Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-115/2022 03.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs Oktay oğlunun yaşadığı və atalarından miras qaldığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 10-cu küçədə yerləşən 5 nömrəli fərdi yaşayış evinə arvadı Şahid2 Nufər qızı ilə gəldikdə qardaşı Zərərçəkmiş şəxs ona məlumat vermədən və atalarından miras qalan mülk bölgüsü ilə bağlı məsələlərin həllini tapmadığı halda ailə qurduğunu, habelə Zərərçəkmiş şəxs ailə qurduğu qadının atalarından miras qalan evə onun icazəsi olmadan gətirdiyini bildikdən sonra Zərərçəkmiş şəxsla aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı o, əlində olan daş parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə vuraraq ona təpə nahiyəsində iki ədəd yara, sağ alt çənə nahiyəsində şişkinlik fonunda sıyrıq ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, habelə burun qanaxması və burunun üstündə olan yara ayrı-ayrılıqda və birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onu qardaşıdır. O, ünvan 3 ünvanında arvadı Şahid2 ilə birlikdə yaşayır. Hər iki valideynləri vəfat etdiyi üçün qardaşı Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, Günəşli bağ massivində yerləşən evdə tək yaşayır. xx.xx.2022-ci tarixdə qardaşı Zərərçəkmiş şəxs və qardaşının dostu X1 idarə etdiyi "Mersedes-benz e 280" markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhərinə onun yaşadığı evin qarşısına gəlmişdir. Həmin zaman qardaşı Zərərçəkmiş şəxs Şəki rayonundan tanış olduğu bir qızla ailə qurmaq istədiyini bildirdikdə "hələ gözlə araşdıraraq məsləhət olarsa, gedib alarıq, yoxsa ata evimizə hər yoldan keçən tanımadığını gətirə bilmərsən" demiş, Zərərçəkmiş şəxs heç bir söz demədən geri qayıtmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 23-radələrində arvadı Şölə ilə birlikdə Mingəçevir şəhərinə gəlmək üçün Gəncə şəhər avtovağzalının qarşısına gəlib orada dövlət qeydiyyat nişanını xatırlamadığı "VAZ-2106" markalı avtomobilə minərək qardaşı Zərərçəkmiş şəxs yaşadığı ata yurduna gəlmək üçün yola düşmüşlər. 2022-ci ilin mart ayının 28-dən 29-na keçən gecə saat 00:05-radələrində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına çatmış, qapı bağlı olduğu üçün qardaşı Zərərçəkmiş şəxs zəng edərək həyat yoldaşı ilə gəldiklərini və qapının qarşısında gözlədiklərini bildirmişdir. Qardaşı Zərərçəkmiş şəxs telefon vasitəsi ilə evdə olmadığını, tanışları ilə çayxanada çay içdiyini söyləmişdir. Bundan sonra o, ata yurdu sayılan fərdi yaşayış sahəsinə hasar vasitəsi ilə daxil olub darvazanı açdıqdan sonra arvadı Şölə həyətə daxil olmuşdur. “VAZ2106” markalı minik maşının sürücüsü isə hasarın çöl tərəfində qalmışdır. Darvazanı bağlayan zaman qardaşı Zərərçəkmiş şəxs evdən çölə çıxmışdır. Qardaşı Zərərçəkmiş şəxs ona qız qaçırtdığını, həmin qızın evdə olduğunu, buna görə də, evə girməyə icazə vermədiyini söyləmişdir. Bu zaman o, qardaşı Zərərçəkmiş şəxs qızın kim olduğunu soruşmuş qardaşı Didar adlı qızı Şəki rayonundan qaçırdığını bildirmişdir. Həmin zaman da, Didar çölə çıxmışdır. O, Zərərçəkmiş şəxs qaçırdığı Şahid1 şəxsiyyət vəsiqəsini tələb edərək kim olduğunu və ailəsinin kim olduğunu soruşdaqda Didar cavab verməyə borcu olmadığını və bu məsələnin Zərərçəkmiş şəxsla öz aralarında olan məsələ olduğunu bildirmişdir. Bundan sonra qardaşı Zərərçəkmiş şəxsla yaxalaşmağa başlamış və arvadı Şahid2 onları ayırmışdır. Daha sonra qardaşı Zərərçəkmiş şəxsla yenidən yaxalaşmış bu zaman Zərərçəkmiş şəxs ona badalaq verərək yerə yıxmışdır. Bu zaman o, əsəbləşmiş və həyətdə əlinə keçən daş vasitəsi ilə Zərərçəkmiş şəxs baş nahiyyəsinə iki dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs əlindəki daş vasitəsi ilə iki dəfə xəsarət yetirdikdən sonra aralaşmışdır. Daha sonra həyətdən götürdüyü daşı həyətə tullamış və DİN-nin 102 xidmətinə zəng edib qardaşı Zərərçəkmiş şəxs ata yudu olan evə qız gətirdiyini, onu evə qoymadığını və buna görə də, qardaşı Zərərçəkmiş şəxsla dalaşdıqlarını bildirmişdir. Hazırda əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və qardaşı arvadı ilə birlikdə Gəncə şəhərində yaşayır. Uzun müddətdir ki, valideynləri vəfat etdiyi üçün o, ata yurdunda tək yaşayır, ailə qurmaq istəyir, bu səbəbdən də, 2022-ci ilin yanvar ayında Şəki rayonunda olan zaman Şəki rayonu, Cəfərabad kənd sakini Şahid1 ilə tanış olmuş və Dindar Yunusova ilə ailə həyatı qurmaq qərarına gəlmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə dostu Şahid3 ilə sonuncunun idarə etdiyi "Mersedes-benz e 280" markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhərinə gedərək qardaşı Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüşmüş və Şəki rayonundan tanış olduğu xanımla ailə qurmaq istədiyini bildirdikdə qardaşı Təqsirləndirilən şəxs ona "sən nə vaxt ata mirasını satarsan sənə qarışmaram, yoxsa o evə heç kimi gətirə bilmərsən" kəlməsini işlətmişdir. O isə bir mübahisə etmədən dostu Firdovsi ilə birlikdə Mingəçevir şəhərinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə o, Şəki rayonuna gedərək Şahid1 ilə ailə qurmaq niyyəti ilə onu Mingəçevir şəhərinə gətirmişdir 2022-ci ilin mart ayının 28-dən 29-na keçən gecə saat 00:05 radələrində qardaşı Təqsirləndirilən şəxs ona zəng edərək harada olduğunu soruşanda o, evdə olduğunu dedikdə qardaşı Ramin evin yaxınlığında olduğunu bildirmişdir. Bundan sonra o, yaşadığı evin qarşısına çıxanda qardaşı Raminin arvadı Şölə və tanımadığı cavan oğlanın idarə etdiyi, lakin nömrəsini xatırlamadığı qırmızı rəngli "VAZ- 2106" markalı avtomobili ilə darvazanın qarşısına gəlmişlər. Həmin vaxt Ramin ona "aç qapını içəri keçəcəm" demiş və sonra onlar birlikdə həyətə daxil olmuşdur. Bundan sonra qardaşı Ramin evin qapısını açıb içəri daxil olmaq istəyəndə o, gözləməsini xahiş və tələb edərək evdə arvadının yatdığını bildirmişdir. Bu zaman qardaşı Təqsirləndirilən şəxs onun ünvanına kobud sözlər işlədərək "sən kimsən mənə deməmiş evlənib evə qız gətiribsən" deyib mübahisə etməyə başlamış bundan sonra Didarın kim olduğunu sorğu sual etməyə və Didarında ona məlumat verməyə borclu olduğunu bildirmişdir. Bu sözü deyəndən sonra qardaşı Ramin həyat yoldaşı Didarın üzərinə yeriməyə başlayan zaman o, araya keçmişdir, həmin vaxt Təqsirləndirilən şəxs cibindən çıxartdığı daş parçası ilə başının sağ hissəsinə, sonra isə sol hissəsinə vurduqdan sonra yerə yıxmış əlindəki daşla sinəsinə vurmuşdur. Bu zaman həyat yoldaşı Didar, qardaşının arvadı Şölə və yanınlarında gələn tanımadığı şəxs onları aralaşdırmışlar. Bir qədər sonra Didar qorxaraq evdən çıxıb çölə qaçmışdır. Həmin vaxt o, əsəbləşib qardaşı Raminin ünvanına kobud sözlər demiş, bu zaman Ramin əlindəki həmin daş parçası ilə sifətinə və burnuna vurub xəsarət yetirmişdir. Bu zaman o, DİN-nin 102 xidmətinə zəng edərək qardaşı Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs dostu, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs qardaşıdır. Uzun müddətdir ki, Zərərçəkmiş şəxs valideynləri vəfat etdiyinə görə həmçinin tək yaşadığına görə ailə həyatı qurmaq istəmiş, bu səbəbdən də, 2022-ci ilin yanvar ayında Şəki rayonunda olan zaman Şəki rayonu Cəfərabad kənd sakini Şahid1 ilə tanış olmuşdur. Həmin vaxtdan sonra onlar bir-birilərini tanımış, mütəmadi olaraq telefonda danışmış və belə onların sevgi münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs Didar Yunusovla ailə həyatı qurmaq qərarına gəlmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs ilə idarə etdiyi "Mersedes-benz e 280" markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhərinə getmiş, orada Raminin yaşadığı evin yaxınlığında onunla görüşmüşlər. Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs Şəki rayonundan tanış olduğu xanımla ailə qurmaq istədiyini bildirdikdə, Təqsirləndirilən şəxs "sən nə vaxt ata mirasını satarsan sənə qarışmaram, yoxsa o evə heç kimi gətirə bilmərsən" söyləmişdir. Zərərçəkmiş şəxs heç bir mübahisə etmədən Mingəçevir şəhərinə qayıdıb gəlmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Şəki rayonuna gedib Şahid1 ilə birlikdə ailə qurmaq istədiyini bildirmiş, sonra birlikdə Mingəçevir şəhərinə gəlmişlər. 2022-ci ilin mart ayının 28-dən 29-na keçən gecə saat 00:30 radələrində dostu Zərərçəkmiş şəxs ona zəng edərək qardaşı Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gəlib, xəsarət yetirdiyini bildirdikdə o, dərhal idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxsı yaşadığı evə gəlmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qaynı, Təqsirləndirilən şəxs isə əridir. 19.03.202-ci il tarixdə qayını Zərərçəkmiş şəxs dostu X4 ilə sonuncunun idarə etdiyi "Mersedes-benz e 280" markalı **- EE-*** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhərinə əri ilə birlikdə yaşadığı evin qarşısına gəlmişdilər. Orada qaynı Zərərçəkmiş şəxs Şəki rayonundan tanış olduğu bir qızla ailə qurmaq istədiyini bildirdikdə, əri Təqsirləndirilən şəxs "hələ gözlə araşdıraraq məsləhət olarsa gedib alarıq, yoxsa o evimizə hər yoldan keçən tanımadığını gətirə bilmərsən" demiş, sonra Zərərçəkmiş şəxs da heç bir söz demədən qayıdıb getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində əri Təqsirləndirilən şəxsla birlikdə Mingəçevir şəhərinə gəlmək üçün Gəncə şəhər avtovağzalının qarşısına gəlib orada nömrəsini xatırlamadığı "VAZ-2106" markalı avtomobilə minərək, Mingəçevir şəhərinə yola düşmüşlər. 2022-ci ilin mart ayının 28-dən 29-na keçən gecə saat 00:05-radələrində əri Təqsirləndirilən şəxs ilə qaynı Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına çatmış, orada qapı bağlı olduğu üçün Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs zəng edib gəldiyiklərini və qapının qarşısında olduğunu bildirdikdə, o isə evdə adam olduğunu demişdir. Bundan sonra qaynı Zərərçəkmiş şəxs gəlmiş, Təqsirləndirilən şəxs evin qapısını açıb içəri daxil olmaq istəyən zaman Zərərçəkmiş şəxs gözləməsini xahiş və tələb etmiş, sonra isə evdə arvadı Şahid1 yatdığını bildirmişdir. Bu zaman Ramin Əhmdov əsəbləşib Zərərçəkmiş şəxs "sən kimsən mənə deməmiş evlənib evə qız gətiribsən" deyib mübahisə etmiş və evə daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs evə gətirdiyi Şahid1 kim olduğunu sorğu sual etməyə başlamış və Şahid1 ona məlumat verməyə borclu olmadığını kobud formada bildirmişdir. Bu sözü deyəndən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına kobud sözlər demiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs əsəbləşib cibindən daş parçası çıxardaraq Zərərçəkmiş şəxs başına bir neçə dəfə vurmuşdur. Həmin vaxt Şahid1 evdən çıxıb çölə qaçmış və Zərərçəkmiş şəxs Şahid1 saxlatmaq üçün darvazadan çölə çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs əsəbləşib Raminin ünvanına kobud sözlər demiş, sonra isə cibindən bıçaq çıxardaraq onun üzərinə gələrək evindən çıxıb getmələrini tələb etmişdir. Elə həmin vaxt Təqsirləndirilən şəxs yenidən əsəbləşərək Samirin sifətinə ilk öncə başı ilə sonra isə əlindəki daş parçası ilə vurub xəsarət yetirmiş daha sonra isə daş parçasını uzaq bir yerə atıb tullamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əri, Təqsirləndirilən şəxs qaynı, Şahid2 isə sonuncunun arvadıdır. Təxminən 2022-ci ilin yanvar ayında Şəki rayonunda olan zaman Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs ilə tanış olmuş, həmin vaxtdan sonra onlar bir-birlərini tanımağa başlamış, mütəmadi olaraq telefonda danışmış, Zərərçəkmiş şəxsla ailə həyatı qurmaq qərarına gəlmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərinə gəlib Zərərçəkmiş şəxsla ailə həyatı qurmuşdur. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxsla sonuncunun Mingəçevir şəhəri, Günəşli bağ massivi 10-cu küçədə yerləşən 5 saylı mənzildə yaşamağa başlamışlar. 2022-ci ilin mart ayının 28-dən 29-na keçən gecə saat 00:05 radələrində qaynı Ramin əri Samirə zəng edərək harada olduğunu soruşanda Samirdə evdə olduğunu demiş, həmin vaxt Ramin onların yaşadıqları evin yaxınlığında olduğunu bildirmişdir. Bundan sonra Samir yaşadıqları evin qarşısına çıxmış, o isə evdə qalmışdır. Bir qədər sonra əri Samir, qaynı Ramin, qaynının arvadı Şölə və tanımadığı taksi sürücüsü ilə evə gəlmişdilər. Həmin vaxt Ramin həyat yoldaşı Samirin ünvanına kobud sözlər işlədərək "sən kimsən mənə deməmiş evlənib evə qız gətiribsən" deyib mübahisə etməyə başlamış və evə daxil olmuş, bundan sonra onun kim olduğunu sorğu sual etməyə başlamış və o da, Raminə məlumat verməyə borclu olmadığını bildirmişdir. Bu sözü deyəndən sonra Ramin onun üzərinə yeriməyə başlayanda Samir araya keçmiş, həmin vaxt Ramin cibindən daş parçası çıxardıb Samirin başının sağ hissəsinə, sonra isə sol hissəsinə vuraraq yerə yıxmış, sinəsinə də, əlindəki daşla vurmuşdur. Bu zaman o, Şölə və yanında gələn tanımadığı şəxs onları aralaşdırmışdır. Həmin vaxt o, polisə zəng edib kömək çağırmaq üçün çölə qaçmış, bu zaman Samirdə onun arxası ilə çölə çıxıb onu səsləyib çağırmışdır. Həmin vaxt Samir əsəbləşib Raminin ünvanına kobud sözlər demiş, bu zaman Ramin Samirin sifətinə kəllə ilə vurub, sonra isə əlindəki həmin daş parçası ilə burnuna vurub xəsarət yetirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai araşdırma və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolda görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyüb xəsarət yetirdiyi yer Mingəçevir şəhəri, Günəşli bağ massivin 10 saylı küçənin 5 saylı mənzilində yerləşir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 30 mart 2022-ci il tarixli 186 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər burnunun üstündə yara, təpə nahiyyəsində iki ədəd yara, sağ alt çənə nahiyyəsində şişkinlik fonunda sıyrıq, burun qanaxması küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundular. Ağırlıq dərəcələrinə görə burun qanaxması ilə burunun üstündə olan yara sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təpə nahiyyəsində iki ədəd yara, sağ alt çənə nahiyyəsində şişkinlik fonunda sıyrıq sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirildi. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmiş və Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs Oktay oğlunun yaşadığı və atalarından miras qaldığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 10-cu küçədə yerləşən 5 nömrəli fərdi yaşayış evinə arvadı Şahid2 Nufər qızı ilə gəldikdə qardaşı Zərərçəkmiş şəxs ona məlumat vermədən və atalarından miras qalan mülk bölgüsü ilə bağlı məsələlərin həllini tapmadığı halda ailə qurduğunu, habelə Zərərçəkmiş şəxs ailə qurduğu qadının atalarından miras qalan evə onun icazəsi olmadan gətirildiyini bildikdən sonra Zərərçəkmiş şəxsla aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı o, əlində olan daş parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə vuraraq ona təpə nahiyəsində iki ədəd yara, sağ alt çənə nahiyəsində şişkinlik fonunda sıyrıq ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, habelə burun qanaxması və burunun üstündə olan yara ayrı-ayrılıqda və birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif olunmalıdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində müəyyən olunmuş hədlərdə cəza təyin olunmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs himayəsində bir nəfər az yaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il tarixdə doğulmuş Vəfa adlı azyaşlı uşağı vardır. İşdə olan 14 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin islah işləri növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə Gəncə şəhəri ərazisində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, cəmi 08 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq islah işləri cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı göstərdiyi hüquqi yardımın ödənilməsi ilə bağlı məhkəmə məsrəflərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5 (beş) faizi dövlət büdcəsinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 may 2022-ci ildən 31 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət büdcəsinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvəyyə minənədək dəyişdirilməsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-115/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-115/2022
03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver