Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-114/2022 13.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Mingəçevir Şəhər vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1981-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən (fərdi əməklə məşğul olan), əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində yaşadığı Mingəçevir şəhəri, C.Əliyev küçəsi, ev 13 a, mənzil 9 ünvanında qaynı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində başı ilə sonuncunun sağ gözaltı nahiyyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona sağ sifətində yara və sağ gözünün alt qapağında qançır ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol tərtib edilərək məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynıdır. Farizin bacısı Cəmilə Ağayeva ilə 2008-ci ildə ailə həyatı qurmuşdur, birgə nikahdan iki azyaşlı qız övladları vardır. Ailə qurduqdan sonra ailəsi ilə birlikdə valideyinlərinə məxsus mənzildə yaşayır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında həyat yoldaşı C.Ağayeva ilə aralarında ailədaxili münaqişə baş vermişdir. Həmin vaxt əsəbləşib həyat yoldaşı Cəmilə Ağayevanı evdən qovacağını söyləmiş, bu səbəbdən də xx.xx.2022-ci il tarixdə səhər saatlarında arvadı Cəmilə onun evdə olmamasından istifadə edərək övladlarını da götürüb evdən getmişdir. Həmin gün axşam saatlarında işdən evə gələn zaman anası Şahid2 ona Cəmilənin övladları ilə birgə evdən getməsi barədə xəbər vermişdir. Bundan sonra C.Ağayevanın qohumlarına zəng edib onu axtarmağa başlamış, bir qədər sonra isə Cəmilə Ağayevanın dayısı oğlu Şahid1 yaşadığı ünvana getməsini öyrənmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində yaşadığı evdə olan zaman qaynı Zərərçəkmiş şəxs, onun xalası Şahid3 və dayısı oğlu Şahid1 onun yaşadığı ünvana gəlmişlər. Bu zaman Şahid3 ona kobud tərzdə nə üçün arvadı Cəmiləni evdən qovmasını soruşmuş, həmin vaxt ona ailə işlərinə qarışmamasını tövsiyyə etmişdir. Bu zaman qaynı Zərərçəkmiş şəxs da onunla kobud tərzdə danışdığından aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı onlara mənzilini tərk etmələrini söyləmiş, həmin vaxt qaynı Fariz onun yaxasından tutub özünə tərəf çəkmişdir. Bu səbəbdən əsəbləşib qəsdən başı ilə qaynı Farizin sağ gözaltı nahiyyəsinə zərbə vurmuşdur. Bundan sonra sonuncunun dayısı oğlu Şahid1 və xalası Şahid3 davadalaşa müdaxilə edərək onları ayırmışlar. Daha sonra anası Solmaz onu sakitləşdirib oradan uzaqlaşdırmışdır. Həmin vaxt qaynı Fariz və onun xalası Zərifə mənzili tərk edib getmişlər. Bir qədər sonra isə polis əməkdaşları onun yaşadığı ünavana gəlib qaynı Farizin şikayəti üzrə onu şəhər polis şöbəsinə aparmışlar. Hadisədən sonra Zərərçəkmiş şəxsla yaxın qohum olduqları üçün barışmışlar. Hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yeznəsidir. Natiq onun bacısı Cəmilə Ağayeva ilə 2008-ci ildə ailə həyatı qurmuşlar. Onların birgə nikahdan iki azyaşlı qız övladları var. Yeznəsi Təqsirləndirilən şəxs son zamanlar bacısı Cəmilə Ağayeva ilə yola getməməsi səbəbindən aralarında mütəmadi olaraq münaqişələr baş vermişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında dayısı oğlu Şahid1 ona zəng edərək bacısı Cəmilənin əri Natiqlə münaqişə edib övladlarını da götürərək onlara gəlməsini xəbər vermişdir. xx.xx.2022- ci il tarixdə saat 18 radələrində işini bitirdikdən sonra bacısı Cəmilənin ardınca dayısı oğlu Şahid1 yaşadığı ünvana getmiş, həmin vaxt xalası Şahid3 da orada olmuşdur. X3 əri Təqsirləndirilən şəxs onu hansı səbəbdən evdən qovmasını öyrəndikdən sonra sonuncu ilə bu barədə danışmaq qərarına gəlmişlər. Xalası Şahid3 və dayısı oğlu Ramil Abasov da onunla birgə yeznəsi Təqsirləndirilən şəxs evinə getmişlər. Yeznəsi Natiqin anası Solmaz qapını açaraq onları evinə dəvət etmiş, mənzilə daxil olduqdan sonra xalası Zərifə Natiqdən arvadı Cəmiləni hansı səbəbdən evdən qovmasını soruşmuşdur. Bu zaman Natiq əsəbləşərək Zərifədən onun ailə işlərinə qarışmamasını tələb etmşdir. Bu səbəbdən onların arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Natiq kobud tərzdə xalası Zərifəni evdən qovub çıxarmaq istədiyini görüb, yaranmış mübahisəyə müdaxilə etmişdir. Onları sakitləşdirməyə çalışan zaman yeznəsi Təqsirləndirilən şəxs qəsdən başı ilə onun sağ gözaltı nahiyyəsinə zərbə ilə vurmuşdur. Bu zaman dayısı oğlu Şahid1 onları ayırmağa cəhd edən zaman yeznəsi Təqsirləndirilən şəxs təkrar bir neçə dəfə yumruqla onun sifət nahiyyəsinə zərbələr vurmuşdur. Bundan sonra dava-dalaşa müdaxilə edən xalası Zərifə və Natiqin anası Solmaz onları ayırmışlar. Daha sonra xalası Zərifə onu oradan uzaqlaşdıraraq öz yaşadığı ünvana gətirmiş, həmin vaxt xalası Zərifə baş verən dava- dalaşla bağlı DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Bundan sonra onun yaşadığı ünvana polis əməkdaşları gəlib hadisə ilə bağlı araşdırma aparmışlar, polis əməkdaşlarına rəsmi olaraq şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin hadisədən sonra o, Natiqlə barışmışdır. Hazırda ondan heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə onun qaynıdır. Oğlu Natiq 2008-ci ildə Cəmilə Ağayeva ilə ailə qurmuş, birgə nikahdan iki övladları var. Evləndikdən sonra Natiq ailəsi ilə birlikdə onun yanında yaşayır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında oğlu Natiqlə arvadı Cəmilə arasında mübahisə baş verdiyindən növbəti gün səhər saatlarında Cəmilə öz övladları ilə birgə yaşadıqları evi tərk edib getmişdir. Həmin gün axşam saatlarında oğlu Natiq işdən gələndə ona hər şeyi bildirmişdir. Bundan sonra Natiq Cəmilənin bütün qohumlarına zəng edib hara getməsini soraqlamış, məlum olmuşdur ki, Cəmilə dayısı oğlu Şahid1 yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 19:30 radələrində evdə olan zaman oğlu Natiqin qaynı Fariz, onun xalası Zərifə və dayısı oğlu Ramil onların yaşadıqları ünvana gəlmişlər. Həmin vaxt Zərifə kobud tərzdə oğlu Natiqdən nə üçün arvadı Cəmiləni evdən qovmasını soruşmuş, cavabında Natiq ona ailə işlərinə qarışmamasını söyləmişdir. Bundan sonra oğlu Natiqlə Zərifə arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Fariz xalası Zərifəni müdafiə edərək Natiqlə kobud şəkildə danışmış və onun əynindəki köynəyin yaxasından tutub dartmışdır. Bu zaman Natiq əsəbləşərək qəsdən bir dəfə başı ilə qaynı Farizin sağ gözaltı nahiyyəsinə zərbə vurmuşdur. Bundan sonra yaranmış dava-dalaşa müdaxilə edərək onları ayırmışlar. Zərifə Farizi sakitləşdirib oradan aparmışdır. Onlar getdikdən bir qədər sonra isə polis əməkdaşları yaşadıqları mənzilə gəlib oğlu Natiqi şəhər polis şöbəsinə aparmışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid3 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı oğlu, Təqsirləndirilən şəxs isə bacısının yeznəsidir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında qardaşı oğlu Şahid1 ona zəng edərək bacısı qızı Cəmilə Ağayevanın əri Təqsirləndirilən şəxslə münaqişə edərək evini tərk edib onlara gəlməsi barədə xəbər vermişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə saat 17 radələrində qardaşı oğlu Şahid1 yaşadığı ünvana getmişdir. Bacısı qızı Cəmilənin hansı səbəbdən əri ilə dalaşdığını öyrənmişdir. Bir qədər sonra bacısı oğlu Zərərçəkmiş şəxs da oraya gəlmiş və bacısı Cəmilənin hansı səbəbdən oraya gəlməsini öyrəndikdən sonra yeznəsi Təqsirləndirilən şəxslə bu barədə söhbət etmək qərarına gəlmişlər. Buna görə bacısı oğlu Fariz və qardaşı oğlu Ramil ilə birlikdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs evinə gəlmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs nə üçün arvadı Cəmilə Ağayevanı evdən qovmasını soruşduqda, Natiq onunla kobud tərzdə danışmış və onlardan onun ailə işlərinə qarışmamasını tələb etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı bacısı oğlu Fariz yeznəsi Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsa da, Təqsirləndirilən şəxs qəsdən başı ilə Farizin sağ gözaltı nahiyyəsinə zərbə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt qardaşı oğlu Şahid1 dava-dalaşa müdaxilə edərək onları ayırmağa çalışmış, bu zaman Natiq təkrar Farizin sifət nahiyyəsinə bir neçə dəfə yumruqla zərbələr vurmuşdur. Bundan sonra dava-dalaş müdaxilə edərək onları ayırmışlar. Daha sonra Farizin sağ gözaltı nahiyyəsinin xəsarət almasını görüb onu oradan uzaqlaşdıraraq yaşadığı ünvana gətirmiş və DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi oğlu, Təqsirləndirilən şəxs isə onun yeznəsidir. Bibisi qızı Cəmilə Ağayeva 2008-ci ildə Təqsirləndirilən şəxslə ailə qurmuş, birgə nikahdan iki övladları olmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında işdən evə gələndə bibisi qızı Cəmilənin övladları ilə birgə onun yaşadığı evdə olduqlarını görmüşdür. Həmin vaxt bibisi qızı Cəmilə əri ilə münaqişə edib onun yaşadığı ünvana gəldiyini demiş, bundan sonra bu barədə bibisi Şahid3 və bibisi oğlu Zərərçəkmiş şəxs məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində bibisi oğlu Fariz onun yaşadığı ünvana gəlib X3 hansı səbəbdən əri Natiqlə mübahisə etməsini öyrənmişdir. Bundan sonra bibisi oğlu Fariz yeznəsi Natiqlə bu barədə söhbət etmək qərarına gəlmişdir. Bibisi Zərifə də onlara qoşularaq, birlikdə Təqsirləndirilən şəxs ünvanına getmişlər. X4 nə üçün arvadı Cəmiləni evdən qovmasını soruşmuş, Natiq bibisinə kobud cavab verərək onun ailə işlərinə qarışmamasını tələb etmişdir. Bu səbəbdən onların arasında mübahisə yaranmış, mübahisə zamanı Natiq kobud tərzdə onları evindən qovmağa çalışmışdır. Həmin vaxt bibisi oğlu Fariz yeznəsi Natiqi sakitləşdirməyə çalışmış, bu zaman Natiq qəsdən başı ilə Farizin sağ gözaltı nahiyyəsinə zərbə ilə vuraraq ona xəsarət yetirmişdir. Onları ayırmağa cəhd etmiş, lakin Natiq təkrar Farizin sifət nahiyyəsinə yumruqla bir neçə dəfə zərbələr vurmuşdur. Bibisi Zərifə ilə birgə yaranmış dava-dalaşa müdaxilə edərək onları ayırmışlar. X5 sakitləşdirib oradan uzaqlaşdırmışdır. Bir qədər sonra isə bibisi Zərifə istifadəsində olan mobil telefonla DİNnin 102 zəng mərkəzinə dava-dalaş barədə məlumat vermişdir. İşdə olan 26 iyun 2022-ci il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri Mingəçevir şəhəri C.Əliyev küçəsi 13a saylı binanın 5-ci mərtəbəsində yerləşən 9 saylı mənzilin qonaq otağının giriş hissəsidir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci tarixdə, saat 19 radələrində, yaşadığı Mingəçevir şəhəri, C.Əliyev küçəsi 13a saylı evin, 9 saylı mənzilində qaynı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış və həmin vaxtı əsəbləşərək qəsdən başı ilə onun sağ gözaltı nahiyyəsinə zərbə vuraraq ona xəsarət yetirmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin 19 iyun 2022-ci il tarixli, 362 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - sağ sifətində yara və sağ gözünün alt qapağında qançır, küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan 29 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Mingəçevir Şəhər 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində yaşadığı ünvan 2 ünvanında qaynı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı başı ilə Zərərçəkmiş şəxs sağ gözaltı nahiyəsinə zərbə vuraraq ona sağ sifətində yara və sağ gözünün alt qapağında qançır ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif edilməlidir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirmiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM–nin 72–ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi mümkün sayılır. Odur ki, məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344– 347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-114/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-114/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver