Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-115/2023 29.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1943-cü ildə Ağdam rayonu, Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Gülşən bağ massivi nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məmmədov X3 şəhəri, Gülşən bağ massivində yerləşən, baş etibarnamə əsasında sahiblik, istifadə və sərəncam hüququna malik olduğu ünvansız torpaq sahəsindən keçən "xxxx" ASCnin "xxxx" MMC-nin «Mingəçevir Sukanal İdarəsinin» balansında olan, istismarı dayandırılmış 50 metr uzunluğunda, 630 mm diametrli, divarının qalınlığı 8 mm, ümumi çəkisi 6100 kq dəmir borunu gizli yolla talamaq məqsədi ilə istintaqa məlum olmayan şəraitdə, istintaqa məlum olmayan texnikanın, habelə cinayətin törədilməsinə aidiyyətinin olması təsdiqini tapmayan və şəxsiyyəti (şəxsiyyətləri) istintaqa məlum olmayan şəxslərin köməyi ilə borunun yerləşdiyi xətt üzrə torpağın üst qatını 2022-ci ilin noyabr ayının 11-dək olan müddət ərzində qazdırıb, borunu üzə çıxartmış, bu hal həmin ərəfədə «Mingəçevir Sukanal İdarəsinin» əməkdaşları tərəfindən aşkar olunaraq, həmin borunun onun istifadəsində olan torpaq sahəsindən keçməsinə baxmayaraq, «Mingəçevir Sukanal İdarəsinin» balansında və mülkiyyətində olması və həmin boruya münasibətdə onun hər hansı bir hüququnun mövcud olmaması ilə bağlı ona şəxsən izah verilməsinə baxmayaraq, o, qeyd olunan dəmir borunun «Mingəçevir Sukanal İdarəsinin» mülkiyyətində olmasını yəqin bildiyi halda, xx.xx.2022-ci il tarixdə cinayətin törədilməsinə aidiyyətinin olması təsdiqini tapmayan və şəxsiyyəti istintaqa məlum olmayan şəxsə həmin borunun özünə məxsus olmasını bildirməklə, habelə həmin şəxsə qeyd olunan borunu yerindəcə çıxarıb, satmaqla bağlı razılıq əldə etdikdən sonra, 50 metr uzunluğunda, 630 mm diametrli, divarının qalınlığı 8 mm, ümumi çəkisi 6100 kq olan 3050 (üç min əlli) manat dəyərində dəmir borunu xx.xx.2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə, istintaqa məlum olmayan şəraitdə və texnikanın köməyi ilə torpaqdan çıxartdırıb, satmaqla, özgəyə, yəni zərərçəkmiş hüquqi şəxs «Mingəçevir Sukanal İdarəsi»nə məxsus 3050 manat dəyərində, 50 metr uzunluğunda, 630 mm diametrli, divarının qalınlığı 8 mm, ümumi çəkisi 6100 kq olan dəmir borunu gizli yolla talayıb, oğurluq etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Gülşən bağ massivi (Fidail Abdullayev küçəsindən Bozdağ istiqamətində) ərazisində 6 sot bağ sahəsi vardır. Həmin bağ sahəsi Mingəçevir şəhər Balıq zavodunun yaxınlığında yerləşir. Həmin torpaq sahəsi əvvəllər X2 order əsasında məxsus olmuşdur. 11 fevral 2009-cu il tarixli baş etibarnamə əsasında X2 məxsus həmin torpaq sahəsini almış lakin indiyədək mülkiyyət hüququ barədə çıxarış almamışdır. Lakin həmin torpaq sahəsi istifadəsindədir. Torpaq sahəsinin ölçüləri sənəd üzrə təxminən eni 14 metr və uzunluğu 41 metr olmaqla kənarlar dəyişdiyi hissələr nəzərə alınmaqla ümumilikdə 6 sot təşkil edir. Həmin torpaq sahəsinin iki tərəfi yol bir tərəfində həyətyanı sahə və digər tərəfi boş ərazidir. Onun istifadəsində olan torpaq sahəsinin üç tərəfi açıqdır və ona görə də faktiki ərazi sənəd üzrə olan ərazidən böyükdür. Təxminən 50-52 metr uzunluğu 18-19 metr eni vardır. Gələcəkdə çıxarış alarkən həmin torpaq sahəsinin qanuni ölçüləri qədər ərazini hasarlayacaq. Həmin bağ sahəsi yaşadığı evin yaxınlığında yerləşdiyi üçün həmin ərazini gözlə müşahidə edə bilir. 11 noyabr 2022-ci il tarixdə hazırda yaşadığı evdə olarkən ona məxsus boş torpaq yəni həmin bağ sahəsində ekskovatorla iş aparılmasının şahidi olub həmin əraziyə yaxınlaşmışdır. Bu zaman orada iş başında olan şəxslərə yaxınlaşdıqda onlar Mingəçevir Su kanal İdarəsinin əməkdaşları olmalarını bildirmişlər. Onlardan nə iş görmələrini və ona məxsus bağ sahəsini nə üçün qazmalarını soruşanda onlar bildiriblər ki, həmin torpaq sahəsindən idarənin balansında olan əvvəllər suvarma xətti üçün istifadə edilmiş hazırda istifadədən dayanmış su xəttinin boruları keçir. Həmin borular silinmişdir, yaralı olan hissələri çıxarılmaqla yarasız hissələri məhv edilməsi məqsədilə ərazilərdən təmizlənir. Bu zaman o, həmin şəxslərə torpaq sahəsinin kənarları hasarlanmış olmasa da lakin həmin torpaq sahəsinə dair baş etibarnamə əsasında sahiblik və istifadə hüququ olmasını izah etmiş və ərazi onun olduğu halda ərazidən keçən istifadədən dayanmış su borusuna sahibliklə bağlı özünün də hüququ olmasını onlara izah etmişdir. Lakin həmin şəxslər torpaq sahəsindən keçən boru sukanal idarəsinin balansında olmasımını bildirib özlərinin bu barədə əllərində Nazirlər Kabinetinin qərarının olmasını və Azərsu ASC-nin həmin xəttin ləğv edilməklə qalan boruların yararlı hissələrinin götürülməsi və yararsız hissələrinin məhv edilməsi barədə müvafiq tapşırığının olmalarını bildirmişlər. O, isə razılaşmadığını bildirib onları ərazidən çıxartmışdır. Daha sonra həmin gün kəsilmiş turbanın bir hissəsini tanımadığı şəhər sakininə metal tullantı olaraq 100 manat müqabilində satmışdır. Həmin turba hissəsinin ölçüləri, yəni uzunluğu, diametri, qalınlığı və çəkisi barədə dəqiq məlumatı yoxdur. Daha sonradan bilib ki, Mingəçevir Sukanal İdarəsi onun oğurluq etməsi barədə polis şöbəsinə müraciət ünvanlamışdır. Həmin torpaq sahəsinin sənəd üzrə uzunluğu 40 metr olsa da lakin faktiki istifadəsində olan ərazinin ölçüləri uzunluğu 52 metr, eni isə 19 metr təşkil edir. Lakin o, bağ sahəsindən uzunluğu boyunca paralel keçən yəni təxminən 50 metr uzunluğunda turbanı çıxartmamış, orada açıq vəziyyətdə olan təxminən 5-7 metrlik hissəni satmışdır. Digər hissəsinin aqibəti ona məlum deyil. Borunu satacağı şəxsə göstərib və qarşılığında alacağı pulu 100 manatı alaraq getmiş, həmin şəxs borunu yük maşını ilə fəhlə köməyi ilə yükləyib aparmışdır. Maddi cəhətdən imkanı zəif olduğundan borunun 5-7 metrlik hissəini sataraq əldə etdiyi pulu maddi xərclərinə ödəmişdir. Borunu çıxardıb satdığı müddətdə kənardan kimsə şahid olmamış, borunu satdığı şəxsə ərazisində borunu göstərməklə özünki olmasını bildirib və kimsənin şahid olmadığı şəraitdə satmışdır. Həmin turbanı çıxardıb satarkən görən olmamış, mane olmaq istəyəcək şəxs olmamış, həmçinin bu barədə hər hansı köməklik edən şəxs olmamışdır. Onun 80-dən çox yaşı vardır. Məhkəmədən ifadəsində göstərdiyi hallar nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı verdiyi ifadəsində göstəmişdir ki, Mingəçevir şəhər Su Kanal İdarəsində Su və Kanalizasiya sistemlərinin istismarı sahəsinin rəisi vəzifəsində işləyir. Mingəçevir Sukanal İdarəsinin məktubu əsasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində iştirakı təmin olunmuş və müstəntiq tərəfindən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Gülşən bağ massivində su borusunun qəzasının baş verməsi məlumatı ilə bağlı həmin əraziyə getmişdir. O, Gülşən bağ massivi (Fidail Abdullayev küçəsindən Bozdağ istiqamətində) ərazisində boş bağ sahəsində torpağın üst qatının qazıldığını, idarənin istismarında olan və ərazidəki bağ sahələrinin suvarılmasında istifadə edilən, hazırda fəaliyyəti dayanmış D-630 mm diametrli 50 p/m polad materiallı su təchizat borusunun 3 hissədən kəsildiyini görüb, bundan sonra dərhal X5 MMC Mingəçevir Sukanal İdarəsinin rəisi Şahid zəng edərək bu barədə məlumat vermişdir, səhərisi gün həmin boş bağ sahəsinə su borularına baxmaq üçün getdikdə adını bilmədiyi şəxs bağın sahibi olduğunu və borulara baxmaq üçün bağ sahəsinə keçməyinə icazə verməyəcəyini bildirmiş və bu səbəbdəndə o, geriyə qayıtmışdır. Lakin səhəri gün yenidən su borularına baxmaq üçün Gülşən bağ massivində yerləşən bağ sahəsinə gedəndə su borularının yerində olmadığını və boruların çıxarıldığı yerin torpaqla örtüldüyünü görüb dərhal X5 MMC Mingəçevir Sukanal İdarəsinin rəisi Şahid zəng edərək bu barədə məlumat vermişdir. Sonra Şahid su borularının çıxarıldığı əraziyə gəlmiş və boruların yerində olmadığını görüb şəkillər çəkərək Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərazidən keçən boru xətti boş sahədən keçərək Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsinə daxil olmuş, sənədlərə əsasən torpağın sahəsi 41 metr uzunluğunda olsa da lakin Təqsirləndirilən şəxs 50 metr uzunluğunda borunu kəsərək çıxardıb satmışdır. O ərazidə ağac əkərkən yaxud həyətdə istənilən iş zamanı boru xəttini aşkarlamaq mümkündür, habelə xətt istifadədə olarkən sakinlərin əksəriyyətinin ərazidən boru keçməsindən məlumatı olmuşdur. Təqsirləndirilən şəxs borunu özü qazıb aşkarlayıb, onlar Təqsirləndirilən şəxs boru Azərsuya məxsus olmasını izah etmişlər. Lakin o, Azərsu əməkdaşları ərazidən getdikdən sonra borunu çıxarıb satmışdır. Borulara nəzarət etmək məqsədilə həmin gün ərazidə olarkən Təqsirləndirilən şəxsla söhbət əsnasında ona izah etmişdir ki, torpaq sahəsi ona məxsus olsa da lakin həmin ərazidən keçən boru Mingəçevir Sukanal İdarəsinin balansında olan əvvəllər suvarma üçün nəzərdə tutulmuş su xəttinin borusudur, xəttin daha sonra istismardan dayandırılması və hazırda su xəttinin boruları Sukanal İdarəsinin balansındadır. Dəymiş zianla bağlı mülki qaydada məhkəməyə müraəit petmək hüququ ona izah edild. Təqsirləndirilən şəzsə cəza təyin edlərkən onun yaşını nəzərə alınmasını və yüngül cəza təyin edilməsini zahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə o müraciət etmişdir. X5 MMC Mingəçevir Sukanal İdarəsinin rəisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Gülşən bağ massivində su borusunun qəzasının baş verməsi barədə məlumatla bağlı Mingəçevir Sukanal İdarəsinin Su və Kanalizasiya sistemlərinin istismarı sahəsinin rəisi Nümayəndə həmin əraziyə getmişdir. Bir qədər sonra Nümayəndə ona zəng edərək Mingəçevir şəhər Gülşən bağ massivi (Fidail Abdullayev küçəsindən Bozdağ istiqamətində) ərazisində boş bağ sahəsində torpağın üst qatının qazıldığını, idarənin istismarında olan və ərazidəki bağ sahələrinin suvarılmasında istifadə edilən, hazırda fəaliyyəti dayanmış D-630 mm diametrli 50 p/m polad materiallı su təchizat borusunun 3 hissədən kəsildiyini görməsi barədə məlumat vermişdir. Daha sonra Nümayəndə həmin boş bağ sahəsinə su borularına baxmaq üçün getmiş və bir müddət sonra geriyə qayıdaraq adını bilmədiyi şəxsin onun qarşısına çıxaraq bağın sahibi olduğunu və borulara baxmaq üçün bağ sahəsinə keçməyinə icazə verməyəcəyini deməsini bildirmişdir. Lakin növbəti gün Nümayəndə yenidən fəaliyyəti dayanmış su borularına baxmaq üçün Gülşən bağ massivində yerləşən bağ sahəsinə getdi və ona zəng edərək su borularının yerində olmadığını və boruların çıxarıldığı yerin torpaqla örtüldüyünü aşkar etməsi barədə məlumat vermiş və o dərhal fəaliyyəti dayanmış su borularının çıxarıldığı əraziyə gəlib və boruların yerində olmadığını görüb şəkillər çəkmiş, sonra Mingəçevir şəhər polis şöbəsinə müraciət ünvanlamışdır. Müraciətdə qeyd etdiyi 50 paqon metr anlayışı beynəxalq hesablama sistemində metrlə ekvivalentdir yəni bərabərdir. Belə ki, oğurlanmış su borusunun uzunluğu 50 metr təşkil edir. Lakin həmin su borusu Su Kanal İdarəsinin balansına Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən verilərkən ölçü vahidi olaraq paqonmetrdən istifadə edildiyi üçün o da məktubda uzunluq vahidi olaraq p/m vahidindən istifadə etmişdir. Həmin su borusu vaxtilə bağ sahələrini suvarmaq üçün istifadə edilmiş su kəmərinin borularıdır. Lakin daha sonra həmin su xətti istismardan dayandırılmış və müvafiq sərəncamla kəmərdən qalmış borular Mingəçevir SU kanal İdarəsinin balansına verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri, Gülşən Bağ massivində yerləşən Təqsirləndirilən şəxs istifadəsində olan bağ sahəsində torpaq qatı qazılmış və turba yerindən çıxarılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi protokolundan görünür ki, Mingəçevir şəhər Gülşən bağ massivində yerləşən Təqsirləndirilən şəxs istifadəsində olan bağ sahəsinin 3 tərəfdən hüdudları müəyyən edilməmiş yəni hasarlanmamış vəziyyətdədir. Həmin torpaq sahəsinin yoldan qonşunun hasarınadək olan məsafə yəni sahənin eni 19 metr, digər yoldan boş torpaq sahəsi ilə arada yerləşən torpaq tirələrinə qədər olan məsafə yəni uzunluğu 52 metrdir. Su xətti həmin torpaq sahəsinin uzunluğu boyunca içərisindən keçmişdir. Torpaq sahəsində boru çıxarılmış və boru keçən hissəsinin üzərinə torpaqla örtülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/406 saylı rəyindən görünür ki, ekspertizanın təyin edilməsi haqqında qərarda göstərilən diametri 630 mm, qalınlığı 8 mm, 50 p/m uzunluğunda, ümumi kütləsi 6100 kq olan, istismardan çıxarılmış dəmir materiallı su borusunun (metal qırıntı kimi) 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3050 (üç min əlli) manat müəyyən olunur. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-in xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhlumluğu yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Məmmədov X3 şəhəri, Gülşən bağ massivində yerləşən, baş etibarnamə əsasında sahiblik, istifadə və sərəncam hüququna malik olduğu ünvansız torpaq sahəsindən keçən "xxxx" ASC-nin "xxxx" MMC-nin «Mingəçevir Sukanal İdarəsinin» balansında olan, istismarı dayandırılmış 50 metr uzunluğunda, 630 mm diametrli, divarının qalınlığı 8 mm, ümumi çəkisi 6100 kq dəmir borunu gizli yolla talamaq məqsədi ilə istintaqa məlum olmayan şəraitdə, istintaqa məlum olmayan texnikanın, habelə cinayətin törədilməsinə aidiyyətinin olması təsdiqini tapmayan və şəxsiyyəti (şəxsiyyətləri) istintaqa məlum olmayan şəxslərin köməyi ilə borunun yerləşdiyi xətt üzrə torpağın üst qatını 2022-ci ilin noyabr ayının 11-dək olan müddət ərzində qazdırıb, borunu üzə çıxartmış, bu hal həmin ərəfədə «Mingəçevir Sukanal İdarəsinin» əməkdaşları tərəfindən aşkar olunaraq, həmin borunun onun istifadəsində olan torpaq sahəsindən keçməsinə baxmayaraq, «Mingəçevir Sukanal İdarəsinin» balansında və mülkiyyətində olması və həmin boruya münasibətdə onun hər hansı bir hüququnun mövcud olmaması ilə bağlı ona şəxsən izah verilməsinə baxmayaraq, o, qeyd olunan dəmir borunun «Mingəçevir Sukanal İdarəsinin» mülkiyyətində olmasını yəqin bildiyi halda, xx.xx.2022-ci il tarixdə cinayətin törədilməsinə aidiyyətinin olması təsdiqini tapmayan və şəxsiyyəti istintaqa məlum olmayan şəxsə həmin borunun özünə məxsus olmasını bildirməklə, habelə həmin şəxsə qeyd olunan borunu yerindəcə çıxarıb, satmaqla bağlı razılıq əldə etdikdən sonra, 50 metr uzunluğunda, 630 mm diametrli, divarının qalınlığı 8 mm, ümumi çəkisi 6100 kq olan 3050 (üç min əlli) manat dəyərində dəmir borunu xx.xx.2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə, istintaqa məlum olmayan şəraitdə və texnikanın köməyi ilə torpaqdan çıxartdırıb, satmaqla, özgəyə, yəni zərərçəkmiş hüquqi şəxs «Mingəçevir Sukanal İdarəsi»nə məxsus 3050 manat dəyərində, 50 metr uzunluğunda, 630 mm diametrli, divarının qalınlığı 8 mm, ümumi çəkisi 6100 kq olan dəmir borunu gizli yolla talayıb, oğurluq etmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin ahıl yaşda olmasını Azərbaycan Respublikası CM-in 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təqsirkarın şəxsiyyətini belə ki, Təqsirləndirilən şəxs ahıl yaşda olmasını nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olumamışdır, o, yaşadığı ərazidə müsbət xarakterizə olunur. Həmçinin Təqsirləndirilən şəxs yaşını yəni, 80 yaşda olmasını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin ediləcək cəza şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq və qanuni hesab edir. Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumlara davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumlarda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Şərti məhkum etmənin xarakterik cəhəti ondan ibarətdir ki, şərti məhkum etmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza icra olunmasa da təyin olunan cəza qanunla müəyyən olunmuş xüsusi formada şərti həyata keçirilir. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu, sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən cıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin-tərcümə) növünə, müddətinə, nəticələrinə və həyata kecirilmə üsuluna diqqət yetirilməlidir. Azadlıqdan məhrum etmə ilə azadlığın məhdudlaşdırılması arasındakı fərq xarakter və ya mahiyyət məsələsi yox, sadəcə dərəcə və ya intensivlik məsələsidir. Həmin Konvensiyanın 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurətin tələb etdiyi müddətdən artıq davam etməməlidir. (bax, Avropa Məhkəməsinin Amyur Fransaya qarşı işi üzrə 25 iyun 1996-cı il tarixli qərar, 42-ci b.) Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ahıl yaşda olduğundan ona təyin olunacaq cəza sınaq müddəti ilə şərti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM–nin 70.1–ci maddəsinə əsasən islah işləri növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2–ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 70–ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona aylıq qazancının 20 (iyirmi) faizi dövlət büdcəsinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş islah işləri cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut yoxdur. İş üzrə 50 (əlli) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-115/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-115/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver