Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-112/2023 05.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, Mingəçevir şəhər Məhkkəməsinin 1(051)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 1, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İsayev X5 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, cəzasının sonu ilə əlaqədar olaraq azad olunmasına, məhkumluğu ödənilməməsinə və ya qanunla müəyyən olunmuş qaydada götürülməməsinə baxmayaraq islah olunmayaraq 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,351 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki qara rəngli cins şalvarın sağ kiçik yan cibində saxlayaraq üzərində daşımış, xx.xx.2023-cü il tarixdə saat 11:35 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən “5+ supermarketin” yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 12:05-dən saat 12:13-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarın sağ kiçik yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan tiryəkin şəxsi istehlak miqdarının yuxarı həddi 0,5 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,742 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan əynindəki qara rəngli cins şalvarın sol arxa cibində saxlayaraq üzərində daşımış, xx.xx.2023-cü il tarixdə saat 12:15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 16 saylı məktəbin yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 12:44-dən saat 12:55-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə tiryək əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, hazırda heç bir yerdə işləmir. Hazırda da narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Mingəçevir şəhəri, Havarlı küçəsi adlandırılan ərazidən keçən zaman yolun kənarında yerdən bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm olmasını və həmin bükümün içərisində tünd rəngli kütlənin olmasını görmüşdür. Bükümü açıb baxdıqda bükümün içində narkotik vasitə olan heroin olduğunu bilmişdir. Çünki, özü narkotik vasitə olan heroindən istifadə edir. Bükümü tapan zaman ətrafda heç kim olmamışdır. Həmin bükümdə olan narkotik vasitə heroindən bir dəfə yaşadığı evdə tək olan zaman hamam otağında istifadə etdikdən sonra, qalan narkotik vasitəni də yenidən münasib vaxtda ondan istifadə etmək məqsədilə əynində olan qara rəngli cins şalvarın sağ kiçik yan cibinə qoyaraq gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən “5+ supermarketin” yaxınlığında olan zaman tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində X6 ona vəkil təyin olunmuş və hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Həmçinin üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. O, üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki qara rəngli cins şalvarın sağ kiçik yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü könüllü olaraq təqdim etmişdir. Təqdim etdiklərindən başqa üzərində hər hansı əşya olmadığını bildirdikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən təqdim etdiyindən başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm açılıb baxıldıqda bükümdə olan kütlənin kəskin iyə malik narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə tərəzidə çəkilmiş və şəffaf rəngli sellofan büküm ilə birlikdə çəkisi 0,37 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Mingəçevir şəhəri, Havarlı küçəsi adlandırılan ərazidən keçən zaman yolun kənarında yerdən 1 ədəd şəffaf rəngli sellofan bükümdə tapdığını bildirmişdir. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında bərbərə getmək üçün yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən mənzildən çıxmış və 16 saylı məktəbin yaxınlığında polis əməkdaşları ona yaxınlaşmışlar. Şahid1 ona narkotik vasitə istifadəçisi olduğunu bildirib onu polis şöbəsinə aparacağını və narkotik vasitəni üzərində saxlaması ilə bağlı olaraq onu sənədləşdirəcəyini bildirmişdir. O, üzərində heç bir narkotik vasitə olmadığını bildirdikdə Şahid1 əgər polis şöbəsinə gəlməsə, onu üzərində külli miqdarda narkotik vasitə saxlamaqla sənədləşdirəcəyini bildirmişdir. O, etiraz etdikdə isə qardaşı Kənanı da həmin maddə ilə, yəni külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla sənədləşdirəcəyini bildirmişdir. Ona görə də o, daha ağır cinayət məsuliyyətinə cəlb olunmamaq üçün Şahid1 dedikləri ilə razılaşmışdır. Daha sonra isə polis şöbəsinə gətirilmişdir. Burada üzərinə narkotik vasitə olan tiryək qoyulduqdan sonra şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitəni təqdim edərək həmin narkotik vasitənin özünə aid olduğunu bildirmişdir. Lakin həqiqətdə üzərində heç bir narkotik vasitə olmamışdır.Verilən suallara cavab olaraq o, üzərinizə keçirilmiş şəxsi axtarış zamanı qeyd olunmuş videoçəkilişdə, həmçinin ilkin verdiyi izahatda və şübhəli şəxs qismində verdiyi ifadənizdə əynindəki qara rəngli şalvarın sol arxa cibindən aşkar olunmuş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə tapdığını, həmin narkotik vasitənin özünə məxsus olmasını və şəxsi istifadəsi məqsədilə üzərində gəzdirməsini bildirməsini qeyd etməsini həmin çəkiliş, verdiyi izahat və şübhəli şəxs qismində olan ifadəsini polis əməkdaşlarının təyziqi altında verməsi şəklində izah etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə üzərinə keçirilmiş şəxsi axtarış zamanı ona qarşı hər hansı qanunsuz təyziqlərin, təsirlərin olub-olmaması ilə bağlı verilən suala heç bir təyziqin olmadığını, üzərindən aşkar olunan narkotik vasitə olan tiryəkin də özünə məxsus olduğunu bildirməsi, təqsirləndirilən şəxs qismində verdiyi ifadənizdə isə ona qarşı təyziq olunduğunu qeyd etməsi ilə bağlı olaraq şəxsi axtarış keçirilən zaman polis əməkdaşları yanında olduqlarından və onlardan çəkindiyindən bu şəkildə ifadə verdiyini, lakin həqiqətdə üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkin ona məxsus olmadığını bildirmişdir. Məhkəməyə bildirir ki, 2-ci epizod üzrə özünü təqsirkar bilmir. Belə ki, onu şərləmişlər. Ümumiyyətlə, etdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini və 2-ci epizodun ittihamdan xaric edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş ə/m-li vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Mingəçevir ŞPŞ-nin X2 əməliyyat müvəkkli, polis leytenantı Şahid2 ilə birlikdə Mingəçevir şəhər sakini yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zaman Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən “5+” supermarketin yaxınlığında olan zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirilib polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmiş və Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X6 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi izah olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ sağ kiçik yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Təqdim olunmuş həmin bir ədəd şəffaf sellofona bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində şəffaf rəngli sellofana bükülmüş heroinə oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar həmin bir ədəd şəffaf sellafona bükülmüş büküm elektron tərəzidə çəkilmişdir. Heroinə oxşar kütlənin ümumi çəkisi 0,37 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı əvvəl Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd şəffaf sellofona bükülmüş bükümdə olan kütlənin heroin olduğunu və həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxladığını və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Mingəçevir şəhəri Havarlı küçəsi adlandırılan ərazidə yolun kənarında 1 ədəd şəffaf rəngli sellofan bükümdə yerdən taparaq əynindəki şalvarın cibinə qoyub üzərində saxladığını bildirmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Mingəçevir ŞPŞ-nin X2 əməliyyat müvəkkli, polis leytenantı Şahid2 ilə birlikdə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 16 saylı orta məktəbin yaxınlığında olan zaman onu görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirilib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra İsayev X5 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə növbədə olan vəkil X6 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol arxa cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Təqdim olunmuş həmin bir ədəd şəffaf sellafona bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində şəffaf rəngli sellofana bükülmüş tiryəkə oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar bir ədəd şəffaf sellafona bükülmüş büküm elektron tərəzidə çəkilmişdir. Tiryəkə oxşar kütlənin ümumi çəkisi 2,10 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd şəffaf sellofona bükülmüş bükümdə olan kütlənin tiryək olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “5+” supermarketin yaxınlığında 1 ədəd siqaret qutusunun içərisində tapdığını və həmin bükümdə olan narkotik vasitə olan tiryəkdən bir qədər istifadə etdiyini, qalan hissəni də özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-in əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərində olan qara rəngli şalvarın sağ kiçik yan cibindən bir ədəd şəffaf sellofan bükümünün içərisində ümumi təmiz çəkisi 0,370 qram narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli şalvarın sol arxa cibindən bir ədəd şəffaf sellofan bükümünün içərisində ümumi təmiz çəkisi 2,10 qram narkotik vasitə-tiryək aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 17/299 №-li rəyinə əsasən, Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 0,351 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) Qeyd: Heroinin təmiz çəkisi – 0,351 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,301 qram. Aparılmış tədqiqatın dəyəri 69,10 manatdır. Cinayət işi materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 17/468 №-li rəyinə əsasən, Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,742 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Tiryəkin təmiz çəkisi – 1,742 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 1,642 qram. Aparılmış tədqiqatın dəyəri 71,94 manatdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1073 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan 02 aprel 2023-cü il tarixli maddi sübut kimi tanınmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertizadan sonra ümumi təmiz qalıq çəkisi 0,301 qram narkotik vasitə olan – heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işi materiallarında olan 16 iyun 2023-cü il tarixli maddi sübut kimi tanınmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertizadan sonra qalıq təmiz çəkisi 1,642 qram narkotik vasitə – tiryək iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 8 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İsayev X5 şəhər Ş.İ.Xətai küçəsi ev 1 mənzil 1-də yaşayır. Tərbiyəli və intizamlı gəncdir. Həmyaşıdları və qonşularla münasibəti yaxşıdır. Qeydiyyatda olduğu müddətdə Təqsirləndirilən şəxs barəsində 8 saylı MİS-ə heç bir şikayət və ya bu tipli digər məlumat daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 4(051)- 51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsə alınmanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 5 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş bildirişdən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə AR CM-nin 234.1, 69.3cü maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2022-ci il tarixdə azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Mingəçevir şəhər Prokurorluğundan daxil olmuş 04 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Polis Şöbəsində təzyiqə məruz qalması ilə bağlı şikayəti əsasında şəhər prokurorluğunda araşdırma aparılmış və göstərdiyi xüsusatlar təsdiqini tapmadığından 25 iyul 2023-cü il tarixdə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, İsayev X5 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, cəzasının sonu ilə əlaqədar olaraq azad olunmasına, məhkumluğu ödənilməməsinə və ya qanunla müəyyən olunmuş qaydada götürülməməsinə baxmayaraq islah olunmayaraq 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,351 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki qara rəngli cins şalvarın sağ kiçik yan cibində saxlayaraq üzərində daşımış, xx.xx.2023-cü il tarixdə saat 11:35 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən “5+ supermarketin” yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 12:05-dən saat 12:13-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarın sağ kiçik yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan tiryəkin şəxsi istehlak miqdarının yuxarı həddi 0,5 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,742 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan əynindəki qara rəngli cins şalvarın sol arxa cibində saxlayaraq üzərində daşımış, xx.xx.2023-cü il tarixdə saat 12:15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 16 saylı məktəbin yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 12:44-dən saat 12:55-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə tiryək əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün ifadəsi, şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdə üzərində aşkar olunmuş narkotik vasitə tiryəkin ona məxsus olmaması və onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı istinad etdiyi dəlillər, şahid ifadələri, iş üzrə tərtib edilmiş baxış protokolları ilə təkzib olunmuşdur. Şahidlərin göstərdikləri xüsusatlar şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol və diskə baxış keçirilməsi barədə protokollarla təsdiq olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin məhkəmə istintaqında təkzib olunan hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-38/2022 saylı, 17 yanvar 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işi materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, İsayev X5 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə əlaqədar olaraq azad olunmuş, məhkumluğu ödənilməmiş şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin səmimi peşmanlığını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, 02 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdən 02 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı tutulduğu gündən yəni, 15 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,301 qram narkotik vasitə heroin qalığı və 1,642 qram narkotik vasitə tiryək qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 141,04 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 270 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdən 02 aprel 2023-cü tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 7 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 15 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,301 qram narkotik vasitə heroin qalığı və 1,642 qram narkotik vasitə tiryək qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 141,04 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 270 (iki yüz yetmiş) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-112/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-112/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver