Məhkəmə qərarları › İş №1(051)-110/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-110/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-110/2024 09.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)- 160/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Ağdaş rayonu, Ərəbocağı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 83-cü bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitə heroinin aşağı həddi üçün 0.15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,224 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlayaraq daşımış və 22 mart 2024-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, M.V.Vidadi küçəsində yerləşən 4№-li evin yaxınlığında saxlanılıb, Mingəçevir şəhər polis şöbəsinə aparılaraq, orada saat 16:35-dən 16:48-dək olan müddət ərizində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. Narkotik vasitələrin istehlakı ilə məşğuldur, mütəmadi olaraq narkotik vasitə heroindən istifadə edir. Lakin narkotik vasitələr və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Şahid3 narkotik vasitələrdən istifadə edən şəxs kimi tanıyır. Bir neçə dəfə Şahid3lə birlikdə narkotik vasitə alıb, istifadə etmişlər. Şahid3lə birlikdə pul qoyub narkotik vasitə- heroin əldə edib, qoyduqları pul məbləğinə uyğun şəkildə aralarında bölüşdürüb istifadə etmişlər. Bəzi hallarda Maisdə pul olmayanda o, onda pul olmayanda isə Mais pul qoyub, narkotik vasitə əldə edib, istifadə etmişlər, növbəti dəfə isə narkotik vasitə əldə edərkən ötən dəfədən olan borcu bağlamaqdan ötrü biri və ya digəri öz vəsaiti hesabına narkotik vasitə əldə etmişlər. Narkotik vasitələrin satışı ilə məşğul olan, adını bilmədiyi «İnstagram» sosial şəbəkəsində tanış olduğu şəxsin istifadəsində olan İran İslam Respublikasına aid mobil telefon nömrəsi ilə əlaqə saxlayıb narkotik vasitə heroin əldə etməyini Şahid3 də bilmişdir. O, əvvəllər də həmin şəxslə «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq həmin şəxsin ona göndərdiyi bank kartı hesabına Mingəçevir şəhəri ərazisində yerləşən mağazalarda quraşdırılmış elektron ödəmə terminalları vasitəsi pul yüklədikdən sonra həmin şəxs narkotik vasitəni gizlətdiyi yerin şəklini çəkərək “votsap” tətbiqi vasitəsi ilə ona göndərmiş, o da həmin yerə gedib narkotik vasitəni oradan götürmüşdür. Həmin şəxslə aralarında olan razılığa əsasən həmin şəxs ona bank kart hesabının nömrəsini göndərməmiş, o, həmin şəxsdən narkotik vasitə almağa razılaşdıqdan sonra şəhər ərazisində yerləşən mağazalardan birinə gedib, həmin mağazada quraşdırılmış elektron ödəmə terminalının yanında olarkən təkrarən həmin şəxslə əlaqə saxlamış, həmin şəxs isə ona pulu göndərəcəyi kart hesabını telefonla danışıq zamanı şifahi şəkildə bildirdikdən sonra o, həmin hesaba pulu köçürmüşdür. Adətən kart hesabları müxtəlif olmuşdur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Mais onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, ona narkotik vasitə heroin və 1 ədəd metadon həbi lazım olduğunu bildirib, ondan narkotik vasitə və metadon həbi tapmağını xahiş etmişdir. O da istifadəsində olan, İran İslam Respublikasına məxsus mobil nömrə olan yuxarıda dediyi tanışına zəng edib, həmin şəxslə danışacağını, həmin şəxsdə narkotik vasitə və metadon həbi olduğu halda Maisə məlumat verəcəyini sonuncuya demişdir. O, həmin şəxslə əlaqə saxladıqdan sonra həmin şəxs ona narkotik vasitə heroin və metadon həbi verə biləcəyini deyib, bunun müqabilində ondan 55 manat məbləğdə pul istəmişdir. O da zəng edib bu barədə Maisə məlumat verdikdən sonra Mais onunla razılaşmış və 55 manat məbləğdə pulu ona məxsus 4169 7385 8864 9396 nömrəli bankomat kart hesabına köçürmüşdür. O, həmin pulu bankomatdan çıxarıb, 55 manat pulu yuxarıda göstərdiyi narkotik vasitələrin satışı ilə məşğul olan tanışının ona şifahi şəkildə dediyi, hazırda xatırlamadığı kart hesabına Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "Qədiroğlu" mağazasında quraşdırılmış elektron ödəmə sistemi terminalı vasitəsi ilə göndərmişdir. Həmin şəxs 55 manata ona 1 büküm narkotik vasitə heroin və 1 ədəd metadon həbi təşkil edib, narkotik vasitələri qoyacağı yerin şəklini ona göndərməli olmuşdur. Beləliklə, pulu göndərdikdən bir müddət sonra həmin şəxs narkotik vasitə heroini gizlətdiyi yerin şəklini çəkib ona göndərmişdir. O da bu barədə zəng edib Maisə məlumat vermiş və Mingəçevir şəhəri ərazisində Maislə görüşərək, həmin şəxsin narkotik vasitə heroin və metadon həbini gizlətdiyi yerin ona çəkib göndərdiyi şəkli Maisə göstərmişdir. Daha sonra birlikdə həmin şəxsin narkotik vasitəni gizlətdiyi yerə, yəni Yeylax rayonu, Aran qəsəbəsinə gedərək, gizlədilən yerdən narkotik vasitə heroni və metadon həbini götürmüşlər. Belə ki, hər ikisi avtomobildən birlikdə aşağı düşmüş, Mais narkotik vasitə və heroinin gizlədildiyi yerə yaxınlaşıb, narkotik vasitə heroin və metadon həbini oradan götürmüşdür. Birlikdə Mingəçevir şəhərinə geri qayıtmışlar. İz saxlamamaq üçün isə mobil telefonunun «votsap» proqramından narkotik vasitəni aldığı şəxslə danışığını və yazışmaları əks etdirən hissələri silmiş, habelə həmin şəxsə pul göndərməyini təsdiq edən qəbzi xatırlamadığı yerə atmışdır. Mingəçevir şəhərinə qayıtdıqdan sonra Maisin pulu hesabına əldə eldikləri narkotik vasitə heroinin bir hissəsini birlikdə istifadə etmişlər, narkotik vasitə heroinin qalan hissəsi və 1 ədəd metadon həbi Maisdə qalmışdır. İstifadə etdikləri narkotik vasitənin keyfiyyəti yaxşı olduğu üçün o, yenidən həmin tanışından narkotik vasitə heroin almaq qərarına gəlmişdir. Lakin bu haqda Maisə heç bir söz deməmişdir. Beləliklə, 20 mart 2024-cü il tarixdə narkotik vasitələrin satışı ilə məşğul olan yuxarıda göstərdiyi tanışı ilə yenidən əlaqə saxlayıb, həmişəki qaydada həmin şəxsin dediyi kart hesabına elektron ödəmə terminalı vasitəsi ilə 30 manat məbləğdə pul köçürmüş və həmin şəxsdən ona eyni narkotik vasitə heroindən göndərməsini xahiş etmişdir. Həmin şəxs də ona bir neçə gün əvvəl göndərdiyi narkotik vasitə heroindən qaldığını və ona göndərəcəyini bildirmişdir. Pul köçürdükdən bir müddət sonra həmin şəxs yenə də ona narkotik vasitə heroini gizlətdiyi yerin şəklini çəkib «votsap» proqramı vasitəsi ilə göndərmişdir. Həmin ərazi yenə də Yevlax rayonu, Aran qəsəbəsi olduğu üçün o, həmin yerə tək gedərək, həmin şəxsin gizlətdiyi yerdən narkotik vasitə heroini götürmüşdür. Həmin narkotik vasitə heroindən bir qədərini istifadə etmiş, bir hissəsini isə üzərində şəffaf selofan bükümün içərisində saxlamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində yaşadığı Mingəçevir şəhəri, M.V.Vidadi küçəsində yerləşən evin yaxınlığında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçiriləcəyi barədə ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd içərisində narkotik vasitə heroin olan şəffaf sellafon büküm aşkar edilərək götürülmüşdür. Mais üçün də narkotik vasitə alarkən onun heç bir mənfəəti olmamışdır. xx.xx.2024-cü il tarixdə narkotik vasitə heroin əldə etməsi barədə Şahid3 məlumatının olmamış, həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş, o barədə heç kəsə məlumat verməmişdir. Narkotik vasitəni götürdükləri yerlərin Yevlax rayonu, Aran qəsəbəsinin ərazisi olduğunu, lakin narkotik vasitəni əldə etdiyi şəxslə bağlı bütün məlumatları mobil telefonunun yaddaşından sildiyi üçün həmin yerləri xatırlamadığını, bu səbəbdən də qeyd olunan yerləri göstərə bilməmişdir. Hazırda əməlindən peşimandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxs şəhər sakini kimi, narkotik vasitələrin aludəçisi kimi tanıyır. Qurbanla dəfələrlə birlikdə narkotik vasitə əldə edib istifadə etmişlər. Yəni bir yerdə pul qoyub narkotik vasitə əldə etmişlər. Belə ki, Qurban ona sosial şəbəkələrdə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə tanış olub həmin şəxsin kart hesabına pul göndərdikdən sonra həmin şəxs də narkotik vasitəni gizlədildiyi yerin şəklini çəkib göndərmiş, o da Qurbala birlikdə həmin yerə gedib narkotik vasitəni oradan götürmüşdür. Birlikdə bir neçə dəfə Qurbanla həmin şəxsdən qeyd etdiyi üsulla narkotik vasitə əldə etmişlər. Yəni həmin şəxsin hesabına Qurbanla birlikdə olan zaman pul göndərmişlər, daha sonra həmin şəxs narkotik vasitə gizlədilən yerin şəklini Qurbana göndərmiş və Qurbanla birlikdə gedib həmin yerdən narkotik vasitəni götürmüşlər. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə o, Qurbanla əlaqə saxlayıb, ona narkotik vasitə heroin və metadon həbinin lazım olduğunu demişdir. Qurban da ona həmin şəxslə əlaqə saxladıqdan sonra məlumat verə biləcəyini demişdir. Bir qədər sonra Qurban ona zəng edib, narkotik vasitə heroin və metadon həbi üçün həmin şəxsin hesabına 55 manat məbləğdə pul köçürmək lazım olduğunu demişdir. Ona görə də o, Qurbanın kart hesabına 55 manat məbləğdə pul göndərmişdir. Bir qədər sonra Qurbanla zəngləşib şəhər ərazisində görüşmüşlər. Qurban ona narkotik vasitə heroin və metadon həbinin gizlədildiyi yerin şəklini göndərildiyini bildirmişdir. O, Qurbanın mobil telefonuna baxıb narkotik vasitələrin gizlədildiyi yerin şəklini görmüşdür. Daha sonra birlikdə taksi fəaliyyəti ilə məşğul olan tanımadığı şəxsin avtomobili ilə Yevlax rayonu, Aran qəsəbəsinə getmişlər. Orada Qurbanla birlikdə avtomobildən düşüb narkotik vasitələrin gizlədildiyi yerə getmişlər. O, daşın altından narkotik vasitə heroin olan bükümü və 1 ədəd metadon həbini götürmüşdür. Daha sonra Mingəçevir şəhərinə geri qayıtmışlar. Mingəçevir şəhərində narkotik vasitə heroindən bir qədərini ikisi birlikdə istifadə etmişlər. Heronin qalan hissəsi və metadon həbi isə onda qalmışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, Samux küçəsində yerləşən «Altun» şadlıq sarayının yaxınlığı ilə piyada hərəkət edən zaman bir neçə nəfər mülki paltarda olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Mingəçevir şəhər polis şöbəsinin inzibati binasına gəlmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd Samsung A12 markalı mobil telefonu, sol yan cibindən isə H.Q.F oğlunun adına MPay proqramı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə göndərilmiş 55 manatlıq qəbz, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd 10 manatlıq və 3 ədəd 3 manatlıq pul əskinaslarını, 1 ədəd 1/4 hissəyə bölünmüş dərman həbini və 1 ədəd şəffaf sellafon bükümdə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd sellofan bükümü açılıb baxılarkən içərisindəkinin qəhvəyi rəngli, kəskin iyli kristallik maddə narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və sellofan bükümlə birlikdə narkotik vasitə heroinin çəkisi 0,10 qram, metadon həbinin çəkisi isə 0,11 qram olmuşdur. Bundan sonra o, narkotik vasitə olan heroini və 1/4 hissəyə bölünmüş dərman həbini aldığı ilə bağlı məlumatları qeyd etdiyi kimi polis əməkdaşlarına danışmışdır. Tərəzidə çəkildikdən sonra həmin sellofan büküm, metadon həbi onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış keçirilən zaman yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs şəxsən narkotik vasitə almadığını, belə ki, Təqsirləndirilən şəxs kart hesabına pul köçürdükdən sonra Qurbanla birlikdə şəhər ərazisində görüşdüklərini, Qurban ona narkotik vasitəni alacağı şəxsin narkotik vasitəni gizlədəcəyi yerin çəkib göndərdiyi şəklinə baxdıqdan sonra Qurbanla birlikdə Yevlax rayonu, Aran qəsəbəsinə gedərək orada avtomobildən bayıra çıxıb narkotik vasitə heroin və metadonu gizlədildiyi yerdən götürdüyünü, heroindən bir qədərini birlikdə istifadə etdiklərini, qalan hissəsi və metadonun isə özündə qaldığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi deyil, narkotik vasitələrin istifadəçisi kimi tanıdığını, dəfələrlə birlikdə narkotik vasitə heroin əldə edib istifadə etdiklərini, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilməsindən, eləcə də Qurbanın həmin narkotik vasitəni haradan, kimdən əldə etməsi barədə məlumatı olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Şahid3 və Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs və Şahid3 hər ikisi əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün cinayət məsuliyyətinə cəlb olunmuşlar. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 və o, Mingəçevir şəhər sakini Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid3 Mingəçevir şəhəri, Samux küçəsində yerləşən “Altun” şadlıq sarayının yaxınlığı ilə piyada hərəkət etdiyini görüb, Şahid3 yaxınlaşaraq, sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, Şahid3 polis şöbəsinə dəvət etmişlər. X5 Tağıyevə narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib, Şahid3 üzəriııə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şahid3 də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid3 təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanılması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Şahid3 də əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd «Samsung A12» markalı mobil telefonu, sol yan cibindən isə H.Q.F oğlunun adına «Mpay» proqramı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə göndərilmiş 55 manatlıq qəbz, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd 10 manatlıq və 3 ədəd 3 manatlıq pul əskinaslarını, 1 ədəd 1/4 hissəyə bölünmüş dərman həbini və 1 ədəd şəffaf sellafon bükümdə olan narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Bundan sonra Şahid3 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Şahid3 üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Şahid3 əynindəki şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi 1 ədəd sellofan büküm digər iştirakçıların yanında açılıb baxılarkən içərisindəkinin qəhvəyi rəngli, kəskin iyli kristallik kütlə, yəni narkotik vasitə heroin olduğu, 1 ədəd həbin isə ¼ hissə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 ədəd sellofan bükümün içərisində olan maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə ümumi çəkisi 0,10 qram, ¼ hissə həbb isə 0,11 qram olmuşdur. Sorğu zamanı Şahid3 həmin kütlənin narkotik vasitə heroin və metadon olduğunu, həmin narkotik vasitə-heroini və metadon həbini xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışı Qurban adlı şəxsdən Qurbanın kart hesabına 55 manat pul köçürdükdən sonra Qurbanla birlikdə Yevlax rayonun Aran qəsbəsi ərazisində daşın altında götürdüyünü və bir qədərini birlikdə istifadə etdiyini, qalan hissəsini isə narkotik vasitələrdən istifadə etdiyi üçün əynində olan şalvarın sağ yan cibində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Şahid3 üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlələr zərflərə qoyulub ağzı bağlanmış və zərflər Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Bundan sonra Şahid3 narkotik vasitəni əldə etdiyi Qurban adlı şəxsin xx.xx.1976-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Ağdaş rayonu, Ərəbocaq kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, 4№-li evin 3№-li mənzilində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində yaşadığı Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, 4 nömrəli yaşayış evinin yaxınlığı ilə piyada hərəkət etdiyini görüb, Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu bildirərək Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs özünün razılığı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə edilməsinə də etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları təqdim etsin. O da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 4 ədəd 1 manatlıq əskinas, əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd alışqan, gödəkcənin sağ yan cibindən 1 ədəd "Nokia" markalı mobil telefon, gödəkcənin sol yan cibindən 3 ədəd 10 qəpiklik, gödəkcənin sol iç cibindən 1 ədəd plastik bank kartı, göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız bükümə bükülmüş içərisində narkotik vasitə heroin olan şəffaf sellofan büküm çıxarıb könüllü təqdim etmiş və üzərində digər əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı əşya aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə sosial şəbəkələrdə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd 1 sellofan bükümü digər iştirakçıların yanında açılıb baxılarkən içərisindəkinin qəhvəyi rəngli, kəskin iyli kristallik kütlə, yəni narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 ədəd sellofan büküm içərisində olan maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə ümumi çəkisi 0,35 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub, qablaşdırılmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürləndi. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin iş yeri Xankəndi şəhər polis şöbəsinə dəyişdirildiyinə və xidməti vəzifəsinin icrası ilə əlaqədar məhkəməyə gələ bilmədiyinə görə məhkəmə istintaqında iştirakı mümkün olmamış Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd sellofan bükümün içərisindən ümumi təmiz çəkisi 0,224 qram olan narkotik vasitəheroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli baxış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, 4№-li evin 30№-li mənzilinə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında baxış keçirilərkən mənzilin mətbəxindəki mətbəx mebelinin üst dolabından içərisində cüzi miqdarda heroin hissəcikləri olan 1 ədəd başı kəsik formada olan ampula və 1 ədəd şpris aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə olan narkotik vasitə heroin aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, 4№-li evin 30№-li mənzilinə baxış keçirilərkən mənzilin mətbəxindəki mətbəx mebelinin üst dolabından içərisində cüzi miqdarda heroin hissəcikləri olan 1 ədəd başı kəsik formada olan ampula və 1 ədəd şpris aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/298 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər kütlə. '' sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 0,224 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanından aşkar olunmuş 1 ədəd başı kəsilmiş ampula və 1 ədəd şpris... " sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə ampulada və 01 (bir) ədəd 1 ml-lik şprisdə cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisinin müəyyən etmək və təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər kütlə. '' sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan heroin ilə üzərində “01 (bir) ədəd bükümdə- heroin. Şahid3 oğ.” yazısı olan 01 (bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki sellofana bükülmüş 01 (bir) ədəd kağız bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1084 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və xx.xx.2024-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması qərara alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələrlə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid3 üzərindən aşkar olunmuş 0,045 qram çəkidə narkotik vasitə heroinə münasibətdə Şahid3 və Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, həmin hissədə Şahid3 və Təqsirləndirilən şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün hazırki qərarın surəti aidiyyəti üzrə göndərilməsi qərara alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0,224 qram çəkidə narkotik vasitə heroinə münasibətdə Şahid3 barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi 4№-li evin 30№-li mənzilin mətbəxindəki dolabın üst rəfindən içərisində cüzi miqdarda heroin hissəcikləri olan 1 ədəd başı kəsik ampula və 1 ədəd şpris aşkar edilməsi xüsusatı üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə götürülmüş və iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,050 qram narkotik vasitə kütləsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,174 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd başı kəsik ampula və 1 ədəd şpris iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-160/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Həmidov X2 Şəhər Məhkəməsinin 1(051)-160/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzanın icrası ilə bağlı qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Tutulma müddətinin başlanğıcı 22 mart 2024–cü il tarixdən hesablanmışdır. Odur ki, məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 11 ay 19 günü icra olunmuş, 1 il 5 günü icra olunmamış qalmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2024–cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Həmidov X2 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,224 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini üzərində saxlayaraq daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,224 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlayaraq daşımış və 22 mart 2024-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, M.V.Vidadi küçəsində yerləşən 4№-li evin yaxınlığında saxlanılıb, Mingəçevir şəhər polis şöbəsinə aparılaraq, orada saat 16:35-dən 16:48-dək olan müddət ərizində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Həmidov X2 Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 11 ay 19 günü icra olunmuş, 1 il 5 günü icra olunmamış qalmışdır. xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin həmin maddəsi ilə qəsdən cinayət törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hökm qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, hökmlərin məcmusu qaydasında təyin edilməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il tarixdə doğulmuş Əli və xx.xx.2018-ci il tarixdə doğulmuş Məryəm adlı iki nəfər azyaşlı uşaqları vardır. Cinayət işi materiallarında olan 3 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə, həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs Həmidov X2 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəzasının 1 il 5 gün hissəsi icra olunmamış, yəni qanunla müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM-in 83-cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edilsə də, onun azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunması həmin Məcəllənin 18.4.4-cü maddəsinin tələbinə görə həmin məhkumluq cəza təyin edilməsi zamanı cinayətlərin residivi kimi müəyyən edilmir və nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, həmçinin müəyyən etdi ki, Həmidov X2 şəhər Məhkəməsinin xx.xx.2022– ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 1 il 5 gün hissəsi icra olunmamış, lakin təqsirləndirilən şəxs həmin hökm qanuni qüvvəyə mindikdən sonra, həmçinin təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməmiş yenidən, yəni xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Sonuncu cinayəti törətdikdən sonra Təqsirləndirilən şəxs ifşa olunmuş, barəsində ibtidai araşdırma aparılıb məhkəməyə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hökm qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, cinayətlərin məcmusu ilə deyil, hökmlərin məcmusu qaydasında təyin edilməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək, həmçinin cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 5 (gün) gün hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 6 (altı) ay 2 (iki) gün müddət, həmin Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən, hüquqazidd cəzalanmalı əməldir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Ona görə də təqsirləndirilən şəxsin yenidən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən cinayət törətməsi, yalnız əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd etməklə bitmir, habelə həmin cinayət əməli ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyəti, konkret-müəyyən insanın fərdi sağlamlığına qəsd edib ziyan vurulmasına səbəb olur. Bu hal isə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artırır və həmin cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan az ciddi cəza növünün təyin edilməsini, cəzanın məqsədlərinin təmin edilməsi baxımından istisna edir. Ona görə də məhkəmə həmin cinayətin əsas bilavasitə obyektinin əsas insan hüquqlarının tərkib hissəsi olan, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olduğunu nəzərə alır və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 mart 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz xx.xx.2024–cü il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 22 mart 2024-cü il tarixdən hesablanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(051)-110/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxılaraq onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.4–cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatlara sərf olunduqdan sonra qalan ümumi qalıq çəkisi 0,174 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin üzərində heroin hissəcikləri olan1 ədəd başı kəsik ampula və 1 ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 69 manat 10 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-160/2022 saylı xx.xx.2022ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 5 (beş) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 6 (altı) ay 2 (iki) gün müddət hazırkı hökmlə təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatlara sərf olunduqdan sonra qalan ümumi qalıq çəkisi 0,174 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin üzərində heroin hissəcikləri olan1 ədəd başı kəsik ampula və 1 ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69 manat 10 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar