Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-111/2025 18.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi-Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci il tarixdə Ermənistan SSR-in Cermuk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İİ siyahının 118-ci bəndinə əsasən psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, ümumilikdə xeyli miqdarda, 4 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə, 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə 0,058 qram, 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,067 qram, 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə 0,055 qram və 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə 0,071 qram, ümumi təmiz çəkisi 0,251 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 10:58 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsində yerləşən «Elit» restoranının içərisində saxlanılıb, oradan restoranın qarşısına aparılaraq saat 11:01-dən 11:17-dək olan müddət ərzində üzəri yoxlanılarkən ümumilikdə 0,251 qram çəkidə psixotrop maddə metamfetamin onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək, götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, 6-7 ildir ki, Mingəçevir şəhəri, Kür çayı, Sahil parkında Elit restoranın qarşısında həm “parkovşik” həm də avtomobil yuyur. xx.xx.2025-ci il tarixdə saat 10:58 radələrində o, Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsində Elit kafenin içərisində dostu Sadiqlə birlikdə masada əyləşib mobil telefonunda oyun oynayırdı. Həmin vaxt mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün üzərinə yoxlanış keçirdilər. Lakin həmin vaxt üzərindən hər-hansı bir narkotik vasitə aşkar olunmadı. Həmin vaxt polis əməkdaşları, polis zabitləri Şahid6 və Şahid1 onu yerə yıxıb döyməyə başlamış və hər ikisi təpiklə onun bel və çiyin nahiyyəsinə vurmağa başlamışlar. O, yerdə uzanıqlı olan zaman polis əməkdaşları dörd bükümdə olan narkotik vasitələri yerə atıb onun olduğunu bildirmiş, o isə etiraz edərək yerə atılan narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Həmin vaxt orada dostu Sadiq də olmuşdur. Daha sonra o, polis əməkdaşlarının onu kabinetə keçirtdiklərini orada onu döyərək onların vermiş olduğu narkotik vasitəni üzərinə götürərək onun olmasını bildirmiş, o isə buna etiraz etmişdir. Bundan sonra polis əməkdaşları onu kafenin qarşısına çıxartmış və orada polis əməkdaşı Şahid5 dörd bükümü onun cibinə qoymuş, o da narkotikləri cibindən çıxardıb yerə atan zaman yenidən Şahid5 dörd bükümü onun cibinə qoymuş və telefon vasitəsi ilə çəkiliş olacağı üçün sakit durmağını bildirmişdir. O isə çəkiliş zamanı üzərindən aşkar edilmiş 4 ədəd bükümdə olan kütlənin ona məxsus olmadığını bildirmişdir. Üzərindən aşkar edilmiş 4 ədəd bükümlərdə olan psixotrop maddə metamfetamin ona məxsus deyil, həmin bükümləri onun üzərinə polis əməkdaşları qoymuşlar. Psixotrop maddə metamfetamin istifadəçisi kimi təxminən hadisədən 1 həftə öncə polis əməkdaşı Şahid1 onun yanına gələrək onu CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirəcəyini və bunun müqabilində ona 300 manat pul verəcəyini vəd vermiş, lakin o yalandan Şahid1 köməklik edəcəyini vəd etsə də, Şahid1 heç bir köməklik etməmiş, həmçinin polis əməkdaşı Şahid6 da ona dəfələrlə qeyri qanuni işlərlə məşğul olan şəxslər haqqında məlumat verməyini istəmişdir. Polis əməkdaşları tərəfindən döyülməyi barədə şikayət ərizəsini Mingəçevir şəhər Prokurorluğuna ibtidai istintaq zamanı hüquqlarını müdafiə edən vəkil Fərid Əliyev yazmışdır. Hətta iki gün PŞ-də saxlanılan zaman əməliyyatçı Şahid1 gəlib təzyiqlər göstərərək, yalan ifadələr verməyi təklif edirdi. X10 zəng vurmuşdur. Maşınına benzin gətirmək üçün əlaqə saxlayıb. Məhkəmə ekspertizası 20 gündən sonra keçirildi. Bu müddət ərzində evdə yatıb, müalicə götürmüşdür. Ona görə də özünü təqsirli bilmir və məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-ın ə/m-li vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid3 və Vəliyev X3 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsi, Sahil parkı, Elit restoranında görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirmiş və üzərinə video çəkiliş aparılmaqla yoxlanış keçiriləcəyini və videoçəkilişdən istifadə edilməklə keçirildiyi üçün hal şahidlərinin iştirakının məcburi olmadığını bildirmişdirlər. Təqsirləndirilən şəxs isə üzərinə yoxlanış keçirilməsinə etiraz etmədi. Bundan sonra Təqsirləndirilən şəxs Elit restoranın qarşısına aparılmış və orada Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən sonuncunun əynindəki qara rəngli şalvarın sağ yan cibindən 4 ədəd gümüşü ağ rəngli kağız bükümlər aşkar edilmişdir. Həmin bükümlər açılıb içərisinə baxış keçirilən zaman bükümlərin içərisindəkinin spesifik iyindən və rəngindən psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümlərin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər hər biri elektron tərəzidə çəkilmiş və 4 ədəd bükümlərin ümumilikdə çəkisi 0,45 olmuşdur. Daha sonra həmin içərisində psixotrop maddə metamfetamin olan bükümlər qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Məmmədov X5 ŞPŞ-nə gətirilmiş və Mingəçevir ŞPŞ-nin təhqiqatçısı tərəfindən müdafiəçinin iştirakı ilə AR CM-in 234.1 -ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılan zaman orada Sadiq adlı şəxs və polis əməkdaşı Şahid6 orada olmamış, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixoloji zor tətbiq edilməmiş və heç kim tərəfindən onun üzərinə psixotrop maddə və yaxud narkotik maddə qoyulmamışdır. Təqsirləndirilən şəxs ilə heç bir halda 300 manat müqabilində sonuncunun AR CM-in 234.1 -ci maddəsi ilə sənədləşdirilməsi barədə aralarında söhbət olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Mingəçevir ŞPŞ-nin, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs Mingəçevir şəhər sakini tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur, xx.xx.2025-ci il tarixdə Məmmədov X5 şəhəri, Elit restoranında saxlanılıb restoranın qarşısına çıxarılan zaman və restoranda olan zaman Təqsirləndirilən şəxs heç bir şəxs tərəfindən fiziki və psixoloji təyziq göstərilməmişdir, heç bir şəxs tərəfindən Təqsirləndirilən şəxs üzərinə hər hansı bir narkotik və ya psixotrop maddə qoyulmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olub, saxlanılan zaman müqavimət göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər sakini tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur, xx.xx.2025-ci il tarixdə Məmmədov X5 şəhəri, Elit restoranında saxlanılıb restoranın qarşısına çıxarılan zaman və restoranda olan zaman Təqsirləndirilən şəxs heç bir şəxs tərəfindən fiziki və psixoloji təyziq göstərilməmişdir, heç bir şəxs tərəfindən Təqsirləndirilən şəxs üzərinə hər hansı bir narkotik və ya psixotrop maddə qoyulmamışdır. Hadisə yerinə çatanda, artıq üzərinə baxış çəkilişi aparılırdı. Əməliyyatda iştirak etmiş olsaydı çəkilişə də, düşərdi. Təqsirləndirilən şəxs həmin vaxt həyacanlı olub əməliyyatçı Şahid2lə onu səhv salır. Həmin vaxt heç maşından düşməmişdir. Gördü ki, artıq çəkiliş gedir, sənədləşmə aparırlar, o yaxınlaşmamış, çıxıb getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 20 ildir ki, Mingəçevir şəhəri, Sahil parkında Təqsirləndirilən şəxsla avtomobil yuyaraq pul qazanırdı. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs ona zəng vurub onu Mingəçevir şəhəri, Sahil parkında yerləşən Elit kafesində çay içməyə dəvət etmiş, o, həmin tarixdə həmin saatda Mingəçevir şəhəri, Elit restorana gəlmişdir, Roman çay sifariş vermiş, çay gəlincə polis əməkdaşları gəlmişdir, üzərinə baxış keçirdilər, onun üzərində heç nə aşkar etməmişlər. Sonra Romanın üzərinə baxış keçirdilər, heç nə yox idi. Polis əməkdaşları Elvin və Məhəbbət Romanı yerə yıxıb döydülər. Həmin vaxt yerdən nə isə götürdülər. Həmin bükümləri kim atmışdı bilmir. Onu kafedən çıxardılar. Sonra isə polis əməkdaşları Romanı kafedən çıxardılar və Romanın üzərinə baxış keçirilməsi üçün videokamera ilə çəkiliş getdiyini görüb oradan uzaqlaşmışdır. Romanın narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. PŞ-də iki dəfə ifadə verdi. Romanın içki aludəçisi olduğunu bilirdi, narkotik istifadə etdiyini görməmişdir. Prokurorluqda və Polis şöbəsində ifadə vermişdir. Polis şöbəsində Elxan və Murad müəllim təzyiqlər göstərdilər. İfadəsində narkotik vasitə istifadəsini görmədiyini yazmışdır. Faktiki hazırda Gəncədə yaşayır. Kafedə Romanla ikisi olmuş, 10-15 dəqiqədən sonra polis əməkdaşları, Məhəbbət, Dilqəm və Elvin gəldilər. Məhəbbət Romanı vurdu yerə yıxdı. Romanı yoxladılar, Romanın üzərində heç nə olmadı, heç bir etiraz etmədi. Sadəcə bildirdi ki, ədalətsizlik edirlər, həmin vaxt Məhəbbət dirsəyi ilə Romanın kürəyindən vurub yerə yıxdı. Əməliyyatçı Romanın əlindən tutub apardı. 3-4 büküm əməliyyatçının əlində gördü. Romanı aparıb maşına mindirdilər, ona da sərt şəkildə kənarda durmağını dedilər. Elvin qolundan tutmuşdu, döydüyünü görmədi. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan psixotrop maddə metamfetaminin onun üzərindən aşkar edilməməsi ilə bağlı istinad etdiyi dəlillər, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını və üzərindən psixotrop maddə metamfetaminin aşkar olunduğunu etiraf etməyə məcbur edildiyini, bununla da o, pis rəftara məruz qaldığını bildirmişdir. xx.xx.2025-ci il tarixli DVD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 4 ədəd gümüşü-ağ rəngli kağız bükümlər aşkar edilmişdir. Həmin 4 ədəd gümüşü-ağ rəngli kağız bükümlər açılıb içərisinə baxış keçirilən zaman spesifik iyindən və rəngindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuş və həmin bükümlər tərəzidə çəkilən zaman həmin bükümlərdəki kütlənin ümumi çəkisi 0,43 qram olmuşdur. Bundan başqa, xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru, baş ədliyyə müşaviri Azad Fətullayev, Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa və işgəncələrə məruz qalması barədə vəkili Fərid Əliyevin müraciəti əsasında aparılan araşdırma nəticəsində toplanmış 48C-24 №-li materialı nəzərdən keçirmiş, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şahid4 izahatı işin digər halları ilə təsdiqini tapmadığından və dostu Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıdığından rədd edilməsi qərara alınmışdır. Həmçinin həmin qərarda məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 21 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilmədiyi göstərilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zor tətbiqinə məruz qalması, psixotrop maddənin onun üzərinə qoyulması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini bütövlükdə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə, həmçinin Şahid4 ifadəsini də mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, şahidin məhkəmə iclası zamanı verdiyi ifadəsində, Romanın üzərinə baxış keçirilməsi, heç nə olmaması, polis əməkdaşları Elvin və Məhəbbətin Romanı yerə yıxıb döymələri, həmin vaxt yerdən nə isə götürmələri, həmin bükümləri kimin atdığını bilməməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli DVD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 4 ədəd gümüşü-ağ rəngli kağız bükümlər aşkar edilmişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa və işgəncələrə məruz qalması barədə vəkili Fərid Əliyevin müraciəti əsasında aparılan araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, həmçinin həmin qərarda məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli rəyində də Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət izinin aşkar edilmədiyi göstərilmişdir. Göründüyü kimi Şahid4 ifadəsində istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlularla öz təsdiqini tapmamışdır. Bununla belə məhkəmə şahidin ifadəsini bütövlükdə şübhə altına almasa da, nəzərə alır ki, Şahid4 təqsirləndirilən şəxslə uzun müddət dostluq münasibətində olmuşdur. Ona görə də məhkəmə şahidin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini tanışlıq münasibətinin təsiri altında verilmiş ifadə kimi qiymətləndirərək inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla belə, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən dörd ədəd kağız bükümlərdə ümumi çəkisi 0,45 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 4 ədəd gümüşü-ağ rəngli kağız bükümlər aşkar edilmişdir. Həmin 4 ədəd gümüşü-ağ rəngli kağız bükümlər açılıb içərisinə baxış keçirilən zaman spesifik iyindən və rəngindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuş və həmin bükümlər tərəzidə çəkilən zaman həmin bükümlərdəki kütlənin ümumi çəkisi 0,43 qram olmuşdur. Həmin 4 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan kütlə tərəzidə çəkildikdən sonra proses iştirakçıları tərəfindən imzalanaraq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs içərisində psixotrop maddə olan metamfetaminə oxşar olan kütlənin ona məxsus olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/3 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə....” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 04 (dörd) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrı rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,058 qram, 0,067 qram, 0,055 qram, 0,071 qram, ümumi təmiz çəkisi-0,251 qram olan maddələr kustar üsulla hazırlanmış psioxtrop maddə-metamfetamindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 318 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir.Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 63 nömrəli rəyindən görünür ki, Məmmədov X2 XBT-10(psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərinə cavab verə bilmək, onlara rəhbərlik etmək qabiliyyətinə malikdir və Məmmədov X2 XBT- 10(psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən qeyd edilən cinayət əməlini törədən vaxt anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,251 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,171 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması və saxlanca verilməsinin nəzərə alınması qərara alınmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində AR CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini haradan əldə etməsini müəyyən edilməsi üçün cinayət işindən material ayrılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru, baş ədliyyə müşaviri Azad Fətullayev, Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa və işgəncələrə məruz qalması barədə vəkili Fərid Əliyevin müraciəti əsasında aparılan araşdırma nəticəsində toplanmış 48C-24 №-li materialı nəzərdən keçirmiş, qərarın təsviriəsaslandırıcı hissəsində göstərilənlərə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şahid4 izahatı işin digər halları ilə təsdiqini tapmadığından və dostu Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıdığından rədd edilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 21 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilmədi. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubundan görünür ki, Məmmədov X5 Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından 20% pul tutulmaqla 1 il müddətində islah işləri cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, ümumilikdə xeyli miqdarda, 4 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə, 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə 0,058 qram, 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,067 qram, 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə 0,055 qram və 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə 0,071 qram, ümumi təmiz çəkisi 0,251 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, ümumilikdə xeyli miqdarda, 4 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə, 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə 0,058 qram, 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,067 qram, 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə 0,055 qram və 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə 0,071 qram, ümumi təmiz çəkisi 0,251 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 10:58 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsində yerləşən «Elit» restoranının içərisində saxlanılıb, oradan restoranın qarşısına aparılaraq saat 11:01-dən 11:17-dək olan müddət ərzində üzəri yoxlanılarkən ümumilikdə 0,251 qram çəkidə psixotrop maddə metamfetamin onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək, götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tam, hərtərfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il tarixdə doğulmuş Dəniz adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən, hüquqazidd cəzalanmalı əməldir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Ona görə də təqsirləndirilən şəxsin narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən cinayət törətməsi, yalnız əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd etməklə bitmir, habelə həmin cinayət əməli ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyəti, konkret-müəyyən insanın fərdi sağlamlığına qəsd edib ziyan vurulmasına səbəb olur. Bu hal isə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artırır və həmin cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan az ciddi cəza növünün təyin edilməsini, cəzanın məqsədlərinin təmin edilməsi baxımından istisna edir. Ona görə də məhkəmə həmin cinayətin əsas bilavasitə obyektinin əsas insan hüquqlarının tərkib hissəsi olan, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olduğunu nəzərə alır və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2025–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2025–ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, xx.xx.2025–ci il tarixdə saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hesab edir ki, Məmmədov X2 XBT-10(psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyi keçirdiyindən, onun barəsində narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Belə ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli, 39 saylı Qərarının 3-cü bəndinə görə narkomanlıq xəstəliyinə düçar olmuş psixi xəstələrə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,171 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,171 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 manat 94 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-111/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-111/2025
18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver