Məhkəmə qərarları › İş №1(051)-111/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-111/2020

11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-111/2020 11.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Xüsusi ittihamçı: X2 Barəsində şikayət verilmiş şəxs: X1 iştirakı ilə X1 barəsində Azərbaycan Respublikası CM–in 148–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : X4 tərəfindən X1 barəsində Azərbaycan Respublikası CM–in 148–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. İş üzrə xüsusi ittihamçı X4 ərizəsini belə əsaslandırmışdır ki, yaxın qohumu X3 «FACEBOOK» soasial şəbəkəsində özünə məxsus və yaxud digər şəxslərin adlarına olan saxta profillərdən istifadə edərək, onu təhqir etmiş, onun barəsində rüsvayedici və böhtan xarakterli yazılar yazmışdır. Odur ki, şikayətinin məhkəmə icraatına qəbul edilməsini və məhkəmə baxışı təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM–nin 293.3.1–293.3.7–ci maddələrinin tələblərinə uyğun olub–olmamasının yoxlanmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM–in 293.3–cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Şikayət ərizəsindən görünür ki, şikayətçi CPM-in 293.3.1–293.3.7 –ci maddələrinin tələblərinə əməl etməmiş və şikayət ərizəsində nə özü, nə də barəsində şikayət verdiyi şəxs haqqında məlumatları (doğulduğu ili, məşğuliyyətinin növünü və vəzifəsini) qeyd etməmişdir. İş üzrə xüsusi ittihamçı X4 məhkəmə iclası zamanışikayət ərizəsinin məzmununa uyğun ifadə verdi, şikayətinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Barəsində şikayət verilmiş şəxs X3 məhkəmə iclası zamanı göstərdi ki, o, «FACEBOOK» səhifəsində X4 barəsində qeyri-etik ifadələr işlətmişdir. Əməlindən peşimandır. Hazırda Ə.Hüseynov ilə barışmışlar. Odur ki, məhkəmədən şikayətin icrata qəbul edilməsindən imtina olunmasını xahiş edir. Məhkəmə xüsusi ittihamçının və barəsində şikayət verilmiş şəxsin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası CPM– in 302–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu bu Məcəllənin 293.3.1–293.3.7–ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmayan formada tərtib edilmiş, həmçinin X4 məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq, qohumu X3 ilə barışdığından və verdiyi şikayətindən imtina etdiyindən, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, verilmiş şikayətin məzmunun bu Məcəllənin 293.3.1–293.3.7–ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmamasını və şikayət vermiş şəxsin şikayətindən imtina etməsini nəzərə alaraq, hesab edir ki, X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM–in 302.1.3–cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1–293.3.7–ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2.3–cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2–302.1.4, 302.1.6–302.1.8–ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərarlar çıxarır. Məhkəmə şikayətin məzmunun qanunun tələbinə uyğun olmamasını, şikayət vermiş şəxsin şikayətindən imtina etməsini nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM–in 293, 302–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti əsasında X1 barəsində Azərbaycan Respublikası CM–in 148–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına dair şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Məhkəmənin hakimi Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar