Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-112/2025 13.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx.xx.2005-ci il tarixdə Yevlax rayonu, Havarlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, H.Əliyev prospekti, 2 saylı peşə məktəbində məskunlaşan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.2010-cu il tarixdə Yevlax rayonu, Xaldan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib,xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Mingəçevir şəhəri, Mərkəzi bazar, Puşkin küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus tütün məmulatlarının topdan satışı həyata keçirildiyi dəmir köşkünün qarşısına gələrək, ətrafda heç kimin olmadığına əmin oluqdan sonra o və Təqsirləndirilən şəxs2 dəmir köşkün ön hissəsində yerləşən kiçik ölçülü şüşə pəncərəsinə fiziki zor tətbiq elməklə həmin köşkün şüşə pəncərəsini açaraq əllərini həmin kiçik ölçülü pəncərədən içəri salıb 161 qutu bir qutusunun qiyməti 4 manat ümumi dəyəri 644 manat olan Winston Xstyle (compact), 60 qutu bir qutusunun qiyməti 3 manat 80 qəpik, ümumi dəyəri 228 manat olan X9, 40 qutu bir qutusunun qiyməti 4 manat 20 qəpik, ümumi dəyəri 168 manat olan X10, 28 qutu bir qutusunun qiyməti 2 manat 20 qəpik, ümumi dəyəri 61 manat 60 qəpik olan Keno club slim, 40 qutu bir qutusunun qiyməti 3 manat 20 qəpik, ümumi dəyəri 128 manat olan X7 compact, 22 qutu bir qutusunun qiyməti 3 manat 20 qəpik, ümumi dəyəri 70 manat 40 qəpik olan X7 slim compact, ümumi dəyəri 1300 manat olan tütün məmulatları, 1 ədəd istifadə edilmiş 70 manat dəyərində 2016-cı il tarixdə istehsal edilmiş Samsung A3 markalı mobil telefon və 25 manat 35 qəpik məbləğində qəpik pulları oğurlayaraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla talayıb, zərərçəkmiş şəxsə 1395 manat 35 qəpik məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Mingəçevir şəhəri, Mərkəzi bazar, Puşkin küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus tütün məmulatlarının topdan satışı həyata keçirildiyi dəmir köşkünün qarşısına gələrək, ətrafda heç kimin olmadığına əmin oluqdan sonra o və Təqsirləndirilən şəxs1 dəmir köşkün ön hissəsində yerləşən kiçik ölçülü şüşə pəncərəsinə fiziki zor tətbiq etməklə həmin köşkün şüşə pəncərəsini açaraq əllərini həmin kiçik ölçülü pəncərədən içəri salıb 161 qutu bir qutusunun qiyməti 4 manat ümumi dəyəri 644 manat olan Winston Xstyle (compact), 60 qutu bir qutusunun qiyməti 3 manat 80 qəpik, ümumi dəyəri 228 manat olan X9, 40 qutu bir qutusunun qiyməti 4 manat 20 qəpik, ümumi dəyəri 168 manat olan X10, 28 qutu bir qutusunun qiyməti 2 manat 20 qəpik, ümumi dəyəri 61 manat 60 qəpik olan Keno club slim, 40 qutu bir qutusunun qiyməti 3 manat 20 qəpik, ümumi dəyəri 128 manat olan X7 compact, 22 qutu bir qutusunun qiyməti 3 manat 20 qəpik, ümumi dəyəri 70 manat 40 qəpik olan X7 slim compact, ümumi dəyəri 1300 manat olan tütün məmulatları, 1 ədəd istifadə edilmiş 70 manat dəyərində 2016-cı il tarixdə istehsal edilmiş Samsung A3 markalı mobil telefon və 25 manat 35 qəpik məbləğində qəpik pulları oğurlayaraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla talayıb, zərərçəkmiş şəxsə 1395 manat 35 qəpik məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, gündəlik günəmuzd fəhlə işləyirmiş. xx.xx.2024cü il tarixdə saat 23 radələrində binanın qarşısında oturacaqda qohumu Əli ilə oturub söhbət edirmiş. O həmin günü işləyib yorulduğu üçün gedib marketdən 4 ədəd spirtli içki olan “Go” almış və Əli ilə hər biri 2 ədəd spirtli içki olan “Go”-nu içmişlər. Bundan sonra gecə saat 01 radələrində Əli ilə o, piyada gəzməyə başlamış və piyada gəzə-gəzə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazara gəlmişlər, o və Əli ciblərində pulları olmadığı üçün Əlinin təklifi ilə orada olan siqaret köşklərindən birindən oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində o və Əli siqaret köşkünə yaxınlaşmış və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra siqaret köşkünün balaca pəncərəsini qırmış, əllərini içəri salıb siqaret köşkünün içərisindən əlləri ilə siqaret bloklarını çıxartmağa başlamışlar. Köşkün balaca pəncərəsindən hər ikisi əllərini növbə ilə salıb siqaret blokları və paketləri çıxartmış, daha sonra köşkün arxasına keçib siqaret bloklarını və paketlərini gödəkçənin ciblərində və içərisində gizlətmişlər. Həmçinin əllərini salıb içəridən siqaret çıxardan zaman orada olan qəpikləri də və bir ədəd balaca köhnə model Samsung mobil telefonunda köşkdən oğurlamışlar. Bundan sonra oradan uzaqlaşmışlar. Onlar oğurladıqları siqaret bloklarını, qəpik pulları və mobil telefonu 2 ədəd sellafon torbaya yığmışlar. Yaşadıqları binanın qarşısına çatan zaman gec olduğundan o, Əliyə evə getməyi sabahsı gün oğurladıqlarını şərik böləcəklərini bildirmişdir. Əli isə razılaşmamışdır. Elə gözə yarı sellafonda olan siqaret və qəpiyi bölüşüb aralaşmış və evə getmişlər. Gecəni yatıb səhər polis əməkdaşları evlərinə gəlmişlər və oğurluq etməkdə şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə aparıldıqdan sonra sellafon torbaları təqdim edib törətdikləri cinayət əməlini etiraf etmişdir. O və Əlinin oğurluq etməsi barədə heç kimin məlumatı olmamış və oğurluq etmək qərarına hər ikisi razılıq edib oğurluq etmişlər. Əməlindən peşmandır. Bununla belə zərərçəkmiş şəxsə vurulmuş maddi zərər tam şəkildə ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qohumudur və onlar yanbayan binalarda yaşayırlar. O heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində binanın qarşısında oturacaqda qohumu Amin ilə oturub söhbət edirlərmiş. O həmin günü işləyib yorulduğu üçün gedib marketdən 4 ədəd spirtli içki olan “Go” almış və Amin ilə hər biri 2 ədəd spirtli içki olan “Go”-nu içmişlər.Bundan sonra gecə saat 01 radələrində Amin ilə o, piyada gəzməyə başlamışlar. Onlar piyada gəzə-gəzə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazara gəlmişlər. O və Amin ciblərində pulları olmadığı üçün onun təklifi ilə orada olan siqaret köşklərindən birindən oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində o və Amin siqaret köşkünə yaxınlaşmış və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra siqaret köşkünün balaca pəncərəsini qırmış və əllərini içəri salıb siqaret köşkünün içərisindən əlləri ilə siqaret bloklarını çıxartmağa başlamışlar. Köşkün balaca pəncərəsindən hər ikisi əllərini növbə ilə salıb siqaret blokları və paketləri çıxartmış, daha sonra köşkün arxasına keçib siqaret bloklarını və paketlərini gödəkçənin ciblərində və içərisində gizlətmişlər. Həmçinin əllərini salıb içəridən siqaret çıxardan zaman orada olan qəpikləridə və bir ədəd balaca köhnə model Samsung mobil telefonunda köşkdən oğurlamışlar. Bundan sonra oradan uzaqlaşmışlar. Onlar oğurladıqları siqaret bloklarını, qəpik pulları və mobil telefonu 2 ədəd sellafon torbaya yığmışlar. Yaşadıqları binanın qarşısına çatan zaman gec olduğundan Amin, ona evə getməyi sabahsı gün oğurladıqlarını şərik böləcəklərini bildirmişdir. O isə razılaşmamışdır. Elə gözə yarı sellafonda olan siqaret və qəpiyi bölüşüb aralaşmış və evə getmişlər. Gecəni yatıb səhər polis əməkdaşları evlərinə gəlmişlər və oğurluq etməkdə şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə aparıldıqdan sonra sellafon torbaları təqdim edib törətdikləri cinayət əməlini etiraf etmişdir. O və Aminin oğurluq etməsi barədə heç kimin məlumatı olmamış və oğurluq etmək qərarına hər ikisi razılıq edib oğurluq etmişlər. Əməlindən peşmandır. Bununla belə zərərçəkmiş şəxsə vurulmuş maddi zərər tam şəkildə ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, 5 ildir ki, Mingəçevir şəhəri, Puşkin küçəsində icarə əsasında siqaret köşkündə siqaretlərin topdan satışı ilə məşğul olur. Köşk mərkəzi bazarda yerləşir. Mingəçevir şəhərində yerləşən kiçik marketlər onun yanına gələrək ondan nisyə və yaxud nağd qiymətə siqaretləri topdan alırlar. O hər gün saat 08-09 radələrində Mingəçevir şəhəri, Puşkin küçəsində yerləşən siqaret köşkünü açıb hər gün axşam saat 19-20 radələrinədək işləyir. Topdan aldığı siqaret qutularını isə köşkün içərisində yerləşdirir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində o, köşkün dəmir qapısını bağlayıb yaşadığı evə getmişdir. Onun topdan satdığı siqaret köşkün arxa tərəfdən bir dəmir qapısı var, ön tərəfdən isə siqaret satmaq üçün pəncərəsi vardır. Pəncərənin üst hissəsi dəmir barmaqlıqlar olsa da, alt hissəsində şüşə pəncərədən başqa heç bir qoruyucu yoxdur. xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində o, Mingəçevir şəhəri, Puşkin küçəsi, Mərkəzi bazarda yerləşən siqaret köşkünün dəmir qapısını açıb içəri daxil olan zaman köşkün içərisində olan qəpik qabının yerə düşdüyünü və pəncərənin alt hissəsinin açıq olduğunu görmüşdür. Bundan sonra o, köşkə ilkin olaraq baxan zaman köşkün içərisində olan təxminən 600 manat dəyərində siqaretlərin, təxminən 100 manata yaxın qəpik pulların və ona məxsus 1 ədəd Samsung markalı mobil telefonun köşkdə olmadığını görmüşdür və bundan sonra o AR DİN 102 xidmətinə müraciət edərək bu barədə məlumat vermişdir. Siqaret köşkünə yenidən baxış keçirən zaman ona məxsus köşkdən 161 qutu Winston Xstyle (compact), 60 qutu X9, 40 qutu X10, 28 qutu Keno club slim, 40 qutu X7 compact və 22 qutu X7 slim siqaretlərini oğurlanmasını müəyyən edilmişdir. Bununla belə ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış və onlardan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qərar qəbul edərkən təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığının nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı rütbəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Mingəçevir şəhəri, Puşkin küçəsi, mərkəzi bazarda yerləşən Zərərçəkmiş şəxs məxsus tütün məmulatlarının topdan satışı mağazasından tütün məmulatlarının oğurlanması ilə bağlı o və Mingəçevir ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 ilə birgə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən xx.xx.2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri, H.Əliyev propsekti Sənayə Parkının yaxınlığında əllərində sellafon torba ilə piyada gedən zaman saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilmiş və barələrində qanuni tədbir görülməsi üçün Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 da ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yerindən iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş əşyanın tanınması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə tarixdə Təqsirləndirilən şəxs1 və Mirzəyev X5 ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman əllərindəki sellafon torbada olan bir ədəd Samsung A3 markalı mobil telefon xx.xx.2024-cü il tarixdə iş üzrə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs ona məxsus mobil telefonu tanınmaya təqdim edilmiş mobil telefonlar arasından tanımışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş DVD diskə baxış keşirilməsi haqqında protokoldan görünür ki, DVD diskə xx.xx.2024-cü il tarixdə baxış keçirilən zaman xx.xx.2024-cü il tarixdə saat 01:48-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus köşkün ön hissəsindən arxa hissəsinə əllərində siqaret qutuları ilə keçdikləri, həmin siqaret qutularını əynindəki gödəkçələrin iç ciblərində gizlətmələri müəyyən edilmişdir. Diskə baxış zamanı iştirak etmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 videoçəkilişdə olan şəxslərin onların olmasını təsdiq etmişlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9048 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən siqaretlərin 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: 24 qutu, 1 qutusunun qiyməti 4 manat, ümumilikdə 96 manat dəyərində “Winston Xstyle”, 20 qutu, 1 qutusunun qiyməti 3.80 manat, ümumilikdə 76 manat dəyərində X9, 20 qutu, 1 qutusunun qiyməti 4.20 manat, ümumilikdə 84 manat dəyərində X10, 05 qutu, 1 qutusunun qiyməti 2.20 manat, ümumilikdə 11 manat dəyərində Keno club slim, 04 qutu, 1 qutusunun qiyməti 3.20 manat, ümumilikdə 12.80 manat dəyərində X7 compact, 09 qutu, 1 qutusunun qiyməti 3.20 manat, ümumilikdə 28.80 manat dəyərində X7 slim, 01 ədəd 70 manat dəyərində 2016-cı il, “Samsung A3” markalı mobil telefon (istifadədə olmuş). Ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd mobil telefon (istifadədə olmasınəzərə alınmaqla) və 06 adda tütün məmulatlarının 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 537,00 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan 25 oktyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus siqaret köşkündən oğurlanmış 24 qutu “Winston Xstyle” (compact), 20 qutu X9, 20 qutu X10, 5 qutu Keno club slim, 4 qutu X7 compact, 9 qutu X7 slim markalı siqaretlərin və 01 ədəd istifadə edilmiş 2016-cı il model “Samsung A3” mobil telefon və 25 manat 35 qəpik pul maddi sübut kimi tanınmış və qeyd edilən maddi sübut saxlanması üçün məhkəmə prosesinədək sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 25 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus tütün məmulatlarını, bir ədəd “Samsung” markalı mobil telefonu və 25 manat 35 qəpiyi 25 oktyabr 2024-cü il tarixdə Mingəçevir ŞPŞ-nin baş müstəntiqi, polis kapitanı X1 xidməti otağında təhvil almışdır. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, şahid ifadələri, baxış və götürmə protokolu, məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 09/9048 nömrəli rəyi əldə olunmuş maddi sübut, sübut növü kimi qəbul edilmiş, iş üzrə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 170-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri hesab olunan Mingəçevir şəhəri, Mərkəzi bazar, Puşkin küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus tütün məmulatlarının topdan satışı həyata keçirildiyi dəmir köşkə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmələri və onların əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları, özlərinin etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Mingəçevir şəhəri, Mərkəzi bazar, Puşkin küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus tütün məmulatlarının topdan satışı həyata keçirildiyi dəmir köşkünün qarşısına gələrək, ətrafda heç kimin olmadığına əmin oluqdan sonra o və Təqsirləndirilən şəxs2 dəmir köşkün ön hissəsində yerləşən kiçik ölçülü şüşə pəncərəsinə fiziki zor tətbiq elməklə həmin köşkün şüşə pəncərəsini açaraq əllərini həmin kiçik ölçülü pəncərədən içəri salıb 161 qutu bir qutusunun qiyməti 4 manat ümumi dəyəri 644 manat olan Winston Xstyle (compact), 60 qutu bir qutusunun qiyməti 3 manat 80 qəpik, ümumi dəyəri 228 manat olan X9, 40 qutu bir qutusunun qiyməti 4 manat 20 qəpik, ümumi dəyəri 168 manat olan X10, 28 qutu bir qutusunun qiyməti 2 manat 20 qəpik, ümumi dəyəri 61 manat 60 qəpik olan Keno club slim, 40 qutu bir qutusunun qiyməti 3 manat 20 qəpik, ümumi dəyəri 128 manat olan X7 compact, 22 qutu bir qutusunun qiyməti 3 manat 20 qəpik, ümumi dəyəri 70 manat 40 qəpik olan X7 slim compact, ümumi dəyəri 1300 manat olan tütün məmulatları, 1 ədəd istifadə edilmiş 70 manat dəyərində 2016-cı il tarixdə istehsal edilmiş Samsung A3 markalı mobil telefon və 25 manat 35 qəpik məbləğində qəpik pulları oğurlayaraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla talayıb, zərərçəkmiş şəxsə 1395 manat 35 qəpik məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.1 və 177.2.3–cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Mingəçevir şəhəri, Mərkəzi bazar, Puşkin küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus tütün məmulatlarının topdan satışı həyata keçirildiyi dəmir köşkünün qarşısına gələrək, ətrafda heç kimin olmadığına əmin oluqdan sonra o və Təqsirləndirilən şəxs1 dəmir köşkün ön hissəsində yerləşən kiçik ölçülü şüşə pəncərəsinə fiziki zor tətbiq etməklə həmin köşkün şüşə pəncərəsini açaraq əllərini həmin kiçik ölçülü pəncərədən içəri salıb 161 qutu bir qutusunun qiyməti 4 manat ümumi dəyəri 644 manat olan Winston Xstyle (compact), 60 qutu bir qutusunun qiyməti 3 manat 80 qəpik, ümumi dəyəri 228 manat olan X9, 40 qutu bir qutusunun qiyməti 4 manat 20 qəpik, ümumi dəyəri 168 manat olan X10, 28 qutu bir qutusunun qiyməti 2 manat 20 qəpik, ümumi dəyəri 61 manat 60 qəpik olan Keno club slim, 40 qutu bir qutusunun qiyməti 3 manat 20 qəpik, ümumi dəyəri 128 manat olan X7 compact, 22 qutu bir qutusunun qiyməti 3 manat 20 qəpik, ümumi dəyəri 70 manat 40 qəpik olan X7 slim compact, ümumi dəyəri 1300 manat olan tütün məmulatları, 1 ədəd istifadə edilmiş 70 manat dəyərində 2016-cı il tarixdə istehsal edilmiş Samsung A3 markalı mobil telefon və 25 manat 35 qəpik məbləğində qəpik pulları oğurlayaraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla talayıb, zərərçəkmiş şəxsə 1395 manat 35 qəpik məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 da əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.1 və 177.2.3– cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2–ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli nəticəsində ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişlər, onlardan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Dövlətqaçqınkomunun Mingəçevir şəhər nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz xx.xx.2024-cü il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş və o, həmin gün Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2010-cu il tarixdə Yevlax rayonu, Xaldan kəndində doğulmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli nəticəsində ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onlardan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Yataqxana Komendantlığı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Yataqxana Komendantlığına heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz xx.xx.2024-cü il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş və o, həmin gün Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, təqsirləndirilən şəxslər tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə 1395 manat 35 qəpik məbləğdə ziyan vurulmuşdur. Vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus siqaret köşkündən oğurlanmış 24 qutu “Winston Xstyle” (compact), 20 qutu X9, 20 qutu X10, 5 qutu Keno club slim, 4 qutu X7 compact, 9 qutu X7 slim markalı siqaretlərin və 01 ədəd istifadə edilmiş 2016-cı il modelli “Samsung A3” mobil telefonun və 25 manat 35 qəpik pulun saxlanması üçün qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə– əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfləri 50 (əlli) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilməlidir. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvəyyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus siqaret köşkündən oğurlanmış 24 qutu “Winston Xstyle” (compact), 20 qutu X9, 20 qutu X10, 5 qutu Keno club slim, 4 qutu X7 compact, 9 qutu X7 slim markalı siqaretlərin və 01 ədəd istifadə edilmiş 2016-cı il modelli “Samsung A3” mobil telefonun və 25 manat 35 qəpik pulun saxlanması üçün qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-112/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-112/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver