Məhkəmə qərarları › İş №1(051)-112/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-112/2021

30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-112/2021 30.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs-xx.xx.1972-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Mingəçevir şəhəri, Q.Nəbi küçəsi ev 44-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 yanvar 2021-ci il tarixdə gecə saat 03 radələrində idarə etdiyi «Chevrolet Cruze» markalı avtomobillə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 2 saylı binanın qarşısı ilə hərəkətdə olarkən, həmin binanın qarşısında Zərərçəkmiş şəxs məxsus «VAZ 21074» markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətdə olduğunu görüb, onu qaçırmaq qərarına gəlmiş, bu məqsədlə özünə məxsus avtomobildə saxladığı vintaçanı götürərək Zərərçəkmiş şəxs məxsus «VAZ 21074» markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, qapısını açdıqdan sonra mühərriki işlək vəziyyətədə gətirən naqilləri kəsərək bir-birinə calayıb mühərriki işə salaraq Zərərçəkmiş şəxs məxsus avtomobilin sükanı arxasına keçib, avtomobili Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 2 saylı binanın qarşısından Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayan qohumu Şahid4 yaşadığı evinədək sürüb, Zərərçəkmiş şəxs məxsus «VAZ 21074» markalı, **-LA- *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş, yəni qaçırmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasnda verdiyi ifadəsində bildirdi ki, 28.01.2021-ci il tarixdə gecə saatlarında tanışı X1 ilə birlikdə ona məxsus “Chevrolet Cruze” markalı avtomobillə şəhər ərazisində gəzirdilər. Onlar binaların qarşısı ilə gəzməyə başladılar. Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 2 saylı binanın qarşısında olarkən o, binanın qarşısında bir ədəd ağ rəngli “VAZ 21074” markalı avtomobil gördü. O, həmin avtomobili qaçırıb sürmək qərarına gəldi. Həmin binanın qarşısı qaranlıq idi. O, özünə məxsus avtomobili bir qədər aralıda saxladı və İlhamdan onun avtomobilini idarə etməyini, “VAZ 21074” markalı avtomobilin qohumuna məxsus olduğunu, həmin avtomobili qohumundan götürəcəyini dedi. İlham razılaşdı. Bundan sonra “VAZ 21074” markalı avtomobilə yaxınlaşaraq avtomobilin qapısını öz avtomobilindən gizli olaraq götürdüyü vintaçanla açdı, həmin avtomobilə əyləşdi və avtomobili açar olmadan, naqilləri kəsib bir-birinə calamaqla işə saldı və avtomobili idarə etməyə başladı. İlham da onun arxasınca ona məxsus avtomobillə gəldi. Sonra digər tanışı olan Allahverdini götürmək və birlikdə Şəki rayonuna getmək qərarına gəldi. Bundan sonra avtomobili Allahverdinin yaşadığı evin qarşısına sürdü və Allahverdini çağırdı. Allahverdi küçəyə çıxdı. Onlar salamlaşdı və o, Allahverdiyə birlikdə Şəki rayonuna getmələrini dedi. Allahverdi ondan avtomobilin kimə məxsus olduğunu soruşdu və o, Allahverdiyə avtomobilin qohumuna məxsus olduğunu, avtomobilin işığının işləmədiyini və maşını düzəltdirmək üçün qohumundan götürdüyünü dedi. Onlar bundan sonra Şəki rayonuna yola düşdülər. VAZ 21074 markalı avtomobili o, idarə etdi, Allahverdi onun yanında əyləşdi. Ona məxsus avtomobili isə İlham idarə etdi. Onlar Şəki rayonuna gedib yemək yeyib, geri qayıtmağı qərarlaşdırdılar. Yolda olarkən avtomobilin mühərriki qızdığından yola davam edə bilməyəcəklərini bildi və avtomobili Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayan qayınatasının qardaşı Kənana məxsus evə apardı. Avtomobili Kənana məxsus yaşayış evinin həyətyanı sahəsinə qoydu. Onlar həmin evdə oturub çay içdilər və oradan çıxıb Mingəçevir şəhərinə qayıtdılar. Əməlindən peşmandır. Hazırda Bəhruz ilə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirdi ki, “VAZ 21074” markalı, **- LA-*** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ilin sentyabr ayında Namiq adlı şəxsdən etibarnamə ilə almışdı. 27.01.2021-ci il tarixdə saat 23 radələrində işlədiyi Mingəçevir şəhəri, Ş.l.Xətai küçəsində yerləşən keçmiş “Uşaq xəstəxanası”-nın yaxınlığındakı aptekdən çıxıb evə getdi. Avtomobili binanın qarşısında saxladı, qapılarını bağlayıb evə getdi. 28.01.2021-ci il tarixdə saat 08 radələrində yaşadığı mənzildən çıxıb binanın qarşısına düşdü. Binanın qarşısında ona məxsus avtomobilin yerində olmadığını gördü və avtomobilinin qaçırıldığını bilib bu barədə polis şöbəsinə müraciət etdi. Müəyyən edildi ki, onun avtomaşınını Təqsirləndirilən şəxs aparmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə xitam verilməsini xahiş edir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Mingəçevir ŞPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27.01.2021-ci il tarixdən 28.01.2021 -ci il tarixə keçən gecə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 2 saylı binanın qarşısından Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılmasında Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs iştirak etməsi keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edildikdən sonra Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Orxan Hüseynov, Şahid2, Şahid1, Qafar Şərifov, İlkin Kərimli və o, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısında olması barədə məlumat alıb oraya getdilər. Onlar oraya çatanda Təqsirləndirilən şəxs özünə məxsus “Chevrolet Cruze” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olduğunu gördülər. Onlar həmin avtomobilə yaxınlaşıb özlərini təqdim edib Təqsirləndirilən şəxs birlikdə polis şöbəsinə gəlməsini təklif etdlər. Lakin Təqsirləndirilən şəxs onların qanuni tələblərinə əməl etməyərək avtomobili hərəkətə başladıb oradan uzaqlaşdı. Onlar Təqsirləndirilən şəxs ardınca avtomobillə hərəkət etməyə başladılar. Onlar Mingəçevir şəhəri, Q.Nəbi küçəsinədək Azərin ardınca getdilər və Azərə bir neçə dəfə DYPB-nin əməkdaşları tərəfindən saxla əmri verilmişdir. Sonda Təqsirləndirilən şəxs qanuni tələblərinə əməl etmədiyini görüb Azərin avtomobilinin qarşısını kəsdilər və Təqsirləndirilən şəxs avtomobili saxlamaq məcburiyyətində qaldı. Təqsirləndirilən şəxs avtomobildən düşürdüb Mingəçevir şəhər polis şöbəsinə gətirdilər. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs qardaşı Oktayın kürəkənidir. Azər əvvəllər bir neçə dəfə ona məxsus yaşayış evinə gəlmişdi və ona məxsus evi tanıyırdı. 28.01.2021-ci il tarixdə saat təxminən 06 radələrində yaşadığı evdə olarkən darvazanın döyüldüyünü eşitdi. Həmin vaxt evdə həyat yoldaşı Aybəniz, anası Şölə, həmçinin oğlu Cəmil və Cəmilin ailəsi olmuşdur. O, evin həyətinə çıxıb darvazaya tərəf getdi, darvazanı açanda darvazanı döyənin Azər olduğunu gördü. Azərdən nə üçün gəldiyini soruşduqda Azər ona dostları ilə birlikdə Şəki şəhərinə getdiklərini, yolda avtomobillərinin xarab olduğunu, avtomobili kəndirlə özünə məxsus avtomobilə qoşub gətirdiklərini, avtomobili ona məxsus evin həyətyanı sahəsinə qoymalarını, daha sonra avtomobili gəlib götürəcəklərini dedi. O, Azərlə razılaşdı. O, darvazanı tam açdı və Azərin yanında olan 2 nəfər şəxs avtomobili itələyərək ona məxsus evin həyətyanı sahəsinə saldılar. Həmin avtomobil ağ rəngli, “VAZ 21074” markalı avtomobil olmuşdur. Lakin o, avtomobilin dövlət qeydiyyat nişanına fikir vermədi. O, həyat yoldaşına qonaqlar üçün çay hazırlamağını dedi. Həmin şəxslər çay içən vaxt oğlu Cəmil də oyandı və həmin şəxslərlə birlikdə çay içməyə başladı. Həmin şəxslər çay içib çıxıb getdilər. Onlar isə gedib yatdılar. Səhər saatlarında oyanandan sonra o, avtomobilə baxdı və avtomobilin dövlət qeydiyyat nişanlarının olmadığını gördü. O bu barədə oğlu Cəmildən soruşanda Cəmil ona Azərin avtomobilin qeydiyyat nişanlarını açıb apardığını dedi. Təqsirləndirilən şəxs ona məxsus yaşayış evinə qoyduğu avtomobili qaçırtması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs əməli digər şahidlər- Şahid1, Şahid2, Şahid5, Şahid6 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 124-cü vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur və əvvəllər o, cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinin qeydində göstərilir ki, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72–ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, icraata xitam verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, icraata xitam verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışdığına görə onun barəsində Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki tələb və ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut olan “VAZ 21074” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, Cinayət Prosessual Məcəlləsinin 37.4, 40.2, 43.3, 321.1, 321.2 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan “VAZ 21074” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar