Məhkəmə qərarları › İş №1(051)-114/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-114/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-114/2021 12.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi X7, Təqsirləndirilən şəxs2 oğunun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs1 xx.xx.1981-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam şəhəri H.Aslanov küçəsi ev 49-da qeydiyyatda olan, Mingəçevir şəhəri Günəşli qəsəbəsi 6-cı küçədə yerləşən evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə Təqsirləndirilən şəxs2-xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 1(051)-70/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 66.5, 68.1.1 və 69.3-cü maddələrinə əsasən 1(bir) il 5(beş) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27.03.2020-ci ildə Salyan rayon məhkəməsinin qərarı ilə 8 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuş, 09.12.2020-ci ildə cəza müddəti başa çatdığından şöbə qeydiyyatından çıxarılmış, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Mingəçevir şəhər məhkəməsinin binasında. açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 3 ədəd gümüşü-ağ rəngli kağız bükümlərinin içərisində ayrı-ayrılıqda çəkiləri 0,171 qram, 0,178 qram və 0,194 qram olmaqla ümumi təmiz çəkisi 0,543 qram olan narkotik vasitə heroini 26 fevral 2021-ci il tarixdə əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibinə qoyub üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə - heroindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,171 qram olan hissəsini 26 fevral 2021-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Samux küçəsinin kəsişməsində yerləşən “Bayraq Meydanı” adlanan ərazinin yaxınlığında Təqsirləndirilən şəxs2, sonuncunun ona 9 manat verəcəyi vədini qəbul edib qanunsuz olaraq satmış, həmçinin 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,178 qram və 0,194 qram olmaqla ümumi təmiz çəkisi 0,372 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibində qanunsuz olaraq saxlayaraq daşımış, 26 fevral 2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Samux küçəsinin kəsişməsində yerləşən “Bayraq Meydanı” adlanan ərazinin yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı ayrı-ayrılıqda təmiz çəkiləri 0,178 qram və 0,194 qram olmaqla ümumi təmiz çəkisi 0,372 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Məmmədov X6 şəhər Məhkəməsinin 11.06.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Salyan rayon məhkəməsinin 27 mart 2020-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan 8 (səkkiz) ay 12 (on iki) gün vaxtından əvvəl şərti azad olunmasına, məhkumluğu ödənilməməsinə və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməməsinə baxmayaraq islah olunmamış, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, o 26.02.2021-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti ilə Samux küçəsinin kəsişməsində yerləşən “Bayraq Meydanı” adlanan ərazinin yaxınlığında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 9 (doqquz) manat ödəyəcəyini vəd edərək qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü-ağ kağız bükümündə təmiz çəkisi 0,171 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli cins şalvarının sağ yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Günəşli bağ massivində saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə-heroin onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 25.02.2021-ci il tarixdə saat 15:00 radələrində Yevlax rayonu ərazisində kanal sahilində tullantıları yığarkən dərman qutusu tapmışdı. Həmin dərman qutusunu açıb içərisinə baxanda 2 ədəd bükümləri gördü. Bükümləri açıb baxdıqda bükümlərin içərisindəkinin heroin olduğunu gördü. Özü narkotik vasitə olan heroindən istifadə etdiyi üçün bükümlərin içərisindəkinin heroin olduğunu tanımışdır. 26 fevral 2021-ci il tarixdə polis əməkdaşları onu Samux küçəsində saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində üzərinə baxış zamanı tapmış olduğu içərisində narkotik vasitə heroin olan bükümlər üstündən aşkar edilərək götürüldü. O, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroin satmamışdır. Ancaq üzərində narkotik vasitə saxladığına görə özünü təqsirli bilir və əməlindən peşimandır. Təqsirləndirilən şəxs X9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 25.02.2021-ci il tarixdə saat 15 radələrində Yevlax rayon ərazisində kanal sahilində tullantıları yığarkən dərman qutusu tapdı. Həmin dərman qutusunun açaraq içərisinə baxanda 3 ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükümlərini gördü. Bükümləri açıb baxdıqda həmin bükümlərim içərisindəki kütlələrin narkotik vasitə-heroin olmasını anladı. Özü istifadə etmək məqsədi ilə götürüb cibinə qoydu və üzərində saxladı. 26.02.2021-ci il tarixdə günorta saatlarında əvvəllər tanıdığı Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs2 ona mobil telefonla zəng edərək narkotik vasitəyə ehtiyacı olmasını deyərək narkotik vasitə istədi. O isə Rasimə özündə narkotik vasitə heroin olmasını və bir bükümünü 9 manata sata biləcəyini dedi. Təqsirləndirilən şəxs2 isə ona hazırda pulu olmadığını, narkotik vasitəni ona nisyə satmasını xahiş edərək, 9 manat pulu sonra ödəyəcəyini vəd etdi. Rasimə inanaraq narkotik vasitəni satmağa razılaşdı. Bundan sonra üzərində saxladığı 3 ədəd bükülülərdən birini ayırıb digər cibinə qoyub həmin gün saat 16 radələrində Mingəçevir şəhər Samux küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Bayraq Meydanı” adlanan yerə getdi, Təqsirləndirilən şəxs2 da telefon danışığı zamanı təyin etdikləri həmin yerə gəldi. Onlar görüşəndə narkotik vasitənin qarşılığında verməli olduğu 9 manat pulu bir neçə gün ərzində verəcəyini Təqsirləndirilən şəxs2 vəd etdi, o da inanaraq razılaşdı, özü ilə gətirdiyi bükümlərdən bir ədəd siqaret kağızında içərisində narkotik vasitə heroin olan bükülünü Təqsirləndirilən şəxs2 satdı. Sonra polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu bildirirərək polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilməli olduğu bildirildi. O da etiraz etmədi. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olundu, o isə əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən iki ədəd içərisində narkotik vasitə olan siqaretin gümüşüağ rəngli kağız bükümlərini, həmin gödəkçənin sol yan cibindən bir ədəd “Kingston” markalı siqaret qutusu və bir ədəd alışqanı, əynindəki cins şalvarın sol yan cibindən 66 (altmış altı) manat pulu çıxarıb təqdim etdi və üzərində başqa hər hansı əşya olmadığını bildirdi. Sonra üzərinə şəxsi axtarış keçirildi, lakin üzərindən təqdim etdiyi əşyalardan başqa hər hansı əşya aşkar olunmadı. Cibindən aşkar olunmuş 2 ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükümlərində olan kütələlərin sorğu zamanı 25 fevral 2021-ci il tarixdə saat 15 radələrində Yevlax rayon ərazisində kanal sahilində dərman qutusunun içərisindən 3 ədəd siqaret kağızına bükülmüş halda tapdığını və həmin bükümlərdən birinin içərisində olan narkotik vasitəni 9 manat pul müqabilində əvvəllərdən tanıdığı Təqsirləndirilən şəxs2 satmasını, qalan digər iki ədəd siqaret kağızına bükülmüş halda narkotik vasitələri isə özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirdi. Daha sonra üzərindən aşkar olunmuş iki ədəd siqaret kağızına bükülmüş içərisində narkotik vasitə heroin olan bükülülər elektron tərəzidə çəkildi, bükülülərdən birinin çəkisi kağız və heroin ilə birlikdə 0,31 qram, digər bükülünün kağız və heroin ilə birlikdə çəkisi 0,32 qram olması müəyyən olundu. Elektron tərəzidə çəkildikdən sonra həmin bükülülər zərfə qoyularaq qablaşdırıld. Həmin zərfə özü də imza etdi, bu barədə protokol tərtib olundu. potokolu o və iştirakçılar imzaladılar. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, 26 fevral 2021-ci ildə saat 15:00 radələrində yaşadığı N.Nərimanov küçəsi 38 №li binanın yanında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu bildirib, üzərində axtarış etdilər, lakin üzərindən qanunsuz hər hansı bir əşya aşkar edilmədi. Polis əməkdaşları onu maşına dəvət etdilər. Onlar yolda iki dəfə maşını dəyişdirdilər. Sonra M.Maqomayev prospektində 5+ marketin qarşısına gəldilər. Polis əmədaşları həmin yerə taksi çağırdılar. Fərid və Məhəmməd adlı polis əməkdaşları ilə birlikdə “Bayraq meydanı” adlanan yerə getdilər. Məhəmməd adlı polis əməkdaşı taksi sürücüsünün mobil telefonunu alıb, bir qədər aralıda kiminləsə danışdı. Sonra “Bayraq meydanı” adlanan əraziyə Təqsirləndirilən şəxs1 gəldi. Təqsirləndirilən şəxs1 “Moskvic” markalı avtomaşında gəlmişdir. Polis əməkdaşları həmin avtomaşını saxlatdırıb, Pərviz Abdunini maşından düşürdülər. Onları polis şöbəsinə gətirdilər. Polis şöbəsində ona bildirdilər ki, Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş bükümlərdən birini götür və onu satın almağını bildir, həmin bükümə görə ancaq inzibati məsuliyyətə cəlb olunacaqsan, əks halda çəkini artırıb cinayət məsuliyyətinə cəlb olunacaqsan. Eləcə də ona fiziki cəhətdən əzab verməyə başladılar. O da qorxaraq razılaşdı. Polis əməkdaşları onun cibinə bir büküm qoydular. Sonra vəkilin iştirakı ilə üzərinə baxış keçirildi. İnzibati məsliyyətə cəlb olunacağı barədə vədə inanaraq üzərindən götürülmüş içərisində narkotik vasitə olan bükümü Pərviz Abdunidən 9 manat vəd etməklə aldığını bildirdi. Ekspertizanın rəyi ilə tanış olduqdan və cinayət məsuliyyətinə cəlb olunmağını bildikdən sonra etirazını bildirdi. O, Təqsirləndirilən şəxs1 narkotik vasitə almamış, ya da taksi sürücüsünün mobil telefonu ilə Pərvizə narkotik vasitə ilə bağlı zəng etməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı vəkilin iştirakı ilə verdiyi izahatında göstərmişdir ki, 26.02.2021-ci il tarixdə saat 17:10 radələrində Mingəçevir şəhər N.Nərimanov küçəsi 38 saylı binanın yaxınlığında mülki geyimli polis əməkdaşları ona yaxınlaşdılar, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Mingəçevir şəhər polis şöbəsinin inzibati binasında, növbətçi hissəni qarşısında, vəkilin və proses iştirakçılarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütlə, eyni cibindən isə ona məxsus 3 manat 20 qəpik pul aşkar olunub götürüldü. Aşkar olunub götürülmüş bir bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütləni 26.02.2021-ci il tarixdə saat 16:00 rədələrində Mingəçevir şəhəri Samux küçəsində “Bayraq meydanı” yaxınlığında Pərviz adlı şəxslə görüşüb əvvəlcədən aralarında olan razılığa görə almışdır. Lakin ona pul verməmiş, pulu sonra verəcəkdi. Həmin narkotik vasitədən yaşadığı binanın qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığına görə istifadə edə bilmədi. Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildikdən sonra həmin bükülülər zərfə qoyularaq qablaşdırıld. Həmin zərfə özü də imza etdi, bu barədə protokol tərtib olundu. potokolu o və iştirakçılar imzaladılar. Şahid1 İmran oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 26.02.2021-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçiriləcək əməliyyat-axtarış tədbiri üçün yaradılmış qrupun üzvü olmuş, həmin gün saat 17 radələrində PPXB-nün polis nəfəri Şahid2 və polis nəfəri Məhəmməd Sultanov ilə birlikdə Mingəçevir şəhər H.Əliyev prospekti ilə Samux küçəsinin kəsişməsində “Bayraq Meydanı” adlanan ərazidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Mingəçevir şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində narkotik vasitə heroin olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün “Bayraq Meydanı” adlanan əraziyə getdilər, orada sarı rəngli yük hissəsi yarım kəsik vəziyyətdə olan avtomaşın dayanmasını, həmin avtomaşına yaxınlaşıb baxanda avtomaşında üç nəfər şəxs olmasını gördülər. Polis əməkdaşları olmalarını deyərək özlərini təqdim edib, onlardan avtomaşından düşmələrini xahiş etdilər. Həmin şəxslər avtomaşından düşdükdən sonra adlarını soruşduqda həmin şəxslər özlərini təqdim edəndə şəxslərdən biri Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2 olması məlum oldu, avtomaşını idarə edən şəxs isə Şahid3 olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə polis şöbəsində məlumat olmasını bildirib həmin məlumatın yoxlanılması ilə əlaqədar birlikdə polis şöbəsinə getməyi təklif etdilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etmədi, onlarla birlikdə polis şöbəsinə gəldilər. Polis şöbəsində Təqsirləndirilən şəxs2 dövlət hesabına müdafiəçi təyin olundu, onun üzərində şəxsi axtarış keçiriləcəyi və video çəkiliş aparılacağı elan olundu. Təqsirləndirilən şəxs2 da etiraz etmədi, bundan sonra müdafiəçinin də iştirakı ilə üzərində axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 təklif olunub ki, üzərində olan əşyaları təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü təqdim etdi, daha sonra cibindən 3 manat 20 qəpik pul əskinasları çıxarıb təqdim edərək üzərində başqa hər hansı əşya olmadığnı bildirdi. Əynində olan geyimlərin cibləri yoxlanılarkən başqa hər hansı əşya aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkilib, boş zərfdə qablaşdırıldı. Təqsirləndirilən şəxs2 və müdafiəçisi Ruhiyə Kərimli heç bir etiraz etməyərək zərfi imzaladılar. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroin olan bükümü haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs2 üzərində saxladığı içərisində narkotik vasitə heroin olan kağız bükümü həmin gün saat 16 radələrində Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs1 9 manat pul verməyi vəd edərək almasını, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirdi. Daha sonra eyni vaxtda polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə üzərində baxış keçirilməsi bildirilmişdir. Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs1 üzərində olan “Nokia” markalı mobil telefon, bir ədəd alışqan və başqa qadağan olunmamış əşyaları təqdim etdikdən sonra əynindəki qolsuz gödəkçənin sol yan cibindən bir ədəd dərman qutusu çıxardaraq təqdim etdi. Həmin dərman qutusunun içərisində iki ədəd gümüşü rəngli kağız bükümlər aşkar olundu. Təqsirləndirilən şəxs1 üzərində saxladığı bir ədəd dərman qutusunun içərisində olan iki ədəd gümüşü rəngli bükümlərin içərisində olan kütlələrin narkotik vasitə heroin olmasını və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirdi. İçərisində narkotik vasitə heroinə oxşar kütlələr olan iki ədəd gümüşü bükümlər içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilib və daha sonra boş zərfə qoyularaq qablaşdırıldı. Təqsirləndirilən şəxs1 və müdafiəçisi də həmin zərfi etiraz etməyək imzaladılar. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroinə oxşar kütləni haradan əldə etməsi və Təqsirləndirilən şəxs2 ondan həmin gün saat 16 radələrində nisyə qaydada 9 (doqquz) manat pul müqabilində almasını bildirməsinə dair fikri soruşulduqda Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş iki ədəd içərisində narkotik vasitə heroin olan bükümləri və həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs2 9 manat pul müqabilində nisyə qaydada satdığı bir ədəd içərisində narkotik vasitə heroin olan büküm ilə birlikdə cəmi 3 ədəd içərisində narkotik vasitə heroin olan bükümləri Yevlax rayon ərazisində zibil tullantıları atmağa gedərkən tapdığını bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş polis əməkdaşı Şahid2 da Şahid1 İmran oğlunun ifadəsinə uyğun ifadə verdi. Şahid3 oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, 2021-ci ilin fevral ayının 26-da saat təxminən 16 radələrində özünə məxsus “Moskviç 2141” markalı sarı rəngli, yük yeri yarım kəsilmiş vəziyyətdə ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınla qohumu Turala məxsus Günəşli bağ massivində yerləşən fərdi yaşayış evinin həyətində yığılmış tullantıları avtomaşının yük yerinə toplayıb, avtomaşınla küçəyə çıxdıqda Təqsirləndirilən şəxs1 ilə rastlaşdı. Ona yaxınlaşanda avtomaşını saxlayaraq zibil tullantıları atmağa getdiyini və boşaltmağa kömək etməsini xahiş etdi, Təqsirləndirilən şəxs1 də onun xahişi ilə razılaşıb avtomaşına əyləşdi. Onlar birlikdə Günəşli bağ massivindən çıxıb Mingəçevir şəhər H.Əliyev prospekti ilə Samux küçəsinin kəsişməsində yerləşən “Bayraq Meydanı” adlanan ərazidən keçərkən Təqsirləndirilən şəxs1 dayanmalarını xahiş etdi və adını bildirmədiyi bir nəfər şəxslə görüşəcəyini və qısa müddətə qayıdacağını deyərək gözləməsini xahiş etdi. Daha sonra Təqsirləndirilən şəxs1 maşından düşüb görünməyən aralığa girdi, sonra geri avtomaşına qayıdıb əyləşəndə bir nəfər şəxs də onlarla getməli olmasını və yolda düşəcəyini bildirdi. Bir neçə dəqiqədən sonra bir nəfər qaraşın, arıq bədən quruluşlu olan kişi cinsindən şəxs yaxınlaşıb avtomaşına əyləşdi. Təqsirləndirilən şəxs1 getməyi dedikdə avtomaşınla hərəkətə başlamaq istəyəndə tanımadığı bir maşın onun idarə etdiyi avtomaşının arxasında dayanıb və işıqla dayanma işarəsi verdi. Həmin vaxt 2-3 nəfər şəxs maşından düşüb yaxınlaşaraq polis işçisi olduqlarını bildirib avtomaşına gəlib Təqsirləndirilən şəxs1 ilə adını sonradan bildiyi Rasim adlı şəxsi avtomaşından düşürüb, ona isə yoluna davam etməsini dedilər. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı ilə bağlı hər hansı məlumatı olmayıbdır. Şahid4 məhkəmə iclasında ifadəsində bildirdi ki, özünə məxsus “Vaz 21015”markalı ** NC *** nömrə nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır, onlarla arasında hər hansı ədavəti və mübahisəsi olmamışdır. 26 fevral 2021-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri M.Maqomayev küçəsində dayanan vaxt bir nəfər şəxs avtomaşına yaxınlaşıb, onu “Bayraq Meydanı” adlanan yerə aparmasını xahiş etdi. Qarşılığında altı manat pul alacağına razılaşdılar. Həmin adam avtomaşına əyləşdi. Yolda dedi ki, “mobil telefonum üstümdə yoxdu, imkan varsa telefonunu mənə ver, dostuma zəng edim.” O da mobil telefonunu həmin şəxsə verdi. Həmin adam telefonla danışarkən “Pərviz mənəm Rasim, gəlirəm “Bayraq meydanı”na görüşək”, dedikdə müştəri kimi yanımda əyləşən şəxsin adı Rasim olmasını öyrənmişdi. Bir qədər yol getdikdən sonra Mingəçevir şəhər “Bayraq Meydanı” adlanan əraziyə çatanda Rasim adlı şəxs avtomaşını saxlamasını dedi və dayananda düşüb avtomaşından getdi, yol haqqını da ala bilmədi. Daha sonra həmin şəxslə görüşmədi. Təqsirləndirilən şəxs1 ümumiyyətlə tanımır, onunla hər hansı formada ünsiyyəti heç vaxt olmayıbdır. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X4 ifadəsində bildirdi ki, Mingəçevir şəhər PŞ-də PPXB-nin polis nəfəri işləyir. Təqsirləndirilən şəxs1 Məhərrəm oğlu və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə keçiriləcək əməliyyat tədbirinə kömək etmək məqsədi ilə 26 fevral 2021-ci il tarixdə saat 16:00 radələrində polis əməkdaşları ilə birlikdə Mingəçevir şəhəri “Bayraq meydanı” deyilən əraziyə getmişdi. Anacq o, taksi sürücüsünün mobil telefonunu almamış, onun telefonunda kimsəyə zəng etmək məqsədilə istifadə etməmişdir. İşin 27-28-ci vərəqlərində olan 26 fevral 2021-ci il tarixli şəxsi axtarış kerilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütlə, eyni cibindən isə ona məxsus 3 manat 20 qəpik pul aşkar olunub götürüldü. Təqsirləndirilən şəxs2 aşkar olunub götürülmüş bir bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütləni 26.02.2021-ci il tarixdə saat 16:00 radələrində şəhərin Samux küçəsində Bayraq meydanın yaxınlığında Pərviz adlı şəxslə əvvəlcədən aralarında olan razılığa görə görüşdüyünü, 9 manata aldığını, lakin üzərində pulu olmadığına görə aldığı narkotikin müqabilində Pərvizə 9 manat pulu verə bilmədiyini, həmin pulu sonra verəcəyini, həmin narkotik vasitəni sonradan özü istifadə istifadə etmək üçün saxladığını bildirdi. İşin 56-57-ci vərəqlərində olan 26 fevral 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən dərman qutusunun içərisindən ayrı-ayrılıqda iki bükümdə içərisində narkotik vasitə hesab olunan herinə oxşar kütlə, sol yan cibindən “Kingston” markalı siqaret qutusu və bir ədəd alışqan, cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, 66 (altmış altı) manat pul aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs1 aşkar olunub götürülmüş dərman qutusunun içərisindən ayrı-ayrılıqda iki bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütlələri 25.02.2021-ci il tarixdə saat 15:00 radələrində Yevlax rayonunda yolun kənarında olan kanalın yaxınlığında tullantıları yığan zaman tapdığını, ikisinin özünün istifadəsi üçün saxladığını, bir bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütləni 26.02.2021-ci il tarixdə saat 16:00 radələrində şəhərin Samux küçəsində Bayraq Meydanın yaxınlığında Pərviz adlı şəxslə əvvəlcədən aralarında olan razılığa görə görüşüb 9 manata satdığını bildirdi. İşin 172-173-cü vərəqlərində olan 04 mart 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 pulu sonra ödəyəcəyi vədinə inanaraq bir büküm narkotik vasitəni 9 manata Təqsirləndirilən şəxs2 satmasını onun üzünə demişdir. İşin 68-71-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2021-ci il tarixli, 17/159 saylı rəyində göstərilir ki, üzərində « Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunub götürülmüş…..» sözləri yazılmış zərfin içərisindəki sellofana bükülmüş 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,171 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunub götürülmüş.....” sözləri yazılmış zərfin içərisində 01 (bir) ədəd plastik dərman qutusundakı sellofana bükülmüş 02(iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,194 qr., 0,178qr., ümumi təmiz çəkisi-0,372 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroinlərdir. Heroinlərin ümumi təmiz çəkisi-0,543 qr., tədqiqata sərf edildi-0,152qr.,(hər ob.-0,50 qr) qalıq-0,393 qram Tədqiqata təqdim olunmuş 02 (üç) ədəd zərfin içərisindəki 03 (üç) ədəd bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. İşin 240-cı vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 422 saylı 20 aprel 2021-ci il tarixli rəyində göstərilir ki, X1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin 238-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 424 saylı 20 aprel 2021-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcubri müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin 204-cü vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş 19.03.2021-ci il tarixli, 388 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 20.10.2019-cu ildən “opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntusu asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 3 ədəd gümüşü-ağ rəngli kağız bükümlərinin içərisində ayrı-ayrılıqda çəkiləri 0,171 qram, 0,178 qram və 0,194 qram olmaqla ümumi təmiz çəkisi 0,543 qram olan narkotik vasitə heroini 26 fevral 2021-ci il tarixdə əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibinə qoyub üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə - heroindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,171 qram olan hissəsini 26 fevral 2021-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Samux küçəsinin kəsişməsində yerləşən “Bayraq Meydanı” adlanan ərazinin yaxınlığında Təqsirləndirilən şəxs2, sonuncunun ona 9 manat verəcəyi vədini qəbul edib qanunsuz olaraq satmış, həmçinin 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,178 qram və 0,194 qram olmaqla ümumi təmiz çəkisi 0,372 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibində qanunsuz olaraq saxlayaraq daşımış, 26 fevral 2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Samux küçəsinin kəsişməsində yerləşən “Bayraq Meydanı” adlanan ərazinin yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı ayrı-ayrılıqda təmiz çəkiləri 0,178 qram və 0,194 qram olmaqla ümumi təmiz çəkisi 0,372 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Məmmədov X6 şəhər Məhkəməsinin 11.06.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Salyan rayon məhkəməsinin 27 mart 2020-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan 8 (səkkiz) ay 12 (on iki) gün vaxtından əvvəl şərti azad olunmasına, məhkumluğu ödənilməməsinə və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməməsinə baxmayaraq islah olunmamış, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, o 26.02.2021-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti ilə Samux küçəsinin kəsişməsində yerləşən “Bayraq Meydanı” adlanan ərazinin yaxınlığında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 9 (doqquz) manat ödəyəcəyini vəd edərək qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü-ağ kağız bükümündə təmiz çəkisi 0,171 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli cins şalvarının sağ yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Günəşli bağ massivində saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17:30-da üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə-heroin onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətmələri şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur.Onların ifadələri özünü müdafiə xarakteri daşıyır, iş materialları ilə təkzib olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 199-200-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X2 məhkumluğu yoxdur. İşin 122-ci vərəqində olan xasiyyətnamədən görünür ki, X9 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 121-ci vərəqində olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X2 himayəsində 30.03.2007-ci il təvəllüdlü Fatimə və 03.02.2009-cu il təvəllüdlü Elgün adlı iki azyaşlı uşaqları var. Cəza təyin edilərkən təqsirləndirilən şəxs X2 himayəsində iki azyaşlı uşaqları olması, yaşayış yerindən müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs X9 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşin 53-cü vərəqində olan şübhəli şəxsi tutma haqqında 26 fevral 2021-ci il tarixli protokoldan görünür ki, X9 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cəzasının əvvəli tutulduğu vaxtdan, 26 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs X2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunmalıdı və narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. İşin 183-cü vərəqində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2016-cı il təvəllüdlü X8 və 2018-ci il təvəllüdlü X10 adlı iki nəfər azyaşlı uşaqları var. İşin 184-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşaqları olması, yaşayış yerindən müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İşin 251-253-cü vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 11 iyun 2019-cu il tarixli 1(051)-70/2019 saylı hökmündən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Mingəçevir şəhər məhkəməsinin 06 fevral 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 2(iki) il 11 (on bir) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü 1 günə hesablamaqla 1 (bir) il 4 (dörd) ay 13 (on üç) gün CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplama yolu ilə birləşdirməklə üzərində 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 13 fevral 2019-cu il tarixdən 15 fevral 2019-cu il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış,27.03.2020-ci ildə Salyan rayon məhkəməsinin qərarı ilə 8 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuş, 09.12.2020-ci ildə cəza müddəti başa çatdığından şöbə qeydiyyatından çıxarılıbdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. İşin 25-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 26 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 139-cu vərəqində olan Mingəçevir şəhər Polis Şöbəsinin 28 fevral 2021-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 26 fevral 2021-ci il tarixdən 28 fevral 2021-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,393 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb dövlət büdcəsinə keçirilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 282 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 252 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: X9 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinsin. CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, 26 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 26 fevral 2021-ci il tarixdən 28 fevral 2021-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1(bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 12.11.2021-ci il tarixdən hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun . Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,393 qram narkotik vasitə heroin məhv edilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 282 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 252 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar