Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-111/2023 26.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci ildə Ağdam rayonu, Xıdırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 594 mənzilli məcburi köçkün qəsəbəsi bina 3, mənzil 17-də yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi isteklak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 456,96 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuananı özü ilə daşıyaraq Mingəçevir şəhəri, Sağ Sahildə yerləşən fəaliyyətini dayandırmış qum-çınqıl karxanasının ərazisinə gətirmiş, həmin narkotik vasitənin 445 qram olan hissəsini bir ədəd sellofan torbanın içərisində həmin karxananın ərazisində köhnə dam örtüyünün altında gizlətməklə saxlamış, əldə etdiyi həmin narkotik vasitə - qurudulmuş marixuananın 11,96 qram hissəsini isə bir ədəd kağız bükümdə əynindəki qara rəngli şalvarın sol yan cibində saxlayaraq özü ilə daşımış, xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində Mingəçevir Şəhər Polis X3 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 3 saylı orta məktəbin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, həmin tarixdə saat 18:30-dan saat 18:37-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd kağız bükümünün içərisində təmiz çəkisi 11,96 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki qara rəngli şalvarın sol yan cibindən, xx.xx.2023-cü il tarixdə saat 19:00dan saat 19:08-də olan müddət ərzində Mingəçevir şəhər Sağ Sahildə yerləşən fəaliyyətini dayandırmış qum-çınqıl karxanasının ərazisinə baxış keçirilərkən həmin karxananın ərazisində dam örtüklərinin altından 445 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir və əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, polis əməkaşları tərəfindən saxlanılmamışdan bir neçə ay əvvəl Ağdaş rayonu ərazisində olan zaman yolun kənarında narkotik tərkibli çətənə bitkisinin olduğunu görmüşdür. Özü də narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bitkini tanımış və şəxsi istifadəsi məqsədilə həmin bitkini çıxarıb özü ilə götürmüşdür. Sonra həmin bitkini qurudaraq istifadə etmək üçün Mingəçevir şəhəri Sağ Sahildə yerləşən fəaliyyətini dayandırmış qum-çınqıl karxanasının ərazisində gizlətmiş və həmin narkotik vasitədən hissə-hissə olmaqla az miqdarda istifadə etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində yenidən həmin yerə gedərək orada gizlətdiyi narkotik vasitənin üzərindən bir qədər götürüb qurudulmuş marixuananı 1 ədəd kağız bükümə bükərək istifadəsi üçün özü ilə götürmüşdür. Ordan uzaqlaşaraq şəhər ərazisinə gəlmiş və Mingəçevir şəhəri, D.Əliyeva küçəsində yerləşən 3 saylı orta məktəbin yanında saat 17:50 radələrində hərəkətdə olan zaman polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Həmin vaxt şəxsi istifadəsi üçün üzərində saxladığı narkotik vasitə də üzərində olmuşdur. Polis şöbəsində X7 ona vəkil təyin olunmuş və hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmçinin ona üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kağız bükümdə olan kütlə elektron tərəzisində çəkilmiş və həmin kütlənin ümumi çəkisi 15,02 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitəni təxminən 1 il əvvəl Ağdaş rayonu ərazisindən çətənə bitkisini gətirib qurutmaqla əldə etdiyini, həmin bitkinin qurudulmasından əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuanı köhnə qum-çınqıl karxanası ərazisində saxladığını və üzərindən aşkar olunan kütləni də həmin kütlənin üzərindən götürdüyünü qalan narkotik vasitə olan qurudulmuş marixuananı isə karxananın ərazisində saxladığını bildirmişdir. Narkotik vasitə tərəzidə çəkildikdən sonra həmin 1 ədəd kağız bükümdə olan kütlə onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə narkotik vasitə olan qurudulmuş marixuananı karxana ərazisində gizlətdiyi yerə baxış keçirmişlər, baxış zamanı 1 ədəd sellofan bükümdə olan və karxana ərazisində gediş-gəliş olmayan ərazidə dam örtüklərinin altında gizlətdiyi narkotik vasitə olan qururudulmuş marixuananı təqdim etmişdir. Baxış zamanı aşkar olunan kütlə onun və digər iştirakçıların yanında çəkilmiş və çəkisi 465 qram olmuşdur. Bundan sonra kütlə qablaşdırlaraq möhürlənmiş, zərfin üzərinə və tərtib edilmiş protokola o da imza etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 və o Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, D.Əliyeva küçəsində yerləşən 3 saylı orta məktəbin yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Alıkişiyev X6 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X7 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi izah olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan kağız bükümü könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin kağız büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən əynindəki qara rəngli şalvarın sol yan cibindən aşkar olunmuş kağız bükümün içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. İçərisində narkotik vasitəyə oxşar kütlə olan həmin büküm elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi isə 15,02 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş kağız bükümdə olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni Ağdaş rayonu ərazisindən çətənə (kannabis) bitkisini yığıb qurutmaqla əldə etdiyini və həmin kütləni 1 ədəd sellofan bükümün içərisinə yığaraq Mingəçevir şəhəri, Sağ Sahildə yerləşən fəaliyyətini dayandırmış qum-çınqıl karxanasının ərazisində gizlətdiyini və həmin vaxt sellofan bükümdən bir qədər götürərək kağıza büküb istifadə etmək məqsədilə əynindəki qara rəngli şalvarın cibinə qoyduğunu və təxminən saat 17:50 radələrində yaşadığı Mingəçevir şəhəri, D.Əliyeva küçəsində yerləşən “3 saylı orta məktəbin” yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət olunduğunu bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs Ağdaş rayonu ərazisindən çətənə bitkisini yığıb qurutmaqla əldə etdiyi narkotik vasitə hesab edilən qudurulmuş marixuananı Mingəçevir şəhəri Sağ Sahildə yerləşən qum-çınqıl karxanasının ərazisində gizlədərək saxladığını bildirmişdir. Həmin əraziyə Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2, onun və vəkil X4 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Sağ Sahildə yerləşən fəaliyyətini dayandırmış qum-çınqıl karxanasının ərazisində içərisində qurudulmuş marixuana olan 1 ədəd sellofan bükümü köhnə dam örtüyünün altında gizlətdiyi yeri göstərək, sellofanın içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqdim olunmuş həmin 01 ədəd sellofan büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən sellofan bükümün içərisində olan kütlənin qurudulmuş marixuanaya oxşar narkotik vasitə olması müəyyən edilmişdir. Həmin sellofanda olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi isə 465 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kağız bükümün içərisində çəkisi 15,02 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Mingəçevir şəhəri Sağ Sahildə yerləşən qum-çınqıl karxanasına baxış keçirilən zaman Təqsirləndirilən şəxs karxana ərazisində köhnə dam örtüklərinin altına gizlətdiyi bir ədəd sellofan bükümünün içərisində çəkisi 465 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/454 №-li rəyinə əsasən, Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə (15.02 qram)...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 11,96 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs gizlətdiyini qeyd etdiyi yerdən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə ...” sözləri, adlar və imzalar yazılmış iç-içə keçirilmiş 01 (bir) ədəd sellofan torbanın içərisindəki təmiz çəkisi – 445 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd sellofan torbada və 01 (bir) ədəd ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. Qeyd: a) marixuananın təmiz çəkisi 11,96 qr. , tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 11,91 qr. B) marixuananın təmiz çəkisi 445,00 qr. , tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 444,95 qr. Aparılmış tədqiqatın qiyməti 35,97 manat. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1072 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan 11 iyun 2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və gizlətdiyi yerdən, yəni Mingəçevir şəhəri Sağ Sahildə yerləşən qum-çınqıl karxanasının ərazisindən aşkar olunaraq götürülmüş ekspertizadan sonra ümumi təmiz qalıq çəkisi 456,86 qram narkotik vasitə olan – qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işi materiallarında olan DİN yanında BƏSİİ-in xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan MKİS tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı dövr ərzində onun barəsində rəsmi orqanlardan və ya hər hansı bir qonşu tərəfindən heç bir şikayət xarakterli məlumat Mənzil Kommunal İstismar Sahəsinə daxil olmamışdır. Cinayət işi materiallarında olan Əlilin Vəsiqəsinin suətindən görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup ümumi səbəbdən əlildir. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 Təqsirləndirilən şəxs oğludur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Medalının vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin oğlu X8 “vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medallarla təltif olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi isteklak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 456,96 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuananı özü ilə daşıyaraq Mingəçevir şəhəri, Sağ Sahildə yerləşən fəaliyyətini dayandırmış qum-çınqıl karxanasının ərazisinə gətirmiş, həmin narkotik vasitənin 445 qram olan hissəsini bir ədəd sellofan torbanın içərisində həmin karxananın ərazisində köhnə dam örtüyünün altında gizlətməklə saxlamış, əldə etdiyi həmin narkotik vasitə - qurudulmuş marixuananın 11,96 qram hissəsini isə bir ədəd kağız bükümdə əynindəki qara rəngli şalvarın sol yan cibində saxlayaraq özü ilə daşımış, xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində Mingəçevir Şəhər Polis X3 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 3 saylı orta məktəbin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, həmin tarixdə saat 18:30-dan saat 18:37-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd kağız bükümünün içərisində təmiz çəkisi 11,96 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki qara rəngli şalvarın sol yan cibindən, xx.xx.2023-cü il tarixdə saat 19:00dan saat 19:08-də olan müddət ərzində Mingəçevir şəhər Sağ Sahildə yerləşən fəaliyyətini dayandırmış qum-çınqıl karxanasının ərazisinə baxış keçirilərkən həmin karxananın ərazisində dam örtüklərinin altından 445 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini, ikinci qrup əlilliyi olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, təqsirləndirilən şəxsin ailəsində vətən müharibəsi iştirakçısı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ikinci qrup əlilliyi olmasını və törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə saxlanıldığı Mingəçevir ŞPŞ-in MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdən 11 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-in 197 və 198-ci maddələrinə əsasən iş üzrə 35 manat 97 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 456,86 qram olan narkotik vasitə - qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdən 11 iyun 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 456,86 qram olan narkotik vasitə - qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. İş üzrə 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-111/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-111/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver