Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-115/2024 31.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1962-ci ildə Bərdə rayonu, Mizəcəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Mingəçevir şəhəri, 20 Yanvar döngəsi 14 C ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 11 avqust 2005-ci il tarixli əmr əsasında vəzifəsinin icrasına başlayaraq 27 fevral 2024-cü il tarixədək Mingəçevir şəhəri 4 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli əmri ilə təsdiq edilmiş "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif - X41”nın Vİİ bölməsinə və Mingəçevir şəhər 4 saylı tam orta məktəbin Nizamnaməsinə əsasən məktəbə dövlət büdcəsindən və digər mənbələrdən toplanan vəsaitin sərf edilməsinə, məktəbin maddi bazasından istifadə olunmasına sərəncam vermək, məktəbin ehtiyac duyduğu pedaqoji və texniki işçiləri ümumi əsaslarla, perspektivdə isə fərdi müqavilə əsasında işə qəbul etmək və işdən azad etmək, həmçinin müavinlərin və digər işçilərin funksional vəzifələrini müəyyənləşdirmək və sair səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş özgə əmlakını yəni, dövlət büdcəsindən məktəbə ayrılmış vəsaiti qanunsuz və əvəzsiz olaraq vahid qəsdlə talama məqsədilə, 01 yanvar 2020-ci ildən 01 noyabr 2023-cü il tarixədək olan dövr ərzində ayrı-ayrı tanışlarını və qohumlarını rəhbərlik etdiyi məktəbdə müxtəlif vəzifələrə təyin etməklə onların adlarına "xxxx"ASC-nin Mingəçevir şəhər Filialından plastik bank kartı alıb özündə saxlamaqla həmin işçilərinin müntəzəm olaraq işə davamiyyətləri olmadığı və öz vəzifələrini yerinə yetirmədikləri halda onları işə gəlmiş kimi göstərərək onlara məxsus bank hesablarına əmək haqqı kimi köçürülmüş pul vəsaitlərini, o cümlədən özü tərəfindən imzalanmış xx.xx.2020-ci tarixli 113 nömrəli əmrlə həmin məktəbin ocaqçı vəizfəsinə təyin olunmuş Şahid2 bank hesabına 2020-ci ildə 403,00 manat, 2021-ci ildə 2418,00 manat, 2022-ci ildə 2901,60 manat, 2023-cü ildə 1391,13 manat köçürülmüş cəmi 7113,73 manat, özü tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 117 nömrəli əmrlə həmin məktəbin kiçik texniki işçi vəzifəsinə təyin olunmuş Şahid1 bank hesabına 2020-ci ildə 210,02 manat, 2021-ci ildə 604,50 manat köçürülmüş cəmi 814,53 manat, özü tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli 56 nömrəli əmrlə həmin məktəbin gözətçi vəzifəsinə təyin olunmuş Şahid5 bank hesabına 2020-ci il tarixdə 1007,50 manat köçürülmüş cəmi 1007,50 manat, özü tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 69 nömrəli əmrlə həmin məktəbin dalandar vəzifəsinə təyin olunmuş Şahid3 bank hesabına 2020-ci ildə 840,10, 2021 -ci ildə 2520,30 manat, 2022-ci ildə 3022,50 manat, 2023-cü ildə 1449,25 manat köçürülmüş cəmi 7832,15 manat, özü tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli 58 nömrəli əmrlə həmin məktəbin dalandar vəzifəsinə təyin olunmuş Şahid4 Yelman qızının bank hesabına 2020-ci ildə 2520,30 manat, 2021-ci ildə 2520,30 manat, 2022-ci ildə 3022,50 manat, 2023-cü ildə 1449,25 manat köçürülmüş cəmi 9512,35 manat olmaqla, vahid niyyətlə ümumilikdə qeyd edilən dövr ərzində 26280,25 (iyirmi altı min iki yüz səksən manat iyirmi beş qəpik) manat dövlət büdcəsinə məxsus pul vəsaitini özündə saxladığı qeyd edilən şəxslərə məxsus plastik hesab kartları vasitəsi ilə Mingəçevir şəhərində yerləşən "xxxx" ASC-nin Mingəçevir şəhər Filialına məxsus müxtəlif ünvanlarda yerləşən bankomatlardan nağdılaşdıraraq zəruri ehtiyaclarına sərf etməklə, Elm və Təhsil Nazirliyinin X51 Təhsil İdarəsinə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını öz qulluq mövqeydindən istifadə edərək vahid qəsdlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində qeyd olunan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 179.2.3 və 179.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 11 avqust 2005-ci ildən 27 fevral 2024-cü il tarixədək Mingəçevir şəhər 4 saylı tam orta məktəbində direktor vəzifəsində işləmişdir. 01 yanvar 2020-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan dövrdə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin texniki işçiləri dalandar Şahid3, Şahid4, Şahid1, Şahid5 və Şahid2 faktiki olaraq işə gəlməmiş və öz əmək funksiyalarını icra etmədikləri halda Şahid3 7832,15 manat, Şahid4 9512,35 manat, Şahid1 814,53 manat, Şahid5 1007,50 manat, Şahid2 7113,73 manat olmaqla əsassız əməkhaqqı ödənilmişdir. Onların adına köçürülən əmək haqqlarını özü nağdlaşdıraraq məktəbin ehtiyacları üçün xərcləmişdir. Odur ki, yuxarıda qeyd olunan məbləğlərə görə tərəfindən dövlət büdcəsinə vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. O, həmçinin göstərmişdir ki, məktəbin müəllimi Nicat Həsənovdan hər hansı məbləğdə pul tələb etməmişdir. Nicat Həsənov 2023-cü ilin oktyabr ayının ortalarında əlavə dərs saatlarının verilməsi ilə əlaqədar təşəkkür mahiyyətində ona 200 manat məbləğində pul vəsaiti vermişdir. Belə ki, 2023-2024 dərs ilinin dərs bölgüsü 2023-cü ilin sentyabr ayının 15- də başa çatdığından və həmin tədris ilində Nicat Həsənova əvvəlki tədris ilindən fərqli olaraq əlavə olaraq 6 saat dərs yükü olmaqla ümumilikdə 18 saat dərs yükü verdiyindən sonuncudan 200 manat pul vəsaiti tələb etməmişdir. Dərs bölgüsünün başa çatdığı 2023-cü ilin sentyabr ayının 15- dən təxminən bir ay sonra Nicat Həsənov 200 manat məbləğində pul vəsaitini təşəkkür etmək məqsədilə ona vermişdir. Həmin məsələ ilə bağlı onun barəsində inzibati qaydada materiallar məhkəməyə göndərilmiş və məhkəmənin qərarı ilə işə xitam verilmişdir. Bundan başqa Mingəçevir şəhər 4 nömrəli tam orta məktəb üzrə 01 yanvar 2020-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan dövrdə şagirdlərdən və valideyinlərdən alınmış ərizələr və müvafiq sənədləşmələr aparılaraq dərnəklərin təşkil olunmasına baxmayaraq, şagirdlərin və müəllimlərin verdiyi izahatlara əsasən dərnək məşğələləri keçirilmədiyi halda dərnək məşğələ saatları adlarına tarifləşdirilmiş pedoqoji işçilər X4, X20, X2, X7, X21, X22 və X13 ümumilikdə 16477,71 manat əməkhaqqının ödənildiyi qeyd olunsa da həmin şəxslərdən X10 və X1 şəhər 13 saylı tam orta məktəbin müəllimləri olmuş, Fəridə Yusifova isə Mingəçevir şəhəri X19 təmayüllü liseyin müəllimləri olmuşdur ki, həmin şəxslər məsafənin uzaq olmasını əsas gətirərək dərnək məşğələlərini öz işlədikləri məktəbdə keçməyi öhdələrinə götürmüşlər. Belə ki, Aran Regional Təhsil idarəsinin məktubu əsasında digər məktəbin müəllimləri dərnək məşğələlərinin keçilməsinə cəlb olunmuşdur. Buna görə də, həmin şəxslərin dərnək məşğələlərini keçib-keçməməsinə tərəfindən nəzarət edilməsi mümkün olmamışdır. Adları qeyd olunan digər işçilər məktəbin müəllimləri olmuş və onlar dərnək məşğələlərini keçmişdir. Mingəçevir şəhər 4 nömrəli tam orta məktəb üzrə 01 yanvar 2020-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan dövrdə şagirdlərdən alınmış ərizələr və müvafiq sənədləşmələr aparılaraq dərsdənkənar (fakültativ) məşğələlərin təşkil olunmasına baxmayaraq, şagirdlərin və müəllimlərin verdiyi izahatlara əsasən dərsdənkənar (fakültativ) məşğələləri keçirilmədiyi halda dərsdənkənar (fakültativ) məşğələ saatları adlarına tarifləşdirilmiş pedoqoji işçilər X30, X14, X8, X5, Gülxanım Məmmədliyə, X4 və Sənan Zeynalova ümumilikdə 3425 manat əməkhaqqı ödənildiyi qeyd olunsa da həmin şəxslər faktiki olaraq dərsdənkənar (fakültativ) məşğələləri keçmişdir. Hazırda vurmuş olduğu ziyan tam şəkildə tərəfindən ödənilmiş, zərəçəkmiş şəxslə barışıq əldə etmiş, həm də vurulmuş ziyanın iyirmi beş faizini dövlət büdcəsinə ödəmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X51 Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 11 avqust 2005-ci ildən 27 fevral 2024-cü il tarixədək Mingəçevir şəhər 4 saylı tam orta məktəbində direktor vəzifəsində işləmişdir. X42 Xidməti tərəfindən aparılmış Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin 01 yanvar 2020-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan dövrü əhatə edən maliyyə YOXlaması nəticəsində müəyyən edilmişdir ki, 01 yanvar 2020-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan dövrdə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin texniki işçiləri dalandar Şahid3, Şahid4, Şahid1, Şahid5 və Şahid2 faktiki olaraq işə gəlməmiş və öz əmək funksiyalarını icra etmədikləri halda Şahid3 7832,15 manat, Şahid4 9512,35 manat, Şahid1 814,53 manat, Şahid5 1007,50 manat, Şahid2 7113,73 manat olmaqla əsassız əməkhaqqı ödənilmişdir. Qeyd olunan əmək haqlarının məktəbin sabiq direktoru Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsi nəticəsində X51 Təhsil İdarəsinə ümumilikdə 26280,25 manat maddi ziyan dəymiş və həmin ziyan tam şəkildə Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Odur ki, ona qarşı heç bir şikayət və tələbləri YOXdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Etibar oğlu ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdən 01,05.2023-cü il tarixədək Mingəçevir şəhər 4 saylı tam orta məktəbində əvvəlcə ocaqçı, sonradan isə texniki işçi vəzifəsində işləmişdir. O, işlədiyi dövr ərzində məktəbə getməmiş və öz əmək funskiyasını icra etməmişdir. Onun adına köçürülən əmək haqqını 4 nömrəli məktəbin direktoru Təqsirləndirilən şəxs əldə etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X42 Xidməti tərəfindən aparılmış YOXlama nəticəsində müəyyən edildiyi kimi Mingəçevir şəhər 4 nömrəli tam orta məktəb üzrə 01 yanvar 2020-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan dövrdə ona işə gəlmədiyi halda əsassız əməkhaqqı ödənilmişdir. Lakin, həmin əmək haqqının ümumi məbləğini tam olaraq bilməmişdir. Belə ki, ona köçürülən əmək haqqını hər ay nağdlaşdıraraq məktəbin direktoru Təqsirləndirilən şəxs əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin noyabr ayından 2020-ci ilin may ayınadək Mingəçevir şəhər 4 saylı tam orta məktəbində kiçik texniki işçi - santexnik vəzifəsində işləmişdir. Göstərilən müddət ərzində bir sıra günlər işə gəlmişdir. Ailə vəziyyəti ilə əlaqədar xx.xx.2020-ci il tarixdən etibarən məktəbə getməmiş və öz əmək funskiyasını icra etməmişdir. Onun adına köçürülən əmək haqqını 4 nömrəli məktəbin direktoru Təqsirləndirilən şəxs əldə etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X42 Xidməti tərəfindən aparılmış YOXlama nəticəsində müəyyən edildiyi kimi Mingəçevir şəhər 4 nömrəli tam orta məktəb üzrə 01 yanvar 2020-ci il tarixdən sonrakı dövrdə ona işə gəlmədiyi halda əsassız əməkhaqqı ödənilmişdir. Lakin, həmin əmək haqqının ümumi məbləğini tam olaraq bilməmişdir. Plastik kart vasitəsi ilə köçürülmüş əməkhaqqını hər ay məktəbin direktoru Təqsirləndirilən şəxs çıxararaq əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Mingəçevir şəhər 4 saylı tam orta məktəbində dalandar vəzifəsində işləmişdir. Lakin, həmin müddət ərzində məktəbə getməmiş və öz əmək funskiyasını icra etməmişdir. Onun adına verilmiş plastik bank kartı da qardaşı və həmin məktəbin direktoru olan Təqsirləndirilən şəxs olmuşdur. Azər həmin əmək haqqı kartına köçürülmüş əmək haqqını özü nağdlaşdıraraq xərcləmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X42 Xidməti tərəfindən aparılmış YOXlama nəticəsində müəyyən edildiyi kimi Mingəçevir şəhər 4 nömrəli tam orta məktəb üzrə 01 yanvar 2020-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan dövrdə ona işə gəlmədiyi halda əsassız əmək haqqı ödənilmişdir. Lakin, həmin əmək haqqının məbləğindən məlumatı olmamışdır. Belə ki, həmin əmək haqqını qardaşı və həmin məktəbin direktoru Təqsirləndirilən şəxs nağdlaşdırmışdır. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş şahidlər Şahid1 və Şahid4 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadələrini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Mingəçevir şəhər 4 saylı tam orta məktəbində əvvəlcə kiçik texniki işçi - xadimə vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində məktəbə getməmiş və öz əmək funskiyasını icra etməmişdir. Onun adına köçürülən əmək haqqını 4 nömrəli məktəbin direktoru Təqsirləndirilən şəxs əldə etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X42 Xidməti tərəfindən aparılmış YOXlama nəticəsində müəyyən edildiyi kimi Mingəçevir şəhər 4 nömrəli tam orta məktəb üzrə o, işlədiyi 01 dekabr 2020-ci il tarixdən 15 aprel 2021 -ci il tarixədək olan dövrdə ona işə gəlmədiyi halda əsassız əməkhaqqı ödənilmişdir. Lakin, həmin əmək haqqının ümumi məbləğini tam olaraq bilməmişdir. Belə ki, ona köçürülən əmək haqqını hər ay nağdlaşdıraraq məktəbin direktoru Təqsirləndirilən şəxs əldə etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Mingəçevir şəhər 4 saylı tam orta məktəbində əvvəlcə dalandar, sonradan isə kiçik texniki işçi - xadimə vəzifəsində işləmişdir. 2013-2014-cü illərdə mütəmadi olaraq işə gələrək öz vəzifə funskiyasını icra etmiş, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək qismən ödənişli sosial məzuniyyətdə olmuşdur. xx.xx.2020- ci il tarixdən etibarən isə ailə vəziyyəti ilə əlaqədar məktəbə getməmiş və öz əmək funskiyasını icra etməmişdir. Onun adına köçürülən əmək haqqını 4 nömrəli məktəbin direktoru Təqsirləndirilən şəxs əldə etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X42 Xidməti tərəfindən aparılmış YOXlama nəticəsində müəyyən edildiyi kimi Mingəçevir şəhər 4 nömrəli tam orta məktəb üzrə 01 yanvar 2020-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan dövrdə ona işə gəlmədiyi halda əsassız əməkhaqqı ödənilmişdir. Lakin, həmin əmək haqqının ümumi məbləğini tam olaraq bilməmişdir. Belə ki, ona köçürülən əmək haqqını hər ay nağdlaşdıraraq məktəbin direktoru Təqsirləndirilən şəxs əldə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. "xxxx" ASC-dən götürülmüş diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskin daxilində 01 ədəd, ümumi yaddaş həcmi 4,66 MB həcmində “mingechevir prokurorluğu” adlı qovluq vardır. Həmin qovluğa daxil olduqda “cavadov sebuhi”, “qaziyev asif” və “qehremanova vefa” adlı qovluqlar mövcuddur. Həmin fayllara baxdıqda aşağıdakılar aşkar edilmişdir: - “cavadov sebuhi” adlı qovluğa daxil olduqda “xx.xx.2023” qovluqda olan fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:28:56-dan 10:29:56-dək müddət ərzində Şahid2 məxsus əmək haqqı kartından "xxxx" ASC-yə məxsus terminaldan pulları nağdlaşdırmışdır. “xx.xx.2023” qovluqda olan fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:18:03-dən 10:18:38-dək müddət ərzində Şahid2 məxsus əmək haqqı kartından "xxxx" ASC-yə məxsus terminaldan pulları nağdlaşdırmışdır. “xx.xx.2023” qovluqda olan fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09:28:47-dən 09:29:30-dək müddət ərzində Şahid2 məxsus əmək haqqı kartından "xxxx" ASC-yə məxsus terminaldan pulları nağdlaşdırmışdır. - “qaziyev asif” adlı qovluğa daxil olduqda “xx.xx.2023” qovluqda olan fotoşəkillərdən görünür ki, X46 xx.xx.2023-cü il tarixdə saat 10:27:06-dan 10:28:46-dək müddət ərzində X39 məxsus əmək haqqı kartından "xxxx" ASC-yə məxsus terminaldan pulları nağdlaşdırmışdır. “xx.xx.2023” qovluqda olan fotoşəkillərdən görünür ki, X46 xx.xx.2023-cü il tarixdə saat 10:17:03-dən 10:17:58-dək müddət ərzində X39 məxsus əmək haqqı kartından "xxxx" ASC-yə məxsus terminaldan pulları nağdlaşdırmışdır. “xx.xx.2023” qovluqda olan fotoşəkillərdən görünür ki, X46 xx.xx.2023-cü il tarixdə saat 09:29:40-dan 09:30:25- dək müddət ərzində X39 məxsus əmək haqqı kartından "xxxx" ASC-yə məxsus terminaldan pulları nağdlaşdırmışdır. - “qehremanova vefa” adlı qovluğa daxil olduqda “xx.xx.2023” qovluqda olan fotoşəkillərdən görünür ki, X46 xx.xx.2023- cü il tarixdə saat 11:22:03-dən 11:22:47-dək müddət ərzində Şahid4 məxsus əmək haqqı kartından "xxxx" ASC-yə məxsus terminaldan pulları nağdlaşdırmışdır. “xx.xx.2023” qovluqda olan fotoşəkillərdən görünür ki, X46 xx.xx.2023-cü il tarixdə saat 10:17:03-dən 10:17:58-dək müddət ərzində Şahid4 məxsus əmək haqqı kartından "xxxx" ASC-yə məxsus terminaldan pulları nağdlaşdırmışdır. “xx.xx.2023” qovluqda olan fotoşəkillərdən görünür ki, X46 xx.xx.2023-cü il tarixdə saat 07:25:09-dan 07:25:39-dək müddət ərzində Şahid4 məxsus əmək haqqı kartından "xxxx" ASC-yə məxsus terminaldan pulları nağdlaşdırmışdır. Beləliklə CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhər 4 saylı tam orta məktəbinin sabiq direktoru X46 xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Şahid2, X47 və Şahid4 məxsus əmək haqqı kartlarından "xxxx" ASC-yə məxsus terminaldan pulları nağdlaşdırmışdır. X42 Xidmətinin 5 saylı Regional maliyyə müfəttişliyi tərəfindən aparılmış maliyyə YOXlamasına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt ilə müəyyən edilmişdir ki, Mingəçevir şəhər 4 nömrəli tam orta məktəb üzrə 01 yanvar 2020-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan dövrdə, Təsərrüfat işləri üzrə direktor müavini və kiçik texniki xidmətçilərin verdikləri izahatlara əsasən işə gəlmədikləri halda 2020-ci ildə cəmi 4980,93 manat, o cümlədən Şahid2 403,00 manat, Şahid4 2520,30 manat, Şahid1 210,03 manat, Şahid5 1007,50 manat, Şahid3 840,10 manat, 2021-ci ildə’ cəmi 8063,10 manat, o cümlədən Şahid2 2418,00 manat, Şahid4 2520,30, manat, Şahid1 604,50 manat, Şahid3 2520,30 manat, 2022-ci ildə cəmi 8946,60 manat, o cümlədən Şahid2 2901,60 manat,Şahid4 3022,50 manat, Şahid3 3022,50 manat, 2023-cü ildə cəmi 4289,63 manat, o cümlədən Şahid2 1391,13, Şahid4 1449,25 manat, Şahid3a 1449,25, ümumilikdə 26280,25 manat əməkhaqqı ödənilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 15 may 2024-cü il tarizli 9-2603 nömrəli rəyindən görünür ki, Mingəçevir şəhər 4 saylı tam orta məktəbinin direktoru Təqsirləndirilən şəxs direktor vəzifəsini icra etdiyi 01 yanvar 2020-ci ildən 01 noyabr 2023cü il tarixədək olan dövr ərzində Məktəbin Təsərrüfat işləri üzrə direktor müavini X31 və kiçik texniki işçiləri Zərifə Əsgərova, Zəmilə Abdurahmanova, Ümüküs Əlicanova, Zedunə Hüseyinova, Bircəgül Əhmədova, Gülxar Muradova, Afət İsayeva, Almara Hacıyevə verdikləri izahatlarında Şahid3, Şahid2, Şahid4, X6, Şahid5 tanımadıqlarını, onların işə gəlmədiklərini, adları işə davamiyyət jurnalında qeyd olunmadığı halda 2020-ci ildə cəmi 4980,93 manat, o cümlədən Şahid2 403,00 manat, Şahid4 2520,30 manat, Şahid1 210,03 manat, Şahid5 1007,50 manat, Şahid3 840,10 manat, 2021-ci ildə cəmi 8063,10 manat, o cümlədən Şahid2 2418,00 manat, Şahid4 2520,30, manat, Şahid1 604,50 manat, Şahid3 2520,30 manat, 2022-ci ildə cəmi 8946,60 manat, o cümlədən Şahid2 2901,60 manat,Şahid4 3022,50 manat, Şahid3 3022,50 manat, 2023-cü ildə cəmi 4289,63 manat, o cümlədən Şahid2 1391,13, Şahid4 1449,25 manat, Şahid3a 1449,25, ümumilikdə 26280,25 manat əməkhaqqı ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 dekabr 2017-ci il - ci il tarixli 18-1 nömrəli əmri ilə təsdiq edilmiş "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif - X41”nm Vİİ bölməsi və Mingəçevir şəhər 4 saylı tam orta məktəbin Nizamnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məktəb direktoru kimi büdcədən və digər mənbələrdən toplanan vəsaitin sərf edilməsinə, məktəbin maddi bazasından istifadə olunmasına sərəncam vermək, məktəbin ehtiyac duyduğu pedaqoji və texniki işçiləri ümumi əsaslarla, perspektivdə isə fərdi müqavilə əsasında işə qəbul etmək və işdən azad etmək, həmçinin müavinlərin və digər işçilərin funksional vəzifələrini müəyyənləşdirmək və bütün işçilərin əmək hüquqlarını həyata keçirmək hüququ əldə etmiş, yəni vəzifəli şəxs olmaqla məktəbə ayrılmış vəsaitin əsas sərəncamçısı olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir Şəhər 4 №li Tam orta məktəb tərəfindən təqdim edilmiş xx.xx.2005-ci il tarixli, 82 nömrəli və xx.xx.2024-cü il tarixli 31 nömrəli əmrlərdən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə Mingəçevir Şəhəri 4 saylı Tam orta məktəbinə direktor vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixdə həmin vəzifədən azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 308.1, 311.1, 313 və 178.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olmadığından barəsində cinayət təqibinə xitam verilmiş və onun əməlində İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmsı haqqında qərar qəbul edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmış, X11, X32, X3, X40, X15, X29, X16 və X17 barələrində cinayət təqibinə xitam verilmiş, X24, X9, X25, X23 barələrində cinayət işinin başlanması rədd edilmiş, X24, X9, X25, X23 dövlət büdcə vəsaitini mənimsəmələri faktında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama inzibati xəta tərkibini yaratsa da qeyd olunan inzibati xəta üzrə dövlət büdcəsinə dəymiş ziyan tamamilə ödənildiyindən həmin hissədə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasının rədd edilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmış, Şahid2, Şahid5, Şahid3, Şahid1 və Şahid4 barələrində CM-nin 179.2.1, 32.5. 179.2.3 və 32.5, 179.2.4-cü maddələrinə münasibətdə cinayət təqibinin başlanılması rədd edilmiş, Mingəçevir şəhər 4 saylı tam orta məktəbə məxsus 3029,80 manat dəyərində invertar çatışmazlığı ilə bağlı hissədə cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmiş, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd disk cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və özündə cinayət hadisəsinin izlərini saxladığına görə maddi sübut kimi tanınmışdır. Cinayət işi üzrə icraat hissəvi xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, X3, X29, X16, X40, X32, X15, X11, X33 barələrində cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun razılığı ilə hissəvi xitam verilmişdir. X11, X32, X40, X15, X29, X16 və X17 barələrində cinayət təqibinə xitam verilmiş, Mingəçevir şəhər məhkəməsinin 3(051)-408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Mingəçevir şəhər prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar üzrə başlanmış inzibati xəta haqqında icraata tərəflərin barışması əsası ilə xitam verilmişdir. Mingəçevir şəhər 12 saylı MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 41 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 20 Yanvar küçəsi ev 20, döngəsi 14 C ünvanda yaşayır. İşdə olan Mingəçevir şəhər MKTK 12 saylı MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Qazıyev X34 şəhər Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ev 20, döngəsi 14 C ünvanında yaşadığı müddətdə barəsində heç bir şikayət heç daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş hüquqi şəxs X51 Təhsil İdarəsindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanı tam olaraq ödənilmiş və ona qarşı heç bir şikayət və tələbləri YOXdur. Təqsirləndirilən şəxs məhkəmə prosesində yazdığı xx.xx.2024-cü il tarixli ərizəsindən göstərmişdir ki, haqqında olan iş üzrə vurulmuş ziyanı tam ödəmiş, dövlət büdcəsinə ziyanın iyirmi beş faizini ödəmiş, zərərçəkmişlə barışmış, ona görə də cinayət məsuliyyətindən azad edilməklə cinayət işinə xitam verilməsini xahiş edir. "xxxx" ödəmə terminalının xx.xx.2024-cü il tarixli, 16661 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işi ilə bağlı vurulmuş ziyanın iyirmi beş faizinin ödənilməsi ilə əlaqədar 6571 manat pul dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 11 avqust 2005-ci il tarixli əmr əsasında vəzifəsinin icrasına başlayaraq 27 fevral 2024-cü il tarixədək Mingəçevir şəhəri 4 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli əmri ilə təsdiq edilmiş "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif - X41”nın Vİİ bölməsinə və Mingəçevir şəhər 4 saylı tam orta məktəbin Nizamnaməsinə əsasən məktəbə dövlət büdcəsindən və digər mənbələrdən toplanan vəsaitin sərf edilməsinə, məktəbin maddi bazasından istifadə olunmasına sərəncam vermək, məktəbin ehtiyac duyduğu pedaqoji və texniki işçiləri ümumi əsaslarla, perspektivdə isə fərdi müqavilə əsasında işə qəbul etmək və işdən azad etmək, həmçinin müavinlərin və digər işçilərin funksional vəzifələrini müəyyənləşdirmək və sair səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş özgə əmlakını yəni, dövlət büdcəsindən məktəbə ayrılmış vəsaiti qanunsuz və əvəzsiz olaraq vahid qəsdlə talama məqsədilə, 01 yanvar 2020-ci ildən 01 noyabr 2023-cü il tarixədək olan dövr ərzində ayrı-ayrı tanışlarını və qohumlarını rəhbərlik etdiyi məktəbdə müxtəlif vəzifələrə təyin etməklə onların adlarına "xxxx"ASC-nin Mingəçevir şəhər Filialından plastik bank kartı alıb özündə saxlamaqla həmin işçilərinin müntəzəm olaraq işə davamiyyətləri olmadığı və öz vəzifələrini yerinə yetirmədikləri halda onları işə gəlmiş kimi göstərərək onlara məxsus bank hesablarına əmək haqqı kimi köçürülmüş pul vəsaitlərini, o cümlədən özü tərəfindən imzalanmış xx.xx.2020-ci tarixli 113 nömrəli əmrlə həmin məktəbin ocaqçı vəizfəsinə təyin olunmuş Şahid2 bank hesabına 2020-ci ildə 403,00 manat, 2021-ci ildə 2418,00 manat, 2022-ci ildə 2901,60 manat, 2023-cü ildə 1391,13 manat köçürülmüş cəmi 7113,73 manat, özü tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 117 nömrəli əmrlə həmin məktəbin kiçik texniki işçi vəzifəsinə təyin olunmuş Şahid1 bank hesabına 2020-ci ildə 210,02 manat, 2021-ci ildə 604,50 manat köçürülmüş cəmi 814,53 manat, özü tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli 56 nömrəli əmrlə həmin məktəbin gözətçi vəzifəsinə təyin olunmuş Şahid5 bank hesabına 2020-ci il tarixdə 1007,50 manat köçürülmüş cəmi 1007,50 manat, özü tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 69 nömrəli əmrlə həmin məktəbin dalandar vəzifəsinə təyin olunmuş Şahid3 bank hesabına 2020-ci ildə 840,10, 2021 -ci ildə 2520,30 manat, 2022-ci ildə 3022,50 manat, 2023-cü ildə 1449,25 manat köçürülmüş cəmi 7832,15 manat, özü tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli 58 nömrəli əmrlə həmin məktəbin dalandar vəzifəsinə təyin olunmuş Şahid4 Yelman qızının bank hesabına 2020-ci ildə 2520,30 manat, 2021-ci ildə 2520,30 manat, 2022-ci ildə 3022,50 manat, 2023-cü ildə 1449,25 manat köçürülmüş cəmi 9512,35 manat olmaqla, vahid niyyətlə ümumilikdə qeyd edilən dövr ərzində 26280,25 (iyirmi altı min iki yüz səksən manat iyirmi beş qəpik) manat dövlət büdcəsinə məxsus pul vəsaitini özündə saxladığı qeyd edilən şəxslərə məxsus plastik hesab kartları vasitəsi ilə Mingəçevir şəhərində yerləşən "xxxx" ASC-nin Mingəçevir şəhər Filialına məxsus müxtəlif ünvanlarda yerləşən bankomatlardan nağdılaşdıraraq zəruri ehtiyaclarına sərf etməklə, Elm və Təhsil Nazirliyinin X51 Təhsil İdarəsinə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını öz qulluq mövqeydindən istifadə edərək vahid qəsdlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətsə də, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində vurduğu 26280,25 (iyirmi altı min iki yüz səksən manat iyirmi beş qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyanı tam şəkildə ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmiş, eyni zamanda vurulmuş 26280,25 (iyirmi altı min iki yüz səksən manat iyirmi beş qəpik) manat məbləğində maddi ziyanın iyirmi beş faizini dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan "xxxx" ASC-dən daxil olmuş 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia YOXdur. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2, Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321.1, 321.2, 356 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan "xxxx" ASC-dən daxil olmuş 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-115/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-115/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver