Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-112/2020 15.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi- Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Bərdə rayonu, Qarağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatda olan və ünvan 1 mənzil 11 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2020-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 9 saylı binanın qarşısında yerləşən saxlanc yeri hesab olunan qarajın qıfılını dəmir parçası ilə sındıraraq qanunsuz daxil olub oradan bir ədəd 150 manat dəyərində “Start” markalı və bir ədəd 75 manat dəyərində “Salute” markalı velosipedləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs 225 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd ağ-qara rəngli kağız bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,968 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində, şəhərin Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətində olan girişində saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin MSY-də onun əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mütəmadi olaraq narkotik vasitə heroindən istifadə edir. Zərərçəkmiş şəxs Mingəçevir şəhər polis şöbəsinə yazmış olduğu ərizə ilə tanış olmuşdur. Təxminən 2020-ci ilin mart ayının axırlarında gecə saatlarında Mingəçevir şəhəri A.Məmmədov küçəsi ilə hərəkət edərkən A.Məmmədov küçəsi 9 saylı bina ilə Nizami küçəsi 3 saylı binanın qarşısında yerləşən qarajı görmüşdür. O, ətrafa nəzər yetirib ətrafda heç kimin olmadığını və binanın qarşısının qaranlıq olduğunu görmüş və həmin qarajdan oğurluq etmək qərarına gəlmişdir. O bundan sonra yerdən dəmir parçası tapmış və qarajın qapısının qıfılını həmin dəmir parçası ilə sındırıb qaraja daxil olmuşdur. O, qarajı axtarıb oradan iki ədəd velosiped tapmış, həmin velosipedləri götürüb yaşadığı binanın blokunda yerləşən zirzəmidə gizlətmişdir. Lakin o, müştəri tapa bilmədiyi üçün sonradan həmin velosipedləri sata bilməmişdir. O, xx.xx.2020-ci il tarixdə həmin velosipedləri gətirib Mingəçevir şəhər polis şöbəsinə təhvil vermişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 13 saylı tam orta məktəbin qarşısından keçərkən yerdən bir ədəd siqaretin ağ-qara rəngli kağızına bükülmüş büküm tapmışdır. O həmin bükümü açıb baxmış və əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün açıb baxdıqda içərisindəkinin narkotik vasitə heroin olduğunu görmüşdür. O, içərisində heroin olan ağ-qara rəngli bükümü əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibinə qoyaraq gizlətmişdir. xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində Yevlax rayonundan Mingəçevir şəhərinə qayıdarkən tapdığı narkotik vasitə olan heroin əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibində olmuşdur. Şəhərin Yevlax rayonu, Xaldan qəsəbəsi istiqamətində olan girişində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil X2 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən içərisində heroin olan bir ədəd ağ-qara rəngli kağız büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Həmin bükümdə olan kütlənin spesifik iyindən və rəngindən narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və bükümün ümumi çəkisi 1,22 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 13 saylı tam orta məktəbin qarşısından keçərkən yerdən tapdığını bildirmişdir. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun, vəkilinin və iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o və vəkili də imza etmişlər. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir.. Əməlindən peşmandır. Ona cəza təyin olunarkən səmimi peşimançılığını və himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəzanın təyin olunmasını xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə o, müraciət etmişdir. Yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 9 saylı binanın qarşısında ona məxsus qaraj vardır. O, özünə məxsus iki ədəd velosipedi həmin qarajda saxlayırmış. O, 2020-ci ilin fevral ayının ortalarında Bakı şəhərinə getmişdir. Həmin vaxtdan sonra o, 2020-ci ilin mart ayının 18 və 19-da Novruz bayramı münasibətilə Mingəçevir şəhərinə yaşadığı mənzilə qayıtmışdır. Həmin vaxt qarajın qapısının qıfılı üzərində olmuşdur. Bayramdan 2-3 gün sonra də o, qaraja baxmağa getmiş və qarajın qapısının qıfılının sındırıldığını, içəridən ona məxsus 2 ədəd velosipedin oğurlandığını aşkar etmişdir. Bir neçə gün özü soraqlaşıb tapa bilmədikdən sonra xx xxxxx 2020-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə polis əməkdaşı onu polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində onu tanımadığı bir otağa dəvət etmişlər. Otağa daxil olduqda otaqda iki ədəd velosiped olduğunu görmüşdür. O həmin velosipedləri nəzərdən keçirtmiş və ona məxsus qarajdan oğurlanmış bir ədəd “Start” və bir ədəd “Salute” markalı velosipedləri tanımışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Buna görə də təqsirləndirilən şəxs barəsində yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Məhiyyəddin oğlu ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatlar əsasında tərəfindən Təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işi açılmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etmək məqsədilə “vətəndaşların sorğusu” əməliyyat-axtarış tədbiri keçirilməsi barədə tərəfindən müvafiq qərar qərar qəbul edilmiş və həmin qərar Mingəçevir şəhər polis şöbəsinin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 18:30 radələrində Mingəçevir ŞPŞ-in PPXB-nün polis nəfəri Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin Yevlax rayonu, Xaldan qəsəbəsi istiqamətində olan girişində olarkən görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Yusifov X1 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil Müsaqif Hüseynov dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd siqaretin ağ-qara kağızına bükülmüş büküm çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bir ədəd siqaretin ağ-qara kağızına bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində heroinə oxşar narkotik vasitə olan kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin bir ədəd içərisində heroin olan bükümün ağ-qara rəngli kağız ilə birlikdə çəkisi 1,22 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd ağ-qara rəngli kağıza bükülmüş bükümdə olan kütlənin heroin olduğunu, həmin heroini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 13 saylı tam orta məktəbin qarşısından keçərkən yerdən taparaq üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsində göstərdiyi xususatları öz ifadəsində təstiq etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır və aralarında münasibətlər normal olmuşdur. 2020-ci ilin mart ayının sonları yəni Novruz bayramımdan sonra Ramilin velosiped sürdüyünü görmüşdür. Ondan velosipedi hardan aldığını soruşduqda təzə aldığını bildirmişdir. Ramili tez-tez görməsinə baxmayaraq onun velosipedi sürməsini görməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus qarajdan oğurladığı iki ədəd velodiped Təqsirləndirilən şəxs götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd qara-ağ rəngli kağız bükümün içərisində ümumi çəkisi 1,22 qram olan narkotik vasitə – heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli diskə baxış protokoldan görünür ki, diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd qara-ağ rəngli kağız bükümün içərisində ümumi çəkisi 1,22 qram olan narkotik vasitə – heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 17/211 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,968 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/1840 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus qarajdan oğurlanmış bir ədəd üzərində “Salute Navigator” sözləri yazılmış velosipedin qiyməti 75 manat, bir ədəd üzərində “Start Coorier” sözləri yazılmış velosipedin qiyməti isə 150 manat müəyyən edilir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 590 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomanlıq xəstəliyindən əzab çəkmir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. İş materiallarında olan tələbnamədən görünür ki, Yusifov X1 Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarına əsasən cəzasının 8 ay 4 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan cinayət hadisəsinin törədilmə vaxtına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahid Ruslan Hacıyevev məhkəmə iclasında verdikləri ifadələrində zərərçəkmiş şəxsə məxsus velosipedlərin Novruz bayramından sonra yəni, xx.xx.2020-ci il tarixdən sonrakı tarixdə təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını göstərmişlər. Bunu istisna edən heç bir sübut ittiham tərəfi tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Qanunun bu tələbini nəzərə alaraq məhkəmə sözügedən cinayət hadisəsinin xx.xx.2020-ci il tarixdən sonraki tarixdə, yəni 2020-ci ilin mart ayının sonlarında baş verməsi qənaətindədir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu xx.xx.2020-ci il tarixdə ödənildiyi üçün o, məhkumluğu olmayan şəxs sayılır və onun barəsində residivə görə cəza təyin edilə bilməz. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2020-ci ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 9 saylı binanın qarşısında yerləşən saxlanc yeri hesab olunan qarajın qıfılını dəmir parçası ilə sındıraraq qanunsuz daxil olub oradan bir ədəd 150 manat dəyərində “Start” markalı və bir ədəd 75 manat dəyərində “Salute” markalı velosipedləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs 225 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd ağ-qara rəngli kağız bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,968 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində, şəhərin Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətində olan girişində saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞnin MSY-də onun əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və dəymiş ziyanı tam olaraq ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətlərin az ağır cinayət olmasını, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini belə ki, Təqsirləndirilən şəxs ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri cinayətlərin məcmuyunu yaratdığına və həmin cinayətlər az ağır cinayətlər olduğuna görə, ona Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, onun şəxsiyyətini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza təyin olunmasını əsaslı və qanuni hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci ildən xx xxxxx 2020-ci il tarixədək 2 gün müddətinə şübhəli şəxs kimi həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci ildən xx xxxxx 2020-ci il tarixədək 2 gün gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümimi 0,918 qram heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Zərərçəkmiş şəxs məxsus iki ədəd velosiped ona qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AzərbaycanRespublikasıCM-nin 66.2-ci maddəsinəə sasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci ildən xx xxxxx 2020-ci il tarixədək 2 gün gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,918 qram heroin qalığı məhv edilsin. Zərərçəkmiş şəxs məxsus iki ədəd velosipedin ona qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-112/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-112/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver