Məhkəmə qərarları › İş №1(051)-110/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-110/2021

03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-110/2021 03.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1972-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, AR CM-nin 234.1-ci maddəsi ilə ödənilməmiş məhkumluğu olan, Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 45, mənzil 28-də qeydiyyatda olan və Mingəçevir şəhər Günəş küçəsi döngə 1, ev 1-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Buna baxmayaraq 27.01.2021-ci il tarixdə saat 14 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd sellofan bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,331 qram olan narkotik vasitə heroini satış məqsədi olmadan, qanunsuz olaraq əynindəki qara rəngli gödəkçənin sol yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımışdır. 27.01.2021-ci il tarixdə saat 15:50 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar küçəsində, “Güllü bağ” adlanan ərazidə saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 nömrəli ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin MSY-də onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27.01.2021-ci il tarixdə saat 14:30 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 16 saylı orta məktəbin yaxınlığında olarkən yerdən bir ədəd sellofan büküm tapmışdır. O həmin bükümü açıb içərisinə baxmış və içərisindəkinin narkotik vasitə heroin olduğunu tanımışdır. O, içərisində narkotik vasitə heroin olan sellofan bükümü əynində olan qara rəngli parça materiallı gödəkçənin sol yan cibinə qoyub oradan uzaqlaşmışdır. Elə həmin gün saat 15:50 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində, “Güllü bağ” deyilən ərazidə piyada gəzən zaman ona mülki geyimli 3 nəfər şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün vəkil X7 dəvət olunmuş, daha sonra vəkilinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, onun üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki qara rəngli parça gödəkçəsinin sol yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs oğlu törətdiyi əməldən səmimi peşmanlığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27.01.2021-ci il tarixdə saat 15:50 radələrində radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Mingəçevir ŞPŞ-nin NMQ-nun inspektoru polis leytenantı Şahid3 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “Güllü bağ” adlanan ərazinin yaxınlığında olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “Güllü bağ” adlanan ərazinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən Mingəçevir ŞPŞ-nə gətirilmiş, hüquqlarının müdafiəsi üçün vəkil Adil Abışov dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükümü çıxarıb stolun üzərinə qoymuş, həmin ağ rəngli sellofan büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində heroinə oxşar narkotik vasitə olan kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, bükümün ümumi çəkisi 0,3 qram olmuş, həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş 27.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bir ədəd sellofan büküm aşkar edilmiş və həmin büküm Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə qablaşdırılmışdır. Cinayət işində olan 28 yanvar 2021-ci il tarixli diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bir ədəd sellofan büküm aşkar edilmiş və həmin büküm Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə qablaşdırılmışdır. İş materialarında olan 27.01.2021-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2021-ci il tarixli 17/79 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....” sözləri yazılmış bir ədəd zərfin içərisindəki, bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,331 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materialarında olan 26 yanvar 2021-ci il tarixli qərarla təyin edilmiş məhkəmə narkoloji ekspertizasının 13.03.2021-ci il tarixli 264 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 17 aprel 2021-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata təqdim olunan narkotik vasitə heroinin, tədqiqat üçün 0,05 qram istifadə edildikdən sonra yerdə qalan təmiz çəkisi 0,281 qram hissəsi iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc otağına təhvil verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs oğlu 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Buna baxmayaraq 27.01.2021-ci il tarixdə saat 14 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd sellofan bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,331 qram olan narkotik vasitə heroini satış məqsədi olmadan, qanunsuz olaraq əynindəki qara rəngli gödəkçənin sol yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımışdır. 27.01.2021-ci il tarixdə saat 15:50 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar küçəsində, “Güllü bağ” adlanan ərazidə saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 nömrəli ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin MSY-də onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İş materialarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 13.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Mingəçevir şəhər Məhkəməsinin 25.06.2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirlin bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materialarında olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən verilmiş 02.06.2021-ci il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin 25.06.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 05 ay 28 gün hissəsi icra edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldən səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Ona görə də məhkəmə hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 25.06.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər hesab edilməklə 2 (iki) ay 29 (iyirmi doqquz) gün CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək onun üzərinə qəti cəza saxlanılmalıdır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 4(051)-8/2021 saylı, 29.01.2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsdə saxlama müddətinin əvvəli 27 yanvar 2021-ci ildən hesablanmışdır. Ona görə də Təqsirləndirilən şəxs oğlunun cəza çəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 27 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs oğlu məcburi mülaicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. iş üzrə 102,12 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,281 qram narkotik vasitə heroin qalığı məhv edilməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 25.06.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər hesab edilməklə 2 (iki) ay 29 (iyirmi doqquz) gün CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək onun üzərinə qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 27 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,281 qram narkotik vasitə heroin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 102,12 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar