Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-110/2022 02.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs, iştirakı ilə xx.xx.1996-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi «Vaz 2103» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin N.Nərimanov prospekti ilə asfalt yolla şəhərin Nizami küçəsində yerləşən “1941-1945-ci il abidəsi” istiqamətində hərəkət etdirərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməmiş və gəldiyi 50-60 km/saat sürətlə hərəkətini davam etdirərək yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu zaman şəhərin N.Nərimanov prospektində yerləşən 21 saylı yaşayış binasının qarşısında asfalt yolda səkidən avtomobil yoluna çıxıb yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə vuraraq, Zərərçəkmiş şəxs sol kürək sümüyünün və çanaq sümüklərinin, sol arxa sirkə kasasının qapalı yerdəyişən sınıqlarının əmələ gəlməsi ilə nəticələnən, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Vaz 2103 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində idarə etdiyi avtomobili şəhərin N.Nərimanov prospekti ilə Nizami küçəsi “1941-1945-ci il abidəsi” istiqamətində hərəkət etdirərkən, avtomobildə ondan başqa heç kəs olmamışdır. Avtomobili idarə edib şəhərin N.Nərimanov prospektində yerləşən Dostluq parkının bərabərində yerləşən işıqfora çatarkən, yaşıl işıq yandığını görüb hərəkətini düzünə davam etdirərək avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. İşıqforu keçdikdən sonra görmüşdür ki, yolun ondan sağ hissəsindən bir nəfər orta yaşlı qadın səkidən avtomobil yoluna çıxıb yolu piyada keçmək istəyir. O da idarə etdiyi avtomobillə həmin qadını vuracağını görüb dərhal əyləcdən istifadə edib sükanı sol tərəfə çəkmişdir. Lakin hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə həmin qadını vurmuşdur. Dərhal avtomobili saxlayıb bayıra çıxıb qadını idarə etdiyi avtomobilə əyləşdirib Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmış, daha sonra hadisə yerinə qayıdaraq hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Hadisə baş verməzdən əvvəl spirtli içki qəbul etməmişdir. Onun hərəkəti üçün təhlükə həmin qadının avtomobil yoluna səkidən enib yolu sağdan sol istiqamətdə keçmək istədiyi andan yaranmışdır. Həmin qadının avtomobil yoluna səkidən çıxdığını təxminən 25 metr məsafədən görmüşdür. Hadisə baş verərkən piyada avtomobil yolunu asta addımlarla keçmişdir. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunmasına və barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs və ya ailə üzvləri ilə hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhərinin N.Nərimanov prospekti ilə piyada hərəkət edib həmin prospektdə yerləşən “Dostluq” parkının yaxınlığında olan işıqforun altında yerləşən piyada keçidinə çatmışdır. Yolun sağ və sol tərəfinə baxıb avtomobil olmadığını görüb səkidən avtomobil yoluna çıxıb yolu keçmək istəmişdir. Hərəkət edərək avtomobil yolunu keçib yolun mərkəzindəki düz xəttə çatarkən qəflətən ondan sol tərəfdə hərəkətdə olan avtomobil qabaq hissəsi ilə onu vurmuş və o, xəsarət alaraq yola yıxılmışdır. Daha sonra həmin avtomobilin sürücüsü avtomobildən bayıra çıxıb onu idarə etdiyi avtomobilə əyləşdirib Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında ona ilkin tibbi yardım göstərilmişdir. Lakin bədənində sınıqlar olduğu üçün o, müalicəsini davam etdirmək üçün Bakı şəhərində yerləşən xəstəxanalara müraciət etmişdir. Bir qədər də müalicəsini Bakı şəhərində yerləşən xəstəxanalarda davam etdirdikdən sonra Mingəçevir şəhərinə geri qayıtmışdır. Bununla belə Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə, istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən X2 xidmət edir. 2015-ci ildən isə Mingəçevir şəhər X4 X6 Yol Patrul Xidmətinin baş inspektoru vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhər X4 X6 Yol Patrul Xidməti inspektoru Şahid2la birlikdə xidmətdə olarkən Polis Şöbəsinin növbətçi hissəsindən şəhərin N.Nərimanov prospektində piyadanın vurulması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat almışlar və hadisə yerinə getmişlər. Orada məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs Vaz 2103 markalı avtomobili Mingəçevir şəhərinin N.Nərimanov prospekti ilə şəhərin “1941-1945-ci il abidəsi” istiqamətində hərəkət etdirərkən həmin zaman avtomobil yoluna çıxıb yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hadisə nəticəsində xəsarət almış piyadanı özünə məxsus avtomobillə Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparmışdır. Sonradan hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmiş və Təqsirləndirilən şəxs müayinə edilməsi üçün Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserə aparmışlar. Orada Təqsirləndirilən şəxs müayinə olunmuş və hadisə zamanı sərxoş halda olmadığı müəyyən edilmişdir. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri, N.Nərimanov prospektində asfalt yolda sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz 2103» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobil yoluna çıxaraq yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir. Cinayət işinin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022-ci il tarixli, 17 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. Cinayət işinin materiallarında olan AE 136895 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu tarixədək nəqliyyat vasitələrini idarə etmək üçün BC kateqoriyalı sürücülük hüququ vardır. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 216 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-sol kürək sümüyünün və şanaq sümüklərinin, sol sirkə kasasının qapalı yerdəyişən sınıqları, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində yəni, avtomobilin hərəkətdə olan piyadanı vurması zamanı əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1133 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, «Vaz 2103» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz 2103» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən yazılmış qəbzdən görünür ki, maddi sübut kimi tanınmış «Vaz 2103» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarına pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla belə məhkəmə istintaqında, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 263-cü maddəsinin 2-ci qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır vurulması ilə nəticələnən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11–ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əssən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1– ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə dair razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə və onunla barışıq əldə etdiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən yazılmış və məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Ona görə də həmin əsaslar üzrə cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri olan 85 manat məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan «Vaz 2103» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxsə cinayət nəticəsində vurulmuş ziyanı ödədiyinə və onunla barışıq əldə etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan «Vaz 2103» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-110/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-110/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver