Məhkəmə qərarları › İş №1(051)-111/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-111/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-111/2021 27.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi ev 4, mənzil 21-də qeydiyyatda olan və Mingəçevir şəhər Günəşli bağ massivi 1-ci küçədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə tiryəkin şəxsi istehlak miqdarının yuxarı həddi 0,5 qram, həmin siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Buna baxmayaraq 01.02.2021-ci il tarixdə saat 15 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd sellofan bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 28,323 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və bir ədəd qızılı-ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,193 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımışdır. 01 fevral 2021-ci il tarixdə saat 15:45 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Samux küçəsində yerləşən “Zərif” şadlıq sarayının yaxınlığında saxlanılmışdır. Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı 1 (bir) ədəd sellofan bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 28,323 qram olan narkotik vasitə tiryək və bir ədəd qızılı-ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 1,193 qram olan narkotik vasitə heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin MSY-də onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 01.02.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivində yerləşən poçtun yanı ilə piyada hərəkətdə olan zaman bir ədəd sellofan torba görmüş və həmin bükümü götürüb içinə baxdıqda onun narkotik vasitə ola tiryək olduğunu görmüşdür. O əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün sellofan torbanın içərisində olan maddənin narkotik vasitə tiryək olduğunu tanımışdır. Bundan əlavə o, torbanın içərisində bir ədəd qızılı rəngli kağız büküm də tapmışdır. O həmin bükümü də açıb baxmış və bükümün içərisində olan maddənin heroin olduğunu tanımışdır. O, qızılı rəngli kağız bükümü yenidən bağlayıb tapdığı sellofan bükümün içərisinə qoymuş və həmin narkotik vasitələr tiryək və heroini daha sonra istifadə etmək üçün əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyub gizlədərək oradan uzaqlaşmışdır. 01.02.2021-ci il tarixdə saat 15:45 radələrində Mingəçevir şəhəri, Samux küçəsində yerləşən “Zərif” şadlıq sarayının yanı ilə piyada hərəkətdə olan zaman ona mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün vəkil X4 dəvət olunmuş, daha sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə tiryək və içərisində narkotik vasitə heroin olan qızılı rəngli kağız olan bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin bükümün içərisindəki kütlənin narkotik vasitə tiryək olduğunu, həmçinin sellofan bükümün içərisindəki qızılı kağız bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitələri 01.02.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivində yerləşən poçtun yanı ilə piyada hərəkətdə olan zaman yerdən tapdığını bildirmişdir. Daha sonra həmin sellofan büküm və içərisində narkotik vasitə heroin olan qızılı rəngli kağız büküm tərəzidə çəkilmiş, sellofan bükümün çəkisi 29,23 qram, qızılı rəngli kağız bükümün çəkisi isə 1,36 qram olmuşdur. Daha sonra həmin bükümlər onun, vəkilinin və iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o və vəkili də imza etmişlər. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Şahid X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01.02.2021-ci il tarixdə saat təxminən 15:45 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Samux küçəsi ilə piyada hərətkətdə olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Mingəçevir şəhəri Samux küçəsində yerləşən “Zərif” marketin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Kamil Yunusov dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü və bir ədəd sellofan bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin qızılı rəngli kağız büküm və sellofan büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində qızılı rəngli kağız bükümün içərisindəkinin narkotik vasitə heroinə oxşar kütlə, həmçinin sellofan bükümün içərisində narkotik vasitə tiryəkə oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlələrin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkilmiş, qızılı rəngli kağız bükümün ümumi çəkisi 1,36 qram, sellofan bükümün ümumi çəkisi isə 29,23 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd sellofan bükümün içərisindəki kütlənin narkotik vasitə tiryək olduğunu, həmçinin sellofan bükümün içərisindəki qızılı kağız bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitələri 01.02.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivində yerləşən poçtun yanı ilə piyada hərəkətdə olan zaman yerdən tapdığını bildirmişdir. Şahid2 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01.02.2021-ci il tarixdə saat təxminən 15:45 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Həziyev Orxan və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Samux küçəsi ilə piyada hərətkətdə olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Mingəçevir şəhəri Samux küçəsində yerləşən “Zərif” marketin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Kamil Yunusov dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü və bir ədəd sellofan bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin qızılı rəngli kağız büküm və sellofan büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində qızılı rəngli kağız bükümün içərisindəkinin narkotik vasitə heroinə oxşar kütlə, həmçinin sellofan bükümün içərisində narkotik vasitə tiryəkə oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlələrin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkilmiş, qızılı rəngli kağız bükümün ümumi çəkisi 1,36 qram, sellofan bükümün ümumi çəkisi isə 29,23 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd sellofan bükümün içərisindəki kütlənin narkotik vasitə tiryək olduğunu, həmçinin sellofan bükümün içərisindəki qızılı kağız bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitələri 01.02.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivində yerləşən poçtun yanı ilə piyada hərəkətdə olan zaman yerdən tapdığını bildirmişdir. İşdə olan 01.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bir ədəd qızılı rəngli kağız büküm və içərisində narkotik vasitə tiryəkə oxşar kütlə olan bir ədəd sellofan büküm aşkar edilmiş və həmin bükümlər Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə qablaşdırılmışdır. İşdə olan 02 fevral 2021-ci il tarixli diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bir ədəd qızılı rəngli kağız büküm və içərisində narkotik vasitə tiryəkə oxşar kütlə olan bir ədəd sellofan büküm aşkar edilmiş və həmin bükümlər Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə qablaşdırılmışdır. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2021-ci il tarixli 17/85 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....” sözləri yazılmış bir ədəd zərfin içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 28,323 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,193 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşdə olan maddi sübut kimi tanımaq haqqında 21.04.2021-ci il tarixli qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata təqdim olunan bir ədəd sellofan bükümdə təmiz çəkisi 28,323 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin tədqiqat üçün 0,05 qramı istifadə edildikdən sonra içərisində qalan 28,223 qramı, bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,193 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqat üçün 0,05 qramı istifadə edildikdən sonra içərisində qalan 1,143 qramı maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nə verilmişdir. İşdə olan məhkəmə narkoloji ekspertizasının 10.04.2021-ci il tarixli 420 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs oğlu 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə tiryəkin şəxsi istehlak miqdarının yuxarı həddi 0,5 qram, həmin siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Buna baxmayaraq 01.02.2021-ci il tarixdə saat 15 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd sellofan bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 28,323 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və bir ədəd qızılı-ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,193 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımışdır. 01 fevral 2021-ci il tarixdə saat 15:45 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Samux küçəsində yerləşən “Zərif” şadlıq sarayının yaxınlığında saxlanılmışdır. Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı 1 (bir) ədəd sellofan bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 28,323 qram olan narkotik vasitə tiryək və bir ədəd qızılı-ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 1,193 qram olan narkotik vasitə heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞnin MSY-də onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materialarında olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-102/2018 saylı, 03 sentyabr 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materialarında olan DİN BƏSİİ-nin 13.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Mingəçevir Şəhər Məhkəməsinin 03.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12.11.2019-cu il tarixdə isə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CMnin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi yəni, 01 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74- 1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs oğlu məcburi mülaicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 28,223 qram narkotik vasitə tiryək və 1,143 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 71,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 01 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 28,223 qram narkotik vasitə tiryək və 1,143 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar