Məhkəmə qərarları › İş №1(051)-113/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-113/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-113/2021 16.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1968-ci ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 08.02.2018-ci il tarixdə Bakı şəhər Səbail Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14.01.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Beyləqan rayon SMD-42 qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi ümumi təmiz çəkisi 434,73 qram olan narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq Mingəçevir şəhəri, Sahil küçəsində yerləşən meşəlik ərazidə gizlədərək saxlamış, 28.03.2021 il tarixdə saat 21 radələrində həmin narkotik vasitə olan qurudulmuş marixuanadan bir ədəd ağ rəngli sellofan bükümün içərisində təmiz çəkisi 14,73 qram olan narkotik vasitə - qurudulmuş marixuananı ayıraraq satış məqsədi olmadan əynindəki boz rəngli üst geyim qış gödəkçəsinin iç sağ yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 28.03.2021-ci il tarixdə saat 21:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Qələbə meydanının yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi, onun əynindəki boz rəngli üst geyim qış gödəkçəsinin iç sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş bükümün içərisində təmiz çəkisi 14,73 qram olan narkotik vasitə-qunıdulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində onun Mingəçevir şəhəri, Sahil küçəsində yerləşən meşəlik əraziyə baxış zamanı isə torpaqda qazılaraq basdırılmış halda bir ədəd şəffaf rəngli 3 kq-lıq şüşə balonda içərisində təmiz çəkisi 420 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilmiş, şüşə balonun içərisində olan narkotik vasitə-qurudulmuş marixuana ağ sellofana boşaldılaraq qablaşdırılaraq götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, 2020-ci ilin oktyabr ayının ortalarında yaşadığı Beyləqan şəhərində yol kənarı ilə piyada hərəkətdə olarkən yolun kənarında otluq ərazidə bir ədəd şəffaf rəngli 3 kq-lıq şüşə balon görüb, balonu götürüb açıb içərisinə baxanda kəskin iy gəldiyini hiss etmiş və əvvəllər də narkotik vasitəqurudulmuş marixuana istifadə etdiyi üçün həmin şüşə balonda olan bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu müəyyən etmişdir. Daha sonra özü istifadə etmək məqsədi ilə şüşə balonu qoxusu ətrafa yayılmaması üçün içərisində olan narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə sellofanla bağlayıb özü ilə aparmış, yaşadığı mənzilin yaxınlığında çöl ərazidə gizlətmişdir. Daha sonra Mingəçevir şəhərinə bacısının yaşadığı evə qonaq gələrkən, bir müddət orada qalacağını düşünərək özü istifadə edə bilmək üçün həmin şüşə balonu içərisindəki narkotik vasitə-qurudulmuş marixuana ilə birlikdə Mingəçevir şəhərinə gətirmişdir. Narkotik vasitə-qurudulmuş marixuana içərisində olan şüşə balonu bacısının yaşadığı evə apara bilmədiyi üçün həmin şüşə balonu Mingəçevir şəhəri, Sahil küçəsi adlanan əraziyə apararaq orada qum karxanasına gedən yolun kənarında meşəlik ərazidə "Kazımın kafesi" adlanan kafenin yaxınlığında torpağı dayaz qazaraq şüşə balonu içərisində olan narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə torpağa basdıraraq gizlətmişdir. Daha sonra 23.03.2021-ci il tarixdə yenidən Mingəçevir şəhərinə bacısının yaşadığı evə qonaq gəldikdə həmin gün saat 21 radələrində narkotik vasitə-qurudulmuş marixuana istifadə etmək istəyi yarandığı üçün Mingəçevir şəhər, Sahil küçəsi qum karxanasına gedən yolun kənarına gedərək havanın qaranlıq vaxtı ətrafda kimsənin olmamasını dəqiqləşdirdikdən sonra torpağa basdırdığı şüşə balonu çıxardıb özü istifadə etmək məqsədilə ağ rəngli sellofana bir qədər narkotik vasitə-qurudulmuş marixana qoyaraq bükmüş və əynində olan boz rəngli üst geyim qış gödəkçəsinin iç sağ yan cibində gizlətmişdir. Şüşə balonu isə yenidən həmin yerdə torpaqda gizlədib Mingəçevir şəhəri, Qələbə meydanı adlanan əraziyə gəlmiş, bir müddət orada dayandıqdan sonra mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmiş o, da buna etiraz etməmişdir. Polis şöbəsində X3 ona vəkil təyin olunmuş, vəkilin iştirakı ilə video çəkilişdən də istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli üst geyim qış gödəkçəsinin iç sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Daha sonra üzərindən aşkar olunmuş həmin sellofan büküm tərəzidə çəkilərkən sellofan bükümün çəkisi 17.76 qram təşkil etmiş, həmin büküm onun, vəkilin və iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş və zərfin üzərinə özü və vəkili imza etmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı tərtib olunmuş protokolla tanış olduqdan sonra protokolun düzgünlüyünə də imza etmişdir. Bundan sonra, polis əməkdaşları narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi yerə vəkilin iştirakı ilə baxış keçirmək istədiklərini bildirdikdə, o, baxış keçrilməsinə etiraz etməmişdir. Mingəçevir şəhəri, Sahil küçəsi qum karxanasına gedən yolun kənarına "Kazımın kafesi” adlanan kafenin yaxınlığındakı boş sahəyə gedərək balonu gizlətdiyi yeri göstərmiş və torpağı qazaraq 3 kq-lıq şüşə balonu gizlətdiyi yeri göstərmiş, şüşə balonu polis əməkdaşlarına təqdim edərək, bir ədəd 3 kq-lıq şüşə balonun içərisində olan narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən götürülmüşdür. Şüşə balonla içərisində olan narkotik vasitəqurudulmuş marixuana kütləsini birlikdə elektron tərəzidə çəkmək mümkün olmadıqda, buna görə də onun və müdafiəçisinin iştirakı ilə şüşə balonun içərisindəki qurudulmuş marixuana ağ rəngli içərisi boş olan sellofana boşaldılmış elektron tərəzidə çəkilmişdir. Sellofana boşaldılmış marixuana elektron tərəzidə çəkildikdə həmin torbanın ümümi çəkisi 427.23 qram təşkil etmişdir. Həmin qurudulmuş marixuananı satmaq məqsədi olmamış, əvvəllər də istifadə eldiyini bildirmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkili vəzifəsində işləyir. 28.03.2021-ci il tarixdə saat 21:40 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Beyləqan şəhərində yaşayan və Mingəçevir şəhərində qohumluq əlaqələri olan və mütəmadi gedib-gəlişi olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Nizami küçəsi ilə Nərimanov prospektinin kəsişməsində Qələbə Meydanı adlanan yerdə olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Mingəçevir şəhəri, Nizami küçəsi ilə Nərimanov prospektinin kəsişməsində Qələbə Meydanı adlanan yerdə Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirilib polis şöbəsinə dəvət edərək onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə vəkil Dərgah Hüseynov dəvət olunmuş və vəkilin iştirakı və video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli üst geyim qış gödəkçəsinin iç sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü könüllü olaraq təqdim etmiş, təqdim olunmuş həmin ağ rəngli sellofan büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya, oxşar olan kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi isə 17,76 qram təşkil etmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ağ rəngli sellofan bükümün içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını, 2020-ci ilin oktyabr ayının ortalarında yaşadığı Beyləqan şəhərində olarkən yol kənarı ilə piyada hərəkətdə olarkən yolun kənarında otluq ərazidə bir ədəd şəffaf rəngli 3 kq-lıq şüşə balon görüb balona yaxınlaşdığını, balonu götürüb açıb içərisinə baxanda kəskin iy gəldiyini hiss etdiyini, əvvəllər də narkotik vasitə-qurudulmuş marixuana istifadə etdiyinə görə həmin şüşə balonda olan bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olmasını müəyyən etdiyini özü istifadə etmək məqsədilə şüşə balonu qoxusu ətrafa yayılmaması üçün içərisində olan narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə sellofanla bağlayıb özü ilə apardığını, yaşadığı mənzilin yaxınlığında çöl ərazidə gizlətdiyini, daha sonra Mingəçevir şəhərinə bacısının yaşadığı evə qonaq gələrkən bir müddət orada qalacağını düşünərək özü istifadə edə bilmək üçün həmin şüşə balonu içərisindəki narkotik vasitəqurudulmuş marixuana ilə birlikdə Mingəçevir şəhərinə gətirdiyini, lakin narkotik vasitəqurudulmuş marixuana içərisində olan şüşə balonu bacısının yaşadığı evə apara bilmədiyi üçün həmin şüşə balonu Mingəçevir şəhəri, Sahil küçəsi adlanan əraziyə apararaq orada qum karxanasına gedən yolun kənarında meşəlik ərazidə "Kazımın kafesi" adlanan kafenin yaxınlığında torpağı dayaz qazaraq şüşə balonu içərisində olan narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə torpağa basdıraraq gizlədib saxladığını, daha sonra Mingəçevir şəhərinə bacısının yaşadığı evə qonaq gəldikdə həmin gün saat 21 radələrində narkotik vasitə-qurudulmuş marixuana istifadə etmək istəyi yarandığını, buna görə də Mingəçevir şəhər, Sahil küçəsi qum karxanasına gedən yolun kənarına gedərək havanın qaranlıq vaxtı ətrafda kimsənin olmamasını dəqiqləşdirdikdən sonra torpağa basdırdığı şüşə balonu çıxardıb özü istifadə etmək məqsədilə ağ rəngli sellofana bir qədər narkotik vasitə- qurudulmuş marixuana qoyub bükdüyünü və əynində olan boz rəngli üst geyim qış gödəkçəsinin iç sağ yan cibinə qoyduğunu şüşə balonu isə yenidən həmin yerdə torpaqda gizlətdiyini bildirmişdir. Bundan əlavə sorğu zamanı Təqsirləndirilən şəxs və digər iştirakçılarla birlikdə Mingəçevir şəhər, Sahil küçəsinə gedən yola getdiklərini Təqsirləndirilən şəxs orada “Kazımın kafesi” adlanan tikilidə boş sahədə şüşə balonu torpağı qazaraq basdırmasını bildirdiyini və həmin yerə Təqsirləndirilən şəxs özünün işarələdiyi yerdə şüşə balonu qazıb torpaqdan çıxardaraq təqdim etdiyini, həmin 3 kq-lıq şüşə balon torpaqdan çıxarıldıqda içərisində narkotik vasitə qurub marixuanaya oxşar kütlə olması məlum olduğunu Təqsirləndirilən şəxs ağ rəngli sellofan bükümdə üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı həmin şüşə balonla içərisində olan narkotik vasitə-qurudulmuş marixuana kütləsini birlikdə elektron tərəzidə çəkmək mümkün olmadıqda, buna görə də onun və müdafiəçisinin iştirakı ilə şüşə balonun içərisindəki qurudulmuş marixuana ağ rəngli içərisi boş olan sellofana boşaldılmış elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 427,23 qram olması müəyyən olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin iş yerini dəyişməsi ilə əlaqədar olaraq məhkəmə istintaqında iştirak etməmiş, Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində şahid X4 ifadəsində göstərdiyi xüsusatı təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan 28.03.2021-ci il tarixdə saat 22:05-də tərtib edilmiş şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, üzərində olan boz rəngli üst geyim qış gödəkçəsinin sağ yan cibindən bir ədəd “Nokia markalı mobil telefon, alt qış gödəkçəsinin sol yan cibindən bir ədəd " Maqna ” markalı siqaret, bir ədəd alışqan, sağ yan cibindən 77 manat 50 qəpik pul bank biletinə oxşar kağızlar, bir ədəd gümüş üzük, bir ədəd qara rəngli “Bost” markalı qol saatı, eyni zamanda üst qış gödəkçəsinin iç sağ yan cibindən ağ sellofona bükülmüş bükümdə içərisində qurudulmuş “marixuana”ya oxşar kütlə və üst sol cibindən bir ədəd eynək aşkar olundu. Sorğu zaman əynindəki üst qış gödəkçəsinin iç sağ yan cibindən ağ sellofona bükülmüş bükümdə içərisində qurudulmuş "marixuana'ya oxşar kütləni yaşadığı Beyləqan rayonundan tapdığını, Mingəçevir şəhərinə bacısıgilə qonaq gəldiyini 4-5 ay bundan əvvəl şəhərin karyel yolu adlanan ərazisində “Kazımın” restoranın yaxınlığında meşəlik ərazidə quyu qazıb 3 litrlik bankada basdırdığını, 28.03.2021-ci il tarixdə isə saat 21 radələrində həmin əraziyə getdiyini, qazdığı balonu torpaqdan çıxardığını, balondan bir qismini öz şəxsi istifadəsi üçün narkotik vasitə hesab olunan qurudulmuş “marixuana”ya oxşar kütləni götürdüyünü, balonu yenidən qazıb basdırdığını, şəhərin 1941-1945 ərazisində Qələbə meydanın yaxınlığında Nizami küçəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildiyini, baxış üçün həmin əraziyə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 28.03.2021-ci il tarixdə saat 22:30-da tərtib edilmiş baxış keçirilmə barədə protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq 4-5 ay bundan əvvəl şəhərin karyel yolu adlanan ərazisində quyu qazıb 3 litrlik bankada gizlətdiyi narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya oxşar kütləni gizlətdiyi karyel yolu adlanan ərazisində Kazımın restoranın yaxınlığında meşəlik ərazidə olan kol ağacın dibindən ağ sellofana bükülmüş 3 litrlik balonun içərisində qurudulmuş marixuanaya oxşar kütləni çıxarıb yaşadığı Beyləqan rayonundan tapdığını, 4-5 ay bundan əvvəl oraya basdırdığını bildirdi.Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə “Digital Scole” markalı elektron tərəzidə çəkildi. Götürülmüş ağ sellofanın içərisində qurudulmuş marixuanaya oxşar kütləni ümumi çəkisi isə 427, 23 qram oldu. Üzərindən götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin Samsung markalı video-kamera ilə videoya çəkildi və zərfə qoyularaq AR DİN-in 76 nömrəli möhrü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 29.03.2021-ci il tarixli 17/241 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş ağ sellofanda ... kütlə...sözləri yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi-14,73 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə “Mingəçevir şəhəri Karyel adlı meşə ərazidə torpağa basdırılmış şüşə balonda ağ rəngli sellofanda ... kütlə...” sözləri yazılmış sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi - 420,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan 22.04.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan sonra yerdə qalan ümumi çəkisi 434.63 qram olan narkotik vasitə olan qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir Cinayət işinin materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserinin ambulator məcburi narkoloji-tibbi ekspertizasının 20.04.2021-ci il tarixli 421 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 08.02.2018-ci il tarixli hökmünün surətindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (il) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 07.04.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin 08.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (il) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14.01.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı üzərində gəzdirməklə və yaşadığı evdə saxlamaqla ictimai təhlükəli əməli törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz 434,73 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq Mingəçevir şəhəri, Sahil küçəsində yerləşən meşəlik ərazidə gizlədərək saxlamış, 28.03.2021 il tarixdə saat 21 radələrində həmin narkotik vasitə olan qurudulmuş marixuanadan bir ədəd ağ rəngli sellofan bükümün içərisində təmiz çəkisi 14,73 qram olan narkotik vasitə - qurudulmuş marixuananı ayıraraq satış məqsədi olmadan əynindəki boz rəngli üst geyim qış gödəkçəsinin iç sağ yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 28.03.2021-ci il tarixdə saat 21:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Qələbə meydanının yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi, onun əynindəki boz rəngli üst geyim qış gödəkçəsinin iç sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş bükümün içərisində təmiz çəkisi 14,73 qram olan narkotik vasitə-qunıdulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində onun Mingəçevir şəhəri, Sahil küçəsində yerləşən meşəlik əraziyə baxış zamanı isə torpaqda qazılaraq basdırılmış halda bir ədəd şəffaf rəngli 3 kq-lıq şüşə balonda içərisində təmiz çəkisi 420 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilmiş, şüşə balonun içərisində olan narkotik vasitə-qurudulmuş marixuana ağ sellofana boşaldılaraq qablaşdırılaraq götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubun surətindən görünür ki, Beyləqan şəhər ərazisində yaşayan Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazidə sakinlərdən rəsmi olaraq ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 08.02.2018-ci il tarixdə Bakı şəhər Səbail Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib 14.01.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3–cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28.03.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 28.03.2021-ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 30.03.2021–ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 28.03.2021–ci il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə uyğun hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM–in 93.1.4–cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 434.63 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 manat 97 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 434.63 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35.97 manat (otuz beş manat doxsan yeddi qəpik) məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar