plastik kart hesablarına Mingəçevir şəhərində yerləşən istintaqa məlum olmayan “ödəmə terminallarından” hissə-hissə göndərdiyi ümumilikdə 14.400 (on dörd min dörd yüz) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, internet vasitəsi ilə «onlayn» qaydada məişət əşyaları və mallarının alqı- satqısını həyata keçirməyi və qazanc əldə etməyi vəd verdiyi və satış üçün sifariş verdiyi malların pulunu qabaqcadan ödəmək adı ilə 2023-cü ilin yanvar ayından həmin ilin aprel ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs dələduzluq yolu ilə alıb, ələ keçirdiyi 14.400 manat məbləğdə pul vəsaitini həmin tarixə banka olan kredit borcunu ödəyib, əlavə kredit götürməklə ona qaytaracağını vəd verib, buna görə həmin tarixə banka olan kredit borcunu ödəmək adı ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, onu aldadaraq, xx.xx.2023-cü il tarixdən həmin ilin avqust ayının 30-dək olan müddət ərzində Zərərçəkmiş şəxs ona (Təqsirləndirilən şəxs) məxsus Azərbaycan "xxxx" ASC tərəfindən verilmiş 5522 0993 5582 7478 seriya nömrəli plastik kart hesabına Mingəçevir şəhərində istintaqa bəlli olmayan ödəmə terminalından 2023-cü ilin aprel ayının ilk günlərində 71 manat, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 200, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 100, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər A.Şaiq küçəsində “Qədiroğlu” marketdə quraşdırılmış “Milliön ” ödəmə terminalından 200, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 400, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 200, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər A.Şaiq küçəsində “Qədiroğlu” marketdə quraşdırılmış “Milliön ” ödəmə terminalından 100, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər A.Şaiq küçəsində “Qədiroğlu” marketdə quraşdırılmış “Milliön ” ödəmə terminalından 100, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda quraşdırılmış “Milliön” ödəmə terminalından 80, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda quraşdırılmış “Milliön” ödəmə terminalından 99, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 200, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 150, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 200, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 200, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 200, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 100, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 100, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 300 və xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər C.Əliyev küçəsində “Al ” marketdə quraşdırılmış "Milliön” ödəmə terminalından 200 manat olmaqla hissə-hissə göndərdiyi ümumilikdə 5600 (beş min altı yüz) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək və bununla da, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkzibedilməz sübutlara əsasən onun niyyəti, zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsin əmlakını ələ keçirib onu aldatmaqdan ibarət olmuşdur. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi aldadaraq onun pul vəsaitlərini almış, lakin həmin pul vəsaitlərini geri qaytarmayaraq dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi əlverişsiz vəziyyətə salmaqla, onun etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə pul vəsaitlərini ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq niyyətini gerçəkləşdirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrar talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyandan 7850 manat hissəni ödəməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2023–cü il tarixdə və xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan qəbzlərdən görünür ki, cinayət nəticəsində Zərərçəkmiş şəxs vurulmuş ümumilikdə 20000 manat ziyandan 7850 manatı Təqsirləndirilən şəxs tərəfindən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Əhliyyət qızına ödənilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edərkən öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən talamaqda ifadə olunan, həmçinin birbaşa mülkiyyət münasibətlərinə qəsd edən, hüquqa zidd cəzalanmalı əməldir. Mülkiyyət-vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətir. Mülkiyyət hüququ isə mülkiyyətçinin əldə etdiyi maddi sərvətlərə malik olmaq, istifadə etmək və ona dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusu olmaqla yanaşı, əsas insan hüquqlarının tərkib hissəsidir. Ona görə də təqsirləndirilən şəxsin aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakları ələ keçirməsi, yalnız mülkiyət münasibətlərinə qəsd etməklə bitmir, habelə həmin cinayət əməli cəmiyyətin və dövlətin maddi-iqtisadi fəaliyyətinin sarsılmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olur. Eləcə də, təqsirləndirilən şəxs cinayətin zərərli nəticələrinin aradan qaldırılması istiqamətində real davranış nümayiş etdirməmiş, yəni cinayət nəticəsində zərərçəkmiş şəxsə dəyən zərəri tam şəkildə ödəməmiş, nə də onunla razılıq əldə etməmişdir. Bu hal isə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artırır və həmin cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi, cəzanın məqsədlərini təmin etmir. Ona görə də məhkəmə həmin cinayətin əsas bilavasitə obyektinin cəmiyyətin iqtisadi özülünü təşkil edən, əsas insan hüquqlarının tərkib hissəsi olan, mülkiyyət münasibətləri olduğunu nəzərə alır və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni və əsaslı hesab edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023–cü il tarixli, 4(051)–94/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM–in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni xx.xx.2024-cü il tarixədək müddətə həbs qətimkan tədbiri seçilməsi, həbsə alınmanın əvvəli xx.xx.2023–cü il tarixdən hesablanması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023–cü il tarixli, 4(051)–97/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Qərar istintaq müddətinin sonunadək, yəni xx.xx.2024–cü il tarixədək qüvvədədir. Bununla da təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət 2 ay 16 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanması müddətini nəzərə alaraq hesab edir ki, həbsdə və ev dustaqlığında saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 ay 16 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcının hesablanması ilə bağlı qeyd edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025–ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbslə əvəz edilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonu ərazisində tutularaq Mingəçevir ŞPŞyə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 yanvar 2025–ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Ona görə də məhkəmə, cinayət işi üzrə zərərçəkmiş şəxs, həm də mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 14500 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia mülki cavabdehə münasibətdə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə mülki iddianın mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı verilməsi ilə bağlı qeyd edir ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə 20.000 manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cinayət məsuliyyəti ilə yanaşı, həm də mülki məsuliyyət daşıyır. Zərərçəkmiş şəxs isə Zərərçəkmiş şəxsdır. Ona görə də zərərçəkmiş şəxs ona qarşı mülki iddia verməkdə subyektiv hüquqa malikdir. Məhkəmə, həmçinin mülki iddianın sübut və həll edilməsi üçün tələbin qanuni əsasını təşkil edən maddi hüquq normasının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisə cinayət prosessual qanunvericiliyin müddəaları ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəalarının müvafiq olaraq əlaqəli şəkildə tətbiq edilməsi yolu ilə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3–cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3–cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181–ci maddəsinin tələblərinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2–ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3–cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə, zərərçəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə, əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, zərərçəkmiş şəxsə maddi ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Məhkəmə təqdim edilmiş sübutların məhkəmə istintaqında tədqiqi nəticəsində müəyyən etdi ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ümumilikdə 20000 manat məbləğində maddi zərərə məruz qalmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, 20000 manat məbləğində ziyandan 7850 manat məbləğində hissə mülki iddiaçıya ödənilmişdir. Ona görə də məhkəmə mülki iddia tələbini iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən edilmiş həqiqi hallarına uyğun olaraq 12150 manat məbləğində əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1–ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Beləliklə məhkəmə istintaqında müəyyən edildi ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ümumilikdə 20000 manat məbləğində maddi zərərə məruz qalmış, lakin sonradan təqsirləndirilən şəxs tərəfindən 20000 manat məbləğində ziyandan 7850 manat məbləğində hissə mülki iddiaçıya ödənilmişdir. Ona görə də mülki iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs 12150 manat məbləğində pul alınıb mülki iddiaçıya verilməlidir. Məhkəmə mülki iddia ərizəsinin verilməsi ilə bağlı ödənilməli olan dövlət rüsumuna münasibətdə qeyd edir ki, mülki iddiaçı məcburi köçkün olduğuna görə dövlət rüsumunu ödəməkdən qanunda nəzərdə tutulmuş qaydada azad edilmişdir. Belə olan halda cavabdehə aid edilməli və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 126,45 manat məbləğində pul mülki cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi və maddi sübut yoxdur. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 12150 (on iki min bir yüz əlli) manat məbləğində pul tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə dövlət rüsumu cavabdehə aid edilsin və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 126 (bir yüz iyirmi altı) manat 45 qəpik məbləğində dövlət rüsumu mülki cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-11/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-11/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver